13 rəqəmi bataqlıqda can verən Azərbaycan elminə nəhs deyil, .....                     “Borçalıda dini təsirini itirməsi Azərbaycanın ciddi strateji səhvi idi” .....                     “Lapşinlə bağlı məsələni İnterpol vasitəsilə yenidən qaldırmaq lazımdır” .....                     Ermənistanda hökumətlə mərkəzi bank arasında gətginlik: .....                     Araik Arutyunyan İrəvanda .....                     “Uzun və dərin qlobal iqtisadi böhrana hazır olmaq lazımdır” .....                     Altı məktəbin direktor müavinləri işdən çıxarıldı .....                     Niyazi Bayramovun Şöhrəddin Verdiyevlə ŞƏRİK TALANI... .....                     Vüsalə Əlizadə bahalı maşınını reklam etdi .....                     “AZVİRT” MMC şefinin qardaşından ÖZBAŞINALIQ... .....                     Mülayim şimal-qərb küləyi arabir güclənəcək .....                     Nizami rayonunda yenə su yoxdur... .....                     "Rusiya ordusu 34 700-ə qədər canlı qüvvə itirib" .....                     “Bu insanları tərbiyə etmək üçün bir əlində Quran, o biri əlində qılınc olmalıdır...” .....                     "Müharibənin gedişi Vladimir Putinin səhhətindən asılı olacaq" .....                     Sabiq məmurun oğlu buna görə həbs olundu .....                     Azərbaycan kommunistlərinin lideri Ukraynadan DANIŞDI və SƏRSƏMLƏDİ: .....                     Aqil Abbasdan Xeyrəddin Qocaya CAVAB: .....                     Lerik polisi tədbir keçirib .....                     Bakıda oturub, mühacir mediadan dəstək istədi, "ilişdiyini" görüb "nala-mıxa" vurmağa başladı... .....                     Arif Qaraşov Eldar Mahmudovdan Prezidentə şikayət yazıb .....                     Deputatın GİLAS SÖHBƏTİ komiklərə MALZƏMƏ OLDU .....                     “Azərbaycan ordusu Zəngəzuru götürməlidir” .....                     “Ermənilərin xoşbəxtliyi Azərbaycanın əlindədir” .....                     Kremlin antierməni ritorikası arxasındakı motiv .....                     Ərdoğanın bu açıqlaması Türkiyədə gündəm oldu .....                     “Paşinyan çətin vəziyyətdədir, ona kömək etməliyik” çağırışı .....                     "Rusiyanın bir neçə generalı vəzifədən uzaqlaşdırılıb" .....                     Ermənistanda hərbçilər qəzaya düşdü .....                     Qarabağ separatçılarının ətrafındakı həlqə daralır .....                     Füzulidə ermənilərin atıb qaçdıqları raket sistemi aşkarlanıb .....                     "Bizə lazımdır ki, haqq öz yerini tapsın..." .....                     Cənubi Qafqazda ən böyük büdcə də, ən az orta maaş da Azərbaycandadır .....                     Terrorçuların siyahısına salınan erməni jurnalist danışdı: .....                     Gəncədə QIZIL AYPARA adı altında DƏLƏDUZLUQ... .....                     Yardımlıda 1 tondan artıq narkotik tərkibli bitki məhv edilib .....                     "Hakim üstümə qışqırıb, danışmağa imkan vermirdi..." .....                     Separatçıların verdiyi “texniki baxış qəbzi” Ermənistanda etibarsız sayıldı .....                     "Mənim təfəkkürümə uyğun bir verilişdir" .....                     BU NƏDİ BELƏ: Qarabağda ermənilərin müqavimət ocaqları formalaşıb... .....                 

“Azərbaycan və Türkiyə federativ dövlətə doğru irəliləməlidir” - TƏKLİF
Tarix: 17-05-2022, 15:14 | Çap et
“Azərbaycan və Türkiyə federativ dövlətə doğru irəliləməlidir”
Aydınlar Partiyası sədrinin birinci müavini, siyasi şərhçi Qorxmaz İbrahimli AYNA-ya müsahibəsində dünyada və bölgəmizdə yaşanan son hadisələr haqda fikirlərini bölüşüb. Həmin müsahibəni təqdim edirik:

- Son zamanlar Azərbaycan-Türkiyə dostluğunun daha da sıxlaşması, bundan əlavə, rəsmi Bakının Qərblə əlaqələrini gücləndirməsi bəzi siyasi müşahidəçilərdə belə qənaət hasil edir ki, ölkəmiz uzun illərin balans siyasətindən imtinaya və Qərblə yaxınlaşma kursuna başlayır. Sizin bu yöndə qənaətiniz nədən ibarətdir?

- Sizi və dəyərli oxucularınızı salamlayıram. Bəlkə də, Azərbaycan və Türkiyə diplomatik anlamda son zamanlar daha da sıx ilişkidədir, demək olar. Çünki bu dövlətlər siyasətdən asılı olaraq, dostlaşa və ya soyuq münasibətdə ola bilməz. Bir millətin dövlətləridir. Əgər 1920-ci ildə ruslar ölkımizin müstəqilliyinə son verməsəydilər, o zamandan gələn bir federasiyanın şahidi ola bilərdik. Nə yazıq ki, Rusiya imperiyası yeni şəkli olan SSRİ adı altında buna imkan vermədi. O dövrdən bu yana rəsmi türk dilimiz və kimliyimiz daxil olmaqla, Sovet Azərbaycanı ciddi repressiyalara məruz qaldı. Çox dəyərli siyasət, bilim, sənət, mədəniyət və iş adamları ailə üzvləri ilə birlikdə qətl edildilər. Bəziləri Sibirə, Qazaxıstana sürgün edildilər. 70 il istismarın bütün növlərinə məruz qaldıq. Azadlıq mübarizəsi nəticəsində 1991-ci ildə müstəqilliyimiz yenidən bərpa olunduqda müstəqilliyimizi ilk tanıyan dövlətin Türkiyə olması təsadüfi deyildi.

Müstəqilliyimizi bərpa etdiyimiz 90-cı illərdə Türkiyənin içərisində durum heç də yaxşı deyildi. Əsrin əvvəlində Osmanlı imperiyasının yerində qurulan bu günkü qardaş Türkiyəni imperialist güclər rahat buraxmırdılar. Xüsusən xarici güclərin əli ilə yaradılmış PKK terror təşkilatı qardaş dövləti çox yıpratmışdı. Bunlara baxmayaraq, müstəqilliyini yenidən bərpa etmiş Azərbaycana hər cür dəstək verməyə çalışırdılar. “21-ci yüzillik Türk əsridir” ifadəsinə elə-belə baxmayın. Gerçək göz önündədir. Bu əsrin başlanğıcından yeni inkişaf aşamasına qədəm qoyan Türkiyə artıq öz əvvəlki gücünə dönməyə başladı. Bunu hiss edən güclər istəsələr də, əngəl ola bilmədilər.

Tərslikdən müstəqilliyimizi qazanmağımız asan olmadığı kimi, onu qorumaq da çox çətin oldu. Bir yanda Azərbaycanı hər cür imkan və vasitələri ilə özündən asılı vəziyyətdə saxlamağa çalışan Rusiya faktoru var idi. O biri yanda da Rusiyanın torpaqlarımızı işğal edərək pay verdiyi mənfur Ermənistan kimi bir qonşumuz var idi. Ötən yüzilliyin 90-cı illərinin kritik bir neçə ilini yaxşı xatırlayırıq. Hər nə qədər özü də zəif olmasına baxmayaraq, Rusiya dövlətimiz üçün ciddi təhlükə idi. 1993-cü ilin iyun, həmin ilin oktyabr, 1995-ci ilin mart aylarındakı çevriliş və çevrilişlərə cəhdin hamısı Rusiya qaynaqlı idi. Digər dövlətlərin rolu ikinci dərəcəli idi.

O vaxt Türkiyə qardaşlığı özünü göstərdi. Dövlətçiliyimizin qorunması üçün mümkün olan hər cür dəstəyi verdilər. Bu gün kimin nə deməsindən asələ olmayaraq, bu, belə idi. 2000-ci ilin başlarında isə kifayət qədər güclənmiş və azğınlaşmış bir Rusiya olduğunu heç vaxt unutmayaq. Xüsusən o dövrdən başlayaraq Azərbaycan hakimiyyəti balanslaşdırılmış xarici siyasətə keçməli oldu. Həm daxildəki “5-ci kolon”un basqısı, həm də kənardan, xüsusən ermənilər vasitəsilə göstərilən Rusiyanın gizli basqısı buna məcbur edirdi. Ən azından demokratik Qərbin kifayət qədər maddi, hərbi və s. dəstəyini almış Gürcüstanın başına 2008-ci ilin avqust ayında gətirilmiş müsibəti xatırlayırsınız. Məhz balanslaşdırılmış xarici siyasət sayəsində bir çox daha katastrofik problemlərdən qaçına bilindiyini deyə bilərəm. Hətta 1994-cü ilin yayındakı atəşkəsə nail olunmağın özü bir çox bəlalardan qorunmağımıza səbəb oldu.

Balans siyasəti demək elə Qərbin özünün də bu siyasətin içində olması deməkdir. Hər nə qədər demokratiya, insan haqları və s. sahələrdə ciddi boşluqlar yaransa da, Qərblə münasibətləıri qorumağa çalışdılar. Bəzi hallarda xoşagəlməz məsələlərin də olduğu bilinməkdədir. Avropa Şurasına 2001-ci ildə üzv olmağımız biz müxalif düşərgə təmsilçilərində ümüd yaratmasına baxmayaraq, nəticə başqa cür oldu. Hər yerdə Rusiya imperiyasının təzyiqini hiss edən hakimiyət yəqin bu səbəbdən balans siyasətinə daha çox üstünlük verdi.

Lakin Türkiyə ilə münasibətlər ayrıcalıq şəklində davam etdirildi. Zaman-zaman qardaşlar arasında olan xırda-para narazılıqları çıxmaqla, demək olar, bu ayrıcalıq özünü göstərdi. Qardaş münasibəti 2020-ci ildəki Vətən savaşında özünün pik nöqtəsinə çatdı. Müharibədən sonrakı qısa zamanda coğrafiyamızda və dünyada ciddi dəyişikliklər baş verdi. Azərbaycan da siyasətini buna uydurmalıdır. Balanslaşdırmadan imtina imkansızdır. Siyasətin əsas damarlarından biridir. Lakin Türkiyə ilə federasiyaya qədər gedib çıxacaq uğurlu bir siyasət yolu tutulmalıdır. Bunun isə hakimiyyətlərlə deyil, milli kimliyimizlə əlaqəsi var. Azərbaycan Turanın açarıdır.

- Rusiyanın Ukraynada özünü bataqlığa saldığı aşkardır - nə irəli gedə bilir, nə geri dura. Hətta, son günlər Ukrayna ordusu ciddi uğurlar əldə edərək, işğalçıları geri püskürtməyə başlayıb. Proseslərin gedişatı barədə proqnozlarınız nədir?

- Rusiyanın Ukraynaya ikinci dəfə hücum edəcəyinə, açığı, son ana qədər inanmırdım. Lakin ABŞ Prezidentinin kəşfiyata dayanan məlumatları açıqlamağa başlaması artıq hücumun xəbərçisi oldu. Dediyiniz kimi, Rusiya özünü ciddi bir bataqlığa sapladı. Bataqlıqdan çıxmağın isə yeganə yolu kənardan dəstəkdir. Rusiyaya bataqlıqdan çıxmaq üçün dəstək əlini uzadan yoxdur. Bir də, əlbəttə, bu imperiyanın xarakterində olan cəhətlər özünü göstərməkdədir. Öz əsgərləri daxil, insan həyatını heçə sayan bir dövlətdən bəhs edirik. Bu savaşdan xəbərlər ABŞ kəşfiyatının əlinə təkcə texniki vasitələrlə deyil, daha çox Kreml və Baş Qərargahda oturan yüksək çinli məmur və əsgərlərdən daxil olurdu. Ona görə də həm Kreml bitməz müharibəyə götürülürdü, həm də Ukrayna daxil olmaqla, bütün dünyaya bilgi verilirdi. Xatırlayırsınızsa, başdan Ukrayna Prezidenti Volodimir Zelenskinin özünü belə, ölkədən çıxmağa çağırırdılar. İndi müxtəlif versiyalar irəli sürülsə də, nə Zelenski Ukraynanı tərk edəsiydi, nə də Qərb koalisiyası əməldə bunu istəyirdi.

İkinci Dünya savaşında Hitler və Stalin kimi cütlüyün işğalı qarşısında dayanmış qəhrəman Ukrayna xalqını dəyərləndirməyən Putin başladığı gün savaşı uduzdu. Savaşın başında Kiyevə doğru hərəkət edən rus hərbi karvanını bir əfsanəyə çevirmişdilər. Bəzi xarici və yerli şərhçilər isə Zelenski başda olmaqla, ukraynalıları savaşa qatılmaqda qınayırdılar. Mənim o günlərdə də dediyim kimi, bəzi xarici ekspertlər korrupsioner sovet-rus generallarını və ordusunu tanımırdılar. Mən o karvanı “Başsız atlı” romanı adlandırırdım. Başsız və qansız imperiya başçısı öz xalqını və Ukrayna xalqını ciddi bəlaya saldı.

İndi isə dediyiniz bu bataqlıqdan çıxmaq istəsə də, qədim insanın yüz əziyətlə qovaraq quyuya saldığı ayı durumundadır. İndi çıxmaq istəsə belə, imkan verməyəcəklər. Artıq donanması daxil olmaqla, böyük texnika itkilər vermiş Rusiyanın silah arsenalı da boşalmaqdadır. Hər nə qədər Ukraynaya hücumda iştirak edərək məhv olmuş rus əsgərlərinə acımaq istəsəm də, mümkün olmur. Çünki aşkarlanan toplu məzarlıqlar, qadın və uşaqların zorlanması, qətl edilməsi, evlərin yağmalanması faktoru bu imperiyanın dəyişməz şovinist və vəhşi, acgöz xarakterini üç yüz ildən artıqdır qoruduğunu göstərir. Aldığımız xəbərlər Ukraynanın Vətən savaşında Rusiyanın məğlub olacağını göstərir. Qışda dedilər, “soyuq hava şərtlərində rus əsgəri və texnikası məhv olacaq”. Yaz da gəldi, yağış və yaşıllıqlar arasında məhv olmaqda davam etdikləri görünməkdədir.

Sizə bir şey deyim. ABŞ Vyetnam savaşını çox ciddi şəkildə uduzdu. Ancaq o dövləti savaşdan yalnız demokratik cəmiyəti geri çəkə bildi. Nə yazıq, Rusiyanın bu şansı yoxdur. On illərdir ağıllı başları ya öldürüldü, ya da qaçıb xaricdə sığınacaq tapdılar. Bu günkü Rusiyada qalan insanların böyük əksəriyəti Putin xarakterlidir. Xalq o qədər ac və yalavac saxlanıb ki, savaşa gedib, ukraynalı bir insanın dolabından alt paltarını belə, götürməyi qənimət bilirlər. Bu böyük xalqı belə duruma gətirmiş Stalin və davamçılarına Tanrı lənət eləsin.

- Ukraynaya qarşı hərbi təcavüzünün istədiyi nəticəni verməməsi, üstəlik ağır insani və texniki itkilər verməsi Rusiya ordusu - "dünyanın ikinci ordusu" barədə mifləri dağıtdı. Artıq qonşuluqdakı kiçik ölkələr belə, üzərlərindən rus qorxusunu atmağa başlayıb. Daha da irəli gedənlər "Rusiyasız (imperiyasız) dünya" niyyətini ortaya qoyublar. "Rusiyasız dünya"ya inanırsınızmı və onu necə təsəvvür edirsiniz?

- Bir az əvvəl dediyim kimi, Ukrayna savaşı hələ də rus ordusunun gücünə heyranlığını sürdürən bəzi hərbi ekspertləri çaşdırdı. Biz isə bu imperiyanın həm tarixini, həm də kimliyini yaxşı bildiyimizdən fikrimizi isbatladıq. Yəni inanmayanlara sübut elədik ki, korrupsiya və rüşvət batağında olan ordudan bir şey gözlənilməz. Bu orduda xidmət etmiş bizlər bir çox şeyləri praktik olaraq bilirik. Təsəvvür edin, hələ 2008-də Gürcüstana hücum zamanı bunların əskiklikləri ortaya çıxmışdı. Yazıqlar olsun ki, Gürcüstanı bu savavaşda sahiblənmədi Qərb. O zaman ordudakı vəziyət indikindən də ağır idi. Lakin Gürcüstanın Ukrayna qədər ərazi, əhali və hərbi gücü olmadığından dayana bilmədi və müharibə dünyanın xəbəri olmadam bitdi. Daha doğrusu, Rusiya rəhbərliyi də Türkiyə lideri Rəcəb Tayip Ərdoğanın təşəbbüsünü tez olumlu yanıtladı. Yoxsa o ordu heç vaxt döyüş hazırlığında olmayıb. Xüsusən tank və digər özüyeriyən texnikaları bərbad durumdadır.

Rusiya dəfələrlə bu batmış halı ilə dünyanın bəlası olub. Ona görə də Skandinaviya ölkələri daxil, xüsusən, Şərqi Avropa dövlətləri ehtiyat tədbirləri almağa çalışır. Rusiya bu durumuna rəğmən basqılarını da davam etdirməkdədir. Gah nüvə silahı ilə, gah da bir başqa vasitəni işə salacağı hədəsi ilə ölkələri qorxutmaqdadır. Bu, qızmış və mağarasından çıxmış bir ayıya bənzəyir. Zənnimcə, dünyanın əsas gücləri bu dəfə ayını bağışlamayacaqlar. Görünən odur. Rusiya imperiyasını 400 il əvvəl gəlişdirmiş və dəstəyini kəsməmiş Qərb bu gün qəti qərarla şər imperiyası olmadan davam etməyin xəritəsini cızmalıdır. Bu yolda, əlbəttə, qardaş Türkiyənin rolu göz önündədir. Cənubi Qafqaz, Qara dəniz ətrafı, Türküstan daxil olmaqla, geniş bir coğrafiyaya barış və inkişafı yalnız bu dövlət gətirəcək. Şübhəsiz, Azərbaycanın da rolu bir ayrıdır.

Mənim Rusiyasız təsəvvür etdiyim dünyada barış və bəxtiyarlıq var. Dünyaya Tunc, Dəmir dövrlərini gətirmiş Türk sivilizasiyası bu gün Turanla böyük inkişafı gətirəcək. Rusiya öz sərhədlərinə çəkilmiş, qonşularına açıq və gizli təhdidlər etməyən bir dövlət kimi qalmalıdır. Onun içərisindəki türk və digər xalqlara azdlıq verilməlidir.

- Yeri gəlmişkən, son zamanlar Türk Birliyi yönündə müəyyən addımların atıldığı hiss olunur. Sıravi insanlar isə Turan arzusu ilə yaşayırlar. Türk Birliyi və ya Turan sizin üçün utopiyadır, yoxsa onun yaradıla biləcəyini istisna etmirsiniz?

- Söhbətin əvvəlində Azərbaycan-Türkiyə münasibətlərinin mütləq federativ bir birlik formasına gətirilməsi haqda danışdım. ABŞ, Almaniya, Rusiya və s. kimi onlarla federasiyada birləşmiş dövlətlər var. Oralarda müxtəlif millətlərin birliyi olsa da, biz eyni millətin federativ dövlətindən danışırıq. Əslində Türk Birliyi ideyası indi yaranmayıb. Ötən əsrin əvvəlində Rusiya bizim və qardaş Türküstan dövlətlərinin müstəqilliyinə son verməsəydi, Türk Birliyi çoxdan qurulmuşdu. 1991-ci ilin oktyabr ayında Dövlət Müstəqilliyimizi bərpa etdikdən sonra bu yöndə çalışmağa başladıq. Mərhum Prezident Əbülfəz Elçibəy ilk dəfə Türkiyəyə rəsmi səfəri zamanı, sonradan artıq dilimizin əzbərinə çevrilmiş “bir millətin iki dövləti” ifadəsini işlətdi. İndi isə artıq təkcə Türkiyə-Azərbaycan birliyi deyil, sizin də dediyiniz kimi Türk Birliyindən danışılmağa başlanıb.

Zamanla bu, Turan dövlətinin qurulması ideyasına qədər gəldi. Turan ideya deyil, tarixdə olmuş qədim Turan dövlətinə dayanır. Turan dövləti isə miladdan öncələrə, sivilizasiyanın, dövlət mədəniyyətlərinin formalaşmasının ana mərkəzidir. Turanın yenidən qurulması ideyasının sürətlənməsi isə bildiyiniz kimi 44 günlük Vətən savaşından sonra qüvvətləndi. Zəngəzur dəhlizinin açılmasının vacibliyi, Rusiya imperiyasının, İranın gizli və açıq şəkildə açılmasına əngəl olmağa çalışması da Turan ideyasından qaynaqlanır. Xatırlayırsınızsa, hörmətli Ərdoğanın söylədiyi bir şeir parçası qonşu dövlətdə ciddi qarşılandı, pis bir şəkildə etiraz etdilər. Azərbaycan Prezidenti hörmətli İlham Əliyev isə ilk dəfə çox sərt bir şəkildə İrana sözünü dedi, lazımi xəbərdarlığını etdi. Bütün bunların arxasında Türk Birliyi və Turan qurulmasına əngəl olmağa çalışan güclər görünməkdədir.

Allahdan, bu gün Azərbaycan və Türkiyə yetəri qədər gücləndiklərindən bu dövlətlərin birliyinin önündə ciddi əngəllər qalmayıb. Əngəl olmaq, sabotaj etmək istəyən güclər də dayanmırlar. Mümkün olan və olmayan bütün vasitələrə əl atırlar. Yanvar ayında qardaş Qazaxıstanda baş verənlər də bu əngəl olmağın, güc nümayişinin tərkib hissəsi idi. Oradakı qətliamlar, Rusiyanın başını çəkdiyi KTMT ordusunun soxulması adi bir şey deyildi. Türkiyə və Azərbaycana xəbərdarlıq idi. Cavabı isə Antaliyadakı zirvəyə Nazarbayevin gətirilməsi ilə verildi. Və ya Ermənistanda baş verənlər. Bütün bunların hamısı Turan və Türk Birliyinə əngəl olmaq üçündür. Təsadüfi deyil ki, mən canlı TV efirlərindən də ayıq-sayıq olmağa çağırış edirəm. Ölkəmizi içəridən də qarışdırmaq üçün müxtəliv (A, B, C) variantlar işə salınmaqdadır. Xüsusən, 2020-ci ilin noyabr ayında ölkəmizə girməsinə icazə verilmiş rus ordusu sıxıntı mənbəyidir. Başdan da müsahibə və məqalələrimizdə dediyimiz kimi, o ordu bir gecə ermənilərin adı ilə ərazilərimizə soxula bilər. Şübhəsiz, indi bu ehtimal çox azdır. Çünki qardaş Türkiyə hərbçilərinin də dəstəyi ilə nizamlı, donatılmış, çevik bir Azərbaycan ordusu var artıq. Şükrlər olsun!

Mən Turana xəyal kimi baxan yox, mütləq yaradıcılığına inanan insanam. Turanın sağlam təməlini Türkiyə və Azərbaycan birlikdə tökməkdədir. Rusiya imperiyasının çöküşü də bu ideyanın gerçəkləşməsində əhəmiyətli rol alacaq. ABŞ və İngiltərə strateqləri artıq anlayırlar ki, türk milləti ilə dost olaraq dünyada daha yaxşı inkişaf edəcəklər.





 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
13 rəqəmi bataqlıqda can verən Azərbaycan elminə nəhs deyil, nəsə gətirəcəkmi..?
25-06-2022, 14:02
“Borçalıda dini təsirini itirməsi Azərbaycanın ciddi strateji səhvi idi” - NƏ ETMƏLİ?
25-06-2022, 14:00
“Lapşinlə bağlı məsələni İnterpol vasitəsilə yenidən qaldırmaq lazımdır” - HƏQİQƏTƏN DƏ...
25-06-2022, 12:26
Ermənistanda hökumətlə mərkəzi bank arasında gətginlik: - kredit verilmir
25-06-2022, 12:19
Araik Arutyunyan İrəvanda – Paşinyanla iclasa qatıldı
25-06-2022, 12:16
“Uzun və dərin qlobal iqtisadi böhrana hazır olmaq lazımdır” - ekspertdən UYARI
25-06-2022, 12:14
Altı məktəbin direktor müavinləri işdən çıxarıldı - SƏBƏB
25-06-2022, 12:04
Niyazi Bayramovun Şöhrəddin Verdiyevlə ŞƏRİK TALANI... - İLGİNC FAKTLAR
25-06-2022, 12:02
Vüsalə Əlizadə bahalı maşınını reklam etdi
25-06-2022, 12:00
“AZVİRT” MMC şefinin qardaşından ÖZBAŞINALIQ... - Nazirə müraciət olundu
25-06-2022, 11:53
Mülayim şimal-qərb küləyi arabir güclənəcək - Belə deyirlər...
25-06-2022, 11:51
Nizami rayonunda yenə su yoxdur... - GİLEY
25-06-2022, 11:43
"Rusiya ordusu 34 700-ə qədər canlı qüvvə itirib" - Ukrayna Baş Qərargahı
25-06-2022, 11:39
“Bu insanları tərbiyə etmək üçün bir əlində Quran, o biri əlində qılınc olmalıdır...” - Baba Vəziroğlu
25-06-2022, 11:36
"Müharibənin gedişi Vladimir Putinin səhhətindən asılı olacaq" - Ukrayna kəşfiyyatı
25-06-2022, 11:29
Sabiq məmurun oğlu buna görə həbs olundu
25-06-2022, 11:19
Azərbaycan kommunistlərinin lideri Ukraynadan DANIŞDI və SƏRSƏMLƏDİ: - "İşğal faktı yoxdur"
25-06-2022, 11:12
Aqil Abbasdan Xeyrəddin Qocaya CAVAB: - “Ona vaxtilə böyük vəzifə təklif etdilər, amma..."
25-06-2022, 11:07
Lerik polisi tədbir keçirib
25-06-2022, 11:03
Bakıda oturub, mühacir mediadan dəstək istədi, "ilişdiyini" görüb "nala-mıxa" vurmağa başladı... - İLGİNC
25-06-2022, 11:01
Arif Qaraşov Eldar Mahmudovdan Prezidentə şikayət yazıb - "ƏMLAKLARIMI ƏLİMDƏN ALIB..."
25-06-2022, 10:47
Deputatın GİLAS SÖHBƏTİ komiklərə MALZƏMƏ OLDU - VİDEO
25-06-2022, 10:36
“Azərbaycan ordusu Zəngəzuru götürməlidir” - Deputatdan ÇAĞIRIŞ
25-06-2022, 10:31
“Ermənilərin xoşbəxtliyi Azərbaycanın əlindədir” - BU FAKTDIR!!!
25-06-2022, 10:29
Kremlin antierməni ritorikası arxasındakı motiv - Rusiya “valı” dəyişir
25-06-2022, 10:20
Ərdoğanın bu açıqlaması Türkiyədə gündəm oldu - VİDEO
25-06-2022, 10:18
“Paşinyan çətin vəziyyətdədir, ona kömək etməliyik” çağırışı - EHTİYAC VARMI?
25-06-2022, 10:15
"Rusiyanın bir neçə generalı vəzifədən uzaqlaşdırılıb" - Britaniya kəşfiyyatı
25-06-2022, 10:14
Ermənistanda hərbçilər qəzaya düşdü - Ölən və yaralananlar var
25-06-2022, 10:12
Qarabağ separatçılarının ətrafındakı həlqə daralır - ölkəmizə diş qıcayanlar üçün "əcəl zəngi"
25-06-2022, 10:09
Füzulidə ermənilərin atıb qaçdıqları raket sistemi aşkarlanıb
25-06-2022, 10:01
"Bizə lazımdır ki, haqq öz yerini tapsın..." - Prezidentə müraciət olundu
25-06-2022, 10:00
Cənubi Qafqazda ən böyük büdcə də, ən az orta maaş da Azərbaycandadır - elə bu fakt KORRUPSİYANI İFADƏ EDİR
25-06-2022, 09:52
Terrorçuların siyahısına salınan erməni jurnalist danışdı: - “Doğma Qazaxıstana icazəsiz gələcəm”
25-06-2022, 09:51
Gəncədə QIZIL AYPARA adı altında DƏLƏDUZLUQ... - NƏ BAŞ VERİR?
25-06-2022, 09:49
Yardımlıda 1 tondan artıq narkotik tərkibli bitki məhv edilib
25-06-2022, 09:43
"Hakim üstümə qışqırıb, danışmağa imkan vermirdi..." - GİLEY
25-06-2022, 09:42
Separatçıların verdiyi “texniki baxış qəbzi” Ermənistanda etibarsız sayıldı - FOTO
25-06-2022, 09:34
"Mənim təfəkkürümə uyğun bir verilişdir"
25-06-2022, 09:31
BU NƏDİ BELƏ: Qarabağda ermənilərin müqavimət ocaqları formalaşıb... - Daşnak deputat
25-06-2022, 09:25
“Övladlarım məni rəzil etmədi, mən də onları utandırmaq istəmirəm...”
25-06-2022, 09:23
Ağdaşda anbar və mağazadan oğurluq edən şəxslər saxlanılıb - FOTO
25-06-2022, 09:17
Məhəbbət Kazımovun doğulduğu kənd: Aşağı Çorman... - VİDEO
25-06-2022, 09:15
Azərbaycanda SAXTA PENSİYA BİZNESİ... - İLGİNC İDDİALAR...
25-06-2022, 09:10
Baş nazirdən dövlət qulluğu vəzifələri ilə bağlı - QƏRAR
25-06-2022, 09:07
Lavrovun Bakı səfərinin aydınlıq gətirməli olduğu əsas sual - AKTUAL
25-06-2022, 09:05
Manatı başlı-başına BURAXA BİLƏRİKMİ?.. - Ekspert danışır
25-06-2022, 09:03
Sumqayıtda çalış xəstə düşmə... - Çünki səhiyyə sisteminin özü xəstədir...
25-06-2022, 08:55
Rusiyanın “qorxulu röyası”: - “Türk NATO-su” qurulur
25-06-2022, 08:52
Əmrullayevin REPETİTOR DƏRDİ... - Nazir DÜZMÜ BUYURUR?
25-06-2022, 08:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru