VOLKOV!.. Nə sən canavar deyilsən... NƏ DƏ BİZ DOVŞAN! .....                     İlham Əliyevin fotoları Güney Azərbaycan küçələrində .....                     “Sizi qorxutmaq istəmirəm, vəziyyət gərgindir” .....                     Tehranda hər şey dəyişir, xislətdən başqa .....                     Bakıdan İrəvana 70 milyard dollarlıq təzminat tələbi: .....                     Almaniyada çevrilişə cəhd edənlər hakimiyyəti şahzadəyə ötürmək istəyirmişlər .....                     “Meqalizinq " şirkəti .....                     Məktəblərdə printer almaq üçün pul yığılır .....                     EKOLOJİ MUXTARLIQ: Ana Təbiətin NANKOR ÖVLADLARI... .....                     Sahibi olan 200 mənzil necə satışa ÇIXARILIB? .....                     Azərbaycanda iki rayona polis rəisi təyin edilib .....                     Balıq ovçuları nazirlik əməkdaşlarının qayığını yandırıblar .....                     “EuroHome”dakı yanğının HƏLƏ DƏ ÇIXAN TÜSTÜSÜ... .....                     Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir .....                     Qubadakı Vətən Müharibəsi abidəsininin ərazisini kim zəbt edib? .....                     "Başqa ittifaqlara ehtiyacımız yoxdur... .....                     Xocalı qatili Balasanyan Volkovla Xocalıdakı görüşümüzdə “koordinator”luq etdi?.. .....                     SÜLHMƏRAMLI NAĞILI: Bitirmək lazımdr bu mövzunu... .....                     ““Qurani-Kərimdə “Peyğəmbər” sözü yoxdur” .....                     Qarabağ Qazilərinin pullarını mənimsəyən iş adamı .....                     Toivo Klaar Ermənistana səfərə gedir .....                     Büdcənin yükü: bir Naxçıvan deyil… .....                     Molla fitnəsi səngimir: Diversantları Qarabağa sızdı .....                     Vasif Talıbovun bu qanunsuz sərəncamı ləğv ediləcək .....                     Azərbaycanda yüksək vəzifələrdə çalışan MƏMUR QARDAŞLAR .....                     Arutyunyan Avropanı necə gəzə bilir? .....                     Kukla Teatrının yaradıcı heyəti dindirilməyə ÇAĞIRILDI .....                     Ermənistan müdafiə naziri Rusiyaya səfər edib .....                     Dəmir Yolları da DƏMİR YUMRUQ İSTƏYİR... .....                     "Azərsun" xörəyimizə HANSI DUZU QATIR? .....                     Gələn il hansı banklar bağlana bilər? .....                     "350 manat partiyanın mərkəzi ofisinin işıqpuluna çatmır" .....                     Ucarda quldurluq edən üç nəfər saxlanılıb .....                     Sülhə doğru daha bir addım: Gözləntilər nələrdir? .....                     Mədəniyyət Nazirliyinin başı üzərindən qara dumanlar çəkilmir .....                     Laçın dəhlizindəki müəmma .....                     Kəndin adı Xırmandalıdır... özünü XIRMAN DALI bilib istədiklərini edirlər... .....                     NATO üzvü olan Türkiyə sən demə, NATO üzvü deyilmiş... .....                     Ermənistanın QARABAĞ HİYLƏSİ... .....                     Göyçə mahalında eşidilən AZAN SƏSİ erməniləri DƏLİ ETDİ .....                 

Cəlladın hiyləsi: Köçəryan Ermənistanı "gözətçi it" roluna qaytarmaq istəyir - GƏLİŞMƏ
Tarix: 1-10-2022, 14:00 | Çap et
Cəlladın hiyləsi: Köçəryan Ermənistanı "gözətçi it" roluna qaytarmaq istəyir
Ermənistanın sabiq Prezidenti, Xocalı cəlladı kimi tanınan terrorçu Robert Köçəryan İrəvanda mətbuat konfransı keçirib və Ermənistanın düşdüyü çətin vəziyyətdən çıxış yollarını göstərib. Köçəryan hesab edir ki, Ermənistanın acınacaqlı durumdan çıxması üçün Baş Nazir Nikol Paşinyan hakimiyyətdən getməli, ordu güclənməli, ölkənin xarici dövlətlərlə əlaqələri yenidən qurulmalıdır.

"Heç kim zəif ölkə ilə hesablaşmayacaq, dilənçilik edən ölkəyə hörmət etməyəcək. Regionda bizim amilimiz azalıb. Düzünü desək, biz özümüz bunu plintus səviyyəsinə çatdırmışıq. Biz danışıqlar masası üzərindəyik, onun ətrafında deyilik”, - Köçəryan vurğulayıb.

Sabiq Prezident hesab edir ki, Rusiya ilə zəifləyən münasibətlər yenidən gücləndirilməlidir ki, bu, Ermənistanın dirçəlməsinə, Qarabağ məsələsində İrəvanın istəklərinin yerinə yetirilməsinə nail olunsun.

Bununla yanaşı, Köçəryan İranla münasibətlərin dərinləşdirilməsinin vacib olduğunu söyləyib: "İndi İranla razılığa gəlmək, münasibətləri ən yüksək səviyyəyə çatdırmalıyıq. Bunun üçün hələ gec deyil. Çünki Tehran üçün regionda "milli maraqların" qorunması önəmlidir".

Xocalı cəlladının açıqlamaları, xüsusilə Rusiya və İranla münasibətlərin inkişafı ilə bağlı mülahizələri erməni ictimaiyyətinin özündə ironiya ilə qarşılanıb. Müxalifətdə olan Köçəryanın hakimiyyətə gələrək Ermənistanı Rusiyanın boyunduruğuna daha dərin salmaq istədiyi bildirilir.

Analitik Razmik Akopcanyan hesab edir ki, sabiq Prezident Ermənistanın təhlükəsizlik baxımından zəifliyini dərk etməklə bərabər, bunu yanlış yerdə - qeyri-sabitliyə qucaq açan yaramaz dövlətlərdə axtarır: "Köçəryan qeyd edir ki, Rusiya ilə sıx bağlı olmalıyıq və müharibədən iki il sonra Ermənistan sərhəd təhlükəsizliyini gücləndirmək üçün İran amilindən istifadə etməyib. Bu ifadələrin hər ikisi, axmaq yanaşmadır".

"Ondan başlayaq ki, Ermənistanı suverenlik və müstəqilliyin bir çox elementlərini itirməsinə məhz Köçəryan gətirib. Köçəryan dövlətimizin bir növ “gözətçi iti” rolunda Kremlə bağladı. Rusiyanın ən yüksək rütbəli müxtəlif növ məmurları tərəfindən açıq-aşkar təhqir olunurduq. Amma bu, Köçəryanı o qədər də narahat etmirdi. O, həmişə yalnız şəxsi hakimiyyətin təhlükəsizliyindən narahat olub", - deyə politoloq qeyd edib.

Akopcanyan vurğulayıb ki, Köçəryan hakimiyyətdə olduğu dövrdə Ermənistanı yadelli işğalçı kimi talayıb: "Onu indi yağ-bal içərisində yaşadan pullar, siyasi partiyasına sponsorluq etdiyi milyardlarının hamısı Rusiyanın xeyir-duası ilə əldə edilib. Erməni xalqından, vətənimizdən oğurlanan pullardır. Əslində Köçəryan Kremlin gözündə Ukraynanın eks-prezidenti Viktor Yanukoviçin yumşaq analoqudur. Yeganə fərq odur ki, Köçəryanı camaat devirməyib. O, hakimiyyəti Serj Sarkisyana təhvil verdi. Sarkisyanın hakimiyyəti saxlaya bilməməsi isə Kremlin bütün planlarını pozmuş oldu. Bu səbəbdən də Kreml İkinci Qarabağ müharibəsində bizim arxamızda dayanmadı".

"İqtisadi və hərbi nöqteyi-nəzərdən hazır olmadığımız müharibə məhz ona görə idi ki, ölkəmiz Rusiyadan tam asılı vəziyyətə düşdü. Ermənistanın Putinin alyanslarına qoşan kim idi - əlbəttə, Köçəryan, sonra da Sarkisyan. Ordumuz Rusiyanın zibil silahları ilə silahlandı, onların da çoxu atmadı. Bununla yanaşı, Kreml ölkəmizin enerji və siyasi təhlükəsizlik əldə etmək, yaxud aparıcı istehsalçı ölkələrdən ən müasir silah növləri almaq cəhdlərinin qarşısını həmişə alıb. Azərbaycan isə istədiyi hər şeyi aldı. Bütün bunların nəticəsi hamıya məlumdur", - Akopcanyan əlavə edib.

Onun sözlərinə görə, baş verənlərin əsas günahkarlarından biri və birincisi Köçəryandır: "Amma o, gördüyümüz kimi, öz xəttinə sadiq qalmaqda davam edir. O, Rusiya Federasiyasının xəyanətindən deyil, dövlətimizin zəifliyindən şikayət edərək, Rusiya ilə münasibətlərin daha da dərinləşməsinin tərəfdarı olmaqda davam edir. Bununla belə, o, İranla münasibətləri dərinləşdirməyi təklif edir. İndi ən güclü etirazlarla sarsılan bir dövlət ilə. Gülməlidir. İranda baş verənlərin nəticəsini proqnozlaşdırmaq mümkün deyil. Üstəlik, şah ailəsi yenidən arenaya daxil olub. Və o, əlbəttə ki, Qərbin təşəbbüsü ilə arenaya çıxdı. İstənilən halda İran ciddi sanksiyalara məruz qalan ölkədir. Eynilə Rusiya kimi. Bu ölkələrin hər ikisi Qərbin gözündə pariya statusuna malikdir. Hər ikisi iqtisadi cəhətdən geridə qalmış dövlətlərdir, burada demokratiya və vətəndaş azadlıqları illüziyası ümumiyyətlə yoxdur. Köçəryan görür ki, Rusiyanın öz vətəndaşları kütləvi şəkildə qaçırlar, amma yenə də "Rusiya" deyir".

"İranda ümumiyyətlə qaranlıq hökm sürür. İslam Respublikası ilə Rusiya arasında yeganə fərq odur ki, hələlik Rusiyanın bütün şəhərlərində kütləvi etiraz aksiyaları yoxdur. Amma indidən bəllidir ki, Ermənistana Qərblə deyil, İran və Rusiya ilə münasibətləri dərinləşdirməyi yalnız bir axmaq və ya satqın məsləhət verə bilər", - deyə analitik fikrini tamamlayıb.

DİA.AZ-ın məlumatına görə, sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli AYNA-ya deyib ki, Köçəryan Rusiyanın göstərişi ilə yenidən hakimiyyəti ələ almağa çalışır.

Onun sözlərinə görə, Kremli tərifləmək, Rusiyaya yarınmaqla nəyəsə nail olmaq istəyir: "Düşünür ki, belə bəyanatlarla erməni xalqını yenidən aldada biləcək, hakimiyyətə gələcək. Amma bu, mümkün görünmür. Köçəryan və Sarkisyan idarəçiliyi müstəqil Ermənistan tarixinin ən rüsvayçı dövrü olub. Ölkə başdan-ayağa rüşvətin, korrpusiyanın mənbəyi olub. Vətəndaşların elementar hüquqları pozulub, işğalçılıq siyasəti pik həddə çatıb. Onlar “Böyük Ermənistan” nağılları ilə əhalini uzun müddət aldadıblar. İndi Ermənistanın bədbəxt durumundan istifadə edib, yenidən aldatmaq istəyir".

"İnanmıram ki, ermənilər yenidən Köçəryan və Sarkisyan kimi axmaq siyasilərə aldana. Birincisi, erməni cəmiyyətinin Rusiyaya nifrəti hər gün bir az da artır. Məlumdur ki, Köçəryan da Kremlin marionetidir. İkincisi, Köçəryanın, Sarkisyanın dövrü elə də uzaq tarix deyil, o korrupsiyanı, özbaşnalığı görən ermənilər onlara yenidən şans tanımazlar. 44 günlük müharibədən sonra keçirilən seçkilərdə də əhali nə Köçəryanın partiyasına, nə də Sarkisyanın təşkilatına səs verdi. Təsəvvür edirsiniz, məğlub Paşinyana səs verdilər, amma Köçəryana yox. Bundan sonra Köçəryanın bir az abrı, həyası olsaydı, ümumiyyətlə siyasətdən gedərdi", - hüseynli vurğulayıb.

Politoloq qeyd edib ki, bu gün köhnə hakimiyyətin Ermənistan siyasətində rolları yoxdur: "Aldıqları təlimatlara uyğun olaraq, bəyanatlar verirlər. Yenidən Qarabağı işğal etmək həvəsinə düşən Köçəryan da yaxşı bilir ki, Ermənistan Azərbaycanla müharibə aparmaq iqtidarında deyil. Buna nə onların hərbi, nə də iqtisadi gücü var. 44 günlük Vətən müharibəsində onların bütün əzmi qırıldı, orduları darmadağın oldu. hansı ordu ilə, hansı hərbi texnika ilə vuruşacaqlar?! Onların hərbi texnikasının 80 faizi Bakıdakı Hərbi Qənimətlər Parkındadır. Bunu Köçəryan görür, sadəcə boğazdan yuxarı bəyanatlar, sərsəm açıqlamalar verir".

"İranla münasibətlərin dərinləşməsinə gəlincə, onsuz da Tehran hər zaman İrəvana dəstək verib. heç vaxt İranın Ermənistana dəstəyi əskik olmayıb. İndi Zəngəzur dəhlizi ilə bağlı İran rəsmilərinin hansı hoqqalardan çıxdığını görürük. Lakin burada Akopcanyanla razılaşmamaq da olmur. Bu gün İran öz canına ağlayır, gözünə Ermənistan görünmür", - sabiq dövlət müşaviri fikrini tamamlayıb.





 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
VOLKOV!.. Nə sən canavar deyilsən... NƏ DƏ BİZ DOVŞAN! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:52
İlham Əliyevin fotoları Güney Azərbaycan küçələrində - FOTO
Bu gün, 10:48
“Sizi qorxutmaq istəmirəm, vəziyyət gərgindir” - Erməni nazirdən İLGİNC AÇIQLAMA
Bu gün, 10:44
Tehranda hər şey dəyişir, xislətdən başqa – Azərbaycana qarşı təkzibolunmaz riyakarlıq
Bu gün, 10:43
Bakıdan İrəvana 70 milyard dollarlıq təzminat tələbi: - sənədlər məhkəməyə hazırlanır
Bu gün, 10:42
Almaniyada çevrilişə cəhd edənlər hakimiyyəti şahzadəyə ötürmək istəyirmişlər - TƏFƏRRÜAT
Bu gün, 10:34
“Meqalizinq " şirkəti MƏHKƏMƏYƏ VERİLİB
Bu gün, 10:30
Məktəblərdə printer almaq üçün pul yığılır - FOTO
Bu gün, 10:29
EKOLOJİ MUXTARLIQ: Ana Təbiətin NANKOR ÖVLADLARI... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 10:24
Sahibi olan 200 mənzil necə satışa ÇIXARILIB? – Məhkəmə ilə MTK arasında qalan zərərçəkəndən ŞİKAYƏT
Bu gün, 10:14
Azərbaycanda iki rayona polis rəisi təyin edilib - ƏMR
Bu gün, 10:11
Balıq ovçuları nazirlik əməkdaşlarının qayığını yandırıblar - Məhkəmə başlayır
Bu gün, 10:09
“EuroHome”dakı yanğının HƏLƏ DƏ ÇIXAN TÜSTÜSÜ... - NARAZILIQ VAR!
Bu gün, 10:08
Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir - MN
Bu gün, 10:04
Qubadakı Vətən Müharibəsi abidəsininin ərazisini kim zəbt edib? - FOTO
Bu gün, 10:00
"Başqa ittifaqlara ehtiyacımız yoxdur... - İndi Turan istiqamətinə gedirik"
Bu gün, 09:56
Xocalı qatili Balasanyan Volkovla Xocalıdakı görüşümüzdə “koordinator”luq etdi?.. - BU NƏDİ BELƏ?
Bu gün, 09:53
SÜLHMƏRAMLI NAĞILI: Bitirmək lazımdr bu mövzunu... - Bu da RUSİYANIN ASTAR ÜZÜ...
Bu gün, 09:48
““Qurani-Kərimdə “Peyğəmbər” sözü yoxdur” - Elşad Miri
Bu gün, 09:41
Qarabağ Qazilərinin pullarını mənimsəyən iş adamı – Özü 400 minlik, oğlu 200 minlik maşında gəzir
Bu gün, 09:38
Toivo Klaar Ermənistana səfərə gedir
Bu gün, 09:35
Büdcənin yükü: bir Naxçıvan deyil… - Ekspert ÇÖZƏLƏYİR...
Bu gün, 09:28
Molla fitnəsi səngimir: Diversantları Qarabağa sızdı - NƏ BAŞ VERİR?
Bu gün, 09:25
Vasif Talıbovun bu qanunsuz sərəncamı ləğv ediləcək - Başqa yolu YOXDUR!
Bu gün, 09:24
Azərbaycanda yüksək vəzifələrdə çalışan MƏMUR QARDAŞLAR - ARAŞDIRMA
Bu gün, 09:23
Arutyunyan Avropanı necə gəzə bilir? - AKTUAL
Bu gün, 09:21
Kukla Teatrının yaradıcı heyəti dindirilməyə ÇAĞIRILDI - Yoxlamalarla bağlı
Bu gün, 09:19
Ermənistan müdafiə naziri Rusiyaya səfər edib - MƏXFİDİR?
Bu gün, 09:17
Dəmir Yolları da DƏMİR YUMRUQ İSTƏYİR... - İSLAHAT ZƏRURƏTİ
Bu gün, 09:16
"Azərsun" xörəyimizə HANSI DUZU QATIR? - XƏBƏRİNİZ VARMI?
Bu gün, 09:10
Gələn il hansı banklar bağlana bilər? - AÇIQLAMA
Bu gün, 09:06
"350 manat partiyanın mərkəzi ofisinin işıqpuluna çatmır" - ETİRAZ
Bu gün, 09:04
Ucarda quldurluq edən üç nəfər saxlanılıb
Bu gün, 09:02
Sülhə doğru daha bir addım: Gözləntilər nələrdir? - GƏLİŞMƏ
Bu gün, 09:01
Mədəniyyət Nazirliyinin başı üzərindən qara dumanlar çəkilmir - NƏ ETMƏLİ?
Bu gün, 08:59
Laçın dəhlizindəki müəmma - Hələlik bir şey məlumdur ki, heç nə məlum deyil...
Bu gün, 08:57
Kəndin adı Xırmandalıdır... özünü XIRMAN DALI bilib istədiklərini edirlər... - GİLEY
Bu gün, 08:54
NATO üzvü olan Türkiyə sən demə, NATO üzvü deyilmiş... - Görünəni budur...
Bu gün, 08:52
Ermənistanın QARABAĞ HİYLƏSİ... - Atəşi ona görə açırlar ki...
Bu gün, 08:44
Göyçə mahalında eşidilən AZAN SƏSİ erməniləri DƏLİ ETDİ - VİDEO
Bu gün, 08:38
Naxçıvanın hər qarışında YEYİNTİ VAR - Daha bir FAKT
Bu gün, 08:35
İran: Daxili qırğın və xaricdəki həyəcan - İNCƏLƏMƏ...
Bu gün, 08:32
Cəlilabadda vətəndaşların şikayəti bitmək bilmir... - MÜRACİƏT
Bu gün, 08:30
Balakəndə spirtli içkilər oğurladığı mağazanı yandırmaq istəyən şəxs tutulub - FOTO
Bu gün, 08:27
Artıq Naxçıvanda pomidoru da pomidor qiymətinə satırlar... - "Keçən il bu vaxtı 24 manat idi..."
Bu gün, 08:25
İcbari Tibbi Sığorta xidmətin Covid-19 KORRUPSİYASI... - İTTİHAM VAR!
Bu gün, 08:18
Culfa gömrüyü hələ də ÖZÜNƏ YIĞIŞMIR... - ÖZBAŞINALIQ!
Bu gün, 08:14
Heydər Əliyev Azərbaycanın gənclər siyasətinin banisidir - MƏQALƏ
Bu gün, 08:06
Bu gün dollar neçəyə olacaq?
Bu gün, 08:04
Naxçıvanda nələr olacaq? - “Rəhbər Vasif olsun, Ağasif olsun, kim olursa olsun...”
Dünən, 19:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru