
“Bakı Xoreoqrafiya Akademiyasının rektor vəzifəsini müvəqqəti icra edən Nailə Məmmədzadə toylarda oynayan rəqqasə olub. Onun heç bir ali savadı yoxdur. Belə bir insan gələcək nəsilə nə verə bilər?!”. DİA.AZ xəbər verir ki, bunu Xalq artisti Roza Cəlilova AzVision.az -a müsahibəsi zamanı deyib. 93 yaşlı rəqqasə Nailə Məmmədzadəni istedadlı gəncləri akademiyadan uzaqlaşdırmaqda ittiham edir.
“O, göbək rəqsi oynayan rəqqasə olub. Ali savadı olmayan, Azərbaycan dilini bilməyən adam mədəniyyətimizlə bağlı gələcək nəsilə nəyi ötürəcək?! Restoranlarda pul qazanan şəxs olub. İstedadlı uşaqların üzərindən xətt çəkir. Mənim milli kadrlarım oradan gedir. Mən nazirliyi də məsələdən agah etmişəm. Gənclərimizin gələcəyini düşünərək düzgün kadrı bu vəzifəyə təyin etsinlər. Bu vəzifəni Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru Əziz Qarayusifli icra edəndə 8 ay ərzində orada ab-hava dəyişmişdi. Akademiyaya mədəniyyət gəlmişdi.
O, hər bir problemə qulaq asırdı. İstedadlı uşaqların üzə çıxmasına çalışırdı. Ancaq onu işləməyə qoymadılar”,-deyə Xalq artisti bildirib.