Gürcüstan məqbul sayılacaq dialoq məkanlardan biridir .....                     Azərbaycanda onkoloji xəstələrin sayı niyə artır? .....                     Azərbaycanın yeni meyvə-tərəvəz bazarları hansı ölkələr ola bilər? .....                     Paşinyanın Soçi razılaşmasını pozması İrəvanın gözləntilərindən irəli gəlir .....                     İran radikal dəyişiklik təklif etdi .....                     Erməni təxribatlarına cavab: .....                     Qəbiristanlıqlardan oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb .....                     Varşava və Berlin arasında münasibətlər qızışır: .....                     “Yelo bank” müştərinin cibinə belə girir .....                     Gəncədə mağazadan oğurluq edən şəxs saxlanılıb .....                     Hüquq müdafiəçiləri həbs qərarını siyasi sifariş sayır .....                     İcra hakimiyyətlərinin səlahiyyəti bələdiyyələrə verilsə, xalq “ağ gün“ə çıxacaq? .....                     Ermənistanı böyük sülhə vadar etməyin .....                     Qaradağ rayonunda sanitar günü keçirilib .....                     "Ağakərimə layiqli diqqət ayrılmır" .....                     Azərbaycan Brüssel görüşündən imtina edə bilər? .....                     Rusiyadan Azərbaycana ekstradisiya edilən qəssab məhkəmə zalından azadlığa buraxılıb .....                     Ağdaşda koronavirus xəstələri ictimai yerlərdə aşkarlanıb .....                     “O məmurlardan hamı narazıdır, papaqlarını qabaqlarına qoyub fikirləşsinlər...” .....                     "Səfirlərimiz artıq sülh dövrünün açılması üçün kömək istəyirlər" .....                     Türkiyə S-400 sistemlərini yerləşdirib? .....                     Qarabağın bərpası və “kubik” məsələsi: .....                     İrəvan danışıqlardan niyə imtina etdi? .....                     Arabir güclənən cənub-qərb küləyi əsəcək .....                     Salyanda işlədiyi mağazadan 63.000 manat pul oğurlayan şəxs saxlanılıb .....                     Fazil Məmmədovdan 1 MİLYARDIN HESABI SORULACAQMI? .....                     Zərdabda karantin qaydalarının pozulduğu toy məclisi aşkarlanıb .....                     Ermənistan Prezidentinin müşaviri vəzifəsindən kənarlaşdırılıb .....                     Beynəlxalq Bank kartlardan pul OĞURLAYIR .....                     Bu metrostansiyanın ətrafı döyüş meydanına ÇEVRİLİB .....                     “Televiziyalarımızın rəhbərləri özlərini şəhid ailələrinin yerinə qoysalar, onda bilərlər ki...” .....                     Goranboyda yaşayış yerini tərk edən koronavirus xəstəsi məsuliyyətə cəlb edilib .....                     Bakıda ümumşəhər sanitar günü keçirildi .....                     YAŞAT Fondu Qazimizə PUL TAPA BİLMİR? .....                     “Orada Ermənistanla sərhədə dair 1 sm-də 10 m dəqiqliklə xəritələr var” .....                     Şəmkirdə 51 yaşlı kişi özünə bıçaq xəsarəti yetirib .....                     Məxfi məlumatlar oğurlanıb .....                     Gürcüstanda koronavirusa 3 950 yeni yoluxma qeydə alınıb, .....                     Ermənistanda koronavirusdan gəbərənlərin sayı 7669-a çatıb .....                     Şəkidə rayon rəhbərliyi vətəndaşın BAŞINA OYUN AÇIBLAR... .....                 

İmişlidə vətəndaş ACINACAQLI DURUMDA... - İcra hakimiyyəti isə deyir ki...
Tarix: 19-11-2021, 10:18 | Çap et
İmişlidə vətəndaş ACINACAQLI DURUMDA...
Yayda uşaqlarını ağcaqanaddan qorumaq üçün pəncərəsiz evinin içində təzək yandırır. Qışda da soyuq olmasın deyə pəncərələrə sellofan tutur. Beləcə yola verir fəsilləri, illəri…

İmişli sakini Səma Kazımovanın 28 yaşı var. 4 uşağına tək baxan Səmanın deməsinə görə, həyat ona ancaq pis üzünü göstərib:

“Vallah, bir gün üzüm gülməyib, yadıma elə gün gəlmir ki, doyunca yeyib qalxım süfrədən. Kasıb ailədə doğulmuşam, erkən ailə qurmuşam. Dedim, bəlkə ailə qurub bir gün görərəm, o da belə… Deyirəm də, mənimki lap əvvəldən gətirməyib”.

Səma ötən il həyat yoldaşından da boşanıb. İndi 4 uşağını tək böyütməlidir:

“Yola getmirdik, ailəyə baxmırdı, üstəlik, günüm qara idi. İndi 4 uşaq da qaldı boynumda. Mən özünü dolandıra bilməyən adamam, indi öhdəmdə 4 nəfər də var. Keçmiş yoldaşım ayda 100 manat aliment verir.

Deyir ki, imkanı ancaq buna çatır. Onunla ailə dolandırmaq olar?”

Səmanın övladlarının üçü oğlan, biri qızdır. Deyir ki, oğlanlardan ikisinin nitq qüsuru var, danışa bilmirlər. Buna baxmayaraq, hökumət onlardan birinə pensiya kəsib, digərinə yox:

“Dedilər ki, danışacaq. Üstündən 3 il keçib, hələ bir kəliməsini eşitməmişik. Əslində deyəndə sevindim, uşağın danışması daha yaxşıdır mənim üçün. Hətta qonşulara da dedim. Düşündüm ki, bu kostyumlu adamlardan çox bilməyəcəm ki. Hamısı oxumuş insanlardır, yəqin dili açılacaq. Sən demə, 200 manat verməməyin dərdi imiş. Elə bil öz ciblərindən çıxır. Kiçik oğlum körpədir, Allaha dua edirəm ki, eyni problem onda da olmasın. Qızım normaldır, şükür. Üstəlik, dərslərini də çox yaxşı oxuyur, sinif nümayəndəsidir. Di gəl, bəzən məktəbə göndərə bilmirəm. Nə normal geyimi var, nə də dərs ləvazimatları”.

Səma Kazımovanın sözlərinə görə, 5 nəfərlik ailənin aylıq gəliri 300 manatdır. 100 manat aliment, 200 manat uşaqlardan birinin pensiyası:

“Onunla necə dolanaq? Ərzaq alaq, pəncərəsiz evi isidək? Geyimə, yoxsa təhsilə verək? Dəfələrlə İmişli Şəhər İcra Hakimiyyətində qəbulda oluşam. Bu problemlərin hamısını onlara da bildirmişəm, kömək istəmişəm. Mənə “niyə bu qədər uşağı dünyaya gətirirdin?” – cavabını veriblər. Mən uşaq dünyaya gətirib küçəyə atmamışam ki… Sadəcə kasıbam, çətinlik çəkirəm deyə, kömək istəyirəm”.

Evinin nəmli divarlarını, döşəməsini göstərir. “Burada uşaq böyütmək günahdır”, – deyir. Ancaq başqa çarəsi də yoxdur:

“Hardandır məndə ev alacaq, kirayə tutacaq pul? Yağışda hətta evin tavanından su damır. Paltarlarımızdan belə nəm qoxusu gəlir. Yerdə yatmaqdan belimiz ağrıyır. Bəs mən bu evdə vətənə 3 oğul böyüdürəm axı. Müharibə etdilər, o torpaqları bunlar kimi oğullar almadımı? Həmin oğullar vətən uğrunda şəhid olmadımı? İndi ayda 200 manatlıq pensiyanı qıymırlar həmin uşağa”.

Səma Kazımova bir neçə dəfə ünvanlı sosial yardıma müraciət etmək istəyib. Ancaq tələb olunan sənədləri tam düzəldib başa çatdıra bilməyib:

“Müraciət etmək istədim, bir xeyli sənəd istədilər. Başım çıxmır, o da qaldı yarımçıq. Nə də imkanım yoxdur ki, birinə 5-10 manat verim, mənə kömək etsin. Nə deyim, nazirlər televizorda fərəhlə Azərbaycanda hamının yaxşı yaşadığını deyirlər. Halbuki bizimki heç yaşamaq sayılmaz, mən buna sürünmək də demirəm. Bu, ölməkdir, amma basdıranımız yoxdur”.

Səma Kazımova deyir ki, indiyədək dəfə də hökumətdən kömək görməyib:

“Sağ olsunlar, nə edib, yaxşı insanlar edib. Mən savadsızam, ancaq bilirəm ki, əslində bizim kimi ailələrə hökumət yardım etməlidir. Di gəl, bizi Allah ümidinə buraxıblar”.

İmişli Rayon İcra Hakimiyyətindən yardım üçün Sosial Müdafiə Fonduna müraciət etməyin lazım olduğunu bildiriblər.

Dövlət Sosial Müdafiə Fondunun İmişli Rayon Şöbəsindən isə bildirilib ki, bəli, ünvanlı sosial yardıma müraciət üçün müəyyən sənədlər tələb edilir. Ancaq bu şərtləri onlar qoymayıblar, dövlətin tələbidir:

“Onlar həqiqətən bilməlidirlər, bu insanın vəziyyəti necədir. Ona yardım düşür, yoxsa yox. Bu baxımdan həmin sənədlər vacibdir. Yəni biz həmin adamın yerinə o sənədləri toplaya bilmərik. Maksimum mərkəzə müraciət edənləri hansı sənədlərin lazım olması ilə bağlı yönləndirə bilərik. Prosesin qalanı elektron həyata keçirilir. Vətəndaş elektron qaydada yardım üçün müraciət edir, əgər ona yardım düşürsə, cavab da, kart da özünə gəlir. Bizlik iş deyil”.

Fonddan əllərindən gələn köməyi etməyə hazır olduqlarını da bildiriblər:

“Gəlsin, hansı sənədlər lazımdır, onları haradan əldə edə bilər, izah edək”.

Azərbaycanda yoxsul yaşayan əhalinin sayı ilbəil artır. Ancaq onların hamısı ünvanlı sosial yardım almır. Məsələn, rəsmi rəqəmlər 2019-cu ildə ölkə əhalisinin 4.8 faizinin yoxsul olduğunu bildirirdisə, 2021-ci ilin əvvəlində bu rəqəm 6.2 faizə yüksəlib. Yəni, 1 il ərzində yoxsul sayılan şəxslərin sayı 30 faizə yaxın artıb.

Ancaq dövlət rəsmiləri daim açıqlamalarında Azərbaycanda ilbəil yoxsul yaşayan əhali sayının azaldığını bildirir.

Hətta o dövrdə Baş nazirin müavini və Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri olan Əli Həsənov 2017-ci ildə mətbuata açıqlamasında bildirmişdi ki, 2020-ci ildə Azərbaycanda bircə nəfər də yoxsul qalmayacaq:

“Bugün yoxsulluq həddi 5 faizdirsə, strateji istiqamət 2020-ci ildə yoxsulluğun sıfıra enməsidir. İnşallah, 2020-ci ildə yoxsulluq sıfıra enəcək, Azərbaycanda bir yoxsul belə qalmayacaq”.

Müstəqil ekspertlər və beynəlxalq təşkilatların hesabatları isə əksini deyir. Məsələn, Dünya Bankı 2019-cu ildə yayımladığı hesabatda Azərbaycanda yoxsulluq göstəricisinin hökumətin açıqladığı 4,8 faizdən təxminən beş dəfə çox – 24 faiz olduğunu açıqlamışdı.
//gozetci.az//





 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gürcüstan məqbul sayılacaq dialoq məkanlardan biridir - ŞƏRH
Dünən, 15:18
Azərbaycanda onkoloji xəstələrin sayı niyə artır? - AÇIQLAMA
Dünən, 15:11
Azərbaycanın yeni meyvə-tərəvəz bazarları hansı ölkələr ola bilər? - AKTUAL
Dünən, 15:04
Paşinyanın Soçi razılaşmasını pozması İrəvanın gözləntilərindən irəli gəlir - GƏLİŞMƏ
Dünən, 15:00
İran radikal dəyişiklik təklif etdi – Qərb təəccübləndi
Dünən, 13:18
Erməni təxribatlarına cavab: - “Azərbaycan antiterror əməliyyatı həyata keçirəcək”
Dünən, 13:11
Qəbiristanlıqlardan oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Dünən, 13:02
Varşava və Berlin arasında münasibətlər qızışır: - Kaçinski dördüncü reyx haqda danışdı...
Dünən, 13:01
“Yelo bank” müştərinin cibinə belə girir - GİLEY
Dünən, 12:55
Gəncədə mağazadan oğurluq edən şəxs saxlanılıb
Dünən, 12:49
Hüquq müdafiəçiləri həbs qərarını siyasi sifariş sayır - "Minasyan işi" böyüyür
Dünən, 12:34
İcra hakimiyyətlərinin səlahiyyəti bələdiyyələrə verilsə, xalq “ağ gün“ə çıxacaq? - Partiya sədri
Dünən, 12:30
Ermənistanı böyük sülhə vadar etməyin TƏK YOLU
Dünən, 12:26
Qaradağ rayonunda sanitar günü keçirilib
Dünən, 12:24
"Ağakərimə layiqli diqqət ayrılmır"
Dünən, 12:22
Azərbaycan Brüssel görüşündən imtina edə bilər? - AÇIQLAMA
Dünən, 12:20
Rusiyadan Azərbaycana ekstradisiya edilən qəssab məhkəmə zalından azadlığa buraxılıb - TƏFƏRRÜAT
Dünən, 12:16
Ağdaşda koronavirus xəstələri ictimai yerlərdə aşkarlanıb
Dünən, 12:15
“O məmurlardan hamı narazıdır, papaqlarını qabaqlarına qoyub fikirləşsinlər...” - Rəşid Mahmudov
Dünən, 12:13
"Səfirlərimiz artıq sülh dövrünün açılması üçün kömək istəyirlər" - Sarkisyan
Dünən, 12:06
Türkiyə S-400 sistemlərini yerləşdirib? – Akar açıqladı
Dünən, 12:03
Qarabağın bərpası və “kubik” məsələsi: - zəngin ehtiyatlar, “Karyer Qasım”, gözlənilən bahalaşma...
Dünən, 12:02
İrəvan danışıqlardan niyə imtina etdi? - Paşinyanın parlamentdə gərgin müzakirələri
Dünən, 11:57
Arabir güclənən cənub-qərb küləyi əsəcək - Belə deyirlər...
Dünən, 11:54
Salyanda işlədiyi mağazadan 63.000 manat pul oğurlayan şəxs saxlanılıb
Dünən, 11:50
Fazil Məmmədovdan 1 MİLYARDIN HESABI SORULACAQMI? - İLGİNC GƏLİŞMƏ
Dünən, 11:49
Zərdabda karantin qaydalarının pozulduğu toy məclisi aşkarlanıb
Dünən, 11:44
Ermənistan Prezidentinin müşaviri vəzifəsindən kənarlaşdırılıb
Dünən, 11:42
Beynəlxalq Bank kartlardan pul OĞURLAYIR - İDDİA
Dünən, 11:40
Bu metrostansiyanın ətrafı döyüş meydanına ÇEVRİLİB - FOTO
Dünən, 11:39
“Televiziyalarımızın rəhbərləri özlərini şəhid ailələrinin yerinə qoysalar, onda bilərlər ki...” - ETİRAZ
Dünən, 11:35
Goranboyda yaşayış yerini tərk edən koronavirus xəstəsi məsuliyyətə cəlb edilib
Dünən, 11:34
Bakıda ümumşəhər sanitar günü keçirildi
Dünən, 11:32
YAŞAT Fondu Qazimizə PUL TAPA BİLMİR? - Qazimizin qardaşı HARAY ÇƏKDİ
Dünən, 11:31
“Orada Ermənistanla sərhədə dair 1 sm-də 10 m dəqiqliklə xəritələr var” – ANONİM EKSPERT
Dünən, 11:28
Şəmkirdə 51 yaşlı kişi özünə bıçaq xəsarəti yetirib
Dünən, 11:26
Məxfi məlumatlar oğurlanıb - Casus proqramı 10 diplomatın gizli danışıqlarını dinləyib
Dünən, 11:24
Gürcüstanda koronavirusa 3 950 yeni yoluxma qeydə alınıb, 40 nəfər ölüb
Dünən, 11:23
Ermənistanda koronavirusdan gəbərənlərin sayı 7669-a çatıb
Dünən, 11:19
Şəkidə rayon rəhbərliyi vətəndaşın BAŞINA OYUN AÇIBLAR... - ŞOK İTTİHAMLAR
Dünən, 11:18
“Aprel döyüşləri” şəhidinin anası vəfat etdi
Dünən, 11:11
"DİN-ə taksi sürücüləri ilə bağlı çoxsaylı şikayətlər daxil olur" - Ehsan Zahidov
Dünən, 11:10
Xankəndidə “heykəlçilik kampaniyası” əsəblərimizlə oynamaqdır - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:08
Uşaq bağçasına dönən ordu: - Papikyan kütləvi ixtisarlara hazırlaşır
Dünən, 11:06
Qarabağda məhv edilən “çoban” əslində kimdir? - İNCƏLƏMƏ...
Dünən, 11:05
İcra hakimiyyətlərinin ləğvinə doğru və ya idarəetmənin Qarabağ modeli - Bəlkə yaxşısı elə MÖVCUD OLANIDIR...
Dünən, 11:04
“300 manat başa düşmüşəm, sən demə 3 min deyibmiş...” - COVİD-HOSPİTALDA VİP-PALATA VƏ RÜŞVƏT SÖHBƏTLƏRİ
Dünən, 11:03
“Ermənilərin Ermənistana qaytarılması prosesi uğursuzluğa düçar oldu” - Baş komissar Sinanyan
Dünən, 11:00
Kriminal aləmin üzvləri olduğunu deyib külli miqdarda pul alıblar - TƏFƏRRÜAT
Dünən, 10:59
“Holcim-Azərbaycan” rəsmən AZƏRBAYCANA QARŞI... - TƏHLÜKƏLİ FRANSIZ ƏTİRİ...
Dünən, 10:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru