Avro və lirə ucuzlaşır, dollar “yerində sayır”: Manatı nə gözləyir? .....                     Biznesmen deputatlar: Ev, saat, qızıl, tozsoran satan millət vəkilləri... .....                     Məşhur meyxanaçıya AĞIR CƏZA .....                     Göyçayda qanunsuz küçə ticarəti ilə məşğul olanlar barəsində inzibati tədbirlər görülüb .....                     Daha bir ölkə rus qoşunlarını ərazisindən çıxarmağa çalışır .....                     "O, toylarda göbək rəqsi oynayan olub" .....                     Bu məhsullar niyə sürətlə bahalaşır? .....                     "Ondan sonra mən məşhurlaşdım, efirlərə çıxdım" .....                     "Anatolian Phoenix - 2022” təliminin ərazisinə baxış keçirilib .....                     Azərbaycan komandoları hazırlaşır: maksimum 3-4 günə Qarabağda... .....                     ETSN Bakıdakı YAŞIL TERRORU .....                     Ermənistan aeroportunda mina həyəcanı .....                     Kremldən danışıqlar prosesinə zərbə .....                     "Cinsi azlığın nümayəndələri həm azərbaycanlılıqdan, həm müsəlmalılıqdan uzaqdılar" .....                     Ekstrasensdən Firudin Qurbansoya SƏRT İTTİHAM: .....                     Tanınmış xanımlar Azər Axşamı TOPA TUTDULAR: .....                     “Prokurorluq, DİN və DTX-nin peşəkarları ilə birgə xüsusi qruplar yaratmışıq” .....                     Ağdərədəki bic “rus icması”, Satenikin “mənasız ölən” oğlu və Xankəndiyə girmək təklifi .....                     Ukraynada dinc sakini qətlə yetirən Rusiya hərbçisi təqsirini etiraf edib .....                     Fikrət Əmirovun nəvəsi işə gedərkən qəfil öldü .....                     Sabah dollar neçəyə olacaq? .....                     Filarmoniyada fəaliyyətə göstərən restoran rəhbərliyi barəsində tədbir görüləcək .....                     Kəmaləddin Heydərovun SANILI GÜNLƏRİ QALIB... .....                     Tibb müəssisələrində qanunsuz transplantasiyaya görə yeni cəzalar müəyyənləşir .....                     QİDA-mız MİDA-mızı, MİDA-mız da QİDA-mızı YANDIRIR... .....                     "Qarabağda erməni və azərbaycanlının belə yaxın dayandığını ilk dəfə gördüm..." .....                     Elektron məlumat bazasını sildiyi iddia edilən sabiq direktor danışdı: .....                     "Martdan bu yana 1 qəpik sahibi deyiləm" .....                     Ermənistan vəziyyəti gərginləşdirir: müharibə yenidən başlaya bilər .....                     "9 aydır ki, ödədiyim məbləğin qaytarılmasını tələb etsəm də..." .....                     Azərbaycanda son sutkada 5 nəfər koronavirusa yoluxub, .....                     Azərbaycan benzinə olan tələbatını ödəyə bilərmi? .....                     Şəmkirdə dostlar arasında qanlı dava: "Gördüm gücüm çatmır..." .....                     Nura Suri məşhur narkobaronun qardaşı ilə .....                     "Azərbaycan heç bir ölkədən almadığı rüsumu yalnız bizdən alır" .....                     Meyxanada çürük xurafat düşüncədən istifadə edirlər .....                     Kağız üzərindən ƏDV-nin götürülməsi nə vəd edir? .....                     Milli Məclisin komitələrinin Şuşada keçiriləcək birgə iclasının gündəliyi açıqlanıb .....                     Kəmaləddin Heydərov bu polkovniki rəis təyin etdi .....                     Azərbaycan Ordusunun rabitə hissə və bölmələri ilə kompleks məşqlər keçirilir .....                 

İrəvan yenə Bakı ilə təkbətək qala bilər - NƏ BAŞ VERİR?
Tarix: 14-05-2022, 09:04 | Çap et
İrəvan yenə Bakı ilə təkbətək qala bilər
Başı ciddi şəkildə və uzun müddətə Ukraynaya qarışan Rusiya Güney Qafqaza yönəlik diplomatik fəallığını artırıb. Bu fəallığın bölgəmizin faydasına olub-olmayacağını yəqin ki, az sonra biləcəyik. Söhbət ən əvvəl Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına, sərhədlərin dəqiqləşməsi prosesinə Moskvanın nə dərəcədə töhfə vermək istəməsindən gedir.

Xəbər verildiyi kimi, srağagün Rusiya baş nazirinin müavini, Ermənistan və Azərbaycan nümayəndələrinin də daxil olduğu və regionda kommunikasiyaların açılması üzrə üçtərəfli İşçi Qrupunun Rusiyadan olan həmsədri Aleksey Overçukun başçılıq elədiyi nümayəndə heyəti Ermənistana səfər edib. Nümayəndə heyətinin tərkibinə xarici işlər nazirinin müavini Andrey Rudenko da daxildir. Qonaqları baş nazir Nikol Paşinyan qəbul edib.

Xatırladaq ki, az öncə Overçuk Bakıda olmuş, Prezident İlham Əliyev tərəfindən qəbul edilmişdi. Bununla belə, bölgədə kommunikasiyaların açılması hələ də yubanır. Halbuki bu barədə 10 noyabr 2020 və 11 yanvar 2021-ci il üçtərəfli bəyanatlarında konkret bəndlər var. Başqa sözlə, Rusiya səmimi şəkildə regionda nəqliyyat-kommunikasiya xətlərinin açılmasında maraqlıdırsa, nəticə çoxdan ortada olmalı idi.

Srağagün həmçinin Düşənbədə Azərbaycan və Rusiya XİN rəhbərləri - Ceyhun Bayramov və Sergey Lavrov arasında ikitərəfli, ardınca isə Ermənistan XİN başçısı Ararat Mirzəyanın iştirakı ilə üçlü görüş keçirilib. Eyni gündə məlumat yayılıb ki, mayın 16-17-də Moskvada sərhədlərin delimitasiyası ilə bağlı Azərbaycan və Ermənistan komissiyaları arasında ilk görüş olacaq.

*****

Avropanın, Brüsselin ardınca Kremlin diplomatik fəallığı öz yerində, fakt odur ki, İrəvan hələ ki, nə Azərbaycanla sülh müqaviləsinin əsasında duracaq 5 məlum prinsiplə bağlı birmənalı razılıq bildirib, nə də sərhədlərin dəqiqləşməsi üzrə Bakının haqqında bəyan elədiyi xəritələrə müsbət yanaşır. Bu da o anlama gəlir ki, Ermənistan əslində sülh haqqında bəyanatlarla sadəcə, vaxt uzatmaqla məşğuldur. Paşinyanın təzəcə başa çatan Hollandiya səfəri buna şübhə saxlamadı.

Görünür, İrəvan nə vaxtsa onun üçün daha məqbul şərtlər formalaşacağına ümid edir. Bu isə gözlənilmir. Əksinə, zaman İrəvanın ziyanına işləyir. O mənada ki, blokada davam elədikcə onun iqtisadi-maliyyə durumu daha da ağırlaşmaqdadır. Demək, masa arxasında güclü mövqedən çıxış eləmək üçün güclü orduya malik olmaq da xəyal olaraq qalacaq. Üstəlik, Ukrayna böhranına girmiş Rusiyanın əvvəlki illərdəki kimi Ermənistana ucuz silahlar vermək, ordu quruculuğunda ona köməklik göstərmək imkanları yoxdur.

Sülh prosesinin ləngiməsi isə Ermənistanı labüd olaraq Azərbaycanla yeni hərbi toqquşamaya aparır. Bu toqquşmadan kapitulyant ölkənin hansı zərbə ala biləcəyi gərək ki, hamıya aydındır. Əksər analitiklərə görə, o zaman rəsmi İrəvanın qabağına Bakı ilə sülh müqaviləsi imzalamaq üçün indikindən qat-qat ağır şərtlər qoyula bilər. Unutmayaq, Bakı bir neçə dəfə açıq bəyan edib ki, onun sülh təklifi sonsuzadək masa üzərində qalmayacaq və əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımayacaqsa, biz də onun ərazi bütövlüyünü tanımayacağıq.

Odur ki, top çoxdan İrəvanın meydanındadır. Vaxt isə çox deyil. Bu yandan da Ermənistanda radikal-revanşist qüvvələrin hökumət əleyhinə davam edən, Türkə nifrətin “fontan vurduğu” aksiyalar İrəvanın yeganə düzgün yolla bağlı seçiminə əlavə əngəl yaratmaqdadır. Ancaq bu artıq bizim - Azərbaycanın problemi deyil. Erməni xalqının, onun seçdiyi hakimiyyətin, erməni siyasi elitasının problemidir...

*****

“Zənnimcə, çox təhlükəli proseslər gedir və onların bir neçə məqsədi var, ən təhlükəlisi isə Azərbaycan və Türkiyəni Ermənistana qarşı hərbi əməliyyatlara başlamasına birbaşa təhrik etməkdir”.

Bunu Ermənistanın keçmiş deputatı Arman Babacanyan danışıb.

Dözümsüzlüyün ritorikası, türklərə qarşı nifrət Ermənistan ərazisinə xəbərdarlıq zərbəsi endirmək üçün əsas yarada bilər. Beləliklə beynəlxalq ictimaiyyət də Şuşa, Hadrut və digər əraziləri qaytarmaq niyyətində olduqlarını bəyan edən revanşistlərin Ermənistanda hakimiyyəti ələ almağa çalışdıqlarını görəcək”, - deyə o qeyd edib.

Babacanyanın sözlərinə görə, ermənilərin Haaqada nəzərdən keçirilən iddiası artıq ləğv edilib. “Siz başa düşürsünüz ki, Haaqada nəzərdən keçirilən nifrət və dözümsüzlükdən bəhs edən iddiamız İrəvanın mərkəzində ”türk" sözündən mənfi məzmunda istifadə edilməsi ritorikası ilə aradan qaldırılıb! Rəqiblərimiz bundan çox gözəl yararlanacaqlar", - Babacanyan həyəcanla əlavə edib.

*****

“Belə getsə, Ermənistan Azərbaycan və Türkiyə ilə üz-üzə qalacaq”.

Bu sözləri isə Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-a müsahibəsində deyib.

Onun fikrincə, biz Ermənistandakı aksiyalara elə də fikir verməməliyik: “Bu, onların daxili işidir. Çünki onlar danışıqları bizə yaxşılıq etmək üçün aparmırlar. Yaxşı başa düşürlər ki, əgər danışıq getməsə, Azərbaycan güc tətbiq edib məsələləri həll edəcək. Ona görə də danışıqlar ilk növbədə ermənilərin özlərinə lazımdır. Biz görürük ki, Ermənistan tərəfi hələ də Qarabağa aid hansısa ziddiyyətli fikirlər səsləndirir. De-fakto bu onu göstərir ki, ermənilər Azərbaycan ərazisinə olan iddialarından əl çəkmək istəmirlər. Belə olan halda Zəngəzur mövzusu gündəmə gələcək və məsələ bu və ya digər şəkildə öz həllini tapacaq”.

Politoloqa görə, imzalanacaq sülh müqaviləsinin Qarabağa heç bir aidiyyəti ola bilməz: “Ona görə ki, Qarabağ məsələsi həll olunub. Onun statusu, Azərbaycana aidiyyəti də həll edilib. Azərbaycan Ermənistanla bu mövzunu müzakirə etmək niyyətində deyil. Onlar dünyada gedən prosesləri görürlər. Rusiyanın zəifləməsi və bu ölkənin onların işğalçı siyasətində rolunu yaxşı başa düşürlər. Rusiyanın zəifləməsi onu göstərir ki, bu səhnədən onun çəkilməsi ehtimalı reallaşa bilər. Yəni, real mənzərə hər kəsə bəllidir. Çünki sabahkı situasiyada Ermənistan Azərbaycan və Türkiyə ilə üzbəüz dayanacaq. Bu vəziyyətdə olan Ermənistan Azərbaycana qarşı hansı formada ərazi iddialarından danışa bilər? Bunu görməlidirlər”.

Rusiyanın proseslərə müdaxilə imkanlarına gəlincə, politoloq deyib: “Rusiya üçün gedən prosesləri hər kəs görür. İqtisadi, siyasi, hərbi böhran Rusiya üçün çətin vəziyyət yaradır. Eyni zamanda, Qərb Rusiyaya qarşı təzyiqlərdə israrlıdır. Rusiya bundan sonra öz problemləri ilə məşğul olacaq. Ermənistan indiki mərhələdə Rusiya üçün 15-ci, 20-ci mövzudur. Reallıq belədir. Bu reallıqdan da biz maksimum istifadə etməliyik. Hesab edirəm ki, istifadə də edirik”.

Odur ki, İrəvan nə qədər tez, ora-bura “boylanmadan” yeganə doğru seçimini eləsə, bir o qədər Ermənistanın xilası asanlaşar...
“Yeni Müsavat”






 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Avro və lirə ucuzlaşır, dollar “yerində sayır”: Manatı nə gözləyir? - AKTUAL
Dünən, 19:00
Biznesmen deputatlar: Ev, saat, qızıl, tozsoran satan millət vəkilləri... - BAZAR OLSUN!..
Dünən, 18:19
Məşhur meyxanaçıya AĞIR CƏZA - 7 il 6 ay
Dünən, 18:14
Göyçayda qanunsuz küçə ticarəti ilə məşğul olanlar barəsində inzibati tədbirlər görülüb
Dünən, 18:12
Daha bir ölkə rus qoşunlarını ərazisindən çıxarmağa çalışır
Dünən, 18:11
"O, toylarda göbək rəqsi oynayan olub" - Xalq artistindən iddialı açıqlama
Dünən, 17:52
Bu məhsullar niyə sürətlə bahalaşır? - Ekspert danışır
Dünən, 17:50
"Ondan sonra mən məşhurlaşdım, efirlərə çıxdım"
Dünən, 17:44
"Anatolian Phoenix - 2022” təliminin ərazisinə baxış keçirilib - VİDEO
Dünən, 17:40
Azərbaycan komandoları hazırlaşır: maksimum 3-4 günə Qarabağda... - Polkovnikdən SENSASİYA
Dünən, 17:35
ETSN Bakıdakı YAŞIL TERRORU TƏSDİQLƏDİ
Dünən, 17:32
Ermənistan aeroportunda mina həyəcanı
Dünən, 17:26
Kremldən danışıqlar prosesinə zərbə - “Bundan sonra razılaşmaq mümkün olmayacaq”
Dünən, 17:22
"Cinsi azlığın nümayəndələri həm azərbaycanlılıqdan, həm müsəlmalılıqdan uzaqdılar" - deputat
Dünən, 17:19
Ekstrasensdən Firudin Qurbansoya SƏRT İTTİHAM: - "Savadsızdır"
Dünən, 17:17
Tanınmış xanımlar Azər Axşamı TOPA TUTDULAR: - Onun cinsiyyəti...
Dünən, 17:15
“Prokurorluq, DİN və DTX-nin peşəkarları ilə birgə xüsusi qruplar yaratmışıq” - Kamran Əliyev
Dünən, 17:13
Ağdərədəki bic “rus icması”, Satenikin “mənasız ölən” oğlu və Xankəndiyə girmək təklifi - NƏ BAŞ VERİR?
Dünən, 17:11
Ukraynada dinc sakini qətlə yetirən Rusiya hərbçisi təqsirini etiraf edib
Dünən, 17:10
Fikrət Əmirovun nəvəsi işə gedərkən qəfil öldü
Dünən, 17:02
Sabah dollar neçəyə olacaq?
Dünən, 17:00
Filarmoniyada fəaliyyətə göstərən restoran rəhbərliyi barəsində tədbir görüləcək - Nazirlik
Dünən, 16:58
Kəmaləddin Heydərovun SANILI GÜNLƏRİ QALIB... - İDDİA
Dünən, 16:56
Tibb müəssisələrində qanunsuz transplantasiyaya görə yeni cəzalar müəyyənləşir - DETALLAR
Dünən, 16:53
QİDA-mız MİDA-mızı, MİDA-mız da QİDA-mızı YANDIRIR... - Nə ondan, nə da bundan... YARIMADIQ!
Dünən, 16:51
"Qarabağda erməni və azərbaycanlının belə yaxın dayandığını ilk dəfə gördüm..." - VİDEO
Dünən, 16:48
Elektron məlumat bazasını sildiyi iddia edilən sabiq direktor danışdı: - "Bu, həqiqət deyil"
Dünən, 16:43
"Martdan bu yana 1 qəpik sahibi deyiləm"
Dünən, 16:41
Ermənistan vəziyyəti gərginləşdirir: müharibə yenidən başlaya bilər - Başqa yolu YOXDUR!
Dünən, 16:39
"9 aydır ki, ödədiyim məbləğin qaytarılmasını tələb etsəm də..." - NARAZILIQ!
Dünən, 16:37
Azərbaycanda son sutkada 5 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
Dünən, 16:35
Azərbaycan benzinə olan tələbatını ödəyə bilərmi? - AKTUAL
Dünən, 16:34
Şəmkirdə dostlar arasında qanlı dava: "Gördüm gücüm çatmır..." - TƏFƏRRÜAT
Dünən, 16:30
Nura Suri məşhur narkobaronun qardaşı ilə - FOTO
Dünən, 16:29
"Azərbaycan heç bir ölkədən almadığı rüsumu yalnız bizdən alır" - ETİRAZ
Dünən, 16:14
Meyxanada çürük xurafat düşüncədən istifadə edirlər - Murad Köhnəqala
Dünən, 16:12
Kağız üzərindən ƏDV-nin götürülməsi nə vəd edir? - ARAŞDIRMA
Dünən, 16:11
Milli Məclisin komitələrinin Şuşada keçiriləcək birgə iclasının gündəliyi açıqlanıb
Dünən, 16:09
Kəmaləddin Heydərov bu polkovniki rəis təyin etdi - ƏMR
Dünən, 16:08
Azərbaycan Ordusunun rabitə hissə və bölmələri ilə kompleks məşqlər keçirilir
Dünən, 16:06
Gənclər və İdman Nazirliyində yoxlamalar başa çatıb - AÇIQLAMA
Dünən, 16:04
Putini “Ukrayna cəhənnəmi”nə kim sürüklədi? Həm özünü həm də Rusiyanı batırır...
Dünən, 15:22
Yeyinti var: Bu dəfə Mərdan Camalovun kadrı... - İDDİA
Dünən, 15:19
“Azərbaycan Milan Məhkəməsində ermənilərə və bədxahlarımıza qalib gəldi!” – Elxan Süleymanovdan ilginc açıqlamalar
Dünən, 15:15
Bizdə restavrasiya adı ilə tarixi abidəni məhv edirlər - Həvəskar araşdırmaçı
Dünən, 15:10
“Vətəndaşlar məmura inanmır” - Razi Nurullayev
Dünən, 15:08
“"Üzdəniraq"lar cəmiyyətin "otxod"larıdır, təqib edilməli, izolyasiya olunmalıdırlar” - deputat
Dünən, 15:06
Vətən müharibəsində yaralanmış
Dünən, 15:05
Bahalı biletlər də bəs etmədi: - Cahangir Əsgərov yenə pul qopartmaq istəyir
Dünən, 15:04
Rusiya 34 fransalı diplomatı “arzuolunmaz şəxs” elan edib
Dünən, 15:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru