Sarkisyan prezident postundan niyə xaricdə olarkən istefa verib? .....                     Kremldən qorxu şousu: heç özününkülər də buna inanmırlar .....                     Azərbaycanda 757 nəfər COVID-19-a yoluxub, .....                     "Əmrahbank”-ın cinayətinin qurbanı olan qadın 15 ildir pulunu geri ala bilmir .....                     Şəhərdaxili hərəkət planının hazırlanması Qaydası .....                     “Rabitəbank’’ ASC-də İdarə Heyəti Sədrinin 1-ci müavini təyin olunub .....                     “Nar” Azərbaycan çempionu tituluna sahib oldu .....                     Kəmaləddin Heydərovun iki şirkəti .....                     İsfahanda Xomeyninin heykəlini yıxmaq istədilər .....                     Ermənistanda hakimiyyət böhranı: .....                     Böyük məişət texnikaları niyə birdən-birə 200-300 manat bahalaşıb? .....                     Prezident İlham Əliyev Fatma Səttarovaya .....                     Fatma Səttarova “İstiqlal” ordeni ilə təltif edildi .....                     Sumqayıt sakinləri KİMƏ ŞİKAYƏT ETSİNLƏR? .....                     Qərb diplomat ailələrini Ukraynadan niyə çıxardır? .....                     “AzSığorta” ötən ili uğusuz başa vurub .....                     Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusuna əsasən .....                     Toylarla bağlı mart ayından QAYDA dəyişir .....                     TƏLƏBƏ KÖCÜRÜLMƏLƏRİ NİYƏ TƏXİRƏ SALINDI? .....                     Vilayət Eyvazov DYP rəisinin müavinini təqaüdə göndərib .....                     Buraxılış imtahanlarının tarixləri açıqlanıb .....                     Baş Prokurorluq Eldar Mahmudovun əmisi oğlu ilə bağlı məhkəməyə müraciət edib .....                     "Prezidentin istefası iqtidara sürpriz oldu" .....                     Sabah dollar neçəyə olacaq? .....                     “Müəllim zəng edir ki, gəlin uşaqlarınızı aparın, istilik yoxdur” .....                     Vilyam Hacıyevin həbsini KİM SİFARİŞ EDİB? .....                     “Trendyol” birbaşa Azərbaycana sifariş göndərəcək: .....                     AŞPA-nın yeni prezidenti seçilib .....                     “İcbari tibbi sığorta ilə bağlı seçicilərdən xeyli şikayətlər daxil olur” .....                     Ülvi Həsənli COVID xəstəsi olduğu halda polis orqanına gəlib .....                     "Yerindən durana, 2 mahnı oxuyana ad verilir, İLLƏRİMİ QOYMUŞAM,NİYƏ DƏYƏR VERİLMİR?" .....                     Fransa diasporu Laçınla sərhəddəki kənddə Qarabağ erməniləri üçün mərkəz açdı... .....                     Məhkəmə Vilyam Hacıyevin prosesə onlayn qoşulmasına .....                     Elton Məmmədovun oğlu Azərbaycanın tarixi şəxslərini ələ saldı: .....                     Kəmalə Qaramollayevaya ev və maşın hədiyyə edən şəxs hansı məmurun oğludur? .....                     İrəvanda daha bir rəzalət: .....                     Rusiya bircə raketlə Ukraynanı belə çökdürəcək .....                     Azərbaycanda 4-cü mobil operator bazara daxil olmalıdırmı? .....                     Paşinyan “böyük təmizliyin” son akkordunu vurdu .....                     Terrorçuluqda ittiham olunan ermənilərin məhkəmə istintaqı başa çatıb .....                 

ŞOK: Azərbaycanda da vaksin olunmayanlar cərimələnəcək? - AKTUAL
Tarix: 4-12-2021, 08:50 | Çap et
ŞOK: Azərbaycanda da vaksin olunmayanlar cərimələnəcək?
Koronavirusun “Omikron” ştammının dünyada yayılması vaksinasiya prosesinin daha da sürətlə aparılmasını aktual edib. Bəzi ölkələr hətta sərt qaydalar tətbiq etməyə qərar verib.

Misal üçün, Yunanıstanda 60 yaşdan yuxarı insanlar məcburi şəkildə peyvənd edilməlidir, əks halda onlar aylıq 100 avro cərimə olunacaqlar. Bunu Yunanıstan Baş naziri Kiriakos Mitsotakis deyib. Avstriyada da analoji qanun hazırlanır. Gələn ilin fevralından tətbiq ediləcək. Peyvənd olunmayanlar 3600 avro cərimələnəcək, cərimədən imtinaya görə isə 4 aylıq həbs nəzərdə tutulur.

Azərbaycanda da belə qanunun qəbulu mümkündürmü? Bəs, belə qərarlar nə dərəcədə insan haqlarına uyğundur? Cərimələnən şəxs tutaq ki, Avropa Məhkəməsinə müraciət eləsə, dövlətin özü cərimələnə bilərmi?

Məsələ ilə bağlı hüquqşünas Əfsər Sadıqov “Yeni Müsavat” a şərh edib: “Bu proses tibbi mövzu olduğu üçün beynəlxalq aktlarda ”Oviedo" Konvensiyası əsasında tənzimlənir. Həmin Konvensiya 1997-ci ildə İspaniyada qəbul olunub. Qısaldılmış adı isə Tibbi Texnologilayaların Tətbiqi və İnsan Hüquqları Haqqında Konvensiyadır. Konvensiyanın 4 protokolu qəbul olunub. Protokollardan biri insan sağlamlığı ilə bağlı testin keçirilməsi haqqındadır. O protokolda da qeyd olunur ki, tibb nəticələri təsdiqlənməmiş, yəni konkret olaraq tərkibi müəyyən olunmamış hər hansı bir sınağın, təcrübənin keçirilməsi qadağandır. Belə bir norma mövcuddur. Bu anlamda hər hansı bir testin insan üzərində aparılması da əxlaqi dəyər sayılmır.

Bu anlamda, əlbəttə ki, qəbul olunmayan məsələdir. Amma yenə də publik qaydalar, dəyərlər var. O halda fərdi hüquqlar publik maraqlara, milli təhlükəsizliyə tabe olmalıdır. Bununla bağlı da ümumi qayda var. Biz konkret deyə bilmirik ki, o vaksinin tərkibi nədir, tərkibində hansı elementlər var. Bu, hələ də açıqlanmayıb. Hətta bu yaxınlarda Türkiyənin Rifah Partiyasının sədri Fatih Ərbakan deyib ki, vaksinlərin tərkibini yoxlayıblar. Məlum olub ki, insanlara vurulması qadağan olan tərkibi var. O qeyd edib ki, bu insan hüquqlarının pozulmasıdır. Belə faktlar çoxdur, akademiklər də bununla bağlı çıxışlar ediblər. Yəni vaksinin tərkibini tam bilmədən insana vurulması insan hüquqlarının pozulması sayılır.

Bir tərəfdən bizim də qanunumuz var. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında 2003-cü il Konstitusiya qanunu var. O qanunda da göstərilir ki, insan hüquqlarının məhdudlaşdırılması ancaq qanun əsasında tənzimlənməlidir. Qanunda da göstərilir ki, milli təhlükəsizlik maraqları tələb etdikdə bütün hüquqlar qanun əsasında məhdudlaşdırıla bilər. Doğurdan da, bu vaksinin tərkibinin insan hüquq və azadlıqlarının, sağlamlığın qorunmasına uyğundursa, bu, tətbiq oluna bilər. Mən də bununla bağlı bir söz deyə bilmirəm, çünki tərkibində nədir bilinmir. Bu məsələ insanların öz təşəbbüsünə buraxılır, hətta bəzi ölkələrdə vaksin vurmaqla bağlı təşviqedici tədbirlər həyata keçirilir, qadağanedici deyil.

Misal üçün, müəyyən məbləğlərin verilməsi ilə, yaxud mükafatlar verilməsi ilə insanlar vaksinasiyaya cəlb edilir. Həmin ölkələr özləri də bilirlər ki, vaksinin nəticəsi tam təsdiqlənmədiyi üçün məcburiyyət (vaksinlərin nəticəsi 3 ilə təsdiqlənə bilir) olmamalıdır. İkinci vaksinin vurulması üçün il yarım keçməlidir, belə bir tələb var. Bu məsələlər qeyri-müəyyən olduğu üçün Avropa İnsan Hüquqları Məhkəməsi öz yuridiksiya sahibliyini göstərməyib. Avropa İnsan Hüquqları Məhkəməsi tibbi məsələlərin tənzimlənməsində dövlətlərin yuridiksiyasını əsas sayır. Bu məsələdə həlledici mövqe bildirməyib. Təəssüf ki, belə bir qeyri-müəyyənlik var".

Bununla belə, artıq koronavirusun “Omikron” variantı getdikcə daha geniş arealı əhatə etməyə başlayıb. Yeni virus variantı aşkar olunan ölkələrdə yoluxma sayı bir-neçə adamda aşkar olunurdusa, indi bu say çoxalmağa başlayıb. Məsələn, Cənubi Afrikada yoluxma halları kəskin artıb. Ölkənin İnfeksion Xəstəliklər üzrə Milli İnstitutunun həkimi Mişel Qrumun sözlərinə görə, son iki həftə ərzində yeddi günlük orta sutkalıq yoluxma hallarının sayı 300-dən 3,5 minə yüksəlib. Yeni virus variantının mutasiyaya uğramaq qabiliyyətinə görə ekspertlər yeni vaksinə ehtiyacın olduğunu elan ediblər. O səbəbdən də vaksin hazırlayan bir neçə şirkət “Omikron” ştammına qarşı yeni peyvənd yaradacaqları barədə məlumat veriblər. Məsələn, peyvənd istehsalçısı “Moderna” yeni ştamma qarşı vaksin hazırlanmasına başladıqlarını elan edib. “Moderna”nın tibb üzrə baş direktor müavini Pol Berton deyib ki, hazırda istifadə olunan peyvəndlərin yeni varianta qarşı təsirini yaxın həftələrdə öyrənəcəklər: “Əgər yeni vaksin hazırlamalı olsaq, 2022-ci ilin əvvəlində onu böyük həcmdə istehsal edə bilərik”.

Uğur Şahin və Özlem Türecinin şirkəti “BioNTech” də bu variantla bağlı açıqlama verib. Şirkətin sözçüsü qeyd edib ki, “Pfizer” və “BioNTech” aylar əvvəl mRNT peyvəndlərini 6 həftə ərzində yeni mutasiyalara qarşı uyğunlaşdırmaq üçün işə başlayıb. Yeni mutasiyalara qarşı ilk peyvəndlər 100 gün ərzində istifadəyə hazır olacaq. “Johnson & Johnson” da, peyvəndlərinin “Omikron” variantına qarşı təsirini ölçməyə başladıqlarını deyiblər. Türkiyədə də istifadə edilən Çin peyvənd istehsalçısı “Sinovac” da lazımi məlumatlar alındıqdan sonra “Omikron” variantına qarşı peyvənd hazırlayacaqlarını bildiriblər.

Göründüyü kimi, virusun yeni ştammı bütün ölkələri təşvişə salıb, təcili vaksinlərin hazırlanmasına başlanılıb. Bununla belə, həmin vaksinlərin hazırlanması, onların mərhələli şəkildə sınaqdan keçirilməsi müəyyən vaxt tələb edir. Bu vaxta kimi isə virusun daha da artması qaçılmazdır...

Bizimlə söhbətdə infeksionist Vüqar Cavadzadə bildirib ki, koronovirusun yeni ştammları olacaq və bununla bağlı təlaş yaratmağa əsas yoxdur: “Bu, mikroorqanizmin bioloji xüsusiyyətləridir, artıb-çoxalmaq, mutasiyaya uğramaq, burada qeyri-adi bir şey yoxdur. Bu mutasiyaya uğrayacaq, yüzlərlə, minlərlə növ əmələ gələcək. Necə ki, əmələ gəlib. Sadəcə olaraq cəmiyyət üçün nisbətən diqqəti cəlb edən ştammlar əmələ gəlib. Məsələn, ”Omikron" ştammı daha çox nəzərə çarpır, yoluxuculuq xüsusiyyəti daha çoxdur. Deyilir ki, “Delta”dan daha da yoluxucudur və bu daha çox genetik mutasiyaya məruz qalıb. İnsanda ikinci, üçüncü dəfə yoluxma halları müşahidə edilə bilər. Hələ ki, pandemiya davam edir, indiyə qədər tətbiq edilən tədbirlər yenə davam etdiriləcək. Ölkəmizdə də üç dəfə sərt karantin tətbiq edilib, hər dəfə də xəstələnənlərin sayı azalıb, sərt karantin tədbirləri yumşalan kimi yoluxma yenidən artıb. Ona görə də qabaqlayıcı tədbirlər davam etdirilməlidir. Sərt karantin tədbirlərinin olması real görünmür, buna gərək də yoxdur".

İnfeksionist Mərdan Əliyev isə qeyd edib ki, “Omikron” variantının spayk proteinində mutasiyalar baş verib: “Spayk proteini həm virusun yoluxduruculuq qabiliyyətinə cavabdehdir, həm də vaksinlər spayk proteinə görə hazırlanır. Belə olan halda virusun yoluxudurucu qabiliyyətində artım, ya da azalma qeydə alınmalıdır. ”Omikron" variantında yeni mutasiyalar spayk proteininə bağlı olduğu üçün klinik gedişində və simptomlarda elə bir dəyişiklik yoxdur. Amma bizdə olan məlumata görə, xəstəlik “Delta” ştammından daha yüngüldür. Bütün bu məlumatlar Cənubi Afrikadan gələn informasiyalar əsasında əldə olunur. Onların verdiyi məlumata görə, bu virus yalnız peyvənd olunmayan şəxslərdə müşahidə edilib və “Delta” ştammından daha yüngül keçib. Təbii ki, ölkədən-ölkəyə, müəyyən coğrafi mövqedən asılı olaraq dəyişilir. Misal üçün, ola bilsin orada yüngül keçən virus, bizdə daha ağır keçə bilər. Amma ümumi “Delta” ştammından yüngül keçdiyi məlumdur. Bu da ümid verir ki, bu ştammın ölkəmizdə aşkarlanarsa, daha yüngül forması olar".

Mövzu ilə bağlı infeksionist Mərdan Əliyev də fikir bildirib: “Hazırda əlimizdə olan ən yaxşı profilaktika peyvənddir. İndi peyvəndi vurdurmaqdan başqa çarə qalmır. Hazırda yeni ştammların yaranması ilə bağlı belə narahatedici amillər ortaya çıxıb. Hər halda o ölkələrdə qanunun qəbul olunması buna görə düşünülür, çünki yeni ştammlar əmələ gəlir, yoluxdurucu qabiliyyəti yüksək olur. Ümumi götürəndə xəstələnib, yoluxub-sağalanların sayı da kifayət qədər çoxdur. Artıq peyvənd olunanların sayı da kifayət qədər çoxdur. Demək olar ki, peyvənd olunmamış, xəstəliyi keçirməmiş insan qalmayıb. İmmuniteti olmayan şəxslər azdır.

Bəlkə həmin ölkələrdə statistik məlumatlar var, misal üçün, o yaş qrupunda bilirlər ki, peyvənd olunanların sayı kəskin azdır. Peyvəndlənmənin sayına baxmaq lazımdır. Bəlkə bununla bağlı məcbur olaraq belə qərar qəbul olunur. Amma bu qərarın qəbul olunması təbii ki, insan hüquqlarının pozulmasıdır. Açığı Avropa ölkələrində belə bir qərarın olacağı inandırıcı deyil. Amma bəlkə bu qərarın hansısa bir detalları var. O detallarda müəyyən məqamlar nəzərdə tutulub. Elə şəxslər var ki, tibbi baxımdan onları peyvənd etmək olmaz. Bunlar xüsusi, güclü allergiyası olanlardır. Ciddi bronxial-astma xəstələri olanlar və hazırda kəskin xəstəliyi olanlar var ki, bu şəxslərə peyvənd vurmaq olmaz. Ona görə bunlar mütləq nəzərə alınmalıdır. Və bu kimi səbəblərə görə insanları vaksinasiyaya məcbur etmək olmaz".





 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sarkisyan prezident postundan niyə xaricdə olarkən istefa verib? - İNCƏLƏMƏ...
Dünən, 19:02
Kremldən qorxu şousu: heç özününkülər də buna inanmırlar - GƏLİŞMƏ
Dünən, 19:00
Azərbaycanda 757 nəfər COVID-19-a yoluxub, 9 nəfər vəfat edib
Dünən, 18:36
"Əmrahbank”-ın cinayətinin qurbanı olan qadın 15 ildir pulunu geri ala bilmir - “80 yaşım var, daha nə qədər gözləməliyəm?”
Dünən, 18:31
Şəhərdaxili hərəkət planının hazırlanması Qaydası TƏSDİQLƏNDİ
Dünən, 18:27
“Rabitəbank’’ ASC-də İdarə Heyəti Sədrinin 1-ci müavini təyin olunub - FOTO
Dünən, 18:19
“Nar” Azərbaycan çempionu tituluna sahib oldu
Dünən, 18:09
Kəmaləddin Heydərovun iki şirkəti məhkəməyə verildi
Dünən, 18:05
İsfahanda Xomeyninin heykəlini yıxmaq istədilər - Ara qarışdı
Dünən, 18:01
Ermənistanda hakimiyyət böhranı: - Armen Sarkisyan siyasətdən uzaqlaşır?
Dünən, 17:50
Böyük məişət texnikaları niyə birdən-birə 200-300 manat bahalaşıb? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:48
Prezident İlham Əliyev Fatma Səttarovaya təbrik məktubu ünvanlayıb
Dünən, 17:44
Fatma Səttarova “İstiqlal” ordeni ilə təltif edildi - SƏRƏNCAM
Dünən, 17:43
Sumqayıt sakinləri KİMƏ ŞİKAYƏT ETSİNLƏR? - NARAZILIQ!
Dünən, 17:42
Qərb diplomat ailələrini Ukraynadan niyə çıxardır? - GƏLİŞMƏ
Dünən, 17:34
“AzSığorta” ötən ili uğusuz başa vurub – ŞİRKƏT MİLYONLARLA PUL İTİRİR
Dünən, 17:31
Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusuna əsasən qərardad çıxarıb
Dünən, 17:28
Toylarla bağlı mart ayından QAYDA dəyişir – Şərtlər AÇIQLANDI
Dünən, 17:22
TƏLƏBƏ KÖCÜRÜLMƏLƏRİ NİYƏ TƏXİRƏ SALINDI? - “Vaxt məhdudiyyəti sadəcə bəhanədir”
Dünən, 17:19
Vilayət Eyvazov DYP rəisinin müavinini təqaüdə göndərib - ƏMR
Dünən, 17:17
Buraxılış imtahanlarının tarixləri açıqlanıb - Diqqət!
Dünən, 17:09
Baş Prokurorluq Eldar Mahmudovun əmisi oğlu ilə bağlı məhkəməyə müraciət edib - TƏFƏRRÜAT
Dünən, 17:05
"Prezidentin istefası iqtidara sürpriz oldu" - Köçəryan
Dünən, 17:04
Sabah dollar neçəyə olacaq?
Dünən, 17:03
“Müəllim zəng edir ki, gəlin uşaqlarınızı aparın, istilik yoxdur” - GİLEY
Dünən, 16:56
Vilyam Hacıyevin həbsini KİM SİFARİŞ EDİB? - Özü belə İDDİA EDİR
Dünən, 16:50
“Trendyol” birbaşa Azərbaycana sifariş göndərəcək: - Vasitəçilərin aqibəti necə olacaq?
Dünən, 16:48
AŞPA-nın yeni prezidenti seçilib
Dünən, 16:46
“İcbari tibbi sığorta ilə bağlı seçicilərdən xeyli şikayətlər daxil olur” - deputat
Dünən, 16:44
Ülvi Həsənli COVID xəstəsi olduğu halda polis orqanına gəlib - DİN
Dünən, 16:40
"Yerindən durana, 2 mahnı oxuyana ad verilir, İLLƏRİMİ QOYMUŞAM,NİYƏ DƏYƏR VERİLMİR?" - Əməkdar ARTİST
Dünən, 16:37
Fransa diasporu Laçınla sərhəddəki kənddə Qarabağ erməniləri üçün mərkəz açdı... - BU NƏDİ BELƏ?
Dünən, 16:36
Məhkəmə Vilyam Hacıyevin prosesə onlayn qoşulmasına icazə vermədi
Dünən, 16:26
Elton Məmmədovun oğlu Azərbaycanın tarixi şəxslərini ələ saldı: - "Yenə də yığışmışıq..."
Dünən, 16:24
Kəmalə Qaramollayevaya ev və maşın hədiyyə edən şəxs hansı məmurun oğludur? - FOTO
Dünən, 16:22
İrəvanda daha bir rəzalət: - Baş prokuror vətəndaşlıq üçün Rusiyaya müraciət edib
Dünən, 16:15
Rusiya bircə raketlə Ukraynanı belə çökdürəcək – Şok ssenari
Dünən, 16:11
Azərbaycanda 4-cü mobil operator bazara daxil olmalıdırmı? - AKTUAL
Dünən, 16:10
Paşinyan “böyük təmizliyin” son akkordunu vurdu - NƏ BAŞ VERİR?
Dünən, 16:04
Terrorçuluqda ittiham olunan ermənilərin məhkəmə istintaqı başa çatıb
Dünən, 16:02
Səbail rayonunda narkotacir və obyektlərdən nəzarətsiz qalan mobil telefonları oğurlayan şəxslər saxlanılıblar - VİDEO
Dünən, 15:59
Rubenin çaldığına oynayan Müşfiq: - “Cəzalandırılmalı, konsertləri boykot edilməlidir”
Dünən, 15:57
Böyük Turan planına qoyulan sərmayə və kəşfiyyat savaşları - İNCƏLƏMƏ...
Dünən, 15:54
Müsadirə olunan mallar bazarlara necə “ayaq açıb”? - Generalın “pirotexniki biznesi”
Dünən, 15:51
Həyətində Stalinin heykəli olan Oğuz sakini – Mədəniyyət Nazirliyinin “heykəl parkı” ideyası nə yerdə qaldı?
Dünən, 15:49
“AMEA məhv olur, elm ocağında alver baş alıb gedir” - ETİRAZ
Dünən, 15:46
“Biz haray çəkib etirazımızı bildirəndə, onlar özlərini görməməzliyə vururdu” - deputat
Dünən, 15:43
Cavid Qurbanovun qumar MONAPOLİYASI... - "Topaz" rəqiblərini belə sıradan çıxarır
Dünən, 15:39
Lənkəranda qanunsuz ov edən şəxslər saxlanılıb
Dünən, 15:36
Məmurların BÜDCƏDƏN OĞURLADIQLARI... - ARAŞDIRMA
Dünən, 15:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru