
Mayın 18-də Fransa Respublikasının səfiri Pyer Levi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
DİA.AZ-ın APA-ya istinadən verdiyi məlumata görə, Fransa hakimiyyətinin Rusiyanın Fransadakı diplomatik qurumlarının 41 əməkdaşını “arzuolunmaz şəxs” elan etmək barədə təxribat xarakterli və əsassız qərarı ilə əlaqədar səfirə etiraz təqdim olunub. Bu addımın Rusiya-Fransa münasibətlərinə və konstruktiv ikitərəfli əməkdaşlığa ciddi ziyan vurduğu vurğulanıb.
Buna cavab olaraq, Fransanın Rusiyadakı diplomatik qurumlarının 34 əməkdaşı “arzuolunmaz şəxs” elan edilib. Onlara müvafiq notanın səfirə çatdırıldığı tarixdən iki həftə ərzində Rusiya ərazisini tərk etmək tapşırılıb.