13 rəqəmi bataqlıqda can verən Azərbaycan elminə nəhs deyil, .....                     “Borçalıda dini təsirini itirməsi Azərbaycanın ciddi strateji səhvi idi” .....                     “Lapşinlə bağlı məsələni İnterpol vasitəsilə yenidən qaldırmaq lazımdır” .....                     Ermənistanda hökumətlə mərkəzi bank arasında gətginlik: .....                     Araik Arutyunyan İrəvanda .....                     “Uzun və dərin qlobal iqtisadi böhrana hazır olmaq lazımdır” .....                     Altı məktəbin direktor müavinləri işdən çıxarıldı .....                     Niyazi Bayramovun Şöhrəddin Verdiyevlə ŞƏRİK TALANI... .....                     Vüsalə Əlizadə bahalı maşınını reklam etdi .....                     “AZVİRT” MMC şefinin qardaşından ÖZBAŞINALIQ... .....                     Mülayim şimal-qərb küləyi arabir güclənəcək .....                     Nizami rayonunda yenə su yoxdur... .....                     "Rusiya ordusu 34 700-ə qədər canlı qüvvə itirib" .....                     “Bu insanları tərbiyə etmək üçün bir əlində Quran, o biri əlində qılınc olmalıdır...” .....                     "Müharibənin gedişi Vladimir Putinin səhhətindən asılı olacaq" .....                     Sabiq məmurun oğlu buna görə həbs olundu .....                     Azərbaycan kommunistlərinin lideri Ukraynadan DANIŞDI və SƏRSƏMLƏDİ: .....                     Aqil Abbasdan Xeyrəddin Qocaya CAVAB: .....                     Lerik polisi tədbir keçirib .....                     Bakıda oturub, mühacir mediadan dəstək istədi, "ilişdiyini" görüb "nala-mıxa" vurmağa başladı... .....                     Arif Qaraşov Eldar Mahmudovdan Prezidentə şikayət yazıb .....                     Deputatın GİLAS SÖHBƏTİ komiklərə MALZƏMƏ OLDU .....                     “Azərbaycan ordusu Zəngəzuru götürməlidir” .....                     “Ermənilərin xoşbəxtliyi Azərbaycanın əlindədir” .....                     Kremlin antierməni ritorikası arxasındakı motiv .....                     Ərdoğanın bu açıqlaması Türkiyədə gündəm oldu .....                     “Paşinyan çətin vəziyyətdədir, ona kömək etməliyik” çağırışı .....                     "Rusiyanın bir neçə generalı vəzifədən uzaqlaşdırılıb" .....                     Ermənistanda hərbçilər qəzaya düşdü .....                     Qarabağ separatçılarının ətrafındakı həlqə daralır .....                     Füzulidə ermənilərin atıb qaçdıqları raket sistemi aşkarlanıb .....                     "Bizə lazımdır ki, haqq öz yerini tapsın..." .....                     Cənubi Qafqazda ən böyük büdcə də, ən az orta maaş da Azərbaycandadır .....                     Terrorçuların siyahısına salınan erməni jurnalist danışdı: .....                     Gəncədə QIZIL AYPARA adı altında DƏLƏDUZLUQ... .....                     Yardımlıda 1 tondan artıq narkotik tərkibli bitki məhv edilib .....                     "Hakim üstümə qışqırıb, danışmağa imkan vermirdi..." .....                     Separatçıların verdiyi “texniki baxış qəbzi” Ermənistanda etibarsız sayıldı .....                     "Mənim təfəkkürümə uyğun bir verilişdir" .....                     BU NƏDİ BELƏ: Qarabağda ermənilərin müqavimət ocaqları formalaşıb... .....                 

Jurnalist İradə Cəlilin "vəfat etməsi” xəbərini kimlər və niyə yayıb? - AXI NİYƏ?!
Tarix: 17-05-2022, 17:44 | Çap et
Jurnalist İradə Cəlilin "vəfat etməsi” xəbərini kimlər və niyə yayıb?
Dünən əksər kütləvi informasiya vasitələrində “Jurnalist İradə Cəlil vəfat etdi” başlıqlı xəbərlər yayılmağa başladı. Xəbəri yayan KİV-ləri qeyd edirdi ki, bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat paylaşıb. Halbu ki, jurnalistin yaxınları bu barədə heç bir xəbər paylaşmamışdı. Sonradan məlumat təkzib edildi.
Bu hadisə bir daha sübut edir ki, Azərbaycan mətbuatında hələ dəqiqləşdirilməmiş məlumatları yerləşdirmək tendensiyası var. Məlumatın dəqiqliyini yoxlamadan, şəxsin ailəsi və yaxud özü ilə danışmadan ölüm xəbərinin yayılması, həm Azərbaycan mətbuatının qeyri-ciddi olduğunu, məlumatların yoxlanılmadan, dəqiqləşdirmədən verdiyini sübut edir və həm də bu xəbəri yayan mətbu orqanlar ciddi məsuliyyət qarşısında qalır.

Kiminsə statusuna istinad etmək, həmin statusu yazan şəxsin ölüm xəbəri yayılan şəxslə qohumluq əlaqələrinin olmaması, xəbərin qeyri-dəqiq, qeyri-ciddi olması belə bir sualın yaranmasına səbəb olur: Azərbaycan mətbuatını saxta xəbərlərdən necə təmizləməli? Dia.az-ın məlumatına görə, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ümumiyyətlə saxta xəbərlərdən yaxa qurtarmaq, jurnalistikanın qarşısında duran prinsipial məsələlərdən biridir. Bu baxımdan bu məsələlərə həssas yanaşmaq lazımdır: “Dünən mən də o xəbərləri izlədim. Bir az da həqiqətən də insan həyatı, insan taleyi, insanların sağlamlığı ilə bağlı belə bir xəbərin tirajlanması məni də düşündürdü.

İlk olaraq mən bu xəbəri bir vətəndaşın statusunda oxumuşdum. Sonra o statusdan bu xəbər saytlara daşındı. O statusu yazan şəxs əvvəla yazdığı barədə düşünməlidir. Sonra bir çox elektron informasiya mənbələrində o məlumatı oxudum. Sonra qısa bir müddət ərzində bu xəbərlərin saytlardan çıxarıldığının şahidi oldum. Başa düşdüm ki, saxta bir xəbərdir. Bu, çox ciddi bir məsələdir.

Təsəvvür edin ki, insan sağdır. Və onun haqqında belə qeyri-ciddi, qeyri-sağlam bir informasiyanın yayılması, o insanın özü, qohumları, dostları, tanıdıqları, yaxın bildiyi insanlar üçün necə ağır xəbərdir. Onlar nə hiss keçiriblər. Ümumiyyətlə bu sayaq xəbərlərlə çox həssas rəftar etmək lazımdır. Belə xəbərləri yazanda düşünmək lazımdır. Şəxsi həyat, ailə həyatı ilə bağlı kifayət qədər neqativ tonda köklənmiş, kifayət qədər fərdin vətəndaşın həyatına qarşı yönəlmiş belə xəbərlərin tirajlanması zamanı yüz ölçüb, bir biçmək lazımdır. Bu, bizim jurnalistikanın sağlamlığına xidmət göstərə biləcək bir yoldur”.

V. Rəhimzadə deyir ki, "dünənki xəbərə gəldikdə isə, onu yayan insanın məsuliyyəti olmalıdır. Nə yaydığının, yaydığı xəbərin nə qədər dəqiq, düzgün olduğunun fərqinə varmalıdır. Bu, çox ciddi və incə məsələdir. Sağlam, həyatda olan, yaşayan insan haqqında belə fikirlərin yayılması, həmin insanın psixologiyasına baxın necə təsir edə bilər. Onu təsəvvür etmək belə çətindir. Bu səbəbdən də informasiya sahəsində, jurnalistika sahəsində çalışan insanlar xəbərlərin və mənbənin dəqiqliyini süzgəcdən keçirməlidir. Bu, jurnalistikamızda çox önəmli faktorlardan biridir".

V. Rəhimzadə ilk mənbəni qınadığını dilə gətirib və qeyd edib ki, elektron media qurumları ilk mənbəyə istinadla veriblər bu xəbəri. Hər bir halda bu elə bir xəbərdir ki, dəqiqləşdirməmiş vermək olmaz. Həssas məsələdir.

“Bir fərdin statusu əsasında həmin xəbərlər tirajlanıb. Və o şəxs məsuliyyət daşıyır. İnsanın həyatı ilə oynamaq yolverilməzdir. Bəzi xəbər saytları da bu xəbəri yaydı. Mən saytları qınamıram. Onlar statusu əssas gətirərək xəbəri tirajlamışdılar. Hər bir halda statusu yazan insan məsuliyyətini bilməli idi” - deyə Vüqar Rəhimzadə bildirib.

“Novoe Vremya” qəzetinin baş redaktoru Şakir Ağayev bildirib ki, saxta xəbərlər bütün dünyanın bəlasıdır. Saxta xəbərlərdən seçki kampaniyalarında, müharibə gedən ərazilərdə “fake news” bir ideologiyaya çevrilib: “Dünən “Jurnalist İradə Cəlilin vəfat xəbəri ilə bağlı” vəziyyəti mən də izlədim. Ümumiyyətlə, bir şəxsin ölümü ilə bağlı xəbər vermək düz deyil. Çünki təsəvvür edin, həmin insanın yaxınları, qohum-əqrəbaları var. Bunu eşidəndə hansı sarsıntıları keçirir. Həm də cəmiyyətdə, jurnalist əhlinin tanınan bir insan haqqında belə bir xəbər yaymaq ciddi məsələdir. Düzdür, sonra bu təkzib olundu. Amma bu xəbər artıq kimlərəsə hansısa formada öz mənfi təsirini göstərmişdi.

Mətbuatda saxta xəbərlərin verilməsinin tərəfdarı deyiləm. Bunu qəbuledilməz sayıram. Ancaq təəssüf olsun ki, “like” xətrinə, çox oxunma xətrinə və yaxud başqa-başqa nələrinsə xətrinə saxta xəbərlərdən çox istifadə edilir. Bu da mətbuatın ciddiliyini, sözün ciddiliyini kölgədə qoyur. Mətbuata olan inamın azalmasına gətirib çıxarır”.

Şakir Ağayev bildirir ki, jurnalistin vəzifəsi bütün imkanları çərçivəsində çalışıb, məlumatı dəqiqləşdirməkdir. Məlumat bir mənbədən deyil, bir neçə mənbədən dəqiqləşdirilməlidir. Bu, jurnalistin peşə borcudur: “Çox təəssüf ki, müasir dövrümüzdə informasiyanın tez verilməsi uğrunda mübarizə getdiyi bir vaxtda “tez verən daha çox bəyənmə yığsın”, tez verənə daha çox istinad olsun, tez verən daha hörmətli olur, daha populyar olur” şüarları, bəzən jurnalistləri məlumatları dəqiqləşdirmədən verməyə sövq edir. Bu, düzgün bir məsələ deyil”.

Ş.Ağayev bildirib ki, “Media haqqında qanunda” qeyd edilir ki, hərhansı bir xəbərin dəqiqliyini yoxlamaq üçün qarşı tərəfin fikri qeyd edilməlidir. Və yaxud xəbər varsa, onun dəqiqliyi istinad olunan mənbələrdən öyrənilməlidir.

“Bu olarsa, daha yaxşı olar. Ancaq təəssüf ki, xəbər uğrunda mübarizə mətbuatın işinə ciddi zərər vurur” - deyə baş redaktor bildirib.

P.S. Ümumiyyətlə, son zamanlar Azərbaycanda mətbuatında bu sayaq təsdiqini tapmayan xəbərlər yer alır və sonradan saytdan çıxarılır. Bu isə, mətbuatın imicinə birbaşa zərər verir.

Həyatda olan bir şəxsin ölüm xəbərinin tədiqlənmədən verilməsi, qeyri-peşəkarlığın nəticəsidir.





 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
13 rəqəmi bataqlıqda can verən Azərbaycan elminə nəhs deyil, nəsə gətirəcəkmi..?
25-06-2022, 14:02
“Borçalıda dini təsirini itirməsi Azərbaycanın ciddi strateji səhvi idi” - NƏ ETMƏLİ?
25-06-2022, 14:00
“Lapşinlə bağlı məsələni İnterpol vasitəsilə yenidən qaldırmaq lazımdır” - HƏQİQƏTƏN DƏ...
25-06-2022, 12:26
Ermənistanda hökumətlə mərkəzi bank arasında gətginlik: - kredit verilmir
25-06-2022, 12:19
Araik Arutyunyan İrəvanda – Paşinyanla iclasa qatıldı
25-06-2022, 12:16
“Uzun və dərin qlobal iqtisadi böhrana hazır olmaq lazımdır” - ekspertdən UYARI
25-06-2022, 12:14
Altı məktəbin direktor müavinləri işdən çıxarıldı - SƏBƏB
25-06-2022, 12:04
Niyazi Bayramovun Şöhrəddin Verdiyevlə ŞƏRİK TALANI... - İLGİNC FAKTLAR
25-06-2022, 12:02
Vüsalə Əlizadə bahalı maşınını reklam etdi
25-06-2022, 12:00
“AZVİRT” MMC şefinin qardaşından ÖZBAŞINALIQ... - Nazirə müraciət olundu
25-06-2022, 11:53
Mülayim şimal-qərb küləyi arabir güclənəcək - Belə deyirlər...
25-06-2022, 11:51
Nizami rayonunda yenə su yoxdur... - GİLEY
25-06-2022, 11:43
"Rusiya ordusu 34 700-ə qədər canlı qüvvə itirib" - Ukrayna Baş Qərargahı
25-06-2022, 11:39
“Bu insanları tərbiyə etmək üçün bir əlində Quran, o biri əlində qılınc olmalıdır...” - Baba Vəziroğlu
25-06-2022, 11:36
"Müharibənin gedişi Vladimir Putinin səhhətindən asılı olacaq" - Ukrayna kəşfiyyatı
25-06-2022, 11:29
Sabiq məmurun oğlu buna görə həbs olundu
25-06-2022, 11:19
Azərbaycan kommunistlərinin lideri Ukraynadan DANIŞDI və SƏRSƏMLƏDİ: - "İşğal faktı yoxdur"
25-06-2022, 11:12
Aqil Abbasdan Xeyrəddin Qocaya CAVAB: - “Ona vaxtilə böyük vəzifə təklif etdilər, amma..."
25-06-2022, 11:07
Lerik polisi tədbir keçirib
25-06-2022, 11:03
Bakıda oturub, mühacir mediadan dəstək istədi, "ilişdiyini" görüb "nala-mıxa" vurmağa başladı... - İLGİNC
25-06-2022, 11:01
Arif Qaraşov Eldar Mahmudovdan Prezidentə şikayət yazıb - "ƏMLAKLARIMI ƏLİMDƏN ALIB..."
25-06-2022, 10:47
Deputatın GİLAS SÖHBƏTİ komiklərə MALZƏMƏ OLDU - VİDEO
25-06-2022, 10:36
“Azərbaycan ordusu Zəngəzuru götürməlidir” - Deputatdan ÇAĞIRIŞ
25-06-2022, 10:31
“Ermənilərin xoşbəxtliyi Azərbaycanın əlindədir” - BU FAKTDIR!!!
25-06-2022, 10:29
Kremlin antierməni ritorikası arxasındakı motiv - Rusiya “valı” dəyişir
25-06-2022, 10:20
Ərdoğanın bu açıqlaması Türkiyədə gündəm oldu - VİDEO
25-06-2022, 10:18
“Paşinyan çətin vəziyyətdədir, ona kömək etməliyik” çağırışı - EHTİYAC VARMI?
25-06-2022, 10:15
"Rusiyanın bir neçə generalı vəzifədən uzaqlaşdırılıb" - Britaniya kəşfiyyatı
25-06-2022, 10:14
Ermənistanda hərbçilər qəzaya düşdü - Ölən və yaralananlar var
25-06-2022, 10:12
Qarabağ separatçılarının ətrafındakı həlqə daralır - ölkəmizə diş qıcayanlar üçün "əcəl zəngi"
25-06-2022, 10:09
Füzulidə ermənilərin atıb qaçdıqları raket sistemi aşkarlanıb
25-06-2022, 10:01
"Bizə lazımdır ki, haqq öz yerini tapsın..." - Prezidentə müraciət olundu
25-06-2022, 10:00
Cənubi Qafqazda ən böyük büdcə də, ən az orta maaş da Azərbaycandadır - elə bu fakt KORRUPSİYANI İFADƏ EDİR
25-06-2022, 09:52
Terrorçuların siyahısına salınan erməni jurnalist danışdı: - “Doğma Qazaxıstana icazəsiz gələcəm”
25-06-2022, 09:51
Gəncədə QIZIL AYPARA adı altında DƏLƏDUZLUQ... - NƏ BAŞ VERİR?
25-06-2022, 09:49
Yardımlıda 1 tondan artıq narkotik tərkibli bitki məhv edilib
25-06-2022, 09:43
"Hakim üstümə qışqırıb, danışmağa imkan vermirdi..." - GİLEY
25-06-2022, 09:42
Separatçıların verdiyi “texniki baxış qəbzi” Ermənistanda etibarsız sayıldı - FOTO
25-06-2022, 09:34
"Mənim təfəkkürümə uyğun bir verilişdir"
25-06-2022, 09:31
BU NƏDİ BELƏ: Qarabağda ermənilərin müqavimət ocaqları formalaşıb... - Daşnak deputat
25-06-2022, 09:25
“Övladlarım məni rəzil etmədi, mən də onları utandırmaq istəmirəm...”
25-06-2022, 09:23
Ağdaşda anbar və mağazadan oğurluq edən şəxslər saxlanılıb - FOTO
25-06-2022, 09:17
Məhəbbət Kazımovun doğulduğu kənd: Aşağı Çorman... - VİDEO
25-06-2022, 09:15
Azərbaycanda SAXTA PENSİYA BİZNESİ... - İLGİNC İDDİALAR...
25-06-2022, 09:10
Baş nazirdən dövlət qulluğu vəzifələri ilə bağlı - QƏRAR
25-06-2022, 09:07
Lavrovun Bakı səfərinin aydınlıq gətirməli olduğu əsas sual - AKTUAL
25-06-2022, 09:05
Manatı başlı-başına BURAXA BİLƏRİKMİ?.. - Ekspert danışır
25-06-2022, 09:03
Sumqayıtda çalış xəstə düşmə... - Çünki səhiyyə sisteminin özü xəstədir...
25-06-2022, 08:55
Rusiyanın “qorxulu röyası”: - “Türk NATO-su” qurulur
25-06-2022, 08:52
Əmrullayevin REPETİTOR DƏRDİ... - Nazir DÜZMÜ BUYURUR?
25-06-2022, 08:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru