
Qarabağdakı revanşist erməni dairələrində Ermənistandakı “müqavimət” hərəkatına dəstək ssenariləri müzakirə olunur. Bəzi yerli aksiyaların - şagirdlərin “Oyan, Lao” fləşmobu və digər tədbirlərin keçirilməsinə baxmayaraq separatçı müxalifət hesab edir ki, daha təsirli aksiyalar təşkil etmək, Qarabağın başlayan hərəkatı dəstəklədiyini və Ermənistanda Nikol Paşinyanın istefası tələbi ilə keçirilən etiraz aksiyalarına qoşulduğunu göstərmək lazımdır.
DİA.AZ moderator.az-a istinadla xəbər verir ki, bu haqda “Hraparak” qəzeti yazır.
“Söhbət hansı konkret hərəkətlərdən - avtomobil yürüşündən və ya başqa bir şeydən getdiyini Qarabağdakı mənbələrimiz hələ dəqiqləşdirməyiblər. Çünki birincisi, yekun qərar yoxdur. Və üstəlik, belə planları açıqlamaq istəmirlər ki, Paşinyan Artsax hakimiyyətinin köməyi ilə onların qarşısını almağa çalışmasın”, – deyə erməni qəzet yazır.