Azərbaycanda hərbi helikopter qəzaya uğrayıb, .....                     Aşqabadda Ermənistana ən ağır zərbə vuruldu .....                     Aşqabadda verilən isti mesajlar: Tehranla Bakı arasında “buzlar” əriyir? .....                     İki şəxsə məxsus BOKT-un rəhbəri son 3 ayda ikinci dəfə dəyişir .....                     COVID sertifikatının verilməsindən hansı hallarda imtina ediləcəyi açıqlanıb .....                     "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur... .....                     Manatın məzənnəsi dəyişə bilər .....                     Ermənistan ordusunun qalıqları Baqramyan poliqonunda taktiki təlimlər keçirilib .....                     Soçi görüşü günü Avropadan Ermənistana uçuş hansı ssenarini pozmaq üçün dayandırıldı?.. .....                     Axı demişdim Nikola inanmaz olmaz! .....                     Şəkidə karantin qaydalarını pozan şadlıq sarayının direktoru barəsində araşdırma başlanılıb .....                     2022-ci il üçün Çin ulduz falı: .....                     "Azəristilik" rəhbərliyi ƏCƏBA NƏYİ DÜŞÜNÜR? .....                     Tanınmış jurnalistin səhhəti ağırlaşdı, xəstəxanaya aparılır .....                     Gürcüstanda son sutkada koronavirusa 5050 yoluxma halı qeydə alınıb, .....                     Bir-iki günün şirkətləri tenderlərdə hansı yolla qalib gəlir? .....                     Kəmaləddin Heydərov bu icra başçısının oğlunu yüksək vəzifəyə TƏYİN ETDİ .....                     Bakıda koronavirusa görə bağlanan daha 2 məktəb açılıb .....                     Dünyanın inkişaf etmiş ölkələri sərt qapanmaya gedir: BƏS BİZ? .....                     Botanika İnstitutunun icraçı direktoru kollektivə təqdim olunub .....                     General Vəli Ələsgərov həbsxanada ölübmü... .....                     "Avrasiya modeli Qərbin atlantist geosiyasətinə meydan oxuyur" .....                     Kəlbəcər rayonunun Qılınclı kəndindən görüntülər .....                     “Azərbaycan gömrük postları Ermənistan iqtisadiyyatını iflic edəcək” .....                     3 aydır Azərbaycandan pomidor ixracı demək olar ki .....                     Ermənistanda ehtiyatda olan həkimlər hərbi xidmətə çağrılır .....                     İran Aşqabadda imzalanan razılaşmaya niyə imza atdı? .....                     Azərbaycanda avtomobillərin icbari sığortası üzrə ödəniş tərəfi dəyişəcək .....                     Koronavirusa yoluxan Xalq artistinin vəziyyəti ağırdır .....                     Azərbaycan nefti 2 %-dən çox artıb .....                     Haaqa Məhkəməsi Azərbaycanın Ermənistana qarşı iddiası üzrə qərarını .....                     Ağstafada qadını qətlə yetirən şəxsə 20 il həbs cəzası verilib .....                     "Əslində Avropa Parlamentinin bu mövqeyi təəccüblü də deyil" .....                     Gülağa Quliyev vəfat etdi .....                     Bakıda ər arvadını qətlə yetirib .....                     Əvəz Qocayevin KAPİTULYASİYA AKTI... .....                     FAKT BUDUR: İRAN... TURAN ÇƏMBƏRİNDƏ! .....                     Ermənilərin Soçi etirafları: Dəfn olunan “Artsax”, Paşinyanın razılaşdığı dəhliz... .....                     Azərbaycanda baş redaktor vəfat edib .....                     "Ailəmizə və dövlətə yük olmayaq" .....                 

Ərzaq niyə bahalanır: Elman Rüstəmov bu dəfə düz danışırmı? - TƏHLİL
Tarix: 22-10-2021, 14:34 | Çap et
Ərzaq niyə bahalanır: Elman Rüstəmov bu dəfə düz danışırmı?
Bu ilin ilk 9 ayında Azərbaycanda istehlak qiymətləri (inflyasiya) əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,2%, o cümlədən ərzaq məhsullarının qiyməti 6% artıb.
Qeyd edək ki, bu, son illərdə qeydə alınan ən yüksək göstəricidir. Qiymət artımı sonuncu dəfə bu səviyyəyə 2017-ci ildə yüksəlib.
Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib ki, Azərbaycanda inflyasiyaya ən çox xarici amil təsir göstərir: “Bizdə inflyasiya idxalla bağlıdır. Bu, əsasən ərzaq inflyasiyasıdır”.
Bəs görəsən, Azərbaycanda qiymət artımının səbəbi Elman Rüstəmovun dediyi kimi idxalla bağlıdır, yoxsa başqa səbəblər var?
Xatırladaq ki, 2015-ci ilin fevral ayında baş verən devalvasiyadan əvvəl Mərkəzi Bankın sədri bəyan etmişdi ki, manatın məzənnəsi dəyişməyəcək. Lakin, Elman Rüstəmovun bu açıqlamasından çox qısa müddət sonra manat kəskin şəkildə dəyərdən düşdü.
Bu səbəbdən də, insanlar haqlı olaraq Elman Rüstəmovun açıqlamalarını təftiş edir və doğru olub-olmadığını dəqiqləşdirməyə çalışırlar.
Biz də Elman Rüstəmovun son açıqlamasını, yəni Azərbaycanda qiymət artımının idxaldan asılı olub-olmadığını, yaxud da hansı səviyyədə asılı olduğunu araşdırmağa çalışdıq.
Məlumat üçün qeyd edək ki, Azərbaycan ərzaq məhsullarını əsasən 2 ölkədən - Türkiyə və Rusiyadan idxal edir. Bu ilin ilk 9 ayında ümumi idxalın 33%-i də bu iki ölkənin payına düşüb.
Bu səbəbdən, Mərkəzi Bank sədrinin də dediyi kimi, bu ölkələrdə baş verən qiymət artımı öz təsirini Azərbaycana da göstərməlidir.
Yeniavaz.com xəbər verir ki, açıqlanan rəsmi məlumatlarda göstərilir ki, bu ilin ilk 9 ayında Rusiyada 7,8%, Türkiyədə isə 20% həddində illik inflyasiya qeydə alınıb.
Lakin onu da qeyd edək ki, bu ilin əvvəlindən Türkiyənin milli valyutası - lirə Azərbaycan manatı qarşısında 25% dəyərdən düşüb. İlin əvvəlində 1 lirə təxminən 24 qəpik səviyyəsində olduğu halda, hazırda 18 qəpiyə düşüb.
Lirənin manat qarşısında bu qədər kəskin ucuzlaşması Türkiyədən gətirilən məhsulların da ucuzlaşması deməkdir. Məsələn, ilin əvvəlində Türkiyədə dəyəri 100 lirə olan paltar üçün 24 manat ödəyirdik. Türkiyədəki qiymətlər 20% artdığı üçün hazırda həmin paltarın qiyməti 120 lirə olacaq. Lakin, qeyd etdiyimiz kimi, lirə manat qarşısında 25% ucuzlaşdığı üçün hazırda 120 lirəlik həmin paltar üçün 21,6 manat ödəyirik.
Göründüyü kimi, lirənin ucuzlaşması səbəbindən Türkiyədə baş verən inflyasiyanın Azərbaycana təsiri yoxdur. Tam əksinə Türkiyədən gətirilən malların qiymətində az da olsa ucuzlaşma olmalıdır.
Hazırda Azərbaycanda qiymət artımına təsir edən əsas amil Rusiyada inflyasiya səviyyəsinin yüksəlməsilə əlaqədar ola bilər. Bu il Rusiya rublu Azərbaycan manatı qarşısında dəyişməz qalıb. İlin əvvəlində olduğu kimi, hazırda da rublun məzənnəsi 23-24 qəpik arasında dəyişir. Ancaq qeyd etdiyimiz kimi, Rusiyda illik inflyasiya 7,8%-ə çatıb və bu son 5 ilin ən yüksək göstəricisi hesab olunur.
Statistika Komitəsinin açıqladığı məlumatlara baxdığımız zaman belə görünür ki, qiymət artımı təkcə Rusiyadan idxal olunan məhsullarda müşahidə olunmur. Yuxarıda qeyd etdiyimiz kimi, heç bir əsas olmadığı halda həm Türkiyədən idxal olunan məhsullarda, həm də yerli məhsullarda qiymət artımı qeydə alınıb. Bu isə mövcud qiymət artımının həm də süni şəkildə baş verdiyini deməyə əsas verir.
Məsələn, Statistika Komitəsi ötən ay ən çox bahalanan məhsullar arasında yumurtanın adını qeyd edib. Azərbaycanda yumurtaya olan tələbat tamamilə yerli istehsal hesabına təmin olunur və xaricdən yumurda idxal olunmur. O cümlədən meyvə və tərəvəzin qiymətindəki artımı da idxal inflyasiyası ilə əlaqələndirmək olmaz.





 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda hərbi helikopter qəzaya uğrayıb, həlak olanlar var
Bu gün, 12:20
Aşqabadda Ermənistana ən ağır zərbə vuruldu - FAKT BUDUR!
Bu gün, 11:11
Aşqabadda verilən isti mesajlar: Tehranla Bakı arasında “buzlar” əriyir? - İNCƏLƏMƏ...
Bu gün, 11:05
İki şəxsə məxsus BOKT-un rəhbəri son 3 ayda ikinci dəfə dəyişir – TƏYİNAT
Bu gün, 11:02
COVID sertifikatının verilməsindən hansı hallarda imtina ediləcəyi açıqlanıb - Diqqət!
Bu gün, 11:01
"Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:00
Manatın məzənnəsi dəyişə bilər – Mərkəzi Bank qərar verəcək
Bu gün, 10:58
Ermənistan ordusunun qalıqları Baqramyan poliqonunda taktiki təlimlər keçirilib
Bu gün, 10:57
Soçi görüşü günü Avropadan Ermənistana uçuş hansı ssenarini pozmaq üçün dayandırıldı?.. - İLGİNC
Bu gün, 10:56
Axı demişdim Nikola inanmaz olmaz! - Korotçenko
Bu gün, 10:47
Şəkidə karantin qaydalarını pozan şadlıq sarayının direktoru barəsində araşdırma başlanılıb
Bu gün, 10:43
2022-ci il üçün Çin ulduz falı: - kimisi qəpiksiz qalacaq, kimisi zəngin olacaq
Bu gün, 10:42
"Azəristilik" rəhbərliyi ƏCƏBA NƏYİ DÜŞÜNÜR? - Hədəfdə VƏTƏNDAŞDIR!
Bu gün, 10:36
Tanınmış jurnalistin səhhəti ağırlaşdı, xəstəxanaya aparılır - AÇIQLAMA
Bu gün, 10:33
Gürcüstanda son sutkada koronavirusa 5050 yoluxma halı qeydə alınıb, 80 nəfər ölüb
Bu gün, 10:33
Bir-iki günün şirkətləri tenderlərdə hansı yolla qalib gəlir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:32
Kəmaləddin Heydərov bu icra başçısının oğlunu yüksək vəzifəyə TƏYİN ETDİ - ƏMR
Bu gün, 10:30
Bakıda koronavirusa görə bağlanan daha 2 məktəb açılıb - Diqqət!
Bu gün, 10:29
Dünyanın inkişaf etmiş ölkələri sərt qapanmaya gedir: BƏS BİZ? - AÇIQLAMA
Bu gün, 10:28
Botanika İnstitutunun icraçı direktoru kollektivə təqdim olunub
Bu gün, 10:27
General Vəli Ələsgərov həbsxanada ölübmü... - MÜƏMMA
Bu gün, 10:23
"Avrasiya modeli Qərbin atlantist geosiyasətinə meydan oxuyur" - Valeri Korovin
Bu gün, 10:19
Kəlbəcər rayonunun Qılınclı kəndindən görüntülər - VİDEO
Bu gün, 10:17
“Azərbaycan gömrük postları Ermənistan iqtisadiyyatını iflic edəcək” - Smbat Qriqoryan
Bu gün, 10:13
3 aydır Azərbaycandan pomidor ixracı demək olar ki - DAYANIB
Bu gün, 10:12
Ermənistanda ehtiyatda olan həkimlər hərbi xidmətə çağrılır - BU NƏ TƏDARÜKDÜR?
Bu gün, 10:10
İran Aşqabadda imzalanan razılaşmaya niyə imza atdı? – Kremlin bəyənmədiyi sazişlə bağlı İLGİNC DETALLAR
Bu gün, 10:08
Azərbaycanda avtomobillərin icbari sığortası üzrə ödəniş tərəfi dəyişəcək - Diqqət!
Bu gün, 10:07
Koronavirusa yoluxan Xalq artistinin vəziyyəti ağırdır - AÇIQLAMA
Bu gün, 10:06
Azərbaycan nefti 2 %-dən çox artıb
Bu gün, 10:05
Haaqa Məhkəməsi Azərbaycanın Ermənistana qarşı iddiası üzrə qərarını dekabrın 7-də açıqlayacaq
Bu gün, 10:05
Ağstafada qadını qətlə yetirən şəxsə 20 il həbs cəzası verilib
Bu gün, 09:59
"Əslində Avropa Parlamentinin bu mövqeyi təəccüblü də deyil" - Partiya sədri
Bu gün, 09:58
Gülağa Quliyev vəfat etdi
Bu gün, 09:56
Bakıda ər arvadını qətlə yetirib
Bu gün, 09:55
Əvəz Qocayevin KAPİTULYASİYA AKTI... - İLGİNC GƏLİŞMƏ
Bu gün, 09:53
FAKT BUDUR: İRAN... TURAN ÇƏMBƏRİNDƏ! - Tehranın başqa yolu yoxdur...
Bu gün, 09:41
Ermənilərin Soçi etirafları: Dəfn olunan “Artsax”, Paşinyanın razılaşdığı dəhliz... - NƏ BAŞ VERİR?
Bu gün, 09:38
Azərbaycanda baş redaktor vəfat edib - FOTO
Bu gün, 09:37
"Ailəmizə və dövlətə yük olmayaq" - ÇAĞIRIŞ
Bu gün, 09:35
Tanınmış yazıçı “Azər Türk Bank”dan şikayət etdi - “Adamı elə incidirlər, elementar qanunları bilmirlər...”
Bu gün, 09:30
BDU-da 8 dekan və 29 kafedra müdiri vəzifəsi boşdur - SİYAHI
Bu gün, 09:29
“Cənab Sədrin bundan xəbəri yoxdur, amma bina mütləq söküləcək” - Naxçıvanda NARAZILIQ
Bu gün, 09:27
Azərbaycan Ordusu Çakatendə yeni mövqelərə yerləşib... - Kəndin üstündəki təpədə post qurub
Bu gün, 09:24
Neft ucuzlaşdı
Bu gün, 09:22
Bir ildə 3 bəyanat! Soçinin əsas fərqi... - GƏLİŞMƏ
Bu gün, 09:21
"Vasif, sən oxuya bilmirsən" - Tünzalə Ağayeva SÖZ ATDI
Bu gün, 09:17
“Qarabağa tez getməkdənsə, təhlükəsiz şəkildə qayıtmaq daha vacibdir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:11
Ermənistan prezidenti Konstitusiyanın dəyişdirilməsinin vacibliyindən danışdı... - NƏ BAŞ VERİR?
Bu gün, 09:09
Gecikən sülh müaviləsi İRƏVANA NƏ VERİR? - TƏHLİL
Bu gün, 09:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru