“Azərelektrik Tikinti Quraşdırma" .....                     "Naxçıvandakı sement zavodunun yarım milyon ton məhsulu hər il "qara yolla" satılıb" .....                     Ermənistan sülh sazişi layihəsi ilə bağlı Azərbaycandan təkliflər alıb .....                     Soyğunçuluğa görə saxlanılan şəxs .....                     Azərbaycanlıların Xankəndiyə girə bilməsi çox şeydən xəbər verir .....                     "Qardaş yumruğu" təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib .....                     Rayon rəhbəri növbəti dəfə vətəndaşları qəbul edib .....                     “Dostumuzu birlikdə dost görür, düşmənimizi birlikdə düşmən bilirik" .....                     Qarabağda beş günlük hərbi əməliyyat mümkündür .....                     Azərbaycanda qorxulu qrip yayılıb: .....                     "Naxçıvanlılar neçə gündür gömrük keyfi yaşamaqdadırlar" .....                     Azərbaycan Ordusunun əsgəri özünü güllələyib .....                     Tehran rejiminin Əliyevin suallarına “cavabı” .....                     “Fair Group Construction” şirkəti podrat məsələsinə görə 2 şrikəti .....                     İran: "Biz bu TURAN yoluna qarşıyıq" .....                     Səhhət Həbibbəylinin taleyi necə olacaq? .....                     Molla rejiminə DİRƏNƏN GÜNEY AZƏRBAYCAN .....                     “Bu vəziyyətdə xaricə aparmaq da mümkün deyil” .....                     Rus rublu əlimizdə qalıb, banklar götürmür .....                     Vəkillər Kollegiyası Rəyasət Heyətinə yeni sədr müavinləri seçilib .....                     Sosial şəbəkələr niyə Azərbaycanda ofis açmır? .....                     Ermənistan baş nazirinin ailəsi üçün gizli qərarla dəyəri 500 min dollardan çox olan 5 avtomobil alınıb .....                     "Naxçıvanın birbaşa mərkəzə tabe edilməsi geosiyasi çağırışların tələbidir" .....                     İlham Əliyevə babasından qalma heykəltəraşlıq əsəri təqdim edilib .....                     Bakıda bu gecə də SOYUQ OLACAQ .....                     "Savaşla Şuşanı qazandıq, sülhlə İrəvanı qazanacağıq" .....                     “İnstagram”da tanış olduğu şəxsi barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyən və .....                     Rus müxalifin məhkəmədə Putinə dedikləri gündəm oldu: .....                     “Azərbaycana uduzuruq, yalnız bir ümidimiz var...” .....                     Növbəti erməni TƏXRİBATI: .....                     Vasif Talıbovun oğlunun İTİNİN DƏ VİLLASI VAR... .....                     “Yeni evimdə ərimlə qalacam” .....                     "Bakı Beynəlxalq avtovağzalında camaatın cibinə girirlər" .....                     Səhiyyə Nazirliyində yeni təyinat olub .....                     Anar Bağırov növbəti dəfə Vəkillər Kollegiyası Rəyasət Heyətinin .....                     "'Akula Akif" Eldar Mahmudovun generalının məhkəməsində üzə çıxdı .....                     Bakı şəhər İcra Hakimiyyəti 1-Cİ YERDƏDİR... .....                     Niyazi Bayramov bu DƏLƏDUZLUĞA İZAHAT VERMƏLİDİR... .....                     "Tərtər işi" ilə bağlı azadlığa buraxılan 19 nəfərin .....                     Türkiyədə böyük neft yatağı tapıldı .....                 

Kremlin təhlükəli planı: “KTMT Qarabağa sülhməramlı göndərmək istəyir” - NƏ ETMƏLİ?
Tarix: 1-10-2022, 12:01 | Çap et
Kremlin təhlükəli planı: “KTMT Qarabağa sülhməramlı göndərmək istəyir”
“Dağlıq Qarabağ”dakı münaqişənin həlli üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının müşahidəçilərindən istifadə imkanları müzakirə edilir”.

Cebhe.info-nun məlumatına görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərlərinin kəşfiyyat fəaliyyəti üzrə 18-ci iclasında belə deyib.

“Hazırda Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında razılaşmaların həyata keçirilməsi, xüsusilə, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və ümumiyyətlə, Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması, o cümlədən müvafiq sazişin imzalanması üçün əlverişli şəraitin yaradılmasına kömək məqsədilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının müşahidəçilərindən istifadə imkanları müzakirə olunur”.

“Düşünürəm ki, MDB-dən də dəstək tələb olunacaq”, - deyə Sergey Lavrov əlavə edib.

Qeyd edək ki, Sergey Lavrovun dediyi proseslərin təmin olunmasına dair sənədlərin heç birində KTMT-nin müşahidəçi missiyası vasitəçi tərəf kimi göstərilməyib. Yəni KTMT-nin Azərbaycanla Ermənistan arasında razılaşmaların həyata keçirilməsi, sərhədlərin delimitasiyası və sülh sazişinin imzalanmasında iştirak etmək üçün mandatı yoxdur. Ona görə də KTMT-nin bu proseslərə hansı səlahiyyətlə qatılacağı məlum deyil.

Azərbaycanla Ermənistan arasında razılaşmaların həyata keçirilməsi Rusiyanın və Avropa İttifaqının vasitəçiliyi ilə aparılan danışıqlar formatı çərçivəsində müəyyən edilir. Eyni zamanda, 2021-ci il yanvarın 11-də imzalanmış Moskva Bəyannaməsinə uyğun olaraq Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərindən ibarət birgə işçi qrup fəaliyyət göstərir.

Sərhədlərin delimitasiyası isə 2021-ci il noyabrın 26-da qəbul edilmiş Soçi Bəyannaməsinə görə Azərbaycan və Ermənistan arasında həyata keçirilməlidir. Rusiya bu prosesdə məsləhətçi tərəf kimi iştirak etməlidir. Yəni bu məsələnin KTMT-yə hər hansı aidiyyəti yoxdur.

Sərhədlərin müəyyənləşməsi ilə bağlı digər razılaşma isə bu il mayın 22-də Avropa İttifaqı Şurasının vasitəçiliyi ilə əldə olunub. Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyana dair komissiya yaratmaq və problemi bu çərçivədə həll etmək barədə razılığa gəlib.

Sülh sazişinin imzalanmasına gəlincə, Azərbaycan bununla bağlı 5 bənddən ibarət baza prinsiplərini hələ mart ayında Ermənistana təqdim edib. Ancaq Ermənistan tərəfi vaxtaşırı Azərbaycana qarşı hərbi təxribatlar törətməklə prosesi pozur. Ermənistan öz silahlı birləşmələrini hələ də Qarabağda saxlayır. Üstəlik, rəsmi İrəvan Qarabağdakı ermənilərin təhlükəsizliyi və hüquqları adı altında status məsələsini yenidən gündəmə gətirməyə çalışır.

Bu da Ermənistanın Qarabağa olan ərazi iddiasından geri çəkilmədiyini göstərir. Yəni iki ölkə arasında sülh sazişi yalnız Ermənistanın öz ordusunun qalıqlarını Qarabağdan çıxartması və Azərbaycanın ərazi bütövlüyünü tanımasından sonra mümkün ola bilər. Əgər KTMT həqiqətən də Lavrovun dediyi kimi, sülhə kömək etməkdə maraqlıdırsa, o zaman adıçəkilən təşkilat Ermənistana öz qoşunlarını Azərbaycan ərazisindən çıxartmaq üçün təzyiq göstərməlidir.

Qarabağda təhlükəsizliyin və atəşkəsin təmin edilməsi, həmçinin sülh yaradılması işinə KTMT qarışa bilməz.

Çünki Azərbaycan KTMT-nin üzvü deyil. Qarabağ isə Azərbaycanın ərazisidir. Ona görə də KTMT-nin belə bir addım atması Azərbaycanın suveren ərazisinə müdaxilə kimi qiymətləndirilə bilər. Azərbaycana qarşı işğalçı müharibə aparan Ermənistanın həmin təşkilata daxil olduğunu nəzərə alsaq, KTMT-nin təşəbbüsü bitərəflik prinsipini tamamilə pozur.

DİA.AZ-ın məlumatına görə, politoloq Xəqani Cəfərli Cebhe.info-ya açıqlamasında bildirib ki, Rusiyanın planı Sergey Lavrovun dediyindən daha təhlükəlidir:

“Belə ki, Moskva müşahidə missiyası adı altında KTMT-nin sülhməramlı qüvvələrini Qarabağa göndərmək istəyir.

Halbuki Qarabağda sülhməramlı fəaliyyət Azərbaycan, Ermənistan və Rusiya arasında 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanata uyğun həyata keçirilir. Həmin sənədin 4-cü bəndi isə bölgədə sülhməramlı missiyanın 5 il müddətinə Rusiya hərbi kontingenti tərəfindən həyata keçirilməsini nəzərdə tutur. Ona görə də KTMT-nin Azərbaycan ərazisində istənilən sülhməramlı fəaliyyəti 10 noyabr Bəyanatının pozulması deməkdir.

Xəqani Cəfərli hesab edir ki, Ukrayna cəbhəsində çətin duruma düşən Rusiya artıq Azərbaycan ərazisindəki sülhməramlılarını KTMT-nin silahlı qüvvələri ilə əvəz etmək niyyətindədir.

“Burada iki önəmli məqam var. Birincisi, beynəlxalq aləmdə Rusiyanın mövqeləri xeyli zəifləyib və çox mənfi imic qazanıb. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı da regional qurumdur. Dünyada Rusiyanın sülməramlı fəaliyyətinə şübhə ilə yanaşılır.

Azərbaycan cəmiyyətində də Rusiyanın sülhməramlı missiyası ilə bağlı ciddi suallar var. Ukraynada soyqırım törədən bir ölkənin əsgərləri Qarabağda sülhməramlı kimi təmsil oluna bilməz. Ona görə də Rusiya bunları pərdələmək üçün sülhməramlı missiyasını KTMT-nin üzərindən həyata keçirmək istəyir. Əslində Rusiya missiyasını həmin təşkilata ötürməklə təsir vasitələrini öz əlində saxlamağa çalışır. Eyni zamanda, Rusiyanın hərbi qüvvəsi də çatışmır. Hətta Rusiyanın Şimali Avropa istiqamətindəki qoşunlarının 80 faizini Ukrayna cəbhəsinə cəmləşdirdiyi barədə məlumatlar var.

Faktiki olaraq, Rusiya sərhədlərini nəzarətsiz buraxmaq məcburiyyətindədir. Rusiya həmçinin, Azərbaycan ərazisindəki sülhməramlı qüvvələrini, həm də Ermənistandakı hərbi bazasındakı silahlı qüvvələrinin bir qismini Ukraynadkı müharibəyə cəlb etməyə məcbur olub. Ona görə də Rusiya sülhməramlı kontingentin boşalan yerini KTMT-yə daxil olan Qazaxıstan, Qırğızıstan, Tacikistan, Belarus kimi ölkələrdən hərbçilər cəlb etmək hesabına dominantlığı saxlamağa çalışır.

Əgər Azərbaycan-Ermənistan sərhəddinə sülhməramlı qüvvə yerləşdirilərsə, Rusiyanın bu missiyanı təmin edəcək qədər əlavə hərbi kontingenti qalmayıb. Normal vəziyyətdə isə Rusiya bu fəaliyyətdən imtina etməli, ya da formatı dəyişməklə prosesə nəzarəti öz əlində saxlamalıdır. Çünki artıq Rusiyanın sülhməramlı missiyanı davam etdirməyə gücü qalmayıb. Görünür, Rusiya hələlik təşəbbüsü öz əlində saxlamağa çalışır. Məlumdur ki, Ermənistan tərəfi rusların bu işin öhdəsindən gələ bilmədiyi qənaətindədir və Skandinaviya ölkələrinin sülhməramlı missiyaya cəlb olunmasını təklif edir.

Eyni zamanda, Azərbaycan-Ermənistan sərhəddinə başqa dövlətlərin hərbçilərinin yerləşdirilməsi təklifi ilə çıxış edir. Rusiya bu təşəbbüsün qarşısını almağa çalışır. Lakin Rusiyanın həmin bölgəyə bir neçə min əlavə qüvvə cəlb etmək imkanı olmadığına görə KTMT-ni prosesə qoşmağa çalışır. Amma KTMT-də Qazaxıstan və Qırğızıstan kimi türk dövlətlərinin olması bizi aldatmamalıdır. Bu Rusiyanın layihəsidir və tamamilə Moskvadan idarə olunur. Ona görə də Azərbaycan Rusiyanın bu təklifini qəbul etməməlidir.

Digər tərəfdən, Ermənistan da KTMT-nin üzvüdür. Rusiya Ukraynadakı müharibədən sonra KTMT sülhməramlılarını yenidən öz qoşunları ilə əvəz etməyə çalışacaq. Bu da Rusiyanın regionda mövqeyini gücləndirə bilər. Bu da Azərbaycan üçün qəbuledilməzdir. Azərbaycan sülhmərmalı fəaliyyətin beynəlxalq təşkilatların mandatı altında həyata keçirilməsində maraqlı olmalıdır. Rusiya isə Qarabağ ərazisində mandatından kənara çıxır və istədiyi qərarı verir. Rusiya bölgənin sahibi kimi çıxış edir. Əslində bizə mandatından kənara çıxa bilməyən sülhməramlı qüvvə lazımdır”.





 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Azərelektrik Tikinti Quraşdırma" – MƏHKƏMƏYƏ VERİLİB
Bu gün, 15:00
"Naxçıvandakı sement zavodunun yarım milyon ton məhsulu hər il "qara yolla" satılıb" - YEYİNTİ İTTİHAMI...
Bu gün, 14:58
Ermənistan sülh sazişi layihəsi ilə bağlı Azərbaycandan təkliflər alıb - Eduard Ağacanyan
Bu gün, 14:54
Soyğunçuluğa görə saxlanılan şəxs Təranə Səmədovanın əri imiş
Bu gün, 14:53
Azərbaycanlıların Xankəndiyə girə bilməsi çox şeydən xəbər verir - Arşakyan
Bu gün, 14:50
"Qardaş yumruğu" təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib - VİDEO
Bu gün, 14:48
Rayon rəhbəri növbəti dəfə vətəndaşları qəbul edib
Bu gün, 14:38
“Dostumuzu birlikdə dost görür, düşmənimizi birlikdə düşmən bilirik" - Hulusi Akar
Bu gün, 14:35
Qarabağda beş günlük hərbi əməliyyat mümkündür - Hərbi ekspertdən İLGİNC AÇIQLAMALAR
Bu gün, 14:00
Azərbaycanda qorxulu qrip yayılıb: - “Xəstəni aldadır, hətta ölüm...”
Bu gün, 13:10
"Naxçıvanlılar neçə gündür gömrük keyfi yaşamaqdadırlar" - AÇIQLAMA
Bu gün, 13:08
Azərbaycan Ordusunun əsgəri özünü güllələyib - TƏFƏRRÜAT
Bu gün, 13:04
Tehran rejiminin Əliyevin suallarına “cavabı” - İNCƏLƏMƏ...
Bu gün, 13:02
“Fair Group Construction” şirkəti podrat məsələsinə görə 2 şrikəti – MƏHKƏMƏYƏ VERİB
Bu gün, 13:00
İran: "Biz bu TURAN yoluna qarşıyıq" - Farslar FÜRSƏT gözləyir?
Bu gün, 12:59
Səhhət Həbibbəylinin taleyi necə olacaq? - atası onu QURTARA BİLƏCƏKMİ?
Bu gün, 12:56
Molla rejiminə DİRƏNƏN GÜNEY AZƏRBAYCAN - GƏLİŞMƏ
Bu gün, 12:54
“Bu vəziyyətdə xaricə aparmaq da mümkün deyil” - Aftandil İsrafilovun qızı
Bu gün, 12:48
Rus rublu əlimizdə qalıb, banklar götürmür – Bu QANUN pozuntusudurmu?
Bu gün, 12:45
Vəkillər Kollegiyası Rəyasət Heyətinə yeni sədr müavinləri seçilib - ADLAR
Bu gün, 12:42
Sosial şəbəkələr niyə Azərbaycanda ofis açmır? - Qazancdan imtina, yoxsa…
Bu gün, 12:38
Ermənistan baş nazirinin ailəsi üçün gizli qərarla dəyəri 500 min dollardan çox olan 5 avtomobil alınıb - “Hraparak”
Bu gün, 12:36
"Naxçıvanın birbaşa mərkəzə tabe edilməsi geosiyasi çağırışların tələbidir" - ŞƏRH
Bu gün, 12:33
İlham Əliyevə babasından qalma heykəltəraşlıq əsəri təqdim edilib - FOTO
Bu gün, 12:31
Bakıda bu gecə də SOYUQ OLACAQ - Belə deyirlər...
Bu gün, 12:30
"Savaşla Şuşanı qazandıq, sülhlə İrəvanı qazanacağıq" - deputat
Bu gün, 12:27
“İnstagram”da tanış olduğu şəxsi barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyən və soyğunçuluq edən şəxslər saxlanılıblar
Bu gün, 12:26
Rus müxalifin məhkəmədə Putinə dedikləri gündəm oldu: - "Bizi heç vaxt bağışlamayacaqlar..."
Bu gün, 12:21
“Azərbaycana uduzuruq, yalnız bir ümidimiz var...” - Hrant Mikaelyan
Bu gün, 12:19
Növbəti erməni TƏXRİBATI: - Bu dəfə Azərbaycan mediası HƏDƏFDƏ
Bu gün, 12:18
Vasif Talıbovun oğlunun İTİNİN DƏ VİLLASI VAR... - HARINLIĞIN SON HƏDDİ...
Bu gün, 12:14
“Yeni evimdə ərimlə qalacam”
Bu gün, 12:09
"Bakı Beynəlxalq avtovağzalında camaatın cibinə girirlər" - GİLEY
Bu gün, 12:05
Səhiyyə Nazirliyində yeni təyinat olub - ƏMR
Bu gün, 12:03
Anar Bağırov növbəti dəfə Vəkillər Kollegiyası Rəyasət Heyətinin SƏDRİ SEÇİLDİ
Bu gün, 12:02
"'Akula Akif" Eldar Mahmudovun generalının məhkəməsində üzə çıxdı – SENSASİON GƏLİŞMƏ
Bu gün, 12:00
Bakı şəhər İcra Hakimiyyəti 1-Cİ YERDƏDİR... - BUNA GÖRƏ...
Bu gün, 11:58
Niyazi Bayramov bu DƏLƏDUZLUĞA İZAHAT VERMƏLİDİR... - Ona dəxli var, ya yox?..
Bu gün, 11:56
"Tərtər işi" ilə bağlı azadlığa buraxılan 19 nəfərin SİYAHISI
Bu gün, 11:49
Türkiyədə böyük neft yatağı tapıldı – Xoş xəbəri Ərdoğan AÇIQLAYACAQ
Bu gün, 11:48
İnterpolla aradığımız Arayik Fransaya səfər etdi... - FOTO
Bu gün, 11:45
Deputat səfirləri TOPA TUTDU - "Bu yarıtmazlıq nədən ibarətdir?"
Bu gün, 11:44
İsmayıllıda evlərdən mobil telefonları oğurlayan keçmiş məhkum tutulub
Bu gün, 11:42
Aqil Abbas yaşlı aktyorların işdən çıxarılmasına ETİRAZ ETDİ
Bu gün, 11:29
Putin xilas olmağın yolunu Çində axtarır - GƏLİŞMƏ
Bu gün, 11:26
Prezident Dağıstan Respublikasının rəhbərini qəbul edib
Bu gün, 11:22
İrəvanda Avropaya miqrant daşıyan federasiya rəhbəri saxlanılıb
Bu gün, 11:16
"Qabaqlar bu kimi hadisələrdən az xəbər tuturduq" - NƏ ETMƏLİ?
Bu gün, 11:13
Naxçıvan Baş Gömrük İdarəsinin rəis əvəzindən İLK AÇIQLAMA - "Başlıca məqsəd..."
Bu gün, 11:11
“Əli və Nino Qrup” LƏĞV OLUNUR
Bu gün, 11:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru