Keçmiş icra başçısı vəfat etdi .....                     “eManat”a .....                     Novxanıdakı məşhur istirahət mərkəzi .....                     Daha bir məktəbdə rüşvət QALMAQALI .....                     "Qazaxıstan olayları Azərbaycanın KTMT-yə qatılmamasının doğru olduğunu göstərdi...” .....                     Azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrin fəaliyyəti yoxlanılıb .....                     "Təsadüfi deyil ki, feministlər bəzən kimlərisə yoldan çıxarmaq istəyirlər" .....                     Türkiyə-Ermənistan münasibətlərində barış mərhələsi başlayıb .....                     Bakı fransızları bu layihələrdən çıxartmalıdır .....                     “Elə yaxşı ki, Anna Akopyanın dəstəsində olan yazıq qadınlar real döyüşlərdə iştirak etmədilər...” .....                     21 yanvarda dollar neçəyə olacaq? .....                     Daha hansı başçılar üçün YOL GÖRÜNÜR... .....                     Qaradağda 20 Yanvarla bağlı tədbir keçirilib .....                     Azərbaycanda 1151 nəfər COVID-19-a yoluxub, .....                     Hökumət inflyasiyanı necə dayandıracaq? .....                     Abşeron rayonunda 9 gün əvvəl qadını qətlə yetirərək yol kənarına atan şəxslərdən biri saxlanılıb .....                     “Belə bir həssas dönəmdə Poroşenko kimi nüfuzlu siyasətçinin geri dönməsi təsadüfi deyil” .....                     "Bu oyunların və qarayaxmaların arxasında rayonda görülən işləri gözü götürməyənlər dayanır" .....                     Çingiz Hüseynzadə yenidən Atletika Federasiyasının prezidenti seçilib .....                     Fransız deputat Azərbaycanın müdafiəsinə qalxdı .....                     Ermənistanın eks-müdafiə naziri və digər hərbçilərin məhkəməsi başlayıb .....                     Güclü külək əsəcək, qar yağacaq, yollar buz bağlayacaq .....                     "Bakıya gəlməyə yol pulum yoxdur" .....                     Fransanın çoxsaylı problemlərindən qaçan Pekres “Müqəddəs Ana” rolunda .....                     YAP-çı Ramiz Göyüşovu şantaj etməkdə suçlanan jurnalist həbsdə aclığa başladı .....                     Ət niyə bahalaşdı və ya "pulu kreditə ödəyək, yoxsa cəriməyə"... .....                     Mərkəzi xəstəxanada ŞÜBHƏLİ TENDER MÜQAVİLƏLƏRİ .....                     20 Yanvar əlillərinə və şəhid ailələrinə birdəfəlik maddi yardım ödənilib .....                     “Anası qızımı qaçırıb, icra məmurları isə tədbir görmür” .....                     “Şuşaya ildə bir dəfə səfər edilməsinə dair qərara ağız büzmək düzgün deyil” .....                     Pyotrun Avropaya açdığı pəncərə bağlana bilər: .....                     “Atəşgah”ın sədr müavini .....                     Rusiya Ukraynaya genişmiqyaslı hərbi müdaxilə edəcəkmi? .....                     Nigeriyadan 6 futbolçunu Bakıya gətirib başlarına oyun açdılar .....                     Göyçay Rayon Polis Şöbəsində 20 Yanvar faciəsi ilə əlaqədar anım tədbiri keçirilib .....                     Milli Məclis Fransa XİN başçısının .....                     "Gizirin ayaqlarına baxın, GÖRÜN NƏ GÜNƏ QOYUBLAR, İNDİ DƏ GƏTİRİB ATIBLAR ÜSTÜMƏ" .....                     “Bütün dünyaya nümayiş etdirməliyik ki, Arsax var və özümüz taleyimizin ağasıyıq" .....                     Dolların bahalaşması təxirə düşdü: .....                     Rusiya və Ukrayna qarşıdurmasında GERİ ADDIMI kim atacaq? .....                 

Qərbin keşiyində dayanan DEMOKRATİYA HOQQABAZLIĞI... - İllərdir bu adla manipulyasiya edirlər...
Tarix: 30-11-2021, 08:39 | Çap et
Qərbin keşiyində dayanan DEMOKRATİYA HOQQABAZLIĞI...
Qərb Azərbaycanın da yerləşdiyi bölgəyə hər zaman demokratiya, insan haqları şüarları ilə girməyə cəhd edib. İllərlə bu dəyərləri sözdə istismar edərək burada möhkəmləndi. Amma bu cür maskalanmaq, oyunbazlıq da bir yerə qədər idi. Fakt budur ki, Qərb nə verdiyi vədləri yerinə yetirdi, nə də bölgənin demokratikləşməsində maraqlı oldu. Sadəcə, keçici maraqlar naminə parıltılı şüarlar, vədlər verdi.

Əslində Qərb faktoru azərbaycanlılar üçün 44 günlük Vətən müharibəsində bitdi. Fransa başqa olmaqla, əksər Avropa ölkələrinin, Qərb təşkilatlarının Ermənistanı müdafiə etməsi gözümüzü açdı. Cəmiyyətimizdə Rusiyanın Azərbaycana qarşı Avropadan daha ədalətli mövqe ortaya qoyması rəyi belə yarandı. Azərbaycan bu savaşda gerçək dostunun, müttəfiqinin kim(lər) olduğunu gördü, anladı. İnsanlar maşınlarının şüşələrində, dükanlarının önünə, evinin darvazasında, məhləsində Azərbaycanın, Türkiyənin, İsrailin və Pakistanın bayraqlarını dalğalandırırdı. Bir sözlə, ortaya o gerçəklik çıxdı ki, xalqı aldatmaq və zorla yönəltmək olmaz...

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli riyakarlığın da bir həddinin olduğunu söylədi: “Brüssel görüşünə də Qərb ”demokratiya" ilə yanaşacaq. Azərbaycana xüsusi hörmət nümayiş etdirəcək. Hətta prezidentimizin qəbulu çox yüksək, maraqlı formada həyata keçiriləcək. Amma bütün bunların hamısı son 30 il ərzində göstərdi ki, demokratiya pərdəsi altında riyakarlıqdan başqa bir şey deyil. Çünki Qərbin marağında olan bölgədə qlobal toqquşmalar baş verirsə, bu, çox mətləblərdən xəbər verir. Bir sözlə, həmin dairələr məlum ərazilərin xarabalığa çevrilməsinə xeyir-dua verən mərkəzlərdir. Təəssüf ki, demokratiyanı bir alət kimi istifadə etdilər, insan haqlarını da o cümlədən. Mitinqlərin dağıdılmasından tutmuş siyasi iradənin nümayiş etdirilməsinə qədər Avropada hansı proseslərin yaşandığını çox yaxşı görürük. “Sarı jiletlilər” hərəkatında fransız polisinin hansı qəddarlıqlara əl atdığını yaxşı gördük. Alman polisinin də etirazçılara qarşı hansı zorakılıqlar etdiyini vaxtaşırı görürük. Bakıda Türkiyə, Pakistan, İsrail, hətta Ukraynanın bayraqlarının dalğalanmasından bir çox mərkəzlər ciddi şəkildə narahat olurlar. Bunlar ictimai düşüncənin, normal şəkildə prosesləri təhlil edə bilən insanların mövqelərinin nəticəsidir. Vətən savaşı verirdik, ölüm-dirim qarşısında qalmışdıq. O zaman biz Qərbdən nəyi gördük? Fransa, Belçika, Lüksemburq və Mərkəzi Avropa ölkələri hansı dəstəyi verdilər? Müharibədən sonra informasiya savaşında Qərb təşkilatlarının davamlı olaraq ölkəmizə qarşı aparılan kampaniyada yer almaları bir daha hansı mövqedə olduqlarını göstərdi. Bir sözlə, hansı proseslərin arxasında dayandıqlarını, məqsədlərinin nə olduğunu göstərdilər. Azərbaycan müharibəni qazanıb. İndi əməkdaşlıq platforması yaratmaqdayıq. Problemin Rusiyanın da iştirakı ilə başa çatması an məsələsinə çevrilib. Brüssel oyunun içərisində qalmağa çalışır. Yenə də demokratiya, insan haqları adı ilə Gürcüstan və Ermənistana daxil olduğu kimi, Azərbaycanın da başını qatmağa çalışır. Dünyanın faktiki bölünməsini həyata keçirməyə çalışır. Bu bölünmədə də öz maraqlarını güdürlər. Başqa məsələlər onlar üçün maraqlı deyil".

ALDP rəhbəri Fuad Əliyev Qərbin demokratiyasından imtina etməyi doğru sayır: “Qərb ölkələri bu illər ərzində Azərbaycanla münasibətdə qeyri-səmimi oldular. Azərbaycana qarşı ikili standart siyasətini apardılar. Bizim torpaqlarımız işğalda olan dövrdə Azərbaycana qarşı düzəlişlər, qərarlar və digər sənədlər qəbul olunmuşdu. Misal üçün, ABŞ 907-ci düzəlişi niyə qəbul etmişdi və niyə bu günə qədər ləğv etməyib? Fransa da eyni ilə. Bu ölkələr ATƏT-in həmsədr ölkələridir. Bunlar problemin həll olunmasına dair bir təklif verməsələr də, ən azından neytrallığı qorumalıydılar. Bunu biz görmədik. Əksinə, erməni mövqeyindən çıxış etdilər. Fransa, ümumiyyətlə, Vətən müharibəsində açıq şəkildə Ermənistanı müdafiə etdi. Və bu günə qədər erməniləri dəstəkləyir. Qərb demokratiya və insan haqları məsələsində də qeyri-səmimidir. Dəfələrlə seçkilərdə iştirak etmişik və mənim, partiya üzvlərinin hüquqları pozulanda niyə müdafiə etmədilər, niyə bir bəyanat vermədilər? Amma özlərinin yaratdığı ”Beşinci kolon" nümayəndələrinin atdığı qeyri-qanuni addımların belə dərhal müdafiəsinə qalxırlar. Budurmu bunların demokratiyası? Şəxsən mənə belə demokratiya lazım deyil".

AMİP Mərkəzi Şurasının sədri Rəşad Bayramov “Demokratiya sammiti” adlanan oyuna diqqət çəkdi: “Təəssüflə qeyd etməliyəm ki, müasir dünya siyasətində demokratiya təkcə azad söz, azad mətbuat, azad seçki, insan hüquqları və sair kimi mütərəqqi ideyalar deyil. Müasir siyasi proseslərdə demokratiya və insan haqları həm də bəzi Qərb dövlətlərinin ayrı-ayrı dövlətlərə qarşı istifadə etdiyi geosiyasi təzyiq alətidir. Başqa sözlə, Qərb üçün demokratiya və insan haqları anlayışı digər dövlətlər üzərində həyata keçirmək istədikləri total nəzarət mexanizmidir. Bunu təsdiq etmək üçün uzağa getməyə də ehtiyac yoxdur. Elə ABŞ-ın təşkilatçılığı ilə dekabr ayının 9-10-u tarixlərində keçirilməsi planlaşdırılan ”Demokratiya Sammiti"nə dəvət olunan dövlətlərin siyahısına baxmaq kifayətdir ki, ABŞ başda olmaqla, Qərbin “demoktariya” anlayışı haqqında tam təsəvvürə malik olaq. Məlum olduğu kimi, nə Azərbaycan, nə Türkiyə, nə də Avropanın göbəyində yerləşən və bizimlə yaxşı münasibətlərdə olan Macarıstan, Bosniya-Hersoqovina həmin sammitə dəvət almayıblar. Əvəzində isə Afrika qitəsindən Qana, Liberiya, Malavi, Mauritius, Namibiya, Niger, Nigeriya, Yaxın Şərqdən İraq, Hind Okeanı dövlətlərindən Keniya, Hindistan, Cənubi Qafqazdan Ermənistan və s. dövlətlər “Demokratiya Sammiti”nə dəvət olunanlar siyahısındadır. Başqa sözlə, Qərb üçün məsələn, 100 il ərzində oturuşmuş demokratik quruluşa malik Türkiyə deyil, işğalçı və terror ölkəsi olan Ermənistan, seçkilər, hətta hakimiyyət bölgüsü belə, xalqın iradəsinə yox, xarici qüvvələrin təlqin etdikləri etnik-dini ayrımçılğa əsaslan İraq, 70 ilə yaxındır ki, mövcud olan və keçirilən heç biri seçkisi müxalifət tərəfindən tanınmayan Keniya kimi “demokratik” dövlətlər, Hindistan və Filippinin ən avtoritar liderləri sayılan Narendra Modi və Rodrigo Duterte isə demokratik liderlər hesab olunur. Beynəlxalq güclərin və Qərb dairələrinin 44 günlük Vətən savaşındakı davranışı, sərgilədiyi mövqe və ümumiyyətlə, Qərbin demokratik dəyərlərə bu şəkildə baxışı, tətbiq etdiyi ikili standartlar istər-istəməz təkcə bizdə deyil, bir çox dünya insanında demokratik dəyərlərə olan inamın azalmasına gətirib çıxarır".

“Yeni Müsavat”





 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Keçmiş icra başçısı vəfat etdi
Bu gün, 17:48
“eManat”a - YENİ TƏYİNAT
Bu gün, 17:33
Novxanıdakı məşhur istirahət mərkəzi FANTASTİK qiymətə satılır
Bu gün, 17:28
Daha bir məktəbdə rüşvət QALMAQALI – Direktorla müəllimin SƏSYAZISINDA nələr var?
Bu gün, 17:23
"Qazaxıstan olayları Azərbaycanın KTMT-yə qatılmamasının doğru olduğunu göstərdi...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:19
Azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrin fəaliyyəti yoxlanılıb
Bu gün, 17:17
"Təsadüfi deyil ki, feministlər bəzən kimlərisə yoldan çıxarmaq istəyirlər" - deputat
Bu gün, 17:15
Türkiyə-Ermənistan münasibətlərində barış mərhələsi başlayıb - Professor
Bu gün, 17:12
Bakı fransızları bu layihələrdən çıxartmalıdır - ÇAĞIRIŞ
Bu gün, 17:07
“Elə yaxşı ki, Anna Akopyanın dəstəsində olan yazıq qadınlar real döyüşlərdə iştirak etmədilər...”
Bu gün, 16:59
21 yanvarda dollar neçəyə olacaq?
Bu gün, 16:56
Daha hansı başçılar üçün YOL GÖRÜNÜR... - İDDİA
Bu gün, 16:46
Qaradağda 20 Yanvarla bağlı tədbir keçirilib
Bu gün, 16:37
Azərbaycanda 1151 nəfər COVID-19-a yoluxub, 9 nəfər vəfat edib
Bu gün, 16:35
Hökumət inflyasiyanı necə dayandıracaq? - Deputat və iqtisadçı problemə fərqli yanaşır
Bu gün, 16:29
Abşeron rayonunda 9 gün əvvəl qadını qətlə yetirərək yol kənarına atan şəxslərdən biri saxlanılıb - VİDEO
Bu gün, 16:24
“Belə bir həssas dönəmdə Poroşenko kimi nüfuzlu siyasətçinin geri dönməsi təsadüfi deyil” - AÇIQLAMA
Bu gün, 16:14
"Bu oyunların və qarayaxmaların arxasında rayonda görülən işləri gözü götürməyənlər dayanır" - REAKSİYA
Bu gün, 16:09
Çingiz Hüseynzadə yenidən Atletika Federasiyasının prezidenti seçilib
Bu gün, 16:00
Fransız deputat Azərbaycanın müdafiəsinə qalxdı - AÇIQLAMA
Bu gün, 15:58
Ermənistanın eks-müdafiə naziri və digər hərbçilərin məhkəməsi başlayıb
Bu gün, 15:55
Güclü külək əsəcək, qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Bu gün, 15:49
"Bakıya gəlməyə yol pulum yoxdur" - ANANIN FƏRYADI
Bu gün, 15:47
Fransanın çoxsaylı problemlərindən qaçan Pekres “Müqəddəs Ana” rolunda - ŞƏRH
Bu gün, 15:45
YAP-çı Ramiz Göyüşovu şantaj etməkdə suçlanan jurnalist həbsdə aclığa başladı
Bu gün, 15:44
Ət niyə bahalaşdı və ya "pulu kreditə ödəyək, yoxsa cəriməyə"... - AKTUAL
Bu gün, 15:41
Mərkəzi xəstəxanada ŞÜBHƏLİ TENDER MÜQAVİLƏLƏRİ - İLGİNC
Bu gün, 15:39
20 Yanvar əlillərinə və şəhid ailələrinə birdəfəlik maddi yardım ödənilib - Diqqət!
Bu gün, 15:33
“Anası qızımı qaçırıb, icra məmurları isə tədbir görmür” - Ata şikayətçidir
Bu gün, 15:32
“Şuşaya ildə bir dəfə səfər edilməsinə dair qərara ağız büzmək düzgün deyil” – Elman Nəsirov
Bu gün, 15:27
Pyotrun Avropaya açdığı pəncərə bağlana bilər: - Rusiya 3 cəbhədə vuruşmağa qadir deyil
Bu gün, 15:24
“Atəşgah”ın sədr müavini - VƏZİFƏSİNDƏN AYRILDI
Bu gün, 15:14
Rusiya Ukraynaya genişmiqyaslı hərbi müdaxilə edəcəkmi? - İNCƏLƏMƏ...
Bu gün, 15:05
Nigeriyadan 6 futbolçunu Bakıya gətirib başlarına oyun açdılar - ŞOK FAKTLAR
Bu gün, 15:02
Göyçay Rayon Polis Şöbəsində 20 Yanvar faciəsi ilə əlaqədar anım tədbiri keçirilib
Bu gün, 14:57
Milli Məclis Fransa XİN başçısının Azərbaycan Prezidentindən üzr istəməsini tələb edir
Bu gün, 14:56
"Gizirin ayaqlarına baxın, GÖRÜN NƏ GÜNƏ QOYUBLAR, İNDİ DƏ GƏTİRİB ATIBLAR ÜSTÜMƏ" - Ananın FƏRYADI
Bu gün, 14:00
“Bütün dünyaya nümayiş etdirməliyik ki, Arsax var və özümüz taleyimizin ağasıyıq" - Babayan SƏRSƏMLƏDİ
Bu gün, 13:26
Dolların bahalaşması təxirə düşdü: - Dünyada baş verənlər manatı möhkəmləndirir...
Bu gün, 13:24
Rusiya və Ukrayna qarşıdurmasında GERİ ADDIMI kim atacaq? - “Hər iki tərəf sürətlə silahlanır”
Bu gün, 13:22
Bəzi yerlərdə qar yağacağı gözlənilir - Belə deyirlər...
Bu gün, 13:19
İrəvan ərazi bütövlüyümüzü tanımasa, Bakı Göyçə və Zəngəzuru... - GƏLİŞMƏ
Bu gün, 13:17
Nərimanov rayonunda narkokuryerlik edən 8 nəfər saxlanılıb - Aralarında qadın da var
Bu gün, 13:14
“Təhsil Nazirliyi şəhidlərə hörmətsizliyə görə xalqdan üzr istəməlidir” - TƏLƏB!
Bu gün, 13:05
Anasını balta ilə qətlə yetirən şəxs axtarılır - FOTO
Bu gün, 12:59
Kəmaləddin Heydərovun işçisinin adı DƏLƏDUZLUQDA HALLANIR - İTTİHAM
Bu gün, 12:53
Abdin Fərzəliyevə YENİ ETİMAD - Abşerona icra başçısı gətirildi
Bu gün, 12:52
Prezident Nərimanovun icra başçısını vəzifəsindən azad edib - SƏRƏNCAM
Bu gün, 12:49
İradə Gülməmmədova icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 12:48
Şamaxıda nişandan sonra dava: "Anası, bibisi yaxın gəlmədi..." - TƏFƏRRÜAT
Bu gün, 12:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru