Keçmiş icra başçısı vəfat etdi .....                     “eManat”a .....                     Novxanıdakı məşhur istirahət mərkəzi .....                     Daha bir məktəbdə rüşvət QALMAQALI .....                     "Qazaxıstan olayları Azərbaycanın KTMT-yə qatılmamasının doğru olduğunu göstərdi...” .....                     Azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrin fəaliyyəti yoxlanılıb .....                     "Təsadüfi deyil ki, feministlər bəzən kimlərisə yoldan çıxarmaq istəyirlər" .....                     Türkiyə-Ermənistan münasibətlərində barış mərhələsi başlayıb .....                     Bakı fransızları bu layihələrdən çıxartmalıdır .....                     “Elə yaxşı ki, Anna Akopyanın dəstəsində olan yazıq qadınlar real döyüşlərdə iştirak etmədilər...” .....                     21 yanvarda dollar neçəyə olacaq? .....                     Daha hansı başçılar üçün YOL GÖRÜNÜR... .....                     Qaradağda 20 Yanvarla bağlı tədbir keçirilib .....                     Azərbaycanda 1151 nəfər COVID-19-a yoluxub, .....                     Hökumət inflyasiyanı necə dayandıracaq? .....                     Abşeron rayonunda 9 gün əvvəl qadını qətlə yetirərək yol kənarına atan şəxslərdən biri saxlanılıb .....                     “Belə bir həssas dönəmdə Poroşenko kimi nüfuzlu siyasətçinin geri dönməsi təsadüfi deyil” .....                     "Bu oyunların və qarayaxmaların arxasında rayonda görülən işləri gözü götürməyənlər dayanır" .....                     Çingiz Hüseynzadə yenidən Atletika Federasiyasının prezidenti seçilib .....                     Fransız deputat Azərbaycanın müdafiəsinə qalxdı .....                     Ermənistanın eks-müdafiə naziri və digər hərbçilərin məhkəməsi başlayıb .....                     Güclü külək əsəcək, qar yağacaq, yollar buz bağlayacaq .....                     "Bakıya gəlməyə yol pulum yoxdur" .....                     Fransanın çoxsaylı problemlərindən qaçan Pekres “Müqəddəs Ana” rolunda .....                     YAP-çı Ramiz Göyüşovu şantaj etməkdə suçlanan jurnalist həbsdə aclığa başladı .....                     Ət niyə bahalaşdı və ya "pulu kreditə ödəyək, yoxsa cəriməyə"... .....                     Mərkəzi xəstəxanada ŞÜBHƏLİ TENDER MÜQAVİLƏLƏRİ .....                     20 Yanvar əlillərinə və şəhid ailələrinə birdəfəlik maddi yardım ödənilib .....                     “Anası qızımı qaçırıb, icra məmurları isə tədbir görmür” .....                     “Şuşaya ildə bir dəfə səfər edilməsinə dair qərara ağız büzmək düzgün deyil” .....                     Pyotrun Avropaya açdığı pəncərə bağlana bilər: .....                     “Atəşgah”ın sədr müavini .....                     Rusiya Ukraynaya genişmiqyaslı hərbi müdaxilə edəcəkmi? .....                     Nigeriyadan 6 futbolçunu Bakıya gətirib başlarına oyun açdılar .....                     Göyçay Rayon Polis Şöbəsində 20 Yanvar faciəsi ilə əlaqədar anım tədbiri keçirilib .....                     Milli Məclis Fransa XİN başçısının .....                     "Gizirin ayaqlarına baxın, GÖRÜN NƏ GÜNƏ QOYUBLAR, İNDİ DƏ GƏTİRİB ATIBLAR ÜSTÜMƏ" .....                     “Bütün dünyaya nümayiş etdirməliyik ki, Arsax var və özümüz taleyimizin ağasıyıq" .....                     Dolların bahalaşması təxirə düşdü: .....                     Rusiya və Ukrayna qarşıdurmasında GERİ ADDIMI kim atacaq? .....                 

Ankara dövriyəyyə girərsə, Moskva geri çəkilməli olacaq - İNCƏLƏMƏ...
Tarix: 30-11-2021, 19:00 | Çap et
Ankara dövriyəyyə girərsə, Moskva geri çəkilməli olacaq
Rəsmi Kiyev Türkiyənin Ukrayna və Rusiya arasında danışıqlarda vasitəçi kimi çıxış etmək təklifinə münasibət bildirib.

Ukrayna hakimiyyəti Türkiyə Prezidenti Ərdoğanın təşəbbüsünü razılıqla qarşılayıb.

“Türkiyə Rusiya Federasiyası ilə Ukrayna arasında böhranın həllində iştirak edəcəyinə ümid edir və bu mövzunu Moskva və Kiyevlə müzakirə etmək niyyətindədir”.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan Türkmənistandan qayıdarkən jurnalistlərə açıqlamasında belə deyib. Lakin Rusiya tərəfi Türkiyə Prezidentinin təklifinə müsbət reaksiya verməyib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ərdoğanın Donbassdakı vəziyyətin həlli üçün Rusiya, Türkiyə və Ukraynanın iştirakı ilə sammitinin çağırılması təklifi ilə bağlı dərc edilən məlumatı şərh etməkdən imtina edib. “Məsələ bundadır ki, Rusiya Donbassla bağlı münaqişənin tərəfi deyil və belə sammitdə problemin həlli yollarını tapmaq mümkün olmayacaq. Münaqişənin tərəfləri bir tərəfdən Kiyev, digər tərəfdən isə özünü elan etmiş respublikaların nümayəndələridir”, - deyən Kremlin sözçüsü Ukraynanın şərqindəki problemlərin müzakirəsi üçün Moskva, Kiyev və Ankaranın iştirakı ilə Türkiyədə üçtərəfli sammitinin keçirilməsinin mümkünsüzlüyünü vurğulayıb.

Halbuki, “Normand dördlüyü”nə daxil olan Rusiya bu format çərçivəsində aparılan danışıqlar zamanı özünü vasitəçi kimi deyil, həmişə münaqişə tərəfi kimi aparıb. Ona görə də Peskovun Rusiyanın Donbasda münaqişə tərəfi olmadığına dair fikirləri daha çox Kremlin Türkiyəni prosesdən kənar tutmaq istəyindən xəbər verir. Çünki Türkiyənin vasitəçilik təklifi Ukraynanın həm diplomatik müstəvidə, həm də təhlükəsizlik baxımdan mövqeyini möhkəmlədə bilər. Bunu Ukrayna rəsmilərinin açıqlamasından da görmək olar. “Heç kimə sirr deyil ki, Ukraynaya sülhün qaytarılması ilə bağlı danışıqlar Rusiya tərəfinin son dərəcə qeyri-konstruktiv mövqeyi ucbatından açıq şəkildə dalana dirənib. O, əvvəlki razılaşmaları bərabərləşdirmək üçün müxtəlif üsullardan istifadə edir və hətta avropalı vasitəçiləri aşağılamağa imkan verir”.

Ukrayna Prezidentinin Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak belə deyib. Podolyak xatırladıb ki, bu yaxınlarda Rusiya Xarici İşlər Nazirliyi ilə Avropanın vasitəçi qurumları arasında çox qəribə, hətta təhqiredici yazışma olub. Onun fikrincə, bunu yalnız danışıqlar prosesini mümkün qədər çətinləşdirməyə yönəlmiş demarş kimi şərh etmək olar. “Bunun fonunda Türkiyə Prezidentinin Ukrayna və Rusiya arasında danışıqlarda vasitəçiliyi ilə bağlı təklifi xüsusilə güclü və vaxtında görünür”,-deyə Prezident Ofisi rəhbərinin müşaviri bildirib.

O vurğulayıb ki, Türkiyə qlobal iddiaları olan güclü siyasi oyunçudur və bu, onun yalnız aktiv beynəlxalq rola adət etməsi ilə bağlı deyil, həm də regional əhəmiyyətə malik olmasındadır. Podolyak əmindir ki, Türkiyə Prezidentinin iştirakı ilə aparılan danışıqlarda saxtakarlığın qarşısını almaq mümkündür və bunun üçün cənab Ərdoğanın kifayət qədər siyasi çəkisi var.

“Regionun xüsusiyyətlərini tam bilmək, tərəflərin daxili mənasını və mahiyyətini tamamilə dərk etmək, öz sözünü müdafiə etmək bacarığı - bütün bunlar Türkiyəyə bu cür təmaslarda arbitr olmağa, həm siyasi, həm də humanitar məsələlərin həllində, xüsusilə də saxlanılmış şəxslərin azad edilməsində kömək göstərməyə imkan verir”,-Podolyak əlavə edib. Podolyakın fikrincə, Rusiya tərəfinin Türkiyənin bu cür vasitəçilik təklifinə reaksiyası Ankaranın çəkisinin nə qədər əhəmiyyətli olduğunu Moskvanın dərk etdiyini göstərir. “Belə bir vasitəçidən qaçmaq Rusiya üçün alçaldıcı hərəkətdir. Əksinə, Ukrayna və Vladimir Aleksandroviçin Rəcəb Tayyib Ərdoğanla çox isti şəxsi münasibətləri var. Bu, şübhəsiz ki, perspektivli həll yolları tapmaq üçün bir fürsətdir”,-deyə Podolyak vurğulayıb.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba isə “YouTube” vasitəsilə keçirdiyi brifinqdə Türkiyə Prezidentinin təşəbbüsünü alqışlayıb: “Biz bu müharibəyə son qoymağa, hazırda Rusiya Federasiyasının nəzarətində olan Ukrayna ərazilərinin geri qaytarılmasına kömək edə biləcək istənilən səyləri alqışlayacağıq. Biz tərəfdaşlarla işləməyə və səyləri əlaqələndirməyə hazırıq”. Nazir qeyd edib ki, Ukrayna Normand formatında işləməyə sadiqdir. Lakin Kiyev digər tərəfdaşların və dostların təklif və təşəbbüslərindən də imtina etmir.

Kuleba əlavə edib ki, Ukrayna ilə Türkiyə arasında əla münasibətlər və prezidentlər arasında yüksək etimad var. Xarici işlər naziri xatırladıb ki, Ukrayna ilə bağlı heç bir razılaşma Ukraynasız qəbul edilməməlidir.

Göründüyü kimi, Türkiyənin vasitəçi qismində çıxış etməsi Ukrayna üçün əlverişli görünsə də, Rusiyanın maraqlarına cavab vermir. Lakin həm rəsmi Kiyevin, həm Kremlin verdiyi açıqlamalar hər iki tərəf üçün “qırmızı xətt”in nəzərə alınmasını istəyir. Yəni Ukrayna Rusiyanın Donbas münaqişəsinin həllində güzəştə getməsini, işğal olunmuş ərazilərlə bağlı hər hansı qərarın qəbulunda Kiyevin birbaşa iştirakını vacib sayır. Türkiyənin danışıqlar prosesində vasitəçilik missiyasını öz üzərinə götürməsi Ukraynaya sonrakı mərhələdə Krım məsələsini də Rusiya ilə müzakirə predmetinə çevirmək üçün hüquqi əsas yarada bilər. Çünki Rusiya Krımı öz ərazisi saysa da, həmin ərazilərin tarixən Osmanlı imperiyasına aid olduğunu etiraf edir.

1774-cü il Kiçik Qaynarca müqaviləsinə görə, Krım xanlığı Osmanlının tərkibindən ayrılıb müstəqil olmasına baxmayaraq, İmperator II Yekaterinanın Krımı Rusiyanın tərkibinə daxil etmək üçün 1783-cü il aprel ayının 19-da imzaladığı Fərmanda mühüm bir maddə var. 1791-ci ildə Rusiya və Osmanlı dövləti arasında imzalanmış Yassı müqaviləsinə görə, Krım yarımadası Rusiyanın tərkibinə keçsə də, həmin maddə özünün hüquqi qüvvəsini itirməyib. Həmin maddəyə görə, Krım müstəqillik əldə edə və üçüncü dövlətə verilə bilməz. Bu maddənin pozulduğu halda isə Krım Türkiyəyə verilməlidir.

1991-ci ildə SSRİ-nin dağılmasından sonra Krım Ukraynaya deyil, Türkiyəyə verilməli idi. Ancaq Türkiyənin ovaxtkı başçısı Turqut Özal Türkiyənin şimalında və ümumiyyətlə, dünyada baş verən geosiyasi dəyişiklikləri nəzərə alaraq Krımın qaytarılması mövqeyindən çıxış etməyib. Türkiyə yalnız Krım tatarlarının hüquqlarının bərpa edilməsini xahiş edib. Əgər Krım Rusiyaya birləşmək istəsə, bunun üçün öncə rəsmi Kiyevdən müstəqillik almalıdır. Belə olan halda isə Türkiyə Krımı qaytarmağa iddia edə bilər. Bu səbəbdən Ukrayna Türkiyənin Krımı Rusiyadan geri tələb edə biləcək yeganə qüvvə olan Türkiyənin prosesə qatılmağında maraqlıdır. Əvəzində isə Ukrayna Türkiyənin Krım tatarları üzərində siyasi protektoratlığını tanımağa hazırdır. Çünki Krım ruslarının qondarma referendum keçirib özünü müstəqil elan edərək sonra Rusiyanın tərkibinə daxil olması II Yekaterinanın Fərmanına ziddir. Bu halda Türkiyə Krıma olan iddiasını ortaya qoya bilər. Ona görə də Rusiya Türkiyənin Ukrayna ilə münaqişədə vasitəçi kimi iştirakında maraqlı deyil.

Eyni zamanda, Rusiya özünün münaqişə tərəfi olmadığını deməklə Türkiyənin vasitəçiliyi ilə keçiriləcək danışıqların Ukrayna və eləcə də Donbasdakı separatçı rejimlər arasında aparılmalı olduğuna eyham vurur. Bununla da rəsmi Moskva Ukrayna hakimiyyətinin separatçı rejimləri müstəqil subyekt və münaqişə tərəfi kimi tanıyacağı halda Türkiyənin vasitəçiliyinin mümkünlüyünə işarə edir. Təbii ki, nə Ankara, nə də Kiyev bu mövqe ilə razılaşar. Ancaq Türkiyənin münaqişəli bölgələrdə Rusiya ilə birgə sülhyaratma təcrübəsi var.

Görünür, Prezident Ərdoğan Suriyada, Qarabağda olduğu kimi Ukraynada da Rusiya ilə razılaşdırılmış qaydada təhlükəsizliyin təminatında iştirak etməyi təklif edir. Rusiyanın Ukrayna sərhədinə 100 minlik ordu topladığı və hücuma hazırlaşdığına dair məlumatların artdığı bir vaxtda Türkiyənin dövriyyəyə girməsi gərginliyi aradan qaldıra bilər. Kiyev və Ankaranın hərbi-siyasi müstəvidə yüksək strateji tərəfdaş olduğunu nəzərə alsaq, Ərdoğanın qeyd edilən təklifinin reallaşması Ukraynanı bu təhlükədən xilas etmiş olar. Yəni Prezident Ərdoğanın təşəbbüsünü Ukraynaya diplomatik dəstəyi kimi başa düşmək olar. Həmçinin, Ərdoğan və Putin arasında münaqişəli bölgələrdə kompromis yolu ilə sülhün təmin edilməsində qarşılıqlı etimad formalaşıb. Donbas münaqişəsinin həllinə dair Minsk razılaşmasının öz əhəmiyyətini itirdiyi bir vaxtda Türkiyənin vasitəçiliyi ilə yeni formatın yaradılması və Ərdoğan-Putin əməkdaşlıq təcrübəsinin tətbiqi aşağıdakı nəticələrə səbəb ola bilər.

Birincisi, Donbas problemi dondurulmuş münaqişlər sırasından çıxa bilər.

İkincisi, Ukraynanın ərazi bütövlüyünün təmin olunması istiqamətində müəyyən irəliləyişlər əldə oluna bilər.

Üçüncü, Rusiyanın Ukraynaya hərbi müdaxilə təhlükəsi aradan qalxmış olar.

Dördüncü, Ukraynanın Donbasda separatçılara qarşı “Bayraktar TB 2” pilotsuz uçuş aparatlarından zərbə endirməsindən sonra Moskvadan Ərdoğan iqtidarının ünvanına ittihamlar artıb. Ona görə də Türkiyə Prezidenti vasitəçilik təklif etməklə Donbasdakı problemin yalnız hərbi deyil, sülh yolu ilə də tərəfdarı olduğunu Rusiyaya nümayiş etdirmək istəyir.

Beşinci, Qara dəniz hövzəsində və Ukrayna cəbhəsində ABŞ başda olmaqla NATO-Rusiya qarşıdurmasının artdığı bir vaxtda Türkiyə bölgədəki maraqlarının müdafiəsindən vaz keçməyəcəyinə dair mesaj verir. Xüsusilə də Türk Dövlətləri Təkilatının yaradılmasına ev sahibliyi edən rəsmi Ankara Krım türklərinin durumundan narahatlığını ifadə edir. Lakin Rusiyanın Türkiyəyə “yox” cavabı verməsi Kremlin əleyhinə işləyən növbəti amilə çevrilə bilər. Çünki Türkiyənin vasitəçiliyi ilə bölgədə ən azı sabitliyə nail olunması və Ukrayna ilə danışıqların başlanması Rusiyaya qarşı Qərbin təzyiqlərini azaltmış olar.





 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Keçmiş icra başçısı vəfat etdi
Bu gün, 17:48
“eManat”a - YENİ TƏYİNAT
Bu gün, 17:33
Novxanıdakı məşhur istirahət mərkəzi FANTASTİK qiymətə satılır
Bu gün, 17:28
Daha bir məktəbdə rüşvət QALMAQALI – Direktorla müəllimin SƏSYAZISINDA nələr var?
Bu gün, 17:23
"Qazaxıstan olayları Azərbaycanın KTMT-yə qatılmamasının doğru olduğunu göstərdi...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:19
Azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrin fəaliyyəti yoxlanılıb
Bu gün, 17:17
"Təsadüfi deyil ki, feministlər bəzən kimlərisə yoldan çıxarmaq istəyirlər" - deputat
Bu gün, 17:15
Türkiyə-Ermənistan münasibətlərində barış mərhələsi başlayıb - Professor
Bu gün, 17:12
Bakı fransızları bu layihələrdən çıxartmalıdır - ÇAĞIRIŞ
Bu gün, 17:07
“Elə yaxşı ki, Anna Akopyanın dəstəsində olan yazıq qadınlar real döyüşlərdə iştirak etmədilər...”
Bu gün, 16:59
21 yanvarda dollar neçəyə olacaq?
Bu gün, 16:56
Daha hansı başçılar üçün YOL GÖRÜNÜR... - İDDİA
Bu gün, 16:46
Qaradağda 20 Yanvarla bağlı tədbir keçirilib
Bu gün, 16:37
Azərbaycanda 1151 nəfər COVID-19-a yoluxub, 9 nəfər vəfat edib
Bu gün, 16:35
Hökumət inflyasiyanı necə dayandıracaq? - Deputat və iqtisadçı problemə fərqli yanaşır
Bu gün, 16:29
Abşeron rayonunda 9 gün əvvəl qadını qətlə yetirərək yol kənarına atan şəxslərdən biri saxlanılıb - VİDEO
Bu gün, 16:24
“Belə bir həssas dönəmdə Poroşenko kimi nüfuzlu siyasətçinin geri dönməsi təsadüfi deyil” - AÇIQLAMA
Bu gün, 16:14
"Bu oyunların və qarayaxmaların arxasında rayonda görülən işləri gözü götürməyənlər dayanır" - REAKSİYA
Bu gün, 16:09
Çingiz Hüseynzadə yenidən Atletika Federasiyasının prezidenti seçilib
Bu gün, 16:00
Fransız deputat Azərbaycanın müdafiəsinə qalxdı - AÇIQLAMA
Bu gün, 15:58
Ermənistanın eks-müdafiə naziri və digər hərbçilərin məhkəməsi başlayıb
Bu gün, 15:55
Güclü külək əsəcək, qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Bu gün, 15:49
"Bakıya gəlməyə yol pulum yoxdur" - ANANIN FƏRYADI
Bu gün, 15:47
Fransanın çoxsaylı problemlərindən qaçan Pekres “Müqəddəs Ana” rolunda - ŞƏRH
Bu gün, 15:45
YAP-çı Ramiz Göyüşovu şantaj etməkdə suçlanan jurnalist həbsdə aclığa başladı
Bu gün, 15:44
Ət niyə bahalaşdı və ya "pulu kreditə ödəyək, yoxsa cəriməyə"... - AKTUAL
Bu gün, 15:41
Mərkəzi xəstəxanada ŞÜBHƏLİ TENDER MÜQAVİLƏLƏRİ - İLGİNC
Bu gün, 15:39
20 Yanvar əlillərinə və şəhid ailələrinə birdəfəlik maddi yardım ödənilib - Diqqət!
Bu gün, 15:33
“Anası qızımı qaçırıb, icra məmurları isə tədbir görmür” - Ata şikayətçidir
Bu gün, 15:32
“Şuşaya ildə bir dəfə səfər edilməsinə dair qərara ağız büzmək düzgün deyil” – Elman Nəsirov
Bu gün, 15:27
Pyotrun Avropaya açdığı pəncərə bağlana bilər: - Rusiya 3 cəbhədə vuruşmağa qadir deyil
Bu gün, 15:24
“Atəşgah”ın sədr müavini - VƏZİFƏSİNDƏN AYRILDI
Bu gün, 15:14
Rusiya Ukraynaya genişmiqyaslı hərbi müdaxilə edəcəkmi? - İNCƏLƏMƏ...
Bu gün, 15:05
Nigeriyadan 6 futbolçunu Bakıya gətirib başlarına oyun açdılar - ŞOK FAKTLAR
Bu gün, 15:02
Göyçay Rayon Polis Şöbəsində 20 Yanvar faciəsi ilə əlaqədar anım tədbiri keçirilib
Bu gün, 14:57
Milli Məclis Fransa XİN başçısının Azərbaycan Prezidentindən üzr istəməsini tələb edir
Bu gün, 14:56
"Gizirin ayaqlarına baxın, GÖRÜN NƏ GÜNƏ QOYUBLAR, İNDİ DƏ GƏTİRİB ATIBLAR ÜSTÜMƏ" - Ananın FƏRYADI
Bu gün, 14:00
“Bütün dünyaya nümayiş etdirməliyik ki, Arsax var və özümüz taleyimizin ağasıyıq" - Babayan SƏRSƏMLƏDİ
Bu gün, 13:26
Dolların bahalaşması təxirə düşdü: - Dünyada baş verənlər manatı möhkəmləndirir...
Bu gün, 13:24
Rusiya və Ukrayna qarşıdurmasında GERİ ADDIMI kim atacaq? - “Hər iki tərəf sürətlə silahlanır”
Bu gün, 13:22
Bəzi yerlərdə qar yağacağı gözlənilir - Belə deyirlər...
Bu gün, 13:19
İrəvan ərazi bütövlüyümüzü tanımasa, Bakı Göyçə və Zəngəzuru... - GƏLİŞMƏ
Bu gün, 13:17
Nərimanov rayonunda narkokuryerlik edən 8 nəfər saxlanılıb - Aralarında qadın da var
Bu gün, 13:14
“Təhsil Nazirliyi şəhidlərə hörmətsizliyə görə xalqdan üzr istəməlidir” - TƏLƏB!
Bu gün, 13:05
Anasını balta ilə qətlə yetirən şəxs axtarılır - FOTO
Bu gün, 12:59
Kəmaləddin Heydərovun işçisinin adı DƏLƏDUZLUQDA HALLANIR - İTTİHAM
Bu gün, 12:53
Abdin Fərzəliyevə YENİ ETİMAD - Abşerona icra başçısı gətirildi
Bu gün, 12:52
Prezident Nərimanovun icra başçısını vəzifəsindən azad edib - SƏRƏNCAM
Bu gün, 12:49
İradə Gülməmmədova icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 12:48
Şamaxıda nişandan sonra dava: "Anası, bibisi yaxın gəlmədi..." - TƏFƏRRÜAT
Bu gün, 12:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru