Ermənistanı silahlandırırlar! .....                     Pomidor-yumurta bişirilən məktəbin direktoru “xəstələndi” .....                     Paşinyan özündən əvvəlki hakimiyyətləri Qarabağı Azərbaycan torpağı kimi tanımaqda .....                     Azərbaycanın təhvil verdiyi 17 hərbçi işgəncələrə məruz qalmayıb .....                     Azərbaycanın HDQ komandanı İtaliyada səfərdədir .....                     "İbtidai təhsildən başlayaraq tam orta təhsilə qədər ciddi yenilənmə olmalıdır" .....                     Təhsilhaqqını ödəyə bilməyən tələbələr dərsə buraxılmayıb .....                     "Paşinyanın cəsarətlənməsinin kökündə ABŞ, Fransa və İran dayanır" .....                     Mərhum nazirin şirkəti 7 milyonluq TENDERİ `UDDU` .....                     “Rusiya Ermənistanı Amerikaya asanlıqla verməyəcək” .....                     “Azərbaycan Ermənistandan artıq heç nə gözləmir” .....                     Kiyev tutduğu İran PUA-sını Rusiyaya qarşı işə saldı .....                     Qazaxda direktorlarının və müavinlərin iştirakı ilə müşavirə keçirilib .....                     Şirvanda Beynəlxalq Müəllimlər Günü qeyd edilib .....                     Kəlbəcər və Daşkəsəndə aşkar olunan növbəti minalar zərərsizləşdirilib .....                     "Azərbaycanın 5 şərtində qəbuledilməz heç nə yoxdur" .....                     Etiket məlumatları və adları Azərbaycan dilinə tərcümə olunmayan qidaların ölkəyə idxalı dayandırılıb .....                     İrəvanın səfərbərlik çağırışı. Savaş olacaq... .....                     Azərbaycan Prezidenti İlham Əliyev Praqada Paşinyanla görüşəcək .....                     “AtaSığorta” ASC-də .....                     Bu gün dollar neçəyə olacaq? .....                     Paşinyan Praqada Ərdoğanla görüşəcəyini deyib .....                     Əvəz Zeynallı ilə bağlı daha bir .....                     Putin Ramzan Kadırova general-polkovnik rütbəsi verib .....                     DİA.AZ xəbər yaydı, polis hərəkətə keçdi .....                     Mərdəkan və Binə qəsəbələrində narkotik vasitələrin satışı ilə məşğul olan daha 2 nəfər saxlanılıb .....                     "Şəhid statusu yoxdursa, onların adı əbədiləşdirilmir" .....                     Abid Şərifova məxsus olduğu deyilən şirkətin 300 mindən çox borcu var .....                     “İranda nümayişçilər hədəflərinə çatıblar” .....                     “ABŞ Azərbaycanın mövqeyini dəstəkləyəcək” .....                     Ali Məhkəmə Ramiz Tatarovun cəzasını azaldıb .....                     Azərbaycanda son sutkada 108 nəfər koronavirusa yoluxub, .....                     Həbsdə ölən sabiq İH başçısının 600 minlik əmlakının müsadirə olunması ilə bağlı protest .....                     Direktor ad gününə pul yığır: “Qızım, 100 manat azdır da…” .....                     ""Uşaqpulu" qısa müddətdə həll olunan məsələ deyil, vəsait ordunun güclənməsinə yönəldilməlidir" .....                     “Ermənistan suveren ölkə kimi yox olmaq təhlükəsi qarşısındadır" .....                     Ağcabədidə insanların əməyini istismar etməklə onları hədələyən sahibkar niyə cəzalandırılmır? .....                     Ramin Hacılının məhkəməsində şahidlər zərərçəkmiş kimi tanınmadı .....                     Qubadlının sabiq icra başçısı 5 nəfərin ölümündə təqsirləndirilir .....                     Luqansk təhlükə altındadır .....                 

Naxçıvan polisi qətl hadisəsinin üstünü açdığı üçün cəzalandırılır – “Dərəbəylik” qanunlarına əsasən
Tarix: 8-08-2022, 11:04 | Çap et
Naxçıvan polisi qətl hadisəsinin üstünü açdığı üçün cəzalandırılır
Naxçıvan MR-ın Şərur rayonunun Püsyan kəndində baş verən bir qətl hadisəsinin üstü açılıb. DİA.AZ bildirir ki, Ovqat.com-un məlumatına görə, qatili hadisə yerinə yaxın yerdə quraşdırılmış kameraya düşməsindən müəyyənləşdirmək mümkün olub.

Maraqlıdır ki, hadisənin üstünü açan polislər bir müddətdən sonra necə böyük səhvə yol verdiklərini anlayıblar. Zira bu hadisədən sonra kameraların cinayətkarı müəyyənləşdirməkdə bənzərsiz rolunu kəşf edən Muxtar Respublika DİN yeni şifahi təlimat hazırlayıb. Təlimatda bütün polislərdən nəzarət etdikləri ərazilərdə kamera quraşdırılması tələb olunur. Üstəlik, bu kameralar polislərin şəxsi vəsaiti hesabına quraşdırılmalıdır. Cəmi 600 manat civarında maaş alan və ayın yarısını qarnıtox, digər yarısını ac keçirən polislər onlardan tələb olunan kameraları hansı vəsaitlə alacaqlarını bilmirlər. “Kameranın 1-i 400 manata başa gəlir. Biz aldığımız 600 manatın 400 manatını kameraya versək, onda uşaqlarımızın zəruri ehtiyaclarını necə qarşılayaq?” - adının açıqlanmasını istəməyən polis əməkdaşı müxbirimizlə söhbətində belə deyib.

Şikayətçinin dediyinə görə, etirazçı asayiş keşikçiləri ilə polis polkovnik-leytenantı Nəsib İsmayılov görüşüb. Rəis də onların bu sualına qaneedici cavab verməyib. Polislərə kamera almalarının şərt olduğunu bildirməklə kifayətlənib.

Odur ki, beyinlərini qurcalayan bu suala cavab tapa bilməyən polislər cinayətin üstünü açmalarına əməlli-başlı peşman olublar.

Etibarlı mənbələrdən aldığımız digər məlumata görə, Naxçıvan MR DİN-də Azərbaycan Polis Akademiyası məzunlarının “ov”u davam edir. Muxtar Respublikanın 54 ballıq Orta İxtisas Polis məktəbinin yetirmələrinin yerləşdirilməsi üçün həyata keçirilən bu “ov”un növbəti qurbanı Kəngərli rayonu Polis İdarəsinin Tuncay adlı sahə inspektorudur. Polis baş leytenantı olan Tuncay Naxçıvan DİN-nin sərt və məntiqsiz tələblərinə dözə bilmədiyindən işdən ayrılmağa qərar verib. İstefa ərizəsi isə qəbul olunmayıb. Bir neçə gün əvvəl Tuncayı nazirliyə çağıran rəhbərlik onun diqqətinə Naxçıvan MR DİN-nin dərəbəylik qanunu çatdırıblar: “Burda öz xoşunla işdən çıxma yoxdur. Bu xəyala düşənlər ancaq şəxsi işlərinə “xidmətə yararsız” maddəsi yazılaraq qovula bilərlər”. Yəni Naxçıvan MR DİN-nin yazılmamış dərəbəylik qanununda işdən normal çıxmaq yoxdur, qovulmaq var, vəssəlam, şüttəmam.

Əslində Azərbaycan Polis Akademiyasını bitirən polislərlə işləmək Naxçıvan “Dərəbəylik” Respublikasının DİN-nin də maraqlarına uyğun deyil. Rəhbərlik onlara Bakının casusu kimi baxır və gözümçıxdıya salaraq işdən qovulmaları üçün zəmin hazırlayır. Çünki Naxçıvan MR-ın öz Orta İxtisas Polis Məktəbi var və bu məktəb hər il 54 ballıq 30 yerli kadr yetişdirir. Həmin yerli kadrların işlə təmin olunması üçün isə mütləq eyni sayda polis işdən qovulmalıdır. Onların da böyük əksəriyyəti Azərbaycan Polis Akademiyasının məzunları olur. Akademiya məzunları niyə onların normal qaydada ərizələrinin qəbul olunmamasını isə anlaya bilmirlər. Görünür, Naxçıvan MR DİN Azərbaycan Polis Akademiyasının ancaq “xidmətə yararsız” mütəxəssis yetişdirdiyini rəsmi Bakıya sübut etmək niyyətindədir.

Məlumata görə, dünən Naxçıvan Orta İxtisas Polis Məktəbinin 20 məzunu artıq işlə təmin olunub. Onlardan 12 nəfəri Şərura, 1 nəfəri Kəngərliyə, 1 nəfəri Naxçıvan şəhər Polis İdarəsinin 1 nömrəli bölməsinə, 4 nəfəri Culfaya, 2 nəfəri isə Ordubada təyinat alıb. Qalan 10 nəfərin təyinatı üçün isə Akademiya məzunlarının səbri sınağa çəkilir. Yəqin ki, yaxın zamanlarda bu səbr imtahanından üzü ağ çıxmayanlar olacaq və digər 10 nəfər yerli “mütəxəssis” həmin qurbanları əvəzləyəcək.

Qəribədir ki, Muxtar Respublikanın ən qələbəlik yaşayış yeri Naxçıvan şəhəridir. Nədənsə, şəhər polisinə 1, Şərur rayonuna isə 12 polis təyin olunub. Həmsöhbətimiz bunu Polis Akademiyasının məzunlarının əsasən Şərur rayonuna göndərilməsi ilə izah etdi. Onun fikrincə, Şərur rayonu Naxçıvan şəhərində yaşayan polislər üçün cəza batalyonu hesab olunub. Akademiya məzunlarından kimi işdən çıxarmaq istəyiblərsə, Şərura göndəriblər. Onlar da bu cəza batalyonunda duruş gətirə bilməyib şəxsi işi korlanaraq işdən qovulublar. İndi həmin yerlərə 54 ballıq polislər təyin olunsa da, bir müddətdən sonra bu “bəxtəvərlər” Akademiya məzunları ilə əvəz olunacaqlar. Və beləcə Muxtar Respublikanın Dərəbəylik qanunu illərdir dəyişilməyən nizamında işləyəcək.





 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanı silahlandırırlar! – “İran, ABŞ, Fransa və Hindistan...”
Dünən, 19:00
Pomidor-yumurta bişirilən məktəbin direktoru “xəstələndi” - VİDEO
Dünən, 18:14
Paşinyan özündən əvvəlki hakimiyyətləri Qarabağı Azərbaycan torpağı kimi tanımaqda ittiham etdi
Dünən, 18:09
Azərbaycanın təhvil verdiyi 17 hərbçi işgəncələrə məruz qalmayıb - Ermənistan İstintaq Komitəsi
Dünən, 18:06
Azərbaycanın HDQ komandanı İtaliyada səfərdədir
Dünən, 18:02
"İbtidai təhsildən başlayaraq tam orta təhsilə qədər ciddi yenilənmə olmalıdır" - ÇAĞIRIŞ
Dünən, 18:01
Təhsilhaqqını ödəyə bilməyən tələbələr dərsə buraxılmayıb - GİLEY
Dünən, 17:58
"Paşinyanın cəsarətlənməsinin kökündə ABŞ, Fransa və İran dayanır" - Ekspert danışır
Dünən, 17:54
Mərhum nazirin şirkəti 7 milyonluq TENDERİ `UDDU` - TƏFƏRRÜAT
Dünən, 17:52
“Rusiya Ermənistanı Amerikaya asanlıqla verməyəcək” - Sərdar Cəlaloğlu
Dünən, 17:45
“Azərbaycan Ermənistandan artıq heç nə gözləmir” - ŞƏRH
Dünən, 17:43
Kiyev tutduğu İran PUA-sını Rusiyaya qarşı işə saldı
Dünən, 17:28
Qazaxda direktorlarının və müavinlərin iştirakı ilə müşavirə keçirilib
Dünən, 17:26
Şirvanda Beynəlxalq Müəllimlər Günü qeyd edilib
Dünən, 17:25
Kəlbəcər və Daşkəsəndə aşkar olunan növbəti minalar zərərsizləşdirilib
Dünən, 17:23
"Azərbaycanın 5 şərtində qəbuledilməz heç nə yoxdur" - Mirzoyan
Dünən, 17:18
Etiket məlumatları və adları Azərbaycan dilinə tərcümə olunmayan qidaların ölkəyə idxalı dayandırılıb - Diqqət!
Dünən, 17:15
İrəvanın səfərbərlik çağırışı. Savaş olacaq... - Ambarsumyan
Dünən, 17:11
Azərbaycan Prezidenti İlham Əliyev Praqada Paşinyanla görüşəcək - Paşinyan AÇIQLADI
Dünən, 17:09
“AtaSığorta” ASC-də - YENİ TƏYİNAT
Dünən, 17:07
Bu gün dollar neçəyə olacaq?
Dünən, 17:00
Paşinyan Praqada Ərdoğanla görüşəcəyini deyib
Dünən, 16:59
Əvəz Zeynallı ilə bağlı daha bir MÜRACİƏT
Dünən, 16:58
Putin Ramzan Kadırova general-polkovnik rütbəsi verib
Dünən, 16:56
DİA.AZ xəbər yaydı, polis hərəkətə keçdi - Həbs olunan var
Dünən, 16:55
Mərdəkan və Binə qəsəbələrində narkotik vasitələrin satışı ilə məşğul olan daha 2 nəfər saxlanılıb - VİDEO
Dünən, 16:52
"Şəhid statusu yoxdursa, onların adı əbədiləşdirilmir" - Ramaldanov
Dünən, 16:48
Abid Şərifova məxsus olduğu deyilən şirkətin 300 mindən çox borcu var - “Qardaşı” borcdan necə çıxır?
Dünən, 16:46
“İranda nümayişçilər hədəflərinə çatıblar” – Rejimdən geri addım...
Dünən, 16:41
“ABŞ Azərbaycanın mövqeyini dəstəkləyəcək” – Politoloqdan PROQNOZ
Dünən, 16:39
Ali Məhkəmə Ramiz Tatarovun cəzasını azaldıb - QƏRAR
Dünən, 16:37
Azərbaycanda son sutkada 108 nəfər koronavirusa yoluxub, 4 nəfər ölüb
Dünən, 16:36
Həbsdə ölən sabiq İH başçısının 600 minlik əmlakının müsadirə olunması ilə bağlı protest TƏMİN EDİLİB
Dünən, 16:25
Direktor ad gününə pul yığır: “Qızım, 100 manat azdır da…” - SƏSYAZISI YAYILDI...
Dünən, 16:23
""Uşaqpulu" qısa müddətdə həll olunan məsələ deyil, vəsait ordunun güclənməsinə yönəldilməlidir" - deputat
Dünən, 16:20
“Ermənistan suveren ölkə kimi yox olmaq təhlükəsi qarşısındadır" - Fransız senator
Dünən, 16:19
Ağcabədidə insanların əməyini istismar etməklə onları hədələyən sahibkar niyə cəzalandırılmır? - NARAZILIQ VAR!
Dünən, 16:14
Ramin Hacılının məhkəməsində şahidlər zərərçəkmiş kimi tanınmadı - QƏRAR
Dünən, 16:09
Qubadlının sabiq icra başçısı 5 nəfərin ölümündə təqsirləndirilir - FAKTLAR AÇIQLANDI...
Dünən, 16:08
Luqansk təhlükə altındadır – “lxr” narahatdır
Dünən, 16:06
AMEA-da daha bir qalmaqal: Elmi işçi institut direktorunu məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 15:57
Yazıçılar Birliyinin qurultayı yenə təxirə salındı
Dünən, 15:55
Qoca Səmədovun səhhəti pisləşib - Vəkilindən AÇIQLAMA
Dünən, 15:53
Taleh Qaraşovun sonu GÖRÜNÜR? – Rəhbərlik etdiyi beşinci rayonda BAŞ VERƏNLƏR
Dünən, 15:51
Emin Əmrullayevdən "özəl" Müəllimlər Günü MÜSAJI - Təhsil naziri Azərbaycan şriftlərindən istifadə etmir
Dünən, 15:48
Putin bu gün müharibə elan edəcək? - “Yaxın günlərdə...”
Dünən, 15:45
“Müəllim şərəfinə layiq olmayan...” - Misir Mərdanov
Dünən, 15:42
BŞİH Rusiya səfirliyinin qarşısında piket keçirilməsinə icazə verməyib - FOTO
Dünən, 15:41
Putin bu gün müharibə elan edəcək? - “Yaxın günlərdə...”
Dünən, 15:34
Xankəndidə “vəzifə”yə gətirilən Vardanyan açıqlama verdi: - “Bir az gözləyin”
Dünən, 15:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru