13 rəqəmi bataqlıqda can verən Azərbaycan elminə nəhs deyil, .....                     “Borçalıda dini təsirini itirməsi Azərbaycanın ciddi strateji səhvi idi” .....                     “Lapşinlə bağlı məsələni İnterpol vasitəsilə yenidən qaldırmaq lazımdır” .....                     Ermənistanda hökumətlə mərkəzi bank arasında gətginlik: .....                     Araik Arutyunyan İrəvanda .....                     “Uzun və dərin qlobal iqtisadi böhrana hazır olmaq lazımdır” .....                     Altı məktəbin direktor müavinləri işdən çıxarıldı .....                     Niyazi Bayramovun Şöhrəddin Verdiyevlə ŞƏRİK TALANI... .....                     Vüsalə Əlizadə bahalı maşınını reklam etdi .....                     “AZVİRT” MMC şefinin qardaşından ÖZBAŞINALIQ... .....                     Mülayim şimal-qərb küləyi arabir güclənəcək .....                     Nizami rayonunda yenə su yoxdur... .....                     "Rusiya ordusu 34 700-ə qədər canlı qüvvə itirib" .....                     “Bu insanları tərbiyə etmək üçün bir əlində Quran, o biri əlində qılınc olmalıdır...” .....                     "Müharibənin gedişi Vladimir Putinin səhhətindən asılı olacaq" .....                     Sabiq məmurun oğlu buna görə həbs olundu .....                     Azərbaycan kommunistlərinin lideri Ukraynadan DANIŞDI və SƏRSƏMLƏDİ: .....                     Aqil Abbasdan Xeyrəddin Qocaya CAVAB: .....                     Lerik polisi tədbir keçirib .....                     Bakıda oturub, mühacir mediadan dəstək istədi, "ilişdiyini" görüb "nala-mıxa" vurmağa başladı... .....                     Arif Qaraşov Eldar Mahmudovdan Prezidentə şikayət yazıb .....                     Deputatın GİLAS SÖHBƏTİ komiklərə MALZƏMƏ OLDU .....                     “Azərbaycan ordusu Zəngəzuru götürməlidir” .....                     “Ermənilərin xoşbəxtliyi Azərbaycanın əlindədir” .....                     Kremlin antierməni ritorikası arxasındakı motiv .....                     Ərdoğanın bu açıqlaması Türkiyədə gündəm oldu .....                     “Paşinyan çətin vəziyyətdədir, ona kömək etməliyik” çağırışı .....                     "Rusiyanın bir neçə generalı vəzifədən uzaqlaşdırılıb" .....                     Ermənistanda hərbçilər qəzaya düşdü .....                     Qarabağ separatçılarının ətrafındakı həlqə daralır .....                     Füzulidə ermənilərin atıb qaçdıqları raket sistemi aşkarlanıb .....                     "Bizə lazımdır ki, haqq öz yerini tapsın..." .....                     Cənubi Qafqazda ən böyük büdcə də, ən az orta maaş da Azərbaycandadır .....                     Terrorçuların siyahısına salınan erməni jurnalist danışdı: .....                     Gəncədə QIZIL AYPARA adı altında DƏLƏDUZLUQ... .....                     Yardımlıda 1 tondan artıq narkotik tərkibli bitki məhv edilib .....                     "Hakim üstümə qışqırıb, danışmağa imkan vermirdi..." .....                     Separatçıların verdiyi “texniki baxış qəbzi” Ermənistanda etibarsız sayıldı .....                     "Mənim təfəkkürümə uyğun bir verilişdir" .....                     BU NƏDİ BELƏ: Qarabağda ermənilərin müqavimət ocaqları formalaşıb... .....                 

Sosial mənzil vermək adı ilə rüşvət aldı, sonra... - TƏFƏRRÜAT
Tarix: 26-05-2022, 14:55 | Çap et
Sosial mənzil vermək adı ilə rüşvət aldı, sonra...
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon Şöbəsinin Sosial yardım və müavinət sektorunda baş məsləhətçi vəzifəsində işləmiş 19983-cü il təvəllüdlü Fuad dələduzluqda, vəzifəli şəxsə rüşvət verməyə təhrik etməkdə ittiham olunub.

İstintaq orqanı tərəfindən Fuadın barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətmək), 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 32.4,312.2-ci (iştirakçılıq, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işinə hakim Səbuhi Hüseynovun sədrliyi ilə baxılıb.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Fuad ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, 2006-2017-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Nəsimi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində baş məsləhətçi işləyib:

“Vəzifə səlahiyyətlərim vətəndaşları qəbul etmək, onların ünvanlı sosial yardımla bağlı ilkin müraciətlərinə baxmaq, müraciətləri və digər sənədlərini qəbul edib, müvafiq komissiyaya təqdim etməkdən ibarət olub. Ramiz İmanovu 2008-ci ildə tanımışam. Ramizin yaşadığı əraziyə mən baxmışam. Sosial yardım almaq üçün o, mənə müraciət edib”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, ümumilikdə Ramizin bir neçə dəfə ünvanlı dövlət sosial yardım almasına kömək edib:

“Ancaq ondan heç bir məbləğdə pul almamışam. 2016-cı ilin yay aylarında Ramiz tikilən sosial evlərdən mənzil almaq üçün məndən köməklik göstərməyimi xahiş etdi. Həmin vaxt maddi olaraq bir sıra çətinliklərim olub. Məndən bu barədə xahiş edəndə, bu fürsətlə ondan pul ala biləcəyimi düşündüm.

Ramizdən müəyyən qədər pul almağı, onu MTK-ya müraciət etmək üçün yönləndirməyi qərarlaşdırdım. Əgər həqiqətən Ramizə MTK-dan güzəştli şərtlərlə ev satsaydılar, həmin şəxsə bu işi mənim həll etdiyimi deyəcəkdim. Ramiz və ailəsi də belə zənn edəcəkdilər. Vətəndaşın ev ala bilməyəcəyi təqdirdə imkanım olanda pulu Ramizgilə qaytaracaqdım.

Müraciət edildikdən sonra MTK-dan ev alınması prosesinin bir neçə ay və ya il çəkdiyini bilmişəm. Odur ki, 2016-cı ilin yay aylarında Ramizdən dövlət tərəfindən aztəminatlı ailələr üçün tikilib, güzəştli şərtlərlə satılan mənzillərdən almaq adıyla 3.000 manat aldım. Ramiz pulu arvadı Lalənin yanında mənə verdi. Həmin pulu öz ehtiyaclarıma xərclədim”.

Fuad qeyd edib ki, Ramizi MTK-ya müraciət etməsi üçün yönləndirib və digər məsələləri özünün həll edəcəyini bildirib:

“Ramiz və ailəsi hər dəfə məndən məsələnin nə yerdə olduğunu soruşanda, onlara evlərin tikildiyini, həmin şəxslərə mütləq ev satılacağını dedim. Bir neçə il sonra Ramiz və arvadı Lalə güzəştli şərtlərlə ev ala bilmədiklərini gördülər, narazılıq etməyə başladılar.

Ramiz vəfat etdikdən sonra bir neçə dəfə mərhumun arvadı Lalə ilə telefonda danışdım, pullarını qaytaracağımı bildirdim. Lakin maddi imkanım olmadığı üçün onların pulunu qaytara bilmədim”.

Fuad deyib ki, bundan sonra Lalə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə ondan şikayət edib:

“İstintaq orqanı tərəfindən mənə təzyiq göstərilməyib. Güzəştli mənzil almaqda köməklik göstərmək üçün Ramizdən 3.000 manat almışam. Lalənin şikayətini geri götürməsi üçün məcbur olaraq ona 8.000 manat qaytarmışam. 3.000 manat pulu vəzifəli şəxslərə vermək adı ilə almamışam”.

Məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaqa verdiyi ifadəsi elan olunub və tədqiq edilərək sübut kimi qəbul edilib. Təqsirləndirilən şəxs ibtidai istintaqa ifadəsində 2016-cı ilin yay aylarında Ramizdən tikilən sosial evlərdən almaq üçün ona köməklik göstərməsini xahiş etdiyini, 2016-cı ilin yay aylarında Ramizdən 8.000 manat pul aldığını deyib.

Qeyd edib ki, həmin vaxt Ramiz pulu arvadı Lalənin yanında ona verib, göstərilən məbləğin ilkin olaraq 5.000 manatını vətəndaşın mənzilində, 2-3 ay sonra isə 3.000 manatını yaşadıqları binanın qarşısında alıb. Fuad ifadəsində göstərib ki, Ramizə və arvadına bu işlərə baxan yüksək vəzifəli tanışlarının olduğunu, pulu da həmin şəxslərə verəcəyini, onlara növbədənkənar ev almalarına kömək edəcək.

Cinayət işi üzrə şahid qismində ifadə verən Lalənin sözlərinə görə, 8 il yarım bundan əvvəl mərhum əri Ramiz Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Nəsimi rayon Şöbəsində işləyən Fuad adlı şəxslə tanış olub: “2016-cı ilin avqustunda Ramiz yenidən Fuadla görüşdü. O, ərimə tikilən sosial evlərdən mənzil verilə biləcəyini bildirdi. Bundan sonra Fuad Ramizlə evimizə gəldi. Fuad bizə sosial evlərdən verilməsi üçün kömək edə biləcəyini dedi. Bunun müqabilində 8.000 manat verməli olduğumuzu bildirdi. Biz də Fuadla razılaşdıq”.

Lalə qeyd edib ki, 2016-cı ildə yaşadıqları ünvanda əri Ramiz oğlu Ruhanın və gəlini Elminənin yanında Fuada qohumlarından borc kimi aldığı 5.000 manat verib:

“Bundan sonra Fuad bizim adlarımızın siyahıya salındığını, sosial evlərin tikintisinin başlanıldığını, 2018-ci ildə isə təhvil veriləcəyini bildirdi. 2016-cı ilin oktyabrında Ramiz mənə zəng etdi, Fuadın qalan pulu istədiyini dedi. Həmin vaxt pulumuz olmadığı üçün qızıllarımı satdım, 3.000 manat düzəltdim. Sonra da 3.000 manatı ərim yaşadığımız binanın qarşısında Fuada verdi. Fuad da bizim 1 üçotaqlı və ya 2 ikiotaqlı ev alacağımızı bildirdi”.

Lalə bildirib ki, 2019-cu ildə sosial evlər paylanmağa başlandığında onlara ev verilmədiyini görüb və bu barədə Fuada müraciət edib:

“Fuad bizə mütləq ev veriləcəyini dedi. Evlər paylanılıb, qurtardıqdan sonra 2019-cu ilin dekabrında Fuad telefonda bizə özünün də aldadıldığını, pulu başqa şəxslərə verdiyini, həmin şəxslərdən 8.000 manat pulu alaraq bizə verəcəyini bildirdi.

Təxminən 2020-ci ilin martında Fuadla danışarkən, onun arvadı olduğunu deyən qadın telefonu götürdü. Mənimlə danışaraq Fuadın onlardan pul aldığını indi öyrəndiyini, kredit götürərək pulumuzu verəcəyini dedi. Sonra dəfələrlə Fuadla əlaqə saxladım, pulu qaytarmağımı ondan tələb etdim. Lakin o, hər dəfə pulu qaytaracağını desə də, həmin pulu bizə qaytarmadı. Mən də Fuaddan pulunu qaytarmadığına görə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə şikayət etdim”.

Lalə qeyd edib ki, təqsirləndirilən şəxs mərhum əri Ramizin tanışı olub. deyib ki, təqsirləndirilən şəxs onlardan aldığı 8.000 manatı qaytarıb.

Fuadın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 4 il 6 ay müddətinə şərti cəza verilib.
//Teleqraf.com//




 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
13 rəqəmi bataqlıqda can verən Azərbaycan elminə nəhs deyil, nəsə gətirəcəkmi..?
25-06-2022, 14:02
“Borçalıda dini təsirini itirməsi Azərbaycanın ciddi strateji səhvi idi” - NƏ ETMƏLİ?
25-06-2022, 14:00
“Lapşinlə bağlı məsələni İnterpol vasitəsilə yenidən qaldırmaq lazımdır” - HƏQİQƏTƏN DƏ...
25-06-2022, 12:26
Ermənistanda hökumətlə mərkəzi bank arasında gətginlik: - kredit verilmir
25-06-2022, 12:19
Araik Arutyunyan İrəvanda – Paşinyanla iclasa qatıldı
25-06-2022, 12:16
“Uzun və dərin qlobal iqtisadi böhrana hazır olmaq lazımdır” - ekspertdən UYARI
25-06-2022, 12:14
Altı məktəbin direktor müavinləri işdən çıxarıldı - SƏBƏB
25-06-2022, 12:04
Niyazi Bayramovun Şöhrəddin Verdiyevlə ŞƏRİK TALANI... - İLGİNC FAKTLAR
25-06-2022, 12:02
Vüsalə Əlizadə bahalı maşınını reklam etdi
25-06-2022, 12:00
“AZVİRT” MMC şefinin qardaşından ÖZBAŞINALIQ... - Nazirə müraciət olundu
25-06-2022, 11:53
Mülayim şimal-qərb küləyi arabir güclənəcək - Belə deyirlər...
25-06-2022, 11:51
Nizami rayonunda yenə su yoxdur... - GİLEY
25-06-2022, 11:43
"Rusiya ordusu 34 700-ə qədər canlı qüvvə itirib" - Ukrayna Baş Qərargahı
25-06-2022, 11:39
“Bu insanları tərbiyə etmək üçün bir əlində Quran, o biri əlində qılınc olmalıdır...” - Baba Vəziroğlu
25-06-2022, 11:36
"Müharibənin gedişi Vladimir Putinin səhhətindən asılı olacaq" - Ukrayna kəşfiyyatı
25-06-2022, 11:29
Sabiq məmurun oğlu buna görə həbs olundu
25-06-2022, 11:19
Azərbaycan kommunistlərinin lideri Ukraynadan DANIŞDI və SƏRSƏMLƏDİ: - "İşğal faktı yoxdur"
25-06-2022, 11:12
Aqil Abbasdan Xeyrəddin Qocaya CAVAB: - “Ona vaxtilə böyük vəzifə təklif etdilər, amma..."
25-06-2022, 11:07
Lerik polisi tədbir keçirib
25-06-2022, 11:03
Bakıda oturub, mühacir mediadan dəstək istədi, "ilişdiyini" görüb "nala-mıxa" vurmağa başladı... - İLGİNC
25-06-2022, 11:01
Arif Qaraşov Eldar Mahmudovdan Prezidentə şikayət yazıb - "ƏMLAKLARIMI ƏLİMDƏN ALIB..."
25-06-2022, 10:47
Deputatın GİLAS SÖHBƏTİ komiklərə MALZƏMƏ OLDU - VİDEO
25-06-2022, 10:36
“Azərbaycan ordusu Zəngəzuru götürməlidir” - Deputatdan ÇAĞIRIŞ
25-06-2022, 10:31
“Ermənilərin xoşbəxtliyi Azərbaycanın əlindədir” - BU FAKTDIR!!!
25-06-2022, 10:29
Kremlin antierməni ritorikası arxasındakı motiv - Rusiya “valı” dəyişir
25-06-2022, 10:20
Ərdoğanın bu açıqlaması Türkiyədə gündəm oldu - VİDEO
25-06-2022, 10:18
“Paşinyan çətin vəziyyətdədir, ona kömək etməliyik” çağırışı - EHTİYAC VARMI?
25-06-2022, 10:15
"Rusiyanın bir neçə generalı vəzifədən uzaqlaşdırılıb" - Britaniya kəşfiyyatı
25-06-2022, 10:14
Ermənistanda hərbçilər qəzaya düşdü - Ölən və yaralananlar var
25-06-2022, 10:12
Qarabağ separatçılarının ətrafındakı həlqə daralır - ölkəmizə diş qıcayanlar üçün "əcəl zəngi"
25-06-2022, 10:09
Füzulidə ermənilərin atıb qaçdıqları raket sistemi aşkarlanıb
25-06-2022, 10:01
"Bizə lazımdır ki, haqq öz yerini tapsın..." - Prezidentə müraciət olundu
25-06-2022, 10:00
Cənubi Qafqazda ən böyük büdcə də, ən az orta maaş da Azərbaycandadır - elə bu fakt KORRUPSİYANI İFADƏ EDİR
25-06-2022, 09:52
Terrorçuların siyahısına salınan erməni jurnalist danışdı: - “Doğma Qazaxıstana icazəsiz gələcəm”
25-06-2022, 09:51
Gəncədə QIZIL AYPARA adı altında DƏLƏDUZLUQ... - NƏ BAŞ VERİR?
25-06-2022, 09:49
Yardımlıda 1 tondan artıq narkotik tərkibli bitki məhv edilib
25-06-2022, 09:43
"Hakim üstümə qışqırıb, danışmağa imkan vermirdi..." - GİLEY
25-06-2022, 09:42
Separatçıların verdiyi “texniki baxış qəbzi” Ermənistanda etibarsız sayıldı - FOTO
25-06-2022, 09:34
"Mənim təfəkkürümə uyğun bir verilişdir"
25-06-2022, 09:31
BU NƏDİ BELƏ: Qarabağda ermənilərin müqavimət ocaqları formalaşıb... - Daşnak deputat
25-06-2022, 09:25
“Övladlarım məni rəzil etmədi, mən də onları utandırmaq istəmirəm...”
25-06-2022, 09:23
Ağdaşda anbar və mağazadan oğurluq edən şəxslər saxlanılıb - FOTO
25-06-2022, 09:17
Məhəbbət Kazımovun doğulduğu kənd: Aşağı Çorman... - VİDEO
25-06-2022, 09:15
Azərbaycanda SAXTA PENSİYA BİZNESİ... - İLGİNC İDDİALAR...
25-06-2022, 09:10
Baş nazirdən dövlət qulluğu vəzifələri ilə bağlı - QƏRAR
25-06-2022, 09:07
Lavrovun Bakı səfərinin aydınlıq gətirməli olduğu əsas sual - AKTUAL
25-06-2022, 09:05
Manatı başlı-başına BURAXA BİLƏRİKMİ?.. - Ekspert danışır
25-06-2022, 09:03
Sumqayıtda çalış xəstə düşmə... - Çünki səhiyyə sisteminin özü xəstədir...
25-06-2022, 08:55
Rusiyanın “qorxulu röyası”: - “Türk NATO-su” qurulur
25-06-2022, 08:52
Əmrullayevin REPETİTOR DƏRDİ... - Nazir DÜZMÜ BUYURUR?
25-06-2022, 08:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru