"Son intihar hadisəsini eşidəndə həqiqətən gənc qız üçün üzüldüm" .....                     Bakıda döyülən şəxs iki gün sonra xəstəxanada ölüb .....                     Dövlət Xidmətinə fişinq hücumu: Səhvən "Allah rəhmət eləsin" yazıb .....                     Baş infeksionist koronavirusa yoluxub? .....                     Mövlam Şıxəliyevin bandasının məhkəməsi: .....                     "Ataya bunları izah etməyimə baxmayaraq, yenə də çəkilişləri davam etdirirdi" .....                     Avrasiyanın hakimi kim olacaq: Rusiya, yoxsa Türkiyə?!. .....                     Vilayət Eyvazov bu kapitanı yüksək vəzifəyə TƏYİN ETDİ .....                     “Omikron” ştamı COVID-19-a təkrar yoluxma riskini artırır” .....                     Zərdüşt Əlizadə Türk Dövlətləri Təşkilatı haqqında nələr dedi? .....                     “Ailəmə baxa bilmək üçün işə ehtiyacım var” .....                     Azərbaycanda hərbi helikopter qəzaya uğrayıb, .....                     Aşqabadda Ermənistana ən ağır zərbə vuruldu .....                     Aşqabadda verilən isti mesajlar: Tehranla Bakı arasında “buzlar” əriyir? .....                     İki şəxsə məxsus BOKT-un rəhbəri son 3 ayda ikinci dəfə dəyişir .....                     COVID sertifikatının verilməsindən hansı hallarda imtina ediləcəyi açıqlanıb .....                     "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur... .....                     Manatın məzənnəsi dəyişə bilər .....                     Ermənistan ordusunun qalıqları Baqramyan poliqonunda taktiki təlimlər keçirilib .....                     Soçi görüşü günü Avropadan Ermənistana uçuş hansı ssenarini pozmaq üçün dayandırıldı?.. .....                     Axı demişdim Nikola inanmaz olmaz! .....                     Şəkidə karantin qaydalarını pozan şadlıq sarayının direktoru barəsində araşdırma başlanılıb .....                     2022-ci il üçün Çin ulduz falı: .....                     "Azəristilik" rəhbərliyi ƏCƏBA NƏYİ DÜŞÜNÜR? .....                     Tanınmış jurnalistin səhhəti ağırlaşdı, xəstəxanaya aparılır .....                     Gürcüstanda son sutkada koronavirusa 5050 yoluxma halı qeydə alınıb, .....                     Bir-iki günün şirkətləri tenderlərdə hansı yolla qalib gəlir? .....                     Kəmaləddin Heydərov bu icra başçısının oğlunu yüksək vəzifəyə TƏYİN ETDİ .....                     Bakıda koronavirusa görə bağlanan daha 2 məktəb açılıb .....                     Dünyanın inkişaf etmiş ölkələri sərt qapanmaya gedir: BƏS BİZ? .....                     Botanika İnstitutunun icraçı direktoru kollektivə təqdim olunub .....                     General Vəli Ələsgərov həbsxanada ölübmü... .....                     "Avrasiya modeli Qərbin atlantist geosiyasətinə meydan oxuyur" .....                     Kəlbəcər rayonunun Qılınclı kəndindən görüntülər .....                     “Azərbaycan gömrük postları Ermənistan iqtisadiyyatını iflic edəcək” .....                     3 aydır Azərbaycandan pomidor ixracı demək olar ki .....                     Ermənistanda ehtiyatda olan həkimlər hərbi xidmətə çağrılır .....                     İran Aşqabadda imzalanan razılaşmaya niyə imza atdı? .....                     Azərbaycanda avtomobillərin icbari sığortası üzrə ödəniş tərəfi dəyişəcək .....                     Koronavirusa yoluxan Xalq artistinin vəziyyəti ağırdır .....                 

“Terrorçuların təxribatları onu göstərir ki, sülh prosesi asan olmayacaq” - FAKT BUDUR!
Tarix: 16-10-2021, 10:44 | Çap et
“Terrorçuların təxribatları onu göstərir ki, sülh prosesi asan olmayacaq”
Azərbaycanın Qarabağ İqtisadi Rayonunun müəyyən hissəsində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin nəzarət zonasındakı qanunsuz erməni silahlı birləşmələri son günlər yenidən təxribatlara start veriblər. Belə ki, oktyabrın 13-ü saat 14:00 radələrində Kəlbəcər rayonu ərazisində mülki infrastrukturun tikintisi məqsədilə Tərtər rayonunun Suqovuşan qəsəbəsindən Kəlbəcər rayonu istiqamətində hərəkət edən və qeyri-hərbi yükləri daşıyan avtomobil karvanı Qozlukörpü yaşayış məntəqəsi yaxınlığında qanunsuz erməni silahlı dəstələri tərəfindən atəşə məruz qalıb. Azərbaycan Müdafiə Nazirliyindən verilən xəbərdə qeyd edilir ki, atəş nəticəsində kolonun önündə hərəkət edən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Polisinin Hərbi Avtomobil Müfəttişliyinin “NİVA” markalı avtomobilinin ön, arxa hissəsi, təkəri və hərəkət mexanizmləri zədələnib.

Erməni silahlı dəstələri eyni zamanda, oktyabrın 14-də növbəti dəfə terror aktı törətdilər. Həmin gün saat 18:15 radələrində qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Həmzəyev Əfqan Bəhram oğlu şəhid oldu. Hər iki təxribat-terror hadisəsi ilə bağlı sülhməramlıların komandanlığı və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə sorğu göndərilib.

“Minskdə Rusiya Federasiyasının vasitəçiliyi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün keçirildiyi vaxtda Ermənistanın dəstəklədiyi qanunsuz erməni hərbi dəstələri tərəfindən bu terror əməlinin törədilməsi məqsədyönlü təxribatdır. Bu hal eyni zamanda Ermənistanın regionda vəziyyəti qəsdən gərginləşdirmək, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarının icrasına əngəl yaratmaq və Rusiya sülhməramlılarının fəaliyyətinə kölgə salmaq siyasətinin növbəti sübutudur. Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq bu terror əməlini törətmiş qanunsuz erməni silahlı dəstələrinin neytrallaşdırılması və qanun qarşısında cavab vermələrini təmin etmək üçün qəti addımlar bundan sonra da davam etdiriləcək”, - deyə Azərbaycan Müdafiə Nazirliyi açıqlamasında qeyd edib.

Dünən səhər saatlarında isə qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən mülki tibbi yardım maşınından istifadə etməklə Ağdərə istiqamətində bölmələrimizə qarşı növbəti terror-təxribat cəhdi qeydə alınıb. Müdafiə Nazirliyinin məlumatında qeyd edilib ki, hərbi qulluqçularımızın sayıqlığı və görülən tədbirlər nəticəsində bu cəhdin qarşısı alınıb və maşında hərəkət edən silahlılar geriyə dönməyə məcbur ediliblər: “Bildiririk ki, mülki tibbi yardım maşınından hərbi məqsədlər üçün istifadə edilməsi qəti yolverilməzdir, terrorçulara xas olan metoddur və beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulmasıdır. Bir daha xəbərdarlıq edirik ki, istənilən terror-təxribat xarakterli fəaliyyətlərin qarşısı tərəfimizdən dərhal və qətiyyətlə alınacaqdır”.

Onu da qeyd edək ki, erməni terrorçularının təxribatları ilə yanaşı, tərəflərdən – Azərbaycan, Ermənistan və Rusiyadan yekun sülhlə bağlı mesajlar verilib. Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışında Azərbaycan Prezidenti xatırladıb ki, müharibə və münaqişə tarixdə qalıb: “Biz ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyasına dair Ermənistanla danışıqlara başlamağa hazırıq. Həmçinin Ermənistanla sülh sazişinə dair danışıqlara başlamağa da hazırıq". Prezident deyib ki, Azərbaycan qalib ölkə kimi münasibətləri normallaşdırmağa hazırdır: “Ümid edirik ki, Ermənistan bu tarixi şansı əldən verməyəcək”.

Elə həmin konfransda Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin imzalanması perspektivindən və kommunikasiyaların açılmasından danışıb: “Regional kommunikasiyaların açılması ilə bağlı yaxın vaxtlarda konkret nəticələr əldə olunmasını inanırıq. Kommunikasiyaların açılması sayəsində Azərbaycanın Naxçıvanla dəmiryolu və avtomobil yolu əlaqəsi alacaq”. Ermənistan Baş naziri İrəvanın sərhədlərin delimitasiyasına hazır olduğunu da söyləyib.

Rusiya Prezidenti Vladimir Putin isə iclasda Qarabağ məsələsinə toxunarkən hazırkı vəziyyətlə bağlı rusların deyimlərindən sitat gətirib: “Qarabağla bağlı bütün məsələlər Rusiyanın müdrik kəlmələrinin doğru olduğunu bir daha təsdiqəyir: "“Pis sülh, yaxşı müharibədən üstündür”, “hər dava sülhlə bitir” və s.”. “Rusiya sülhməramlıları Qarabağda atəşkəs rejiminin qarantıdır. Rusiya sülhməramlı kontingentin köməyi ilə humanitar yüklər çatdırılır, ərazilər minalardan təmizlənir”, - deyə Rusiya lideri vurğulayıb.

Erməni terrorçularının təxribatları davam etdirdiyi məqamda verilən sülh mesajlarının perspektivləri maraq doğurur. Proseslərin gedişatını AYNA-ya müsahibəsində proqnozlaşdıran sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib ki, məsələyə iki aspektdən baxmaq lazımdır – birincisi, Ermənistan-Azərbaycan arasındakı münasibətlər, ikincisi, Azərbaycan ərazisində qalan erməni terrorçuları aspektindən:

-Gəlin, ilk öncə onu dəqiqləşdirək ki, Qarabağda sülhməramlıların müvəqqəti nəzarətindəki ərazilərimizdəki erməniləri separatçı yox, terrorçulardırlar. Çünki onlar faktiki olaraq terrorçuluq edən başıpozuq qrupdur. Dediyim kimi, birinci mövzu Ermənistanla Azərbaycana aiddir. Müharibə bitib, postkonflikt dövrüdür. İki ölkə arasında danışıqlar, diplomatik görüşlər və s. olacaq. İkinci mövzu ərazimizdə olan erməni terrorçuları məsələsidir ki, orada yaşayan ermənilər qərar verməlidirlər. Yəni qərar vermə mərhələsi yaxınlaşır. Ermənilər ya Azərbaycan Konstitusiyasını qəbul edib ölkəmizin vətəndaşı kimi yaşayacaqlar, ya da çıxıb gedəcəklər. Bu reallığı qəbul etməyən bəzi radikal ünsürlər, terrorçular vəziyyəti gərginləşdirmək istəyirlər. Baş verən təxribatlar onu göstərir ki, terrorçu qruplar fəallaşıblar.

Bir məsələni diqqətə almaq lazımdır ki, orada reinteqrasiya prosesi Azərbaycanla yanaşı, sülhməramlıların və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi tərəfindən aparılmalıdır. Monitorinq missiyasının əlində texniki vasitələr var ki, bu vasitələrlə vəziyyətə daimi nəzarət edirlər. Kim haradan çıxıb, hansı əməli törədib, missiya bunu müəyyən edə bilir. İstər gündüz olsun, istər gecə, nəzarət imkanları var. Monitorinq Mərkəzi təxribat törədən terror qruplarını müəyyənləşdirməli, məsuliyyətə cəlb etməlidir. Fəaliyyət bu istiqamətdə aparılmalıdır.

- Amma biz bu fəaliyyəti müşahidə etmirik...

- Mən deyə bilmərəm ki, Monitorinq Mərkəzi son təxribatlarla bağlı fəaliyyətə keçməyib, yaxud da araşdırma başladılıb. Onu bilirəm ki, Monitorinq Mərkəzinin texniki vasitələri, PUA-ları mövcuddur ki, müşahidə aparırlar. Bu avadanlıqlarla dəqiqləşdirə bilərlər ki, bu terrorçular hansı nöqtədə, məntəqədədirlər, oraya necə gəliblər və s. Bununla konkret cinayətkar terrorçular müəyyənləşdirilməlidir, məsuliyyətə cəlb edilməlidir. Bunu Birgə Monitorinq Mərkəzindən tələb etməliyik. Ora balaca bir bölgədir, cinayətkarları tapmaq üçün texniki imkanlar da var. Hətta PUA-lar istənilən yerdə, istənilən vaxtda həmin terrorçuların şəkillərini, videolarını çəkə bilir. Yəni kimsə deyə bilməz ki, təxribatı törədənin kim olduğunu bilmir. Həmin terrorçular kimlərdir, konkretləşdirilməli, yerləri müəyyənləşməli və məsuliyyətə cəlb edilməlidir.

- Bəs Azərbaycan necə - öz ərazisində terrorçuları zərərsizləşdirmək üçün əməliyyatlara başlaya bilərmi?

- Təbii ki, məsələ birlikdə müzakirə edilməli, terrorçu şəbəkəsi aşkarlanmalı, zərərsizləşdirilməlidir. Bilmirəm əməliyyatlara Azərbaycan hərbçiləri cəlb olunacaq, ya yox?! Bəlkə də sülhməramlılar özləri bunu həyata keçirəcəklər. Amma yenə də deyirəm, terrorçular barədə dəqiq məlumat olmalıdır. Belə məlumat da mövcuddur, texniki vasitələr var. Kimsə bəyanat verir ki, “yerini bilmirik”, “kimlər olduğunu konkret bilmirik”, - doğru deyil. Bu bəhanələr keçən əsrin üslubudur. Bəs Monitorinq Mərkəzi nəyə lazım idi? Orada Rusiya və Türkiyənin zabitləri var, daim xidmət aparılır. Ola bilməz ki, təxribatı kimlərin törətdiyini, haradan törətdiyini müəyyənləşdirmək mümkün olmasın.

- Liderlər sülhlə bağlı müsbət mesajlar ötürürlər. Təxribatlar fonunda sülhün əldə edilməsi, sülhə doğru addımlar mümkündürmü?

- Biz cənab Prezidentin bəyanatına baxsaq görərik ki, bünövrə olmalıdır, onun əsasında da sərhədlərin delimitasiya və demarkasiyası aparılmalıdır. Delimitasiya və demarkasiya texniki prosesdir. Amma sülh sazişi üçün Ermənistan-Azərbaycan qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü tanımalıdır. Yəni delimitasiya və demarkasiya prosesi üçün şərait yaradılmalıdır. Təbii ki, ədalətli sülh bərqərar olunmalıdır, hansı ki, Azərbaycan hər zaman bunun tərəfdarı olduğunu bəyan edib. Verilən bəyanatlar, terrorçuların təxribatları onu göstərir ki, sülh prosesi heç də asan olmayacaq. Amma biz başa düşməliyik ki, hərbi faza bitib, artıq siyasi-diplomatik faza başlayıb. Bu fazaya məxsus çətinliklər və problemlər ola bilər. Məsələn, terrorçuların həmlələri çətinliklər, problemlər yarada bilər. Baxın, Türkiyədə neçə ildir ki, terrorçularla mübarizə davam etməkdədir. İstisna deyil ki, gələcəkdə Azərbaycan ərazisindəki terrorçu erməni ünsürləri ilə mübarizə aparacaq.

- Yəni ki, sülh müqaviləsi bağlansa belə, Qarabağdakı terrorçularla mübarizənin illərlə davam etməsi ehtimalı var...

- Təbii ki... Yenə deyirəm, postkonflikt iki dövlətə - Azərbaycan və Ermənistana aid olan məsələdir. Amma terrorçuların zərərsizləşdirilməsi məsələsi Azərbaycanın daxili işidir. Və heç bir xarici ölkə, xüsusən də Ermənistan bu məsələyə müdaxilə edə bilməz. Biz Rusiya və Türkiyəni dəvət etmişik ki, terrorçular mövzusunun həllində bizə yardım etsinlər. Bu ölkələrdən başqa heç kəs söz sahibi ola bilməz.





 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Son intihar hadisəsini eşidəndə həqiqətən gənc qız üçün üzüldüm"
Bu gün, 12:40
Bakıda döyülən şəxs iki gün sonra xəstəxanada ölüb
Bu gün, 12:38
Dövlət Xidmətinə fişinq hücumu: Səhvən "Allah rəhmət eləsin" yazıb - FOTO
Bu gün, 12:38
Baş infeksionist koronavirusa yoluxub? - AÇIQLAMA
Bu gün, 12:32
Mövlam Şıxəliyevin bandasının məhkəməsi: - vəkil müttəhimə danışmaq qadağası qoyub
Bu gün, 12:29
"Ataya bunları izah etməyimə baxmayaraq, yenə də çəkilişləri davam etdirirdi" - ÇƏKİŞMƏ...
Bu gün, 12:28
Avrasiyanın hakimi kim olacaq: Rusiya, yoxsa Türkiyə?!. - TƏHLİL
Bu gün, 12:27
Vilayət Eyvazov bu kapitanı yüksək vəzifəyə TƏYİN ETDİ - ƏMR
Bu gün, 12:26
“Omikron” ştamı COVID-19-a təkrar yoluxma riskini artırır” - ÜST
Bu gün, 12:25
Zərdüşt Əlizadə Türk Dövlətləri Təşkilatı haqqında nələr dedi? - AÇIQLAMA
Bu gün, 12:24
“Ailəmə baxa bilmək üçün işə ehtiyacım var” - Şəhid qardaşı kömək istəyir
Bu gün, 12:23
Azərbaycanda hərbi helikopter qəzaya uğrayıb, həlak olanlar var
Bu gün, 12:20
Aşqabadda Ermənistana ən ağır zərbə vuruldu - FAKT BUDUR!
Bu gün, 11:11
Aşqabadda verilən isti mesajlar: Tehranla Bakı arasında “buzlar” əriyir? - İNCƏLƏMƏ...
Bu gün, 11:05
İki şəxsə məxsus BOKT-un rəhbəri son 3 ayda ikinci dəfə dəyişir – TƏYİNAT
Bu gün, 11:02
COVID sertifikatının verilməsindən hansı hallarda imtina ediləcəyi açıqlanıb - Diqqət!
Bu gün, 11:01
"Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:00
Manatın məzənnəsi dəyişə bilər – Mərkəzi Bank qərar verəcək
Bu gün, 10:58
Ermənistan ordusunun qalıqları Baqramyan poliqonunda taktiki təlimlər keçirilib
Bu gün, 10:57
Soçi görüşü günü Avropadan Ermənistana uçuş hansı ssenarini pozmaq üçün dayandırıldı?.. - İLGİNC
Bu gün, 10:56
Axı demişdim Nikola inanmaz olmaz! - Korotçenko
Bu gün, 10:47
Şəkidə karantin qaydalarını pozan şadlıq sarayının direktoru barəsində araşdırma başlanılıb
Bu gün, 10:43
2022-ci il üçün Çin ulduz falı: - kimisi qəpiksiz qalacaq, kimisi zəngin olacaq
Bu gün, 10:42
"Azəristilik" rəhbərliyi ƏCƏBA NƏYİ DÜŞÜNÜR? - Hədəfdə VƏTƏNDAŞDIR!
Bu gün, 10:36
Tanınmış jurnalistin səhhəti ağırlaşdı, xəstəxanaya aparılır - AÇIQLAMA
Bu gün, 10:33
Gürcüstanda son sutkada koronavirusa 5050 yoluxma halı qeydə alınıb, 80 nəfər ölüb
Bu gün, 10:33
Bir-iki günün şirkətləri tenderlərdə hansı yolla qalib gəlir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:32
Kəmaləddin Heydərov bu icra başçısının oğlunu yüksək vəzifəyə TƏYİN ETDİ - ƏMR
Bu gün, 10:30
Bakıda koronavirusa görə bağlanan daha 2 məktəb açılıb - Diqqət!
Bu gün, 10:29
Dünyanın inkişaf etmiş ölkələri sərt qapanmaya gedir: BƏS BİZ? - AÇIQLAMA
Bu gün, 10:28
Botanika İnstitutunun icraçı direktoru kollektivə təqdim olunub
Bu gün, 10:27
General Vəli Ələsgərov həbsxanada ölübmü... - MÜƏMMA
Bu gün, 10:23
"Avrasiya modeli Qərbin atlantist geosiyasətinə meydan oxuyur" - Valeri Korovin
Bu gün, 10:19
Kəlbəcər rayonunun Qılınclı kəndindən görüntülər - VİDEO
Bu gün, 10:17
“Azərbaycan gömrük postları Ermənistan iqtisadiyyatını iflic edəcək” - Smbat Qriqoryan
Bu gün, 10:13
3 aydır Azərbaycandan pomidor ixracı demək olar ki - DAYANIB
Bu gün, 10:12
Ermənistanda ehtiyatda olan həkimlər hərbi xidmətə çağrılır - BU NƏ TƏDARÜKDÜR?
Bu gün, 10:10
İran Aşqabadda imzalanan razılaşmaya niyə imza atdı? – Kremlin bəyənmədiyi sazişlə bağlı İLGİNC DETALLAR
Bu gün, 10:08
Azərbaycanda avtomobillərin icbari sığortası üzrə ödəniş tərəfi dəyişəcək - Diqqət!
Bu gün, 10:07
Koronavirusa yoluxan Xalq artistinin vəziyyəti ağırdır - AÇIQLAMA
Bu gün, 10:06
Azərbaycan nefti 2 %-dən çox artıb
Bu gün, 10:05
Haaqa Məhkəməsi Azərbaycanın Ermənistana qarşı iddiası üzrə qərarını dekabrın 7-də açıqlayacaq
Bu gün, 10:05
Ağstafada qadını qətlə yetirən şəxsə 20 il həbs cəzası verilib
Bu gün, 09:59
"Əslində Avropa Parlamentinin bu mövqeyi təəccüblü də deyil" - Partiya sədri
Bu gün, 09:58
Gülağa Quliyev vəfat etdi
Bu gün, 09:56
Bakıda ər arvadını qətlə yetirib
Bu gün, 09:55
Əvəz Qocayevin KAPİTULYASİYA AKTI... - İLGİNC GƏLİŞMƏ
Bu gün, 09:53
FAKT BUDUR: İRAN... TURAN ÇƏMBƏRİNDƏ! - Tehranın başqa yolu yoxdur...
Bu gün, 09:41
Ermənilərin Soçi etirafları: Dəfn olunan “Artsax”, Paşinyanın razılaşdığı dəhliz... - NƏ BAŞ VERİR?
Bu gün, 09:38
Azərbaycanda baş redaktor vəfat edib - FOTO
Bu gün, 09:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru