Qarabağda beş günlük hərbi əməliyyat mümkündür .....                     Azərbaycanda qorxulu qrip yayılıb: .....                     "Naxçıvanlılar neçə gündür gömrük keyfi yaşamaqdadırlar" .....                     Azərbaycan Ordusunun əsgəri özünü güllələyib .....                     Tehran rejiminin Əliyevin suallarına “cavabı” .....                     “Fair Group Construction” şirkəti podrat məsələsinə görə 2 şrikəti .....                     İran: "Biz bu TURAN yoluna qarşıyıq" .....                     Səhhət Həbibbəylinin taleyi necə olacaq? .....                     Molla rejiminə DİRƏNƏN GÜNEY AZƏRBAYCAN .....                     “Bu vəziyyətdə xaricə aparmaq da mümkün deyil” .....                     Rus rublu əlimizdə qalıb, banklar götürmür .....                     Vəkillər Kollegiyası Rəyasət Heyətinə yeni sədr müavinləri seçilib .....                     Sosial şəbəkələr niyə Azərbaycanda ofis açmır? .....                     Ermənistan baş nazirinin ailəsi üçün gizli qərarla dəyəri 500 min dollardan çox olan 5 avtomobil alınıb .....                     "Naxçıvanın birbaşa mərkəzə tabe edilməsi geosiyasi çağırışların tələbidir" .....                     İlham Əliyevə babasından qalma heykəltəraşlıq əsəri təqdim edilib .....                     Bakıda bu gecə də SOYUQ OLACAQ .....                     "Savaşla Şuşanı qazandıq, sülhlə İrəvanı qazanacağıq" .....                     “İnstagram”da tanış olduğu şəxsi barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyən və .....                     Rus müxalifin məhkəmədə Putinə dedikləri gündəm oldu: .....                     “Azərbaycana uduzuruq, yalnız bir ümidimiz var...” .....                     Növbəti erməni TƏXRİBATI: .....                     Vasif Talıbovun oğlunun İTİNİN DƏ VİLLASI VAR... .....                     “Yeni evimdə ərimlə qalacam” .....                     "Bakı Beynəlxalq avtovağzalında camaatın cibinə girirlər" .....                     Səhiyyə Nazirliyində yeni təyinat olub .....                     Anar Bağırov növbəti dəfə Vəkillər Kollegiyası Rəyasət Heyətinin .....                     "'Akula Akif" Eldar Mahmudovun generalının məhkəməsində üzə çıxdı .....                     Bakı şəhər İcra Hakimiyyəti 1-Cİ YERDƏDİR... .....                     Niyazi Bayramov bu DƏLƏDUZLUĞA İZAHAT VERMƏLİDİR... .....                     "Tərtər işi" ilə bağlı azadlığa buraxılan 19 nəfərin .....                     Türkiyədə böyük neft yatağı tapıldı .....                     İnterpolla aradığımız Arayik Fransaya səfər etdi... .....                     Deputat səfirləri TOPA TUTDU .....                     İsmayıllıda evlərdən mobil telefonları oğurlayan keçmiş məhkum tutulub .....                     Aqil Abbas yaşlı aktyorların işdən çıxarılmasına .....                     Putin xilas olmağın yolunu Çində axtarır .....                     Prezident Dağıstan Respublikasının rəhbərini .....                     İrəvanda Avropaya miqrant daşıyan federasiya rəhbəri saxlanılıb .....                     "Qabaqlar bu kimi hadisələrdən az xəbər tuturduq" .....                 

"Ali iqtisadi təhsilə lazımlı ixtisaslar ləğv edilib" - Ekspert danışır
Tarix: 1-10-2022, 09:07 | Çap et
"Ali iqtisadi təhsilə lazımlı ixtisaslar ləğv edilib"
İqtisadçı ekspert, professor Elşad Məmmədov hafta.az-a bu dəfəki müsahibəsində bu yaxınlarda ölkə Prezidentinin müvafiq Fərmanı ilə ad dəyişikliyinə uyğun olaraq formalaşmağa başlamış Elm və Təhsil Nazirliyinin məsul olduğu elm və təhsil sahələrində qarşısında duran problemlər, icra edəcəyi dəyişiklik və yeniliklər haqda danışdı, bəzi sahələrlə bağlı açıq tənqidi münasibətini ifadə etdi. DİA.AZ həmin müsahibəni təqdim edir:

– Elşad müəllim, yeni 2022-2023-cü tədris ilinin əsas görünən yeniliklərindən biri Təhsil Nazirliyinin adının dəyişdirilərək Elm və Təhsil Nazirliyi adlanması və təbii ki, həmin qurumda buna uyğun struktur dəyişiklikləridir. Bu dəyişikliklər özünü hansı forma, məzmun və mahiyyətdə büruzə verməkdədir və verəcək?

– Zənnimcə, Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin sosial yönümlü olması və ölkə Prezidentinin bu məsələlərin həllində nümayiş etdirdiyi siyasi iradə Azərbaycanın bir çox xarici iqtisadi təsirlərdən qorunmasına şərait yaratdı. Belə ki, pandemiya məhdudiyyətlərində də biz bunu açıq-aşkar gördük ki, bir çox ölkələrdən fərqli olaraq ölkəmizdə hansısa dərin böhran yaşanmadı. Həmçinin 44 günlük müharibə dövründə biz milli iqtisadiyyatımızın qüdrətinin bütün dünyaya nümayiş etdirilməsinin şahidi olduq. Eyni zamanda dünya iqtisadiyyatında son onilliklər ərzində baş verməkdə olan ən dərin böhranlar zamanı da milli iqtisadiyyatımızın idarəolunan formatda olması özünü göstərdi. Xarici iqtisadi və siyasi təsirlərin ölkəmizə həlledici dərəcədə mənfi təsir göstərməməsinin də şahidi olduq ki, bu da sözsüz ki, ölkədəki effektiv sosial-iqtisadi siyasətlə bağlıdır. Amma həmin sosial-iqtisadi siyasətin dayanıqlı olması üçün onun fiundamental əsaslarından biri ölkənin elmi potensialının inkişaf etdirilməsi olmalıdır, ölkədə insan potensialıyla bağlı istiqamətlərin fundamental və tətbiqi inkişafıyla, iqtisadiyyatın müxtəlif sahələri üzrə elmi potensialın reallaşdırılmasıyla bağlı olmalıdır. Hesab edirəm, bu istiqamətlər üzrə son illər və onilliklər ərzində mövcud olmuş boşluqlar institusional islahatların da olmasını və elm və təhsilin də idarə edilməsində yeni yanaşmaların tətbiqini zəruri etdi. Elm və Təhsil Nazirliyinin yaradılmasının da əsas səbəbini məhz bunda görürəm. Sizin sualınızda, zənnimcə, çox düzgün qoyduğunuz “forma, məzmun və mahiyyətcə” məsələsi ki, var, hesab edirəm ki, yeni Nazirlik sadalanan hər 3 istiqamətdə ölkə qarşısındakı insan kapitalının inkişafıyla və konkret olaraq elmin, təhsilin inkişafı ilə bağlı olan çağırışlara cavab verməli və həmin çağırışlara uyğun siyasət həyata keçirməlidir. Bilavasitə elm və təhsilin inkişafına cavabdeh olan bu qurum olacaq. Ona görə də forma, mahiyyət və məzmunca yeni Nazirlik həm fundamental, həm sahəvi, həm də tətbiqi-elmi araşdırmaların effektivliyinin artmasını təmin etməlidir. Sahəvi elmi qurumlar belə, öz fəaliyyətini Elm və Təhsil Nazirliyi ilə əlaqələndirməlidir. Ona görə ki, bu qurum Azərbaycanda həyata keçirilən bütövlükdə elm, təhsil siyasəti sahəsində öz məsuliyyətini təmin etməlidir. Bu baxımdan bu Nazirlik həm forma, həm mahiyyət, həm də məzmunca sürətlə dəyişən çağırışlara çevik reaksiya verə bilən effektiv və operativ fəaliyyət göstərməyə qadir olan bir qurum kimi fəaliyyət göstərməli və zənnimcə, bu, Azərbaycanın dayanıqlı sosial-iqtisadi inkişafının əsas təminatçısı kimi çıxış etməli olan bir mexanizm şəklində işləyən bir sistemə çevrilməlidir...

– Konkret olaraq sizin də çalışdığınız ali təhsil, o cümlədən ali iqtisadi təhsil sahəsindəki hansı problemlərin həlli yeni Nazirlik qarşısında zəruri vəzifə kimi durur?

– Mən ölkəmizin ali təhsil sistemində uzun illər ərzində müxtəlif vəzifələrdə çalışmışam və çalışmaqdayam. İqtisadçı olduğum üçün də, xüsusilə, ali iqtisadi təhsil sahəsinə fokuslaşmışam. Və yəqin ki, ali təhsil, xüsusən ali iqtisadi təhsil sistemində baş verən proseslər barədə əsaslı fikirlər bildirməyə haqqım var. Çox təəssüf ki, ölkəmizin ali iqtisadi təhsil sistemi bugünkü reallıqlar çərçivəsində formalaşan çağırışlara cavab vermir.

Biz Azərbaycanın ali iqtisadi təhsil sisteminin istər ölkədə, istər bölgədə, istərsə də dünyada baş verən iqtisadi-sosial proseslərlə bağlı effektiv reaksiyasını görmürük. Və sözügedən sistemin nəinki effektiv reaksiyasını, qeyd etdiyimiz baş verən proseslərin təhlilinə belə, yaxın düşməsinin şahidi ola bilmirik. Bu, çox acınacaqlıdır və hesab edirəm ki, bunun nəticələrini ölkəmizin iqtisadiyyatı yaxın illərdə görə bilər...

– Ali iqtisadi təhsil sistemindəki çatışmazlıqlar ilk növbədə özünü nələrdə büruzə verir?

– Bir sıra konkret misallar gətirmək istəyirəm ki, geniş auditoriya onlardan bilgili olsun və Azərbaycan ictimaiyyəti özü nəticə çıxarsın, həmçinin, aidiyyati dövlət qurumları həmin məsələlərə lazım olan səviyyədə diqqət yetirsin...

Nə qədər məntiqsiz görünsə də, Azərbaycanda bakalavriat səviyyəsində dünya iqtisadiyyatı ixtisası ləğv olunub. Bəs bu halda biz ali iqtisadi təhsil sistemimiz tərəfindən dünyada baş verən mürəkkəb iqtisadi proseslərin təhlil edilməsinə necə çalışacağıq? Bu, necə dəyərləndirilməlidir və həmin qərarı qəbul etmiş vəzifəli insanlar buna necə izahat verə bilər? Bəhs edilən məsələni bir qədər də maraqlı edən odur ki, doktorantura səviyyəsində dünya iqtisadiyyatı ixtisası var. Sanki binanın üst mərtəbələri tikilir, alt mərtəbələri isə sökülür… Bir sözlə, çox müəmmalı yanaşmadır…

Digər tərəfdən, beynəlxalq ticarət və loqistika ixtisası tədris prosesinə daxil edilib, amma ticarət ixtisası ləğv olunub. Sual edilir: ticarət olmadan beynəlxalq ticarət mövcud ola bilərmi? Və istər idxal, istər ixrac olsun, beynəlxalq ticarətin məntiqi nəticəsi, məntiqi yekunu daxili ticarət olmurmu? Yəni belə bəsit məsələləri bizim iqtisadi təhsilin rəhbərlyində olan insanlar dərk etmirmi?..

Bir misal da deyim: biznesin idarə edilməsi ixtisasında binesin əsasları fənni tədris planına əsas yox, seçmə fənn kimi daxil edilib. Yəni belə çıxır ki, tələbə biznesin idarə edilməsi üzrə mütəxəssis olacaq, amma biznesin əsasları fənnini keçməyə də bilər. Bəs o halda həmin tələbə 4 il ərzində biznesin əsaslarını bilmədən biznesin idarə olunması üzrə necə mütəxəssis kimi yetişə bilər? Yəni bu qədər sadə suallara cavab tapmaq mümkün olmadığı halda hansısa beynəlxalq reytinqlərin arxasınca qaçmaq, hansısa xarici jurnallarda məqalələri reklam etmək və s. ümumiyyətlə, ali iqtisadi təhsil sistemi üzərində çox təhlükəli eksperimentlər aparılması demək deyilmi?..

Daha bir ciddi boşluğu diqqətə çatdırmamaq olmur: Azərbaycanda 26 kommersiya bankı fəaliyyət göstərir və ölkəmizin bank sektorunun inkişafı bu gün, hesab edirəm ki, iqtisadi siyasət nöqteyi-nəzərindən ən həssas və ağrılı istiqamətlərdən biridir. Fəqət, ölkədə bank işi ixtisası bakalavr səviyyəsindəki iqtisadi təhsilin əsasını qoyduğu halda həmin ixtisas ləğv olunur. Yəni düşünürəm ki, bunun hansı məntiqə əsaslanmasının təhlili üçün elə də dərin biliklərə malik olmaq tələb edilmir. Bax belə, dərin, bir tərəfdən gülməli, digər tərəfdən isə kədərlənməli olan problemlər var ki, onların mövcudluğu ali iqtisadi təhsil sistemimizin Azərbaycanın milli iqtisadiyyatımızın inkişaf göstəricilərinə açıq-aşkar uyğun olmamasının göstəricisidir.

Hesab edirəm ki, sadalanan problemlər həm ictimai müstəvidə, həm də dövlət qurumları, o cümlədən Elm və Təhsil Nazirliyi səviyyəsində qaldırılmalıdır. Və mən bir mütəxəssis olaraq məsələnin ciddiliyini nəzərə alıb onun hər iki sözügedən müstəvidə müzakirələrinin təşkilində bilavasitə iştirak edəcəyəm. Ali iqtisadi təhsil sistemimizdəki bu problemlər olduqca mühümdür və düşünürəm ki, həmin məsələlərlə bağlı məsuliyyət daşımalı olan insanlar aidiyyatı olaraq mütləq məsuliyyətlərini dərk etməli və onu daşımalıdırlar... Elm və Təhsil Nazirliyi də mütləq qeyd edilən problemlərin həllinə nail olmalıdır...

– Elm və təhsilin inkişafına cavabdeh olan yeni Nazirliyin icra edəcəyi dəyişiklik və yeniliklər Azərbaycanın elm və təhsil müəssisələrinin yaxın gələcəkdə müasir beynəlxalq reytinqlər cədvəlində öncül yer tutmasına da şərait yarada biləcəkmi?

– Bundan əvvəllki sualınıza cavabımda da bu məsələyə toxundum. Sözsüz ki, beynəlxalq reytinqlər ölkənin təhsil sferasının nöqteyi-nəzərindən, elm mərkəzlərinin inkişafı, beynəlxalq məkana çıxışı baxımından müəyyən rol oynamaqdadır. Bununla yanaşı, elmimizin, təhsilimizin inkişafının ilk növbədə milli iqtisadiyyatımızın inkişafına, ölkəmizin ictimai, siyasi, sosial, iqtisadi qüdrətinin artmasına xidmət etməsinə nail olmalıyıq. Yəni öncə bizim üçün əsas hədəflər hansısa beynəlxalq reytinqlər yox, dövlətimizin, o cümlədən milli iqtisadiyyatımızın gücləndirilməsi olmalıdır. Bu, olduqca önəmlidir. Hesab edirəm ki, yanaşmada sözsüz priroritet kimi bu qəbul olunmalıdır. Biz praktiki olaraq elm mərkəzləri və təhsil müəssisələri ölkəmizin qüdrətinin, rəqabət qabiliyyətliliyinin artmasına necə töhfə verə biləcəyini hesablamalıyıq. Bax, zənnimcə, bu məsələ Elm və Təhsil Nazirliyinin, eləcə də ölkədə fəaliyyət göstərən konkret elm və təhsil müəssisələrinin əsas fəaliyyət fokusunda olmalıdır. Eyni zamanda qeyd etmək lazımdır ki, Azərbaycanın daxili və regional reytinq sistemlərinin qurulmasında fəallığının artırılması zəruri istiqamətlərdən biridir. Son illərdə biz beynəlxalq reytinq sistemlərinin nə dərəcədə manipulyasiyalara səbəb olmasının şahidi oluruq. Bu prizmadan yanaşdıqda biz dövlətimizin iqtisadi sahədə və bütövlükdə qüdrətinin artırılması nöqteyi-nəzərdən, sözsüz ki, xarici iqtisadi və siyasi təsirlərdən effektiv şəkildə qorunmasını təmin etməliyik. Ona görə də əgər biz elm infrastrukturunu, təhsil bazasını dayanıqlı şəkildə inkişaf etdirə bilsək, sözsüz ki, beynəlxalq reytinqlər də buna nə qədər müqavimət olsa da, reaksiya verməli olacaq. Digər tərəfdən də dövlətimizin rəqabət qabiliyyətliliyi o səviyyədə artacaq ki, faktiki olaraq bu bir reallığa çevriləcək və Azərbaycanın insan kapitalı ilə bağlı sferalarında dayanıqlılıq təmin olunacaq. Bunun üçün, sözsüz ki, innovativ tutumlu iqtisadiyyatın formalaşması və inkişaf etməsi zəruridir. Zənnimcə, Elm və Təhsil Nazirliyinin əsas missiyalarından biri də məhz rəqabət qabiliyyətli insan kapitalının formalaşmasında ölkə hökumətinə, ölkə rəhbərliyinə müfaviq bazanın təqdim edilməsi olmalıdır. Ona görə də daxili elmi və təhsil inkişafı ilə bağlı dayanıqlı, müsbət nəticələrə nail olmalıyıq ki, bunun da bünövrəsi ölkəmizin güclü elm və təhsil generasiya mərkəzlərinin yaradılması olmalıdır...





 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qarabağda beş günlük hərbi əməliyyat mümkündür - Hərbi ekspertdən İLGİNC AÇIQLAMALAR
Bu gün, 14:00
Azərbaycanda qorxulu qrip yayılıb: - “Xəstəni aldadır, hətta ölüm...”
Bu gün, 13:10
"Naxçıvanlılar neçə gündür gömrük keyfi yaşamaqdadırlar" - AÇIQLAMA
Bu gün, 13:08
Azərbaycan Ordusunun əsgəri özünü güllələyib - TƏFƏRRÜAT
Bu gün, 13:04
Tehran rejiminin Əliyevin suallarına “cavabı” - İNCƏLƏMƏ...
Bu gün, 13:02
“Fair Group Construction” şirkəti podrat məsələsinə görə 2 şrikəti – MƏHKƏMƏYƏ VERİB
Bu gün, 13:00
İran: "Biz bu TURAN yoluna qarşıyıq" - Farslar FÜRSƏT gözləyir?
Bu gün, 12:59
Səhhət Həbibbəylinin taleyi necə olacaq? - atası onu QURTARA BİLƏCƏKMİ?
Bu gün, 12:56
Molla rejiminə DİRƏNƏN GÜNEY AZƏRBAYCAN - GƏLİŞMƏ
Bu gün, 12:54
“Bu vəziyyətdə xaricə aparmaq da mümkün deyil” - Aftandil İsrafilovun qızı
Bu gün, 12:48
Rus rublu əlimizdə qalıb, banklar götürmür – Bu QANUN pozuntusudurmu?
Bu gün, 12:45
Vəkillər Kollegiyası Rəyasət Heyətinə yeni sədr müavinləri seçilib - ADLAR
Bu gün, 12:42
Sosial şəbəkələr niyə Azərbaycanda ofis açmır? - Qazancdan imtina, yoxsa…
Bu gün, 12:38
Ermənistan baş nazirinin ailəsi üçün gizli qərarla dəyəri 500 min dollardan çox olan 5 avtomobil alınıb - “Hraparak”
Bu gün, 12:36
"Naxçıvanın birbaşa mərkəzə tabe edilməsi geosiyasi çağırışların tələbidir" - ŞƏRH
Bu gün, 12:33
İlham Əliyevə babasından qalma heykəltəraşlıq əsəri təqdim edilib - FOTO
Bu gün, 12:31
Bakıda bu gecə də SOYUQ OLACAQ - Belə deyirlər...
Bu gün, 12:30
"Savaşla Şuşanı qazandıq, sülhlə İrəvanı qazanacağıq" - deputat
Bu gün, 12:27
“İnstagram”da tanış olduğu şəxsi barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyən və soyğunçuluq edən şəxslər saxlanılıblar
Bu gün, 12:26
Rus müxalifin məhkəmədə Putinə dedikləri gündəm oldu: - "Bizi heç vaxt bağışlamayacaqlar..."
Bu gün, 12:21
“Azərbaycana uduzuruq, yalnız bir ümidimiz var...” - Hrant Mikaelyan
Bu gün, 12:19
Növbəti erməni TƏXRİBATI: - Bu dəfə Azərbaycan mediası HƏDƏFDƏ
Bu gün, 12:18
Vasif Talıbovun oğlunun İTİNİN DƏ VİLLASI VAR... - HARINLIĞIN SON HƏDDİ...
Bu gün, 12:14
“Yeni evimdə ərimlə qalacam”
Bu gün, 12:09
"Bakı Beynəlxalq avtovağzalında camaatın cibinə girirlər" - GİLEY
Bu gün, 12:05
Səhiyyə Nazirliyində yeni təyinat olub - ƏMR
Bu gün, 12:03
Anar Bağırov növbəti dəfə Vəkillər Kollegiyası Rəyasət Heyətinin SƏDRİ SEÇİLDİ
Bu gün, 12:02
"'Akula Akif" Eldar Mahmudovun generalının məhkəməsində üzə çıxdı – SENSASİON GƏLİŞMƏ
Bu gün, 12:00
Bakı şəhər İcra Hakimiyyəti 1-Cİ YERDƏDİR... - BUNA GÖRƏ...
Bu gün, 11:58
Niyazi Bayramov bu DƏLƏDUZLUĞA İZAHAT VERMƏLİDİR... - Ona dəxli var, ya yox?..
Bu gün, 11:56
"Tərtər işi" ilə bağlı azadlığa buraxılan 19 nəfərin SİYAHISI
Bu gün, 11:49
Türkiyədə böyük neft yatağı tapıldı – Xoş xəbəri Ərdoğan AÇIQLAYACAQ
Bu gün, 11:48
İnterpolla aradığımız Arayik Fransaya səfər etdi... - FOTO
Bu gün, 11:45
Deputat səfirləri TOPA TUTDU - "Bu yarıtmazlıq nədən ibarətdir?"
Bu gün, 11:44
İsmayıllıda evlərdən mobil telefonları oğurlayan keçmiş məhkum tutulub
Bu gün, 11:42
Aqil Abbas yaşlı aktyorların işdən çıxarılmasına ETİRAZ ETDİ
Bu gün, 11:29
Putin xilas olmağın yolunu Çində axtarır - GƏLİŞMƏ
Bu gün, 11:26
Prezident Dağıstan Respublikasının rəhbərini qəbul edib
Bu gün, 11:22
İrəvanda Avropaya miqrant daşıyan federasiya rəhbəri saxlanılıb
Bu gün, 11:16
"Qabaqlar bu kimi hadisələrdən az xəbər tuturduq" - NƏ ETMƏLİ?
Bu gün, 11:13
Naxçıvan Baş Gömrük İdarəsinin rəis əvəzindən İLK AÇIQLAMA - "Başlıca məqsəd..."
Bu gün, 11:11
“Əli və Nino Qrup” LƏĞV OLUNUR
Bu gün, 11:07
Vasif Talıbovun kələm, kartof, soğan tələbi ləğv olunub - Sakinlər deyir...
Bu gün, 11:05
Molla rejimi QANDIMI? - Görünəni odur ki...
Bu gün, 11:00
Gədəbəydə vəzifələr SATIŞA ÇIXARILIB? - Təzə başçı köhnə cığırla YÜRÜYÜR...
Bu gün, 10:56
Zaqalatada şəhidlərin xatirəsinə inşa edilən abidəni kim dağıdıb? - AÇIQLAMA
Bu gün, 10:53
Baş Prokurorluq "Tərtər işi" ilə bağlı MƏLUMAT YAYDI - DETALLAR
Bu gün, 10:48
İsmayıllıda QƏRİBƏ MƏNZƏRƏ: İH işçiləri bir-birilərini dindirmir... - İDDİA
Bu gün, 10:46
İlon Mask Bakıya gələ bilər
Bu gün, 10:40
Türkiyənin şərq rayonları Ermənistan ərazisi kimi göstərilib - “Netfliks”dən TƏXRİBAT
Bu gün, 10:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru