Şəmkirdə vətəndaş DAD DEYİR... .....                     Rusiya Çinə görə müharibə ideyasını təxirə salıb .....                     Aİ Azərbaycandan qaz tədarükünü artırmağı istəyəcək .....                     "4 aydır ət üzünə həsrətik, ailəm xəstədir, soyuducuda yeməyə heç nə yoxdur" .....                     Azərbaycanda daha 3 564 nəfər koronavirusa yoluxub, 19 nəfər ölüb .....                     "Yasmin"dəki sahibkarlar DƏRD İÇİNDƏ... .....                     Qırğız-tacik savaşı yenidən qızışır .....                     "Baxın, BƏRBAD HALDADIR, BAXAN YOXDUR" .....                     Rusiya veteranları faşist Njde haqqında film çəkən Rusiya Erməniləri İttifaqına qarşı çıxıblar .....                     Bərdədə şagirdlərlə görüş keçirilib .....                     “Bu, savadsız və cahil bir toplum üçündür” .....                     "Ağlım sığortalanmağa layiqdir" .....                     Füzuli rayonunda traktor minaya düşüb .....                     Ağstafa Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin edilib .....                     Murad Dadaşovun Kardaşyan TUTQUSU .....                     Xaçmazda polis əməkdaşları məktəblilərin qonağı olublar .....                     Sərhəd qarşıdurması, yoxsa KTMT-ni xilas planı? .....                     Prezident İlham Əliyev Kasım-Jomart Tokayevə .....                     Şərqşünas virtual həcc ziyarətini dəstəkləmir: .....                     Hər binada 4 nömrəli mənzil alıb .....                     Sabah dollar neçəyə olacaq? .....                     Oğlunun gözü önündə arvadına 30 bıçaq vurdu: .....                     YAP-da görəv alanlar .....                     Qubada spirtli içkinin təsiri altında avtoxuliqanlıq edən şəxs saxlanılıb .....                     Salyan rayon sakini itkin düşüb .....                     İki deputat YAP-dakı .....                     YAP rayon təşkilatlarına yeni sədrlər təyin olunub .....                     Prezident Xocalı soyqırımının otuzuncu ildönümü ilə bağlı .....                     Tibbi sığortanın uğursuzluğu və Niyazi-Zəbur tandeminin zəlil gününə qoyduğu səhiyyə sistemi .....                     Hava şəraiti dəyişəcək, güclü külək əsəcək .....                     Şabranda polis əməkdaşları məktəblilərlə görüşüblər .....                     Sabunçu rayonunda 7000 manata “Kalaşnikov” markalı avtomat satmaq istəyən şəxs saxlanılıb .....                     Vilayət Eyvazov bölmə rəisini nöqsanlara görə İŞDƏN ÇIXARDI .....                     "Sezen Aksu demişkən, bu ağılla yesinlər sizi!" .....                     Tərtər rayonunda indiyədək vətəndaşlara 106 min 286 doza vaksin vurulub .....                     Şamaxıda aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb .....                     İki nəhəng inhisarçı qurum birləşir: .....                     Pensiya yaşından tez ölənlərin pulu varisə veriləcək? .....                     Bizə Vahid Dövlət İmtahanı lazımdırmı? .....                     Operativ Qərargah Prezidentin fərmanını niyə nəzərə almayıb? .....                 

Beynəlxalq Bankın yüz milyonlarla dollarlıq krediti ilə yaradılan şirkətlər məhv olunur - MÜƏMMA
Tarix: 25-09-2021, 08:59 | Çap et
Beynəlxalq Bankın yüz milyonlarla dollarlıq krediti ilə yaradılan şirkətlər məhv olunur
Bir neçə gündür Azərbaycanda 9 iri şirkətin ləğv olunmasına dair xəbər müzakirə olunur. Söhbət “Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus olan “Azərşüşətara”, “Azərtütün”, “Bakı Ayaqqabı”, “Mingəçevir İzolit”, “Şəki Heyvandarlıq”, “Şəki Kərpic İstehsalı”, “Şəki İpək İstehsalı”, “Şəki Ət və Süd Məhsulları” MMC-lərdən və “Azərpambıq” ASC-dən gedir.

Adları qeyd olunan müəssisələrin hamısı bir vaxtlar dövlətə məxsus Azərbaycan Beynəlxalq Bankından götürülən irihəcmli kreditlər hesabına yaradılıb. Bankın sabiq rəhbərliyinə qarşı 2014-2015-ci illərdə başladılan cinayət işi çərçivəsində bu müəssisələrin, demək olar ki, hamısının rəhbərləri saxlandılar, müəssisələr Beynəlxalq Bankın balansına verildikdən sonra buraxıldılar. Həmin vaxt elan olundu ki, müəssisələrin heç biri kredit müqaviləsi üzrə öhdəliklərinə əməl etməyib. Amma onların rəhbərlərinin bir çoxu tamam fərqli açıqlamalar verərək, yaratdıqları müəssisələrin gəlir gətirdiyini, kredit ödənişlərini vaxtında yerinə yetirdiklərini, buna baxmayaraq, müəssisənin əllərindən alındığını bildirdilər. Bu açıqlamalara rəğmən şirkətlər Beynəlxalq Bankın balansından toksik aktiv kimi alınaraq “Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatına verildi. “Aqrarkredit” QSC isə nəinki onların fəaliyyətini səmərəli qura bilmədi, hətta bir çoxunu ləğv edib bazasında yeni müəssisələr yaratdı. 2017-ci ildə həmin müəssisələr dövlət aktivlərinin səmərəli idarə edilməsi, dövlətə məxsus müəssisələr arasında əlverişli kooperasiya əlaqələrinin qurulması, qeyri-neft sektorunun inkişafına təkan verilməsi və s. məqsədlərlə yaradılan “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin balansına verildi. Korporasiya isə həmin müəssisələrin bəzilərini 2018-ci ildə fərqli hüquqi adlarla yenidən təşkil etdi.

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin saytında göstərilir ki, “Azərtütün ASK” MMC Beynəlxalq Bankın kreditləri hesabına yaradılmış “İntertobaco” MMC-nin əmlakının bu korporasiyanın balansına verilməsi ilə 2017-ci ildə yaradılıb. “Azərtütün ASK” MMC-nin Balakən, Zaqatala, Qax və Şəki rayonlarında 266 ədəd müasir odla qurutma kamerası, anbar və ofis binaları, habelə digər zəruri infrastruktura malik 4 ədəd tütün istehsalı və emalı məntəqəsi, Zaqatala rayonunda isə bir tütün emalı zavodu fəaliyyət göstərir. Qurutma kameraları Bolqarıstanın “Ronis” və İtaliyanın “De Cloet”, emal zavodunun avadanlıqları isə ABŞ-ın “MacTavish Evans” və İtaliyanın “Goddiolli Bellanti” şirkətlərinin istehsalıdır. Ümumilikdə, “Azərtütün ASK” MMC və onun strukturuna daxil olan müəssisə və obyektlərdə 194 daimi iş yeri var, mövsümdə isə 500-550 nəfər müvəqqəti işçi cəlb edilir. Müəssisənin fəaliyyətindən əldə olunan gəlir, yaxud zərərlə bağlı heç bir yerdə məlumata rast gəlmək mümkün deyil.

Ləğv edilən “Şəki İpək İstehsalı” MMC-nin barəsində korporasiyanın saytında məlumat verilmir. Şirkət 2017-ci ildə 37.5 milyon manat nizamnamə kapitalı ilə təsis edilmişdi. Bu müəssisə də Beynəlxalq Bankın kreditləri hesabına açılmış “Şəki-İpək” MMC-nin bazasında yaradılıb. Korporasiyanın saytında “Azəripək” MMC-nin barəsində məlumat verilir (“Şəki-İpək” MMC-nin adının dəyişdirilməsi ilə yenidən təsis olunub), bildirilir ki, müəssisənin tərkibində olan istehsal sahələrinə baramadan xam ipəyi açan istehsalat, toxucu istehsalatı, boyaq-bəzək istehsalatı, pambıq əyirici istehsalatı, burucu sex daxildir. Qeyri-istehsal sahələri isə idarə binası, mexanika, energetika, avtonəqliyyat və xammal sahələrindən ibarətdir. Pambıqəyirmə istehsalatının 3 növbəli iş rejimində illik istehsal gücü 3 min ton olan mahlıc emalı, baramadan xam ipək açan istehsalat 1 növbəli iş rejimində illik istehsal gücü 350 ton yaş barama, toxucu istehsalatı 1 növbəli iş rejimində illik istehsal gücü 450 min p/m ipək, 400 min p/m pambıq parça, boyaq-bəzək istehsalatı 1 növbəli iş rejimində illik istehsal gücü 24 min ədəd kəlağayı, 4 min ədəd şərf və 8 min ədəd çitmə təşkil edir.

Müəssisədə quraşdırılmış Almaniya, Polşa, Hollandiya istehsalı olan avadanlıqlarda xam ipək, ipək şərflər, ipək kəlağayılar və pambıq iplik istehsal olunur. Hazır məhsullar Rusiya, Türkiyə, İran və Türkmənistana ixrac edilir.

Habelə ləğv edilən “Azərpambıq” MMC də 2018-ci ildə yaradılıb. Korporasiyanın saytında göstərilir ki, şirkət pambıq istehsalı, tədarükü, emalı və emaldan alınan məhsulların (pambıq mahlıcı, texniki çiyid, pambıq yağı, köməkçi məhsullar, çiyid cecəsi və s.) satışı ilə məşğul olur. Cəmiyyətin tərkibində 6 pambıq emalı zavodu (Şirvan, Saatlı, Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar), 7 pambıq istehsalı və tədarükü məntəqəsi (Sabirabad, İmişli, Salyan, Ağdam, Tərtər, Goranboy, Ucar), Biləsuvar rayonunda yerləşən Təcrübə-Sınaq Təsərrüfatı fəaliyyət göstərir. Şirvan Pambıq Emalı Zavodunda texniki çiyiddən yağ emal edən sex mövcuddur.

“ASK İzolit” MMC isə “Mingəçevir İzolit” şirkətinin adının dəyişdirilməsi ilə Mingəçevir şəhərində yerləşən “Azərelektroizolit” zavodunun bazasında yaradılıb. Elektroizolyasiya materiallarının istehsalçısı olan bu müəssisənin məhsullarından iqtisadiyyatın bir çox sahələrində geniş istifadə olunur. ASK-nin saytında verilən məlumata görə, hazırda müəssisədə diametri 16 mm-dən 630 mm-dək olan polimer borular, 700 mm-dən 2000 mm-dək diametrli şüşə-plastik borular, 4mm - 32mm diametrdə və istənilən uzunluqda kompozit polimer armaturlar buraxılır. Zavodun istehsal xətlərində ayda 2,5-2,7 milyon manatlıq məhsul istehsal oluna bilər.

“Azərşüşətara” MMC “İnter Glass” Zavodunun bazasında yaradılan “Bakı Glass” MMC-dən formalaşdırılan “ASK Şüşə”nin varisidir. “İnter Glass” Zavodu Azərbaycanda şüşə istehsalı sahəsində ixtisaslaşmış yeganə və ən böyük müəssisə idi. Şirkət son texnologiya ilə təchiz edilmişdi. Zavodun əksər avadanlıqları Almaniyadan gətirilmişdi. “Beynəlxalq Bank işi”nə görə “İnter Glass” şirkətinin də direktoru həbs edildi, sonra buraxıldı. Buna qədər müəssisə tam gəlirlə işləyirdi. Lakin “Aqrarkredit” QSC-nin balansına verildikdən sonra zavodun fəaliyyətində ciddi prolemlər yarandı. Maraqlıdır ki, ASK-nın saytında MMC-nin 2018-ci ildə yaradıldığı qeyd olunur. Amma müəssisə haqqında məlumatda onun 2011-ci ildə “İlin şirkəti” mükafatına layiq görüldüyünə dair qeyd var.

Maraqlıdır ki, ləğv olunmalarına dair elan verilən həmin şirkətlərin ləğvi haqda eyni məzmunlu elan bu ilin yanvarında da verilmişdi. İndiyə qədərki təcrübə göstərir ki, Beynəlxalq Bankdan miras götürülən bu müəssisələr bir neçə dəfə yenidən təsis olunublar. Buna görə də indi onların tamamilə ləğv olunduqları, yaxud yenidən təsis olunacaqları bilinmir.
“Yeni Müsavat”





 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şəmkirdə vətəndaş DAD DEYİR... - MÜRACİƏT
Dünən, 19:00
Rusiya Çinə görə müharibə ideyasını təxirə salıb
Dünən, 18:47
Aİ Azərbaycandan qaz tədarükünü artırmağı istəyəcək - KİV
Dünən, 18:45
"4 aydır ət üzünə həsrətik, ailəm xəstədir, soyuducuda yeməyə heç nə yoxdur" - II qrup ƏLİLİN ETİRAZI
Dünən, 18:40
Azərbaycanda daha 3 564 nəfər koronavirusa yoluxub, 19 nəfər ölüb
Dünən, 18:39
"Yasmin"dəki sahibkarlar DƏRD İÇİNDƏ... - NƏ ETSİNLƏR?
Dünən, 18:37
Qırğız-tacik savaşı yenidən qızışır - 11 min nəfər bölgədən təxliyə edildi
Dünən, 18:31
"Baxın, BƏRBAD HALDADIR, BAXAN YOXDUR" - Lənkaran tibb məntəqəsinin ACINACAQLI DURUMU
Dünən, 18:28
Rusiya veteranları faşist Njde haqqında film çəkən Rusiya Erməniləri İttifaqına qarşı çıxıblar
Dünən, 18:23
Bərdədə şagirdlərlə görüş keçirilib
Dünən, 18:18
“Bu, savadsız və cahil bir toplum üçündür” - deputat
Dünən, 18:14
"Ağlım sığortalanmağa layiqdir" - Elza Seyidcahan
Dünən, 18:09
Füzuli rayonunda traktor minaya düşüb
Dünən, 17:54
Ağstafa Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin edilib - ƏMR
Dünən, 17:45
Murad Dadaşovun Kardaşyan TUTQUSU - Xəzər TV prezidentinin erməni sevgisi haradandır?
Dünən, 17:43
Xaçmazda polis əməkdaşları məktəblilərin qonağı olublar
Dünən, 17:34
Sərhəd qarşıdurması, yoxsa KTMT-ni xilas planı? - İNCƏLƏMƏ...
Dünən, 17:29
Prezident İlham Əliyev Kasım-Jomart Tokayevə təbrik məktubu göndərib
Dünən, 17:26
Şərqşünas virtual həcc ziyarətini dəstəkləmir: - “Bu, ziyarət sayılmır”
Dünən, 17:24
Hər binada 4 nömrəli mənzil alıb - 30 MİLYONLUQ ƏMLAK SİYAHISI
Dünən, 17:20
Sabah dollar neçəyə olacaq?
Dünən, 17:18
Oğlunun gözü önündə arvadına 30 bıçaq vurdu: - “Yalvarıram, məni öldürmə”
Dünən, 17:16
YAP-da görəv alanlar - SİYAHI
Dünən, 17:14
Qubada spirtli içkinin təsiri altında avtoxuliqanlıq edən şəxs saxlanılıb
Dünən, 16:49
Salyan rayon sakini itkin düşüb - FOTO
Dünən, 16:48
İki deputat YAP-dakı vəzifələrini itirdilər
Dünən, 16:43
YAP rayon təşkilatlarına yeni sədrlər təyin olunub
Dünən, 16:39
Prezident Xocalı soyqırımının otuzuncu ildönümü ilə bağlı SƏRƏNCAM İMZALAYIB
Dünən, 16:32
Tibbi sığortanın uğursuzluğu və Niyazi-Zəbur tandeminin zəlil gününə qoyduğu səhiyyə sistemi - “Naxçıvan harayı”
Dünən, 16:31
Hava şəraiti dəyişəcək, güclü külək əsəcək - Belə deyirlər...
Dünən, 16:24
Şabranda polis əməkdaşları məktəblilərlə görüşüblər
Dünən, 16:19
Sabunçu rayonunda 7000 manata “Kalaşnikov” markalı avtomat satmaq istəyən şəxs saxlanılıb - VİDEO
Dünən, 16:17
Vilayət Eyvazov bölmə rəisini nöqsanlara görə İŞDƏN ÇIXARDI
Dünən, 16:14
"Sezen Aksu demişkən, bu ağılla yesinlər sizi!" - deputat
Dünən, 16:07
Tərtər rayonunda indiyədək vətəndaşlara 106 min 286 doza vaksin vurulub
Dünən, 16:02
Şamaxıda aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb
Dünən, 16:00
İki nəhəng inhisarçı qurum birləşir: - alqışlayanlar da var, daha ziyanlı sayanlar da
Dünən, 15:59
Pensiya yaşından tez ölənlərin pulu varisə veriləcək? - "Ölüm haqq, miras halal"
Dünən, 15:54
Bizə Vahid Dövlət İmtahanı lazımdırmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:47
Operativ Qərargah Prezidentin fərmanını niyə nəzərə almayıb? - FOTOFAKT
Dünən, 15:43
Şabran sakini evində olan odlu silahı polisə təhvil verdi
Dünən, 15:38
Azərbaycanda 5 şirkət - “PMD Group”a QOŞULUR
Dünən, 15:37
AMEA-nın Coğrafiya İnstitunda tualet yoxdur - Direktor
Dünən, 15:33
Agentlikdən vətəndaşın əlillik təyinatı ilə bağlı şikayətinə CAVAB
Dünən, 15:28
Ermənistan ordusunun acınacaqlı aqibəti: - otuz illik böyük yalan və terror
Dünən, 15:26
“Milli Broker” şirkətinə yeni direktor təyin edilib
Dünən, 15:23
Abdin Fərzəliyev Masazır, Novxanı və Saray qəsəbələrindəki şəhidlərin məzarlarını ziyarət edib, onların ailə üzvləri ilə görüşdü
Dünən, 15:22
Səməd Seyidov AŞPA-nı tənqid edib
Dünən, 15:20
"OBA" marketin qabağında insanları söyən şəxs bir nəfəri öldürüb - TƏFƏRRÜAT
Dünən, 15:18
"Onlar bu addımı çarəsizlikdən atırlar" - Həyatımız necə zəhərə çevrilir
Dünən, 14:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru