
DİA.AZ: - ""E manat" dan narazılığım var". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupunda Nicat Cavanşçir adlı istifadəçi giley edir.

Daha sonra narazı vətəndaş yazır: "Deməli, mən "Unibank" kartıma 5000 pul atmalı idim, komissiyadan xəbərim yox idi.
Sən demə 200 manatdan sonra 0.5 % komissiya tuturmuş gün ərzində.
Sadəcə ekranda yazır köçürme komissiyası 0 azn və heç bir məlumatlandırıcı yazı çıxmır. Məlumat unibankın saytında var sadəcə.
Bu nə dərəcədə doğrudur. Müştərini məlumatlandırmalı deyillərmi?
Şəkli 0 manatla çəkmişəm amma köçürülən məbləğ 1000 manag yazılanda da komissiya 0 azn yazır".
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...