Ermənistanı silahlandırırlar! .....                     Pomidor-yumurta bişirilən məktəbin direktoru “xəstələndi” .....                     Paşinyan özündən əvvəlki hakimiyyətləri Qarabağı Azərbaycan torpağı kimi tanımaqda .....                     Azərbaycanın təhvil verdiyi 17 hərbçi işgəncələrə məruz qalmayıb .....                     Azərbaycanın HDQ komandanı İtaliyada səfərdədir .....                     "İbtidai təhsildən başlayaraq tam orta təhsilə qədər ciddi yenilənmə olmalıdır" .....                     Təhsilhaqqını ödəyə bilməyən tələbələr dərsə buraxılmayıb .....                     "Paşinyanın cəsarətlənməsinin kökündə ABŞ, Fransa və İran dayanır" .....                     Mərhum nazirin şirkəti 7 milyonluq TENDERİ `UDDU` .....                     “Rusiya Ermənistanı Amerikaya asanlıqla verməyəcək” .....                     “Azərbaycan Ermənistandan artıq heç nə gözləmir” .....                     Kiyev tutduğu İran PUA-sını Rusiyaya qarşı işə saldı .....                     Qazaxda direktorlarının və müavinlərin iştirakı ilə müşavirə keçirilib .....                     Şirvanda Beynəlxalq Müəllimlər Günü qeyd edilib .....                     Kəlbəcər və Daşkəsəndə aşkar olunan növbəti minalar zərərsizləşdirilib .....                     "Azərbaycanın 5 şərtində qəbuledilməz heç nə yoxdur" .....                     Etiket məlumatları və adları Azərbaycan dilinə tərcümə olunmayan qidaların ölkəyə idxalı dayandırılıb .....                     İrəvanın səfərbərlik çağırışı. Savaş olacaq... .....                     Azərbaycan Prezidenti İlham Əliyev Praqada Paşinyanla görüşəcək .....                     “AtaSığorta” ASC-də .....                     Bu gün dollar neçəyə olacaq? .....                     Paşinyan Praqada Ərdoğanla görüşəcəyini deyib .....                     Əvəz Zeynallı ilə bağlı daha bir .....                     Putin Ramzan Kadırova general-polkovnik rütbəsi verib .....                     DİA.AZ xəbər yaydı, polis hərəkətə keçdi .....                     Mərdəkan və Binə qəsəbələrində narkotik vasitələrin satışı ilə məşğul olan daha 2 nəfər saxlanılıb .....                     "Şəhid statusu yoxdursa, onların adı əbədiləşdirilmir" .....                     Abid Şərifova məxsus olduğu deyilən şirkətin 300 mindən çox borcu var .....                     “İranda nümayişçilər hədəflərinə çatıblar” .....                     “ABŞ Azərbaycanın mövqeyini dəstəkləyəcək” .....                     Ali Məhkəmə Ramiz Tatarovun cəzasını azaldıb .....                     Azərbaycanda son sutkada 108 nəfər koronavirusa yoluxub, .....                     Həbsdə ölən sabiq İH başçısının 600 minlik əmlakının müsadirə olunması ilə bağlı protest .....                     Direktor ad gününə pul yığır: “Qızım, 100 manat azdır da…” .....                     ""Uşaqpulu" qısa müddətdə həll olunan məsələ deyil, vəsait ordunun güclənməsinə yönəldilməlidir" .....                     “Ermənistan suveren ölkə kimi yox olmaq təhlükəsi qarşısındadır" .....                     Ağcabədidə insanların əməyini istismar etməklə onları hədələyən sahibkar niyə cəzalandırılmır? .....                     Ramin Hacılının məhkəməsində şahidlər zərərçəkmiş kimi tanınmadı .....                     Qubadlının sabiq icra başçısı 5 nəfərin ölümündə təqsirləndirilir .....                     Luqansk təhlükə altındadır .....                 

"Toplumun ədəbiyyatdan qırılması, fasilələrin yaranması elə-belə faktlar deyil" - Elçin Mirzəbəyli
Tarix: 8-08-2022, 14:04 | Çap et
"Toplumun ədəbiyyatdan qırılması, fasilələrin yaranması elə-belə faktlar deyil"
DİA.AZ əməkdar jurnalist, şair Elçin Mirzəbəylinin APA-ya müsahibəsini təqdim edir:

– Elçin müəllim, bir müddət əvvəl Şuşada idiniz, istəyərdim ki, elə buradan başlayaq: təəssüratlarınız necədir?

– Şuşanın özü bütövlükdə bir təəssüratdır. Yəni Şuşada hər hansısa bir sosial, mədəni tədbir olmasa belə, Şuşa özü özlüyündə bizlər üçün bir təəssüratdır. Çox önəmli bir tədbir idi. Milli Mətbuatımızın günü ilk dəfə idi ki, Şuşada keçirilirdi. Ölkə mediası orada idi, müzakirələr, dialoqlar aparıldı. Həmçinin dünyanın aparıcı media resurslarının nümayəndələri də bu müzakirələrə qoşuldu. Nəticədə çox yaxşı bir atmosfer yaranmışdı. İnsan həmişə öyrənməlidir və şübhəsiz ki, mən də nələrsə öyrəndim.

– Mediadan danışmışkən, Elçin Mirzəbəyliyə görə, Azərbaycan mediası bu gün hansı dövrünü, hansı mərhələsini yaşayır?

– Mediada hazırda dəyişiklik prosesi gedir. Bu, ilk dəfədir ki, həm konseptual, həm də ki, hüquqi əsaslarla həyata keçirilir. Və onu da qeyd edim ki, bu, heç də qısamüddətli bir proses deyil, söhbət ciddi yenilikdən, yenilənmədən gedir. Ona görə də bu yenilənməyə zaman lazımdır. Hər halda, yaxın iki il ərzində istəsək də, istəməsək də, çox ciddi dəyişikliklər görməkdəyik, bir növ, palitra daha rənglidir. Bu həm çap mediasına, həm də onlayn mediaya aiddir.

Başqa bir tərəfdən, media haqqında yeni qanunun qəbul olunması da müəyyən müzakirələrə səbəb oldu, tənqidlər oldu, bu da normal haldır. Amma bütün bunların yekununda bu qanun medianın yeni seqmentlərinin fəaliyyət çərçivəsini müəyyənləşdirməyə xidmət edir.

Ən böyük problemlərdən biri ixtisaslaşma ilə bağlıdır. Bu istiqamətdə davamlı olaraq treninqlər keçirilir. Maraqlısı odur ki, hər treninqdə fərqli simalar görürük. Bu da o deməkdir ki, Azərbaycanda konkret ixtisaslaşmış jurnalistlər formalaşır, yetişir. Həmçinin vergi güzəştlərinin də olmasını qeyd edə bilərik. Medianın ayaq üstə qala bilməsi üçün müəyyən layihələr keçirilir. Bütün bunlar uzun, yorucu prosesdir. Amma yekununda faydalı olacağına inanıram.

– Ümumiyyətlə, Azərbaycan jurnalistikasından razısınız?

– Azərbaycanda jurnalistlər qədər özünü tənqid edən ikinci bir cameə yoxdur. Bu birmənalıdır. Nəzərə alsaq ki, digər sahələrdəki problemlər heç də bu sahədən az deyil. Bu tənqid məsələsi, əslində, çox yaxşıdır, amma bəzən biz həddən artıq ifrata varırıq, hətta təhqir səviyyəsinə çatırıq. Bu, yolverilməzdir. Bilirsiniz, mən həmişə insanların, toplumun maarifləndirilməsi məsələsində “Füyuzatçı”ların tərəfində olmuşam. Bu baxımdan, indi də elə hesab edirəm ki, media millətə pozitiv enerji ötürməlidir, onlara müsbət təsir eləməlidir. Mənə görə, Azərbaycan mətbuatının çox parlaq gələcəyi var.

– Amma çox tənqid olunuruq.

– Olunsun, bayaq da dediyim kimi, bunun ziyanı yoxdur. Bizi də vaxtında tənqid ediblər. Müqayisə üçün deyim ki, müasir Azərbaycan gəncliyi həm Azərbaycan dilinin istifadəsi ilə bağlı, həm də özünü ifadə, dünyagörüşü baxımından bizdən qat-qat irəlidədir. Bunu etiraf eləmək və onlara etibar etmək lazımdır. Xətalar da olur, təbii. Amma bu xətalara yanaşmaq, onun həllinə nail olmaq da həssas məsələdir. Dialoqa getmək, həll yolu axtarmaq lazımdır, barmaq silkələmək yox.

– 2000-lərin əvvəlində Azərbaycan mediasına “köşə jurnalistikası” adında böyük bir dalğa gəldi və özü ilə ciddi köşə yazarları gətirdi. Hansı ki, onların yazıları günlərlə, həftələrlə müzakirə edilir, müəyyən polemikalara yol açırdı. Bəs indi nə baş verdi ki, onlar yoxdur, yetişmir. Amma Rusiyada, Türkiyədə bu janr hələ də aktualdır.

– Çoxsaylı səbəblər var. Birinci növbədə, yazılan köşələrin əvvəlki səviyyədə və çağırışda olmamasıdır. Müəyyən zaman kəsiyində Azərbaycan köşə mediasında sarkazm anlayışı çox yüksək idi. Amma cəmiyyət getdikcə bu şeylərdən yorulurdu, bezdi. Əslində, bu normaldır.

– Cəmiyyət o tərzdən yoruldu, olsun. Bəs niyə fərqli yöndə yazan imzalar yaranmadı?

– Stimullaşdırıcı faktorlar azdır. Bayaq Türkiyədən, Rusiyadan nümunə gətirdiniz. Köşə yazarı olmaq üçün müəyyən bir təcrübəyə, dünyagörüşünə sahib olmaq lazımdır və üstəlik, imzanı brend səviyyəsinə çevirmək lazımdır. Bütün bunların yekunu kimi o brendə brend kimi qiymət verilməsi lazımdır. Necə ki adlarını çəkdiyiniz ölkələrdə bu belədir. Məsələn, 90-cı illərdə Türkiyənin aparıcı medialarında yazan köşə yazarlarının maaşı indiki pulla, ən azı, 7-8 min dollar idi. Bu böyük rəqəmdir. Doğrudur, Türkiyə böyük bir ölkədir, media və qəzet oxuma ənənəsi onlarda daha dərindir. Bunu etiraf eləmək lazımdır.

Azərbaycanda isə bu yöndə vəziyyət məlumdur. İstər köşə yaz, istər müsahibə, istər xəbər, yaxud analitik yazı, fərqi yoxdur, dəyəri eynidir. Bu da imzaları ruhdan salır. Köşə yazmaq yaradıcı bir prosesdir, yeni yanaşma tərzi və dili tələb edir, təcrübə tələb edir. Bütün bunlar böyük zaman alır. Adi xəbər yazanlar köşə yazarı arasında ciddi fərq var. Bütün bunlar nəzərə alınmalıdır.

– Elçin müəllim, bizdə ümumiyyətlə qonorar verər mətbu orqanı çox azdır.

– Faktiki olaraq, yox dərəcəsindədir.

– Bu sistemi dirçəltmək üçün nə etmək lazımdır? Sizin təklifiniz nədir?

– Maddi potensial və imkanlar, vəssalam. Medianın bugünkü durumu bunu qaldıracaq gücdə deyil. Yəni məsələnin kökü maddiyyatdır. Sənin maddiyyatın yoxdursa, müəllifə qonorar verə bilmirsənsə, ciddi imza və mətn də gözləmək yanlışdır. Hesab edirəm ki, bu problemin aradan qaldırılması yönündə də işlər görülür. Gözləyirik.

– Sizcə, Azərbaycan cəmiyyətində Elçin Mirzəbəyli şair kimi daha çox tanınır, yoxsa jurnalist kimi?

– Fikrimcə, hər ikisi də var. Mənim peşəm jurnalistikadır, mənim işim budur. Həyatımı bununla təmin edirəm.

– Onda etiraf edirsiniz ki, şairliyiniz jurnalistikanızın kölgəsində qalır?

– Axı şairlik peşə deyil, əzizim.

– Amma Elçin Mirzəbəyli şairdir.

– Tanıyanlar tanıyır. Xüsusi olaraq təqdimata lüzum bilmirəm.

– Sizə elə gəlmirmi ki, “tanıyanlar tanıyır” fikri kifayət qədər iddiasız səslənir?

– Mənim onsuz da elə bir ciddi iddiam yoxdur. Ciddi deyirəm. Şairlik yaradıcı potensialımı üzə çıxarmaq üçün, o enerjini, bir növ, xərcləmək üçün vasitədir. Adımı bilməsələr də, şeirlərimi əzbər bilən oxucular var.

– Və bu sizi şair kimi xoşbəxt edir.

– Bəli, bəzən xoşbəxt edir. Bilirsiniz, insan ən adi şeylərdən də xoşbəxt olmağı bacarmalıdır.

– Elçin müəllim, jurnalistikanın şairliyi, yazıçılığı, ümumiyyətlə yaradıcı potensialı məhv etməsi fikri var.

– Boş söhbətdir. Bəhanədir. Mən ən gözəl şeirlərimi ən çox publisistik, siyasi analitika yazdığım dövrlərdə yazmışam. Müqayisə etdikcə adlarını çəkdiklərim daha rəvan, daha dərin və içdəndir. Bilirsiniz, analitika həm də sənə sözə qiymət verməyi, dəyər verməyi öyrədir.

Sovet dövründə formalaşdırılmış yaradıcı şair obrazı var idi ki, mən qəti şəkildə deyirəm ki, obraz Azərbaycan cəmiyyətinə heç nə vermədi. Ona görə ki SSRİ ideoloji dövlət idi, ictimai rəyə təsir edəcək ən böyük faktor şair və şeir idi. Bir şeirin doğurduğu rezonansı ən ciddi siyasi nitqlər belə doğurmurdu. Ona görə də şair obrazını qeyri-ciddi bir obraz kimi təqdim edirdilər. Bir nəfər şeir yazırsa, gedib kimdənsə “Mənim kitabı çap et” ummamalıdır. “Mən şairəm, siz mənə qayğı göstərməlisiniz” deməməlidir. Bilirsiniz, mən heç cür bunu qəbul edə bilmirəm. Mən belə bir həyat tərzini qəbul edə bilmərəm. O cür insanlar necə yaşayır, bilmirəm.

– Şair, yazıçı yaradıcı adamdır. İstəyir ki, bütün fikri-zikri yazıb-yaratmaq ətrafında olsun. Maddiyyat dərdi çəkəndə, şübhəsiz, fikri yayınacaq axı.

– Yazıb-yaratmağa heç nə mane ola bilməz. Başa düşmək lazımdır ki, ədəbiyyatın biznesi bu qədərdir.

– Yox, bu bizdə bu qədərdir.

– Siz səbəbləri bilmirsiniz ki? Bilirsiniz. Hamımız bilirik. Bütün bunlar bəlli səbəblərdir. Toplumun ədəbiyyatdan qırılması, fasilələrin yaranması elə-belə faktlar deyil. Təhsil sisteminin özü belə bir zamanlar kitabdan uzaq düşmüşdü. Bu baxımdan, bu sahədən qazanc əldə etmək mümkün deyil.

– Bəs axı şair, yazıçı yaşamalıdır.

– Əlbəttə! Yaşamalıdır, ailəsini yaşatmalıdır. Ona görə də öz potensialını həm də başqa sahələrdə göstərməlidir. Bunun üçün peşən olmalıdır, hər hansısa bir peşədə ixtisaslaşmalısan.

– Elçin müəllim, Vaqif Bayatlı Odər hansı sahə üzrə ixtisaslaşmalıdır? Bunu təsəvvür edə bilirsiniz?

– Bilmirəm, vallah. Amma, əslində, sizin bu sualın cavabını bilirəm, bəlkə də. Sadəcə Vaqif bəyə sayğı duyuram, həm özünə, həm yaradıcılığına. Düşünürəm ki, Vaqif bəyə dəstək olunmasaydı, yəqin ki, daha böyük faciələr yaşana bilərdi. Məsələn, Ramiz Rövşən kinostudiyada çalışıb, mətnlər yazıb və qazanc əldə edib. Bu da yaradıcı işdir, amma başqa istiqamətdə. Mən demirəm ki, şair gedib həkim işləsin. Özünə uyğun bir istiqamətdən gedir söhbət. Sən öz əsərini sata bilmirsənsə, oxucu oxumursa, oxumaq istəmirsə, zorla nə edə bilərsən axı? Azərbaycan oxucusu hər şeyi pulsuz əldə etmək istəyir. Azərbaycanlılar qida və geyimə pul xərcləməyi sevir. Hətta həkimə belə pul verməkdən çəkinir. Yəni bu faktdır. Bu stereotipləri qırmaq üçün zamana ehtiyac var. Çox böyük zamana.

– Sizin kitablar satılır?

– Düzü, mən kitab satışı ilə məşğul olmamışam. Son kitabım 2012-ci ildə nəşr olunub. Və imza günü 300 nüsxə satılıb. Bu, məncə, böyük göstəricidir.

– 300 nüsxə yalnız bizim üçün böyük göstəricidir, Elçin müəllim. Bizdə 1000 tirajı aşan müəllif və kitab bestseller sayılır. Bu gülməlidir.

– Əlbəttə, mən sizinlə razıyam. Bu Azərbaycan üçün böyük sayılır. Mən 10 ildir, kitab çap eləmirəm. Bu gün üçün düşünmürəm ki, 2000 tiraj sata bilərəm. Ondan artıq mümkün görünmür. Bilirsiniz, bu reallıqdır. Bunu etiraf eləmək lazımdır.

Sovet dövründə çox şey ideologiyaya xidmət eləsə də, kitabın təbliği başqa cür idi və bu ənənə halını almışdı. Bütün bunlar insanı kitaba bağlayan proses idi. Bizdə bu ənənə qırılıb, məhv olub. Bu bağın bərpası çox çətin məsələdir.

– Elçin müəllim, şair olaraq özünüzü hansı ədəbi nəslin nümayəndəsi sayırsınız?

– Yəqin ki, 90-cılar. Onları özümə daha yaxın hesab edirəm.

– Bəs 90-cılardan, sizə görə, ən parlaq imza kimdir?

– Vallah, xüsusi olaraq ad çəkmək istəmirəm. Çünki ədəbi cameədə müəlliflərimiz çox həssasdır. Subyektiv dəyərləndirmələr belə bəzən incikliklərə səbəb olur. Buna görə də sırf bu ədəbi cameənin mətbəxində çeynənmək istəmirəm.

– Sizə elə gəlmirmi ki, yaxanızı çox kənara çəkirsiniz?

– Bəli, bu mənə çox xoşdur. Və əslində, ədəbiyyat orada, o cameənin içində yaranmır. Mən özümü fərdiyyətçi hesab edirəm. Ədəbiyyat fərdi formalaşır.

– Amma prosesi diri tutan məhz ədəbi cameədir.

– Şübhəsiz. Mən bunu dana bilmərəm. Müəyyən müzakirələr, proseslər üçün o cameənin varlığı mütləqdir. Amma yaradıcı insan mahiyyət etibarilə onsuz da təkdir, yalnızdır. Kimsə iddia edə bilməz ki, Yazıçılar Birliyinin divarları arasında məhz bu böyük əsər yaranıb. Bu mümkün deyil. Yaxud ora olmasın, başqa bir təşkilat olsun, qurum olsun, fərqi yoxdur. Ədəbiyyat insanın düşüncəsində yaranır.

– 90-cılardan danışdıq. Mənə elə gəlir ki, o nəsildən daha çox Salam Sarvan boy göstərdi, özünü imza kimi daha fərqli formada tanıda bildi. Yox?

– Salam Sarvanın şeirlərini sevirəm, üslubu da maraqlıdır. Amma müəyyən bir zamandan sonra insanın düşüncələri dəyişir. Məsələn, Salam mənə 20 il əvvəl daha doğma idi, nəinki indi.

– Bəs niyə belə bir fikir var ki, Ramiz Rövşəndən sonra şairlik taxtı məhz Salamındır.

– Lap yaxşı. Amma mənim üçün ədəbiyyat taxtı, kürsüsü deyə bir şey yoxdur. Bəzən bu cür iddialar mənə qəribə gəlir. Dünyada bir dənə taxt var, o da Allaha məxsusdur. Bu gün üzdə olan imzalardan fərqli olaraq, özünü təqdim edə bilməyən, təbliğatı aparılmayan o qədər imzalar var ki. Məsələn, gənclərdən də bu siyahıda gördüklərim var.

– Məsələn.

– Aqşin Yenisey.

– Elçin müəllim, Aqşinin 44 yaşı var.

– Mənim üçün gəncdir. İndi adların çoxu yadıma düşmür. Məsələn, Aqşin Evrən, Xəyal Rza, Şəhriyar Del Gerani, Sərdar Amin mənə çox yaxşı təsir bağışlayır. Düzü, ad çəkməyi sevmirəm, prosesdən kənarda qalmaq mənə daha doğma və rahat gəlir.

Bu yaxınlarda şeir günü münasibətilə Xəzər dənizinə çiçək səpmək üçün səfərə çıxmışdıq. Orada gənc şairlər var idi ki, onlardan eşitdiyim şeirlər mənə çox yaşı təsir bağışladı.

– Elçin müəllim, bəzən şairlər sırf gündəmə gəlmək üçün müəyyən epotajlara gedirlər. Bu nədən irəli gəlir?

– Xarakterlə bağlı bir şeydir. Gündəmə gəlmək istəyirlər.

– Şairin gündəmə gəlmək aclığı normaldır?

– Azərbaycanda bəli. Amma mən heç bu üsulun siyasətdə belə tərəfdarı deyiləm, o ki qaldı, yaradıcılıqda.

– Prezident təqaüdü sırf Yazıçılar Birliyinə üzv şəxslərə verilir. Sizcə, bu nə dərəcədə doğrudur?

– Məlumatsızam. Amma, fikrimcə, bu mövzuda ölçü vahidi ciddi müzakirə mövzusudur. Təqaüddən daha çox gənc ədiblər üçün ayrıca layihə etmək daha effektiv olar. Bu baxımdan, dəyərləndirmə meyarları da dəyişməlidir. Fərd üzərindən hərəkət edilməməlidir.

– Postmüharibə dövründə yazılan və yazılmayan əsərlər haqqında kifayət qədər müzakirələr getdi. Və bu zaman kəsiyində bir çox şeirlər, hətta poemalar yazıldı. Sizin yadınızda qalanları var?

– Bəli, çox oldu. Gedişat zamanı belə çıxan mətnlər arasında kifayət qədər yaxşıları var idi. Məsələn, Ramiz Qusarçaylının “Vətən” poeması, Fərid Hüseynin, Xəyal Rzanın, Rəşad Məcidin, Nigar Həsənzadənin yaxşı əsərləri var. Ümumiyyətlə, Nigar xanımın əsərlərini çox yüksək qiymətləndirirəm. Əsəri hansı dildə yazmasının mətləbə və məzmuna heç bir dəxli yoxdur.

– Onda belə çıxır ki, tənqidləri qəbul etmirsiniz.

– Ədəbiyyat sifarişlə yazıla bilməz. Belə şey mümkün deyil. Olsa belə, burada yaradıcı azadlıq olmayacaq. Yazıçının, şairin belə bir öhdəliyi yoxdur. Bu mövzuda nəyisə yazmaq emosiyadan doğan məsələdir. Mən azad olunmuş ərazilərə qayıdanda çox qəribə hisslər keçirirəm. Və əslində, ən yaxşı nümunələr də müəyyən zamandan sonra olur. Çünki sırf müharibə dövründə yazılan əsərlərdə artıq yüklər, ideoloji vurğular çox olur.

– Və həddən artıq pafos.

– Bəli. Pafosdan arınmış əsərlər üçün zaman lazımdır. Ədəbiyyat bir insanın faciəsi, sevinci, kədəridir. Ədəbiyyat toplumun faciəsi, sevinci ola bilməz. Zaman keçdikcə müharibə dəhşətini görmüş hansısa bir qadın obraza çevriləcək, yaxud bir uşaq, bir qəhrəman. Əsl gerçək ədəbiyyat onda yaranacaq.

– Vaqif poeziya günlərinə getmişdiniz?

– Birinciyə hə, ikinciyə isə yox. Bunu da normal qarşıladım. Təəssüratlarıma gəlincə, bəyəndiyim şeirlər də oldu, bəyənmədiklərim də. Hətta elə şeirlər də var idi ki, Şuşaya, Qarabağa ümumiyyətlə dəxli yox idi. Ad soruşmayın, deməyəcəyəm (gülür).

– Elçin müəllim, yazıçı və şairlərə verdiyim ənənəvi sual: Yazıçılar Birliyi və Anar. Qurumun fəaliyyəti sizi qane edirmi? Və qurultayda kimə səs verəcəksiniz?

– Mənim Yazıçılar Birliyindən heç bir gözləntim olmayıb. Amma, ən azından, var olması, prosesdə qaynaşma yaratması yaxşıdır. Qurultaya gəlincə isə, öncədən kiminsə sədr olub-olmaması bəlli olmur.

– Elçin müəllim, bir nəfər namizəd var.

– Anar Azərbaycan ədəbiyyatına maneə yaradacaq bir fiqur deyil. Ziyalıdır, böyük ziyalıdır, işıqlı adamdır. Bizim çətin dövrlərdə onun balansın qorunmasına xidmət edən fəaliyyətini nəzərə almaq lazımdır. Anardan Azərbaycan ədəbiyyatını dünyanın o biri başına çıxarmasını gözləmək çox haqsızlıqdır.

Sözsüz, qüsurlar var, amma bunlar da zamanla düzələn məsələlərdir. Ümumiyyətlə, AYB ətrafında gedən söhbətləri unutmaq lazımdır. Bir dəfə yazmışdım ki, AYB-ni unudun. Dostlarımız incimişdi. Unudub ədəbiyyata köklənmək lazımdır.





 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanı silahlandırırlar! – “İran, ABŞ, Fransa və Hindistan...”
Dünən, 19:00
Pomidor-yumurta bişirilən məktəbin direktoru “xəstələndi” - VİDEO
Dünən, 18:14
Paşinyan özündən əvvəlki hakimiyyətləri Qarabağı Azərbaycan torpağı kimi tanımaqda ittiham etdi
Dünən, 18:09
Azərbaycanın təhvil verdiyi 17 hərbçi işgəncələrə məruz qalmayıb - Ermənistan İstintaq Komitəsi
Dünən, 18:06
Azərbaycanın HDQ komandanı İtaliyada səfərdədir
Dünən, 18:02
"İbtidai təhsildən başlayaraq tam orta təhsilə qədər ciddi yenilənmə olmalıdır" - ÇAĞIRIŞ
Dünən, 18:01
Təhsilhaqqını ödəyə bilməyən tələbələr dərsə buraxılmayıb - GİLEY
Dünən, 17:58
"Paşinyanın cəsarətlənməsinin kökündə ABŞ, Fransa və İran dayanır" - Ekspert danışır
Dünən, 17:54
Mərhum nazirin şirkəti 7 milyonluq TENDERİ `UDDU` - TƏFƏRRÜAT
Dünən, 17:52
“Rusiya Ermənistanı Amerikaya asanlıqla verməyəcək” - Sərdar Cəlaloğlu
Dünən, 17:45
“Azərbaycan Ermənistandan artıq heç nə gözləmir” - ŞƏRH
Dünən, 17:43
Kiyev tutduğu İran PUA-sını Rusiyaya qarşı işə saldı
Dünən, 17:28
Qazaxda direktorlarının və müavinlərin iştirakı ilə müşavirə keçirilib
Dünən, 17:26
Şirvanda Beynəlxalq Müəllimlər Günü qeyd edilib
Dünən, 17:25
Kəlbəcər və Daşkəsəndə aşkar olunan növbəti minalar zərərsizləşdirilib
Dünən, 17:23
"Azərbaycanın 5 şərtində qəbuledilməz heç nə yoxdur" - Mirzoyan
Dünən, 17:18
Etiket məlumatları və adları Azərbaycan dilinə tərcümə olunmayan qidaların ölkəyə idxalı dayandırılıb - Diqqət!
Dünən, 17:15
İrəvanın səfərbərlik çağırışı. Savaş olacaq... - Ambarsumyan
Dünən, 17:11
Azərbaycan Prezidenti İlham Əliyev Praqada Paşinyanla görüşəcək - Paşinyan AÇIQLADI
Dünən, 17:09
“AtaSığorta” ASC-də - YENİ TƏYİNAT
Dünən, 17:07
Bu gün dollar neçəyə olacaq?
Dünən, 17:00
Paşinyan Praqada Ərdoğanla görüşəcəyini deyib
Dünən, 16:59
Əvəz Zeynallı ilə bağlı daha bir MÜRACİƏT
Dünən, 16:58
Putin Ramzan Kadırova general-polkovnik rütbəsi verib
Dünən, 16:56
DİA.AZ xəbər yaydı, polis hərəkətə keçdi - Həbs olunan var
Dünən, 16:55
Mərdəkan və Binə qəsəbələrində narkotik vasitələrin satışı ilə məşğul olan daha 2 nəfər saxlanılıb - VİDEO
Dünən, 16:52
"Şəhid statusu yoxdursa, onların adı əbədiləşdirilmir" - Ramaldanov
Dünən, 16:48
Abid Şərifova məxsus olduğu deyilən şirkətin 300 mindən çox borcu var - “Qardaşı” borcdan necə çıxır?
Dünən, 16:46
“İranda nümayişçilər hədəflərinə çatıblar” – Rejimdən geri addım...
Dünən, 16:41
“ABŞ Azərbaycanın mövqeyini dəstəkləyəcək” – Politoloqdan PROQNOZ
Dünən, 16:39
Ali Məhkəmə Ramiz Tatarovun cəzasını azaldıb - QƏRAR
Dünən, 16:37
Azərbaycanda son sutkada 108 nəfər koronavirusa yoluxub, 4 nəfər ölüb
Dünən, 16:36
Həbsdə ölən sabiq İH başçısının 600 minlik əmlakının müsadirə olunması ilə bağlı protest TƏMİN EDİLİB
Dünən, 16:25
Direktor ad gününə pul yığır: “Qızım, 100 manat azdır da…” - SƏSYAZISI YAYILDI...
Dünən, 16:23
""Uşaqpulu" qısa müddətdə həll olunan məsələ deyil, vəsait ordunun güclənməsinə yönəldilməlidir" - deputat
Dünən, 16:20
“Ermənistan suveren ölkə kimi yox olmaq təhlükəsi qarşısındadır" - Fransız senator
Dünən, 16:19
Ağcabədidə insanların əməyini istismar etməklə onları hədələyən sahibkar niyə cəzalandırılmır? - NARAZILIQ VAR!
Dünən, 16:14
Ramin Hacılının məhkəməsində şahidlər zərərçəkmiş kimi tanınmadı - QƏRAR
Dünən, 16:09
Qubadlının sabiq icra başçısı 5 nəfərin ölümündə təqsirləndirilir - FAKTLAR AÇIQLANDI...
Dünən, 16:08
Luqansk təhlükə altındadır – “lxr” narahatdır
Dünən, 16:06
AMEA-da daha bir qalmaqal: Elmi işçi institut direktorunu məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 15:57
Yazıçılar Birliyinin qurultayı yenə təxirə salındı
Dünən, 15:55
Qoca Səmədovun səhhəti pisləşib - Vəkilindən AÇIQLAMA
Dünən, 15:53
Taleh Qaraşovun sonu GÖRÜNÜR? – Rəhbərlik etdiyi beşinci rayonda BAŞ VERƏNLƏR
Dünən, 15:51
Emin Əmrullayevdən "özəl" Müəllimlər Günü MÜSAJI - Təhsil naziri Azərbaycan şriftlərindən istifadə etmir
Dünən, 15:48
Putin bu gün müharibə elan edəcək? - “Yaxın günlərdə...”
Dünən, 15:45
“Müəllim şərəfinə layiq olmayan...” - Misir Mərdanov
Dünən, 15:42
BŞİH Rusiya səfirliyinin qarşısında piket keçirilməsinə icazə verməyib - FOTO
Dünən, 15:41
Putin bu gün müharibə elan edəcək? - “Yaxın günlərdə...”
Dünən, 15:34
Xankəndidə “vəzifə”yə gətirilən Vardanyan açıqlama verdi: - “Bir az gözləyin”
Dünən, 15:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru