Avro və lirə ucuzlaşır, dollar “yerində sayır”: Manatı nə gözləyir? .....                     Biznesmen deputatlar: Ev, saat, qızıl, tozsoran satan millət vəkilləri... .....                     Məşhur meyxanaçıya AĞIR CƏZA .....                     Göyçayda qanunsuz küçə ticarəti ilə məşğul olanlar barəsində inzibati tədbirlər görülüb .....                     Daha bir ölkə rus qoşunlarını ərazisindən çıxarmağa çalışır .....                     "O, toylarda göbək rəqsi oynayan olub" .....                     Bu məhsullar niyə sürətlə bahalaşır? .....                     "Ondan sonra mən məşhurlaşdım, efirlərə çıxdım" .....                     "Anatolian Phoenix - 2022” təliminin ərazisinə baxış keçirilib .....                     Azərbaycan komandoları hazırlaşır: maksimum 3-4 günə Qarabağda... .....                     ETSN Bakıdakı YAŞIL TERRORU .....                     Ermənistan aeroportunda mina həyəcanı .....                     Kremldən danışıqlar prosesinə zərbə .....                     "Cinsi azlığın nümayəndələri həm azərbaycanlılıqdan, həm müsəlmalılıqdan uzaqdılar" .....                     Ekstrasensdən Firudin Qurbansoya SƏRT İTTİHAM: .....                     Tanınmış xanımlar Azər Axşamı TOPA TUTDULAR: .....                     “Prokurorluq, DİN və DTX-nin peşəkarları ilə birgə xüsusi qruplar yaratmışıq” .....                     Ağdərədəki bic “rus icması”, Satenikin “mənasız ölən” oğlu və Xankəndiyə girmək təklifi .....                     Ukraynada dinc sakini qətlə yetirən Rusiya hərbçisi təqsirini etiraf edib .....                     Fikrət Əmirovun nəvəsi işə gedərkən qəfil öldü .....                     Sabah dollar neçəyə olacaq? .....                     Filarmoniyada fəaliyyətə göstərən restoran rəhbərliyi barəsində tədbir görüləcək .....                     Kəmaləddin Heydərovun SANILI GÜNLƏRİ QALIB... .....                     Tibb müəssisələrində qanunsuz transplantasiyaya görə yeni cəzalar müəyyənləşir .....                     QİDA-mız MİDA-mızı, MİDA-mız da QİDA-mızı YANDIRIR... .....                     "Qarabağda erməni və azərbaycanlının belə yaxın dayandığını ilk dəfə gördüm..." .....                     Elektron məlumat bazasını sildiyi iddia edilən sabiq direktor danışdı: .....                     "Martdan bu yana 1 qəpik sahibi deyiləm" .....                     Ermənistan vəziyyəti gərginləşdirir: müharibə yenidən başlaya bilər .....                     "9 aydır ki, ödədiyim məbləğin qaytarılmasını tələb etsəm də..." .....                     Azərbaycanda son sutkada 5 nəfər koronavirusa yoluxub, .....                     Azərbaycan benzinə olan tələbatını ödəyə bilərmi? .....                     Şəmkirdə dostlar arasında qanlı dava: "Gördüm gücüm çatmır..." .....                     Nura Suri məşhur narkobaronun qardaşı ilə .....                     "Azərbaycan heç bir ölkədən almadığı rüsumu yalnız bizdən alır" .....                     Meyxanada çürük xurafat düşüncədən istifadə edirlər .....                     Kağız üzərindən ƏDV-nin götürülməsi nə vəd edir? .....                     Milli Məclisin komitələrinin Şuşada keçiriləcək birgə iclasının gündəliyi açıqlanıb .....                     Kəmaləddin Heydərov bu polkovniki rəis təyin etdi .....                     Azərbaycan Ordusunun rabitə hissə və bölmələri ilə kompleks məşqlər keçirilir .....                 

Azərbaycan Avropaya doğru, amma: dayana-dayana, çəkinə-çəkinə - İNCƏLƏMƏ...
Tarix: 14-05-2022, 10:41 | Çap et
Azərbaycan Avropaya doğru, amma: dayana-dayana, çəkinə-çəkinə
Azərbaycan 2009-ci il mayından Avropa İttifaqının (Aİ) “Şərq Tərəfdaşlığı” Proqramında iştirak edir. “Şərq Tərəfdaşlığı” Proqramı Aİ-yə üzv ölkələrlə, onun Şərq qonşuları - Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna arasında əlaqələrin dərinləşdirilməsinə, gücləndirilməsinə yönəlmiş birgə siyasi təşəbbüsdür.

Sonradan Belarus bu proqramda iştirakını dayandırsa da, digər beş dövlət iştirakını davam etdirir. Bu ölkələrdən Gürcüstan, Moldova, Ermənistan və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb. Ötən ilin dekabrında “Şərq Tərəfdaşlığı” Proqramının VI sammiti çərçivəsində Avropa İttifaqına üzv dövlətlər və “Şərq Tərəfdaşlığı” ölkələri regionda sabitliyin və əməkdaşlığın möhkəmlənməsinə sadiq olduqlarını təsdiq etmək, ortaq dəyərlər əsasında gələcək prioritet və planları müəyyənləşdirmək üçün bir araya gəliblər.

Yeni Azərbaycan Partiyasının (YAP) son qurultayında çıxışı zamanı Prezident İlham Əliyev bəyan edib ki, Azərbaycan Aİ ilə sıx əlaqələr qurmağa nail olub: “Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb. Avropa İttifaqı ilə bərabərhüquqlu saziş üzərində işləyirik, bu saziş artıq 90 faiz razılaşdırılıb. Əlbəttə ki, pandemiya və müharibə bu işlərə bir az müdaxilə etdi. Yaxın gələcəkdə bu danışıqlar bərpa ediləcək”.

Bu günlərdə Bakıda keçirilən Avropa Gününə həsr olunmuş tədbirdə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev qeyd edib ki, Aİ və Azərbaycan fəal əməkdaşlıq edir və rəsmi Bakı bu əməkdaşlığı artırmaq niyyətindədir.

Bəs, görəsən, Avropa İttifaqı ilə Azərbaycan arasında sazişin imzalaması niyə yubanır? Buna mane olan səbəblər nədir: Rusiyanın təzyiqləri, yoxsa fikir ayrılıqları? Dia.az xəbər verir ki, AYNA mövzunu ekspertlərlə müzakirə edib.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun dediyinə görə, Azərbaycanla Aİ arasında sazişin yubanması əsasən ticarət amili ilə əlaqədardır: “Hazırda Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər “Şərq Tərəfdaşlığı” Proqramı üzrə davam edir. Biz bu proqramın şərtlərinə nəzə yetirsək, görərik ki, orada təmsil olunan ölkələrin əksəriyyətində iqtisadiyyatın strukturu fərqlidir. Bu fərqlilik ondan irəli gəlir ki, onlar Avropa İttifaqına daxil olan ölkələr arasında ticarət mübadiləsinin genişlənməsinə çalışırlar. Demək olar ki, hər bir Avropa İttifaqı ölkəsi öz bazarını Avropa məhsulları üçün açıq elan edir”.

“Bu isə öz növbəsində müəyyən rikslər yaradır. Azərbaycan Avropaya əsasən enerji daşıyıcıları ixrac edir. Azərbaycan öz neftini və qazını onsuz da Avropaya sata bilir. Əgər biz Azərbaycan bazarını Avropa İttifaqı ölkələrinin üzünə açsaq, o zaman bizim daxili istehsalımız iflic vəziyyətinə düşəcək. Digər dövlətlərin təcrübəsində dəfələrlə buna şahid olmuşuq”, - deyə həmsöhbətimiz bildirib.

Əlavə edib ki, bu gün İsveçrə və Norveç Aİ-nin üzvü deyil: “Ona görə üzvü deyillər ki, hər ikisi kifayət qədər sərvətlərə sahibdir. Əgər onlar İttifaqa üzv olarsa, üzərinə müəyyən öhdəliklər götürmüş olacaqlar. Digər ölkələrə dəstək göstərmək məcburiyyəti qarşısında qalacaqlar. Onlar bəyan edirlər ki, biz onsuz da istədiyimiz Avropa və qeyri-Avropa ölkəsinə dəstək göstəririk, lakin bununla bağlı öhdəlik götürmək niyyətində deyilik”.

“Azərbaycanla da bağlı oxşar vəziyyətdir. Təsəvvür edin ki, Azərbaycan belə bir öhdəlik götürsə, yerli istehlakçılar, məsələn, Gədəbəy kartofunu yox, Polşadan idxal olunan kartofu alacaqlar. Çünki orada qiymətlər bizdən daha ucuzdur. Belə olacağı təqdirdə Gədəbəyin fermerləri işsiz qalacaq. Bu da öz növbəsində məşğulluğun və vergilərin azalmasına gətirib çıxaracaq. Bəzi dövlətlər ona görə Avropa İttifaqına daxil olurlar ki, müəyyən üstünlük və dotasiya əldə etsinlər. Azərbaycanın isə buna ehtiyacı yoxdur. Məhz elə bu səbəbdən də Azərbaycanla Avropa İttifaqı arasında sazişin imzalanması yubanır”, - deyə sabiq nazir söyləyib.

Rusiya amilinin məsələyə təsirindən danışan Zülfüqarov bunun siyasi baxımdan düzgün yanaşma olmadığını deyib: “Sözsüz, Rusiya da arzulayır ki, Azərbaycana və digər ölkələrə öz məhsullarını ixcrac etsin. Bundan kənarda Moskvanın “Şərq Tərəfdaşlığı” Proqramı ilə bağlı hər hansı ciddi narahatlığı yoxdur. Təbii ki, Azərbaycanla Avropa İttifaqı arasında saziş imzalanacaq. Bir məqamı da qeyd edim ki, “Şərq Tərəfdaşlığı” ölkələrindən yeganə dövlət Azərbaycandır ki, Ümumdünya Ticarət Təşkilatının üzvü deyil. Biz ona görə ora üzv olmuruq ki, üzərimizə öhdəlik götürmək istəmirik. Hesab edirəm ki, bu, kifayət qədər düzgün və əsaslandırılmış bir qərardır”.

“Turan” İnformasiya Agentliyinin direktoru, politoloq Mehman Əliyev isə fərqli düşünür. Onun fikrincə, rəsmi Bakı bunda maraqlı deyil və buna görə də sazişin imzalanması yubanır: “Məhz elə bu səbəbdəndir ki, digər dörd ölkə bu sazişi imzalasa da, biz hər vəclə yayınırıq. İllərdir bu məsələ müzakirə olunsa da, reallaşmır. Azərbaycan hökuməti Avropa İttifaqı ilə münasibətlər adı altında imitasiya ilə məşğuldur. Hər dəfə müxtəlif bəhanələrlə bundan yayınmağa çalışır. Ona görə ki, bu quruma üzv olan ölkələr üzərinə müəyyən öhdəliklər götürürlər. Həmin öhdəliklərdən biri də demokratik islahatlarla bağlıdır. Bu, həm iqtisadi, həm siyasi, həm də məhkəmə islahatları ilə əlaqədardır. Bu islahatları aparmaq isə Azərbaycan hökumətinin mənafeyinə cavab vermir”.

“Son dövrlər qəbul edilən qanunlar bir daha göstərir ki, Azərbaycan iqtidarı Qərbə inteqrasiyada maraqlı deyil. Təsəvvür edin ki, “Media haqqında” yeni qanun qəbul edildi və bu, özündən əvvəlkindən də mürtəce qanundur. Vəziyyəti düzəltmək əvəzinə daha da pisləşdirirlər. Ölkədə sərbəst toplaşmaq azadlığı yoxdur, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə maneçiliklər yaradılır”, - deyə müsahibimiz vurğulayıb.

Əliyevin qənaətincə, bütün bunlar onu göstərir ki, müxtəlif bəhanələr səsləndirilsə də, əslində hakimiyyət bu sazişi imzalamaq niyyətində deyil: “O ki qaldı Rusiya amilinə, bunlar tamamilə mənasız iddialardır. Ermənistan sazişi imzaladı, Rusiya ona nə etdi ki, Azərbaycana da nə etsin?! “Şərq Tərəfdaşlığı” Proqramı NATO deyil ki, Rusiya bundan narahat olsun. Son hadisələrə qədər Rusiyanın Avropa ilə daha ciddi münasibətləri var idi, nəinki Azərbaycanın”.





 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Avro və lirə ucuzlaşır, dollar “yerində sayır”: Manatı nə gözləyir? - AKTUAL
Dünən, 19:00
Biznesmen deputatlar: Ev, saat, qızıl, tozsoran satan millət vəkilləri... - BAZAR OLSUN!..
Dünən, 18:19
Məşhur meyxanaçıya AĞIR CƏZA - 7 il 6 ay
Dünən, 18:14
Göyçayda qanunsuz küçə ticarəti ilə məşğul olanlar barəsində inzibati tədbirlər görülüb
Dünən, 18:12
Daha bir ölkə rus qoşunlarını ərazisindən çıxarmağa çalışır
Dünən, 18:11
"O, toylarda göbək rəqsi oynayan olub" - Xalq artistindən iddialı açıqlama
Dünən, 17:52
Bu məhsullar niyə sürətlə bahalaşır? - Ekspert danışır
Dünən, 17:50
"Ondan sonra mən məşhurlaşdım, efirlərə çıxdım"
Dünən, 17:44
"Anatolian Phoenix - 2022” təliminin ərazisinə baxış keçirilib - VİDEO
Dünən, 17:40
Azərbaycan komandoları hazırlaşır: maksimum 3-4 günə Qarabağda... - Polkovnikdən SENSASİYA
Dünən, 17:35
ETSN Bakıdakı YAŞIL TERRORU TƏSDİQLƏDİ
Dünən, 17:32
Ermənistan aeroportunda mina həyəcanı
Dünən, 17:26
Kremldən danışıqlar prosesinə zərbə - “Bundan sonra razılaşmaq mümkün olmayacaq”
Dünən, 17:22
"Cinsi azlığın nümayəndələri həm azərbaycanlılıqdan, həm müsəlmalılıqdan uzaqdılar" - deputat
Dünən, 17:19
Ekstrasensdən Firudin Qurbansoya SƏRT İTTİHAM: - "Savadsızdır"
Dünən, 17:17
Tanınmış xanımlar Azər Axşamı TOPA TUTDULAR: - Onun cinsiyyəti...
Dünən, 17:15
“Prokurorluq, DİN və DTX-nin peşəkarları ilə birgə xüsusi qruplar yaratmışıq” - Kamran Əliyev
Dünən, 17:13
Ağdərədəki bic “rus icması”, Satenikin “mənasız ölən” oğlu və Xankəndiyə girmək təklifi - NƏ BAŞ VERİR?
Dünən, 17:11
Ukraynada dinc sakini qətlə yetirən Rusiya hərbçisi təqsirini etiraf edib
Dünən, 17:10
Fikrət Əmirovun nəvəsi işə gedərkən qəfil öldü
Dünən, 17:02
Sabah dollar neçəyə olacaq?
Dünən, 17:00
Filarmoniyada fəaliyyətə göstərən restoran rəhbərliyi barəsində tədbir görüləcək - Nazirlik
Dünən, 16:58
Kəmaləddin Heydərovun SANILI GÜNLƏRİ QALIB... - İDDİA
Dünən, 16:56
Tibb müəssisələrində qanunsuz transplantasiyaya görə yeni cəzalar müəyyənləşir - DETALLAR
Dünən, 16:53
QİDA-mız MİDA-mızı, MİDA-mız da QİDA-mızı YANDIRIR... - Nə ondan, nə da bundan... YARIMADIQ!
Dünən, 16:51
"Qarabağda erməni və azərbaycanlının belə yaxın dayandığını ilk dəfə gördüm..." - VİDEO
Dünən, 16:48
Elektron məlumat bazasını sildiyi iddia edilən sabiq direktor danışdı: - "Bu, həqiqət deyil"
Dünən, 16:43
"Martdan bu yana 1 qəpik sahibi deyiləm"
Dünən, 16:41
Ermənistan vəziyyəti gərginləşdirir: müharibə yenidən başlaya bilər - Başqa yolu YOXDUR!
Dünən, 16:39
"9 aydır ki, ödədiyim məbləğin qaytarılmasını tələb etsəm də..." - NARAZILIQ!
Dünən, 16:37
Azərbaycanda son sutkada 5 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
Dünən, 16:35
Azərbaycan benzinə olan tələbatını ödəyə bilərmi? - AKTUAL
Dünən, 16:34
Şəmkirdə dostlar arasında qanlı dava: "Gördüm gücüm çatmır..." - TƏFƏRRÜAT
Dünən, 16:30
Nura Suri məşhur narkobaronun qardaşı ilə - FOTO
Dünən, 16:29
"Azərbaycan heç bir ölkədən almadığı rüsumu yalnız bizdən alır" - ETİRAZ
Dünən, 16:14
Meyxanada çürük xurafat düşüncədən istifadə edirlər - Murad Köhnəqala
Dünən, 16:12
Kağız üzərindən ƏDV-nin götürülməsi nə vəd edir? - ARAŞDIRMA
Dünən, 16:11
Milli Məclisin komitələrinin Şuşada keçiriləcək birgə iclasının gündəliyi açıqlanıb
Dünən, 16:09
Kəmaləddin Heydərov bu polkovniki rəis təyin etdi - ƏMR
Dünən, 16:08
Azərbaycan Ordusunun rabitə hissə və bölmələri ilə kompleks məşqlər keçirilir
Dünən, 16:06
Gənclər və İdman Nazirliyində yoxlamalar başa çatıb - AÇIQLAMA
Dünən, 16:04
Putini “Ukrayna cəhənnəmi”nə kim sürüklədi? Həm özünü həm də Rusiyanı batırır...
Dünən, 15:22
Yeyinti var: Bu dəfə Mərdan Camalovun kadrı... - İDDİA
Dünən, 15:19
“Azərbaycan Milan Məhkəməsində ermənilərə və bədxahlarımıza qalib gəldi!” – Elxan Süleymanovdan ilginc açıqlamalar
Dünən, 15:15
Bizdə restavrasiya adı ilə tarixi abidəni məhv edirlər - Həvəskar araşdırmaçı
Dünən, 15:10
“Vətəndaşlar məmura inanmır” - Razi Nurullayev
Dünən, 15:08
“"Üzdəniraq"lar cəmiyyətin "otxod"larıdır, təqib edilməli, izolyasiya olunmalıdırlar” - deputat
Dünən, 15:06
Vətən müharibəsində yaralanmış
Dünən, 15:05
Bahalı biletlər də bəs etmədi: - Cahangir Əsgərov yenə pul qopartmaq istəyir
Dünən, 15:04
Rusiya 34 fransalı diplomatı “arzuolunmaz şəxs” elan edib
Dünən, 15:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru