Mədəniyyət Nazirliyi beynəlxalq film festivalı ilə bağlı qalmaqala .....                     "Əsgərlərin 40 faizini Köçəryan tərəfdarları öldürüb" .....                     Distant təhsildə olan məktəb və siniflərin sayı açıqlanıb .....                     Azərbaycanda COVID-19-a yoluxmuş şagirdlərin .....                     Baş prokurorun birinci müavini hərbi helikopterin qəzaya uğradığı əraziyə gedib .....                     Ermənistanın MİNA TERRORU davam edir: .....                     Tanınmış aparıcıdan Rəmişin qohum-əqrəbasına: .....                     Vatikan lideri qondarma "erməni soyqırımı" haqda film çəkən erməniyə medal verdi... .....                     "Gecə klubunda oxuyanlar necə Xalq artisti ola bilər" .....                     Nəfəsimizi KƏSƏNLƏR KİMLƏRDİR? .....                     Səttar Möhbalıyevlə bağlı İLGİNC İDDİALAR... .....                     Ölkəmizdə çarəsizlik sindromu baş alıb gedir .....                     Azərbaycanda koronavirus testinin istehsalına başlanıb .....                     Ordumuz 16 Noyabr mövqeyindən geri çəkilib? .....                     Kremlin Qarabağda “B” planı... .....                     "Son intihar hadisəsini eşidəndə həqiqətən gənc qız üçün üzüldüm" .....                     Bakıda döyülən şəxs iki gün sonra xəstəxanada ölüb .....                     Dövlət Xidmətinə fişinq hücumu: Səhvən "Allah rəhmət eləsin" yazıb .....                     Baş infeksionist koronavirusa yoluxub? .....                     Mövlam Şıxəliyevin bandasının məhkəməsi: .....                     "Ataya bunları izah etməyimə baxmayaraq, yenə də çəkilişləri davam etdirirdi" .....                     Avrasiyanın hakimi kim olacaq: Rusiya, yoxsa Türkiyə?!. .....                     Vilayət Eyvazov bu kapitanı yüksək vəzifəyə TƏYİN ETDİ .....                     “Omikron” ştamı COVID-19-a təkrar yoluxma riskini artırır” .....                     Zərdüşt Əlizadə Türk Dövlətləri Təşkilatı haqqında nələr dedi? .....                     “Ailəmə baxa bilmək üçün işə ehtiyacım var” .....                     Azərbaycanda hərbi helikopter qəzaya uğrayıb, .....                     Aşqabadda Ermənistana ən ağır zərbə vuruldu .....                     Aşqabadda verilən isti mesajlar: Tehranla Bakı arasında “buzlar” əriyir? .....                     İki şəxsə məxsus BOKT-un rəhbəri son 3 ayda ikinci dəfə dəyişir .....                     COVID sertifikatının verilməsindən hansı hallarda imtina ediləcəyi açıqlanıb .....                     "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur... .....                     Manatın məzənnəsi dəyişə bilər .....                     Ermənistan ordusunun qalıqları Baqramyan poliqonunda taktiki təlimlər keçirilib .....                     Soçi görüşü günü Avropadan Ermənistana uçuş hansı ssenarini pozmaq üçün dayandırıldı?.. .....                     Axı demişdim Nikola inanmaz olmaz! .....                     Şəkidə karantin qaydalarını pozan şadlıq sarayının direktoru barəsində araşdırma başlanılıb .....                     2022-ci il üçün Çin ulduz falı: .....                     "Azəristilik" rəhbərliyi ƏCƏBA NƏYİ DÜŞÜNÜR? .....                     Tanınmış jurnalistin səhhəti ağırlaşdı, xəstəxanaya aparılır .....                 

Rusiya “humanitar yük” adı altında Qarabağa NƏ GƏTİRİR? - HƏQİQƏTƏN DƏ...
Tarix: 22-10-2021, 09:46 | Çap et
Rusiya “humanitar yük” adı altında Qarabağa NƏ GƏTİRİR?
Azərbaycanın Qarabağ ərazisinə İranın qanunsuz yük daşımasına etirazından və sanksiyalarından sonra başlamış gərginlikdə rəsmi Bakı qətiyyətli mövqe ortaya qoydu. Bu da onunla nəticələndi ki, Tehran geri addım atdı. Bir neçə gün əvvəl isə Rusiya Müdafiə Nazirliyinin "İl-76" yük təyyarəsi Qarabağa çatdırılmaq üçün “ehtiyacı olan köçkünlər və Qarabağın çoxuşaqlı ailələri” üçün “xeyriyyə təşkilatları” tərəfindən toplanan 10 ton humanitar yükü İrəvana gətirib. Buradan isə yük Xankəndinə aparılacaq. Bəzi ekspertlər iddia edir ki, Rusiyadan İrəvana gətirilən 10 ton yük üçün xüsusi təyyarəyə ehtiyac yoxdur, bunu bir KamAZ-a da sığışdırmaq olar. O səbəbdən “humanitar yük” adı altında “DQR müdafiə ordusu” adlanan silahlı dəstələrə qeyri-qanuni sursat və hərbi texnikanın ehtiyat hissələrinin tədarükünü mümkün hesab edirlər. Azərbaycanın Rusiyanın Qarabağa “humanitar konvoyunda” əslində nələrin olduğunu öyrənməyə haqq var. Pilotsuz uçuş aparatları bunu real vaxtda etməyə imkan verir və “sülhməramlıların” özlərindən və ya yerli ermənilərdən məlumatlar sıza bilər.

Bəs Azərbaycan Rusiyadan gətirilmiş yükləri necə yoxlamalıdır? Rusiya Müdafiə Nazirliyi Qarabağa qanunsuz silah-sursat və ya digər hərbi texnikaların tədarükünü həyata keçirə bilərmi? Azərbaycanın Laçın dəhlizində birgə yoxlamalar həyata keçirilməsinə Rusiyanın süni əngəlləri istənilən qanunsuz yüklərin Qarabağa keçirilməsinə şərait yaratmaq üçündürmü? Azərbaycanın şübhə doğuran yükləri yoxlamaq üçün hansı təsir mexanizmləri var?

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli Azərbaycanın hər zaman prinsiplərinin olduğunu qeyd etdi: “Azərbaycan dövləti hər zaman müstəqil siyasət aparıb. Vətən müharibəsi ilə bütün dünyaya göstərildi ki, Azərbaycan xalqı, dövləti və onun rəhbəri milli maraqlarından, müstəqilliyindən və ərazi bütövlüyündən bir addım belə geri çəkilən deyil. Bunun üçün xalqımız canını verib, qanını töküb. Xalqımız himnimizdə deyildiyi kimi, can verməyə, qan tökməyə hazırdır. Minlərlə can qurban olub ki, Azərbaycan gülüstan olsun. Hələ müharibədən öncə Rusiyanın Ermənistana dəstək olmasını ən yüksək səviyyədə cənab prezident bildirib. Marşrutu da dedi ki, hansı respublikalar üzərindən keçərək İran istiqamətindən Ermənistana yüklər daşınıb. İran tərəfdən yüklərin daşınması, şübhəli marşrutların hərəkəti barədə də cənab Prezident fikirlərini dəfələrlə deyib. Rusiyanın vasitəçiliyini Azərbaycan və Ermənistan tərəfi qəbul edib. Bölgəyə rus sülhməramlıları yerləşdirilib. Vətəndaşlarımızın bir qismi onların fəaliyyətindən narazıdır. Zaman-zaman Azərbaycanın rəsmi qurumları bu və ya digər formada öz etirazını bildirib. Biz hesab edirik ki, Kreml əvvəlki illərdən fərqli siyasət yürüdəcək. Dünya şərtləri, geosiyasi vəziyyət, zaman bunu diktə edir. Bütün qonşularımızla normal münasibətlər aparırıq. Kim ki, dövlət maraqlarımıza, qonşuluğa qarşılıqlı hörmət edir, biz də o dövlətlərə hörmət edirik. Rusiya niyə Qarabağa yükləri Azərbaycanın qədim şəhəri olan İrəvana gedib oradan aparır? İrəvandan Xankəndinə yaxındır, yoxsa Gəncədən? Yevlaxda da hava limanı var. Tərtər, Ağdərə üzərindən də aparılması mümkündür. Ağdamı da qeyd etmək olar. Hələ də Qarabağda separatçı rejimin qalması vətəndaşlarımızda haqlı olaraq narazılıq yaradır. 10 noyabrdakı üçtərəfli razılaşmaya əməl edilmədiyi haqlı olaraq önə çəkilir. Onsuz da əvvəl-axır qanunsuz dəstələr Qarabağı tərk edəcək. Sadəcə, Rusiya bunu tezləşdirə bilər ki, bunu etmir. İran necə ki, Azərbaycanın milli, dövlət maraqlarına hörmət etməyə məcbur oldu, eləcə də digər dövlətlər bunu etməlidir. Rusiyanın ərazi bütövlüyünə, müstəqilliyinə necə hörmətlə yanaşırıqsa, eyni addımı qarşı tərəfdən gözləyirik. Güclü Azərbaycanın dünyada Türkiyə və Pakistan kimi güclü tərəfdaşları var. Dünyanın bir çox ölkələri milli maraqlarımıza hörmət edir. Etibarlı tərəfdaş, sadiq dostuq. Üzərimizə götürdüyümüz öhdəlikləri ləyaqətlə yerinə yetiririk. Analoji addımı qarşı tərəflər də atmalıdır”.

QAT sədri Akif Nağının da bu məsələdə mövqeyi sərtdir: “Ötən əsrin 90-cı illərinin ”humanitar yardım"la bağlı acı təcrübəsi yaddan çıxmayıb. O vaxt Ermənistan üzərindən Qarabağdakı erməni silahlılarına humanitar yardım adı altında silah, sursat və sair təxribat xarakterli yüklər daşınırdı. İndi Rusiya həmin praktikanı davam etdirir. Heç bir şübhə ola bilməz ki, Moskva bu yolla orada hərbi mövcudluğunu gücləndirir, özünə sadiq qanunsuz silahlı dəstələr yaradır. Rusiya və bəzi digər ölkələr Qarabağda münaqişənin tam söndürülməsində maraqlı deyil, vaxtaşırı gərginliyin yaranması üçün zəmin hazırlayırlar. Bunu özümüz üçün birmənalı şəkildə bilməli, gərəkli tədbirlərimizi görməliyik. Həm də bu məsələdə qətiyyən gecikmək olmaz. Rusiya regionda “humanitar fəaliyyət”lə məşğul olmaqla sülhməramlı qismində onlar üçün ayrılmış səlahiyyətləri kobudcasına aşır. Üçtərəfli razılaşmalarda Rusiya sülhməramlılarının bu funksiyası nəzərdə tutulmayıb. Azərbaycan bunu rusların nəzərinə çatdırmalı, təkidlə bu fəaliyyətin dayandırılmasını tələb etməlidir. İrana qarşı sərt mövqe nümayiş etdirildi, dərhal nəticəsi də oldu. İran hökuməti onlara məxsus yük maşınlarının Azərbaycanın Qarabağ və digər ərazilərinə Ermənistan üzərindən girişini qadağan etdi. Hesab edirəm ki, Rusiyanın daha yumşaq mövqe tutması üçün də Azərbaycanın ixtiyarında kifayət qədər təsir imkanları var. Bu imkanlar ləngimədən işə salınmalıdır. Birinci addım olaraq, Azərbaycan Laçın dəhlizinin uyğun yerində özünün nəzarət-yoxlama məntəqəsini yaratmalıdır. Rusiyanın istənilən reaksiyasına məhəl qoymamaq da olar. Qoy özlərinə həşir gəlsinlər, heç nə edə bilməyəcəklər. “Ne tak straşen çert, kak eqo molööt”. İkincisi, Azərbaycan Xankəndi ilə istənilən hava əlaqəsini qadağan etməlidir. Xankəndinə hər hansı uçuş yalnız Bakı və ya digər hava limanlarımızdan, məsələn, istifadəyə verilməkdə olan Füzuli hava limanından həyata keçirilməlidir. Azərbaycan bütün dünyaya meydan oxuyaraq sərt addımını atdı, 30 illik problemi 44 günə həll etdi. Heç kəs də heç nə edə bilmədi. Cəsarət və qətiyyət qələbənin yarısıdır. Bu addımlar davam etdirilməlidir".

Yeri gəlmişkən, Rusiya hərbi kontingentinin Laçın rayonunun Zabux kəndi yaxınlığındakı 1 nömrəli müşahidə və nəzarət-buraxılış postundan son video görüntülər yayılıb. Moderator.az xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında məlumat paylaşılıb. “Sülhməramlılar son bir həftə ərzində 200-dən çox nəqliyyat vasitəsinin və 1000 nəfərin Laçın dəhlizindən Dağlıq Qarabağa və geriyə təhlükəsiz hərəkətini təmin ediblər. Mümkün təxribatların qarşısını almaq üçün hərbçilər bütün avtomobilləri yoxlayır” - Rusiya kontingentinin sözçüsü Yevgeni Mişin belə deyib. Onun sözlərinə görə, bütün postlar müasir xarici video-müşahidə kameraları, müasir projektorlar və fasiləsiz enerji təchizatı ilə təmin olunub.

Göründüyü kimi, hələ də Laçın dəhlizinə Azərbaycanın müvafiq dövlət qurumlarının birbaşa nəzarəti təşkil olunmayıb...
“Yeni Müsavat”





 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mədəniyyət Nazirliyi beynəlxalq film festivalı ilə bağlı qalmaqala münasibət bildirib
Bu gün, 13:15
"Əsgərlərin 40 faizini Köçəryan tərəfdarları öldürüb" - Ermənistan şokda
Bu gün, 13:14
Distant təhsildə olan məktəb və siniflərin sayı açıqlanıb
Bu gün, 13:12
Azərbaycanda COVID-19-a yoluxmuş şagirdlərin sayı açıqlanıb
Bu gün, 13:12
Baş prokurorun birinci müavini hərbi helikopterin qəzaya uğradığı əraziyə gedib
Bu gün, 13:10
Ermənistanın MİNA TERRORU davam edir: - “Haaqa prosesinin başlaması üçün bütün əsaslar var”
Bu gün, 13:09
Tanınmış aparıcıdan Rəmişin qohum-əqrəbasına: - “Əl çəkin o qadından”
Bu gün, 13:03
Vatikan lideri qondarma "erməni soyqırımı" haqda film çəkən erməniyə medal verdi... - Papa guya Azərbaycanı da çox sevir...
Bu gün, 13:01
"Gecə klubunda oxuyanlar necə Xalq artisti ola bilər" - ETİRAZ
Bu gün, 13:00
Nəfəsimizi KƏSƏNLƏR KİMLƏRDİR? - İTTİHAM
Bu gün, 12:56
Səttar Möhbalıyevlə bağlı İLGİNC İDDİALAR... - “işçi haqqları” biznesi və sərmayəsiz böyük gəlirlər...
Bu gün, 12:53
Ölkəmizdə çarəsizlik sindromu baş alıb gedir - Şöbə müdiri
Bu gün, 12:47
Azərbaycanda koronavirus testinin istehsalına başlanıb - AÇIQLAMA
Bu gün, 12:45
Ordumuz 16 Noyabr mövqeyindən geri çəkilib? - NƏ BAŞ VERİR?
Bu gün, 12:44
Kremlin Qarabağda “B” planı... - “...Gələcəkdə bu izin ardınca düşəcək”
Bu gün, 12:42
"Son intihar hadisəsini eşidəndə həqiqətən gənc qız üçün üzüldüm"
Bu gün, 12:40
Bakıda döyülən şəxs iki gün sonra xəstəxanada ölüb
Bu gün, 12:38
Dövlət Xidmətinə fişinq hücumu: Səhvən "Allah rəhmət eləsin" yazıb - FOTO
Bu gün, 12:38
Baş infeksionist koronavirusa yoluxub? - AÇIQLAMA
Bu gün, 12:32
Mövlam Şıxəliyevin bandasının məhkəməsi: - vəkil müttəhimə danışmaq qadağası qoyub
Bu gün, 12:29
"Ataya bunları izah etməyimə baxmayaraq, yenə də çəkilişləri davam etdirirdi" - ÇƏKİŞMƏ...
Bu gün, 12:28
Avrasiyanın hakimi kim olacaq: Rusiya, yoxsa Türkiyə?!. - TƏHLİL
Bu gün, 12:27
Vilayət Eyvazov bu kapitanı yüksək vəzifəyə TƏYİN ETDİ - ƏMR
Bu gün, 12:26
“Omikron” ştamı COVID-19-a təkrar yoluxma riskini artırır” - ÜST
Bu gün, 12:25
Zərdüşt Əlizadə Türk Dövlətləri Təşkilatı haqqında nələr dedi? - AÇIQLAMA
Bu gün, 12:24
“Ailəmə baxa bilmək üçün işə ehtiyacım var” - Şəhid qardaşı kömək istəyir
Bu gün, 12:23
Azərbaycanda hərbi helikopter qəzaya uğrayıb, həlak olanlar var
Bu gün, 12:20
Aşqabadda Ermənistana ən ağır zərbə vuruldu - FAKT BUDUR!
Bu gün, 11:11
Aşqabadda verilən isti mesajlar: Tehranla Bakı arasında “buzlar” əriyir? - İNCƏLƏMƏ...
Bu gün, 11:05
İki şəxsə məxsus BOKT-un rəhbəri son 3 ayda ikinci dəfə dəyişir – TƏYİNAT
Bu gün, 11:02
COVID sertifikatının verilməsindən hansı hallarda imtina ediləcəyi açıqlanıb - Diqqət!
Bu gün, 11:01
"Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:00
Manatın məzənnəsi dəyişə bilər – Mərkəzi Bank qərar verəcək
Bu gün, 10:58
Ermənistan ordusunun qalıqları Baqramyan poliqonunda taktiki təlimlər keçirilib
Bu gün, 10:57
Soçi görüşü günü Avropadan Ermənistana uçuş hansı ssenarini pozmaq üçün dayandırıldı?.. - İLGİNC
Bu gün, 10:56
Axı demişdim Nikola inanmaz olmaz! - Korotçenko
Bu gün, 10:47
Şəkidə karantin qaydalarını pozan şadlıq sarayının direktoru barəsində araşdırma başlanılıb
Bu gün, 10:43
2022-ci il üçün Çin ulduz falı: - kimisi qəpiksiz qalacaq, kimisi zəngin olacaq
Bu gün, 10:42
"Azəristilik" rəhbərliyi ƏCƏBA NƏYİ DÜŞÜNÜR? - Hədəfdə VƏTƏNDAŞDIR!
Bu gün, 10:36
Tanınmış jurnalistin səhhəti ağırlaşdı, xəstəxanaya aparılır - AÇIQLAMA
Bu gün, 10:33
Gürcüstanda son sutkada koronavirusa 5050 yoluxma halı qeydə alınıb, 80 nəfər ölüb
Bu gün, 10:33
Bir-iki günün şirkətləri tenderlərdə hansı yolla qalib gəlir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:32
Kəmaləddin Heydərov bu icra başçısının oğlunu yüksək vəzifəyə TƏYİN ETDİ - ƏMR
Bu gün, 10:30
Bakıda koronavirusa görə bağlanan daha 2 məktəb açılıb - Diqqət!
Bu gün, 10:29
Dünyanın inkişaf etmiş ölkələri sərt qapanmaya gedir: BƏS BİZ? - AÇIQLAMA
Bu gün, 10:28
Botanika İnstitutunun icraçı direktoru kollektivə təqdim olunub
Bu gün, 10:27
General Vəli Ələsgərov həbsxanada ölübmü... - MÜƏMMA
Bu gün, 10:23
"Avrasiya modeli Qərbin atlantist geosiyasətinə meydan oxuyur" - Valeri Korovin
Bu gün, 10:19
Kəlbəcər rayonunun Qılınclı kəndindən görüntülər - VİDEO
Bu gün, 10:17
“Azərbaycan gömrük postları Ermənistan iqtisadiyyatını iflic edəcək” - Smbat Qriqoryan
Bu gün, 10:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru