Gürcüstan məqbul sayılacaq dialoq məkanlardan biridir .....                     Azərbaycanda onkoloji xəstələrin sayı niyə artır? .....                     Azərbaycanın yeni meyvə-tərəvəz bazarları hansı ölkələr ola bilər? .....                     Paşinyanın Soçi razılaşmasını pozması İrəvanın gözləntilərindən irəli gəlir .....                     İran radikal dəyişiklik təklif etdi .....                     Erməni təxribatlarına cavab: .....                     Qəbiristanlıqlardan oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb .....                     Varşava və Berlin arasında münasibətlər qızışır: .....                     “Yelo bank” müştərinin cibinə belə girir .....                     Gəncədə mağazadan oğurluq edən şəxs saxlanılıb .....                     Hüquq müdafiəçiləri həbs qərarını siyasi sifariş sayır .....                     İcra hakimiyyətlərinin səlahiyyəti bələdiyyələrə verilsə, xalq “ağ gün“ə çıxacaq? .....                     Ermənistanı böyük sülhə vadar etməyin .....                     Qaradağ rayonunda sanitar günü keçirilib .....                     "Ağakərimə layiqli diqqət ayrılmır" .....                     Azərbaycan Brüssel görüşündən imtina edə bilər? .....                     Rusiyadan Azərbaycana ekstradisiya edilən qəssab məhkəmə zalından azadlığa buraxılıb .....                     Ağdaşda koronavirus xəstələri ictimai yerlərdə aşkarlanıb .....                     “O məmurlardan hamı narazıdır, papaqlarını qabaqlarına qoyub fikirləşsinlər...” .....                     "Səfirlərimiz artıq sülh dövrünün açılması üçün kömək istəyirlər" .....                     Türkiyə S-400 sistemlərini yerləşdirib? .....                     Qarabağın bərpası və “kubik” məsələsi: .....                     İrəvan danışıqlardan niyə imtina etdi? .....                     Arabir güclənən cənub-qərb küləyi əsəcək .....                     Salyanda işlədiyi mağazadan 63.000 manat pul oğurlayan şəxs saxlanılıb .....                     Fazil Məmmədovdan 1 MİLYARDIN HESABI SORULACAQMI? .....                     Zərdabda karantin qaydalarının pozulduğu toy məclisi aşkarlanıb .....                     Ermənistan Prezidentinin müşaviri vəzifəsindən kənarlaşdırılıb .....                     Beynəlxalq Bank kartlardan pul OĞURLAYIR .....                     Bu metrostansiyanın ətrafı döyüş meydanına ÇEVRİLİB .....                     “Televiziyalarımızın rəhbərləri özlərini şəhid ailələrinin yerinə qoysalar, onda bilərlər ki...” .....                     Goranboyda yaşayış yerini tərk edən koronavirus xəstəsi məsuliyyətə cəlb edilib .....                     Bakıda ümumşəhər sanitar günü keçirildi .....                     YAŞAT Fondu Qazimizə PUL TAPA BİLMİR? .....                     “Orada Ermənistanla sərhədə dair 1 sm-də 10 m dəqiqliklə xəritələr var” .....                     Şəmkirdə 51 yaşlı kişi özünə bıçaq xəsarəti yetirib .....                     Məxfi məlumatlar oğurlanıb .....                     Gürcüstanda koronavirusa 3 950 yeni yoluxma qeydə alınıb, .....                     Ermənistanda koronavirusdan gəbərənlərin sayı 7669-a çatıb .....                     Şəkidə rayon rəhbərliyi vətəndaşın BAŞINA OYUN AÇIBLAR... .....                 

Yeznə-qayın işbirliyi dövlətə neçəyə başa gəlir? - DÖVLƏT BÜDCƏSİ KİMİN DƏDƏ MALIDIR?
Tarix: 25-11-2021, 17:30 | Çap et
Yeznə-qayın işbirliyi dövlətə neçəyə başa gəlir?
“Həqiqətən sahibkarlar özlərinin komfort zonasından kənara düşdükdə daha kreativ olmağa, yeni imkanlar axtarmağa məcbur qalırlar. Bu isə öz növbəsində, yeni imkanların aşkar edilməsinə səbəb ola bilər. Biz də çalışırıq məhz o tərzdə düşünməyə alışaq...”

"AzPolitika.info" xəbər verir ki, bu sözləri hazırda adı mediada və sosial şəbəkələrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) korrupsiya qalmaqalında keçən "Ekvita" Consulting MMC-nin rəhbəri İlqar Mehti Rəşid oğlu bir neçə il əvvəl saytların birinə verdiyi müsahibədə deyib.

Qalmaqala gəlincə, tanınmış blogerlərin yazdığına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu rüşvətxorluğa qarşı mübarizə, idarəetmə sistemlərində beynəlxalq standartın tətbiqi ilə bağlı məsləhət xidmətlərini "Ekvita" Consulting MMC-yə etibar edib. Yəni, keçirilən tenderin qalibi adıçəkilən şirkət olub. Bu, son 4 ayda həmin şirkətə verilmiş ikinci tenderdir və iki məsləhət xidmətinə görə 82 500 manat ödənəcək. "Ekvita" MMC-yə bir tenderə görə 30, digərinə görə isə 52 min manat ödənilib.

Bundan başqa, məlumatlarda qeyd olunur ki, avqust ayında ƏƏSMN-in bir digər strukturu olan Dövlət Məşğulluq Agentliyi həmin şirkətdən 920 000 manatlıq peşə standartları hazırlanması barədə məsləhət alıb.

Bu tenderlərdə şübhə doğuran məqam isə odur ki, "Ekvita"nın rəhbəri İlqar Mehtinin nazir müavini Anar Kərimovun qaynı olduğu bildirilir. İddia olunur ki, nazir müavini sirkətin partyoru olmaqla bərabər onun həmtəsisçilərindən biridir. Tenderlər də məhz bu qohumluq, biznes əlaqələrinə görə sözügedən MMC-yə verilib.

Dövlət Vergi Xidmətinin informasiya bazasından əldə etdiyimiz məlumata görə, "Ekvita" Consulting Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) 1999-cu ildə təsis olunub, qanuni nümayəndəsi İlqar Mehti Rəşid oğludur. Şirkətin hüquqi ünvanı kimi Bakı şəhəri, Nəsimi rayonu, Tramvay döngəsi ev 4, "Time" Biznes Mərkəzi, 8-ci mərtəbə göstərilib. Nizamnamə kapitalı 10 min manatdır.

"Ekvita" MMC-nin rəsmi saytında yuxarıda qeyd olunan tenderlərlə bağlı informasiya yerləşdirilməyib. Şirkətin fəaliyyət sferası ilə bağlı isə bunlar yazılıb: ""Ekvita" 80 nəfər peşəkardan ibarət komandası ilə hüquq, vergi, maliyyə, audit və idarəetmə üzrə tam əhatəli konsaltinq xidməti göstərir. Aktiv müştərilərimiz arasında dünya miqyasında fəaliyyət göstərən və “Fortune 500”-də yer alan şirkətləri qeyd edə bilərik. Dövlət layihələri ilə yanaşı, həmçinin, Dünya Bankı və digər beynəlxalq donorların irihəcmli layihələrinin icrasında iştirak etmişik..."

Saytda şirkətin layihə tərəfdaşlarının bir hissəsinin dövlət qurumları, qalanları xarici donorlar və beynəlxalq təşkilatlar olduğu göstərilib. Məsələn, 13 fevral 2020-ci il tarixində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiyalar Agentliyi ilə "Ekvita" arasında əməkdaşlıq haqqında razılaşma imzalanmasından söhbət açılır. MMC Avropa Birliyinin qrant proqramlarından da faydalanıb, Azərbaycan Energetika Nazirliyinə maneələri aradan qaldıracaq mexanizmlər yaratmağa kömək etmək üçün layihə həyata keçirib. Bununla yanaşı Avropa Birliyinin “Bölgələrin inkişafına dəstək” proqramından qrant alaraq Azərbaycanda Xüsusi İqtisadi Zonaların İnkişafına dəstək layihəsi də icra edilib. Layihənin əsas meyarı potensial sahibkarlar üçün biznes mühitini inkişaf etdirmək və iqtisadi zonaların imkanlarını artırmaqdan ibarət olub.

Şirkətin saytında verilən məlumata görə, "Ekvita" MMC Dünya Bankından kredit hesabına reallaşdırılan, 100 milyon dollarlıq "Məşğulluğa Dəstək Layihəsi"nin bir neçə komponentini də icra edir. İddia olunur ki, bu layihədən də nazirlik şirkətə 10 milyon dollara yaxın pul verəcək.

Təsvir olunan fəaliyyət sferası "Ekvita" MMC-nin yüksək səviyyədə himayə olunduğuna şübhə yeri qoymur. Əks halda, şirkətin həm nəhəng dövlət resurslarına, həm də ölkədə az qala qadağan olunmuş böyük həcmli xarici qrantlara çıxışı mümkün olmazdı. Bu himayə İlqar Mehti ilə nazir müavini Anar Kərimovun qohumluq əlaqələrindənmi qaynaqlanır?

Bu suala aydınlıq gətirmək üçün "Ekvita" MMC-nin internet səhifəsində qeyd olunan telefon nömrəsi ilə əlaqə saxladıq, amma gün ərzində dəstəyi qaldıran olmadı.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fazil Talıbov isə "AzPolitika.info"-ya bildirdi ki, bu barədə onda hər hansı məlumat yoxdur. O, nazirliyin fəaliyyəti ilə bağlı istənilən sualı cavablandıra biləcəyini qeyd etdi – baxmayaraq ki, söhbət elə məhz nazirliyin, onun tabeli strukturlarının, nazir müavininin fəaliyyətindən gedirdi.

Hüquq və İnkişaf Mərkəzinin rəhbəri Hafiz Həsənov "AzPolitika.info"-ya bildirib ki, barəsində danışdığımız qohumluq faktı doğrudursa, dövlət satınalmalarında maraqların ziddiyətidir və qanun pozuntusudur. ""Dövlət satınalmaları haqqında” Qanunun 13.2.1.-ci maddəsinə görə, satınalma prosedurlarında iştirak edən iddiaçının nümayəndəsi və ya vəzifəli şəxsi ilə birbaşa qohumluğu olanlar satınalma prosedurları zamanı satınalan təşkilatın təmsilçisi, məsləhətçisi və satınalmalarla əlaqədar digər vəzifələrin icraçısı ola bilməzlər. Eyni zamanda “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanunun 15.1.-ci maddəsinə görə, dövlət qulluqçusu qulluq etdiyi dövrdə maraqların toqquşmasına yol verməməlidir və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir", - hüquqşünas vurğulayıb.

Onun sözlərinə görə, bu Qanunun 15.2.-ci maddəsinə görə isə dövlət qulluqçusunun xidməti vəzifələri ilə onun şəxsi maraqları arasında ziddiyyət yarana biləcəyi hallarda, o, qanunvericiliyə müvafiq olaraq, dövlət qulluğuna qəbul olunduqda, habelə bundan sonrakı dövrdə həmin maraqların xarakteri barədə məlumat verməyə borcludur. Hüquqşünas qeyd edib ki, vəzifəli şəxsin bu prosesdə birbaşa və ya dolayısı ilə iştirakı sübut edildiyi halda, bu, korrupsiya hüquqpozmaları hesab edilir və məsuliyyət yaradır.





 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gürcüstan məqbul sayılacaq dialoq məkanlardan biridir - ŞƏRH
Dünən, 15:18
Azərbaycanda onkoloji xəstələrin sayı niyə artır? - AÇIQLAMA
Dünən, 15:11
Azərbaycanın yeni meyvə-tərəvəz bazarları hansı ölkələr ola bilər? - AKTUAL
Dünən, 15:04
Paşinyanın Soçi razılaşmasını pozması İrəvanın gözləntilərindən irəli gəlir - GƏLİŞMƏ
Dünən, 15:00
İran radikal dəyişiklik təklif etdi – Qərb təəccübləndi
Dünən, 13:18
Erməni təxribatlarına cavab: - “Azərbaycan antiterror əməliyyatı həyata keçirəcək”
Dünən, 13:11
Qəbiristanlıqlardan oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Dünən, 13:02
Varşava və Berlin arasında münasibətlər qızışır: - Kaçinski dördüncü reyx haqda danışdı...
Dünən, 13:01
“Yelo bank” müştərinin cibinə belə girir - GİLEY
Dünən, 12:55
Gəncədə mağazadan oğurluq edən şəxs saxlanılıb
Dünən, 12:49
Hüquq müdafiəçiləri həbs qərarını siyasi sifariş sayır - "Minasyan işi" böyüyür
Dünən, 12:34
İcra hakimiyyətlərinin səlahiyyəti bələdiyyələrə verilsə, xalq “ağ gün“ə çıxacaq? - Partiya sədri
Dünən, 12:30
Ermənistanı böyük sülhə vadar etməyin TƏK YOLU
Dünən, 12:26
Qaradağ rayonunda sanitar günü keçirilib
Dünən, 12:24
"Ağakərimə layiqli diqqət ayrılmır"
Dünən, 12:22
Azərbaycan Brüssel görüşündən imtina edə bilər? - AÇIQLAMA
Dünən, 12:20
Rusiyadan Azərbaycana ekstradisiya edilən qəssab məhkəmə zalından azadlığa buraxılıb - TƏFƏRRÜAT
Dünən, 12:16
Ağdaşda koronavirus xəstələri ictimai yerlərdə aşkarlanıb
Dünən, 12:15
“O məmurlardan hamı narazıdır, papaqlarını qabaqlarına qoyub fikirləşsinlər...” - Rəşid Mahmudov
Dünən, 12:13
"Səfirlərimiz artıq sülh dövrünün açılması üçün kömək istəyirlər" - Sarkisyan
Dünən, 12:06
Türkiyə S-400 sistemlərini yerləşdirib? – Akar açıqladı
Dünən, 12:03
Qarabağın bərpası və “kubik” məsələsi: - zəngin ehtiyatlar, “Karyer Qasım”, gözlənilən bahalaşma...
Dünən, 12:02
İrəvan danışıqlardan niyə imtina etdi? - Paşinyanın parlamentdə gərgin müzakirələri
Dünən, 11:57
Arabir güclənən cənub-qərb küləyi əsəcək - Belə deyirlər...
Dünən, 11:54
Salyanda işlədiyi mağazadan 63.000 manat pul oğurlayan şəxs saxlanılıb
Dünən, 11:50
Fazil Məmmədovdan 1 MİLYARDIN HESABI SORULACAQMI? - İLGİNC GƏLİŞMƏ
Dünən, 11:49
Zərdabda karantin qaydalarının pozulduğu toy məclisi aşkarlanıb
Dünən, 11:44
Ermənistan Prezidentinin müşaviri vəzifəsindən kənarlaşdırılıb
Dünən, 11:42
Beynəlxalq Bank kartlardan pul OĞURLAYIR - İDDİA
Dünən, 11:40
Bu metrostansiyanın ətrafı döyüş meydanına ÇEVRİLİB - FOTO
Dünən, 11:39
“Televiziyalarımızın rəhbərləri özlərini şəhid ailələrinin yerinə qoysalar, onda bilərlər ki...” - ETİRAZ
Dünən, 11:35
Goranboyda yaşayış yerini tərk edən koronavirus xəstəsi məsuliyyətə cəlb edilib
Dünən, 11:34
Bakıda ümumşəhər sanitar günü keçirildi
Dünən, 11:32
YAŞAT Fondu Qazimizə PUL TAPA BİLMİR? - Qazimizin qardaşı HARAY ÇƏKDİ
Dünən, 11:31
“Orada Ermənistanla sərhədə dair 1 sm-də 10 m dəqiqliklə xəritələr var” – ANONİM EKSPERT
Dünən, 11:28
Şəmkirdə 51 yaşlı kişi özünə bıçaq xəsarəti yetirib
Dünən, 11:26
Məxfi məlumatlar oğurlanıb - Casus proqramı 10 diplomatın gizli danışıqlarını dinləyib
Dünən, 11:24
Gürcüstanda koronavirusa 3 950 yeni yoluxma qeydə alınıb, 40 nəfər ölüb
Dünən, 11:23
Ermənistanda koronavirusdan gəbərənlərin sayı 7669-a çatıb
Dünən, 11:19
Şəkidə rayon rəhbərliyi vətəndaşın BAŞINA OYUN AÇIBLAR... - ŞOK İTTİHAMLAR
Dünən, 11:18
“Aprel döyüşləri” şəhidinin anası vəfat etdi
Dünən, 11:11
"DİN-ə taksi sürücüləri ilə bağlı çoxsaylı şikayətlər daxil olur" - Ehsan Zahidov
Dünən, 11:10
Xankəndidə “heykəlçilik kampaniyası” əsəblərimizlə oynamaqdır - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:08
Uşaq bağçasına dönən ordu: - Papikyan kütləvi ixtisarlara hazırlaşır
Dünən, 11:06
Qarabağda məhv edilən “çoban” əslində kimdir? - İNCƏLƏMƏ...
Dünən, 11:05
İcra hakimiyyətlərinin ləğvinə doğru və ya idarəetmənin Qarabağ modeli - Bəlkə yaxşısı elə MÖVCUD OLANIDIR...
Dünən, 11:04
“300 manat başa düşmüşəm, sən demə 3 min deyibmiş...” - COVİD-HOSPİTALDA VİP-PALATA VƏ RÜŞVƏT SÖHBƏTLƏRİ
Dünən, 11:03
“Ermənilərin Ermənistana qaytarılması prosesi uğursuzluğa düçar oldu” - Baş komissar Sinanyan
Dünən, 11:00
Kriminal aləmin üzvləri olduğunu deyib külli miqdarda pul alıblar - TƏFƏRRÜAT
Dünən, 10:59
“Holcim-Azərbaycan” rəsmən AZƏRBAYCANA QARŞI... - TƏHLÜKƏLİ FRANSIZ ƏTİRİ...
Dünən, 10:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru