
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni prezidenti seçilib. DİA.AZ APA-ya istinadən xəbər verir ki, təşkilatın qış sessiyasında hollandiyalı Tiny Koksun AŞPA prezidentliyinə namizədliyi təsdiqlənib.
O, ukraynalı rəqibi Mariya Mezentsevanı məğlub edib.
Tiny Koks bu vəzifədə belçikalı senator Hendrik Daemsi əvəz edib.