Prezident Xocalı soyqırımının otuzuncu ildönümü ilə bağlı SƏRƏNCAM İMZALAYIB
Tarix: 28-01-2022, 16:32 | Çap et
 Prezident İlham Əliyev Xocalı soyqırımının otuzuncu ildönümü haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
"Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 30 il ötür.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu.
Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs məhz azərbaycanlı olduqlarına görə ağlasığmaz vəhşiliklə qətlə yetirildi, 487 dinc sakin ağır yaralandı, 1275 nəfər isə girov götürüldü.
Xocalı qətliamı Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi idi. Soyqırımının törədilməsinə görə Ermənistanın o zamankı siyasi-hərbi rəhbərliyi məsuliyyət daşıyır.
Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımı, eləcə də Bağanıs Ayrım, Qaradağlı, Ağdaban və Başlıbel qətliamları ilə müşayiət olunan hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizə qədəri işğal edildi, 20 min vətəndaşımız qətlə yetirildi, 50 min nəfərdən artıq adam yaralandı və əlil oldu. Azərbaycan böyük humanitar fəlakətlə üz-üzə qaldı.
Ermənistanın daim mülki əhalini hədəf seçən təxribatlarına və hərbi təcavüzünə cavab olaraq, 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı əzəli torpaqlarının işğaldan qurtarılması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi və tarixi ədalətin bərpa edilməsi uğrunda Vətən müharibəsinə qalxdı.
Vətən müharibəsinin gedişatında Ermənistanın Gəncəni, Bərdəni, digər şəhər və kəndlərimizi kütləvi məhvetmə imkanlarına malik ballistik və reaktiv raketlərlə, kasetli bombalarla hədəfə alması bir daha sübut etdi ki, zamanla metodlar dəyişsə də, mülki əhaliyə qarşı qanlı cinayətlər törətmək Ermənistan tərəfinin daim həyata keçirdiyi dövlət siyasətidir. 44 gün sürən döyüşlər nəticəsində rəşadətli Azərbaycan Ordusu parlaq qələbə qazanaraq doğma torpaqlarımızı işğaldan azad etdi.
Haqq səsimizin dünyaya çatdırılması və Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün ötən illər ərzində məqsədyönlü fəaliyyət göstərilmiş, 2008-ci ildən isə bu fəaliyyət “Xocalıya ədalət” beynəlxalq kampaniyası ilə geniş vüsət almışdır. Hazırda Xocalı soyqırımı bir sıra ölkələr tərəfindən tanınmış və faciəyə beynəlxalq siyasi qiymət verilmişdir.
Xocalı soyqırımına hüquqi qiymət verilməli və bu dəhşətli faciəni törədənlər öz layiqli cəzalarını almalıdırlar.
Azərbaycan xalqı heç bir vaxt Xocalı faciəsini unutmayacaq.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Xocalı soyqırımı zamanı qətlə yetirilmiş soydaşlarımızın əziz xatirəsini faciənin otuzuncu ildönümü ərəfəsində bir daha dərin hüznlə yad edərək qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Xocalı soyqırımının otuzuncu ildönümü ilə əlaqədar tədbirlər planı hazırlayıb onun həyata keçirilməsini təmin etsin".

|
|
|
|
|
|
Sizcə Azərbaycana dost hansı ölkədir?
|
|
|
|
|
|
|
|
|
• Avro və lirə ucuzlaşır, dollar “yerində sayır”: Manatı nə gözləyir? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Biznesmen deputatlar: Ev, saat, qızıl, tozsoran satan millət vəkilləri... - BAZAR OLSUN!..
Dünən, 18:19 |
|
|
|
• Məşhur meyxanaçıya AĞIR CƏZA - 7 il 6 ay
Dünən, 18:14 |
|
|
|
• Göyçayda qanunsuz küçə ticarəti ilə məşğul olanlar barəsində inzibati tədbirlər görülüb
Dünən, 18:12 |
|
|
|
• Daha bir ölkə rus qoşunlarını ərazisindən çıxarmağa çalışır
Dünən, 18:11 |
|
|
|
• "O, toylarda göbək rəqsi oynayan olub" - Xalq artistindən iddialı açıqlama
Dünən, 17:52 |
|
|
|
• Bu məhsullar niyə sürətlə bahalaşır? - Ekspert danışır
Dünən, 17:50 |
|
|
|
• "Ondan sonra mən məşhurlaşdım, efirlərə çıxdım"
Dünən, 17:44 |
|
|
|
• "Anatolian Phoenix - 2022” təliminin ərazisinə baxış keçirilib - VİDEO
Dünən, 17:40 |
|
|
|
• Azərbaycan komandoları hazırlaşır: maksimum 3-4 günə Qarabağda... - Polkovnikdən SENSASİYA
Dünən, 17:35 |
|
|
|
• ETSN Bakıdakı YAŞIL TERRORU TƏSDİQLƏDİ
Dünən, 17:32 |
|
|
|
• Ermənistan aeroportunda mina həyəcanı
Dünən, 17:26 |
|
|
|
• Kremldən danışıqlar prosesinə zərbə - “Bundan sonra razılaşmaq mümkün olmayacaq”
Dünən, 17:22 |
|
|
|
• "Cinsi azlığın nümayəndələri həm azərbaycanlılıqdan, həm müsəlmalılıqdan uzaqdılar" - deputat
Dünən, 17:19 |
|
|
|
• Ekstrasensdən Firudin Qurbansoya SƏRT İTTİHAM: - "Savadsızdır"
Dünən, 17:17 |
|
|
|
• Tanınmış xanımlar Azər Axşamı TOPA TUTDULAR: - Onun cinsiyyəti...
Dünən, 17:15 |
|
|
|
• “Prokurorluq, DİN və DTX-nin peşəkarları ilə birgə xüsusi qruplar yaratmışıq” - Kamran Əliyev
Dünən, 17:13 |
|
|
|
• Ağdərədəki bic “rus icması”, Satenikin “mənasız ölən” oğlu və Xankəndiyə girmək təklifi - NƏ BAŞ VERİR?
Dünən, 17:11 |
|
|
|
• Ukraynada dinc sakini qətlə yetirən Rusiya hərbçisi təqsirini etiraf edib
Dünən, 17:10 |
|
|
|
• Fikrət Əmirovun nəvəsi işə gedərkən qəfil öldü
Dünən, 17:02 |
|
|
|
• Sabah dollar neçəyə olacaq?
Dünən, 17:00 |
|
|
|
• Filarmoniyada fəaliyyətə göstərən restoran rəhbərliyi barəsində tədbir görüləcək - Nazirlik
Dünən, 16:58 |
|
|
|
• Kəmaləddin Heydərovun SANILI GÜNLƏRİ QALIB... - İDDİA
Dünən, 16:56 |
|
|
|
• Tibb müəssisələrində qanunsuz transplantasiyaya görə yeni cəzalar müəyyənləşir - DETALLAR
Dünən, 16:53 |
|
|
|
• QİDA-mız MİDA-mızı, MİDA-mız da QİDA-mızı YANDIRIR... - Nə ondan, nə da bundan... YARIMADIQ!
Dünən, 16:51 |
|
|
|
• "Qarabağda erməni və azərbaycanlının belə yaxın dayandığını ilk dəfə gördüm..." - VİDEO
Dünən, 16:48 |
|
|
|
• Elektron məlumat bazasını sildiyi iddia edilən sabiq direktor danışdı: - "Bu, həqiqət deyil"
Dünən, 16:43 |
|
|
|
• "Martdan bu yana 1 qəpik sahibi deyiləm"
Dünən, 16:41 |
|
|
|
• Ermənistan vəziyyəti gərginləşdirir: müharibə yenidən başlaya bilər - Başqa yolu YOXDUR!
Dünən, 16:39 |
|
|
|
• "9 aydır ki, ödədiyim məbləğin qaytarılmasını tələb etsəm də..." - NARAZILIQ!
Dünən, 16:37 |
|
|
|
• Azərbaycanda son sutkada 5 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
Dünən, 16:35 |
|
|
|
• Azərbaycan benzinə olan tələbatını ödəyə bilərmi? - AKTUAL
Dünən, 16:34 |
|
|
|
• Şəmkirdə dostlar arasında qanlı dava: "Gördüm gücüm çatmır..." - TƏFƏRRÜAT
Dünən, 16:30 |
|
|
|
• Nura Suri məşhur narkobaronun qardaşı ilə - FOTO
Dünən, 16:29 |
|
|
|
• "Azərbaycan heç bir ölkədən almadığı rüsumu yalnız bizdən alır" - ETİRAZ
Dünən, 16:14 |
|
|
|
• Meyxanada çürük xurafat düşüncədən istifadə edirlər - Murad Köhnəqala
Dünən, 16:12 |
|
|
|
• Kağız üzərindən ƏDV-nin götürülməsi nə vəd edir? - ARAŞDIRMA
Dünən, 16:11 |
|
|
|
• Milli Məclisin komitələrinin Şuşada keçiriləcək birgə iclasının gündəliyi açıqlanıb
Dünən, 16:09 |
|
|
|
• Kəmaləddin Heydərov bu polkovniki rəis təyin etdi - ƏMR
Dünən, 16:08 |
|
|
|
• Azərbaycan Ordusunun rabitə hissə və bölmələri ilə kompleks məşqlər keçirilir
Dünən, 16:06 |
|
|
|
• Gənclər və İdman Nazirliyində yoxlamalar başa çatıb - AÇIQLAMA
Dünən, 16:04 |
|
|
|
• Putini “Ukrayna cəhənnəmi”nə kim sürüklədi? Həm özünü həm də Rusiyanı batırır...
Dünən, 15:22 |
|
|
|
• Yeyinti var: Bu dəfə Mərdan Camalovun kadrı... - İDDİA
Dünən, 15:19 |
|
|
|
• “Azərbaycan Milan Məhkəməsində ermənilərə və bədxahlarımıza qalib gəldi!” – Elxan Süleymanovdan ilginc açıqlamalar
Dünən, 15:15 |
|
|
|
• Bizdə restavrasiya adı ilə tarixi abidəni məhv edirlər - Həvəskar araşdırmaçı
Dünən, 15:10 |
|
|
|
• “Vətəndaşlar məmura inanmır” - Razi Nurullayev
Dünən, 15:08 |
|
|
|
• “"Üzdəniraq"lar cəmiyyətin "otxod"larıdır, təqib edilməli, izolyasiya olunmalıdırlar” - deputat
Dünən, 15:06 |
|
|
|
• Vətən müharibəsində yaralanmış
Dünən, 15:05 |
|
|
|
• Bahalı biletlər də bəs etmədi: - Cahangir Əsgərov yenə pul qopartmaq istəyir
Dünən, 15:04 |
|
|
|
• Rusiya 34 fransalı diplomatı “arzuolunmaz şəxs” elan edib
Dünən, 15:01 |
|
|
|
|