DİA.AZ-da TEXNİKİ FASİLƏ... .....                     İcra başçısı düşmənlə sərhəddə getdi .....                     Rayon rəhbəri Əskipara kəndində şəhid Əzizov Ayşadın ailəsində olub .....                     Rəisi və Putin istəməsə də:Türkiyə artıq Qafqazdadır .....                     "Bu Meydanın bayraqsız qalmağı artıq dövlətin ayıbı idi" .....                     Deputatın şirkəti vətəndaşın NƏFƏSİNİ KƏSDİ .....                     Səfər Mehdiyevin GÖMRÜKDƏKİ LƏPİRİ... .....                     Mənzil bazarında bahalaşma olacaq .....                     Qafqazda ruslara ən çox bu millət NİFRƏT EDİR... .....                     İran-Ermənistan münasibətlərində Azərbaycana qarşı çalarlar... .....                     "Bolt"a əmanət etməyin AXIRI BUDUR... .....                     Bu gün dollar neçəyə olacaq? .....                     Daha kimlər VƏZİFƏLƏRİNİ İTİRƏCƏK? .....                     Köçəryanın deputatları Zabuxdan BOY GÖSTƏRİR .....                     “Azərbaycanlı qatillər” .....                     İcra başçısının Əskipara kəndində səyyar qəbul görüşü keçirilib .....                     Ermənistanın sabiq Baş prokuroru zaminə buraxılacaq .....                     Məşhur aparıcı “Xəzər TV”dən getdi .....                     "Biz idxaldan asılı qalmamalıyıq, onu azaltmalıyıq" .....                     "Azərbaycanlılar niyə mütləq ərəb dilində “Quran” oxusun, dua etsin?" .....                     AzTV-nin gənc əməkdaşı vəfat etdi .....                     İnternetin qiyməti bahalaşdı! .....                     İran Zəngəzura konsul təyin etdi .....                     "Yəqin ki, onlar ağalarının xoşuna gəlmək üçün bu cür ifadələr işlədirlər" .....                     Moskvadan Zəngəzur dəhlizi addımı: .....                     Oyundankənar düşən İrəvan, tarixin acımasız şilləsi .....                     İnternet niyə bahalaşdı? .....                     Erməni uşaqlar məktəbə ATATÜRKÜN PORTRETİ ilə gedəcək .....                     Səfər Mehdiyevin futbol komandası da LƏĞV OLUNUR... .....                     İran Prezidenti Paşinyana hansı təklifləri verib? .....                     Mərkəzi Bankın qərarı bank sektorunda nələri dəyişəcək? .....                     Cavid Qurbanov Prezidentə MÜRACİƏT ETDİ .....                     Azərbaycan Beynəlxalq Bankı hansı “dövlət “qoçusu”nundur? .....                     Erməni deputatlar Qarabağa qanunsuz səfər etdi .....                     Mühəndis təminatı üzrə tədbirlərin icrası davam etdirilir .....                     Şəmkirdə antikorrupsiyaya əməliyyatı: .....                     "Kişi odur ki, canı çıxar gedər, həç nə də yox, daş atar" .....                     "Xanımım deyir ki, niyə mən Bakıda olanda belə bişirmirsən" .....                     Azərbaycanda daha 488 nəfər COVID-19-a yoluxub, .....                     “Ermənilər Xankəndidən də qovulacaqlar” .....                 

Lavrovun Bakı səfərinin aydınlıq gətirməli olduğu əsas sual - AKTUAL
Tarix: 25-06-2022, 09:05 | Çap et
Lavrovun Bakı səfərinin aydınlıq gətirməli olduğu əsas sual
Rusiyanın baş diplomatı Sergey Lavrovun Bakı səfəri başa çatdı. Səfər öncəsi Rusiya XİN-in yaydığı məlumatda bir neçə cümlə diqqət çəkdi: “Azərbaycan Rusiyanın Cənubi Qafqazda və Xəzər regionunda mühüm tərəfdaşı və müttəfiqidir. Ölkələrimiz arasında münasibətlər dostluq və mehriban qonşuluq ənənələri ruhunda inkişaf edir. Gündəlik birgə fəaliyyət bərabərlik, qarşılıqlı hörmət və bir-birinin maraqlarının nəzərə alınması prinsipləri əsasında qurulur”.

Maraqlıdır ki, yenə məhz Lavrovun səfəri ərəfəsi Rusiyadan Azərbaycana ünvanlı bəzi reveransları müşahidə elədik. Məsələn, “RİA Novosti” dövlət agentliyi separatçı-quldur Beqlaryanla təxribatçı müsahibəsini sildi. Ardınca “Rossiya-24" kanalı Azərbaycan (Qarabağ, Şuşa) haqda erməniləri qəzəbləndirən reportaj yaydı. İki gün öncə isə Rusiya Müdafiə Nazirliyinin Azərbaycan ərazilərində müvəqqəti yerləşən sülhməramlıların nəzarət zonasını əks etdirən xəritəsindən ”Stepanakert" adı silinib. Və başqa bu kimi təqdiredici faktlar.

*****
Əlbəttə, bunlar iki qonşu ölkə arasında qarşılıqlı etimada təsir edən pozitiv məqamlardır. Ancaq yetərli deyil. Çünki Azərbaycan-Rusiya münasibətlərinə ən böyük təhlükə qalır - keçmiş Dağlıq Qarabağ probleminin “qalıqları”.

Söhbət Qarabağ anklavında erməni separatizminin hələ də meydan sulamasından, qanunsuz silahlı dəstələrin at oynatmasından, habelə bu günədək Zəngəzur dəhlizinin açılmamasından gedir. Nə barədə ki, Vladimir Putinin də imzası duran 10 noyabr üçtərəfli sazişdə aydın şəkildə yazılıb. Biz hələ Moskvanın İrəvanı indiyədək Bakı ilə sülh müqaviləsi imzalamağa məcbur eləmək istəməməsini demirik. Halbuki bunun üçün Kremlin əlində təzyiq rıçaqları kifayət qədərdir.

Sadalanan istiqamətlərdə durğunluq davam elədikcə şübhə yox ki, Azərbaycanda Rusiyaya qarşı etimad səviyyəsi də zəruri səviyyəyə qalxa bilməyəcək. Demək, Azərbaycanın bölgədə Rusiya üçün mühüm tərəfdaşı və müttəfiq olması barədə bəyanatlardan danışmağa dəymir. Ona görə ki, qeyd olunan məsələlər ölkəmiz, milli maraqlarımız üçün, öncəliklə də ərazi bütövlüyümüz və suverenliyimizin tam təsbiti üçün həyati önəm kəsb edir. İki dövlət arasında imzalanmış 22 fevral 2022-ci il tarixli Moskva Bəyannaməsi də bunu zəruri və diktə edir.

*****
Bu da faktdır ki, kapitulyant Ermənistanda revanşist-radikal qüvvələr, habelə “Şeytan yuvası” Xankəndindəki separatçıbaşı və onun ətrafına toplananlar müstəsna olaraq Rusiyaya bağlıdır. Onlara Moskvadan bir komanda bəsdir ki, özlərini yığışdırsınlar, xam xəyallarla yaşamaq əvəzinə sülh prosesinə qoşulsunlar. İrəvanın öz üzərinə götürdüyü yazılı öhdəlikləri yerinə yetirməyə maneə törətməsinlər.

Moskva nəhayət, onların cilovunu yığacaqmı? Sergey Lavrovun Bakı səfərinin aydınlıq gətirməli olduğu əsas sual, fikrimizcə, bu idi. Başqa sözlə, Ermənistanda hamının “Qarabağ Azərbaycandır!” deməsini tezləşdirmək, “miatsum” ideyasının tarixə gömüldüyü dərkini geridönməz eləmək üçün əsas missiya məhz Rusiyanın üzərinə düşür. Çünki Qafqaza “Ermənistan” adlı qondarma dövləti o sırıyıb.

Doğrudur, Ermənistanda “miatsum”, “status” qatarlının getdiyini anlayanlar az deyil. Bir çoxları isə ürəklərində bununla barışsa da, revanşislərin qorxusundan açıq dilə gətirmirlər. Bu xüsusda Ermənistanın rəsmi şəxslərinin “artsax heç vaxt Azərbaycanın tərkibində ola bilməz” sərsəm tezisini bəyan eləməkdən imtinası pozitiv sayılsa da, revanşist ruhun erməni cəmiyyətinin alt şüurundan tam silindiyini söyləmək də hələlik mümkün deyil. Rəsmilərin özlərini sığortalamaq üçün radikal müxalifətdən fərqli formada da olsa, vaxtaşırı status sözünü dilə gətirməsi bunun bariz sübutudur.

Amma enində-sonunda Ermənistanda hamı “Qarabağ Azərbaycandır” gerçəyi ilə barışacaq. Çünki məşhur kinopersonajın dili ilə desək, “topları yox, topxanaları yox”. Ermənistan ordusunun bərpası da yaxın və hətta orta perspektivdə mümkün görünmür. Bundan ötrü böyük pullar, peşəkar hərbi kadr potensialı, güclü iqtisadiyyat lazımdır ki, o da yoxdur, gözlənilmir. Zəngin və imkanlı Qərb, Avropa da İrəvana maliyyə yardımlarını ordu quruculuğu üçün verməyəcək. Müttəfiq Rusiya isə hələ uzun illər öz “yaralarını yalamaqla” məşğul olacaq, nəinki erməniyə havayı ordu qurmaq hayında olacaq. Dairə qapandımı?

*****

Güclü ordu üçün əlbəttə ki, ilk növbədə güclü və ya böyük iqtisadiyyat lazımdır. Bu da qonşularla normal əlaqələr qurmadan, blokadadan çıxmadan mümkünsüzdür. İkinci yandan, qonşularla normal münasibətlər bərqərar olandan sonra cırtdan Ermənistanın ordu nəyinə gərək? Ona polis qüvvələri də bəs edər. Əks halda, kasıbçılıq, səfalət onun yaxasından əl çəkməyəcək. Necə ki, çəkmir. Necə ki, COVİD-19 pandemiyası, ardınca Ukraynadakı müharibənin qlobal iqtisadiyyata yaradığı fəsadlar ən sərt şəkildə məhz Ermənistan kimi zəif ölkələri vurmaqdadır. Bu da növbəti fakt.

Polşadakı İqtisadiyyat İnstitutunun təzəcə açıqladığı hesabatda Ermənistan tezliklə aclıq təhlükəsi ilə üzləşə biləcək ölkələr sırasında yer alıb.

İnstitut tərəfindən çoxfaktorlu indeks əsasında yaradılan reytinqə əsasən, Ukrayna hadisələri və onların nəticələri bütün dünyada ərzaq təhlükəsizliyini və aşağı gəlirli ölkələri aclıqla təhdid edir. “Benin ən böyük çətinliklərlə üzləşə bilər. Onun ardınca Şimali Koreya, Sudan, Nikaraqua və Konqo Demokratik Respublikası, daha sonra isə Ermənistan, Misir, Livan, Gürcüstan və Ruanda risk altındadır” “, - hesabatda deyilir.

Odur ki, kapitulyant ölkə nə qədər gec deyil, qonşu Azərbaycan və Türkiyə ilə sülh oyunlarına təcili son qoymalı, ikiqat tələsməlidir...
“Yeni Müsavat”





 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
DİA.AZ-da TEXNİKİ FASİLƏ... - Diqqət!
Bu gün, 07:56
İcra başçısı düşmənlə sərhəddə getdi - FOTO
12-08-2022, 06:26
Rayon rəhbəri Əskipara kəndində şəhid Əzizov Ayşadın ailəsində olub
12-08-2022, 06:23
Rəisi və Putin istəməsə də:Türkiyə artıq Qafqazdadır - GƏLİŞMƏ
12-08-2022, 06:21
"Bu Meydanın bayraqsız qalmağı artıq dövlətin ayıbı idi" - Partiya sədri
12-08-2022, 06:18
Deputatın şirkəti vətəndaşın NƏFƏSİNİ KƏSDİ - NARAZILIQ VAR!
12-08-2022, 06:15
Səfər Mehdiyevin GÖMRÜKDƏKİ LƏPİRİ... - "RAMAL-TRANS" HOQQASI DAVAM EDİR...
12-08-2022, 06:12
Mənzil bazarında bahalaşma olacaq - ARAŞDIRMA
12-08-2022, 06:10
Qafqazda ruslara ən çox bu millət NİFRƏT EDİR...
12-08-2022, 06:06
İran-Ermənistan münasibətlərində Azərbaycana qarşı çalarlar... - Ekspert danışır
12-08-2022, 06:03
"Bolt"a əmanət etməyin AXIRI BUDUR... - GİLEY
12-08-2022, 06:01
Bu gün dollar neçəyə olacaq?
12-08-2022, 05:52
Daha kimlər VƏZİFƏLƏRİNİ İTİRƏCƏK? - ŞƏRH
11-08-2022, 19:00
Köçəryanın deputatları Zabuxdan BOY GÖSTƏRİR - FOTO
11-08-2022, 18:16
“Azərbaycanlı qatillər” – Macarıstan mətbuatından “Qarabağ” şərhi
11-08-2022, 18:12
İcra başçısının Əskipara kəndində səyyar qəbul görüşü keçirilib
11-08-2022, 18:07
Ermənistanın sabiq Baş prokuroru zaminə buraxılacaq
11-08-2022, 18:05
Məşhur aparıcı “Xəzər TV”dən getdi
11-08-2022, 18:03
"Biz idxaldan asılı qalmamalıyıq, onu azaltmalıyıq" - Deputatdan ÇAĞIRIŞ
11-08-2022, 17:58
"Azərbaycanlılar niyə mütləq ərəb dilində “Quran” oxusun, dua etsin?" - ETİRAZ
11-08-2022, 17:56
AzTV-nin gənc əməkdaşı vəfat etdi
11-08-2022, 17:49
İnternetin qiyməti bahalaşdı! - Keyfiyyəti də yüksələcəkmi?
11-08-2022, 17:48
İran Zəngəzura konsul təyin etdi – “Artıq İrəvandadır”
11-08-2022, 17:41
"Yəqin ki, onlar ağalarının xoşuna gəlmək üçün bu cür ifadələr işlədirlər" - Meyxanaçı FAKT QARŞISINDA
11-08-2022, 17:39
Moskvadan Zəngəzur dəhlizi addımı: - Tehran oyunu pozmağa çalışır
11-08-2022, 17:37
Oyundankənar düşən İrəvan, tarixin acımasız şilləsi - İNCƏLƏMƏ...
11-08-2022, 17:35
İnternet niyə bahalaşdı? - Nazir müşavirindən AÇIQLAMA
11-08-2022, 17:31
Erməni uşaqlar məktəbə ATATÜRKÜN PORTRETİ ilə gedəcək - FOTOFAKT
11-08-2022, 17:27
Səfər Mehdiyevin futbol komandası da LƏĞV OLUNUR... - Bundan əlavə...
11-08-2022, 17:24
İran Prezidenti Paşinyana hansı təklifləri verib? - GƏLİŞMƏ
11-08-2022, 17:21
Mərkəzi Bankın qərarı bank sektorunda nələri dəyişəcək? - İNCƏLƏMƏ...
11-08-2022, 17:19
Cavid Qurbanov Prezidentə MÜRACİƏT ETDİ - "...çox adam bilməsə də, mən çox yaxşı bilirəm"
11-08-2022, 17:10
Azərbaycan Beynəlxalq Bankı hansı “dövlət “qoçusu”nundur? - ETİRAZ
11-08-2022, 17:04
Erməni deputatlar Qarabağa qanunsuz səfər etdi - BİZ İSƏ SEYR EDİRİK...
11-08-2022, 16:52
Mühəndis təminatı üzrə tədbirlərin icrası davam etdirilir - VİDEO
11-08-2022, 16:49
Şəmkirdə antikorrupsiyaya əməliyyatı: - İcra nümayəndəsi saxlanıldı (FOTO)
11-08-2022, 16:47
"Kişi odur ki, canı çıxar gedər, həç nə də yox, daş atar" - Harınlayanlar var...
11-08-2022, 16:42
"Xanımım deyir ki, niyə mən Bakıda olanda belə bişirmirsən" - Arif Hacılı
11-08-2022, 16:40
Azərbaycanda daha 488 nəfər COVID-19-a yoluxub, ölən olmayıb
11-08-2022, 16:33
“Ermənilər Xankəndidən də qovulacaqlar” - “Hraparak”
11-08-2022, 16:30
“Laçından yan keçən yeni yolda "Xoş gəlmisiniz!" plakatı olmamalıdır” - SƏBƏB AÇIQLANIR...
11-08-2022, 16:28
Xankəndidə erməniləri dəli edən BİLDİRİŞ - “Azərbaycana xoş gəlmisiniz!”
11-08-2022, 16:23
“Təklifimizi dövlət qəbul etsə, ölkədə qiymət artımının qarşısı alınacaq” - Natiq Cəfərli
11-08-2022, 16:19
"Böhtan və təhqir kampaniyaları aparanlar cəzalandırılmalıdır" - deputat
11-08-2022, 16:18
Necə ola bilər ki, müstəqil olan THY AZAL ilə müştərək uçuş həyata keçirir? - İcazə verin, şübhələnək...
11-08-2022, 16:15
Ağsu bazarına ödənişli giriş-çıxış NARAZILIQ yaratdı - GİLEY
11-08-2022, 16:13
Azərbaycan Fələstində səfirlik aça bilməz - SƏBƏB NƏDİR?
11-08-2022, 16:00
Abutalıbovun məşhur otelindən reportaj: Çirkli pullar necə yuyulur? - FOTO, VİDEO
11-08-2022, 15:59
Zabuxda ermənilərdən ov tüfəngləri də yığılıb
11-08-2022, 15:56
"Kiməsə deyə bilmərəm ki, niyə belə edirsən?"
11-08-2022, 15:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru