Azərbaycanda koronavirus testinin istehsalına başlanıb .....                     Ordumuz 16 Noyabr mövqeyindən geri çəkilib? .....                     Kremlin Qarabağda “B” planı... .....                     "Son intihar hadisəsini eşidəndə həqiqətən gənc qız üçün üzüldüm" .....                     Bakıda döyülən şəxs iki gün sonra xəstəxanada ölüb .....                     Dövlət Xidmətinə fişinq hücumu: Səhvən "Allah rəhmət eləsin" yazıb .....                     Baş infeksionist koronavirusa yoluxub? .....                     Mövlam Şıxəliyevin bandasının məhkəməsi: .....                     "Ataya bunları izah etməyimə baxmayaraq, yenə də çəkilişləri davam etdirirdi" .....                     Avrasiyanın hakimi kim olacaq: Rusiya, yoxsa Türkiyə?!. .....                     Vilayət Eyvazov bu kapitanı yüksək vəzifəyə TƏYİN ETDİ .....                     “Omikron” ştamı COVID-19-a təkrar yoluxma riskini artırır” .....                     Zərdüşt Əlizadə Türk Dövlətləri Təşkilatı haqqında nələr dedi? .....                     “Ailəmə baxa bilmək üçün işə ehtiyacım var” .....                     Azərbaycanda hərbi helikopter qəzaya uğrayıb, .....                     Aşqabadda Ermənistana ən ağır zərbə vuruldu .....                     Aşqabadda verilən isti mesajlar: Tehranla Bakı arasında “buzlar” əriyir? .....                     İki şəxsə məxsus BOKT-un rəhbəri son 3 ayda ikinci dəfə dəyişir .....                     COVID sertifikatının verilməsindən hansı hallarda imtina ediləcəyi açıqlanıb .....                     "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur... .....                     Manatın məzənnəsi dəyişə bilər .....                     Ermənistan ordusunun qalıqları Baqramyan poliqonunda taktiki təlimlər keçirilib .....                     Soçi görüşü günü Avropadan Ermənistana uçuş hansı ssenarini pozmaq üçün dayandırıldı?.. .....                     Axı demişdim Nikola inanmaz olmaz! .....                     Şəkidə karantin qaydalarını pozan şadlıq sarayının direktoru barəsində araşdırma başlanılıb .....                     2022-ci il üçün Çin ulduz falı: .....                     "Azəristilik" rəhbərliyi ƏCƏBA NƏYİ DÜŞÜNÜR? .....                     Tanınmış jurnalistin səhhəti ağırlaşdı, xəstəxanaya aparılır .....                     Gürcüstanda son sutkada koronavirusa 5050 yoluxma halı qeydə alınıb, .....                     Bir-iki günün şirkətləri tenderlərdə hansı yolla qalib gəlir? .....                     Kəmaləddin Heydərov bu icra başçısının oğlunu yüksək vəzifəyə TƏYİN ETDİ .....                     Bakıda koronavirusa görə bağlanan daha 2 məktəb açılıb .....                     Dünyanın inkişaf etmiş ölkələri sərt qapanmaya gedir: BƏS BİZ? .....                     Botanika İnstitutunun icraçı direktoru kollektivə təqdim olunub .....                     General Vəli Ələsgərov həbsxanada ölübmü... .....                     "Avrasiya modeli Qərbin atlantist geosiyasətinə meydan oxuyur" .....                     Kəlbəcər rayonunun Qılınclı kəndindən görüntülər .....                     “Azərbaycan gömrük postları Ermənistan iqtisadiyyatını iflic edəcək” .....                     3 aydır Azərbaycandan pomidor ixracı demək olar ki .....                     Ermənistanda ehtiyatda olan həkimlər hərbi xidmətə çağrılır .....                 

İran Azərbaycanı Livana çevirmək istəyir - AMMA...
Tarix: 22-10-2021, 16:28 | Çap et
İran Azərbaycanı Livana çevirmək istəyir
Əlbəttə, İran-Azərbaycan münasibətlərindəki xoşagəlməz tendensiya dünən yaranmayıb. Bu gərginliyə ən azı Azərbaycan təkrar müstəqilliyə qovuşan gündən yenidən start verilib.

Əvvəl bu münasibətlərin müxtəlif aspektləri hər iki ölkənin daxili auditoriyası tərəfindən dartışılırdı. Bu münasibətlərə beynəlxalq diqqət isə epizodik xarakter daşıyırdı. Ancaq son günlərdə İran-Azərbaycan arasındakı gərginliyə beynəlxalq maraq getdikcə artıb. Bu dəfə sizə ABŞ-ın aparıcı radio və İnternet yayıcı orqanı olan mühafizəkar “Salem Media” şəbəkəsinə bağlı “Townhall.com” saytında gedən “Is Iran Trying to Create a New 'Hezbollah-Style Lebanon' in the Caucasus?” (İran Qafqazda yeni “Hizbullah sayağı Livan” yaratmağa çalışır?) məqaləsinin xülasəsini təqdim edəcəyik.

Wes Martinin qələmə aldığı analitik yazıda deyilir ki, 2500 il öncə Persiya imperiyası dünyanın ən üstün sivilizasiyalarından birini təmsil edirdi. İndi mövcud olan İran rejimi isə dünyanın ən geridə qalmış siyasi sisteminə sahibdir: “Şiə fundamentalizminə söykənən İran terror yolu ilə öz nüfuzunu İraq, Suriya və Livanda genişləndirib. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH), Kəşfiyyat və Təhlükəsizlik İdarəsi və Qüds qüvvələri dünyanın dörd tərəfində terror aksiyaları həyata keçirirlər. Yaxın Şərqdəki qeyri-stabillik İranı Qafqaza tərəf yönəldir. Rəsmi Tehran Qafqaza İranı Şərqi Avropa ilə birləşdirə biləcək körpü kimi baxır”.

Müəllif xatırladır ki, İran Yəməndəki vətəndaş müharibəsinə müdaxilə edib, Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki torpaqlarını işğal etməsinə də dəstək verib . Yazır ki, ötən bir il ərzində Türkiyənin də dəstəyi ilə Azərbaycan işğal olunmuş ərazilərini geri qaytardı. Hazırda Ermənistan və Azərbaycan fikir ayrılığını diplomatik yolla həll etməyə çalışırlar. Yəmən və Ermənistanda İranın dəstək verdiyi tərəfin məğlub olması rəsmi Tehranı pis vəziyyətdə qoyub: “Azərbaycanın Qarabağda qələbəsi İranın Ermənistana sərbəst şəkildə yanacaq və silah daşımaq üçün istifadə etdiyi yolun qapanmasına səbəb oldu. Artıq İrandan gələn yüklər Azərbaycan yol vergisinə və müvafiq yoxlamalara tabe edilib”.

Məqalədə vurğulanır ki, azərilər İranda ən böyük etnik azlıqdır.

Bu amil İran ilə Azərbaycanın münasibətlərinə əlavə gərginlik gətirir, vəziyyəti daha da mürəkkəbləşdirir: “Tehranın hakimiyyət orqanları həmişə azərbaycanlılara ehtiyatla yanaşıblar”.

Müəllif yada salır ki, İran hökuməti 2009-cu ildə “Yaşıl Hərəkat”a bağlı etirazlar qarşısında silkələndi. “Ərəb Baharı”ndan ilham alan bu kimi etirazlar 2011-12-ci illərdə daha da gücləndi. Bu etirazların episentri İranın şimalındakı etnik azərbaycanlıların yaşadığı ərazilər idi. İran liderləri qonşu Azərbaycanda sabitliyi pozmağa cəhd etməklə, həm də öz vətəndaşları olan azərbaycanlıların böyük bir hissəsini təhlükəyə sürükləyir: “Tehran üçün vəziyyət daha da pisləşir. Belə ki, Azərbaycan Türkiyə ilə əlaqə saxlamaqla yanaşı, İsraillə də əməkdaşlığı dərinləşdirir. İran bilir ki, əgər ordusu nə vaxtsa İsrailə qarşı çıxsa o, yerdə, havada və kiber məkanda əziləcək. İran həmçinin Azərbaycan qoşunlarına İsrail hərbçiləri tərəfindən təlim keçilməsindən qorxur. İsrail həmişə üstün silah, yaxşı təlim keçmiş qüvvələr və döyüş intellekti ilə qalib gəlir. Bu üç məqamda elə bir bacarığa malik olmayan İslam İnqilabı Keşikçiləri Korpusu öz məqsədinə çatmaq üçün qəddarlığa və terror hücumlarına əl atır”.

Müəllif adın çəkmədiyi mənbəyə istinadən yazır ki, İslam İnqilabı Keşikçiləri Korpusun Suriya və Livanda “Hizbullah” qüvvələrinə təlim keçir. İndi İran düşərgələrində ekstremist ideyalara meylli olan gənc azərbaycanlılardan yeni bir “Hizbullah” yaratmaq üçün ciddi işlər aparılır. İran heç vaxt bitməyən anti-sionist ritorikasını daha da artıraraq şimal sərhədində "sionist-terrorçulara dözməyəcəyini" bəyan edir: “İranın Azərbaycanda ictimai rəyi ələ almaq üçün öz trol ordusunu səfərbər etməsi təəccüblü deyil.
Azərbaycan və İsrail arasındakı normal diplomatik, ticarət və təhlükəsizlik əlaqələrinin mövcud olması İrana anti-sionist kartı oynamaq imkanı verir. Yüzlərlə sosial şəbəkədəki kanallar üzərindən “sionist” bəhanəsi ilə ideoloji cəbhədə yanğını genişləndirməyə çalışırlar. İran hökuməti isə ölkənin Azərbaycanla sərhədində hərbi təlimlər keçirməklə bu yanğının üzərinə benzin tökür”.

Müəllif ona da diqqət çəkir ki, İran Azərbaycana qarşı təbliğat müharibəsini getdikcə gücləndirir: “İran təbliğatını gücləndirmək üçün rəsmi Tehran Güney Azərbaycanda olan radiotezliklərdən fəal şəkildə istifadə edir. Hazırda 10-dan çox İran radio kanalı Azərbaycanın cənubunda talış, fars və azəri ərazilərində fəal təbliğat aparır. İran Azərbaycanın radio stansiyalarını sıxışdırmaq üçün ən güclü radio tezlik boğucularını əraziyə yeridib. İranyönlü təbliğatçılar Azərbaycan dövlətini şiə dəyərlərinə xəyanət etməkdə və ayətullah Xameneyinin müəyyən etdiyi prinsiplərdən kənara çıxmaqda ittiham edirlər”.

ABŞ saytı yazır ki, Çini, Orta Asiya ölkələrini və Azərbaycanı Türkiyə üzərindən Avropa ilə birləşdirəcək Zəngəzur dəhlizinin açılmasına Ermənistanın razılıq verməsinə İran etiraz edir. Tehran bu layihədən kənarda qalacağını düşünür. Əslində isə İran Azərbaycana dostluq əli uzatmaqla bu layihədə qazanan tərəflərdən biri ola bilər. İran isə siyasi anlaşmaya yox, güc və qorxu yolu ilə istəyinə nail olmaq istəyir.

Məqalənin sonunda deyilir: “Bu bölgə dünyanın çox həssas yerlərindən biridir. Beynəlxalq ictimaiyyət İranın Azərbaycana müdaxiləsini pisləməlidir. İran öz xalqını terror etmək və regionda sabitliyi pozmaqla uğur qazana bilməz. Azərbaycanın paytaxtı Bakı cənubdan ixrac edilən fundamentalist zülmün hökmranlığını qəbul etmək fikrində deyil”.

Vaxt var idi, Qarabağ müharibəsinin ilk illərində erməni faşizminin öndərləri Azərbaycanı Livana çevirməklə hədələyirdi. İndi də İran bizə “Hizbullah” adlı tələ qurmaq istəyir. Siyasi bilgiləri məhdud olan, dini təbliğatın qurbanına çevrilən gənclərimizin əli ilə Azərbaycanımızı zəlil etmək istəyirlər. Əminəm ki, Azərbaycanı Livana çevirmək arzusu ermənilərin gözündə qaldığı kimi, İranın molla rejiminin də əlçatmaz arzusu olaraq alacaq.

Elbəyi Həsənli, Sürix
//musavat.com//





 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda koronavirus testinin istehsalına başlanıb - AÇIQLAMA
Bu gün, 12:45
Ordumuz 16 Noyabr mövqeyindən geri çəkilib? - NƏ BAŞ VERİR?
Bu gün, 12:44
Kremlin Qarabağda “B” planı... - “...Gələcəkdə bu izin ardınca düşəcək”
Bu gün, 12:42
"Son intihar hadisəsini eşidəndə həqiqətən gənc qız üçün üzüldüm"
Bu gün, 12:40
Bakıda döyülən şəxs iki gün sonra xəstəxanada ölüb
Bu gün, 12:38
Dövlət Xidmətinə fişinq hücumu: Səhvən "Allah rəhmət eləsin" yazıb - FOTO
Bu gün, 12:38
Baş infeksionist koronavirusa yoluxub? - AÇIQLAMA
Bu gün, 12:32
Mövlam Şıxəliyevin bandasının məhkəməsi: - vəkil müttəhimə danışmaq qadağası qoyub
Bu gün, 12:29
"Ataya bunları izah etməyimə baxmayaraq, yenə də çəkilişləri davam etdirirdi" - ÇƏKİŞMƏ...
Bu gün, 12:28
Avrasiyanın hakimi kim olacaq: Rusiya, yoxsa Türkiyə?!. - TƏHLİL
Bu gün, 12:27
Vilayət Eyvazov bu kapitanı yüksək vəzifəyə TƏYİN ETDİ - ƏMR
Bu gün, 12:26
“Omikron” ştamı COVID-19-a təkrar yoluxma riskini artırır” - ÜST
Bu gün, 12:25
Zərdüşt Əlizadə Türk Dövlətləri Təşkilatı haqqında nələr dedi? - AÇIQLAMA
Bu gün, 12:24
“Ailəmə baxa bilmək üçün işə ehtiyacım var” - Şəhid qardaşı kömək istəyir
Bu gün, 12:23
Azərbaycanda hərbi helikopter qəzaya uğrayıb, həlak olanlar var
Bu gün, 12:20
Aşqabadda Ermənistana ən ağır zərbə vuruldu - FAKT BUDUR!
Bu gün, 11:11
Aşqabadda verilən isti mesajlar: Tehranla Bakı arasında “buzlar” əriyir? - İNCƏLƏMƏ...
Bu gün, 11:05
İki şəxsə məxsus BOKT-un rəhbəri son 3 ayda ikinci dəfə dəyişir – TƏYİNAT
Bu gün, 11:02
COVID sertifikatının verilməsindən hansı hallarda imtina ediləcəyi açıqlanıb - Diqqət!
Bu gün, 11:01
"Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:00
Manatın məzənnəsi dəyişə bilər – Mərkəzi Bank qərar verəcək
Bu gün, 10:58
Ermənistan ordusunun qalıqları Baqramyan poliqonunda taktiki təlimlər keçirilib
Bu gün, 10:57
Soçi görüşü günü Avropadan Ermənistana uçuş hansı ssenarini pozmaq üçün dayandırıldı?.. - İLGİNC
Bu gün, 10:56
Axı demişdim Nikola inanmaz olmaz! - Korotçenko
Bu gün, 10:47
Şəkidə karantin qaydalarını pozan şadlıq sarayının direktoru barəsində araşdırma başlanılıb
Bu gün, 10:43
2022-ci il üçün Çin ulduz falı: - kimisi qəpiksiz qalacaq, kimisi zəngin olacaq
Bu gün, 10:42
"Azəristilik" rəhbərliyi ƏCƏBA NƏYİ DÜŞÜNÜR? - Hədəfdə VƏTƏNDAŞDIR!
Bu gün, 10:36
Tanınmış jurnalistin səhhəti ağırlaşdı, xəstəxanaya aparılır - AÇIQLAMA
Bu gün, 10:33
Gürcüstanda son sutkada koronavirusa 5050 yoluxma halı qeydə alınıb, 80 nəfər ölüb
Bu gün, 10:33
Bir-iki günün şirkətləri tenderlərdə hansı yolla qalib gəlir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:32
Kəmaləddin Heydərov bu icra başçısının oğlunu yüksək vəzifəyə TƏYİN ETDİ - ƏMR
Bu gün, 10:30
Bakıda koronavirusa görə bağlanan daha 2 məktəb açılıb - Diqqət!
Bu gün, 10:29
Dünyanın inkişaf etmiş ölkələri sərt qapanmaya gedir: BƏS BİZ? - AÇIQLAMA
Bu gün, 10:28
Botanika İnstitutunun icraçı direktoru kollektivə təqdim olunub
Bu gün, 10:27
General Vəli Ələsgərov həbsxanada ölübmü... - MÜƏMMA
Bu gün, 10:23
"Avrasiya modeli Qərbin atlantist geosiyasətinə meydan oxuyur" - Valeri Korovin
Bu gün, 10:19
Kəlbəcər rayonunun Qılınclı kəndindən görüntülər - VİDEO
Bu gün, 10:17
“Azərbaycan gömrük postları Ermənistan iqtisadiyyatını iflic edəcək” - Smbat Qriqoryan
Bu gün, 10:13
3 aydır Azərbaycandan pomidor ixracı demək olar ki - DAYANIB
Bu gün, 10:12
Ermənistanda ehtiyatda olan həkimlər hərbi xidmətə çağrılır - BU NƏ TƏDARÜKDÜR?
Bu gün, 10:10
İran Aşqabadda imzalanan razılaşmaya niyə imza atdı? – Kremlin bəyənmədiyi sazişlə bağlı İLGİNC DETALLAR
Bu gün, 10:08
Azərbaycanda avtomobillərin icbari sığortası üzrə ödəniş tərəfi dəyişəcək - Diqqət!
Bu gün, 10:07
Koronavirusa yoluxan Xalq artistinin vəziyyəti ağırdır - AÇIQLAMA
Bu gün, 10:06
Azərbaycan nefti 2 %-dən çox artıb
Bu gün, 10:05
Haaqa Məhkəməsi Azərbaycanın Ermənistana qarşı iddiası üzrə qərarını dekabrın 7-də açıqlayacaq
Bu gün, 10:05
Ağstafada qadını qətlə yetirən şəxsə 20 il həbs cəzası verilib
Bu gün, 09:59
"Əslində Avropa Parlamentinin bu mövqeyi təəccüblü də deyil" - Partiya sədri
Bu gün, 09:58
Gülağa Quliyev vəfat etdi
Bu gün, 09:56
Bakıda ər arvadını qətlə yetirib
Bu gün, 09:55
Əvəz Qocayevin KAPİTULYASİYA AKTI... - İLGİNC GƏLİŞMƏ
Bu gün, 09:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru