Nəfəsimizi KƏSƏNLƏR KİMLƏRDİR? .....                     Səttar Möhbalıyevlə bağlı İLGİNC İDDİALAR... .....                     Ölkəmizdə çarəsizlik sindromu baş alıb gedir .....                     Azərbaycanda koronavirus testinin istehsalına başlanıb .....                     Ordumuz 16 Noyabr mövqeyindən geri çəkilib? .....                     Kremlin Qarabağda “B” planı... .....                     "Son intihar hadisəsini eşidəndə həqiqətən gənc qız üçün üzüldüm" .....                     Bakıda döyülən şəxs iki gün sonra xəstəxanada ölüb .....                     Dövlət Xidmətinə fişinq hücumu: Səhvən "Allah rəhmət eləsin" yazıb .....                     Baş infeksionist koronavirusa yoluxub? .....                     Mövlam Şıxəliyevin bandasının məhkəməsi: .....                     "Ataya bunları izah etməyimə baxmayaraq, yenə də çəkilişləri davam etdirirdi" .....                     Avrasiyanın hakimi kim olacaq: Rusiya, yoxsa Türkiyə?!. .....                     Vilayət Eyvazov bu kapitanı yüksək vəzifəyə TƏYİN ETDİ .....                     “Omikron” ştamı COVID-19-a təkrar yoluxma riskini artırır” .....                     Zərdüşt Əlizadə Türk Dövlətləri Təşkilatı haqqında nələr dedi? .....                     “Ailəmə baxa bilmək üçün işə ehtiyacım var” .....                     Azərbaycanda hərbi helikopter qəzaya uğrayıb, .....                     Aşqabadda Ermənistana ən ağır zərbə vuruldu .....                     Aşqabadda verilən isti mesajlar: Tehranla Bakı arasında “buzlar” əriyir? .....                     İki şəxsə məxsus BOKT-un rəhbəri son 3 ayda ikinci dəfə dəyişir .....                     COVID sertifikatının verilməsindən hansı hallarda imtina ediləcəyi açıqlanıb .....                     "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur... .....                     Manatın məzənnəsi dəyişə bilər .....                     Ermənistan ordusunun qalıqları Baqramyan poliqonunda taktiki təlimlər keçirilib .....                     Soçi görüşü günü Avropadan Ermənistana uçuş hansı ssenarini pozmaq üçün dayandırıldı?.. .....                     Axı demişdim Nikola inanmaz olmaz! .....                     Şəkidə karantin qaydalarını pozan şadlıq sarayının direktoru barəsində araşdırma başlanılıb .....                     2022-ci il üçün Çin ulduz falı: .....                     "Azəristilik" rəhbərliyi ƏCƏBA NƏYİ DÜŞÜNÜR? .....                     Tanınmış jurnalistin səhhəti ağırlaşdı, xəstəxanaya aparılır .....                     Gürcüstanda son sutkada koronavirusa 5050 yoluxma halı qeydə alınıb, .....                     Bir-iki günün şirkətləri tenderlərdə hansı yolla qalib gəlir? .....                     Kəmaləddin Heydərov bu icra başçısının oğlunu yüksək vəzifəyə TƏYİN ETDİ .....                     Bakıda koronavirusa görə bağlanan daha 2 məktəb açılıb .....                     Dünyanın inkişaf etmiş ölkələri sərt qapanmaya gedir: BƏS BİZ? .....                     Botanika İnstitutunun icraçı direktoru kollektivə təqdim olunub .....                     General Vəli Ələsgərov həbsxanada ölübmü... .....                     "Avrasiya modeli Qərbin atlantist geosiyasətinə meydan oxuyur" .....                     Kəlbəcər rayonunun Qılınclı kəndindən görüntülər .....                 

Azərbaycan və Ermənistanın XİN rəhbərlərinin görüşünün nəticələri - Kreml nə etmək istəyir?
Tarix: 16-10-2021, 11:38 | Çap et
Azərbaycan və Ermənistanın XİN rəhbərlərinin görüşünün nəticələri
Minsk şəhərində keçirilən MDB Xarici İşlər nazirləri Şurasının iclasında iştirakı çərçivəsində Rusiyanın təşəbbüsü ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Ermənistan xarici işlər nazirləri Ararat Mirzoyan ilə görüşü baş tutub. Bu görüşdən dərhal sonra çoxsaylı suallar yaranıb.

Rusiya nə planlayır, nə hazırlayır? Narahat olmağa əsas varmı? Kreml iki düşmən ölkənin arasında böyük sülh sazişi yaratmağa nail ola biləcəkmi? Bu nəzəri sülh sazişi Azərbaycanı razı salacaqmı? Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Paşinyanın görüşü də mümkün ola bilərmi? Tərəflər sülh masasına hansı şərtlərlə otura, hansı razılaşma ilə qalxa bilər?

BAXCP sədrinin müavini, politoloq, əməkdar jurnalist Elçin Mirzəbəyli erməni tərəfin vaxt uzatmaqla məşğul olduğunu qeyd etdi: “Rusiya ilk növbədə Cənubi Qafqaza üçüncü qüvvələrin müdaxiləsinə imkan verməmək, bütün təsir alətlərini öz əlində saxlamaq və postmüharibə dövründə həyata keçirilməsi nəzərdə tutulan bütün kommunikasiya layihələrində dominant mövqedə dayanmaq istəyir. Bununla yanaşı, özünün Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında imzalanmış üçtərəfli bəyanatın əsas zəmanətçi oyunçusu olduğuna baxmayaraq, ATƏT-in Minsk Qrupu formatının da tam şəkildə sıradan çıxmasını istəmir və digər iki həmsədrin - ABŞ və Fransanın Azərbaycan-Türkiyə tandeminə qarşı müvəqqəti təzyiq mexanizmi kimi qorunub saxlanılmasına can atır. Bu prosesin nə zamana kimi davam edəcəyini söyləmək çətin olsa da, regiondakı bütün proseslərin Rusiyanın arzu və istəklərindən asılı olmadığını söyləyə bilərik. Zənnimcə, indiki halda görüşlə yanaşı görüş öncəsi baş verən təxribatların mahiyyətinə də diqqət çəkmək lazımdır. Ermənistanın işğal davam etdiyi dönəmdə danışıqlar öncəsi təxribat törətməklə diqqəti masa üzərindəki məsələlərdən yayındırmaq təcrübəsi var. Analoji təcrübənin yenidən təkrarlanması da mümkündür.

Çünki xarici işlər nazirlərinin təmasından sonra, məntiqlə müzakirələr daha üst müstəviyə keçməlidir. Amma ermənilərin törətdikləri təxribatlar səbəbindən diqqət sülh müqaviləsindən daha çox, konkret təxribat faktlarına yönələ və atəşkəsin qorunması amili sülh prosesindən önə keçə bilər. Bununla yanaşı, təxribatların baş verməsində üçüncü qüvvələrin iştirakının da mümkünlüyünü söyləmək olar. İndiki halda Rusiya müşahidəçilərinin müvəqqəti müşahidəsi altında olan Azərbaycan ərazilərindən təxribatların baş verməməsində maraqlı olan tərəflər Azərbaycan, Türkiyə və Rusiyadır. Azərbaycan və Türkiyə ilə bağlı məsələ aydındır. Rusiya isə sülhməramlıların fəaliyyətinin üzərinə kölgə düşməməsi üçün təxribatların, xüsusilə də insan ölümüylə nəticələnən hadisələrin baş verməsində maraqlı ola bilməz. Amma maraqlı qüvvələrin sırasında regiondankənar qüvvələrin ”əlinə oynayan" region dövlətlərinin olması da mümkündür. Son 10-15 gün ərzində biz belə halların təzahürlərinin şahidi olmuşuq. Sülh müqaviləsinə gəldikdə isə Ermənistan vaxtı uzatmatla diplomatik müstəvidə itirilmiş mövqelərinin geri qaytarılmasına və Azərbaycana qarşı beynəlxalq təzyiqlərin artmasına çalışır. Yəni cəhd göstərir ki, postmüharibə dövrünün reallıqlarını dəyişsin və müəyyən güzəştlərin əldə edilməsinə nail olunsun. Məhz bu səbəbdən, Ermənistana manevr etmək üçün imkan verilməyəcəyi qənaətindəyəm. Bakı pressinq siyasətini daha da gücləndirməlidir və bunun belə olacağına şübhə etmirəm.Ermənistanın sülh müqaviləsi imzalaması üçün bu ölkəni noyabrın 10-da olduğu kimi fakt qarşısında qoymaq lazımdır".

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli isə ümidli danışdı: “Ümumiyyətlə, son zamanlarda Azərbaycan və Ermənistan tərəfinin rəhbərlərinin görüşləri intensivləşib. Hər iki ölkə rəhbərlərinin sülh müqaviləsi ilə bağlı səsləndirdikləri fikirlər bəzi mətləblərdən xəbər verir ki, gələcəkdə, bəlkə də çox yaxın zamanda bu müqavilənin imzalanması planlaşdırılır. Rusiyanın addımlardan təbii ki, narahat olmalıyıq. Çünki Kreml Ermənistanla müttəfiqdir. Onun üçün də narahatçılığımız hər zaman olmalıdır, yəni arxayınlaşmaq qətiyyən olmaz. Burada o məsələ də var ki, artıq status-kvo dəyişib. Ortada digər reallıqlar da var. Bununla şimal qonşumuz da hesablaşmağa məcburdur. Onun üçün də rəsmi Bakı qardaş ölkəni yanına alıb, Rusiyanın da iştirakı ilə öz maraqlarının təmin edilməsi şərti ilə Ermənistanla sülh müqaviləsi imzalamalıdır. Maraqlarımızın təminatı dedikdə ilk olan odur ki, Ermənistan tərəfi rəsmi şəkildə Qarabağı Azərbaycan ərazisi kimi tanımalıdır. Belə olan halda Ermənistanla sülh müqaviləsi bağlana bilər. Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin, eləcə də, din xadimlərinin rus patriarxın iştirakı ilə Moskvadakı görüşündən sonra verilən açıqlama ki, hər iki tərəfin xalqları bir yerdə yaşamağa məhkumdur, başqa yol yoxdur. Bütün bunlar sülh müqaviləsinin baş tutacağı barədə mətləblərdən xəbər verir. Mənə elə gəlir ki, bu istiqamətdə ən mühüm gəlişmə Ərdoğan-Putin görüşü oldu. Bilirsiniz ki, Rusiyada baş tutan görüşdə əsas mövzu Qarabağ oldu. Doğrudur, görüşdən sonra hər iki lider tərəfindən Qarabağla bağlı ciddi açıqlamalar söylənilmədi. Amma hər iki prezidentin bir-birinə yönəlik müsbət açıqlamaları ondan xəbər verir ki, Qarabağla bağlı ola bilsin ki, Türkiyə və Rusiya müəyyən razılığa gəlib. Bu razılıqdan sonra Azərbaycan və Ermənistan tərəfin müəyyən şəkildə görüşləri davam edir. Bu görüşlər Prezident Əliyevlə erməni baş nazir Nikol Paşinyanın görüşü ilə sonuclana bilər. Düşünürəm ki, proseslər ona doğru gedir”.
“Yeni Müsavat”





 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nəfəsimizi KƏSƏNLƏR KİMLƏRDİR? - İTTİHAM
Bu gün, 12:56
Səttar Möhbalıyevlə bağlı İLGİNC İDDİALAR... - “işçi haqqları” biznesi və sərmayəsiz böyük gəlirlər...
Bu gün, 12:53
Ölkəmizdə çarəsizlik sindromu baş alıb gedir - Şöbə müdiri
Bu gün, 12:47
Azərbaycanda koronavirus testinin istehsalına başlanıb - AÇIQLAMA
Bu gün, 12:45
Ordumuz 16 Noyabr mövqeyindən geri çəkilib? - NƏ BAŞ VERİR?
Bu gün, 12:44
Kremlin Qarabağda “B” planı... - “...Gələcəkdə bu izin ardınca düşəcək”
Bu gün, 12:42
"Son intihar hadisəsini eşidəndə həqiqətən gənc qız üçün üzüldüm"
Bu gün, 12:40
Bakıda döyülən şəxs iki gün sonra xəstəxanada ölüb
Bu gün, 12:38
Dövlət Xidmətinə fişinq hücumu: Səhvən "Allah rəhmət eləsin" yazıb - FOTO
Bu gün, 12:38
Baş infeksionist koronavirusa yoluxub? - AÇIQLAMA
Bu gün, 12:32
Mövlam Şıxəliyevin bandasının məhkəməsi: - vəkil müttəhimə danışmaq qadağası qoyub
Bu gün, 12:29
"Ataya bunları izah etməyimə baxmayaraq, yenə də çəkilişləri davam etdirirdi" - ÇƏKİŞMƏ...
Bu gün, 12:28
Avrasiyanın hakimi kim olacaq: Rusiya, yoxsa Türkiyə?!. - TƏHLİL
Bu gün, 12:27
Vilayət Eyvazov bu kapitanı yüksək vəzifəyə TƏYİN ETDİ - ƏMR
Bu gün, 12:26
“Omikron” ştamı COVID-19-a təkrar yoluxma riskini artırır” - ÜST
Bu gün, 12:25
Zərdüşt Əlizadə Türk Dövlətləri Təşkilatı haqqında nələr dedi? - AÇIQLAMA
Bu gün, 12:24
“Ailəmə baxa bilmək üçün işə ehtiyacım var” - Şəhid qardaşı kömək istəyir
Bu gün, 12:23
Azərbaycanda hərbi helikopter qəzaya uğrayıb, həlak olanlar var
Bu gün, 12:20
Aşqabadda Ermənistana ən ağır zərbə vuruldu - FAKT BUDUR!
Bu gün, 11:11
Aşqabadda verilən isti mesajlar: Tehranla Bakı arasında “buzlar” əriyir? - İNCƏLƏMƏ...
Bu gün, 11:05
İki şəxsə məxsus BOKT-un rəhbəri son 3 ayda ikinci dəfə dəyişir – TƏYİNAT
Bu gün, 11:02
COVID sertifikatının verilməsindən hansı hallarda imtina ediləcəyi açıqlanıb - Diqqət!
Bu gün, 11:01
"Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:00
Manatın məzənnəsi dəyişə bilər – Mərkəzi Bank qərar verəcək
Bu gün, 10:58
Ermənistan ordusunun qalıqları Baqramyan poliqonunda taktiki təlimlər keçirilib
Bu gün, 10:57
Soçi görüşü günü Avropadan Ermənistana uçuş hansı ssenarini pozmaq üçün dayandırıldı?.. - İLGİNC
Bu gün, 10:56
Axı demişdim Nikola inanmaz olmaz! - Korotçenko
Bu gün, 10:47
Şəkidə karantin qaydalarını pozan şadlıq sarayının direktoru barəsində araşdırma başlanılıb
Bu gün, 10:43
2022-ci il üçün Çin ulduz falı: - kimisi qəpiksiz qalacaq, kimisi zəngin olacaq
Bu gün, 10:42
"Azəristilik" rəhbərliyi ƏCƏBA NƏYİ DÜŞÜNÜR? - Hədəfdə VƏTƏNDAŞDIR!
Bu gün, 10:36
Tanınmış jurnalistin səhhəti ağırlaşdı, xəstəxanaya aparılır - AÇIQLAMA
Bu gün, 10:33
Gürcüstanda son sutkada koronavirusa 5050 yoluxma halı qeydə alınıb, 80 nəfər ölüb
Bu gün, 10:33
Bir-iki günün şirkətləri tenderlərdə hansı yolla qalib gəlir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:32
Kəmaləddin Heydərov bu icra başçısının oğlunu yüksək vəzifəyə TƏYİN ETDİ - ƏMR
Bu gün, 10:30
Bakıda koronavirusa görə bağlanan daha 2 məktəb açılıb - Diqqət!
Bu gün, 10:29
Dünyanın inkişaf etmiş ölkələri sərt qapanmaya gedir: BƏS BİZ? - AÇIQLAMA
Bu gün, 10:28
Botanika İnstitutunun icraçı direktoru kollektivə təqdim olunub
Bu gün, 10:27
General Vəli Ələsgərov həbsxanada ölübmü... - MÜƏMMA
Bu gün, 10:23
"Avrasiya modeli Qərbin atlantist geosiyasətinə meydan oxuyur" - Valeri Korovin
Bu gün, 10:19
Kəlbəcər rayonunun Qılınclı kəndindən görüntülər - VİDEO
Bu gün, 10:17
“Azərbaycan gömrük postları Ermənistan iqtisadiyyatını iflic edəcək” - Smbat Qriqoryan
Bu gün, 10:13
3 aydır Azərbaycandan pomidor ixracı demək olar ki - DAYANIB
Bu gün, 10:12
Ermənistanda ehtiyatda olan həkimlər hərbi xidmətə çağrılır - BU NƏ TƏDARÜKDÜR?
Bu gün, 10:10
İran Aşqabadda imzalanan razılaşmaya niyə imza atdı? – Kremlin bəyənmədiyi sazişlə bağlı İLGİNC DETALLAR
Bu gün, 10:08
Azərbaycanda avtomobillərin icbari sığortası üzrə ödəniş tərəfi dəyişəcək - Diqqət!
Bu gün, 10:07
Koronavirusa yoluxan Xalq artistinin vəziyyəti ağırdır - AÇIQLAMA
Bu gün, 10:06
Azərbaycan nefti 2 %-dən çox artıb
Bu gün, 10:05
Haaqa Məhkəməsi Azərbaycanın Ermənistana qarşı iddiası üzrə qərarını dekabrın 7-də açıqlayacaq
Bu gün, 10:05
Ağstafada qadını qətlə yetirən şəxsə 20 il həbs cəzası verilib
Bu gün, 09:59
"Əslində Avropa Parlamentinin bu mövqeyi təəccüblü də deyil" - Partiya sədri
Bu gün, 09:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru