“Dostumuzu birlikdə dost görür, düşmənimizi birlikdə düşmən bilirik" .....                     Qarabağda beş günlük hərbi əməliyyat mümkündür .....                     Azərbaycanda qorxulu qrip yayılıb: .....                     "Naxçıvanlılar neçə gündür gömrük keyfi yaşamaqdadırlar" .....                     Azərbaycan Ordusunun əsgəri özünü güllələyib .....                     Tehran rejiminin Əliyevin suallarına “cavabı” .....                     “Fair Group Construction” şirkəti podrat məsələsinə görə 2 şrikəti .....                     İran: "Biz bu TURAN yoluna qarşıyıq" .....                     Səhhət Həbibbəylinin taleyi necə olacaq? .....                     Molla rejiminə DİRƏNƏN GÜNEY AZƏRBAYCAN .....                     “Bu vəziyyətdə xaricə aparmaq da mümkün deyil” .....                     Rus rublu əlimizdə qalıb, banklar götürmür .....                     Vəkillər Kollegiyası Rəyasət Heyətinə yeni sədr müavinləri seçilib .....                     Sosial şəbəkələr niyə Azərbaycanda ofis açmır? .....                     Ermənistan baş nazirinin ailəsi üçün gizli qərarla dəyəri 500 min dollardan çox olan 5 avtomobil alınıb .....                     "Naxçıvanın birbaşa mərkəzə tabe edilməsi geosiyasi çağırışların tələbidir" .....                     İlham Əliyevə babasından qalma heykəltəraşlıq əsəri təqdim edilib .....                     Bakıda bu gecə də SOYUQ OLACAQ .....                     "Savaşla Şuşanı qazandıq, sülhlə İrəvanı qazanacağıq" .....                     “İnstagram”da tanış olduğu şəxsi barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyən və .....                     Rus müxalifin məhkəmədə Putinə dedikləri gündəm oldu: .....                     “Azərbaycana uduzuruq, yalnız bir ümidimiz var...” .....                     Növbəti erməni TƏXRİBATI: .....                     Vasif Talıbovun oğlunun İTİNİN DƏ VİLLASI VAR... .....                     “Yeni evimdə ərimlə qalacam” .....                     "Bakı Beynəlxalq avtovağzalında camaatın cibinə girirlər" .....                     Səhiyyə Nazirliyində yeni təyinat olub .....                     Anar Bağırov növbəti dəfə Vəkillər Kollegiyası Rəyasət Heyətinin .....                     "'Akula Akif" Eldar Mahmudovun generalının məhkəməsində üzə çıxdı .....                     Bakı şəhər İcra Hakimiyyəti 1-Cİ YERDƏDİR... .....                     Niyazi Bayramov bu DƏLƏDUZLUĞA İZAHAT VERMƏLİDİR... .....                     "Tərtər işi" ilə bağlı azadlığa buraxılan 19 nəfərin .....                     Türkiyədə böyük neft yatağı tapıldı .....                     İnterpolla aradığımız Arayik Fransaya səfər etdi... .....                     Deputat səfirləri TOPA TUTDU .....                     İsmayıllıda evlərdən mobil telefonları oğurlayan keçmiş məhkum tutulub .....                     Aqil Abbas yaşlı aktyorların işdən çıxarılmasına .....                     Putin xilas olmağın yolunu Çində axtarır .....                     Prezident Dağıstan Respublikasının rəhbərini .....                     İrəvanda Avropaya miqrant daşıyan federasiya rəhbəri saxlanılıb .....                 

“Bu hardan bilsin ki, Ziya Məmmədov, Cavid Qurbanov zavoda nə qədər metal göndərib... - Səlahiyyətsiz bir işçi olub”
Tarix: 1-10-2022, 08:45 | Çap et
“Bu hardan bilsin ki, Ziya Məmmədov, Cavid Qurbanov zavoda nə qədər metal göndərib...
“Baku Steel Company” MMC – poladəritmə zavodunun Müşahidə Şurasının keçmiş sədri, 2021-ci ilin yanvarından həbsdə olan iş adamı Rasim Məmmədovun işində əsas suallardan biri “Azeri Steell-2009” şirkətilə bağlıdır. Cinayət işinin materiallarında iddia olunur ki, bu şirkət əslində, Rasim Məmmədova məxsus olub, sadəcə, rəsmi sənəddə başqasının adı gedib. O, həmin şirkət vasitəsilə də “Baku Steel Company”ə ziyan vurmaqda ittiham olunur. İddia edilir ki, Rasim Məmmədov “Baku Steel Company”nin armaturlarını bazar qiymətindən daha ucuz həmin şirkətə satıb. Sonra o şirkət armaturları müştəriyə daha baha qiymətə satıb.

Rasim Məmmədov bundan öncəki məhkəmə iclaslarında dəfələrlə deyib ki, həmin şirkət ona məxsus olmayıb. Amma kimə məxsus olduğunu da deməyib. Birbaşa ifadə etməsə də, dolayısıyla bildirib ki, həmin şəxsin adını dilə gətirmək təhlükəlidir.

Rasim Məmmədovun işi üzrə sentyabrın 30-da keçirilən məhkəmə iclasında şahidlər dindirilərkən bu məsələ yenidən sorğu-sual mövzusu olub.

Məsələn, “Baku Steel Company”də maliyyə direktoru işləmiş, eyni zamanda, “Azeri Steel”in də maliyyə məsələlərinə nəzarət etmiş Mübariz Səmədov dindiriləndə bu barədə ətraflı danışıb. O bildirib ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Rasim Məmmədovu tutmamışdan iki ay əvvəl onu çağırmışdı. O da DTX-ya getməmişdən əvvəl Rasim Məmmədovgillə görüşüb, bu haqda danışıb:

“Azeri Steel”ə getdim, Rasim, Çingiz, Yusif otaqdaydı. Dedim ki, məni DTX-ya çağırıblar, bu “Azeri Steel” kimindir, orada nə deyəcəm? Hamısı bir-birinin üzünə baxdı, heç kimdən səs çıxmadı”.

Məhkəmə zalında Rasim Məmmədov bu məqamda müdaxilə edərək deyib: “Qorxduq deməyə…”

Mübariz Səmədov deyir ki, DTX-dan çıxandan sonra “Azeri Steel”ə gəlib, şirkətin 10 illik hesabatıyla bağlı bütün məlumatları iki flaşkarta yığıb. Həmin flaşkartları özündə saxlayıb. Rasim Məmmədov həbs olunan ərəfədə onu yenə DTX-ya aparıblar. Həmin gün Rasim Məmmədova yaxın olan başqa adamlar da DTX-da olub:

“O adamları gecəyarı buraxsalar da, məni səhərə qədər saxladılar. Dedilər ki, öz ərizənlə razılıq ver, evində axtarış aparaq, yoxsa məhkəmə qərarıyla özümüz gedəcəyik. Təzyiq olunduğuna görə razılıq verdim. Birlikdə evimizə getdik, qapıya çatanda dedilər ki, evin altını-üstünə çevirib özümüz tapaq, yoxsa öz xoşunla verirsən? Mən də həmin flaşkartları onlara verdim. Həmin flaşkartda 10 ildə 92 milyon manat haralara gedib, hamısı qeyd olunmuşdu. O 92 milyon manatdan işçilərin maaşı və zavodun digər xərclərini çıxanda 85 milyon gəlir qalır. O 85 milyon manatdan da kimə nə qədər verilib, bunlar kod adları altında qeyd olunub. Məsələn, şirkətin bəzi işçilərinin Dubayda istirahət xərclərindən tutmuş, “Yuxarı-1”, “Yuxarı-2” kod adlara verilən pullara qədər…”.

Bu məqamda da Rasim Məmmədov müdaxilə edərək deyib: “O “Yuxarı” mən olmamışam”.

“Azeri Steel”in rəsmi sahibi də məhkəmədə dindirilib. Məlum olub ki, Əliməmməd Hüseynov adlı bu şəxsin şirkətə heç bir aidiyyəti yoxdur:

“Dedilər ki, Rasim müəllimin şirkətidir, sənin adına açılsın, buna görə ayda sənə 500 manat veriləcək. Mən də razılaşdım. Çünki işsiz idim, pula ehtiyacım vardı. Ayda 500 manat verirdilər. Mən ayda 1-2 dəfə şirkətə gedirdim, orada verilən sənədləri imzalayırdım. Hərdən vergi orqanına da gedirdim, orada da hansısa sənədlərə qol çəkirdim”.

Əliməmməd Hüseynov onu da bildirib ki, Rasim Məmmədovun dostu Yusif Əhmədzadə onun da uşaqlıq dostu olub. Rasim Məmmədov, Mübariz Səmədov və digərlərini də onun vasitəsilə tanıyıb:

“Xətai”də ofis vardı, hamı ora yığılırdı. Rasim Məmmədovu bir dəfə orada görmüşəm. Adıma şirkət açmaq təklifini Mübariz eləmişdi. Onları Yusifə görə tanımışam”.

Təqsirləndirilən Rasim Məmmədov isə “Azeri Steel” şirkətin ona məxsus olması barədə deyilənləri təkzib edib:

“O şirkət mənim olsaydı, öz adamımı təyin edərdim”.

“Baku Steel Company”, “Azeri Steel” şirkətlərində satış meneceri işləmiş Samir Məmmədov bildirib ki, armatur satışıyla məşğul olub. Onun sözlərinə görə, “Azeri Steel” müştəridən sifarişi götürür, ona uyğun “Baku Steel Company”dən armatur alıb, müştəriyə çatdırırdı:

“Azeri Steel” şirkətində satışdan gələn vəsait toplanırdı. Mübariz müəllim pulu hara, kimə deyirdisə, ora da verirdim. Zavodun öz xərcləri olurdu, mala da verilirdi. Rasim Məmmədova da pul verdiyim hallar olub. Özünə də vermişəm, köməkçisinə verirdim. 100 min, 200 min… Müxtəlif məbləğlərdə pul aparıb vermişəm”.

Rasim Məmmədov bu şəxsin yalan danışdığını bildirib. Deyib ki, nə bu adam ona pul gətirib verib, nə də “Azeri steel”də qərar verən şəxs olub:

“Bir dəfə tanıdığım Cəfəri direktor təyin eləmişdim, heç iki ay keçmədi, zəng gəldi ki, “çıxar onu”. Mən də çıxartdım”.

Samir Məmmədov məhkəmədə sualları cavablandırarkən Rasim Məmmədova çatan pulların hara xərcləndiyini bilmədiyini deyib.

Lakin istintaqa ifadəsində bildirib ki, “Azeri Steel” şirkətinin kassasında 39 milyondan çox çatışmazlıq olmuşdu. Çünki o vəsaitlərin bir hissəsi Rasim Məmmədovun xərclərinə getmişdi. 1 milyon “Şüşəli bazar”ın yanında torpaq sahəsi alınmasına; 1.5 milyonu Qutqaşenli küçəsində tikintiyə icazə almağa; Sabunçu bazarının yanında ərazi almağa; Rasim Məmmədovun başqa şirkətlərinə, o cümlədən “Aktau Steel”ə…

Rasim Məmmədov onun yenə yalan danışdığını vurğulayıb.

“Mən bu ölkədə bir adamla işləmişəm, bundan sonra da işləyəcəm. Heç kim mənə tapşırıq verə bilməzdi”, – Rasim Məmmədov məhkəmədə bildirib.

“Baku Steel Company”də metal qəbulu işlərinə baxan şəxslər Zaur İmanov, Bəxtiyar Kələşov da məhkəmədə şahid kimi dindirilib.

Zaur İmanov deyir ki, əhalidən və Müdafiə Nazirliyindən metal qəbul edib.

Bəxtiyar Kələşovun məhkəmədə dediklərilə istintaqdakı ifadəsi arasında ziddiyyət olduğuna görə istintaqdakı ifadə elan edilib. Həmin ifadədə yazılıb ki, zavodun 3 milyon 400 min manat kəsiri olub.

O deyir ki, istintaqa belə söz deməyib:

“Müstəntiq özü mənə dedi ki, sənədlərdə belə bir şey var. Ancaq mən özüm belə bir şey deməmişəm”.

Rasim Məmmədov bildirib ki, bu adam zavodda metal işinə baxıb, kimin zavoda nə göndərməsindən xəbəri olmayıb:

“Bu hardan bilsin ki, Ziya Məmmədov, Cavid Qurbanov zavoda nə qədər metal göndərib. Səlahiyyətsiz bir işçi olub”.

Məhkəmə prosesi oktyabrın 3-də davam edəcək.

Rasim Məmmədov ilk məhkəmə iclasında bildirmişdi ki, 2011-ci ildə Prezidentin şəxsi mühafizə xidmətinin rəisi Bəylər Əyyubov və Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə üçlükdə söhbət edib, razılığa gəliblər. Onun sözlərinə görə, zavoddan konkret maaş almayıb. Gəlir üçlük arasında bölünüb, o da öz payını götürüb.

1976-cı il təvəllüdlü Rasim Məmmədov 2021-ci ilin yanvarından həbsdədir. O, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılır.

Rasim Məmmədov “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri kimi, vəzifə səlahiyyətlərindən sui-istifadə edib, müəssisənin külli miqdarda pulunu mənimsəməkdə və israf etməkdə ittiham olunur.

Ona Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə emə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham verilib.

Bu maddələrdə 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.





 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Dostumuzu birlikdə dost görür, düşmənimizi birlikdə düşmən bilirik" - Hulusi Akar
Bu gün, 14:35
Qarabağda beş günlük hərbi əməliyyat mümkündür - Hərbi ekspertdən İLGİNC AÇIQLAMALAR
Bu gün, 14:00
Azərbaycanda qorxulu qrip yayılıb: - “Xəstəni aldadır, hətta ölüm...”
Bu gün, 13:10
"Naxçıvanlılar neçə gündür gömrük keyfi yaşamaqdadırlar" - AÇIQLAMA
Bu gün, 13:08
Azərbaycan Ordusunun əsgəri özünü güllələyib - TƏFƏRRÜAT
Bu gün, 13:04
Tehran rejiminin Əliyevin suallarına “cavabı” - İNCƏLƏMƏ...
Bu gün, 13:02
“Fair Group Construction” şirkəti podrat məsələsinə görə 2 şrikəti – MƏHKƏMƏYƏ VERİB
Bu gün, 13:00
İran: "Biz bu TURAN yoluna qarşıyıq" - Farslar FÜRSƏT gözləyir?
Bu gün, 12:59
Səhhət Həbibbəylinin taleyi necə olacaq? - atası onu QURTARA BİLƏCƏKMİ?
Bu gün, 12:56
Molla rejiminə DİRƏNƏN GÜNEY AZƏRBAYCAN - GƏLİŞMƏ
Bu gün, 12:54
“Bu vəziyyətdə xaricə aparmaq da mümkün deyil” - Aftandil İsrafilovun qızı
Bu gün, 12:48
Rus rublu əlimizdə qalıb, banklar götürmür – Bu QANUN pozuntusudurmu?
Bu gün, 12:45
Vəkillər Kollegiyası Rəyasət Heyətinə yeni sədr müavinləri seçilib - ADLAR
Bu gün, 12:42
Sosial şəbəkələr niyə Azərbaycanda ofis açmır? - Qazancdan imtina, yoxsa…
Bu gün, 12:38
Ermənistan baş nazirinin ailəsi üçün gizli qərarla dəyəri 500 min dollardan çox olan 5 avtomobil alınıb - “Hraparak”
Bu gün, 12:36
"Naxçıvanın birbaşa mərkəzə tabe edilməsi geosiyasi çağırışların tələbidir" - ŞƏRH
Bu gün, 12:33
İlham Əliyevə babasından qalma heykəltəraşlıq əsəri təqdim edilib - FOTO
Bu gün, 12:31
Bakıda bu gecə də SOYUQ OLACAQ - Belə deyirlər...
Bu gün, 12:30
"Savaşla Şuşanı qazandıq, sülhlə İrəvanı qazanacağıq" - deputat
Bu gün, 12:27
“İnstagram”da tanış olduğu şəxsi barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyən və soyğunçuluq edən şəxslər saxlanılıblar
Bu gün, 12:26
Rus müxalifin məhkəmədə Putinə dedikləri gündəm oldu: - "Bizi heç vaxt bağışlamayacaqlar..."
Bu gün, 12:21
“Azərbaycana uduzuruq, yalnız bir ümidimiz var...” - Hrant Mikaelyan
Bu gün, 12:19
Növbəti erməni TƏXRİBATI: - Bu dəfə Azərbaycan mediası HƏDƏFDƏ
Bu gün, 12:18
Vasif Talıbovun oğlunun İTİNİN DƏ VİLLASI VAR... - HARINLIĞIN SON HƏDDİ...
Bu gün, 12:14
“Yeni evimdə ərimlə qalacam”
Bu gün, 12:09
"Bakı Beynəlxalq avtovağzalında camaatın cibinə girirlər" - GİLEY
Bu gün, 12:05
Səhiyyə Nazirliyində yeni təyinat olub - ƏMR
Bu gün, 12:03
Anar Bağırov növbəti dəfə Vəkillər Kollegiyası Rəyasət Heyətinin SƏDRİ SEÇİLDİ
Bu gün, 12:02
"'Akula Akif" Eldar Mahmudovun generalının məhkəməsində üzə çıxdı – SENSASİON GƏLİŞMƏ
Bu gün, 12:00
Bakı şəhər İcra Hakimiyyəti 1-Cİ YERDƏDİR... - BUNA GÖRƏ...
Bu gün, 11:58
Niyazi Bayramov bu DƏLƏDUZLUĞA İZAHAT VERMƏLİDİR... - Ona dəxli var, ya yox?..
Bu gün, 11:56
"Tərtər işi" ilə bağlı azadlığa buraxılan 19 nəfərin SİYAHISI
Bu gün, 11:49
Türkiyədə böyük neft yatağı tapıldı – Xoş xəbəri Ərdoğan AÇIQLAYACAQ
Bu gün, 11:48
İnterpolla aradığımız Arayik Fransaya səfər etdi... - FOTO
Bu gün, 11:45
Deputat səfirləri TOPA TUTDU - "Bu yarıtmazlıq nədən ibarətdir?"
Bu gün, 11:44
İsmayıllıda evlərdən mobil telefonları oğurlayan keçmiş məhkum tutulub
Bu gün, 11:42
Aqil Abbas yaşlı aktyorların işdən çıxarılmasına ETİRAZ ETDİ
Bu gün, 11:29
Putin xilas olmağın yolunu Çində axtarır - GƏLİŞMƏ
Bu gün, 11:26
Prezident Dağıstan Respublikasının rəhbərini qəbul edib
Bu gün, 11:22
İrəvanda Avropaya miqrant daşıyan federasiya rəhbəri saxlanılıb
Bu gün, 11:16
"Qabaqlar bu kimi hadisələrdən az xəbər tuturduq" - NƏ ETMƏLİ?
Bu gün, 11:13
Naxçıvan Baş Gömrük İdarəsinin rəis əvəzindən İLK AÇIQLAMA - "Başlıca məqsəd..."
Bu gün, 11:11
“Əli və Nino Qrup” LƏĞV OLUNUR
Bu gün, 11:07
Vasif Talıbovun kələm, kartof, soğan tələbi ləğv olunub - Sakinlər deyir...
Bu gün, 11:05
Molla rejimi QANDIMI? - Görünəni odur ki...
Bu gün, 11:00
Gədəbəydə vəzifələr SATIŞA ÇIXARILIB? - Təzə başçı köhnə cığırla YÜRÜYÜR...
Bu gün, 10:56
Zaqalatada şəhidlərin xatirəsinə inşa edilən abidəni kim dağıdıb? - AÇIQLAMA
Bu gün, 10:53
Baş Prokurorluq "Tərtər işi" ilə bağlı MƏLUMAT YAYDI - DETALLAR
Bu gün, 10:48
İsmayıllıda QƏRİBƏ MƏNZƏRƏ: İH işçiləri bir-birilərini dindirmir... - İDDİA
Bu gün, 10:46
İlon Mask Bakıya gələ bilər
Bu gün, 10:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru