Sarkisyan prezident postundan niyə xaricdə olarkən istefa verib? .....                     Kremldən qorxu şousu: heç özününkülər də buna inanmırlar .....                     Azərbaycanda 757 nəfər COVID-19-a yoluxub, .....                     "Əmrahbank”-ın cinayətinin qurbanı olan qadın 15 ildir pulunu geri ala bilmir .....                     Şəhərdaxili hərəkət planının hazırlanması Qaydası .....                     “Rabitəbank’’ ASC-də İdarə Heyəti Sədrinin 1-ci müavini təyin olunub .....                     “Nar” Azərbaycan çempionu tituluna sahib oldu .....                     Kəmaləddin Heydərovun iki şirkəti .....                     İsfahanda Xomeyninin heykəlini yıxmaq istədilər .....                     Ermənistanda hakimiyyət böhranı: .....                     Böyük məişət texnikaları niyə birdən-birə 200-300 manat bahalaşıb? .....                     Prezident İlham Əliyev Fatma Səttarovaya .....                     Fatma Səttarova “İstiqlal” ordeni ilə təltif edildi .....                     Sumqayıt sakinləri KİMƏ ŞİKAYƏT ETSİNLƏR? .....                     Qərb diplomat ailələrini Ukraynadan niyə çıxardır? .....                     “AzSığorta” ötən ili uğusuz başa vurub .....                     Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusuna əsasən .....                     Toylarla bağlı mart ayından QAYDA dəyişir .....                     TƏLƏBƏ KÖCÜRÜLMƏLƏRİ NİYƏ TƏXİRƏ SALINDI? .....                     Vilayət Eyvazov DYP rəisinin müavinini təqaüdə göndərib .....                     Buraxılış imtahanlarının tarixləri açıqlanıb .....                     Baş Prokurorluq Eldar Mahmudovun əmisi oğlu ilə bağlı məhkəməyə müraciət edib .....                     "Prezidentin istefası iqtidara sürpriz oldu" .....                     Sabah dollar neçəyə olacaq? .....                     “Müəllim zəng edir ki, gəlin uşaqlarınızı aparın, istilik yoxdur” .....                     Vilyam Hacıyevin həbsini KİM SİFARİŞ EDİB? .....                     “Trendyol” birbaşa Azərbaycana sifariş göndərəcək: .....                     AŞPA-nın yeni prezidenti seçilib .....                     “İcbari tibbi sığorta ilə bağlı seçicilərdən xeyli şikayətlər daxil olur” .....                     Ülvi Həsənli COVID xəstəsi olduğu halda polis orqanına gəlib .....                     "Yerindən durana, 2 mahnı oxuyana ad verilir, İLLƏRİMİ QOYMUŞAM,NİYƏ DƏYƏR VERİLMİR?" .....                     Fransa diasporu Laçınla sərhəddəki kənddə Qarabağ erməniləri üçün mərkəz açdı... .....                     Məhkəmə Vilyam Hacıyevin prosesə onlayn qoşulmasına .....                     Elton Məmmədovun oğlu Azərbaycanın tarixi şəxslərini ələ saldı: .....                     Kəmalə Qaramollayevaya ev və maşın hədiyyə edən şəxs hansı məmurun oğludur? .....                     İrəvanda daha bir rəzalət: .....                     Rusiya bircə raketlə Ukraynanı belə çökdürəcək .....                     Azərbaycanda 4-cü mobil operator bazara daxil olmalıdırmı? .....                     Paşinyan “böyük təmizliyin” son akkordunu vurdu .....                     Terrorçuluqda ittiham olunan ermənilərin məhkəmə istintaqı başa çatıb .....                 

Brüsseldə ciddi bir razılaşmanın əldə edilməsi ehtimalı çox aşağıdır... - vəziyyətə Rusiya nəzarət edir
Tarix: 4-12-2021, 08:51 | Çap et
Brüsseldə ciddi bir razılaşmanın əldə edilməsi ehtimalı çox aşağıdır...
Noyabrın 26-da Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Soçidə keçirilmiş görüşünün yekunlarına dair imzalanmış bəyanatın icrası ilə bağlı prosesə start verilib. Üçtərəfli işçi qrupun Moskvada keçirəcəyi görüşdən sonra əldə olunan razılaşmaların açıqlanacağı bildirilmişdi. Amma dekabrın 1-də baş tutan toplantı yarımçıq qalıb, nümayəndələr geri dönüblər.

Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan bildirib ki, görüşdə razılaşmaları formalaşdırmaq mümkün olmayıb. O, Bakını Moskva görüşünü pozmaqda ittiham edib və yaxın zamanlarda qrupun daha bir görüşünün keçiriləcəyini deyib. Bakıdan isə hər hansı açıqlama verilməyib.

Dekabrın 2-də İsveçin paytaxtı Stokholm şəhərində keçirilən ATƏT xarici işlər nazirlərinin toplantısında isə Azərbaycan və Ermənistan xarici işlər nazirləri qarşılıqlı ittihamlarla çıxış ediblər. Ceyhun Bayramov görüşdən sonra bildirib ki, ATƏT münaqişədən sonrakı bərpa işlərinə töhfə verə bilər: “Biz ATƏT-ə əməkdaşlıq təklif etmişik və hələ də cavab gözləyirik. Eyni zamanda, münaqişənin başa çatması həm Ermənistan, həm də Azərbaycan üçün bir-birinin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərini tanımaları və hörmət etmələri üçün unikal imkan yaradıb”.

Nazirin sözlərinə görə, Bakının münaqişədən sonra bir sıra praktik addımlar atmasına baxmayaraq, Ermənistan hələ də bu məsələyə münasibət bildirməyib. O deyib ki, Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtlərinə əməl etməli və özünün silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmalıdır. Regionda bütün kommunikasiyaların açılması məsələsinə toxunan Bayramovun fikrincə, bu, tərəflər arasında etimadın bərpasına kömək edərdi: “Zəngəzur dəhlizinin yubadılmadan realizə olunması təkcə Azərbaycan və Naxçıvan arasında insanların və nəqliyyat vasitələrinin maneəsiz hərəkəti üçün yox, həm də Ermənistan və Azərbaycan arasında nəqliyyat əlaqəsinin bərpası üçün zəruridir”.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə bəyan edib ki, Azərbaycanın “təcavüz”ündən sonra Dağlıq Qarabağda və Ermənistan-Azərbaycan sərhədində vəziyyət gərgin olaraq qalır. Mirzoyan Azərbaycanı üçtərəfli Bəyanatın şərtlərini pozmaqda itiham edərək bildirib ki, Azərbaycan nəinki əsirləri qaytarmır, üstəlik yeni əsirlər götürməyə çalışır. A.Mirzoyan ümid edir ki, ötən həftə Soçidə keçirilən danışıqlarda əldə olunmuş razılaşmalar gərginliyin aradan qaldırılmasına imkan verəcək:

“Sülh bütün tərəflərin razılığını tələb edir. Ermənistan Cənubi Qafqazda uzunmüddətli və stabil sülhə nail olmaq istəyir və danışıqlara hazırdır. Azərbaycan sülh prosesinin bərpasına nə qədər tez razılaşsa, regionda hərtərəfli və uzunmüddətli tənzimləmənin əldə edilməsi üçün bir o qədər çox imkanlar olacaq. Dağlıq Qarabağın statusunun öz müqəddəratını təyinetmə əsasında reallaşdırılması, köçkün düşən ermənilərin bütün Dağlıq Qarabağ ərazisinə təhlükəsiz və ləyaqətli bir şəkildə qaytarılması danışıqlarda əsas məsələlərdən biri olmalıdır”.

Ararat Mirzoyan deyib ki, Ermənistan Minsk qrupu həmsədrlərinin mandatı çərçivəsində sülh prosesinə sadiq qalır.

Beləliklə, Soçi görüşünun nəticələrinin icrası məsələsində müəyyən suallar yaranıb. İşçi qrupun iclasının yarımçıq qalması, Stokholmda nazirlərin “atışması” prosesin heç də rəvan getməyəcəyindən xəbər verir. Qarşıda isə Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşü var. Bu görüşdən nə gözləmək olar, Avropa Birliyi prosesdə iştirakını gücləndirə bilərmi?

Siyasi şərhçi Rauf Mirqədirov “Pressklub.az”a şərhində bildirdi ki, Avropa Birliyi və ABŞ Minsk Qrupu vasitəsilə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində rol almağa çalışır: “Düşünürəm ki, onlar bu istiqamətdə səylərini davam etdirəcəklər. Amma biz nəzərə almalıyıq ki, onların bu prosesə aktiv qatılmaq imkanları bir qədər məhduddur.

Birincisi, ona görə ki, regionda qüvvələr nisbəti dəyişib. 44 günlük müharibənin nəticəsi olaraq sülhməramlı missiya adı altında Azərbaycana Rusiya qoşunları gətirilib və onlar vəziyyətə nəzarət edirlər. Rusiya Avropa Birliyi və ABŞ-ın münaqişənin nizamlanması prosesinə fəal qatılmasında maraqlı deyil. Hazırda Moskvanın əlində Azərbaycana və Ermənistana ciddi təzyiq vasitələri var. Kreml sərhəddə və qoşunların təmas xəttində sabitliyin qarantıdır. Bu halda başqa qüvvələrin prosesə qatılması kifayt qədər problematikdir.

İkincisi, Qərblə Rusiya arasında kifayət qədər ciddi problemlər var. Onların ən böyüyü Ukraynada baş verən proseslərdir və Qərb-Rusiya toqquşmasının mərkəzi bu münaqişədir. Bu da Qərbi bütün diplomatik resurslarını həmin bölgəyə yönəltməyə məcbur edir. Tərəflərin verdikləri bəyanatı diqqətlə oxusaq, bunu aydın görərik”.

Moskvada işçi qrupun görüşünün yarımçıq qalmasına gəlincə, təhlilçi qeyd etdi ki, Soçidə imzalanmış bəyanatda aydın müddəalar yoxdur, qismən aydınlıq delmitasiya və demarkasiya prosesi ilə bağlıdır:

“Onun necə yerinə yetiriləcəyini isə biz yaxın zamanlarda görəcəyik. Kommunikasiyaların açılması məsələsində mövqelərin müxtəlifliyi qalır. Burada Azərbaycan kommunikasiyalar deyəndə dəhlizlərin açılmasını nəzərdə tutur, Ermənistan isə məhz yolların açılmasını qeyd edir. Təəssüf ki, indiyə qədər imzalanmış sənədlərdə nəqliyyat dəhlizlərindən yox, məhz kommunikasiyalardan söhbət gedir. Azərbaycan XİN-in bəyanatlarını diqqətlə oxumuşam. Onun etirazlarının bir qismi tamamilə aydın göstərilib. Söhbət məcburi köçkünlərin, qaçıqnların geri qayıtmasından gedirsə, Ermənistan minalanmış ərazilərin xəritələrini təqdim etməlidir. Bu, dünya praktikasidır, biz onu tələb etməliyik və qarşı tərəf də yerinə yetirməlidir. Bunun üçün bütün diplomatik vasitələrdən, təzyiq üsullarından, o cümlədən beynəlxaq təşkilatların imkanlarından da yararlanmalıyıq. Mina xəritələrinin verilməməsini, faktiki olaraq, Ermənistan tərəfindən müharibənin davam etdirilməsi kimi dəyərləndirə, mülki əhaliyə qarşı yönəldilmiş hərbi cinayət hesab edə bilərik. Bu məsələdə Azərbaycanın mövqeyi beynəlxalq hüquq normalarına uyğundur və kifayət qədər güclüdür”.

R. Mirqədirov təəssüflə qeyd etdi ki, imzalanmış bəyanatlarda Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən tamamilə çıxarılması ilə bağlı dəqiq müddəalar yoxdur: “Eyni zamanda, Qarabağ ərazisindəki qeyri-qanuni silahlı birləşmələrin tərksilah edilməsi haqqında da dəqiq tələb mövcud deyil. Bu məsələlərdə Ermənistan tərəfi vaxtı uzada, əlavə şərtlər irəli sürə bilər”.

R. Mirqədirov dekabrın 15-də Brüsseldə keçiriləcək görüşdən elə də ciddi gözləntiləri olmadığını söylədi:

“Çünki regionda vəziyyətə Rusiya nəzarət edir. Ən yaxşı halda humanitar məsələlərin həlli istiqamətində müəyyən razılaşmalar əldə edilə bilər. Minsk Qrupu həmsədrlərinin fəaliyyətinin canlandırılması da gündəmə gətiriləcək bilər. Bütövlükdə Brüsseldə ciddi bir razılaşmanın əldə edilməsi ehtimalı çox aşağıdır”.
//pressklub.az//





 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sarkisyan prezident postundan niyə xaricdə olarkən istefa verib? - İNCƏLƏMƏ...
Dünən, 19:02
Kremldən qorxu şousu: heç özününkülər də buna inanmırlar - GƏLİŞMƏ
Dünən, 19:00
Azərbaycanda 757 nəfər COVID-19-a yoluxub, 9 nəfər vəfat edib
Dünən, 18:36
"Əmrahbank”-ın cinayətinin qurbanı olan qadın 15 ildir pulunu geri ala bilmir - “80 yaşım var, daha nə qədər gözləməliyəm?”
Dünən, 18:31
Şəhərdaxili hərəkət planının hazırlanması Qaydası TƏSDİQLƏNDİ
Dünən, 18:27
“Rabitəbank’’ ASC-də İdarə Heyəti Sədrinin 1-ci müavini təyin olunub - FOTO
Dünən, 18:19
“Nar” Azərbaycan çempionu tituluna sahib oldu
Dünən, 18:09
Kəmaləddin Heydərovun iki şirkəti məhkəməyə verildi
Dünən, 18:05
İsfahanda Xomeyninin heykəlini yıxmaq istədilər - Ara qarışdı
Dünən, 18:01
Ermənistanda hakimiyyət böhranı: - Armen Sarkisyan siyasətdən uzaqlaşır?
Dünən, 17:50
Böyük məişət texnikaları niyə birdən-birə 200-300 manat bahalaşıb? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:48
Prezident İlham Əliyev Fatma Səttarovaya təbrik məktubu ünvanlayıb
Dünən, 17:44
Fatma Səttarova “İstiqlal” ordeni ilə təltif edildi - SƏRƏNCAM
Dünən, 17:43
Sumqayıt sakinləri KİMƏ ŞİKAYƏT ETSİNLƏR? - NARAZILIQ!
Dünən, 17:42
Qərb diplomat ailələrini Ukraynadan niyə çıxardır? - GƏLİŞMƏ
Dünən, 17:34
“AzSığorta” ötən ili uğusuz başa vurub – ŞİRKƏT MİLYONLARLA PUL İTİRİR
Dünən, 17:31
Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusuna əsasən qərardad çıxarıb
Dünən, 17:28
Toylarla bağlı mart ayından QAYDA dəyişir – Şərtlər AÇIQLANDI
Dünən, 17:22
TƏLƏBƏ KÖCÜRÜLMƏLƏRİ NİYƏ TƏXİRƏ SALINDI? - “Vaxt məhdudiyyəti sadəcə bəhanədir”
Dünən, 17:19
Vilayət Eyvazov DYP rəisinin müavinini təqaüdə göndərib - ƏMR
Dünən, 17:17
Buraxılış imtahanlarının tarixləri açıqlanıb - Diqqət!
Dünən, 17:09
Baş Prokurorluq Eldar Mahmudovun əmisi oğlu ilə bağlı məhkəməyə müraciət edib - TƏFƏRRÜAT
Dünən, 17:05
"Prezidentin istefası iqtidara sürpriz oldu" - Köçəryan
Dünən, 17:04
Sabah dollar neçəyə olacaq?
Dünən, 17:03
“Müəllim zəng edir ki, gəlin uşaqlarınızı aparın, istilik yoxdur” - GİLEY
Dünən, 16:56
Vilyam Hacıyevin həbsini KİM SİFARİŞ EDİB? - Özü belə İDDİA EDİR
Dünən, 16:50
“Trendyol” birbaşa Azərbaycana sifariş göndərəcək: - Vasitəçilərin aqibəti necə olacaq?
Dünən, 16:48
AŞPA-nın yeni prezidenti seçilib
Dünən, 16:46
“İcbari tibbi sığorta ilə bağlı seçicilərdən xeyli şikayətlər daxil olur” - deputat
Dünən, 16:44
Ülvi Həsənli COVID xəstəsi olduğu halda polis orqanına gəlib - DİN
Dünən, 16:40
"Yerindən durana, 2 mahnı oxuyana ad verilir, İLLƏRİMİ QOYMUŞAM,NİYƏ DƏYƏR VERİLMİR?" - Əməkdar ARTİST
Dünən, 16:37
Fransa diasporu Laçınla sərhəddəki kənddə Qarabağ erməniləri üçün mərkəz açdı... - BU NƏDİ BELƏ?
Dünən, 16:36
Məhkəmə Vilyam Hacıyevin prosesə onlayn qoşulmasına icazə vermədi
Dünən, 16:26
Elton Məmmədovun oğlu Azərbaycanın tarixi şəxslərini ələ saldı: - "Yenə də yığışmışıq..."
Dünən, 16:24
Kəmalə Qaramollayevaya ev və maşın hədiyyə edən şəxs hansı məmurun oğludur? - FOTO
Dünən, 16:22
İrəvanda daha bir rəzalət: - Baş prokuror vətəndaşlıq üçün Rusiyaya müraciət edib
Dünən, 16:15
Rusiya bircə raketlə Ukraynanı belə çökdürəcək – Şok ssenari
Dünən, 16:11
Azərbaycanda 4-cü mobil operator bazara daxil olmalıdırmı? - AKTUAL
Dünən, 16:10
Paşinyan “böyük təmizliyin” son akkordunu vurdu - NƏ BAŞ VERİR?
Dünən, 16:04
Terrorçuluqda ittiham olunan ermənilərin məhkəmə istintaqı başa çatıb
Dünən, 16:02
Səbail rayonunda narkotacir və obyektlərdən nəzarətsiz qalan mobil telefonları oğurlayan şəxslər saxlanılıblar - VİDEO
Dünən, 15:59
Rubenin çaldığına oynayan Müşfiq: - “Cəzalandırılmalı, konsertləri boykot edilməlidir”
Dünən, 15:57
Böyük Turan planına qoyulan sərmayə və kəşfiyyat savaşları - İNCƏLƏMƏ...
Dünən, 15:54
Müsadirə olunan mallar bazarlara necə “ayaq açıb”? - Generalın “pirotexniki biznesi”
Dünən, 15:51
Həyətində Stalinin heykəli olan Oğuz sakini – Mədəniyyət Nazirliyinin “heykəl parkı” ideyası nə yerdə qaldı?
Dünən, 15:49
“AMEA məhv olur, elm ocağında alver baş alıb gedir” - ETİRAZ
Dünən, 15:46
“Biz haray çəkib etirazımızı bildirəndə, onlar özlərini görməməzliyə vururdu” - deputat
Dünən, 15:43
Cavid Qurbanovun qumar MONAPOLİYASI... - "Topaz" rəqiblərini belə sıradan çıxarır
Dünən, 15:39
Lənkəranda qanunsuz ov edən şəxslər saxlanılıb
Dünən, 15:36
Məmurların BÜDCƏDƏN OĞURLADIQLARI... - ARAŞDIRMA
Dünən, 15:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru