Hansı ölkələrdən qırıcılar ala bilərik? .....                     Yaxud satıcıyla nişanlı qız oğlan evinə necə “corab hörür”... .....                     Azərbaycanda daha bir məktəb distant təhsilə keçib .....                     “Azərbaycan bu məsələdən yararlanaraq Ermənistandan yeni güzəştlər əldə etməyə çalışır” .....                     Gürcüstanda Azərbaycan vətəndaşı olan məşqçi həbs olunub .....                     Qarabağ qazisinin tikdirdiyi obyektin dağıdılmasına İcra Hakimiyyətindən .....                     Rusiya iş adamlarının Azərbaycana səfərləri... .....                     Ələt qəsəbəsində Şəhid İbrahimov Elnurun anım mərasimi keçirilib .....                     Kəlbəcər və Laçında döyüş mövqelərinə baxış keçirilib .....                     Azərbaycanda son sutkada 2112 nəfərdə COVID-19 aşkarlanıb, .....                     "Hakimiyyətlə dialoqdan uzaq qalmaq lazım deyil, AXCP və Müsavat nə əldə edirlər, bilmirəm" .....                     “3+3” formatı niyə "tormozlanır"? .....                     Vaksindən sonra yoluxma niyə azalmadı, pandemiya niyə bitmir? .....                     Bakıda idmançı zalda ölü tapıldı .....                     Vladimir Putinlə İsrailin Baş nazirinin görüşü beş saatdan çox çəkib .....                     Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs saxlanıldı .....                     Gəncə təhsili ilə bağlı Prezidentə DAHA BİR MÜRACİƏT .....                     25 oktyabrda dollar neçəyə olacaq? .....                     Azərbaycan-İran gərginliyi: Hərbi qarşıdurma olacaq? .....                     Azərbaycanda daha bir vəzifəli şəxs CƏZALANDIRILDI .....                     Özbəkistan ABŞ qoşunlarının ölkədə yerləşdirilməsinə icazə verəcək? .....                     “Bu gün Qarabağda insanlar küçələrdə, qarajlarda, maşınlarda gecələyirlər” .....                     50-yə yaxın sürücü və sərnişin cərimə edilib .....                     "Ay icra başçısı gəl bax vəziyyətimə, qaldığım yerə, gör burda insan yaşayarmı" .....                     "Sənin vəzifən yaxınlarını yanına yığmaq yox, iş görməkdir" .....                     İran Azərbaycanı Livana çevirmək istəyir .....                     Nizaminin yubiley ilində məqbərəsinin qapıları niyə bağlanıb? .....                     Havanın temperaturu 4-7 dərəcə enəcək, .....                     Barəsində şikayət olunan Baş həkim HƏBS OLUNDU .....                     Azercell növbəti dəfə ISO 37001:2016 “Antikorrupsiya idarəetmə sistemi” standartlarına uyğunluq sertifikatına layiq görüldü .....                     "Cabbar Musayevin icazəsi olmasa etmərəm" .....                     "Ermənistanın bu açıqlaması onların Qarabağdan imtina etdiklərini göstərdi" .....                     Putinin xəritələri: masada nələr var, tərəflər nədə razılaşmır? .....                     Putinin son bəyanatı: .....                     ”Evdəkiləri ac qoyub ailə həyatı qurum?!” .....                     Kənd təsərrüfatından generala qədər qalxan jurnalist .....                     Azad olunan rayonlarda yeni inşa edilən hərbi obyektlər istifadəyə verilib .....                     Fizuli bərpa olunacaq... .....                     Beyləqanda taksi sürücüsünün məktəbli qıza təcavüzə cəhd etməsi ilə bağlı .....                     Təbii qaz faktoru... .....                 

Şəhidimizi silahsız çıxardıq ki, ermənilər vahiməyə düşsünlər - Azərbaycanlı kəşfiyyatçı
Tarix: 25-09-2021, 09:53 | Çap et
Şəhidimizi silahsız çıxardıq ki, ermənilər vahiməyə düşsünlər
44 gün davam edən Vətən müharibəsində xalqımız möhtəşəm birlik və müasir Azərbaycan Ordusunun gücünü dünyaya nümayiş etdirdi. Ötən il sentyabrın 27-də başlayan haqq savaşımızda torpaqlarımızı işğaldan azad etmək üçün minlərlə cavan döyüşlərə könüllü olaraq getdi.

Lənkəran rayonu Girdəni kənd sakini, 29 yaşlı Orxan Quluzadə də döyüşə könüllü gedən igidlərimizdən biridir. Orxan 2011-2012-ci illərdə həqiqi hərbi xidməti dövründə kəşfiyyatçı kursunu keçib və kəşfiyyat manqasının komandiri olub. Müharibəyə getmək üçün isə anasına yalan demək məcburiyyətində qalıb.

Sputnik Azərbaycan-a müsahibəsində Quluzadə həmin günləri xatırlayıb: "Müharibə iki gün idi ki, başlamışdı, bir yerdə dura bilmirdim. Çayxanaya gedib televizorda xəbərləri eşidəndə qala bilmirdim. Evə gəldim, ilk olaraq xəstə yatan anamın yanına gedib: “Ana, mən kəşfiyyatda manqa komandiri olmuşam, ola bilsin, məni aparsınlar. Komandirlərin hamısı döyüşə gediblər, ola bilsin, təzə gələn əsgərlərə təlim keçmək üçün məni aparsınlar", - dedim.

Sonra isə əgər şəhidlik qismət olsa, övladlarımın əziyyətini çəkəcək həyat yoldaşımdan da halallıq almaq istədim. Elə bir kəlmə müharibəyə getmək istəyirəm dedim, cavabı da bir kəlmə oldu: "Bəyəm orada şəhid olan qardaşlarımızdan artıqsan?!” Mənə bu cavab bəs elədi.

Ertəsi gün səhər tezdən rayon hərbi komissarlığına gedib müharibəyə getmək üçün müraciət etdim. Adımı qeyd etdilər, hərbi biletimdə bütün məlumatlar var idi deyə yarım saat sonra da döyüşə yola saldılar. Artıq oktyabrın 1-i səhər sübh vaxtı Beyləqana çatdıq. Bizi general-mayor Mais Bərxudarov, rəhmətlik Milli Qəhrəmanımız polkovnik Şükür Həmidov və polkovnik Elşad Əbilov kəşfiyyat bölüyünə ayırdılar. Seçilən 84 nəfər kəşfiyyatçıdan 42 döyüşçü Cəbrayıl istiqamətindən, digər 42 nəfər, yəni biz, Füzuli istiqamətindən döyüşə girdik. Bizim dəstə Füzulinin Alxanlı kəndi istiqamətindən döyüşlərə başladı".

Müsahibimiz deyir ki, ilk döyüşə girəndə həyəcan var idi: "Kimsə deyə bilməz ki, həyəcan olmayıb. Ən uzağı, üç gün həyəcanlı oldum, artıq ondan sonra tam sərbəst. Məsələn, mənfur düşmənin atdığı minaatanın mərmisi gələndə artıq bilirdim ki, mərmi məndən neçə metr aralıda və hansı istiqamətdə düşəcək, uzanmağa ehtiyac var, yoxsa yoxdur. Düzdür, mərmi gələndə mən döyüş yoldaşlarıma “Uzanın!” deyirdim. Yəni bunu ona görə deyirdim ki, minaatan mərmisi sizin yaxınlığınıza düşsə də, partlayış dalğası sizi kənara ata bilər, şok verə bilər, yüngül xəsarətlər verə bilər. Mən kəşfiyyat kursunu keçdiyim üçün döyüş haqqında 90% məlumatım var idi".

Döyüş zamanı Orxan və onun silahdaşları hər cür çətinliklə qarşılaşıblar.

"Müharibənin ilk günləri, oktyabrın 4-5 tarixlərində Füzulidə idik və yağış yağırdı. Daha doğrusu, əvvəl hava günəşli idi. Biz də hava günəşlidir deyə hərbi gödəkçəmizi çıxarıb geridə saxladıq. Sonra isə döyüş gedə-gedə yağış başladı. Bizdən sol tərəf mövqedə olanlardan birinin yaralandığını, bir nəfərin isə şəhid olduğunu eşitdik. Qaldığımız yer əlverişsiz idi, bizim mövqe tutduğumuz səngərin dərinliyi 1 metr, eni isə 40 santimetr idi. Fikirləşdik ki, yaralını oradan çıxarılması üçün dolayı yolla aparsaq, gec olar və qardaşımız şəhid olar. Təsəvvür edin, yağış yağır, səngər təqribən 20 santimetrə qədər su ilə dolub. Qərara aldıq ki, su ilə dolmuş səngərin içərisinə uzanaq və onlar gəlib üstümüzdən keçsinlər. Yaralını aparan qardaşımıza: “Gəl, üstümüzdən keç, yaralını təxliyə et", - dedik. Bu minvalla yaralı qardaşımızı oradan çıxara bildik. Döyüş bitəndən sonra həmin yaralı qardaşımızı gördüm. Güllə ağzının içərisindən girib, boynunun arxasında çıxmışdı, şükür, sağ idi. Həmin qardaş qonşu Astara rayonundan idi, indi də əlaqə saxlayırıq biri-birimizlə", - döyüşçü xatırlayır.

Orxan Quluzadə Füzulinin Kürdlər kəndi istiqamətində gedən döyüşdə möcüzə nəticəsində sağ qalıb: "Oktyabrın 7-də 82 nəfər heyətlə Füzuli rayonunun Kürdlər kəndinə qalxanda döyüşə girdik, amma mühasirəyə düşdük. Oradan cəmi 8 nəfər sağ çıxa bildi. Biz həmin istiqamətdə döyüşə girəndə sol tərəfimizdə ayrı hərbi hissəmiz hücuma girmişdi. Oradakı qardaşlarımız şəhid olmuşdular, ermənilər də hücuma keçmişdilər. Biz dedik ki, o biri tərəfdən düşmənin arxasına keçək, amma 5-6 dəqiqə gecikdik. Həmin yerdə həddən çox düşmən əsgəri var idi, bizim gecikməyimizə görə hətta onların xüsusi təyinatlıları da gəldilər və bizi mühasirəyə aldılar.

Orada çox şəhid verdik, bacardığımız qədər yaralını, şəhidlərimizi döyüş meydanından çıxardıq. Bizimlə çiyin-çiyinə döyüşdüyümüz və əvvəllər xüsusi təyinatlılarda xidmət etmiş Zaur İsmayılzadə var idi, bizim yanımızda kəlmeyi-şəhadətini deyib, gözlərini yumdu. Ən axırıncı mühasirədən mən çıxırdım, geriyə dönüb baxanda gördüm ki, Xaqani adlı qardaşımız var, o, geridə qalıb. Xaqani bizim qonşu Havzava kəndindəndir və biz ona Xan deyirdik. Düşmənin 5 km içərisində mühasirədəydik. Xaqanini oradan çıxarmaq üçün təzədən geriyə qayıtdım. Silahımda cəmi 7-8 patron qalmışdı. Xaqaninin isə patronu qurtardığından olduğu mövqedən çıxa bilmirdi.

Düşmənlə cəmi 40 metr məsafədə üz-üzə qalmışıq. Bir-iki güllə atıb Xaqanini oradan çıxarıb qabağa buraxdım. Düşünün, açıq ərazi, gizlənməyə nə bir ağac, nə kol-kos var. Düşmən dayanmadan atırdı. Məndə də artıq 2-3 patron qalıb, atışıb qarşımızdakı balaca təpəni qalxmalıyam. Həmin an ermənilər biz tərəfə iki daraq güllə atdılar. Düşmənin atdığı o qədər güllədən biri papağımın yan tərəfini deşdi. Güllə saçlarımın arasından keçərək yandırıb arxadan papağımı dəlib keçdi. Mən güllənin zərbəsini də hiss elədim, Allah məni orada qorudu.

Həmin papağı da gətirmişəm, o döyüşdən yadigar saxlamışam (əlində göstərir). Həmin an mənə şəhidlik qismət olmadı. Beləcə, oradan çıxa bildik və ondan sonra uşaqlar bunu xatırlayıb bir az zarafatlaşırdılar. Bu, ən yaddaqalan döyüşümüz oldu. Amma düşmən də həmin kənddə həddən çox itki verdi.

Lənkərandan Nurlan Əmənli var, bizimlə bir yerdə döyüşən qardaşlarımızdandır. Şəhid qardaşımız Vasif Abıyev yaralı olan zaman Nurlan onu mühasirədən çıxarmağa getmişdi. Nurlan yaralımızı çıxara bilməsin və özü atəş hədəfinə çevrilsin deyə mənfur düşmən onun hər iki ayağının dizdən yuxarı nahiyəsindən snayperlə vurub yaraladı. Nurlan özünü itirməyib yaralı vəziyyətdə 4 km sürünərək özü-özünü təxliyə edə bilmişdi. İndi Nurlan qardaşımız Türkiyədə müalicə alır”.

Qəhrəmanımız Xocavənddə döyüş zamanı erməni silahlıları onun olduğu səngərə tərəf minaatan mərmisi atıblar.

“Mərmi bir neçə santimetr qarşıya düşsəydi, düz təpəmə düşəcəkdi. Mərminin partlayış dalğası məni səngərə çırpdı. Burnumdan qan açıldı, qulaqlarım tutuldu, amma olduğum mövqeni qəti tərk etmədim. Əvvəl heç nə eşitmirdim, işarələrlə başa düşürdüm, sonra tədricən eşitməyə başladım. Yəni ki, yenə də Allah məni qorudu.

Biz torpaqları işğaldan azad edəndə ancaq irəli getməyi düşünürdük. Düşmən bizimlə üz-üzə gələndə dediyi söz “Təslim!” idi. Füzulidə, Xocavənddə bir neçə dəfə olub, erməni əsir götürmüşük. Yenə deyirəm, ilk iki-üç gün çətin oldu, sonra öyrəşdik. Gözümüzün qabağında qardaşlarımız şəhid olurdular. Bizdə qorxu adlı hiss yox idi, nə şəhid olmaqdan, nə də yaralanmaqdan qorxurduq. Düşündüyümüz yalnız torpaqları işğaldan azad etmək və şəhid qardaşlarımızın intiqamını almaq idi”, - Orxan deyir.

Müzəffər ordumuz hər zaman düşmənə gözlənilməz zərbələr endirib: “Tarix dəqiq yadımda deyil, səhv eləmirəmsə, oktyabrın ortaları idi, Füzuli tərəfdən Xocavəndə girdik. Sözün açığı, düşmən Füzulidən Xocavəndə girə biləcəyimizi gözləmirdi. Keçdiyim döyüşlərin hamısı çətin olub, amma ən çətini Füzuli olub. Hansı rayonlarda ki döyüşmüşəm, orada qayalıq, ya ağaclar və yaxud meşə var idi, orada gizlənib döyüş aparmaq olur. Füzulidə isə düşmən oturub səngərdə, biz isə açıq ərazidə, səhra kimi yerdə düşmən üzərinə gedirdik. Düşmən orada şok oldu ki, bu necə ola bilər?

Bir dəfə Füzulidə döyüşdüyümüz vaxt erməni əsgərləri şəhidimizi götürüb öz postuna aparmışdı. Şəhidimiz əslən Yardımlıdan olan mayor idi. Döyüşdə aldığım travmalardan sonra yaddaşım arada itib-gəlir, ona görə rəhmətliyin adı, soyadı yadımda deyil. Mən idim, İsmayıl Ağayev idi, Nurlan və Astaradan Vüqar qardaşımız, bir yerdə silahsız gedib şəhidi postdan çıxarmağa qərara aldıq. Günorta vaxtı biz erməni postuna silahsız girib, düşmənin xəbəri belə olmadan şəhidimizi oradan götürüb geri qayıtdıq. Biz oraya hücum edib postu ala da bilərdik. Günorta vaxtı gizlicə düşmənin öz postundan şəhidimizi ona görə çıxardıq ki, düşməni vahimə bürüsün. Bizə çox əsgərlərimiz dedilər ki, getməyin böyük riskdir, amma biz inad etdik. Hətta bizim erməni postuna girib şəhidimizi oradan çıxarmağımızı komandanlıq da izləyirdi.

Hücuma keçəndə artıq çox atəş açmağa ehtiyac olmurdu. Bir az atan kimi düşmən əsgərləri bizi görüb qaçırdılar. Onlar artıq fikirləşirdilər ki, gündüz vaxtı gəlib öz şəhidlərimizi onların postundan, özü də silahsız gəlib apara bilirksə, gecə ilə onları darmadağın edə bilərik”.

Qazi Orxan Quluzadə və onun olduğu dəstə on gün Cəbrayılda döyüşdükdən sonra yenidən Xocavəndə qaytarılıblar. Cəbrayılda isə şəhid Xudayar Yusifzadə və onların dəstəsi ilə bir yerdə döyüşüblər: "Biz Xocavəndə qayıdanda rəhmətlik Xudayargilin dəstəsinə başqa istiqamətə gedib vuruşmaq komandası verilmişdi. Müharibənin bitməsinə 2-3 gün qalmış isə mən Xudayar qardaşımızın şəhid olması xəbərini eşitdim.

Müharibə vaxtı çalışdığım qədər düşmən də, onların hərbi texnikasını da məhv etmişəm, “UAZ”larını da vurmuşam. Elə olub ki, düşmənin tankı hücum edərkən üstünə dırmaşıb, tankın içərisinə əl qumbarasını atıb heyətini məhv etmişik”.

Vətən müharibəsi iştirakçısı Orxan Quluzadə üç medalla təltif olunub: “Bizim orduda hər şey öz yerində idi, amma döyüş vaxtı istər-istəməz qarışıqlıq olur. Əsgərlərin göstərdiyi şücaət haqqında da yuxarı komandanlığa bizim komandirlərimiz məruzə edirlər. Müharibə vaxtı bizim dörd komandirimiz şəhid oldu, mən özüm də yuxarı komandanlığıma deyə bilmərəm ki, mən filan yerlərdə döyüşmüşəm. Çünki bu, mənim vəzifəm deyil, mən deməməliyəm. Allah Ali Baş Komandanımıza cansağlığı versin ki, əmr verdi. Biz sırf qisasımızı almağa getmişdik, bu, haqq döyüşü idi. Medal üçün getməmişdik, amma mən “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olundum. “Füzulinin azad olunmasına görə” medalı artıq mənə təqdim olunub. Digər iki medalları isə verəcəklər".

Həmsöhbətimiz deyir ki, tez-tez döyüş yoldaşları ilə yığışıb görüşürlər. Bir neçə gün bundan əvvəl isə şəhid döyüş yoldaşlarının ailəsinə baş çəkiblər. "Bizim şəhid döyüş yoldaşımız Vasif Abıyevin anasının doğum günü idi, xəbərsiz gedib şəhidin anasına baş çəkdik. Həmin gün axşam başqa bir şəhid qardaşımızın atasına baş çəkdik. Biz əgər həmin ərazidən keçiriksə, orada dəfn olunan şəhidə baş çəkirik. Məzar başında oturub baş verənləri şəhidlə danışırıq, dərdləşirik".

Şəhidimizi silahsız çıxardıq ki, ermənilər vahiməyə düşsünlər
Şəhidimizi silahsız çıxardıq ki, ermənilər vahiməyə düşsünlər
Şəhidimizi silahsız çıxardıq ki, ermənilər vahiməyə düşsünlər
Şəhidimizi silahsız çıxardıq ki, ermənilər vahiməyə düşsünlər






 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hansı ölkələrdən qırıcılar ala bilərik? - Ekspert üç ölkəyə işarə edir
Bu gün, 19:02
Yaxud satıcıyla nişanlı qız oğlan evinə necə “corab hörür”... - Ağ qızıla görə “ağ yalan” danışanlar
Bu gün, 19:00
Azərbaycanda daha bir məktəb distant təhsilə keçib
Bu gün, 18:06
“Azərbaycan bu məsələdən yararlanaraq Ermənistandan yeni güzəştlər əldə etməyə çalışır” - Abrahamyan
Bu gün, 18:03
Gürcüstanda Azərbaycan vətəndaşı olan məşqçi həbs olunub - SƏBƏB
Bu gün, 17:59
Qarabağ qazisinin tikdirdiyi obyektin dağıdılmasına İcra Hakimiyyətindən REAKSİYA
Bu gün, 17:55
Rusiya iş adamlarının Azərbaycana səfərləri... - NƏ BAŞ VERİR?
Bu gün, 17:54
Ələt qəsəbəsində Şəhid İbrahimov Elnurun anım mərasimi keçirilib - FOTO
Bu gün, 17:51
Kəlbəcər və Laçında döyüş mövqelərinə baxış keçirilib
Bu gün, 17:49
Azərbaycanda son sutkada 2112 nəfərdə COVID-19 aşkarlanıb, 18 nəfər vəfat edib
Bu gün, 17:48
"Hakimiyyətlə dialoqdan uzaq qalmaq lazım deyil, AXCP və Müsavat nə əldə edirlər, bilmirəm" - deputat
Bu gün, 17:44
“3+3” formatı niyə "tormozlanır"? - GƏLİŞMƏ
Bu gün, 17:37
Vaksindən sonra yoluxma niyə azalmadı, pandemiya niyə bitmir? - AÇIQLAMA
Bu gün, 17:33
Bakıda idmançı zalda ölü tapıldı - FOTO
Bu gün, 17:31
Vladimir Putinlə İsrailin Baş nazirinin görüşü beş saatdan çox çəkib
Bu gün, 17:28
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs saxlanıldı
Bu gün, 17:19
Gəncə təhsili ilə bağlı Prezidentə DAHA BİR MÜRACİƏT - ÇARƏSİZLİK...
Bu gün, 17:12
25 oktyabrda dollar neçəyə olacaq?
Bu gün, 17:02
Azərbaycan-İran gərginliyi: Hərbi qarşıdurma olacaq? – ŞƏRH
Bu gün, 16:58
Azərbaycanda daha bir vəzifəli şəxs CƏZALANDIRILDI - FOTO
Bu gün, 16:48
Özbəkistan ABŞ qoşunlarının ölkədə yerləşdirilməsinə icazə verəcək?
Bu gün, 16:42
“Bu gün Qarabağda insanlar küçələrdə, qarajlarda, maşınlarda gecələyirlər” - Separatçılardan etiraf
Bu gün, 16:40
50-yə yaxın sürücü və sərnişin cərimə edilib - VİDEO
Bu gün, 16:38
"Ay icra başçısı gəl bax vəziyyətimə, qaldığım yerə, gör burda insan yaşayarmı" - Qarabağ döyüşçüsü
Bu gün, 16:36
"Sənin vəzifən yaxınlarını yanına yığmaq yox, iş görməkdir" - ETİRAZ
Bu gün, 16:32
İran Azərbaycanı Livana çevirmək istəyir - AMMA...
Bu gün, 16:28
Nizaminin yubiley ilində məqbərəsinin qapıları niyə bağlanıb? - FOTO
Bu gün, 16:24
Havanın temperaturu 4-7 dərəcə enəcək, bəzi rayonlara qar yağacaq
Bu gün, 16:22
Barəsində şikayət olunan Baş həkim HƏBS OLUNDU - Belə deyirlər...
Bu gün, 16:19
Azercell növbəti dəfə ISO 37001:2016 “Antikorrupsiya idarəetmə sistemi” standartlarına uyğunluq sertifikatına layiq görüldü
Bu gün, 16:17
"Cabbar Musayevin icazəsi olmasa etmərəm"
Bu gün, 16:13
"Ermənistanın bu açıqlaması onların Qarabağdan imtina etdiklərini göstərdi" - ekspert
Bu gün, 16:11
Putinin xəritələri: masada nələr var, tərəflər nədə razılaşmır? - GƏLİŞMƏ
Bu gün, 16:09
Putinin son bəyanatı: - Moskva Azərbaycandan nə gözləyir və əvəzində nə verəcək?
Bu gün, 16:07
”Evdəkiləri ac qoyub ailə həyatı qurum?!” - Türkan Vəlizadə
Bu gün, 16:05
Kənd təsərrüfatından generala qədər qalxan jurnalist - UNUDULAN MƏTBUAT KATİBLƏRİ
Bu gün, 16:03
Azad olunan rayonlarda yeni inşa edilən hərbi obyektlər istifadəyə verilib - VİDEO
Bu gün, 16:01
Fizuli bərpa olunacaq...
Bu gün, 15:58
Beyləqanda taksi sürücüsünün məktəbli qıza təcavüzə cəhd etməsi ilə bağlı cinayət işi açılıb
Bu gün, 15:36
Təbii qaz faktoru... - İranın şıltaqlıqlarının daha bir səbəbi
Bu gün, 15:35
"Ərdoğan fəth edərək irəliləyir..." - Fransadan ŞOK TƏHLİL
Bu gün, 15:32
Ərinin məftillə boğub öldürdüyü qadının anası SİRLƏRİ AÇDI - TƏFƏRRÜAT
Bu gün, 15:31
Kəlbəcərin bu kəndində hələ də separatçı “bayrağ”ı... - Rusiya hərbçiləri niyə izn verir?..
Bu gün, 15:27
“Qurana and olsun gender bərabərliyi ilə biz qadınları hərifləmiş oluruq...”
Bu gün, 15:26
"Ermənilər son çörək pulunu korona testlərinə xərcləyirlər" - Mkrtçyan
Bu gün, 15:19
Baş həkimin cinayət işi üzrə şahidlərdən biri vəfat edib
Bu gün, 15:17
Rektor təhsil qaydalarına QARŞI... - İDDİA
Bu gün, 15:15
Putin Avropanı şantaj edir - Rəsmi Kiyev
Bu gün, 15:14
Gəncənin sabiq icra başçısına sui-qəsddə təqsirləndirilən 3 nəfərin cəzası azaldıldı
Bu gün, 15:13
Qarabağda nə qədər erməni əsgəri var? – Polkovnikdən cavab
Bu gün, 15:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru