13 rəqəmi bataqlıqda can verən Azərbaycan elminə nəhs deyil, .....                     “Borçalıda dini təsirini itirməsi Azərbaycanın ciddi strateji səhvi idi” .....                     “Lapşinlə bağlı məsələni İnterpol vasitəsilə yenidən qaldırmaq lazımdır” .....                     Ermənistanda hökumətlə mərkəzi bank arasında gətginlik: .....                     Araik Arutyunyan İrəvanda .....                     “Uzun və dərin qlobal iqtisadi böhrana hazır olmaq lazımdır” .....                     Altı məktəbin direktor müavinləri işdən çıxarıldı .....                     Niyazi Bayramovun Şöhrəddin Verdiyevlə ŞƏRİK TALANI... .....                     Vüsalə Əlizadə bahalı maşınını reklam etdi .....                     “AZVİRT” MMC şefinin qardaşından ÖZBAŞINALIQ... .....                     Mülayim şimal-qərb küləyi arabir güclənəcək .....                     Nizami rayonunda yenə su yoxdur... .....                     "Rusiya ordusu 34 700-ə qədər canlı qüvvə itirib" .....                     “Bu insanları tərbiyə etmək üçün bir əlində Quran, o biri əlində qılınc olmalıdır...” .....                     "Müharibənin gedişi Vladimir Putinin səhhətindən asılı olacaq" .....                     Sabiq məmurun oğlu buna görə həbs olundu .....                     Azərbaycan kommunistlərinin lideri Ukraynadan DANIŞDI və SƏRSƏMLƏDİ: .....                     Aqil Abbasdan Xeyrəddin Qocaya CAVAB: .....                     Lerik polisi tədbir keçirib .....                     Bakıda oturub, mühacir mediadan dəstək istədi, "ilişdiyini" görüb "nala-mıxa" vurmağa başladı... .....                     Arif Qaraşov Eldar Mahmudovdan Prezidentə şikayət yazıb .....                     Deputatın GİLAS SÖHBƏTİ komiklərə MALZƏMƏ OLDU .....                     “Azərbaycan ordusu Zəngəzuru götürməlidir” .....                     “Ermənilərin xoşbəxtliyi Azərbaycanın əlindədir” .....                     Kremlin antierməni ritorikası arxasındakı motiv .....                     Ərdoğanın bu açıqlaması Türkiyədə gündəm oldu .....                     “Paşinyan çətin vəziyyətdədir, ona kömək etməliyik” çağırışı .....                     "Rusiyanın bir neçə generalı vəzifədən uzaqlaşdırılıb" .....                     Ermənistanda hərbçilər qəzaya düşdü .....                     Qarabağ separatçılarının ətrafındakı həlqə daralır .....                     Füzulidə ermənilərin atıb qaçdıqları raket sistemi aşkarlanıb .....                     "Bizə lazımdır ki, haqq öz yerini tapsın..." .....                     Cənubi Qafqazda ən böyük büdcə də, ən az orta maaş da Azərbaycandadır .....                     Terrorçuların siyahısına salınan erməni jurnalist danışdı: .....                     Gəncədə QIZIL AYPARA adı altında DƏLƏDUZLUQ... .....                     Yardımlıda 1 tondan artıq narkotik tərkibli bitki məhv edilib .....                     "Hakim üstümə qışqırıb, danışmağa imkan vermirdi..." .....                     Separatçıların verdiyi “texniki baxış qəbzi” Ermənistanda etibarsız sayıldı .....                     "Mənim təfəkkürümə uyğun bir verilişdir" .....                     BU NƏDİ BELƏ: Qarabağda ermənilərin müqavimət ocaqları formalaşıb... .....                 

Baki ilə sülh müqaviləsinə bu dövlət mane olur! - Qarabağla bağlı təhlükəli ssenari
Tarix: 18-05-2022, 09:03 | Çap et
Baki ilə sülh müqaviləsinə bu dövlət mane olur!
Ermənistanın radikal-revanşist qüvvələrinin hakimiyyət əleyhinə etirazları davam edir. Əsas hədəf hakimiyyəti zorla ələ keçirib, Azərbaycanla hər hansı sülh anlaşmasını əngəlləməkdir. Hərçənd Bakı ilə sülh oyunu oynayan baş nazir Nikol Paşinyanın özü də “süddən çıxmış ağ qaşıq” sayılmaz.

Amma “iki pis”dən seçim eləmək lazımsa, əlbəttə ki, başı artıq daşdan-daşa dəymiş Paşinyan hökumət hamı üçün, öncəliklə də erməni xalqı üçün ən məqbuludur, nəinki ciddi ictimai dəstəyi olmayan, lakin xaricdən körüklənən “müharibə partiyası” - hay-küyçü, populist və radikal-revanşist müxalifət.

Ermənistan-Azərbaycan sülh anlaşmasına əngəl olan digər bir amil, həm də qat-qat ciddi amil Rusiyadır. Rəsmi Moskva tərəflərə ilk baxışda sülh çağırışları eləsə də, hətta üzdəniraq Minsk Qrupunun keçmiş həmsədri İqor Xovayevi Bakı-İrəvan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndə təyin eləsə də, əksər siyasi müşahidəçilər əmindirlər ki, Kreml bununla heç də sülh prosesinə töhfə vermək yox, əngəl yaratmaq niyyəti güdür. Çünki perspektivlər baxımından bu iki cənubi Qafqaz ölkəsinin bir-biri ilə dil tapması və öz aralarında iqtisadi-ticari əməkdaşlığa başlaması, həmçinin Türkiyə-Ermənistan əlaqələrinin qaydaya düşməsi Kremlin imperiya maraqlarına, klassik “parçala, hökm sür” siyasətinə ziddir.

Bu da qənaətimizi təsdiqləyən növbəti fakt.

*****

“Ermənistan bu məsələnin (Azərbaycanla sülh anlaşması məsələsi - red.) həllini ləngitmək baxımından Rusiyanın mövqeyinə diqqət yetirməlidir. Ona görə ki, Ermənistan güclənməlidir. Ona güclənmək, gələcəyə daha inamla baxmaq üçün vaxt lazımdır. İrəvan heç bir halda tələsməməli, müharibənin nəticələrini Azərbaycanın xeyrinə möhkəmləndirməməlidir”.

Açıq-aşkar yeni müharibə qoxusu verən bu avantürist fikrin müəllifi hansısa daşnak, erməni deyil. Rusiyadakı Avrasiya İqtisadi İttifaqı İnstitutunun direktoru, Avrasiya Ekspert Klubunun həmtəsisçisi Vladimir Lepexindir. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, NEWS.am-a müsahibəsində bildirib.

Yəni adam kapitulyant ölkəyə israrla məsləhət görür ki, Azərbaycanla sülh müqaviləsi imzalamasın, bu xüsusda Rusiya deyəni eləsin (!) və Ermənistan “ayağa durana, güclənənədək” prosesi bacardıqca uzatsın.

Xoruzun “qırmızı quyruğu”nu gördünüzmü? Tipik velikorus təfəkkürünə malik rusiyalı bu siyasi dələduz Azərbaycan dövlətinin ərazi bütövlüyünə və suverenliyinə həqarət edərək, görün ardınca nə çərənləyir: “Dağlıq Qarabağla, məsələn, Krımdakı vəziyyət arasında müəyyən oxşarlıq var. Rusiya üçün Krım əhalisinin mövqeyi çox vacib idi. Həmin əhalinin 80%-ni ruslar təşkil edirdi. Onlar Rusiyaya birləşmək istəyirdilər, Rusiya da buna getdi. Konkret halda Rusiya diqqətini indi ”Artsax"da yaşayan insanların əhval-ruhiyyəsinə yönəldir. Rusiya (Putin - red.) niyə problemlərin gələcəkdə həll edilməsinin lazım olduğunu deyir? Təbii ki, bu rəyin təsdiqlənməsi üçün “Artsax”da referendum keçirilməlidir. “Artsax”ın statusunun bir neçə variantı var: birincisi Azərbaycanın tərkibində, ikincisi müstəqil respublika kimi, üçüncüsü Ermənistanın tərkibində, dördüncüsü isə Rusiya Federasiyasının tərkibində".

Lepexin ardınca fantaziyasını bir az da işə salaraq, guya ermənilərin dərdini çəkirmiş kimi, hətta ermənidən çox erməni kimi deyir: “Birinci variantı (Azərbaycanın tərkibində olmağı - red.) ”artsaxlılar" heç yaxına da buraxmayacaqlar. Qalan üç variantı nəzərdən keçirəcək. Qeyd edim ki, Ermənistanın tərkibində “Artsax”ın statusuna tərəfdar olan “Artsax” sakinləri getdikcə azalır, çünki Ermənistan rəhbərliyi “Artsax”ı başından edir. Hazırkı durumda, hansı ki, Ermənistan rəhbərliyi danışıqları aktivləşdirmək istəyir və Avropadan xahiş edir ki, status tez müəyyən olunsun, əslində bir məqsəd güdür: məhz “Artsax” Azərbaycanın tərkib hissəsi kimi qalsın və problem bağlansın. Yəni Ermənistan rəhbərliyi əslində “Artsax” əhalisinin maraqlarını əks etdirmir".

Beləcə, Lepexin özünü “Roma papasından artıq katolik” kimi qələmə verməyə çalışır. Onun əminliyinə görə, Azərbaycan Qarabağdakı rus hərbi mövcudluğundan xilas olmaq istəyir: “Çünki bu, Azərbaycanın Cənubi Qafqazın xəritəsini tamamilə öz xeyrinə yenidən cızması üçün yeganə maneədir. Ancaq türklər (Türkiyə - red.) bunda daha çox maraqlıdır. Və prinsipcə, hər an Türkiyənin aktivləşməsini gözləmək olar. Hətta təəccüblüdür ki, türklər öz maraqlarını reallaşdırmaq baxımından niyə o qədər də aktiv deyillər. Görünür, ümid edirlər ki, bəzi erməni liderlərinin əli ilə öz problemlərini həll edə biləcəklər. Və onlar erməni liderlərini fəal şəkildə Ermənistanın maraqlarını təslim etməyə və regionda Rusiyanın rolunu azaltmağa sövq edirlər”.

*****

Göründüyü kimi, Qarabağa iddialı olan təkcə mənfur ermənilər deyil. Bu mənada rusiyalı “ekspert” əsla nankor ermənilərin dərdini çəkib-zad eləmir. Onu düşündürən tək şey - Rusiyanın bölgəmizdəki maraqları, o sırada Türkiyənin regionda möhkəmlənməsinin əngəllənməsidir. Axmaq ermənilər isə iki əsrdir bu maraqların təmin olunması yolunda alət olmağa həvəslə razılıq verirlər. Lepexin timsalında rusların öz maraqları naminə hələ də gündəmdə saxlamağa çalışdıqları “vəhşi Türk” nağılına inanırlar. Guya rus olmasa, ermənilər tam assimilyasiya olunacaq, millət kimi silinib gedəcəklər.

Halbuki Ermənistanın dövlət kimi varlığının tək qarantı əslində qonşu Türkiyə və Azərbaycandır, nəinki regiona tarixən dəxli olmayan, onunla həmsərhəd olmayan Rusiya. Fakt ortada: rusların himayəsində olan ermənilər 30 ildə özlərinə dövlət qura bilmədilər. Kremlə erməni dövləti heç lazım da deyil. Bəs nə lazımdır? İmperiya maraqlarını qoruyub saxlamaq, “erməni kartı” hesabına Türkiyənin bölgədə möhkəmlənməsinə imkan verməmək.

Odur ki, Lepexin çaplı siyasi şarlatanlar yenə ermənilərin saqqızını oğurlamağa çalışır, Rusiyanı xilaskar, Türkiyə və Azərbaycanı isə “xoxan” kimi təqdim eləməyə çalışırlar. Bəs ermənilər rusun köhnə tələsinə təzədənmi düşəcəklər? Bir şey dəqiqdir ki, bu, Ermənistanın heç olmasa, simvolik dövlət kimi qalması, həm də erməni toplumun, nəhayət, ağ günə çıxması baxımından son şansdır.

Özləri bilər. Əgər onların az-çox ağıllı başları dünyadakı, regiondakı prosesləri görə, ələlxüsus Ukrayna olaylarının yaxın və orta perspektiv üçün nəticələrini hesablaya bilmirsə, əvəzində Kremlin siyasi nağıllarına inanırsa, onda yazıqlar olsun özlərinə. Rusiyanın gəmisi artıq batır, bunlar isə hələ də rusa ümidlidir, rusun köhnə, məkrli oyunlarında iştirak edirlər...

*****

Lepexinin müsahibəsindən bir daha qənaət hasil olur ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına əngəl olan əsas dövlət Rusiyadır. Kreml sülhə imkan vermir. Çünki iki ölkə barışsa, bölgədə rusluq bir şey qalmayacaq. Şələ-külələrini götürüb buradan həmişəlik rədd olub getməli olacaqlar.

O ki qaldı Türk yurdu Qarabağla bağlı Lepexinin həyasız iddialarına, qurduğu planlara, qulağının dibini görsə, Qarabağı da Rusiyanın tərkibində görər. İnşallah, Rusiya “Ukrayna bataqlığı”na həmişəlik girib və orada o qədər çox qalar ki, Qarabağı həmişəlik unudarlar. Əslində bir azdan Rusiya sırf öz hayında olacaq: necə eləməli ki, imperiya “tikişlər üzrə” sökülməsin.

Amma söküş də, çöküş də qaçılmazdır. Çünki tarix imperiyalar haqda hökmünü çoxdan verib...
“Yeni Müsavat”





 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
13 rəqəmi bataqlıqda can verən Azərbaycan elminə nəhs deyil, nəsə gətirəcəkmi..?
25-06-2022, 14:02
“Borçalıda dini təsirini itirməsi Azərbaycanın ciddi strateji səhvi idi” - NƏ ETMƏLİ?
25-06-2022, 14:00
“Lapşinlə bağlı məsələni İnterpol vasitəsilə yenidən qaldırmaq lazımdır” - HƏQİQƏTƏN DƏ...
25-06-2022, 12:26
Ermənistanda hökumətlə mərkəzi bank arasında gətginlik: - kredit verilmir
25-06-2022, 12:19
Araik Arutyunyan İrəvanda – Paşinyanla iclasa qatıldı
25-06-2022, 12:16
“Uzun və dərin qlobal iqtisadi böhrana hazır olmaq lazımdır” - ekspertdən UYARI
25-06-2022, 12:14
Altı məktəbin direktor müavinləri işdən çıxarıldı - SƏBƏB
25-06-2022, 12:04
Niyazi Bayramovun Şöhrəddin Verdiyevlə ŞƏRİK TALANI... - İLGİNC FAKTLAR
25-06-2022, 12:02
Vüsalə Əlizadə bahalı maşınını reklam etdi
25-06-2022, 12:00
“AZVİRT” MMC şefinin qardaşından ÖZBAŞINALIQ... - Nazirə müraciət olundu
25-06-2022, 11:53
Mülayim şimal-qərb küləyi arabir güclənəcək - Belə deyirlər...
25-06-2022, 11:51
Nizami rayonunda yenə su yoxdur... - GİLEY
25-06-2022, 11:43
"Rusiya ordusu 34 700-ə qədər canlı qüvvə itirib" - Ukrayna Baş Qərargahı
25-06-2022, 11:39
“Bu insanları tərbiyə etmək üçün bir əlində Quran, o biri əlində qılınc olmalıdır...” - Baba Vəziroğlu
25-06-2022, 11:36
"Müharibənin gedişi Vladimir Putinin səhhətindən asılı olacaq" - Ukrayna kəşfiyyatı
25-06-2022, 11:29
Sabiq məmurun oğlu buna görə həbs olundu
25-06-2022, 11:19
Azərbaycan kommunistlərinin lideri Ukraynadan DANIŞDI və SƏRSƏMLƏDİ: - "İşğal faktı yoxdur"
25-06-2022, 11:12
Aqil Abbasdan Xeyrəddin Qocaya CAVAB: - “Ona vaxtilə böyük vəzifə təklif etdilər, amma..."
25-06-2022, 11:07
Lerik polisi tədbir keçirib
25-06-2022, 11:03
Bakıda oturub, mühacir mediadan dəstək istədi, "ilişdiyini" görüb "nala-mıxa" vurmağa başladı... - İLGİNC
25-06-2022, 11:01
Arif Qaraşov Eldar Mahmudovdan Prezidentə şikayət yazıb - "ƏMLAKLARIMI ƏLİMDƏN ALIB..."
25-06-2022, 10:47
Deputatın GİLAS SÖHBƏTİ komiklərə MALZƏMƏ OLDU - VİDEO
25-06-2022, 10:36
“Azərbaycan ordusu Zəngəzuru götürməlidir” - Deputatdan ÇAĞIRIŞ
25-06-2022, 10:31
“Ermənilərin xoşbəxtliyi Azərbaycanın əlindədir” - BU FAKTDIR!!!
25-06-2022, 10:29
Kremlin antierməni ritorikası arxasındakı motiv - Rusiya “valı” dəyişir
25-06-2022, 10:20
Ərdoğanın bu açıqlaması Türkiyədə gündəm oldu - VİDEO
25-06-2022, 10:18
“Paşinyan çətin vəziyyətdədir, ona kömək etməliyik” çağırışı - EHTİYAC VARMI?
25-06-2022, 10:15
"Rusiyanın bir neçə generalı vəzifədən uzaqlaşdırılıb" - Britaniya kəşfiyyatı
25-06-2022, 10:14
Ermənistanda hərbçilər qəzaya düşdü - Ölən və yaralananlar var
25-06-2022, 10:12
Qarabağ separatçılarının ətrafındakı həlqə daralır - ölkəmizə diş qıcayanlar üçün "əcəl zəngi"
25-06-2022, 10:09
Füzulidə ermənilərin atıb qaçdıqları raket sistemi aşkarlanıb
25-06-2022, 10:01
"Bizə lazımdır ki, haqq öz yerini tapsın..." - Prezidentə müraciət olundu
25-06-2022, 10:00
Cənubi Qafqazda ən böyük büdcə də, ən az orta maaş da Azərbaycandadır - elə bu fakt KORRUPSİYANI İFADƏ EDİR
25-06-2022, 09:52
Terrorçuların siyahısına salınan erməni jurnalist danışdı: - “Doğma Qazaxıstana icazəsiz gələcəm”
25-06-2022, 09:51
Gəncədə QIZIL AYPARA adı altında DƏLƏDUZLUQ... - NƏ BAŞ VERİR?
25-06-2022, 09:49
Yardımlıda 1 tondan artıq narkotik tərkibli bitki məhv edilib
25-06-2022, 09:43
"Hakim üstümə qışqırıb, danışmağa imkan vermirdi..." - GİLEY
25-06-2022, 09:42
Separatçıların verdiyi “texniki baxış qəbzi” Ermənistanda etibarsız sayıldı - FOTO
25-06-2022, 09:34
"Mənim təfəkkürümə uyğun bir verilişdir"
25-06-2022, 09:31
BU NƏDİ BELƏ: Qarabağda ermənilərin müqavimət ocaqları formalaşıb... - Daşnak deputat
25-06-2022, 09:25
“Övladlarım məni rəzil etmədi, mən də onları utandırmaq istəmirəm...”
25-06-2022, 09:23
Ağdaşda anbar və mağazadan oğurluq edən şəxslər saxlanılıb - FOTO
25-06-2022, 09:17
Məhəbbət Kazımovun doğulduğu kənd: Aşağı Çorman... - VİDEO
25-06-2022, 09:15
Azərbaycanda SAXTA PENSİYA BİZNESİ... - İLGİNC İDDİALAR...
25-06-2022, 09:10
Baş nazirdən dövlət qulluğu vəzifələri ilə bağlı - QƏRAR
25-06-2022, 09:07
Lavrovun Bakı səfərinin aydınlıq gətirməli olduğu əsas sual - AKTUAL
25-06-2022, 09:05
Manatı başlı-başına BURAXA BİLƏRİKMİ?.. - Ekspert danışır
25-06-2022, 09:03
Sumqayıtda çalış xəstə düşmə... - Çünki səhiyyə sisteminin özü xəstədir...
25-06-2022, 08:55
Rusiyanın “qorxulu röyası”: - “Türk NATO-su” qurulur
25-06-2022, 08:52
Əmrullayevin REPETİTOR DƏRDİ... - Nazir DÜZMÜ BUYURUR?
25-06-2022, 08:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru