“İndi əsas məqsəd Rusiyanı cilovlamaqdır” .....                     Bakı-Naxçıvan aviareysləri dumana görə gecikir .....                     Azərbaycan iranlı terrorçunu axtarışa verdi .....                     Şamaxıda koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb .....                     Noyabrda hərraclarda dollar satışı .....                     İki qurum arasında can verən xalq: 103 xidməti niyə param-parça olub? .....                     Mədəniyyət Nazirliyi beynəlxalq film festivalı ilə bağlı qalmaqala .....                     "Əsgərlərin 40 faizini Köçəryan tərəfdarları öldürüb" .....                     Distant təhsildə olan məktəb və siniflərin sayı açıqlanıb .....                     Azərbaycanda COVID-19-a yoluxmuş şagirdlərin .....                     Baş prokurorun birinci müavini hərbi helikopterin qəzaya uğradığı əraziyə gedib .....                     Ermənistanın MİNA TERRORU davam edir: .....                     Tanınmış aparıcıdan Rəmişin qohum-əqrəbasına: .....                     Vatikan lideri qondarma "erməni soyqırımı" haqda film çəkən erməniyə medal verdi... .....                     "Gecə klubunda oxuyanlar necə Xalq artisti ola bilər" .....                     Nəfəsimizi KƏSƏNLƏR KİMLƏRDİR? .....                     Səttar Möhbalıyevlə bağlı İLGİNC İDDİALAR... .....                     Ölkəmizdə çarəsizlik sindromu baş alıb gedir .....                     Azərbaycanda koronavirus testinin istehsalına başlanıb .....                     Ordumuz 16 Noyabr mövqeyindən geri çəkilib? .....                     Kremlin Qarabağda “B” planı... .....                     "Son intihar hadisəsini eşidəndə həqiqətən gənc qız üçün üzüldüm" .....                     Bakıda döyülən şəxs iki gün sonra xəstəxanada ölüb .....                     Dövlət Xidmətinə fişinq hücumu: Səhvən "Allah rəhmət eləsin" yazıb .....                     Baş infeksionist koronavirusa yoluxub? .....                     Mövlam Şıxəliyevin bandasının məhkəməsi: .....                     "Ataya bunları izah etməyimə baxmayaraq, yenə də çəkilişləri davam etdirirdi" .....                     Avrasiyanın hakimi kim olacaq: Rusiya, yoxsa Türkiyə?!. .....                     Vilayət Eyvazov bu kapitanı yüksək vəzifəyə TƏYİN ETDİ .....                     “Omikron” ştamı COVID-19-a təkrar yoluxma riskini artırır” .....                     Zərdüşt Əlizadə Türk Dövlətləri Təşkilatı haqqında nələr dedi? .....                     “Ailəmə baxa bilmək üçün işə ehtiyacım var” .....                     Azərbaycanda hərbi helikopter qəzaya uğrayıb, .....                     Aşqabadda Ermənistana ən ağır zərbə vuruldu .....                     Aşqabadda verilən isti mesajlar: Tehranla Bakı arasında “buzlar” əriyir? .....                     İki şəxsə məxsus BOKT-un rəhbəri son 3 ayda ikinci dəfə dəyişir .....                     COVID sertifikatının verilməsindən hansı hallarda imtina ediləcəyi açıqlanıb .....                     "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur... .....                     Manatın məzənnəsi dəyişə bilər .....                     Ermənistan ordusunun qalıqları Baqramyan poliqonunda taktiki təlimlər keçirilib .....                 

Yaxud satıcıyla nişanlı qız oğlan evinə necə “corab hörür”... - Ağ qızıla görə “ağ yalan” danışanlar
Tarix: 22-10-2021, 19:00 | Çap et
Yaxud satıcıyla nişanlı qız oğlan evinə necə “corab hörür”...
Dünyada qızıl qiymətli metal hesab olunur və qiyməti tez-tez dəyişir.

Dünya bankı qızılın orta qiymətinin ötən illə müqayisədə 1,5 faiz artdığını bildirirlər. Azərbaycanlılar arasında da qızıl bahalı və populyar zinət əşyası sayılır. Azərbaycanlıların həm yatırım, həm də bəzək əşyası kimi istifadə etdikləri qızıl xalqın adət-ənənələrində, folklorunda da xüsusi yer tutub. Müsbət keyfiyyətləri özündə cəmləşdirən insanları yüksək qiymətləndirməkdən ötrü haqlarında “qızıl kimi insan” ifadəsini işlədirlər. Qızların da gözəlliyini, nəcibliyini vurğulamaq üçün onları “qızıla döndərirlər”.

Bu nümunələr sarı metala verilən dəyərin göstəricisidir. Bir də qızılın rənginə görə yaranan ifadələr var: məsələn, insan dərisində əmələ gələn qırmızıya çalan yaralara “Qızıl yel” deyirlər. Təbiətin rəngləri biri-birinə qataraq yaratdığı ecazkarlığa, həm də payızın məhsuldarlığına, bərəkətinə görə “qızıl payız” epitetindən istifadə edirlər. Bundan başqa, qızıldan hazırlanan hədiyyə daha yaxşı, daha qiymətli sayılır. Ailə qurmağa hazırlaşan insanlar üçünsə qızıl üzük onların sevgisinin, birgəliyinin rəmzi hesab edilir. Əvvəllər evlilik rəmzi kimi yalnız bir üzüklə kifayətlənən cütlüklərin indi şərtləri dəyişib. Gəlinə daha çox qır-qızıl almaq dəb halına gəlib.

Elə Cebhe.info da toylar fəsli kimi tanınan “qızıl payız”da zinət əşyasının bazardakı durumu ilə maraqlanmaq üçün yola çıxdı. Azərbaycanın ən böyük qızıl bazarı olan “Moskva” Ticarət Mərkəzinə yollandıq. Pandemiya qaydalarına uyğun olaraq, ticarət mərkəzinin girişində “COVID-19 pasportu”nu təqdim etdikdən sonra içəri daxil olduq. İçəridəki zinət əşyalarının əlvanlığı, parıltısı gözlərimizi qamaşdırıdı.

Qadağa da yoxdur, müştəri də...

Pandemiyada toylara qoyulan qadağalar aradan qalxsa da, mağazanın içərisində alıcı qıtlığı hiss olunurdu. Məhərrəmlik ayının bitməsini də nəzərə aldıqda, bu durumun satıcılar üçün ürəkaçan olmadığını hiss etmək mümkün idi. Adının açıqlanmasını istəməyən satıcı adıçəkilən ticarət mərkəzində satılan qızılların əsasən, Rusiya, Türkiyə və Dubaydan gətirildiyini dedi. Onu da öyrəndik ki, əhali arasında Türkiyə qızılı adı ilə məşhur olan 585 əyarlı qızılın qramı 75-90 manata, 750 əyarlı qızılın bir qramı isə 90-120 manata təklif olunur. Satıcı bu qiymətlərin modelə görə dəyişdiyini xatırlatmağı da özünə borc bildi.

Ağ qızıla görə “ağ yalan” danışanlar

Növbəti satıcı bizə ağ və sarı qızılın fərqlərindən danışdı. Onun sözlərinə görə, ağ və sarı qızılın qiymətləri arasında, demək olar ki, fərq yoxdur. Amma əvvəllər satıcıların alıcıları aldadıb ağ qızılı ekskluziv bir şey kimi baha qiymətə satdıqlarını da qeyd etdi. Nəhayət, gözümüzə alıcılar da dəyir, onlara yaxınlaşırıq. Yaxınlaşdığımız hər iki xanım zinət əşyalarının, sadəcə, qiymətləri ilə maraqlandıqlarını deyirlər. Satıcı Ella İslamova alıcıların azlığından şikayətləndi. Məhərrəmlik ayının bitməsi ilə bazarın canlanacağını gözləyən xanım bir əşya satdıqları günü yaxşı gün hesab edir. Ella xanım piştaxtada olan əşyaların pandemiyadan öncə gətirdiklərini, endirimlə satdıqlarını xatırlatdı. Dedi ki, bəzən zinət əşyalarını maya dəyərinə satırlar.

“Görəsən, təzə gəlinlər nə taxır?”

Mağazada olduğumuz müddətdə real alıcı ilə də rastlaşırıq. Öz qohumuna sadə boyunbağı alan xanım qiymətlərin baha olmasından gileyləndi. Eyni piştaxta arxasında işləyən hər iki satıcı da xanımın sözlərini təsdiqlədi. Ölkədə son aylarda qazın, işığın, suyun, benzinin, ərzağın bahalaşmasından danışıb, bizimlə dərdləşdilər. Satıcı gün ərzində satdıqları zinət əşyalarının da 1 və 1.5 qramdan o tərəfə keçmədiyini dedi. Məhərrəmlikdən sonra toy edən cütlüklərin də zinət əşyaları almaq üçün qapılarını döymədiyini deyən satıcı onların nə taxdıqlarını da düşünür.

Sövdələşmə:“Oğlan evinə baha sat, qalan pulu gəlinə ver”

Elə bu vaxt iki cütlüklə üz-üzə gəlirik. Sadə nişan üzüklərinə həvəs göstərən cütlüklər zinət əşyalarının modeli və qiymətləri ilə maraqlandıqlarını deyirlər. Bundan başqa ayrı-ayrı piştaxta qarşısında daha iki cütlük gözümüzə dəyir. Söhbətləşdiyimiz satıcı isə indi evlənmək istəyən qızla oğlanın özlərinə üzük seçməsi hallarının çoxaldığını deyir: “Əvvəllər daha çox qayınanalar, dayı, bibi yoldaşları ilə üzük almağa gəlirdilər. Ya qayınana deyənlə gəlin, yaxud gəlin seçənlə qayınana razılaşmırdı. Söz-söhbət yaranırdı” Xanım satıcı dava-dalaşdan əlavə illlər əvvəl maraqlı bir hadisənin də iştirakçısı olub. Bir gün öncədən özünə üzük seçən xanım ondan xahiş edib ki, üzüyü götürmək üçün ertəsi gün gələcək oğlan evinə qızılı daha baha qiymətə satsın. Artıq qalan pulu da onun üçün saxlasın. Biz isə həmin pulu satıcı ilə gəlinin öz aralarında bölüb-bölmədiklərini soruşmağa utandıq.

Univermağı xeyli dolaşıb alıcı axtarırıq. Alıcı atlı, biz piyadayıq. Söhbətə tutmaq istədiyimiz yaşlı xanım isə qızıl almadığını, evindəki qızılları satmaq üçün bura gəldiyini dedi. Amma qızılı baha satan, ucuz alanlardan narazıdır. Qızılın alışı və satışı ilə məşğul olan Heybət Əlizadə də indiki durumdan razıdır. Gələcəyə böyük ümid bəsləyən Heybət pandemiyadan sonra vəziyyətin yavaş-yavaş düzəldiyini dedi və daha da yaxşı olacağını bildirdi. Bekarçılıqdan biri-biri ilə söhbətləşən, zarafatlaşan satıcılara bol alış-veriş arzulayıb, mağazadan çıxdıq. Çöldəki payız günəşi gözlərimizi bir az da qamaşdırırdı...





 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“İndi əsas məqsəd Rusiyanı cilovlamaqdır” - Ukraynalı nazir
Bu gün, 13:28
Bakı-Naxçıvan aviareysləri dumana görə gecikir - AÇIQLAMA
Bu gün, 13:27
Azərbaycan iranlı terrorçunu axtarışa verdi
Bu gün, 13:26
Şamaxıda koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb
Bu gün, 13:25
Noyabrda hərraclarda dollar satışı - KƏSKİN ARTIB
Bu gün, 13:24
İki qurum arasında can verən xalq: 103 xidməti niyə param-parça olub? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:18
Mədəniyyət Nazirliyi beynəlxalq film festivalı ilə bağlı qalmaqala münasibət bildirib
Bu gün, 13:15
"Əsgərlərin 40 faizini Köçəryan tərəfdarları öldürüb" - Ermənistan şokda
Bu gün, 13:14
Distant təhsildə olan məktəb və siniflərin sayı açıqlanıb
Bu gün, 13:12
Azərbaycanda COVID-19-a yoluxmuş şagirdlərin sayı açıqlanıb
Bu gün, 13:12
Baş prokurorun birinci müavini hərbi helikopterin qəzaya uğradığı əraziyə gedib
Bu gün, 13:10
Ermənistanın MİNA TERRORU davam edir: - “Haaqa prosesinin başlaması üçün bütün əsaslar var”
Bu gün, 13:09
Tanınmış aparıcıdan Rəmişin qohum-əqrəbasına: - “Əl çəkin o qadından”
Bu gün, 13:03
Vatikan lideri qondarma "erməni soyqırımı" haqda film çəkən erməniyə medal verdi... - Papa guya Azərbaycanı da çox sevir...
Bu gün, 13:01
"Gecə klubunda oxuyanlar necə Xalq artisti ola bilər" - ETİRAZ
Bu gün, 13:00
Nəfəsimizi KƏSƏNLƏR KİMLƏRDİR? - İTTİHAM
Bu gün, 12:56
Səttar Möhbalıyevlə bağlı İLGİNC İDDİALAR... - “işçi haqqları” biznesi və sərmayəsiz böyük gəlirlər...
Bu gün, 12:53
Ölkəmizdə çarəsizlik sindromu baş alıb gedir - Şöbə müdiri
Bu gün, 12:47
Azərbaycanda koronavirus testinin istehsalına başlanıb - AÇIQLAMA
Bu gün, 12:45
Ordumuz 16 Noyabr mövqeyindən geri çəkilib? - NƏ BAŞ VERİR?
Bu gün, 12:44
Kremlin Qarabağda “B” planı... - “...Gələcəkdə bu izin ardınca düşəcək”
Bu gün, 12:42
"Son intihar hadisəsini eşidəndə həqiqətən gənc qız üçün üzüldüm"
Bu gün, 12:40
Bakıda döyülən şəxs iki gün sonra xəstəxanada ölüb
Bu gün, 12:38
Dövlət Xidmətinə fişinq hücumu: Səhvən "Allah rəhmət eləsin" yazıb - FOTO
Bu gün, 12:38
Baş infeksionist koronavirusa yoluxub? - AÇIQLAMA
Bu gün, 12:32
Mövlam Şıxəliyevin bandasının məhkəməsi: - vəkil müttəhimə danışmaq qadağası qoyub
Bu gün, 12:29
"Ataya bunları izah etməyimə baxmayaraq, yenə də çəkilişləri davam etdirirdi" - ÇƏKİŞMƏ...
Bu gün, 12:28
Avrasiyanın hakimi kim olacaq: Rusiya, yoxsa Türkiyə?!. - TƏHLİL
Bu gün, 12:27
Vilayət Eyvazov bu kapitanı yüksək vəzifəyə TƏYİN ETDİ - ƏMR
Bu gün, 12:26
“Omikron” ştamı COVID-19-a təkrar yoluxma riskini artırır” - ÜST
Bu gün, 12:25
Zərdüşt Əlizadə Türk Dövlətləri Təşkilatı haqqında nələr dedi? - AÇIQLAMA
Bu gün, 12:24
“Ailəmə baxa bilmək üçün işə ehtiyacım var” - Şəhid qardaşı kömək istəyir
Bu gün, 12:23
Azərbaycanda hərbi helikopter qəzaya uğrayıb, həlak olanlar var
Bu gün, 12:20
Aşqabadda Ermənistana ən ağır zərbə vuruldu - FAKT BUDUR!
Bu gün, 11:11
Aşqabadda verilən isti mesajlar: Tehranla Bakı arasında “buzlar” əriyir? - İNCƏLƏMƏ...
Bu gün, 11:05
İki şəxsə məxsus BOKT-un rəhbəri son 3 ayda ikinci dəfə dəyişir – TƏYİNAT
Bu gün, 11:02
COVID sertifikatının verilməsindən hansı hallarda imtina ediləcəyi açıqlanıb - Diqqət!
Bu gün, 11:01
"Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:00
Manatın məzənnəsi dəyişə bilər – Mərkəzi Bank qərar verəcək
Bu gün, 10:58
Ermənistan ordusunun qalıqları Baqramyan poliqonunda taktiki təlimlər keçirilib
Bu gün, 10:57
Soçi görüşü günü Avropadan Ermənistana uçuş hansı ssenarini pozmaq üçün dayandırıldı?.. - İLGİNC
Bu gün, 10:56
Axı demişdim Nikola inanmaz olmaz! - Korotçenko
Bu gün, 10:47
Şəkidə karantin qaydalarını pozan şadlıq sarayının direktoru barəsində araşdırma başlanılıb
Bu gün, 10:43
2022-ci il üçün Çin ulduz falı: - kimisi qəpiksiz qalacaq, kimisi zəngin olacaq
Bu gün, 10:42
"Azəristilik" rəhbərliyi ƏCƏBA NƏYİ DÜŞÜNÜR? - Hədəfdə VƏTƏNDAŞDIR!
Bu gün, 10:36
Tanınmış jurnalistin səhhəti ağırlaşdı, xəstəxanaya aparılır - AÇIQLAMA
Bu gün, 10:33
Gürcüstanda son sutkada koronavirusa 5050 yoluxma halı qeydə alınıb, 80 nəfər ölüb
Bu gün, 10:33
Bir-iki günün şirkətləri tenderlərdə hansı yolla qalib gəlir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:32
Kəmaləddin Heydərov bu icra başçısının oğlunu yüksək vəzifəyə TƏYİN ETDİ - ƏMR
Bu gün, 10:30
Bakıda koronavirusa görə bağlanan daha 2 məktəb açılıb - Diqqət!
Bu gün, 10:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru