DİA.AZ-da TEXNİKİ FASİLƏ... .....                     İcra başçısı düşmənlə sərhəddə getdi .....                     Rayon rəhbəri Əskipara kəndində şəhid Əzizov Ayşadın ailəsində olub .....                     Rəisi və Putin istəməsə də:Türkiyə artıq Qafqazdadır .....                     "Bu Meydanın bayraqsız qalmağı artıq dövlətin ayıbı idi" .....                     Deputatın şirkəti vətəndaşın NƏFƏSİNİ KƏSDİ .....                     Səfər Mehdiyevin GÖMRÜKDƏKİ LƏPİRİ... .....                     Mənzil bazarında bahalaşma olacaq .....                     Qafqazda ruslara ən çox bu millət NİFRƏT EDİR... .....                     İran-Ermənistan münasibətlərində Azərbaycana qarşı çalarlar... .....                     "Bolt"a əmanət etməyin AXIRI BUDUR... .....                     Bu gün dollar neçəyə olacaq? .....                     Daha kimlər VƏZİFƏLƏRİNİ İTİRƏCƏK? .....                     Köçəryanın deputatları Zabuxdan BOY GÖSTƏRİR .....                     “Azərbaycanlı qatillər” .....                     İcra başçısının Əskipara kəndində səyyar qəbul görüşü keçirilib .....                     Ermənistanın sabiq Baş prokuroru zaminə buraxılacaq .....                     Məşhur aparıcı “Xəzər TV”dən getdi .....                     "Biz idxaldan asılı qalmamalıyıq, onu azaltmalıyıq" .....                     "Azərbaycanlılar niyə mütləq ərəb dilində “Quran” oxusun, dua etsin?" .....                     AzTV-nin gənc əməkdaşı vəfat etdi .....                     İnternetin qiyməti bahalaşdı! .....                     İran Zəngəzura konsul təyin etdi .....                     "Yəqin ki, onlar ağalarının xoşuna gəlmək üçün bu cür ifadələr işlədirlər" .....                     Moskvadan Zəngəzur dəhlizi addımı: .....                     Oyundankənar düşən İrəvan, tarixin acımasız şilləsi .....                     İnternet niyə bahalaşdı? .....                     Erməni uşaqlar məktəbə ATATÜRKÜN PORTRETİ ilə gedəcək .....                     Səfər Mehdiyevin futbol komandası da LƏĞV OLUNUR... .....                     İran Prezidenti Paşinyana hansı təklifləri verib? .....                     Mərkəzi Bankın qərarı bank sektorunda nələri dəyişəcək? .....                     Cavid Qurbanov Prezidentə MÜRACİƏT ETDİ .....                     Azərbaycan Beynəlxalq Bankı hansı “dövlət “qoçusu”nundur? .....                     Erməni deputatlar Qarabağa qanunsuz səfər etdi .....                     Mühəndis təminatı üzrə tədbirlərin icrası davam etdirilir .....                     Şəmkirdə antikorrupsiyaya əməliyyatı: .....                     "Kişi odur ki, canı çıxar gedər, həç nə də yox, daş atar" .....                     "Xanımım deyir ki, niyə mən Bakıda olanda belə bişirmirsən" .....                     Azərbaycanda daha 488 nəfər COVID-19-a yoluxub, .....                     “Ermənilər Xankəndidən də qovulacaqlar” .....                 

Qarabağ separatçılarının ətrafındakı həlqə daralır - ölkəmizə diş qıcayanlar üçün "əcəl zəngi"
Tarix: 25-06-2022, 10:09 | Çap et
Qarabağ separatçılarının ətrafındakı həlqə daralır
Rusiyanın baş diplomatının Bakıya iki günlük səfərinə qədər bir sıra xoşagəlməz hadisələr baş vermişdi və hər dəfə Azərbaycan müttəfiqlik, qonşuluq münasibətlərinə sadiqliyini xatırlatmaqla şimaldan milli maraqlarımıza qarşı olan münasibətlərə kəskin reaksiyasını ifadə etmişdi.

Sonuncu dəfə elə Segey Lavrovun özünün İrəvanda olarkən Azərbaycanın Fərrux kəndi ilə bağlı səsləndirdiyi fikirlərə rəsmi Bakı kəskin şəkildə etirazını ifadə etdi. Dövlətimizin prinsipial mövqeyinin nəticəsində Rusiya XİN iki dəfə məsələ ilə bağlı izahat xarakterli açıqlama yaymağa, üzrxahlıq etməyə məcbur oldu. Bundan başqa, Qarabağ separatçısı ilə müsahibə yayımlayıb, onu “Dağlıq Qarabağ”ın “rəsmisi” kimi təqdim edən “RİA-Novosti”nin bloklanmasına erməni jurnalistin müdaxilə etmək cəhdi belə, Rusiya XİN sözçüsü Mariya Zaxarovanın sərt reaksiyası ilə üzləşdi. Daha əvvəlki aylara müraciət etsək, Azərbaycan Müdafiə Nazirliyinin rusiyalı həmkarlarına “Dağlıq Qarabağ” yarlığına görə kəskin etirazını da xatırlada bilərik.

Göründüyü kimi, Azərbaycan suveren hüquqlarına müdaxilə etmək cəhdi göstərən heç bir dövlətə güzəştə getmək niyyətində deyil.

Bütün bunlardan sonra Bakıya səfər edən Sergey Lavrov onu çətin səfər gözlədiyini bilməmiş deyildi.

Azərbaycan Prezidenti təsadüfən rusiyalı diplomatı qəbul etdiyi zaman mətbuat üçün açıq çıxışında iki dəfə bu ilin fevralında Moskvada imzalanan Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannaməni xatırlatmadı. “Əlbəttə, Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə bizim ikitərəfli münasibətlərdə çox mühüm addımdır və artıq dediyim kimi o, bizim əlaqələrimizin inkişaf yollarını müəyyən edəcək”, açıqlamasında xeyli mətləblər və mesajlar var idi. Bu, bəzən Fərrux və delimitasiya-demarkasiya mövzularını bilərəkdən, yaxud bilməyərəkdən qarışdırıb, ermənilərin könlünü şad edən diplomata Bakı və Moskvanın münasibətlərindəki “yol xəritəsi”nin xatırladılması idi həm də.

Təkcə bu da deyildi. Cənab İlham Əliyevin sonrakı dedikləri də Qarabağ münaqişənin “mövcudluğu” barədə vaxtaşırı səslənən iddialara diplomatik dillə nöqtə qoyulması idi.

Sitat: “Bu gün, əlbəttə, regionda vəziyyət, MÜNAQİŞƏDƏN SONRAKI (seçdirmə bizimdir-E.P.) vəziyyət, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi barədə danışacağıq”.

Ardınca da prinsipial mövqe, sülh prosesinə sadiqlik mesajı, qarşı tərəfə növbəti şans: “Siz bizim mövqeyimizi bilirsiniz. Bu mövqe regionda uzunmüddətli sülhün bərqərar olmasına yönəlib. Əminəm ki, göstərdiyimiz səylər Ermənistan tərəfindən də müsbət qəbul ediləcək və çoxillik qarşıdurmaya son qoyulacaq. Sülh müqaviləsi üzərində işə başlamaq barədə bizim təklifimiz hələlik cavabsız qalır, lakin biz hələ ümid edirik ki, bu təklif müsbət qəbul ediləcək”.

Təsadüfi deyildi ki, ölkə başçısı müsbət məqamlar arasında Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinlərinin sədrliyi ilə üçtərəfli işçi qrupun işinin intensivləşməsindən bəhs etdi, yaxın vaxtlarda Sankt-Peterburqda yeni görüş keçirildiyini vurğuladı. “Ümid edirik ki, 2020-ci il noyabr Bəyannaməsinin implementasiyası məqsədilə məhz kommunikasiyaların açılması, Azərbaycan yüklərinin və vətəndaşlarının Naxçıvan Muxtar Respublikasına maneəsiz çatdırılmasının təmin edilməsi kontekstində də praktiki addımlar atılacaq. Bu, Ermənistan tərəfinin hüquqi öhdəliyidir. Lakin təəssüf ki, İkinci Qarabağ müharibəsinin başa çatmasından ilyarımdan çox keçməsinə baxmayaraq Bəyannamənin həmin bəndi indiyə qədər yerinə yetirilməyib. Düşünürəm ki, bütövlükdə vəziyyətin normallaşması üçün bizim konsepsiya çərçivəsində çox praktiki addımlar atmaq mümkün olacaq. Əlbəttə, Qafqazda möhkəm sülhün bərqərar olması işində Rusiya Federasiyasının fəal səylərinə də ümid bəsləyirik”.

Bu, kommunikasiyalar, xüsusən Zəngəzur dəhlizi ilə bağlı destruktiv mövqe sərgiləyən Ermənistanın “başına ağıl qoymağın” zəruriliyinin çatdırılması olmaqla yanaşı, Rusiyanın baş diplomatına 10 noyabr və ondan sonrakı daha iki üçtərəfli anlaşmanın icrasının nəhayət, İrəvandan tələb edilməli olduğunu xatırlatmaq idi.

Heç şübhə yoxdur ki, qapalı danışıqlarda daha geniş və açıq mətnli söhbət olub, tələblər qoyulub.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında müzakirə olunan məsələlər də açıqlanıb. Təkbətək başlayan görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib. Cari ildə iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunduğuna istinad edilib. Tərəflər, ikitərəfli gündəliyin bir sıra istiqamətlərində, o cümlədən siyasi, iqtisadi, ticarət, humanitar, təhsil, mədəniyyət sahələrində, əməkdaşlıq münasibətlərinin inkişafı perspektivlərini, habelə ikitərəfli müqavilə hüquqi bazasının möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər. Nazir Ceyhun Bayramov Azərbaycan üçün hazırda prioritet məsələ olan azad olunmuş ərazilərin bərpa və quruculuğu işləri barədə məlumat verib. Bu xüsusda Rusiya şirkətlərinin bu prosesdə iştirak marağı yüksək qiymətləndirilib. Yəni yuxarıda qeyd olunduğu kimi, münaqişə bitib, Azərbaycan quruculuqla məşğuldur, Rusiya şirkətlərinin də iştirakına normal yanaşılır. Erməni revanşizmi üçün heç də yaxşı xəbər deyil, əksinə, öldürücüdür. XİN rəhbərlərinin görüşü zamanı da tərəflər, bölgədə mövcud olan cari vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, bölgədə münasibətlərin normallaşdırılması və sülhün təmin olunması istiqamətində addımların atılması, o cümlədən sərhədlərin delimitasiyası üzrə komissiyaların fəaliyyəti, bütün kommunikasiyaların açılması, gələcək sülh sazişinin imzalanması məsələləri ətrafında geniş müzakirələr aparıblar. Yekunda xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb.

Bu yerdə Sergey Lavrovun Şəhidlər Xiyabanına gələrək ölkəmizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anması, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyması da qeyd olunmalı məqamdır. Bildiyimizə görə, İrəvan səfərində “Yerablur” ziyarəti olmamışdı...

İnformasiya təhlükəsizliyi sahəsində mövcud olan təhdidlərin qarşısının effektiv şəkildə alınması məqsədilə Azərbaycan və Rusiya beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsinə dair imzalanan sazişdə informasiya təhlükəsizliyinin təmin olunmasına əsas təhdidlər sırasında aşağıdakı hallar qeyd edilir:

- dövlətlərin suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyünün pozulmasına yönəlmiş aktlar;

- mühüm informasiya infrastrukturu obyektlərinə kompüter hücumları;

- terrorçuluğun təbliğatı və terror məqsədləri;

- dövlətin daxili işlərinə qarışmaq və ictimai qaydanın pozulması;

- millətlərarası, irqlərarası və konfessiyalararası ədavətin qızışdırılması, separatçılığın və ekstremizmin, nifrət və diskriminasiya yaradan, zorakılığa və qeyri-sabitliyə təhrik edən irqi və ksenofobiya fikirlərin təbliğ olunması;

- vətəndaşların həyatına və təhlükəsizliyinə təhdid yaradan və ya ağır nəticələrə səbəb olan hallar haqqında bilərəkdən yalan məlumatın etibarlı mesajlar adı altında açıq şəkildə yayılması və digər hallar.

Tərəflər bu Sazişə əsasən, təhlükəsizlik və sabitliyin qorunub saxlanılması; suverenliyə, ərazi bütövlüyünə, dövlət sərhədlərinin təhlükəsizliyinə və toxunulmazlığına qarşılıqlı hörmət; mübahisə və münaqişələrin sülh yolu ilə tənzimlənməsi, güc və güclə təhdid tətbiq etməmə, daxili işlərə qarışmama, insan hüquq və əsas azadlıqlarına hörmət; həmçinin ikitərəfli əməkdaşlıq və dövlətlərin informasiya resurslarına müdaxilə olunmama prinsipləri də daxil olmaqla, beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarına uyğun fəaliyyətin təmin edilməsi öhdəliyini götürürlər. Azərbaycan onsuz da heç bir ölkənin daxili işlərinə qarışmır, bu, dövlətimizin xarici siyasətinin ana xəttini təşkil edir. Bu mənada heç kəsə də Azərbaycanın daxili işlərinə qarışmamağı tövsiyə edir, bunun sazişlə tənzimlənməsi isə yalnız işin faydasınadır.

Rusiya və Azərbaycan arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq Sazişi bərabərhüquqlu, beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanan, başlıca təhdidlərə qarşı, o cümlədən dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə, separatçılıq və ekstremizmin təbliğ edilməsinə, vətəndaşların həyatına və təhlükəsizliyinə təhdid yaradan və s. hallarda informasiya kommunikasiya texnologiyalarından istifadə edilməsi ilə mübarizəni nəzərdə tutan, informasiya-kommunikasiya texnologiyalarından sülh, sabitlik və inkişafın təmin edilməsi məqsədi ilə istifadə məqsədini güdən əməkdaşlıq çərçivəsidir.

İmzalanan Saziş Rusiya informasiya məkanından Azərbaycana qarşı mümkün təhdidlərin bloklanmasına əsas yaratmış olacaq. Biz də bunu istəmirdikmi? Bir sıra hallarda müttəfiqlik əlaqələrimizə xələl gətirən meylləri müşahidə edirik, yuxarıda bunun nümunələrini xatırlatdıq. İmzalanan sənəd artıq belə meyillərin “beşikdəcə boğulmasına” əsas yaradacaq.

Eyni zamanda Rusiya və Azərbaycan arasında imzalanan Saziş erməni lobbisinin və Rusiyanın informasiya məkanından Azərbaycana qarşı yararlanan Ermənistanın fəaliyyətinə zərbə olacaq. Bu, Rusiyaya sığınıb, ölkəmizin maraqlarına diş qıcayan simonyanların, peqovların zəhərli “dişi”nin qırılması deməkdir. Hər halda, imzalanan razılaşma bunu özündə ehtiva edir. Eyni zamanda Saziş Ermənistanın Rusiya mediasında anti-Azərbaycan fəaliyyətinə də əsaslı şəkildə problemlər yaratmış olacaq. Qarabağ separatçıları isə Azərbaycan-Rusiya arasında yeni Sazişlə bağlı təşviş içindədir. Azərbaycan yeni Sazişlə terrorçuluğa qarşı mübarizədə əlini gücləndirir, erməni terrorizminə, separatizminin birdəflik məhvi prosesində bizə hansısa əngəl yarada biləcək çevrələrin neytrallaşdırılmasına nail olur.

Cari ilin 22 fevralında, Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən imzalanan 43 maddəlik “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin ilk bəndini xatırlatmaqda fayda var:

“Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar”.

24 iyun tarixli sənəddə əksini tapan müddəalar da ilin əvvəlindən start verilən prosesin davamıdır. 22 fevral sazişində “Tərəflər üçüncü dövlətlər vasitəsilə həyata keçirilənlər də daxil olmaqla bir-birinə qarşı yönəlmiş hər hansı hərəkətlərdən çəkinirlər” (maddə: 17). var idi. 24 iyun Sazişində bir az da aydın mətnlə ifadə olunub bu məqam.

Erməni revanşizmi, separatizmi üçün çənbər daralır, özləri də anlayırlar. Ölkəmizə diş qıcayanlar üçün "əcəl zəngi"dir bu anlaşma. Vurnuxurlar. Bir az da “sənə güvəndiyimiz Lavrov...” pərtliyi müşahidə olunur. Böyük ümidləri var idi, əksi baş verdi. Bu gedişlə günün birində Qarabağ separatçılarının Moskva-Bakı təyyarəsinin trapından gözübağlı düşürüləcəyini gözləmirik təbii ki...Amma görünən budur ki, ermənilərin davranışları Rusiyanı da bezdirməkdədir. Xüsusilə Rusiya üçün vacib layihə olan Zəngəzur dəhlizinə müqavimət göstərilməsi...

Lavrovun “ATƏT-in Minski qrupu fəaliyyətini dayandırıb” açıqlaması erməniçiliyi yasa qərq eləyib, rus diplomatın kommunikasiyaların açılması zərurətindən bəhs etməsi də bir yandan...Lavrov Minsk Qrupunun “ölüsündən” bəhs edən dəqiqələrdə İrəvanda rəsmilər alman səfirlər Minsk Qrupunun fəaliyyətinin zərurətindən dəm vururdular...Bu mənada güvəndikləri Lavrovun açıqlamaları erməni faşizminin, həmçinin rəsmi İrəvanın aqressiv siyasətinin üstündən əzib keçməkdir. Üstəlik də “Biz Azərbaycan rəhbərliyinin Ukraynadakı xüsusi hərbi əməliyyata balanslı və məsuliyyətli münasibətini yüksək qiymətləndiririk”; “Biz Azərbaycanla diplomatik dialoqun inkişaf yolundan razıyıq”, fikirləri.

Düzdür, qısa müddətdə Rusiyanın Azərbaycanla imzaladığı sazişlərə uyğun tövr nümayiş etdirəcəyini gözləmirik. Ən azı Müttəfiqlik Bəyannaməsindən sonrakı aylarda baş verənlərin qısa xronologiyası bunu deməyə əsas yaradır. Elə Lavrov səfərdə olarkən sülhməramlıların nəzarətində olan ərazilərimizə Ermənistanın bir qrup deputatının səfər etməsi – hətta bloger Lapşinin də adı çəkilir – münasibətlərimizə zərbə vurmaq istəyən qüvvələrin növbəti təxribatıdır. Bilirik ki, bu cür həyasızlıqlar “Ermənistanın boyunu aşır”. Rusiyadakı anti-Azərbaycan qüvvələri, erməni milyarderlərin pulu ilə qidalanan rəsmiləri qısa müddətdə zərərsizləşdirmək asan olmayacaq, bilirik. Amma istənilən halda, masada istinad edəcəyimiz növbəti möhürlü-imzalı sənəd var. Yeri gəlmişkən, Azərbaycanın Baş prokurorunun eyni gündə erməni və rus həmkarları ilə görüşdə Azərbaycan ərazilərinə qanunsuz səfərlərin yolverilməzliyi barədə xəbərdarlıq etməsi də təsadüfi deyil, məntiqi ardıcıllığın daha bir nümunəsidir. Dövlətimiz qətiyyətlidir! İnanırıq, güvənirik!
Elşad Paşasoy,
Musavat.com





 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
DİA.AZ-da TEXNİKİ FASİLƏ... - Diqqət!
Bu gün, 07:56
İcra başçısı düşmənlə sərhəddə getdi - FOTO
12-08-2022, 06:26
Rayon rəhbəri Əskipara kəndində şəhid Əzizov Ayşadın ailəsində olub
12-08-2022, 06:23
Rəisi və Putin istəməsə də:Türkiyə artıq Qafqazdadır - GƏLİŞMƏ
12-08-2022, 06:21
"Bu Meydanın bayraqsız qalmağı artıq dövlətin ayıbı idi" - Partiya sədri
12-08-2022, 06:18
Deputatın şirkəti vətəndaşın NƏFƏSİNİ KƏSDİ - NARAZILIQ VAR!
12-08-2022, 06:15
Səfər Mehdiyevin GÖMRÜKDƏKİ LƏPİRİ... - "RAMAL-TRANS" HOQQASI DAVAM EDİR...
12-08-2022, 06:12
Mənzil bazarında bahalaşma olacaq - ARAŞDIRMA
12-08-2022, 06:10
Qafqazda ruslara ən çox bu millət NİFRƏT EDİR...
12-08-2022, 06:06
İran-Ermənistan münasibətlərində Azərbaycana qarşı çalarlar... - Ekspert danışır
12-08-2022, 06:03
"Bolt"a əmanət etməyin AXIRI BUDUR... - GİLEY
12-08-2022, 06:01
Bu gün dollar neçəyə olacaq?
12-08-2022, 05:52
Daha kimlər VƏZİFƏLƏRİNİ İTİRƏCƏK? - ŞƏRH
11-08-2022, 19:00
Köçəryanın deputatları Zabuxdan BOY GÖSTƏRİR - FOTO
11-08-2022, 18:16
“Azərbaycanlı qatillər” – Macarıstan mətbuatından “Qarabağ” şərhi
11-08-2022, 18:12
İcra başçısının Əskipara kəndində səyyar qəbul görüşü keçirilib
11-08-2022, 18:07
Ermənistanın sabiq Baş prokuroru zaminə buraxılacaq
11-08-2022, 18:05
Məşhur aparıcı “Xəzər TV”dən getdi
11-08-2022, 18:03
"Biz idxaldan asılı qalmamalıyıq, onu azaltmalıyıq" - Deputatdan ÇAĞIRIŞ
11-08-2022, 17:58
"Azərbaycanlılar niyə mütləq ərəb dilində “Quran” oxusun, dua etsin?" - ETİRAZ
11-08-2022, 17:56
AzTV-nin gənc əməkdaşı vəfat etdi
11-08-2022, 17:49
İnternetin qiyməti bahalaşdı! - Keyfiyyəti də yüksələcəkmi?
11-08-2022, 17:48
İran Zəngəzura konsul təyin etdi – “Artıq İrəvandadır”
11-08-2022, 17:41
"Yəqin ki, onlar ağalarının xoşuna gəlmək üçün bu cür ifadələr işlədirlər" - Meyxanaçı FAKT QARŞISINDA
11-08-2022, 17:39
Moskvadan Zəngəzur dəhlizi addımı: - Tehran oyunu pozmağa çalışır
11-08-2022, 17:37
Oyundankənar düşən İrəvan, tarixin acımasız şilləsi - İNCƏLƏMƏ...
11-08-2022, 17:35
İnternet niyə bahalaşdı? - Nazir müşavirindən AÇIQLAMA
11-08-2022, 17:31
Erməni uşaqlar məktəbə ATATÜRKÜN PORTRETİ ilə gedəcək - FOTOFAKT
11-08-2022, 17:27
Səfər Mehdiyevin futbol komandası da LƏĞV OLUNUR... - Bundan əlavə...
11-08-2022, 17:24
İran Prezidenti Paşinyana hansı təklifləri verib? - GƏLİŞMƏ
11-08-2022, 17:21
Mərkəzi Bankın qərarı bank sektorunda nələri dəyişəcək? - İNCƏLƏMƏ...
11-08-2022, 17:19
Cavid Qurbanov Prezidentə MÜRACİƏT ETDİ - "...çox adam bilməsə də, mən çox yaxşı bilirəm"
11-08-2022, 17:10
Azərbaycan Beynəlxalq Bankı hansı “dövlət “qoçusu”nundur? - ETİRAZ
11-08-2022, 17:04
Erməni deputatlar Qarabağa qanunsuz səfər etdi - BİZ İSƏ SEYR EDİRİK...
11-08-2022, 16:52
Mühəndis təminatı üzrə tədbirlərin icrası davam etdirilir - VİDEO
11-08-2022, 16:49
Şəmkirdə antikorrupsiyaya əməliyyatı: - İcra nümayəndəsi saxlanıldı (FOTO)
11-08-2022, 16:47
"Kişi odur ki, canı çıxar gedər, həç nə də yox, daş atar" - Harınlayanlar var...
11-08-2022, 16:42
"Xanımım deyir ki, niyə mən Bakıda olanda belə bişirmirsən" - Arif Hacılı
11-08-2022, 16:40
Azərbaycanda daha 488 nəfər COVID-19-a yoluxub, ölən olmayıb
11-08-2022, 16:33
“Ermənilər Xankəndidən də qovulacaqlar” - “Hraparak”
11-08-2022, 16:30
“Laçından yan keçən yeni yolda "Xoş gəlmisiniz!" plakatı olmamalıdır” - SƏBƏB AÇIQLANIR...
11-08-2022, 16:28
Xankəndidə erməniləri dəli edən BİLDİRİŞ - “Azərbaycana xoş gəlmisiniz!”
11-08-2022, 16:23
“Təklifimizi dövlət qəbul etsə, ölkədə qiymət artımının qarşısı alınacaq” - Natiq Cəfərli
11-08-2022, 16:19
"Böhtan və təhqir kampaniyaları aparanlar cəzalandırılmalıdır" - deputat
11-08-2022, 16:18
Necə ola bilər ki, müstəqil olan THY AZAL ilə müştərək uçuş həyata keçirir? - İcazə verin, şübhələnək...
11-08-2022, 16:15
Ağsu bazarına ödənişli giriş-çıxış NARAZILIQ yaratdı - GİLEY
11-08-2022, 16:13
Azərbaycan Fələstində səfirlik aça bilməz - SƏBƏB NƏDİR?
11-08-2022, 16:00
Abutalıbovun məşhur otelindən reportaj: Çirkli pullar necə yuyulur? - FOTO, VİDEO
11-08-2022, 15:59
Zabuxda ermənilərdən ov tüfəngləri də yığılıb
11-08-2022, 15:56
"Kiməsə deyə bilmərəm ki, niyə belə edirsən?"
11-08-2022, 15:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru