Sarkisyan prezident postundan niyə xaricdə olarkən istefa verib? .....                     Kremldən qorxu şousu: heç özününkülər də buna inanmırlar .....                     Azərbaycanda 757 nəfər COVID-19-a yoluxub, .....                     "Əmrahbank”-ın cinayətinin qurbanı olan qadın 15 ildir pulunu geri ala bilmir .....                     Şəhərdaxili hərəkət planının hazırlanması Qaydası .....                     “Rabitəbank’’ ASC-də İdarə Heyəti Sədrinin 1-ci müavini təyin olunub .....                     “Nar” Azərbaycan çempionu tituluna sahib oldu .....                     Kəmaləddin Heydərovun iki şirkəti .....                     İsfahanda Xomeyninin heykəlini yıxmaq istədilər .....                     Ermənistanda hakimiyyət böhranı: .....                     Böyük məişət texnikaları niyə birdən-birə 200-300 manat bahalaşıb? .....                     Prezident İlham Əliyev Fatma Səttarovaya .....                     Fatma Səttarova “İstiqlal” ordeni ilə təltif edildi .....                     Sumqayıt sakinləri KİMƏ ŞİKAYƏT ETSİNLƏR? .....                     Qərb diplomat ailələrini Ukraynadan niyə çıxardır? .....                     “AzSığorta” ötən ili uğusuz başa vurub .....                     Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusuna əsasən .....                     Toylarla bağlı mart ayından QAYDA dəyişir .....                     TƏLƏBƏ KÖCÜRÜLMƏLƏRİ NİYƏ TƏXİRƏ SALINDI? .....                     Vilayət Eyvazov DYP rəisinin müavinini təqaüdə göndərib .....                     Buraxılış imtahanlarının tarixləri açıqlanıb .....                     Baş Prokurorluq Eldar Mahmudovun əmisi oğlu ilə bağlı məhkəməyə müraciət edib .....                     "Prezidentin istefası iqtidara sürpriz oldu" .....                     Sabah dollar neçəyə olacaq? .....                     “Müəllim zəng edir ki, gəlin uşaqlarınızı aparın, istilik yoxdur” .....                     Vilyam Hacıyevin həbsini KİM SİFARİŞ EDİB? .....                     “Trendyol” birbaşa Azərbaycana sifariş göndərəcək: .....                     AŞPA-nın yeni prezidenti seçilib .....                     “İcbari tibbi sığorta ilə bağlı seçicilərdən xeyli şikayətlər daxil olur” .....                     Ülvi Həsənli COVID xəstəsi olduğu halda polis orqanına gəlib .....                     "Yerindən durana, 2 mahnı oxuyana ad verilir, İLLƏRİMİ QOYMUŞAM,NİYƏ DƏYƏR VERİLMİR?" .....                     Fransa diasporu Laçınla sərhəddəki kənddə Qarabağ erməniləri üçün mərkəz açdı... .....                     Məhkəmə Vilyam Hacıyevin prosesə onlayn qoşulmasına .....                     Elton Məmmədovun oğlu Azərbaycanın tarixi şəxslərini ələ saldı: .....                     Kəmalə Qaramollayevaya ev və maşın hədiyyə edən şəxs hansı məmurun oğludur? .....                     İrəvanda daha bir rəzalət: .....                     Rusiya bircə raketlə Ukraynanı belə çökdürəcək .....                     Azərbaycanda 4-cü mobil operator bazara daxil olmalıdırmı? .....                     Paşinyan “böyük təmizliyin” son akkordunu vurdu .....                     Terrorçuluqda ittiham olunan ermənilərin məhkəmə istintaqı başa çatıb .....                 

"Avrasiya modeli Qərbin atlantist geosiyasətinə meydan oxuyur" - Valeri Korovin
Tarix: 30-11-2021, 10:19 | Çap et
"Avrasiya modeli Qərbin atlantist geosiyasətinə meydan oxuyur"
“Rusiya Güney Qafqazda sülhün bərqərar olmasını istəyir, Qərb isə əksinə. Çünki planetin hansı regionuna aid olmasından asılı olmayaraq Qərbin, ilk növbədə, Amerikanın mövcudluğu məhz müharibə yolu ilə bərqərar olur. Müharibə ABŞ-a hərbi müdaxilə üçün bəhanədir. Amerikalı siyasi strateqlərin müharibəni alovlandırmaq istəyi də, Qərb siyasətçilərinin sülhün bərqərar olmasından narazılığı da bundan irəli gəlir”.
Bu sözləri Geosiyasi Ekspertiza Mərkəzinin direktoru, Beynəlxalq Avrasiya Hərəkatının sədr müavini, rusiyalı politoloq Valeri Korovin AzVision.az -a müsahibəsində deyib. O, Soçidə Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüşü şərh edərkən bildirib ki, üçtərəfli razılaşmalar vəziyyəti həmişəki kimi eyni vaxtda bir neçə istiqamətdən çalxalamağa çalışan Qərbi və regiondakı Amerika şəbəkələrini qane etmir.

- Nəticədə anti-Rusiya təbliğatı həm Ermənistan, həm Azərbaycan, həm də Türkiyə tərəfdən sel kimi axır.- Korovin deyir - Rəsmi media hələ ki düzgün mövqeyə sadiq qalsa da, blogosfer sadəcə nifrət və kin püskürür. Əsas təsir obyekti Rusiya sülhməramlılarıdır. Əslində regionda real sülhün yeganə effektiv təminatçısı da onlardır və bu artıq qeyd olunduğu kimi, Qərb və Amerika siyasi strateqlərini qane etmir. Onların vəzifəsi həm erməni, həm də Azərbaycan tərəfi rusofob ritorika ilə qızışdırmaqdır ki, sülhməramlılar da regiondakı sülhün özü kimi, hər iki tərəfin qaya kimi sərt nifrətinin arasında sıxışıb qalsınlar. Hər iki tərəf üçün özünəməxsus arqumentlər müəyyən edilir. Ermənilərə deyirlər ki, onlar Rusiyadan əlavə dəstək almayıblar, azərbaycanlılara isə rusların yalnız ermənilərə kömək etdiyini təlqin edirlər. Hər iki çağırış revanşist motivlərdən qaynaqlanır və bundan əsas fayda götürən ABŞ-dır. Axı kim müharibənin ölkəsi üçün faydalı olduğunu düşünə bilər?
Beləliklə, üç ölkə liderinin vəzifəsi sabitliyin pozulmasına səbəb olan bütün amilləri, ilk növbədə Qərb şəbəkəsinin mövcudluğunu aradan qaldıraraq regionda sülhü möhkəmləndirməkdir. Amerika şəbəkələrini ləğv etmək, Amerika propoqandasını, əsasən anti-Rusiya təbliğat mənbələrini bağlamaq və Avrasiya inteqrasiya layihələrinin həyata keçirilməsi üçün möhkəm zəmin yaratmaq liderlərin birbaşa məsuliyyət daşıdığı sahədir. Müharibə və ya daim alovlanan münaqişə şəraitində nəyin mümkünsüz olduğunu Vaşinqtonda yaxşı başa düşürlər. Avrasiya layihələri və onların uğurla həyata keçirilməsi ABŞ-ın postsovet məkanında, xüsusən də Transqafqazda apardığı atlantist geosiyasətə birbaşa meydan oxumaqdır.

- Üçtərəfli bəyanatda yerinə yetirilməyən bəndlərdən biri də 9-cu bənddir ki, ona əsasən, tərəflər regionda bütün iqtisadi və nəqliyyat kommunikasiyalarını blokdan çıxarmaq barədə razılığa gəliblər. Sizcə, Ermənistan bu bəndi yerinə yetirəcəkmi?
- Regionda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması bütün Avrasiya inteqrasiya layihələrinin əsasını təşkil edir. Lakin yuxarıda qeyd edildiyi kimi, Avrasiya modeli Qərbin atlantist geosiyasətinə meydan oxuyur, bu isə o deməkdir ki, Qərbin Güney Qafqazda mövcudluğu üçün təhlükə yaradır. Geosiyasi qayda belədir. Regionda nəqliyyat kommunikasiyalarının açılması ilə müşayiət olunan Avrasiya təşəbbüslərini pozmaq istəyi də buradan yaranır.

Burada onu da nəzərə almaq lazımdır ki, Avrasiya inteqrasiyasının əsas mühərriki məhz Rusiyadır. Rusiya Avrasiyanın ürəyidir. Tarixin coğrafi oxu onun regionda fəal iştirakı, möhkəm mövqeyi, Moskvanın həyata keçirdiyi aydın və təsdiqlənmiş Avrasiya geosiyasi modeli ilə bağlıdır. Bu olmasa, region yenidən Amerikanın geosiyasi nəzarətinə keçəcək və bu vəziyyətdə bütün inteqrasiya, o cümlədən nəqliyyat təşəbbüsləri Qərbin atlantist geosiyasətinin maraqlarına uyğun olaraq əks istiqamətdə hərəkət edəcək. Deməli, həm Ermənistanın, həm də İranın Rusiyanın zəifləyəcəyi, Qərbin isə möhkəmlənəcəyi ilə bağlı qorxuları artacaq və bu da maraqlarda ciddi disbalans yaradacaq.

Bu məsələdə mühüm rolu bu gün Avrasiya və Atlantik geosiyasi xətləri arasında döyüş meydanı olan Türkiyə oynayır. Türkiyə bir tərəfdən (ABŞ-ın onun üçün yaratdığı bütün problemlərə baxmayaraq) hələ də NATO üzvü olaraq qalır və bu da onun Amerika geosiyasətinə tabeliyini, orada güclü Qərb təsirinin olmasını qoruyub saxlayır. Digər tərəfdən, Türkiyə aktiv şəkildə Amerikanın himayəsindən qurtulmağa çalışır, NATO-dan çıxmaq və daha suveren mövqe tutmaq çağırışları türk elitaları arasında getdikcə daha ucadan səslənir.
Eyni Avrasiya modelində əsas yerlərdən birini regionun atlantist geosiyasi mənzərəsində yeri olmayan, Birləşmiş Ştatların marağına uyğun olaraq Azərbaycan ictimai rəyinin fəal şəkildə kökləndiyi İran tutacaq. Bütün bunlar hələ ki o qədər də birmənalı deyil, ona görə də Ermənistan və İranın qorxuları Rusiyanın güclü Avrasiya geosiyasi xəttini davam etdirərək regionda mühüm rol oynayacağı, yaxud daxili problemlərinə qapanaraq bitərəf davranacağı ilə bağlıdır. Rusiyanın təsiri ilə bağlı bu əminlik olmayana qədər heç bir təminat da olmayacaq, çünki onlara əməl etmək mümkün olmayacaq.

- Ermənistanın sülh sazişi təklifini qəbul etməsi, sərhədlərin demarkasiyası və delimitasiyası prosesinə başlaması üçün nə etmək lazımdır?
- Hazırda regiondakı ziddiyyətlərin mərkəzində Atlantik və Avrasiya xətləri arasında gedən mübarizə dayanır. Xüsusən də, daxili siyasi qarşıdurmanın hələ bitmədiyi Türkiyədə. Bu isə o deməkdir ki, sonda hansı - amerikapərəst, yoxsa avrasiyapərəst tərəfin qalib gələcəyi tam bəlli deyil. Bu da öz növbəsində ekspansiyanın, eyni zamanda Zəngəzur dəhlizinin bərpasının hansı istiqamətdə aparılacağını müəyyənləşdirir. O, Qərbin Avrasiya qitəsinin dərinliklərinə doğru, Rusiyaya qarşı ekspansiyasının alətinə çevriləcək (bu o deməkdir ki, Azərbaycan həm də Atlantik geosiyasət üçün platsdarm olacaq); yoxsa bu nəqliyyat dəhlizi Avrasiya inteqrasiyasının alətinə çevriləcək, onun vasitəsilə Avrasiya sülh və əməkdaşlıq oxu qurulacaq, Avrasiya İttifaqının bir hissəsi kimi Rusiyanın müttəfiqlərinə - Azərbaycana və Türkiyəyə yönələcək?

Bu gün Azərbaycan danışıqlar prosesində özünü daha inamlı hiss edir, ona görə ki, Türkiyənin dəstəyi birmənalıdır. Ancaq bunu erməni tərəfi haqqında demək olmaz. Çünki Rusiya bir tərəfdən Ermənistanın təhlükəsizliyini və suverenliyini dəstəkləyir, digər tərəfdən isə oradakı siyasi vəziyyətdən, Sorosun dəstəyi və Amerika şəbəkələrinin orada qurduğu rejimdən narazıdır. Erməni tərəfinin qeyri-müəyyənliyi və nəticə etibarı ilə ehtiyatlılığı da bundan irəli gəlir. Birdən Rusiya dəstəkləməsə, onda necə olacaq? O zaman Zəngəzur dəhlizi Azərbaycanın və NATO üzvü olan Türkiyənin siyasi təzyiq alətinə çevriləcək və İran bunu istəmir.

Bütün şübhələri məhz Rusiya həll edə bilər, Soçidə keçirilən görüşün bütün iştirakçıları, eləcə də bütün maraqlı müşahidəçilər bunu gözləyirlər. Əgər Rusiya lideri Avrasiyaya inteqrasiya proseslərinin davam etdirilməsi ilə bağlı aydın və dəqiq xətti təsdiqləsə, Rusiya bütün tərəflər, o cümlədən Ermənistan üçün təhlükəsizliyin təminatçısı kimi çıxış etsə, o zaman Zəngəzur dəhlizi məsələsi həll olunmuş sayıla bilər. Amma bunun üçün Ermənistan tərəfin də qarşılıqlı addımlar atmasına ehtiyac var ki, bunlardan biri də indiki hakimiyyətin sanki gözdən qaçırdığı qızğın anti-Rusiya və rusofob təbliğatın qarşısının alınması olmalıdır. Yaxud da onlar Vaşinqtonun göstərişi ilə özlərini elə aparırlar ki, sanki bunun fərqinə varmırlar, amma unutmaq olmaz ki, belə çılğın rusofob informasiya siyasətini qızışdıran başqa maraqlı tərəflər yoxdur.

- Qarabağla bağlı üçtərəfli bəyanatın bütün bəndlərinə əməl edilməməsi Ermənistan üçün necə nəticələnə bilər?
- Ermənistan 44 günlük müharibədə məğlub olduqdan sonra ümumilikdə çox riskli vəziyyətə düşdü. Əslində Ermənistan dövlətçiliyi mövcudluğunu itirmək ərəfəsindədir. Buna səbəb qeyri-müəyyən geosiyasi mövqedir. Ermənistan kiminlə - Rusiya, yoxsa Qərblə birlikdə olduğuna qərar verməlidir. Bunu etməyən Ermənistan sadəcə parçalanacaq, tikə-tikə olacaq. Ancaq qərar verərək, bu və ya digər istiqamətdə aydın addımlar atmış olacaq. 1990-cı illərdə Rusiyada bulanıqlıq, geosiyasi çılğınlıqlıq, anabioz vəziyyət hökm sürəndə bu qeyri-müəyyənlik bəlkə də hər hansı şəkildə mümkün idi. Ancaq hazırda Rusiya bu geosiyasi yuxudan oyanır, qüvvələr nisbəti aydındır, mövqe müəyyənləşib, geosiyasi məntiq qayıdıb və belədir: Rusiya var, o, Avrasiyanın Qəlbidir, bir də ona qarşı olan Atlantik Qərb var. Qalan hər kəs öz seçimini etməlidir.


Əgər Ermənistan həqiqətən dövlət kimi özünü qorumaq istəyirsə, Qərblə oyun oynamağı dayandırmalıdır, çünki o, Qərb üçün həmişə yalnız vasitə olaraq qalacaq. Onun sakinləri də planetin sivil Qərbdən kənar bütün digər sakinləri kimi vəhşi və barbardır.
Bu isə o deməkdir ki, Paşinyan aydın bəyanatlar verməlidir. Avrasiya inteqrasiya layihələrini açıq və birmənalı şəkildə dəstəkləməli, Ermənistanın işlərinə Qərbin müdaxiləsini məhdudlaşdırmalı, xarici agentlər haqqında qanun qəbul etməli, Belarusda olduğu kimi minlərlə Amerika QHT-sini bağlamalı, Qərbdən maliyyələşən media orqanlarını qapatmalı, Amerika "diplomatik" missiyalarınının, əslində isə kəşfiyyat şəbəkəsinin varlığını məqbul ölçüyə qədər azaltmalıdır. Nəhayət, bütün rusofob elementləri susdurmalıdır. Bu aydın və birmənalı addımlar olmadan Rusiyanın Ermənistan dövlətinin təhlükəsizliyinə, Ermənistanın isə öz növbəsində Qarabağla bağlı üçtərəfli razılaşmaları yerinə yetirmək imkanlarına zəmanət vermək çətin olacaq. Axı Ermənistan öz öhdəliklərini yerinə yetirmək üçün mövcud olmalıdır. Bu isə ya Rusiyanın himayəsində olan Avrasiya layihələri çərçivəsində ola bilər, ya da... başqa alternativ də var – Amerikanın geosiyasi maraqlarının tiyanında yanmaq.

- Rusiya Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanmasına kömək edə bilərmi?
- Rusiya bu gün Güney Qafqazda hər şeyi edə bilər, çünki o, Avrasiyanın geosiyasi mərkəzidir, sülhün, sabitliyin və inkişafın mənbəyidir, gözümüzün önündə formalaşmaqda olan çoxqütblü dünyanın Avrasiya sivilizasiya qütbünün formalaşmasında cazibə mərkəzidir.
Sülh təkcə Azərbaycanla Ermənistan arasında deyil, ümumilikdə Avrasiyada mümkündür. Bunun üçün Qərb özünün dağıdıcı modelləri, müharibəsi, təkəbbürü, sivilizasiyalı irqçilik və dünyaya hakim olmaq istəyi ilə Avrasiyadan çıxmalıdır. O yalnız bəşəriyyətin qalan hissəsini ənənəvi Qərb müstəmləkəçiliyi ruhunda öz maraqları naminə, "demokratiya" və "insan hüquqları" haqqında cəfəngiyyat pərdəsi altında istismar edə bilər.
Amerika mərkəzli dünyada yalnız “Qərb adamı” (daha doğrusu, post-insan) hüquqlara malikdir, qalanları isə yalnız Qərbin maraqları naminə Amerika istismarının obyektidir – bu baxımdan heç nə dəyişməyib və dəyişməyəcək. Əgər sülh istəyiriksə, Qərb bizim ümumi Avrasiya evimizdən çıxmalıdır. Əgər könüllü getmək istəmirsə, o zaman ona kömək etməli olacağıq. Hamımız birlikdə. Əks halda sülh olmayacaq. Heç bir yerdə.

Vzglyad.az / AzVision.az





 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sarkisyan prezident postundan niyə xaricdə olarkən istefa verib? - İNCƏLƏMƏ...
Dünən, 19:02
Kremldən qorxu şousu: heç özününkülər də buna inanmırlar - GƏLİŞMƏ
Dünən, 19:00
Azərbaycanda 757 nəfər COVID-19-a yoluxub, 9 nəfər vəfat edib
Dünən, 18:36
"Əmrahbank”-ın cinayətinin qurbanı olan qadın 15 ildir pulunu geri ala bilmir - “80 yaşım var, daha nə qədər gözləməliyəm?”
Dünən, 18:31
Şəhərdaxili hərəkət planının hazırlanması Qaydası TƏSDİQLƏNDİ
Dünən, 18:27
“Rabitəbank’’ ASC-də İdarə Heyəti Sədrinin 1-ci müavini təyin olunub - FOTO
Dünən, 18:19
“Nar” Azərbaycan çempionu tituluna sahib oldu
Dünən, 18:09
Kəmaləddin Heydərovun iki şirkəti məhkəməyə verildi
Dünən, 18:05
İsfahanda Xomeyninin heykəlini yıxmaq istədilər - Ara qarışdı
Dünən, 18:01
Ermənistanda hakimiyyət böhranı: - Armen Sarkisyan siyasətdən uzaqlaşır?
Dünən, 17:50
Böyük məişət texnikaları niyə birdən-birə 200-300 manat bahalaşıb? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:48
Prezident İlham Əliyev Fatma Səttarovaya təbrik məktubu ünvanlayıb
Dünən, 17:44
Fatma Səttarova “İstiqlal” ordeni ilə təltif edildi - SƏRƏNCAM
Dünən, 17:43
Sumqayıt sakinləri KİMƏ ŞİKAYƏT ETSİNLƏR? - NARAZILIQ!
Dünən, 17:42
Qərb diplomat ailələrini Ukraynadan niyə çıxardır? - GƏLİŞMƏ
Dünən, 17:34
“AzSığorta” ötən ili uğusuz başa vurub – ŞİRKƏT MİLYONLARLA PUL İTİRİR
Dünən, 17:31
Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusuna əsasən qərardad çıxarıb
Dünən, 17:28
Toylarla bağlı mart ayından QAYDA dəyişir – Şərtlər AÇIQLANDI
Dünən, 17:22
TƏLƏBƏ KÖCÜRÜLMƏLƏRİ NİYƏ TƏXİRƏ SALINDI? - “Vaxt məhdudiyyəti sadəcə bəhanədir”
Dünən, 17:19
Vilayət Eyvazov DYP rəisinin müavinini təqaüdə göndərib - ƏMR
Dünən, 17:17
Buraxılış imtahanlarının tarixləri açıqlanıb - Diqqət!
Dünən, 17:09
Baş Prokurorluq Eldar Mahmudovun əmisi oğlu ilə bağlı məhkəməyə müraciət edib - TƏFƏRRÜAT
Dünən, 17:05
"Prezidentin istefası iqtidara sürpriz oldu" - Köçəryan
Dünən, 17:04
Sabah dollar neçəyə olacaq?
Dünən, 17:03
“Müəllim zəng edir ki, gəlin uşaqlarınızı aparın, istilik yoxdur” - GİLEY
Dünən, 16:56
Vilyam Hacıyevin həbsini KİM SİFARİŞ EDİB? - Özü belə İDDİA EDİR
Dünən, 16:50
“Trendyol” birbaşa Azərbaycana sifariş göndərəcək: - Vasitəçilərin aqibəti necə olacaq?
Dünən, 16:48
AŞPA-nın yeni prezidenti seçilib
Dünən, 16:46
“İcbari tibbi sığorta ilə bağlı seçicilərdən xeyli şikayətlər daxil olur” - deputat
Dünən, 16:44
Ülvi Həsənli COVID xəstəsi olduğu halda polis orqanına gəlib - DİN
Dünən, 16:40
"Yerindən durana, 2 mahnı oxuyana ad verilir, İLLƏRİMİ QOYMUŞAM,NİYƏ DƏYƏR VERİLMİR?" - Əməkdar ARTİST
Dünən, 16:37
Fransa diasporu Laçınla sərhəddəki kənddə Qarabağ erməniləri üçün mərkəz açdı... - BU NƏDİ BELƏ?
Dünən, 16:36
Məhkəmə Vilyam Hacıyevin prosesə onlayn qoşulmasına icazə vermədi
Dünən, 16:26
Elton Məmmədovun oğlu Azərbaycanın tarixi şəxslərini ələ saldı: - "Yenə də yığışmışıq..."
Dünən, 16:24
Kəmalə Qaramollayevaya ev və maşın hədiyyə edən şəxs hansı məmurun oğludur? - FOTO
Dünən, 16:22
İrəvanda daha bir rəzalət: - Baş prokuror vətəndaşlıq üçün Rusiyaya müraciət edib
Dünən, 16:15
Rusiya bircə raketlə Ukraynanı belə çökdürəcək – Şok ssenari
Dünən, 16:11
Azərbaycanda 4-cü mobil operator bazara daxil olmalıdırmı? - AKTUAL
Dünən, 16:10
Paşinyan “böyük təmizliyin” son akkordunu vurdu - NƏ BAŞ VERİR?
Dünən, 16:04
Terrorçuluqda ittiham olunan ermənilərin məhkəmə istintaqı başa çatıb
Dünən, 16:02
Səbail rayonunda narkotacir və obyektlərdən nəzarətsiz qalan mobil telefonları oğurlayan şəxslər saxlanılıblar - VİDEO
Dünən, 15:59
Rubenin çaldığına oynayan Müşfiq: - “Cəzalandırılmalı, konsertləri boykot edilməlidir”
Dünən, 15:57
Böyük Turan planına qoyulan sərmayə və kəşfiyyat savaşları - İNCƏLƏMƏ...
Dünən, 15:54
Müsadirə olunan mallar bazarlara necə “ayaq açıb”? - Generalın “pirotexniki biznesi”
Dünən, 15:51
Həyətində Stalinin heykəli olan Oğuz sakini – Mədəniyyət Nazirliyinin “heykəl parkı” ideyası nə yerdə qaldı?
Dünən, 15:49
“AMEA məhv olur, elm ocağında alver baş alıb gedir” - ETİRAZ
Dünən, 15:46
“Biz haray çəkib etirazımızı bildirəndə, onlar özlərini görməməzliyə vururdu” - deputat
Dünən, 15:43
Cavid Qurbanovun qumar MONAPOLİYASI... - "Topaz" rəqiblərini belə sıradan çıxarır
Dünən, 15:39
Lənkəranda qanunsuz ov edən şəxslər saxlanılıb
Dünən, 15:36
Məmurların BÜDCƏDƏN OĞURLADIQLARI... - ARAŞDIRMA
Dünən, 15:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru