Ölkəmizdə çarəsizlik sindromu baş alıb gedir .....                     Azərbaycanda koronavirus testinin istehsalına başlanıb .....                     Ordumuz 16 Noyabr mövqeyindən geri çəkilib? .....                     Kremlin Qarabağda “B” planı... .....                     "Son intihar hadisəsini eşidəndə həqiqətən gənc qız üçün üzüldüm" .....                     Bakıda döyülən şəxs iki gün sonra xəstəxanada ölüb .....                     Dövlət Xidmətinə fişinq hücumu: Səhvən "Allah rəhmət eləsin" yazıb .....                     Baş infeksionist koronavirusa yoluxub? .....                     Mövlam Şıxəliyevin bandasının məhkəməsi: .....                     "Ataya bunları izah etməyimə baxmayaraq, yenə də çəkilişləri davam etdirirdi" .....                     Avrasiyanın hakimi kim olacaq: Rusiya, yoxsa Türkiyə?!. .....                     Vilayət Eyvazov bu kapitanı yüksək vəzifəyə TƏYİN ETDİ .....                     “Omikron” ştamı COVID-19-a təkrar yoluxma riskini artırır” .....                     Zərdüşt Əlizadə Türk Dövlətləri Təşkilatı haqqında nələr dedi? .....                     “Ailəmə baxa bilmək üçün işə ehtiyacım var” .....                     Azərbaycanda hərbi helikopter qəzaya uğrayıb, .....                     Aşqabadda Ermənistana ən ağır zərbə vuruldu .....                     Aşqabadda verilən isti mesajlar: Tehranla Bakı arasında “buzlar” əriyir? .....                     İki şəxsə məxsus BOKT-un rəhbəri son 3 ayda ikinci dəfə dəyişir .....                     COVID sertifikatının verilməsindən hansı hallarda imtina ediləcəyi açıqlanıb .....                     "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur... .....                     Manatın məzənnəsi dəyişə bilər .....                     Ermənistan ordusunun qalıqları Baqramyan poliqonunda taktiki təlimlər keçirilib .....                     Soçi görüşü günü Avropadan Ermənistana uçuş hansı ssenarini pozmaq üçün dayandırıldı?.. .....                     Axı demişdim Nikola inanmaz olmaz! .....                     Şəkidə karantin qaydalarını pozan şadlıq sarayının direktoru barəsində araşdırma başlanılıb .....                     2022-ci il üçün Çin ulduz falı: .....                     "Azəristilik" rəhbərliyi ƏCƏBA NƏYİ DÜŞÜNÜR? .....                     Tanınmış jurnalistin səhhəti ağırlaşdı, xəstəxanaya aparılır .....                     Gürcüstanda son sutkada koronavirusa 5050 yoluxma halı qeydə alınıb, .....                     Bir-iki günün şirkətləri tenderlərdə hansı yolla qalib gəlir? .....                     Kəmaləddin Heydərov bu icra başçısının oğlunu yüksək vəzifəyə TƏYİN ETDİ .....                     Bakıda koronavirusa görə bağlanan daha 2 məktəb açılıb .....                     Dünyanın inkişaf etmiş ölkələri sərt qapanmaya gedir: BƏS BİZ? .....                     Botanika İnstitutunun icraçı direktoru kollektivə təqdim olunub .....                     General Vəli Ələsgərov həbsxanada ölübmü... .....                     "Avrasiya modeli Qərbin atlantist geosiyasətinə meydan oxuyur" .....                     Kəlbəcər rayonunun Qılınclı kəndindən görüntülər .....                     “Azərbaycan gömrük postları Ermənistan iqtisadiyyatını iflic edəcək” .....                     3 aydır Azərbaycandan pomidor ixracı demək olar ki .....                 

Qarabağdan atəş səsləri tək revanşistlərin işi deyil... - Rusiyanın kölgəsi görünür
Tarix: 16-10-2021, 10:55 | Çap et
Qarabağdan atəş səsləri tək revanşistlərin işi deyil...
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdəki qanunsuz erməni silahlılarının təxribatları intensiv hal almaqdadır. Oktyabrın 14-də erməni quldurları tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Əfqan Həmzəyev şəhid olub. Hadisədən bir gün sonra qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən mülki tibbi yardım maşınından istifadə etməklə Ağdərə istiqamətində bölmələrimizə qarşı növbəti terror-təxribat cəhdi qeydə alınıb. Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbi qulluqçularımızın sayıqlığı nəticəsində təxribatçı cəhdin qarşısı alınıb və maşında hərəkət edən silahlılar geriyə dönməyə məcbur ediliblər:

“Bildiririk ki, mülki tibbi yardım maşınından hərbi məqsədlər üçün istifadə edilməsi qəti yolverilməzdir. Terrorçulara xas olan metoddur və beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulmasıdır. Bir daha xəbərdarlıq edirik ki, istənilən terror-təxribat xarakterli fəaliyyətlərin qarşısı tərəfimizdən dərhal və qətiyyətlə alınacaq”. Xatırladaq ki, üç gün əvvəl də erməni separatçıları Tərtərin Suqovuşan qəsəbəsindən Kəlbəcər istiqamətinə hərəkət edən mülki avtomobilə atəş açmışdılar. Hesab edilir ki, son günlər tərəflər arasında təmasların artdığı, Rusiyanın vasitəçiliyi ilə görüşlərin keçirildiyi vaxtda qanunsuz erməni hərbi dəstələri tərəfindən terror əməllərinin törədilməsi məqsədyönlü təxribatdır.

Bu hal eyni zamanda Ermənistanın regionda vəziyyəti qəsdən gərginləşdirmək, üçtərəfli bəyanatın icrasına əngəl yaratmaq siyasətinin növbəti sübutudur.

Putin-Paşinyan görüşündən əvvəl və sonra separatçı terror dəstəsinin aktivləşməsi müəyyən suallar doğurur. Məsələ ondadır ki, başıpozuq erməni dəstələrinə verilən silah-sursat Azərbaycan əsgərinə deyil, rus sülhməramlılarına və Qarabağdakı mülki əhaliyə də təhlükə yaradır. Şübhə yox ki, Azərbaycan tərəfi terror əməlini törətmiş qanunsuz erməni silahlı dəstələrinin neytrallaşdırılması və qanun qarşısında cavab vermələri üçün bütün zəruri addımları çəkinmədən atacaq.

Qarabağda ardıcıl baş verən təxribatları “Şərq”ə dəyərləndirən siyasi şərhçi Aqşin Kərimov iki versiya önə sürüb. Analitik vurğulayıb ki, birincisi, Rusiyanın özündə də Azərbaycana münasibət birmənalı deyil. İkincisi isə Ermənistan bu təxribatı körükləyir:

“İkinci versiya zəif iddiadır, hərçənd Ermənistan əlinə fürsət düşdüyü təqdirdə revanşist addımlarla hərəkət edə bilər. Amma Ermənistan üçün indi belə fürsət yoxdur. Birinci variant isə daha məntiqli səslənir. Ermənistanla Qarabağdakı separatçılar arasında koordinasiya olmadığına, daha doğrusu, İrəvan Qarabağdakı quldurlara diktə etmək səlahiyyətindən məhrum olduğuna görə təxribata əl atırlar.

Təbii ki, onların təxribatı üçün qidalandırıcı mənbə Rusiyadakı hansısa siyasi dairələrdir. Ümumilikdə isə ən azından məsuliyyət məsələsini nəzərə alıb Rusiyanı təqsirləndirmək olar”.

Politoloq Qabil Hüseynli də hesab edir ki, 10 noyabr bəyanatına uyğun olaraq, erməni silahlı birləşmələrinin Azərbaycan ərazisini tərk etməsi vacibdir. Əks halda mütləq anti-terror əməliyyatı qaçılmaz olacaq. Ekspertin fikrincə, bu məsələdə Rusiya sülhməramlılarının məsuliyyəti kifayət qədər yüksəkdir:

“Regionda əmin-amanlıq naminə aparılan siyasətə qarşı ciddi təxribatlar müşahidə olunur. Rus sülhməramlılarının müşayiət etdiyi mülki karvanı qanunsuz erməni birləşmələri necə atəşə tutur? 44 gündə darmadağın edilən erməni separatçıları hansı cəsarətlə snayperlə əsgərimizi şəhid edir? Rusiyanı birbaşa ittiham etməkdə çətinlik çəkirəm. Moskva sərhədlərin delimitasiya və demarkasiyası, kommunikasiyaların açılması və “Altılıq platforması”nın qurulmasında ortaya siyasi iradə qoyub. Bunu İran XİN rəhbərinin Moskvaya səfərində də müşahidə etdik. Ancaq istisna deyil ki, Rusiyadakı ayrı-ayrı qruplar erməniləri bu cür terrorçu hücumlara cəsarətləndirir”.

Q.Hüseynli təxribatların Azərbaycan və Ermənistan XİN başçılarının görüşü zamanı baş verməsinə də diqqət çəkib:

“Bölgədə sülhün əldə edilməsini istəməyən qüvvələr aktivləşir. Təəssüf ki, ermənilər ənənəvi olaraq hansısa qüvvələrin əlində vasitə olmağa davam edirlər. Nə qədər ki, ermənilər bunu dərk etməyib, ən böyük zərbəni Ermənistan alacaq”.






 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ölkəmizdə çarəsizlik sindromu baş alıb gedir - Şöbə müdiri
Bu gün, 12:47
Azərbaycanda koronavirus testinin istehsalına başlanıb - AÇIQLAMA
Bu gün, 12:45
Ordumuz 16 Noyabr mövqeyindən geri çəkilib? - NƏ BAŞ VERİR?
Bu gün, 12:44
Kremlin Qarabağda “B” planı... - “...Gələcəkdə bu izin ardınca düşəcək”
Bu gün, 12:42
"Son intihar hadisəsini eşidəndə həqiqətən gənc qız üçün üzüldüm"
Bu gün, 12:40
Bakıda döyülən şəxs iki gün sonra xəstəxanada ölüb
Bu gün, 12:38
Dövlət Xidmətinə fişinq hücumu: Səhvən "Allah rəhmət eləsin" yazıb - FOTO
Bu gün, 12:38
Baş infeksionist koronavirusa yoluxub? - AÇIQLAMA
Bu gün, 12:32
Mövlam Şıxəliyevin bandasının məhkəməsi: - vəkil müttəhimə danışmaq qadağası qoyub
Bu gün, 12:29
"Ataya bunları izah etməyimə baxmayaraq, yenə də çəkilişləri davam etdirirdi" - ÇƏKİŞMƏ...
Bu gün, 12:28
Avrasiyanın hakimi kim olacaq: Rusiya, yoxsa Türkiyə?!. - TƏHLİL
Bu gün, 12:27
Vilayət Eyvazov bu kapitanı yüksək vəzifəyə TƏYİN ETDİ - ƏMR
Bu gün, 12:26
“Omikron” ştamı COVID-19-a təkrar yoluxma riskini artırır” - ÜST
Bu gün, 12:25
Zərdüşt Əlizadə Türk Dövlətləri Təşkilatı haqqında nələr dedi? - AÇIQLAMA
Bu gün, 12:24
“Ailəmə baxa bilmək üçün işə ehtiyacım var” - Şəhid qardaşı kömək istəyir
Bu gün, 12:23
Azərbaycanda hərbi helikopter qəzaya uğrayıb, həlak olanlar var
Bu gün, 12:20
Aşqabadda Ermənistana ən ağır zərbə vuruldu - FAKT BUDUR!
Bu gün, 11:11
Aşqabadda verilən isti mesajlar: Tehranla Bakı arasında “buzlar” əriyir? - İNCƏLƏMƏ...
Bu gün, 11:05
İki şəxsə məxsus BOKT-un rəhbəri son 3 ayda ikinci dəfə dəyişir – TƏYİNAT
Bu gün, 11:02
COVID sertifikatının verilməsindən hansı hallarda imtina ediləcəyi açıqlanıb - Diqqət!
Bu gün, 11:01
"Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:00
Manatın məzənnəsi dəyişə bilər – Mərkəzi Bank qərar verəcək
Bu gün, 10:58
Ermənistan ordusunun qalıqları Baqramyan poliqonunda taktiki təlimlər keçirilib
Bu gün, 10:57
Soçi görüşü günü Avropadan Ermənistana uçuş hansı ssenarini pozmaq üçün dayandırıldı?.. - İLGİNC
Bu gün, 10:56
Axı demişdim Nikola inanmaz olmaz! - Korotçenko
Bu gün, 10:47
Şəkidə karantin qaydalarını pozan şadlıq sarayının direktoru barəsində araşdırma başlanılıb
Bu gün, 10:43
2022-ci il üçün Çin ulduz falı: - kimisi qəpiksiz qalacaq, kimisi zəngin olacaq
Bu gün, 10:42
"Azəristilik" rəhbərliyi ƏCƏBA NƏYİ DÜŞÜNÜR? - Hədəfdə VƏTƏNDAŞDIR!
Bu gün, 10:36
Tanınmış jurnalistin səhhəti ağırlaşdı, xəstəxanaya aparılır - AÇIQLAMA
Bu gün, 10:33
Gürcüstanda son sutkada koronavirusa 5050 yoluxma halı qeydə alınıb, 80 nəfər ölüb
Bu gün, 10:33
Bir-iki günün şirkətləri tenderlərdə hansı yolla qalib gəlir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:32
Kəmaləddin Heydərov bu icra başçısının oğlunu yüksək vəzifəyə TƏYİN ETDİ - ƏMR
Bu gün, 10:30
Bakıda koronavirusa görə bağlanan daha 2 məktəb açılıb - Diqqət!
Bu gün, 10:29
Dünyanın inkişaf etmiş ölkələri sərt qapanmaya gedir: BƏS BİZ? - AÇIQLAMA
Bu gün, 10:28
Botanika İnstitutunun icraçı direktoru kollektivə təqdim olunub
Bu gün, 10:27
General Vəli Ələsgərov həbsxanada ölübmü... - MÜƏMMA
Bu gün, 10:23
"Avrasiya modeli Qərbin atlantist geosiyasətinə meydan oxuyur" - Valeri Korovin
Bu gün, 10:19
Kəlbəcər rayonunun Qılınclı kəndindən görüntülər - VİDEO
Bu gün, 10:17
“Azərbaycan gömrük postları Ermənistan iqtisadiyyatını iflic edəcək” - Smbat Qriqoryan
Bu gün, 10:13
3 aydır Azərbaycandan pomidor ixracı demək olar ki - DAYANIB
Bu gün, 10:12
Ermənistanda ehtiyatda olan həkimlər hərbi xidmətə çağrılır - BU NƏ TƏDARÜKDÜR?
Bu gün, 10:10
İran Aşqabadda imzalanan razılaşmaya niyə imza atdı? – Kremlin bəyənmədiyi sazişlə bağlı İLGİNC DETALLAR
Bu gün, 10:08
Azərbaycanda avtomobillərin icbari sığortası üzrə ödəniş tərəfi dəyişəcək - Diqqət!
Bu gün, 10:07
Koronavirusa yoluxan Xalq artistinin vəziyyəti ağırdır - AÇIQLAMA
Bu gün, 10:06
Azərbaycan nefti 2 %-dən çox artıb
Bu gün, 10:05
Haaqa Məhkəməsi Azərbaycanın Ermənistana qarşı iddiası üzrə qərarını dekabrın 7-də açıqlayacaq
Bu gün, 10:05
Ağstafada qadını qətlə yetirən şəxsə 20 il həbs cəzası verilib
Bu gün, 09:59
"Əslində Avropa Parlamentinin bu mövqeyi təəccüblü də deyil" - Partiya sədri
Bu gün, 09:58
Gülağa Quliyev vəfat etdi
Bu gün, 09:56
Bakıda ər arvadını qətlə yetirib
Bu gün, 09:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru