Azərbaycan iranlı terrorçunu axtarışa verdi .....                     Şamaxıda koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb .....                     Noyabrda hərraclarda dollar satışı .....                     İki qurum arasında can verən xalq: 103 xidməti niyə param-parça olub? .....                     Mədəniyyət Nazirliyi beynəlxalq film festivalı ilə bağlı qalmaqala .....                     "Əsgərlərin 40 faizini Köçəryan tərəfdarları öldürüb" .....                     Distant təhsildə olan məktəb və siniflərin sayı açıqlanıb .....                     Azərbaycanda COVID-19-a yoluxmuş şagirdlərin .....                     Baş prokurorun birinci müavini hərbi helikopterin qəzaya uğradığı əraziyə gedib .....                     Ermənistanın MİNA TERRORU davam edir: .....                     Tanınmış aparıcıdan Rəmişin qohum-əqrəbasına: .....                     Vatikan lideri qondarma "erməni soyqırımı" haqda film çəkən erməniyə medal verdi... .....                     "Gecə klubunda oxuyanlar necə Xalq artisti ola bilər" .....                     Nəfəsimizi KƏSƏNLƏR KİMLƏRDİR? .....                     Səttar Möhbalıyevlə bağlı İLGİNC İDDİALAR... .....                     Ölkəmizdə çarəsizlik sindromu baş alıb gedir .....                     Azərbaycanda koronavirus testinin istehsalına başlanıb .....                     Ordumuz 16 Noyabr mövqeyindən geri çəkilib? .....                     Kremlin Qarabağda “B” planı... .....                     "Son intihar hadisəsini eşidəndə həqiqətən gənc qız üçün üzüldüm" .....                     Bakıda döyülən şəxs iki gün sonra xəstəxanada ölüb .....                     Dövlət Xidmətinə fişinq hücumu: Səhvən "Allah rəhmət eləsin" yazıb .....                     Baş infeksionist koronavirusa yoluxub? .....                     Mövlam Şıxəliyevin bandasının məhkəməsi: .....                     "Ataya bunları izah etməyimə baxmayaraq, yenə də çəkilişləri davam etdirirdi" .....                     Avrasiyanın hakimi kim olacaq: Rusiya, yoxsa Türkiyə?!. .....                     Vilayət Eyvazov bu kapitanı yüksək vəzifəyə TƏYİN ETDİ .....                     “Omikron” ştamı COVID-19-a təkrar yoluxma riskini artırır” .....                     Zərdüşt Əlizadə Türk Dövlətləri Təşkilatı haqqında nələr dedi? .....                     “Ailəmə baxa bilmək üçün işə ehtiyacım var” .....                     Azərbaycanda hərbi helikopter qəzaya uğrayıb, .....                     Aşqabadda Ermənistana ən ağır zərbə vuruldu .....                     Aşqabadda verilən isti mesajlar: Tehranla Bakı arasında “buzlar” əriyir? .....                     İki şəxsə məxsus BOKT-un rəhbəri son 3 ayda ikinci dəfə dəyişir .....                     COVID sertifikatının verilməsindən hansı hallarda imtina ediləcəyi açıqlanıb .....                     "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur... .....                     Manatın məzənnəsi dəyişə bilər .....                     Ermənistan ordusunun qalıqları Baqramyan poliqonunda taktiki təlimlər keçirilib .....                     Soçi görüşü günü Avropadan Ermənistana uçuş hansı ssenarini pozmaq üçün dayandırıldı?.. .....                     Axı demişdim Nikola inanmaz olmaz! .....                 

Erməni separatçıları əndazəni aşdı - antiterror əməliyyatları şərt oldu
Tarix: 16-10-2021, 10:41 | Çap et
Erməni separatçıları əndazəni aşdı
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən 14 oktyabrda açılan snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Həmzəyev Əfqan Bəhram oğlu şəhid olub.

Azərbaycan Müdafiə Nazirliyi hadisə ilə bağlı sərt bəyanat yayıb. Bəyanatda bildirilir ki, Minskdə Rusiya Federasiyasının vasitəçiliyi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün keçirildiyi vaxtda Ermənistanın dəstəklədiyi qanunsuz erməni hərbi dəstələri tərəfindən bu terror əməlinin törədilməsi məqsədyönlü təxribatdır: “Bu hal eyni zamanda Ermənistanın regionda vəziyyəti qəsdən gərginləşdirmək, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarının icrasına əngəl yaratmaq və Rusiya sülhməramlılarının fəaliyyətinə kölgə salmaq siyasətinin növbəti sübutudur. Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq bu terror əməlini törətmiş qanunsuz erməni silahlı dəstələrinin neytrallaşdırılması və qanun qarşısında cavab vermələrini təmin etmək üçün qəti addımlar bundan sonra da davam etdiriləcək”.

Azərbaycan Xarici İşlər Nazirliyi də hadisə ilə bağlı təcili bəyanat yayıb. Bəyanatda deyilir ki, bu, terror-təxribat əməlidir. Bildirilib ki, Ermənistanın dəstəklədiyi qanunsuz erməni silahlı dəstələri tərəfindən törədilən bu təxribat Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəliklərinin kobud pozulmasıdır və bölgədəki vəziyyətin gərginləşdirilməsinə xidmət edir: “Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirildiyi bir vaxtda erməni silahlı dəstələrinin törətdiyi bu təxribat Ermənistan tərəfinin revanşist mövqeyini nümayiş etdirməklə yanaşı, Rusiya sülhməramlılarının fəaliyyətinə əngəl törətmək cəhdlərini göstərir”.

Erməni snayperinin Azərbaycan hərbi qulluqçusunu şəhid etdiyi barədə xəbər yayılandan bir neçə saat sonra isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri arasında atışma baş verdiyi və 6 silahlının yaralandığı, onlardan ikisinin ölümcül vəziyyətdə olduğu haqda məlumat yayılıb.

Azərbaycan Müdafiə Nazirliyi bu barədə də açıqlama yayıb. Açıqlamada bildirilir ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri arasında atışma baş verib. Əvvəlcə qarşı tərəfin bir neçə sərxoş silahlısı digər yoldaşları ilə əlbəyaxa çıxıb. Sonra onların olduqları yerdə partlayış müşahidə edilib: “İlkin ehtimala görə atışma nəticəsində qarşı tərəfdən ölən və yaralananlar var. Bildiririk ki, baş vermiş hadisəyə Azərbaycan Ordusunun heç bir aidiyyəti yoxdur”.

Oktyabrın 15-də səhər saatlarında qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən mülki tibbi yardım maşınından istifadə etməklə Ağdərə istiqamətində bölmələrimizə qarşı növbəti terror-təxribat cəhdi qeydə alınıb.

Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən məlumat verilib.

“Hərbi qulluqçularımızın sayıqlığı və görülən tədbirlər nəticəsində bu cəhdin qarşısı alınıb və maşında hərəkət edən silahlılar geriyə dönməyə məcbur ediliblər.

Bildiririk ki, mülki tibbi yardım maşınından hərbi məqsədlər üçün istifadə edilməsi qəti yolverilməzdir, terrorçulara xas olan metoddur və beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulmasıdır.

Bir daha xəbərdarlıq edirik ki, istənilən terror-təxribat xarakterli fəaliyyətlərin qarşısı tərəfimizdən dərhal və qətiyyətlə alınacaqdır" - nazirlikdən bildirilib.

Əsgərimizin erməni silahlıları tərəfindən öldürülməsi Azərbaycan ictimaiyyətində qəzəb yaradıb. Sosial şəbəkələrdə Azərbaycan dövlətindən təcili sərt addımlar atılması, sürətli antiterror əməliyyatı keçirib bütün Qarabağda olan silahlı ermənilərin tərk-silah edilməsi tələbləri edilir.

Bəs əsgərimizin erməni quldurları tərəfindən öldürülməsinə Azərbaycan necə reaksiya verəcək? Antiterror əməliyyatları başlaya bilərmi? Bu təxribat Qarabağda yeni müharibənin, yaxud antiterror əməliyyatının başlanmasına səbəb ola bilərmi? Rusiya sülhməramlılarının nəzarət etdiyi bölgədə hələ də ermənilərin qanunsuz silahlı birləşmələrinin qalmasına biz nə vaxta kimi dözməliyik?!

Hərbi ekspert Üzeyir Cəfərov “Yeni Müsavat”a bildirdi ki, Ermənistan və ona havadarlıq edənlər Azərbaycana problemi güc yolu ilə həll etmək variantına əl atmaqdan başqa yol qoymurlar. Ona görə də bəyanatla cavab verməklə məsələnin həllinin mümkün olmayacağını bilmək lazımdır: “30 ilə yaxın yüzlərlə bəyanat verildi. Amma heç bir nəticəsi olmadı, 30 il verdiyimiz bəyanatlar 30 santimetr də torpağımızın azad edilməsini reallaşdırmadı. Sonda torpaqlarımız hərbi yolla azad edildi. Biz o zamanlarda da deyirdik ki, bəyanatla məsələ həll olan deyil, bu problemin yeganə həll yolu hərbi gücü işə salmaqdır. Sübuta yetdi ki, bəli, hərbi güc tətbiq etməklə məsələni həll etmək yeganə yoldur. İndi Müdafiə Nazirliyi və xarici İşlər Nazirliyinin bəyanat verməsi ilə silahlı ermənilər Azərbaycan ərazisindən çəkiləsi deyillər, ruslara da bu bəyanatlar təsir göstərməyəcək. Ermənilərə bu azğınlıq üçün şəraiti məhz Rusiya sülhməramlıları yaradır. Odur ki, deputat Aqil Abbasın və digər çoxsaylı ekspertlərin, siyasətçilərin, ictimaiyyətin dediyi kimi, antiterror əməliyyatlarına başlamaq lazımdır.

Erməni silahlı dəstələri Rusiya sülhməramlı qüvvələlərinin gözləri qarşısında açıq təxribatlar həyata keçirir. Atəşin haradan və kimlər tərəfindən açıldığını ruslar dəqiq bilir, görür, amma heç bir tədbir görmürlər. Baş verənlərə görə, Rusiya sülhməramlıları məsuliyyət daşıyır. Nə qədər ki, silahlı ermənilər tərksilah olunmayacaq, bundan sonra təxribatlar və faciələr uzun müddət davam edəcək. Rusiya sülhməramlıları bölgədən çıxarılmalı, ən azından aradan çəkilməli və Azərbaycanın müvafiq güc strukturları antiterror əməliyyatı həyata keçirməlidir. Bunun başqa yolu yoxdur. Əks halda rusların köməyi ilə erməni silahlı dəstələr güclənəcək, genişlənəcək və daha ciddi problemlə üz-üzə qalacağıq və belə vəziyyətdə olacaq toqquşma daha ağır faciələrlə nəticələnə bilər. Ona görə də nə qədər gec deyil, biz bütün erməni silahlı dəstələrini zərərsizləşdirmək üçün antiterror əməliyyatına başlamalıyıq".

Politoloq Elxan Şahinoğlu isə hesab edir ki, hadisələrin xronologiyasına diqqət etdikdə yeni və təcili son qoyulmalı olan mənzərə meydana gəldiyi görünür: “Bir neçə gün əvvəl erməni tərəfi iddia etdi ki, guya snayper atəşi nəticəsində Qarabağda yaşayan erməni həlak olub. Azərbaycan Müdafiə Nazirliyi bu iddianı rədd etsə də, Rusiya Müdafiə Nazirliyi erməni versiyasını təsdiq etdi. Bundan bir neçə gün sonra Qarabağdakı separatçılar Kəlbəcər istiqamətində hərəkət edən hərbi nəqliyyat vasitəmizə atəş açdılar, daha sonra hərbçimizi qətlə yetirdilər. Erməni separatçıları belə bir xəbər yaydılar ki, guya onlar atəşkəsi pozmayıblar və guya Azərbaycan hərbçiləri bir-birlərinə atəş açıblar. Bu, informasiya müharibəsinin tərkib hissəsi idi.

Azərbaycan ordusu erməni təxribatını və dezinformasiyasını cavabsız qoymadı. Azərbaycan hərbçisinin şəhid olduğu eyni gündə - oktyabrın 14-də Qarabağdakı erməni postlarından birində itkilər qeydə alındı, ölən və ağır yaralananlar var. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri arasında atışma olduğu bildirildi və qeyd edildi ki, baş vermiş hadisəyə Azərbaycan Ordusunun heç bir aidiyyəti yoxdur.

Separatçılar gün ərzində Qarabağda yaşayan erməniləri sakitləşdirməyə çalışırlar. Açıqlama veriblər ki, atışmadan sonra vəziyyət guya sabitləşib və təhlükəyə əsas yoxdur. Erməni separatçıları anlayırlar ki, bu cür gərgin şəraitdə Qarabağdan erməni köçü arta bilər. Ancaq erməni separatçıları onu da anlamalıydılar ki, Azərbaycan hərbçisinin snayper atəşi ilə qətlə yetirilməsi cavabsız qalmayacaq. Son hadisə həm də onu göstərir ki, erməni separatçıları bölgədə postları olan rusiyalı hərbçilərə etibar etməməlidirlər. Rusiya hərbçiləri onları Azərbaycan tərəfinin intiqam əməliyyatlarından qoruya bilməyəcəklər".

Elxan Şahinoğlu qeyd edir ki, beləliklə, işğaldan əvvəlki dövrə - snayper müharibəsinə qayıtdıq: “Separatçılar rusiyalı hərbçilərin arxasından Azərbaycan hərbçilərinə atəş açarkən düşünürdülər ki, özlərini qoruya biləcəklər. Ancaq bunun erməni separatçılarına faydası yoxdur. Çünki cavab atəşiylə onlar daha çox itki verirlər. Bu gərginlik Qarabağda yaşayan erməniləri də çox qorxudur və onlar gələcəkləri üçün daha çox narahat olmağa başlayıblar. Bu narahatlıq əsaslıdır. Qarabağdakı erməni separatçıları tərksilah olunmayınca vəziyyət gərgin olaraq qalacaq. Bunu hamı anlamalıdır. Snayper müharibəsinin qarşısını nə bölgədəki rusiyalı hərbçilər, nə də Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi ala bilər”.

Deputatı Zahid Oruc isə redaktor.az-a deyib ki, bu təxribatlar ermənilərin özünə zərbə vurur:

“Azərbaycan Qarabağın bütün ərazisi üzərində nəzarəti təmin etmək üçün sistemli, siyasi və regional tədbirlər həyata keçirir. Bu tədbirlər növbəti pillədə daha intensiv formada olacaq. Qarabağda yaşayan 25 minə yaxın erməni əhalisi və silahlı dəstələri bölgədə müharibənin məlum nəticəsini dəyişməyə qadir deyil. Bunu onlar özləri də yaxşı dərk edir. Ermənilərin bu illər ərzində yaşayışı və güzəranı hamıya bəllidir. Sadə erməni əhalisinə hər hansı status, əlahiddə müharibə lazım deyil. Onlar bizim cəmiyyətimizə inteqrasiya edərək dinc şəraitdə yaşamağın tərəfdarıdır. Lakin bəlli mərkəzlər, o cümədən Qarabağda keçmiş dövrdən qalan saxta idarə etmə strukturları, Ermənistanın millətçi-faşist qrupları, bu müharibəni uzun illər ərzində əldə saxlayaraq külli miqdarda gəlir əldə edənlər, lokal toqquşmaların, təxribatların, terror əməliyyatlarının, sui-qəsdlərin həyata keçirilməsində maraqlıdır. Bu təxribatlar şübhəsiz ki, ermənilərin özünə zərbə vurur. Bu konfliktdən Azərbaycan külli miqdarda ziyan çəkib. Erməni xalqının da itkiləri qat-qat çox olub. 20 iyunda Ermənistanda müharibədə məğlub olan şəxsə xalqın münasibətini də hər kəs gördü”.

Deputat bildirib ki, belə bir situasiyada ermənilərə cavab reaksiyaları daha ağır nəticə törədə bilər: “Rus sülhməramlılarının hüquqi cəhətdən mandatı müəyyən olunmasa da, 10 noyabr bəyanatı belə bir çərçivəni müəyyən edib. Türkiyə və Rusiya monitorinq mərkəzi müxtəlif texnoloji vasitələrlə ərazilərə nəzarət edir. Bu məsələ ilə bağlı ciddi addımların atılacağına və əlində silah qalan ermənilərin dayandıqları nöqtədən çıxarılacağına ümid edirik. Hərbçimizə qarşı törədilən qəsd bizdən hərbi və diplomatik təzyiqləri artırmağı tələb edir. Bu məsələ ətrafında geniş miqyaslı hərbi əməliyyatlar gözlənilmir. Lakin Azərbaycanın hərbi siyasi iradəsi məsələnin gələcək dövrdə dəqiq həll planına malikdir. Təbii ki, bütün bunlar müəyyən dairələri narahat edir. Qarabağ müharibəsinin başlanması kimi, bitməsi də bizim qələbəmizlə yekunlaşacaq”.
“Yeni Müsavat”





 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan iranlı terrorçunu axtarışa verdi
Bu gün, 13:26
Şamaxıda koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb
Bu gün, 13:25
Noyabrda hərraclarda dollar satışı - KƏSKİN ARTIB
Bu gün, 13:24
İki qurum arasında can verən xalq: 103 xidməti niyə param-parça olub? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:18
Mədəniyyət Nazirliyi beynəlxalq film festivalı ilə bağlı qalmaqala münasibət bildirib
Bu gün, 13:15
"Əsgərlərin 40 faizini Köçəryan tərəfdarları öldürüb" - Ermənistan şokda
Bu gün, 13:14
Distant təhsildə olan məktəb və siniflərin sayı açıqlanıb
Bu gün, 13:12
Azərbaycanda COVID-19-a yoluxmuş şagirdlərin sayı açıqlanıb
Bu gün, 13:12
Baş prokurorun birinci müavini hərbi helikopterin qəzaya uğradığı əraziyə gedib
Bu gün, 13:10
Ermənistanın MİNA TERRORU davam edir: - “Haaqa prosesinin başlaması üçün bütün əsaslar var”
Bu gün, 13:09
Tanınmış aparıcıdan Rəmişin qohum-əqrəbasına: - “Əl çəkin o qadından”
Bu gün, 13:03
Vatikan lideri qondarma "erməni soyqırımı" haqda film çəkən erməniyə medal verdi... - Papa guya Azərbaycanı da çox sevir...
Bu gün, 13:01
"Gecə klubunda oxuyanlar necə Xalq artisti ola bilər" - ETİRAZ
Bu gün, 13:00
Nəfəsimizi KƏSƏNLƏR KİMLƏRDİR? - İTTİHAM
Bu gün, 12:56
Səttar Möhbalıyevlə bağlı İLGİNC İDDİALAR... - “işçi haqqları” biznesi və sərmayəsiz böyük gəlirlər...
Bu gün, 12:53
Ölkəmizdə çarəsizlik sindromu baş alıb gedir - Şöbə müdiri
Bu gün, 12:47
Azərbaycanda koronavirus testinin istehsalına başlanıb - AÇIQLAMA
Bu gün, 12:45
Ordumuz 16 Noyabr mövqeyindən geri çəkilib? - NƏ BAŞ VERİR?
Bu gün, 12:44
Kremlin Qarabağda “B” planı... - “...Gələcəkdə bu izin ardınca düşəcək”
Bu gün, 12:42
"Son intihar hadisəsini eşidəndə həqiqətən gənc qız üçün üzüldüm"
Bu gün, 12:40
Bakıda döyülən şəxs iki gün sonra xəstəxanada ölüb
Bu gün, 12:38
Dövlət Xidmətinə fişinq hücumu: Səhvən "Allah rəhmət eləsin" yazıb - FOTO
Bu gün, 12:38
Baş infeksionist koronavirusa yoluxub? - AÇIQLAMA
Bu gün, 12:32
Mövlam Şıxəliyevin bandasının məhkəməsi: - vəkil müttəhimə danışmaq qadağası qoyub
Bu gün, 12:29
"Ataya bunları izah etməyimə baxmayaraq, yenə də çəkilişləri davam etdirirdi" - ÇƏKİŞMƏ...
Bu gün, 12:28
Avrasiyanın hakimi kim olacaq: Rusiya, yoxsa Türkiyə?!. - TƏHLİL
Bu gün, 12:27
Vilayət Eyvazov bu kapitanı yüksək vəzifəyə TƏYİN ETDİ - ƏMR
Bu gün, 12:26
“Omikron” ştamı COVID-19-a təkrar yoluxma riskini artırır” - ÜST
Bu gün, 12:25
Zərdüşt Əlizadə Türk Dövlətləri Təşkilatı haqqında nələr dedi? - AÇIQLAMA
Bu gün, 12:24
“Ailəmə baxa bilmək üçün işə ehtiyacım var” - Şəhid qardaşı kömək istəyir
Bu gün, 12:23
Azərbaycanda hərbi helikopter qəzaya uğrayıb, həlak olanlar var
Bu gün, 12:20
Aşqabadda Ermənistana ən ağır zərbə vuruldu - FAKT BUDUR!
Bu gün, 11:11
Aşqabadda verilən isti mesajlar: Tehranla Bakı arasında “buzlar” əriyir? - İNCƏLƏMƏ...
Bu gün, 11:05
İki şəxsə məxsus BOKT-un rəhbəri son 3 ayda ikinci dəfə dəyişir – TƏYİNAT
Bu gün, 11:02
COVID sertifikatının verilməsindən hansı hallarda imtina ediləcəyi açıqlanıb - Diqqət!
Bu gün, 11:01
"Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:00
Manatın məzənnəsi dəyişə bilər – Mərkəzi Bank qərar verəcək
Bu gün, 10:58
Ermənistan ordusunun qalıqları Baqramyan poliqonunda taktiki təlimlər keçirilib
Bu gün, 10:57
Soçi görüşü günü Avropadan Ermənistana uçuş hansı ssenarini pozmaq üçün dayandırıldı?.. - İLGİNC
Bu gün, 10:56
Axı demişdim Nikola inanmaz olmaz! - Korotçenko
Bu gün, 10:47
Şəkidə karantin qaydalarını pozan şadlıq sarayının direktoru barəsində araşdırma başlanılıb
Bu gün, 10:43
2022-ci il üçün Çin ulduz falı: - kimisi qəpiksiz qalacaq, kimisi zəngin olacaq
Bu gün, 10:42
"Azəristilik" rəhbərliyi ƏCƏBA NƏYİ DÜŞÜNÜR? - Hədəfdə VƏTƏNDAŞDIR!
Bu gün, 10:36
Tanınmış jurnalistin səhhəti ağırlaşdı, xəstəxanaya aparılır - AÇIQLAMA
Bu gün, 10:33
Gürcüstanda son sutkada koronavirusa 5050 yoluxma halı qeydə alınıb, 80 nəfər ölüb
Bu gün, 10:33
Bir-iki günün şirkətləri tenderlərdə hansı yolla qalib gəlir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:32
Kəmaləddin Heydərov bu icra başçısının oğlunu yüksək vəzifəyə TƏYİN ETDİ - ƏMR
Bu gün, 10:30
Bakıda koronavirusa görə bağlanan daha 2 məktəb açılıb - Diqqət!
Bu gün, 10:29
Dünyanın inkişaf etmiş ölkələri sərt qapanmaya gedir: BƏS BİZ? - AÇIQLAMA
Bu gün, 10:28
Botanika İnstitutunun icraçı direktoru kollektivə təqdim olunub
Bu gün, 10:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru