Hansı ölkələrdən qırıcılar ala bilərik? .....                     Yaxud satıcıyla nişanlı qız oğlan evinə necə “corab hörür”... .....                     Azərbaycanda daha bir məktəb distant təhsilə keçib .....                     “Azərbaycan bu məsələdən yararlanaraq Ermənistandan yeni güzəştlər əldə etməyə çalışır” .....                     Gürcüstanda Azərbaycan vətəndaşı olan məşqçi həbs olunub .....                     Qarabağ qazisinin tikdirdiyi obyektin dağıdılmasına İcra Hakimiyyətindən .....                     Rusiya iş adamlarının Azərbaycana səfərləri... .....                     Ələt qəsəbəsində Şəhid İbrahimov Elnurun anım mərasimi keçirilib .....                     Kəlbəcər və Laçında döyüş mövqelərinə baxış keçirilib .....                     Azərbaycanda son sutkada 2112 nəfərdə COVID-19 aşkarlanıb, .....                     "Hakimiyyətlə dialoqdan uzaq qalmaq lazım deyil, AXCP və Müsavat nə əldə edirlər, bilmirəm" .....                     “3+3” formatı niyə "tormozlanır"? .....                     Vaksindən sonra yoluxma niyə azalmadı, pandemiya niyə bitmir? .....                     Bakıda idmançı zalda ölü tapıldı .....                     Vladimir Putinlə İsrailin Baş nazirinin görüşü beş saatdan çox çəkib .....                     Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs saxlanıldı .....                     Gəncə təhsili ilə bağlı Prezidentə DAHA BİR MÜRACİƏT .....                     25 oktyabrda dollar neçəyə olacaq? .....                     Azərbaycan-İran gərginliyi: Hərbi qarşıdurma olacaq? .....                     Azərbaycanda daha bir vəzifəli şəxs CƏZALANDIRILDI .....                     Özbəkistan ABŞ qoşunlarının ölkədə yerləşdirilməsinə icazə verəcək? .....                     “Bu gün Qarabağda insanlar küçələrdə, qarajlarda, maşınlarda gecələyirlər” .....                     50-yə yaxın sürücü və sərnişin cərimə edilib .....                     "Ay icra başçısı gəl bax vəziyyətimə, qaldığım yerə, gör burda insan yaşayarmı" .....                     "Sənin vəzifən yaxınlarını yanına yığmaq yox, iş görməkdir" .....                     İran Azərbaycanı Livana çevirmək istəyir .....                     Nizaminin yubiley ilində məqbərəsinin qapıları niyə bağlanıb? .....                     Havanın temperaturu 4-7 dərəcə enəcək, .....                     Barəsində şikayət olunan Baş həkim HƏBS OLUNDU .....                     Azercell növbəti dəfə ISO 37001:2016 “Antikorrupsiya idarəetmə sistemi” standartlarına uyğunluq sertifikatına layiq görüldü .....                     "Cabbar Musayevin icazəsi olmasa etmərəm" .....                     "Ermənistanın bu açıqlaması onların Qarabağdan imtina etdiklərini göstərdi" .....                     Putinin xəritələri: masada nələr var, tərəflər nədə razılaşmır? .....                     Putinin son bəyanatı: .....                     ”Evdəkiləri ac qoyub ailə həyatı qurum?!” .....                     Kənd təsərrüfatından generala qədər qalxan jurnalist .....                     Azad olunan rayonlarda yeni inşa edilən hərbi obyektlər istifadəyə verilib .....                     Fizuli bərpa olunacaq... .....                     Beyləqanda taksi sürücüsünün məktəbli qıza təcavüzə cəhd etməsi ilə bağlı .....                     Təbii qaz faktoru... .....                 

"Ramiz Mehdiyev tənqidçilərini hədələməkdənsə, rəhbəri olduğu Elmlər Akademiyasının işini gücləndirsin" - Adil Əliyevdən ÇAĞIRIŞ
Tarix: 25-09-2021, 10:00 | Çap et
"Ramiz Mehdiyev tənqidçilərini hədələməkdənsə, rəhbəri olduğu Elmlər Akademiyasının işini gücləndirsin"
Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyevin “Qafqazinfo”ya müsahibəsi.

- Adil müəllim, İkinci Qarabağ müharibəsinin birinci ilini tamamlamaq üzrəyik. Bizi qələbəyə aparan yolu necə dəyərləndirərdiniz?

- Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldiyi ilk gündən torpaqlarımızın azad olunması üçün fəaliyyətə başladı. Heydər Əliyev çox ağır şəraitdə ölkənin sükanı arxasına keçdi. Ölkə vətəndaş müharibəsinin astanasındaydı, keçmiş hakimiyyət nümayəndələri başçılıq etdikləri mövqeləri qoyub qaçmışdılar, ordu başsız qalmışdı. Belə vəziyyətdə ulu öndər ilk növbədə ölkədə sabitlik yaratdı, millətə və dövlətə təhlükə yaradan silahlı müxalifəti, o cümlədən müxtəlif istiqamətlərdə separatçı cərəyanları neytrallaşdırdı, bununla məmləkətin parçalanmasının qarşısı alındı, mürəkkəb şəraitə baxmayaraq, Azərbaycanı sonrakı illərdə irəli aparacaq neft şirkətləri ilə “Əsrin müqaviləsi”ni imzaladı. Ümummilli lider Ermənistanla müvəqqəti atəşkəsə nail oldu və ordunu gücləndirməyə başladı. Qələbə çaldığımız İkinci Qarabağ müharibəsi göstərdi ki, 1994-cü ildə imzalanan müvəqqəti atəşkəs sazişi doğru qərar idi, ordunu yenidən qurmaq, gücləndirmək və silahlandırmaq lazım idi. Biz yaranmış fasilədən faydalı istifadə etdik.

- Hesab edirsiniz ki, İkinci Qarabağ savaşındakı qələbəmizin təməli 1990-cı illərin ortalarında qoyulmuşdu?

- Bəli, ümummilli lider Heydər Əliyev Azərbaycan üçün hava-su kimi lazım olan sabitlik yaratdı, bunun sayəsində siyasi və iqtisadi islahatlara start verildi, “Əsrin müqaviləsi” imzalandı və ordu qurucuğu sürətləndi. 2003-ci ildə prezident seçilən İlham Əliyev ümummilli liderin siyasətinin davamçısı kimi yeni uğurlarımızın bünövrəsini qoydu. Möhtərəm prezident İlham Əliyev dövlətin sütunlarını daha da gücləndirdi, neft və qaz boru xətləri ilə dünya bazarlarına daşınmağa başladı, qeyri-neft sektorunun inkişafı üçün müxtəlif proqramlar qəbul edildi, neft kontraktlarından və qeyri-neft sektorundan əldə edilən maliyyə sayəsində ölkəboyu infrastruktur çalışmaları genişləndirdi. Azərbaycanda ordu quruculuğu gücləndi, yeni hərbi texnika alındı. Nəticədə, itirdiyimiz torpaqları müharibə vasitəsilə geri qaytardıq.

- Qələbəmizi şərtləndirən amilləri necə sıralayardınız?

- Biz müharibəyə atəşkəs sazişi imzalandığı gündən hazırlaşırdıq. Çünki görürdük ki, danışıqlar nəticə vermir, Ermənistan öz qarşısında güc görməli idi. Təəssüf ki, münaqişəni həll etməli olan beynəlxalq təşkilatlara, o cümlədən ATƏT-in Minsk Qrupuna və işğalçı dövlətə elə gəlirdi ki, Azərbaycan əbədiyyətə qədər danışıqlarda iştirak edəcək və torpaqların işğalına seyrçi qalacaq. Möhtərəm prezident İlham Əliyev isə hər dəfə onlara xatırladırdı ki, səbrimiz tükənməz deyil və biz güc yolunu istisna etmirik. 2016-cı ilin aprelində Ermənistanın dərsini verdik, yenə anlamadılar, elə bildilər ki, əldə edilənlə kifayətlənəcəyik. Prezidentimiz və cəmiyyətimiz müharibəyə tam hazır idi, ötən ilin yayında Tovuzla sərhəddəki təxribat qərarımızı sürətləndirdi. Müzəffər prezidentimizin əmri əsasında irəli atıldıq və qələbə qazandıq.

Birinci Qarabağ savaşı və torpaqlarımızın ard-arda işğalı təxminən 3 il çəkmişdisə, İkinci Qarabağ savaşı 44 gün çəkdi və düşmən ağ bayrağını qaldırdı. Möhtərəm prezidentimiz də hər dəfə vurğulayır ki, hərb qanunlarına görə adətən hücum edən tərəf çox itki verməli olsa da, Azərbaycan ordusu bu müharibədə şanlı tarix yazdı, işğalçı daha çox itki verdi. Çünki hücum planı xüsusi peşəkarlıqla hazırlanmış, modern silahlarla təchiz olunmuş ordumuz düşməni pərən-pərən salmışdı. Şuşanın işğaldan azad edilməsi isə hərb tarixinə düşəcək böyük qələbədir. Qəhrəmanlarımız yüngül silahlarla qala şəhəri olan Şuşaya sözün həqiqi mənasında əliyalın dırmaşaraq düşməni qəfil yaxaladılar və mədəniyyət paytaxtımız 28 ildən sonra sahibinə qayıtdı. İkinci Qarabağ müharibəsindəki qələbəmiz millət və dövlət olaraq başımızı uca etdi.

Qələbəmizdə qardaş Türkiyənin də xüsusi rolunu vurğulamağa ehtiyac duyuram. Qardaş ölkənin bizə hərtərəfli dəstəyi, Azərbaycana xaricdən olan təzyiqləri neytrallaşdırması qələbəmizdə mühüm əhəmiyyət kəsb etdi. Müharibə və ondan sonrakı dövr də göstərir ki, Azərbaycan-Türkiyə birliyi dönməz prosesdir, elə bir ay yoxdur ki, iki dövlət arasında ortaq hərbi təlimlər keçirilməsin. Möhtərəm prezidentimizin də söylədiyi kimi, Azərbaycan ordusu qardaş Türkiyə ordusunun kiçik modelinə çevrilməkdədir.

- Qarabağ ətrafındakı son hadisələri necə qiymətləndirirsiniz?

- Müharibədə qələbə çalmışıq, hazırda qarşımızda duran başlıca vəzifə bölgəni minalardan təmizləmək və quruculuq işlərini sürətləndirməkdir. Dövlət başçısı bu prosesə şəxsən nəzarət edir. Qarabağın yenidən qurulmasında Heydər Əliyev Fondunun və şəxsən Fondun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da rolu böyükdür. Qarabağda salınan çoxsaylı yollar, yaşayış və elektrik stansiyalarının tikintisi və digər çalışmalar Prezidentin və Birinci vitse-prezidentin xüsusi nəzarəti altındadır. Təsadüfi deyil ki, elə bir ay yoxdur ki, Prezident və Birinci viste-prezident azad olunmuş bölgələri ziyarət ediblər.

Tikinti və infrastruktur çalışmaları bitdikdən sonra Qarabağ Azərbaycanın bəlkə də ən füsunkar və nümunəvi bölgəsinə çevriləcək. Bununla yanaşı, Qarabağda yaşayan ermənilərə də çağrımız var: Azərbaycanın qanunlarını və pasportlarını qəbul edin və Siz də inkişaf və tərəqqinin bir hissəsinə çevrilin. Ancaq buna qədər Qarabağda yerdə qalan silahlı separatçıların tərksilahına nail olmalıyıq. Bu baxımdan müdafiə naziri Zakir Həsənovun sülhməramlıların arxasında təxribat törətməyə can atanları acı aqibət gözləyəcəyi açıqlamasını yenidən onlara xatırlatmalı olacağıq. Prezidentimizin dediyi kimi, “dəmir yumruq” hazır vəziyyətdədir. Ermənistan Azərbaycanla sülh sazişi imzalamalı, sərhədlərin müəyyənləşməsi məqsədilə danışıqlar başlamalı və Zəngəzur dəhlizi açılmalıdır. Bunlar olmadan Ermənistanı rahat həyat gözləmir. Əgər Ermənistan Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmaq istəyirsə, hər iki ölkənin ərazi bütövlüklərini rəsmən tanımalı və bir az öncə sadaladığım şərtləri yerinə yetirməlidir. Ermənistanı havadarları xilas edən deyil, ermənilər müharibə günlərində də ümid edirdilər ki, onların əvəzinə Azərbaycan ordusuyla başqaları savaşacaq və işğal davam edəcək. Savaş Azərbaycan ərazisində gedirdi və heç bir dövlət prosesə qarışmadı. Bu, ermənilərə dərs olmalıydı ki, qonşunla sülh şəraitində yaşamaq istəyirsənsə, heç kimə ümid etmə, düşmənçilikdən vaz keç.

- Daxili siyasətdəki vəziyyəti necə qiymətləndirirsiniz?

- Müharibədə qazandığımız qələbə cəmiyyətdə böyük sevinc və coşquyla qarşılandı. Qələbəmizin ildönümünə də eyni əhval-ruhiyyə ilə hazırlaşırıq. Milli Məslic rəhbərliyində təmsil olunan şəxs kimi deyə bilərəm ki, sədr Sahibə Qafarova və müavinləri, o cümlədən millət vəkilləri müharibə zamanı və ondan sonrakı dövrdə daxildə və xaricdə fəaliyyətlərini genişləndirdilər. Sahibə xanım və biz müharibə zamanı və ondan sonra erməni təbliğatına qarşı fəal olduq, xarici ölkə həmkarlarımıza doğruları anlatdıq, xarici ölkələrdəki görüşlərdə və konfranslarda Azərbaycanın haqlı olduğunu izah etdik. Bunun nəticəsində Ermənistan tərəfinin bərtərəfli təbliğatının qarşısını ala bildik. Fəaliyyətimizin başqa istiqaməti xarici ölkələrdəki həmkarlarımızı Azərbaycana dəvət etmək və öz gözləriylə işğalın nəticələrini müşahidə etməkdir.

Müxtəlif ölkələrin parlament heyətləri Ağdamda, Fizulidə, Şuşada oldular, dağıntılarla və başlanan quruculuq işləriylə yerindəcə tanış olublar. Bu fəaliyyətimizi bu gün də davam etdiririk. Parlamentdən kənar siyasi partiyalar da ümumi işdən kənarda qalmayıb. Sentyabrın 9-da Prezident Administrasiyasında 45 siyasi partiyanın rəhbəri ilə keçirilən növbəti görüş bunun bariz nümunəsidir. Siyasi partiya liderləri ilə Prezident administrasiyasının “Siyasi partiyalarla əlaqə” şöbəsinin müdiri Ədalət Vəliyev görüşüb. Ədalət Vəliyev prezident İlham Əliyevin adından siyasi partiya liderlərini ölkədə milli həmrəylik, siyasi dialoq mühitinin təşviqinə xidmət edən müxtəlif səpkili layihələrdə fəal iştirak etdiklərinə görə təşəkkürünü bildirib. Bu görüşdə partiya liderlərinin təklifləri müzakirə edilib. Biz müxalifətin radikallaşmasını istəmirik. Çünki Azərbaycana daxili siyasətdə problem yaratmaq istəyən xarici mərkəzlər var və onlar pusqudadırlar. Ona görə də hakimiyyətlə müxalifət arasında dialoq hamımız üçün faydalıdır. Partiyalar ofislərlə təmin olunur, Ədliyyə Nazirliyində qeydiyyata alınırlar.

- Ancaq dialoqa qoşulmaq istəməyənlər də var...

- Belələri azlıqdadır. Onlar Azərbaycanın müharibədə qazandığı qələbəyə kölgə salmaq istəyirlər. Təəssüf ki, belələri də var. Onlara elə gəlir ki, Azərbaycana nə qədər pis olarsa, onlar üçün bir o qədər yaxşı olacaq. Qələbəmizə “ordu Xankəndiyə niyə hücum etmədi” və ya “Laçın dəhlizi niyə nəzarətə götürülmədi” kimi ittihamlarla kölgə salmağa çalışırlar. Bəzən bu sözləri keçmiş hakimiyyətin nümayəndələri də səsləndirir. Halbuki, Şuşanın və Laçının işğalı onların dövründə baş vermiş, düşməndən intiqam almaq əvəzinə hakimiyyətlərini qoyub qaçmışdılar. Siz dağıtdınız, qaçdınız, işğala şərait yaratdınız, ümummilli liderimiz və möhtərəm prezidentimiz isə ordunu yenidən qurdu və Sizin səhvlərinizi düzəltdi. Xankəndi və Laçın dəhlizinə gəldikdə isə, oralar da bizim nəzarətimizdə olacaq. Görək həmin gün yetişdikdə özlərini radikal müxalifət adlandıran şəxslər nə deyəcək, bu dəfə hansı saman çöpündən yapışacaqlar?

- Deyəsən, sizə qarşı yenə qara piar işə düşüb. Sizi niyə hədəf seçiblər?

- Son vaxtlar yenidən mənə qarşı çirkli kampaniyaya baş vurublar. Bu, ilk dəfə deyil. Görünür, dövlət quruculuğu istiqamətindəki fəaliyyətimi gözləri götürmür. Yaxın keçmişdə də radikal müxalifətin Avropa ölkələrindəki şəbəkəsi mənə qarşı hücuma keçmişdi, soydaşlarımız arasında milli və dövlət maraqları ətrafında birləşməklə bağlı apardığım davamlı təbliğat radikalların xoşuna gəlmirdi, hücuma keçdilər, sosial şəbəkələr vasitəsilə cavablarını verdim, yerlərində oturdular. İndi də şəbəkənin ölkə içindəki təxribatçıları hərəkətə keçərək haqqımda yalan və saxta məlumatlar yayırlar. Alınmayacaq. Mən və ailəm, o cümlədən dostlarım möhtərəm Prezidentin siyasətini dəstəkləyən insanlarıq, dövlətimizin inkişafı naminə və problemlərin həlli üçün hər cür fədakarlığa hazırıq.

- Akademik Ramiz Mehdiyevin onu tənqid edənləri məhkəmə ilə hədələməsinə münasibətiniz necədir?

- Ramiz Mehdiyev tənqidçilərini hədələməkdənsə, rəhbəri olduğu Elmlər Akademiyasının işini gücləndirsin. O, Akademiyaya rəhbərlik etdiyi dövrdə ancaq qalmaqallarla yadda qalıb. Necə ki, hakimiyyət içərisində bölücülüklə məşğul olurdu, gənc kadrların irəliləməsinə maneçilik yaradırdı, indi də eyni işi Elmlər Akademiyasında davam etdirir. Elmlər Akademiyasına dövlət büdcəsindən ona görə maliyyə ayrılır ki, alimlərimizin uğurları artsın, gənc kadrlara yol açılsın, elmi nailiyyətlər əldə edilsin, cəmiyyəti ixtiralarla sevindirsinlər. Ramiz Mehdiyev Akademiyaya rəhbərlik etdiyi dövrdə bunların hansı baş verib? Bunun əvəzinə Ramiz Mehdiyevin və onun yaxın qohumlarının adları mediada məhkəmələrlə, torpaq sahələriylə, böyük mülklərlə və alqı-satqılarla hallanır. İcra strukturlarında korrupsiyaya bulaşmış şəxslərin bir qismi Ramiz Mehdiyevin kadrlarıdır. Məhkəmələri davam edən keçmiş məmurların bir qismi qanunsuz əməllərində Ramiz Mehdiyevin adını hallandırırlar. Özünə hörmət edən məmur işinin öhdəsindən gələ bilmirsə, fərman gözləməməlidir, istefa ərizəsini yazıb otağını daha savadlı və işgüzar kadra verməlidir.





 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hansı ölkələrdən qırıcılar ala bilərik? - Ekspert üç ölkəyə işarə edir
Bu gün, 19:02
Yaxud satıcıyla nişanlı qız oğlan evinə necə “corab hörür”... - Ağ qızıla görə “ağ yalan” danışanlar
Bu gün, 19:00
Azərbaycanda daha bir məktəb distant təhsilə keçib
Bu gün, 18:06
“Azərbaycan bu məsələdən yararlanaraq Ermənistandan yeni güzəştlər əldə etməyə çalışır” - Abrahamyan
Bu gün, 18:03
Gürcüstanda Azərbaycan vətəndaşı olan məşqçi həbs olunub - SƏBƏB
Bu gün, 17:59
Qarabağ qazisinin tikdirdiyi obyektin dağıdılmasına İcra Hakimiyyətindən REAKSİYA
Bu gün, 17:55
Rusiya iş adamlarının Azərbaycana səfərləri... - NƏ BAŞ VERİR?
Bu gün, 17:54
Ələt qəsəbəsində Şəhid İbrahimov Elnurun anım mərasimi keçirilib - FOTO
Bu gün, 17:51
Kəlbəcər və Laçında döyüş mövqelərinə baxış keçirilib
Bu gün, 17:49
Azərbaycanda son sutkada 2112 nəfərdə COVID-19 aşkarlanıb, 18 nəfər vəfat edib
Bu gün, 17:48
"Hakimiyyətlə dialoqdan uzaq qalmaq lazım deyil, AXCP və Müsavat nə əldə edirlər, bilmirəm" - deputat
Bu gün, 17:44
“3+3” formatı niyə "tormozlanır"? - GƏLİŞMƏ
Bu gün, 17:37
Vaksindən sonra yoluxma niyə azalmadı, pandemiya niyə bitmir? - AÇIQLAMA
Bu gün, 17:33
Bakıda idmançı zalda ölü tapıldı - FOTO
Bu gün, 17:31
Vladimir Putinlə İsrailin Baş nazirinin görüşü beş saatdan çox çəkib
Bu gün, 17:28
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs saxlanıldı
Bu gün, 17:19
Gəncə təhsili ilə bağlı Prezidentə DAHA BİR MÜRACİƏT - ÇARƏSİZLİK...
Bu gün, 17:12
25 oktyabrda dollar neçəyə olacaq?
Bu gün, 17:02
Azərbaycan-İran gərginliyi: Hərbi qarşıdurma olacaq? – ŞƏRH
Bu gün, 16:58
Azərbaycanda daha bir vəzifəli şəxs CƏZALANDIRILDI - FOTO
Bu gün, 16:48
Özbəkistan ABŞ qoşunlarının ölkədə yerləşdirilməsinə icazə verəcək?
Bu gün, 16:42
“Bu gün Qarabağda insanlar küçələrdə, qarajlarda, maşınlarda gecələyirlər” - Separatçılardan etiraf
Bu gün, 16:40
50-yə yaxın sürücü və sərnişin cərimə edilib - VİDEO
Bu gün, 16:38
"Ay icra başçısı gəl bax vəziyyətimə, qaldığım yerə, gör burda insan yaşayarmı" - Qarabağ döyüşçüsü
Bu gün, 16:36
"Sənin vəzifən yaxınlarını yanına yığmaq yox, iş görməkdir" - ETİRAZ
Bu gün, 16:32
İran Azərbaycanı Livana çevirmək istəyir - AMMA...
Bu gün, 16:28
Nizaminin yubiley ilində məqbərəsinin qapıları niyə bağlanıb? - FOTO
Bu gün, 16:24
Havanın temperaturu 4-7 dərəcə enəcək, bəzi rayonlara qar yağacaq
Bu gün, 16:22
Barəsində şikayət olunan Baş həkim HƏBS OLUNDU - Belə deyirlər...
Bu gün, 16:19
Azercell növbəti dəfə ISO 37001:2016 “Antikorrupsiya idarəetmə sistemi” standartlarına uyğunluq sertifikatına layiq görüldü
Bu gün, 16:17
"Cabbar Musayevin icazəsi olmasa etmərəm"
Bu gün, 16:13
"Ermənistanın bu açıqlaması onların Qarabağdan imtina etdiklərini göstərdi" - ekspert
Bu gün, 16:11
Putinin xəritələri: masada nələr var, tərəflər nədə razılaşmır? - GƏLİŞMƏ
Bu gün, 16:09
Putinin son bəyanatı: - Moskva Azərbaycandan nə gözləyir və əvəzində nə verəcək?
Bu gün, 16:07
”Evdəkiləri ac qoyub ailə həyatı qurum?!” - Türkan Vəlizadə
Bu gün, 16:05
Kənd təsərrüfatından generala qədər qalxan jurnalist - UNUDULAN MƏTBUAT KATİBLƏRİ
Bu gün, 16:03
Azad olunan rayonlarda yeni inşa edilən hərbi obyektlər istifadəyə verilib - VİDEO
Bu gün, 16:01
Fizuli bərpa olunacaq...
Bu gün, 15:58
Beyləqanda taksi sürücüsünün məktəbli qıza təcavüzə cəhd etməsi ilə bağlı cinayət işi açılıb
Bu gün, 15:36
Təbii qaz faktoru... - İranın şıltaqlıqlarının daha bir səbəbi
Bu gün, 15:35
"Ərdoğan fəth edərək irəliləyir..." - Fransadan ŞOK TƏHLİL
Bu gün, 15:32
Ərinin məftillə boğub öldürdüyü qadının anası SİRLƏRİ AÇDI - TƏFƏRRÜAT
Bu gün, 15:31
Kəlbəcərin bu kəndində hələ də separatçı “bayrağ”ı... - Rusiya hərbçiləri niyə izn verir?..
Bu gün, 15:27
“Qurana and olsun gender bərabərliyi ilə biz qadınları hərifləmiş oluruq...”
Bu gün, 15:26
"Ermənilər son çörək pulunu korona testlərinə xərcləyirlər" - Mkrtçyan
Bu gün, 15:19
Baş həkimin cinayət işi üzrə şahidlərdən biri vəfat edib
Bu gün, 15:17
Rektor təhsil qaydalarına QARŞI... - İDDİA
Bu gün, 15:15
Putin Avropanı şantaj edir - Rəsmi Kiyev
Bu gün, 15:14
Gəncənin sabiq icra başçısına sui-qəsddə təqsirləndirilən 3 nəfərin cəzası azaldıldı
Bu gün, 15:13
Qarabağda nə qədər erməni əsgəri var? – Polkovnikdən cavab
Bu gün, 15:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru