
Xəbər verdiyimiz kimi, millət vəkili Fəzail Ağamalı gilasın qiymətinin baha olmasından gileylənib. O, açıqlamasında kiloqramı 8-10 manat olan gilası ala bilmədiyini söyləyib. DİA.AZ axşam.az-a istinadla xəbər verir ki, Əməkdar artistlər Tahir İmanov və Bəhram Bağırzadə onun dediklərinə video ilə reaksiya bildiriblər.
Ötən gün Tahir İmanov yayımladığı videoda "50 sot torpaq alırsan? Sotu 30 min? Yaxşı al... "Bentley" alırsan? 250 min? Yaxşı al. Gilas alırsan? Neçəyədir? 8 manat? 8 manata gilas olar, lazım deyil" sözlərini söyləyib.
B.Bağırzadə isə restoranda ofisianta "Bir səbət gilas gətir" sözlərini söyləyərək onu ələ salıb. Bəhram digər ironik videosunda isə 1 gilası boşqaba qoyaraq yeyib.