
Ermənistanın Baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammiti ilə ilə əlaqədar Moskvaya səfəri çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə Qarabağ məsələsini müzakirə edib.
Görüşün təfərrüatları barədə ətraflı açıqlama verilməsə də V.Putinin açıqlaması müzakirələrin detalları barədə bəzi qənaətləri irəli sürməyə imkan verir.
Rusiyanın dövlət başçısı deyib:
“Biz Qarabağ probleminin həllində artıq üçtərəfli formatda Azərbaycandan olan tərəfdaşlarımızla birlikdə fəal birgə işimizi davam etdiririk”.
Qeyd edilən açıqlama Kreml rəhbərinin gündəliyində Rusiyanın vasitəçiliyi ilə üçtərəfli danışıqlar formatını aktivləşdirmək əsas məsələ kimi dayanır. Çünki son zamanlar Avropa İttifaqının Azərbaycan və Ermənistan arasında sülh missiyası yaratmaq cəhdləri Rusiyanın vasitəçi kimi prosesdən kənarda qalmasına səbəb olub. Bu baxımdan, Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin görüşündə rusiyalı həmkarı Sergey Lavrovun iştirakı rəsmi Moskvanın danışıqlar prosesində mövqeyini gücləndirmək istəyindən xəbər verir.
Paşinyan tərəflərin regional təhlükəsizlik, sabitlik və “Dağlıq Qarabağ” məsələsinin nizamlanmasında ATƏT-in Minsk qrupunun həmsədrlik fəaliyyətinin vacibliyini önə çəkməyə çaılışıb. Bununla da Paşinyan əsas vasitəçi institut kimi ayrılıqda Qərbdən və Rusiyadan daha çox Minsk qrupuna üstünlük verdiyinə işarə edib.
Lakin Ukraynada baş vermiş müharibə fonunda Qərbin Rusiya ilə ilə beynəlxalq platformada əməkdaşlıqdan imtina etməsi Minsk qrupunun dağılmasına gətirib çıxarıb. Ona görə də Minsk qrupunun bərpası real görünmür. Buna baxmayaraq, Paşinyan Rusiyadan qayıtdığı gün Brüsselə səfər edən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Avropa İttifaqının xarici əlaqələr və təhülkəsizlik siyasəti üzrə ali komissarı Jozef Borellə Qarabağ məsələsi və Azərbaycanla münasibətlərin tənzimlənməsi məsələsinə dair müzakirələr aparacaq.
Çox güman ki, Ermənistan Minsk qrupunun bərpasına nail ola bilməcəyini anladığından Qərblə Rusiyanın vasitəçilik imkanları arasında proporsionallıq yaratmağa çalışır. Dia.az-ın məlumatına görə, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Cebhe.info-ya açıqlamasında bildirdi ki, Ermənistanın mövqeyində sülhə nail olmaq istəyi müşahidə olunmur.
Əksinə, əvvəlki iddilarından əl çəkməyən Ermənistan vəziyyəti yenidən gərginləşdirir:
“Nə Avropa İttifaqının, nə Rusiyanın təşəbbüsü ilə keçirilən görüşlərdə Ermənistanın mövqeyi dəyişməz olaraq qalır. Azərbaycanın 5 bənddən ibarət sülh prinsiplərinə qarşı Ermənistanın təklif etdiyi 6 bəndlik şərtlər onların 44 günlük müharibədən qabaqkı mövqelərində qaldıqlarını və ya həmin siyasəti davam etdirdiklərini göstərir. Bu baxımdan, danışıqların harada və ya hansı formatda keçirilməsi Ermənistan üçün o qədər əhəmiyyət daşımır. Ermənistan vasitəçinin kimliyindən asılı olmayaraq, əvvəlki siyasətini davam etdirmək niyyətindədir. Onu da qeyd edim ki, nə Moskvanın, nə də Brüsselin mövqelərində ciddi fərq var. Hər iki tərəf sülhün əldə edilməsi üçün birinci addım kimi sərhədlərin delimiytasiyası və demarkasiyasını təklif edir.
Ermənistan da başa düşür ki, SSRİ dövründəki sərhədlər bərpa olunsa, yəni Azərbaycan bu təklifi danışıqların əsası kimi qəbul etsə, rəsmi İrəvan Qarabağ mövzusunda əvvəlki siyasətini davam etdirəcək. Yəni status məsələsini gündəmə gətirəcəklər, danışıqlarda Ermənistanın mövqeyini ortaya qoyacaqıar və bəyan edəcəklər ki, biz bu və ya digər razılaşmanın təminatçısı olmaq istəyirik”.
Sabiq nazir bildirib ki, bu mənada Ermənistanın yanaşması bəllidir:
“Biz görürük ki, Moskvanın və Brüsselin mövqeləeri arasında ciddi fəqr var. Hər ikisi də Ermənistana sərf edir. Çünki delimitasiya və və demarkasiya məsələsi ön plana çəkilir, nə Brüssel, nə Moskva Ermənistana deyir ki, Qarabağdan əl çək!”.
Qeyd edək ki, Paşinyan hakimiyyəti ilə Kremlin maraqları üst-üstə düşsə də, Ermənistan müxalifətinin etiraz aksiyaları artan xətt üzrə davam edir. Rusiya XİN-in mayın 17-də yaydığı bəyanatda baş verən etirazları Ermənistanın daxili işi adlandırması və həbslərin daha kütləvi hal alması Moskvada Putinlə Paşinyan arasında anlaşmanın əldə olunduğunu deməyə əsas verir.
Deməli, Ermənistanın Baş nazirinin Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanıyan sülh sazişi imzalamağa hazırlaşması gözlənilmir. Belə olan halda təslimçi sülh sazişindən danışmağa və mitinqlərin keçirilməsinə səbəb qalmır.
Tofiq Zülfüqarov hesab edir ki, aksiyaların məqsədi ermənilərin hər hansı güzəştə hazır omadığını beynəlxalq ictimaiyyətə nümayiş etdirməkdir:
“Ermənistanın sözügedən güzəştləri gəlin görək nədən ibarətdir? Onlar deyir ki, biz Qarabağın “müstəqilliyin”dən danışmayacağıq. Əgər onlar bu gün danışmırsa, sabah da danışmamalıdır. Bunu da elə göstərirlər ki, guya ciddi addım atırlar. Rəsmi Bakı ümumiyyətlə, Azərbaycanın ərazisi ilə bağlı olan müzakirələrdə Ermənistanın iştirakını istəmir. Ancaq Ermənistan 1988-ci ildən başlatdığı münaqişə yolunu seçib və davam etdirir. Ona görə də danışıqlara heç bir nəticə verməyəcək. Hətta onlar bizi ələ salıb deyirlər ki, biz Azərbaycanın ərazi bütövlüyünü 1991-ci ildə tanımışıq. Halbuki, 1991-ci ildən bəri minlərlə insanı məhv ediblər, etnik təmizləmə aparıblar, topaqlarımızı işğal ediblər, indi də deyirlər biz sizin ərazi bütövlüyünüzü tanıyırıq. Yəni demək istəyirlər ki, onlar üçün sənəd üzərindəki öhdəlik heç bir əhəmiyyət kəsb etmir. Bu baxımdan, danışıqlar artıq dalana dirənib. Brüssel görüşündən sonra bu, rəsmən təsbit olundu. Bəyanatların məzmununa baxanda görürük ki, köhnə siyasət, köhnə taktika davam edəcək. Yəni mənasız görüşlər, danışıqlar, Ermənistanın daim Azərbaycanın daxili işlərinə müdaxiləsi, öz hərbçilərini bizim ərazimizdə yerləşdirməsi, qondarma qurumun maliyyələşdirilməsi baş verəcək. Ermənistan hesab edir ki, Rusiyanın himayəsi altında əvvəlki oyunlarını davam etdirəcək. Amma vəziyyət dəyişib. Artıq Rusiyanın erməniləri müdafiə etməyə nə imkanı, nə də həvəsi var. Ukraynada böhrana və məğlub duruma düşdükdən sonra Rusiyanın ümumiyyətlə, marağı olmayacaq. Bunu görməmək mümkün deyil. Amma ermənilər elə davranırlar ki, guya dünya onların tərəfindədir. Onlar elə edirsə, biz də konkret olaraq, Zəngəzurur tələb edək”.