Avrasiyanın hakimi kim olacaq: Rusiya, yoxsa Türkiyə?!. .....                     Vilayət Eyvazov bu kapitanı yüksək vəzifəyə TƏYİN ETDİ .....                     “Omikron” ştamı COVID-19-a təkrar yoluxma riskini artırır” .....                     Zərdüşt Əlizadə Türk Dövlətləri Təşkilatı haqqında nələr dedi? .....                     “Ailəmə baxa bilmək üçün işə ehtiyacım var” .....                     Azərbaycanda hərbi helikopter qəzaya uğrayıb, .....                     Aşqabadda Ermənistana ən ağır zərbə vuruldu .....                     Aşqabadda verilən isti mesajlar: Tehranla Bakı arasında “buzlar” əriyir? .....                     İki şəxsə məxsus BOKT-un rəhbəri son 3 ayda ikinci dəfə dəyişir .....                     COVID sertifikatının verilməsindən hansı hallarda imtina ediləcəyi açıqlanıb .....                     "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur... .....                     Manatın məzənnəsi dəyişə bilər .....                     Ermənistan ordusunun qalıqları Baqramyan poliqonunda taktiki təlimlər keçirilib .....                     Soçi görüşü günü Avropadan Ermənistana uçuş hansı ssenarini pozmaq üçün dayandırıldı?.. .....                     Axı demişdim Nikola inanmaz olmaz! .....                     Şəkidə karantin qaydalarını pozan şadlıq sarayının direktoru barəsində araşdırma başlanılıb .....                     2022-ci il üçün Çin ulduz falı: .....                     "Azəristilik" rəhbərliyi ƏCƏBA NƏYİ DÜŞÜNÜR? .....                     Tanınmış jurnalistin səhhəti ağırlaşdı, xəstəxanaya aparılır .....                     Gürcüstanda son sutkada koronavirusa 5050 yoluxma halı qeydə alınıb, .....                     Bir-iki günün şirkətləri tenderlərdə hansı yolla qalib gəlir? .....                     Kəmaləddin Heydərov bu icra başçısının oğlunu yüksək vəzifəyə TƏYİN ETDİ .....                     Bakıda koronavirusa görə bağlanan daha 2 məktəb açılıb .....                     Dünyanın inkişaf etmiş ölkələri sərt qapanmaya gedir: BƏS BİZ? .....                     Botanika İnstitutunun icraçı direktoru kollektivə təqdim olunub .....                     General Vəli Ələsgərov həbsxanada ölübmü... .....                     "Avrasiya modeli Qərbin atlantist geosiyasətinə meydan oxuyur" .....                     Kəlbəcər rayonunun Qılınclı kəndindən görüntülər .....                     “Azərbaycan gömrük postları Ermənistan iqtisadiyyatını iflic edəcək” .....                     3 aydır Azərbaycandan pomidor ixracı demək olar ki .....                     Ermənistanda ehtiyatda olan həkimlər hərbi xidmətə çağrılır .....                     İran Aşqabadda imzalanan razılaşmaya niyə imza atdı? .....                     Azərbaycanda avtomobillərin icbari sığortası üzrə ödəniş tərəfi dəyişəcək .....                     Koronavirusa yoluxan Xalq artistinin vəziyyəti ağırdır .....                     Azərbaycan nefti 2 %-dən çox artıb .....                     Haaqa Məhkəməsi Azərbaycanın Ermənistana qarşı iddiası üzrə qərarını .....                     Ağstafada qadını qətlə yetirən şəxsə 20 il həbs cəzası verilib .....                     "Əslində Avropa Parlamentinin bu mövqeyi təəccüblü də deyil" .....                     Gülağa Quliyev vəfat etdi .....                     Bakıda ər arvadını qətlə yetirib .....                 

Özəl sektorun postpandemiya hazırlığı: İtirilmiş fürsətləri qaytarmaq mümkündürmü? - NƏ ETMƏLİ?
Tarix: 16-10-2021, 08:55 | Çap et
Özəl sektorun postpandemiya hazırlığı: İtirilmiş fürsətləri qaytarmaq mümkündürmü?
Xəbər verdiyimiz kimi, “2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf strategiyası” layihəsi hazırlanaraq, İqtisadi Şurada müzakirə edilib. Verilən məlumata görə, strategiyanın həyata keçirilməsi dörd başlıca istiqamət üzrə dəyişikliklərə səbəb olacaq. Dövlət şirkətlərinin gəlirliliyinin artırılması, rəqabətli və şəffaf fəaliyyətinin təmin edilməsi, dövlət vəsaitlərinin səmərəli xərclənməsi, dövlətin borc dayanıqlığının yüksəldilməsi. Postpandemiya dövrünə adaptasiya məqsədilə hazırlanan layihə iqtisadi çevrələrdə əsas müzakirə mövzusudur.

Bəs görəsən koronavirus pandemiyasının son iki ildə vurduğu zərəri neçə ilə aradan qaldırmaq mümkün olacaq? AYNA mövzunu özəl sektor təmsilçiləri ilə müzakirə edib.

Türkiyə İxracatçılar Məclisinin (TİM) sədri, dünya şöhrətli iş adamı Səlahəddin Kaplan AYNA-ya açıqlamasında bildirib ki, pandemiya dövründə özəl sektor böyük zərərə məruz qaldı: “Çünki dövlətlər məqsədli şəkildə iqtisadi fəallığı azaltdılar. Arqument isə kifayət qədər tutarlı idi. Ortada insanların sağlamlığı müzakirə mövzusu olduğuna görə, buna gedilməli idi. Şübhəsiz ki, pandemiya hələ bitməyib və koronavirus infeksiyasının payız aylarında yenidən şiddətlənəcəyi gözlənilir”.

“Lakin bir müsbət məqam da var ki, virusa qarşı peyvənd kəşf olunub və milyardlarla insan vaksinasiyadan keçib. Mən özüm də dörd dəfə peyvənd olunmuşam. Təbii ki, virusun nə zaman bitəcəyi məlum deyil və bu səbəbdən karantin qaydalarını sərtləşdirmək iqtisadi sektoru tamamilə müflis etmək demək olar. Yəqin ki, buna gedilməyəcək. Hesab edirəm ki. Karantin qaydaları sərtləşdirilməsə, özəl sektor özünə gələcək. Qarşıdakı aylar özəl sektorun inkişafı baxımından keyfiyyətcə yeni mərhələnin başlanğıcı olacaq”.

TİM sədrinin sözlərinə görə, postpandemiya dövrü artıq başlayıb: “Heç şübhəsiz karantin qaydalarının sərtləşdirilməsi qərarından imtina olunması həm dövlətlərin iqtisadi həyatında, həm də özəl sektorun fəaliyyətində canlanma yaradacaq. Nəticədə alıcılıq qabiliyyəti yüksələcək. Sözsüz ki, bu müəyyən mənada infilyasiyaya da yol açacaq. Lakin gəlirlər də artacaq. O ki qaldı pandemiyanın vurduğu zərərin aradan qaldırılmasına, buna zaman lazımdır. “Nə qədər zaman lazımdır” sualına isə qəti cavab vermək mümkün deyil”.

“Bir məqamı da vurğulamaq istəyirəm ki, pandemiya bəzi sahələrin tənəzzülünə, bəzi sahələrdə isə durğunluğa səbəb olsa da, ümumilikdə rəqəmsal texnologiyaların inkişafı, yeni biznes sahələrinin təşəkkül tapması, uzaqdan idarəetməyə keçidin təmini baxımından faydalı oldu. Bu dövrdə əldə edilən vərdişlər gələcək biznes mühitində yeni sistemin yaranmasına gətirib çıxaracaq. Bu baxımdan şirkətlər paos-pandemiya dövrünün gətirəcəyi yeniliklərə hazır olmalıdırlar” – Kaplan fikirini yekunlaşdırır.

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) sədri, Bakı Tekstil Fabrikinin direktoru Səkinə Babayeva AYNA-ya deyib ki, digər dövlətlərlə müqayisədə Azərbaycan pandemiya sınağından böyük zərərlə çıxmadı: “Nəzərə alsaq ki, bu müddətdə ölkəmiz işğal altında olan torpaqlarımızın azad olunması uğrunda müharibə apardı, eyni zamanda koronavirusun mənfi təsirlərinin aradan qaldırılmasına səy göstərdi, nəticə çox uğurludur. Hökumət pandemiyadan zərərçəkən sahibkarlara kompensasiya ödədi. Bu qərar sahibkarların həmin dövr üçün ayaqda qalmasını təmin etdi. Bu gün pandemiya bitməsə də, karantin qaydaları yüngülləşdirilib”.

“Hesab edirəm ki, bu qərar Azərbaycan iqtisadiyyatının güclənməsinə, o cümlədən özəl sektorun da inkişafına səbəb olacaq. Pandemiya hələ bitməyin və qarşıda gedəcəyimiz yol hələ uzundur. Bütün neqativ təsirlərin aradan qalxması üçün uzun zaman lazımdır. Digər yandan pandemiya bəşəriyyət üçün bir dərs oldu və hər kəs, o cümlədən sahibkarlar da bundan özləri üçün lazımi nəticələr çıxarmalıdırlar. Artıq ənənəvi idarəçilik və yanaşma dövrü bitib. Öz fəaliyyətinə yeniliklər gətirmədən və müasir şəraitə uyğunlaşmadan uğur qazanmaq mümkün deyil”.

AQSİA sədrinin bildirdiyinə görə, rəqəmsal texnologiyaların inkişafı özəl sektorun qarşısında yeni imkanlar açır: “Eyni zamanda sahibkarlar arasında kollektivçilik ruhunu artırıb. Bütün bunlar müsbət məqamlardır. Sahibkarlarla işləyən təşkilatın sədri olaraq bunu aydın müşahidə edirəm. Sahibkarlar qarşılıqlı etimad və əməkdaşlığa söykənən fəaliyyətə üstünlük verirlər və bunun uğurlu nəticələri artıq ortadadır. Digər yandan pandemiya mühiti yeni reallıqlar yaradıb. Bunun nəticəsində dünya kiçilib və distant idarəçiliyə keçidin əsası qoyulub. Kim ki, öz işini bütün bu reallıqları quraraq həyata keçirəcək, onlar daha çox fayda əldə edəcəklər. Digər sahələrdə olduğu kimi, özəl sektorda da psixoloji elementlər dəyişib” – Babayeva qeyd edir.

AYNA-ya danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədr müavini, “VECON CONSULTING” qiymətləndirmə şirkətinin direktoru Vüqar Oruc isə fərqli düşünür. Onun qənaətinə görə, pandemiya dövründə itirilmiş fürsətləri geri qaytarmaq mümkün olmayacaq: “Lakin biznes mühiti elədir ki, tələb artan kimi satış da artır. Pandemiya şəraiti bazarda tələbi azaltsa da, tam mənada özəl sektoru tənəzzülə uğratmadı. Sadəcə müəyyən durğunluq yaşandı. Müşahidələrimə rəğmən deyə bilərəm ki, ayrı-ayrı dövrlərdə karantin qaydaları yumşaldılan zaman bu dərhal bazara təsir göstərirdi. Nəticədə alıcılıq qabiliyyəti yüksəlirdi”.

“Bu gün isə demək olar ki, karantin qaydalarının sərtləşdirilməsi siyasətindən imtina olunur. Yalnız çox kiçik istisnalar var ki, hələ də davam edir. Digər yandan dünya bazarında neft məhsullarının qiyməti artıb. Qeyri-neft sektorunun inkişafı istiqamətində müəyyən tədbirlər görülür. Bütün bunlar qarşıdakı dövr üçün nikbin proqnozlar səsləndirməyə əsas verir. Lakin bütün hallarda birmənalı fikir yürütmək mümkün deyil. Koronavirus infeksiyasının yayılma arealı və tezliyi, yoluxma sayının dinamikası bu prosesə bilavasitə təsir göstərəcək. İlkin olaraq payız aylarında yoluxmanın artacağı gözlənilir. Digər yandan da əhali kütləvi şəkildə peyvənd olunur”.

“Dövlət qurumları şəffaf idarəçiliyə keçid etməyə məhkumdur” deyən həmsöhbətimiz əlavə edir ki, “2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf strategiyası” layihəsinin qəbulu da bu əsnada təqdir olunmalıdır: “Dövlət müəssisələrinin gəlirliliyinin artırılması, şəffaf fəaliyyətinin təmin edilməsi, vəsaitlərin səmərəli xərclənməsi və digər xüsuslarda fəaliyyəti əhatə edən layihənin icra mexanizmi işə düşərsə, bu bazarda canlanma yaradacaq. Halbuki, buna qədər sahibkarların qarşısında dayanan əsas maneələrdən biri dövlət qurumlarının onların fəaliyyətinə müdaxiləsi, satınalmalar, idxal-ixrac əməliyyatları zamanı onlara süni əngəllər yaratması idi”.






 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Avrasiyanın hakimi kim olacaq: Rusiya, yoxsa Türkiyə?!. - TƏHLİL
Bu gün, 12:27
Vilayət Eyvazov bu kapitanı yüksək vəzifəyə TƏYİN ETDİ - ƏMR
Bu gün, 12:26
“Omikron” ştamı COVID-19-a təkrar yoluxma riskini artırır” - ÜST
Bu gün, 12:25
Zərdüşt Əlizadə Türk Dövlətləri Təşkilatı haqqında nələr dedi? - AÇIQLAMA
Bu gün, 12:24
“Ailəmə baxa bilmək üçün işə ehtiyacım var” - Şəhid qardaşı kömək istəyir
Bu gün, 12:23
Azərbaycanda hərbi helikopter qəzaya uğrayıb, həlak olanlar var
Bu gün, 12:20
Aşqabadda Ermənistana ən ağır zərbə vuruldu - FAKT BUDUR!
Bu gün, 11:11
Aşqabadda verilən isti mesajlar: Tehranla Bakı arasında “buzlar” əriyir? - İNCƏLƏMƏ...
Bu gün, 11:05
İki şəxsə məxsus BOKT-un rəhbəri son 3 ayda ikinci dəfə dəyişir – TƏYİNAT
Bu gün, 11:02
COVID sertifikatının verilməsindən hansı hallarda imtina ediləcəyi açıqlanıb - Diqqət!
Bu gün, 11:01
"Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:00
Manatın məzənnəsi dəyişə bilər – Mərkəzi Bank qərar verəcək
Bu gün, 10:58
Ermənistan ordusunun qalıqları Baqramyan poliqonunda taktiki təlimlər keçirilib
Bu gün, 10:57
Soçi görüşü günü Avropadan Ermənistana uçuş hansı ssenarini pozmaq üçün dayandırıldı?.. - İLGİNC
Bu gün, 10:56
Axı demişdim Nikola inanmaz olmaz! - Korotçenko
Bu gün, 10:47
Şəkidə karantin qaydalarını pozan şadlıq sarayının direktoru barəsində araşdırma başlanılıb
Bu gün, 10:43
2022-ci il üçün Çin ulduz falı: - kimisi qəpiksiz qalacaq, kimisi zəngin olacaq
Bu gün, 10:42
"Azəristilik" rəhbərliyi ƏCƏBA NƏYİ DÜŞÜNÜR? - Hədəfdə VƏTƏNDAŞDIR!
Bu gün, 10:36
Tanınmış jurnalistin səhhəti ağırlaşdı, xəstəxanaya aparılır - AÇIQLAMA
Bu gün, 10:33
Gürcüstanda son sutkada koronavirusa 5050 yoluxma halı qeydə alınıb, 80 nəfər ölüb
Bu gün, 10:33
Bir-iki günün şirkətləri tenderlərdə hansı yolla qalib gəlir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:32
Kəmaləddin Heydərov bu icra başçısının oğlunu yüksək vəzifəyə TƏYİN ETDİ - ƏMR
Bu gün, 10:30
Bakıda koronavirusa görə bağlanan daha 2 məktəb açılıb - Diqqət!
Bu gün, 10:29
Dünyanın inkişaf etmiş ölkələri sərt qapanmaya gedir: BƏS BİZ? - AÇIQLAMA
Bu gün, 10:28
Botanika İnstitutunun icraçı direktoru kollektivə təqdim olunub
Bu gün, 10:27
General Vəli Ələsgərov həbsxanada ölübmü... - MÜƏMMA
Bu gün, 10:23
"Avrasiya modeli Qərbin atlantist geosiyasətinə meydan oxuyur" - Valeri Korovin
Bu gün, 10:19
Kəlbəcər rayonunun Qılınclı kəndindən görüntülər - VİDEO
Bu gün, 10:17
“Azərbaycan gömrük postları Ermənistan iqtisadiyyatını iflic edəcək” - Smbat Qriqoryan
Bu gün, 10:13
3 aydır Azərbaycandan pomidor ixracı demək olar ki - DAYANIB
Bu gün, 10:12
Ermənistanda ehtiyatda olan həkimlər hərbi xidmətə çağrılır - BU NƏ TƏDARÜKDÜR?
Bu gün, 10:10
İran Aşqabadda imzalanan razılaşmaya niyə imza atdı? – Kremlin bəyənmədiyi sazişlə bağlı İLGİNC DETALLAR
Bu gün, 10:08
Azərbaycanda avtomobillərin icbari sığortası üzrə ödəniş tərəfi dəyişəcək - Diqqət!
Bu gün, 10:07
Koronavirusa yoluxan Xalq artistinin vəziyyəti ağırdır - AÇIQLAMA
Bu gün, 10:06
Azərbaycan nefti 2 %-dən çox artıb
Bu gün, 10:05
Haaqa Məhkəməsi Azərbaycanın Ermənistana qarşı iddiası üzrə qərarını dekabrın 7-də açıqlayacaq
Bu gün, 10:05
Ağstafada qadını qətlə yetirən şəxsə 20 il həbs cəzası verilib
Bu gün, 09:59
"Əslində Avropa Parlamentinin bu mövqeyi təəccüblü də deyil" - Partiya sədri
Bu gün, 09:58
Gülağa Quliyev vəfat etdi
Bu gün, 09:56
Bakıda ər arvadını qətlə yetirib
Bu gün, 09:55
Əvəz Qocayevin KAPİTULYASİYA AKTI... - İLGİNC GƏLİŞMƏ
Bu gün, 09:53
FAKT BUDUR: İRAN... TURAN ÇƏMBƏRİNDƏ! - Tehranın başqa yolu yoxdur...
Bu gün, 09:41
Ermənilərin Soçi etirafları: Dəfn olunan “Artsax”, Paşinyanın razılaşdığı dəhliz... - NƏ BAŞ VERİR?
Bu gün, 09:38
Azərbaycanda baş redaktor vəfat edib - FOTO
Bu gün, 09:37
"Ailəmizə və dövlətə yük olmayaq" - ÇAĞIRIŞ
Bu gün, 09:35
Tanınmış yazıçı “Azər Türk Bank”dan şikayət etdi - “Adamı elə incidirlər, elementar qanunları bilmirlər...”
Bu gün, 09:30
BDU-da 8 dekan və 29 kafedra müdiri vəzifəsi boşdur - SİYAHI
Bu gün, 09:29
“Cənab Sədrin bundan xəbəri yoxdur, amma bina mütləq söküləcək” - Naxçıvanda NARAZILIQ
Bu gün, 09:27
Azərbaycan Ordusu Çakatendə yeni mövqelərə yerləşib... - Kəndin üstündəki təpədə post qurub
Bu gün, 09:24
Neft ucuzlaşdı
Bu gün, 09:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru