İrəvanda anti-Putin HAYqırtılarının arxasında kim durur? .....                     "Oğurluğa gedəndə yox e, vətəni qoruyanda yaralanmışam, NİYƏ SAHİB ÇIXMIRSINIZ?" .....                     ABŞ-Yunanıstan yaxınlaşması: .....                     MDB-nin son toplantısı və mühüm MESAJLAR .....                     Ermənistan tərəfindən ciddi və pozitiv addımlar atılmalıdır .....                     Keçmiş nazir raketlərdən nə qədər “otkat” alıb? .....                     "Dedi, ana, POLAD HƏŞİMOV şəhid olub, onun qanın yerdə qoymamalıyam" .....                     Tarif Şurası işığın qiymətini QALDIRDI .....                     Batumidə bina uçqununda günahlandırılan AZƏRBAYCANLI kimdir .....                     Saakaşvilinin hakimiyyətə gəlişi real görünür .....                     1-ci sinif şagirdi koronavirusdan öldü .....                     Mingəçevirdə həyətdə çoxlu sayda insan skeletləri tapılıb .....                     "Pis sülh, yoxsa yaxşı müharibə": Bizim üçün hansı məqbuldur? .....                     Stoltenberqin xüsusi nümayəndəsi Tiflisə gəlir .....                     HHM bölmələrinin döyüş atışları keçirilir .....                     Milli Məclis Zəfər Günü ilə bağlı xüsusi iclas keçirəcək .....                     Göyçayda toy təşkilatçısı cərimələnib .....                     Livan İkinci Vətəndaş müharibəsi astanasında: .....                     Kəramət Böyükçölün səhhətində irəliləyiş var .....                     "Vətən müharibəsi zamanı rayonun 16 dinc sakini həlak olub" .....                     ELMİRA SÜLEYMANOVA HƏR RESTORANI BƏYƏNMİRMIŞ... .....                     “Müstəlliyimizin bərpasını istəməyənlər az sonra onun maddi bəhrələrinə də yiyələndi...” .....                     Ağstafada dələduzluq edən “falçı” saxlanılıb .....                     Cənub küləyi əsəcək .....                     "Məktəbin zibillərini stadiona tökürlər..." .....                     Yaxın vaxtlarda Talış və Soquvuşana 500-ə yaxın ailə köçürüləcək .....                     Arutyunyandan 200 milyonluq fırıldaq .....                     Ermənistanla Azərbaycan arasında hansı razılıqlar var? .....                     Füzuli Hava Limanına beynəlxalq status verilib .....                     "Budoyanı və qrupunu Cəbrayılda qısa müddətdə məhv etdilər" .....                     “Müharibə dövründə Tərtərə 21 "Smerç" raketi atılıb” .....                     Niyə məşhurlar cəmiyyətə normal övlad bəxş edə bilmirlər? .....                     Azərbaycan və Ermənistanın XİN rəhbərlərinin görüşünün nəticələri .....                     İcra başçısının Vətən müharibəsi barədə kobud səhv edən direktor arvadı .....                     Ermənistanda koronavirusdan gəbərənlərin sayı 5 754-ə çatıb .....                     “Saakaşvili azadlığa çıxması üçün ən azı 6 il həbsdə yatmalıdır...” .....                     Fəallığı artıran ERMƏNİ TERRORÇULARI: .....                     Tovuzda şəhidlərlə bağlı xoşagəlməz ifadələr işlədən şəxs həbs olunub .....                     "Erməniləri Qafqaza xristian buferi yaratmaq üçün köçürdülər" .....                     Deputatdan İrana MESAJ: .....                 

Rus silahı: ehtiyacımız varmı? - ARAŞDIRMA
Tarix: 25-09-2021, 08:47 | Çap et
Rus silahı: ehtiyacımız varmı?
“Azərbaycan Rusiyadan yeni silah və hərbi texnika növləri almaq üçün müraciət edib”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın “Natsionalnaya Oborona” (Milli Müdafiə) jurnalına müsahibəsində deyib. Dövlət başçısı qeyd edib ki, Rusiya prezidenti ilə onu çox böyük etimada əsaslanan münasibətlər bağlayır. “Siyasətçilər arasında, xüsusən qonşu ölkələrin siyasətçiləri arasında bir-birinə bu cür etimadın olması çox vacibdir. Bizim aramızda məhz bu cür münasibətlər mövcuddur. Bir də, əlbəttə, dərin qarşılıqlı hörmət hissi. Bizim məqsədlərimiz tamamilə üst-üstə düşür“, – İ. Əliyev deyib.

Azərbaycan son 10 ildə müdafiə və təhlükəsizlik sektoruna milyardlarla manat vəsait xərcləyir. Dövlət büdcəsində bu sektor stabil olaraq ən böyük vəsait alan istiqamətdir. Məsələn, Müdafiə Nazirliyinin məlumatına görə, 2021-ci ilin I yarısında büdcədən müdafiə və təhlükəsizlik üçün 2,533,4 milyon manat xərclənib. Yanvar-iyun aylarında ötən ilin eyni dövrü ilə müqayisədə də ən çox artım (73,9 faiz) müdafiə və milli təhlükəsizlik xərcləri üzrə olub.

Azərbaycanın ənənəvi silah partnyorlarının başında Rusiya hərbi sənaye kompleksi gəlir. Müxtəlif mənbələrin yaydığı məlumata görə, Bakı bu ölkədən ümumilikdə 5 milyard dollar dəyərində silah-sursat alıb. Bu fakt Ermənistanı ciddi şəkildə narahat edib, iki ölkə rəsmiləri arasında polemikalarda da bu narazlıq açıq mətnlə ifadə olunub. Kreml isə açıq bəyan edib ki, Azərbaycan yaxşı pullar ödəyən müştəridir, Ermənistan isə həmişə silahı bizdən güzəştli şərtlərlə alır.

2016-cı ilə baş vermiş 5 günlük aprel müharibəsində Azərbaycan Ordusunun öz arsenalını kifayət qədər zənginləşdirdiyi üzə çıxdı. Həmin ildə prezident İham Əliyev Azərbaycanın İsraildən 4,85 milyard dollar dəyərində silah aldığını bildirib. O ərəfədə Bakının İsraildən ”Dəmir qübbə” hava və raket hücumundan müdafiə kompleksi aldığı barədə də məlumatlar yayılıb. Sonrakı illərdə Azərbaycan İsrail və Türkiyə texnologiyasına əsaslanaraq öz hərbi sənayesini inkişaf etdirməyə başladı. Bununla bərabər, adıçəkilən ölkələrin yeni nəsil silahlarını da ordunun arsenalına cəlb etdi.

44 günlük müharibə bu strategiyanın uğurunu təsdiqlədi, Azərbaycan Ordusu yeni silah sistemləri, pilotsuz uçuş aparatları, zərbə dronları hesabına Ermənistan ordusuna ağır zərbə vurdu. Bu hadisə hərb tarixində yeni səhifə açdı, hətta dünyanın qüdrətli ölkələri də yeni nəsil silahların geniş tətbiq olunduğu Vətən müharibəsi təcrübəsini öyrənməyə başladılar.

Ötən ay İsrail mediası Azərbaycanın bu ölkə ilə 2 milyard dollar dəyərində silah təchizatı ilə bağlı müqavilə imzalamaq üçün danışıqlar apardığı barədə xəbər yaydı. Tərəflərin bu xəbəri təkzib və ya təsdiq etməməsi hərbi əməkdaşlığın yüksələn xətt üzrə davam etdiyini göstərir.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, 2016-2020-ci illərdə Azərbaycanın əsas silah idxalının 69 faizi məhz İsrailin payına düşüb. Eyni dövrdə İsrailin əsas silah ixracatının 17 faizi də Azərbaycana göndərilib. Paralel olaraq, Qarabağ müharibəsində populyarlıq qazanan Türkiyə hərbi sənayesi məhsullarının ilk alıcılarından bir də Azərbaycandır.

44 günlük müharibədən sonra Ermənistan ordusunun məhv edilmiş və ya qənimət kimi ələ keçirilmiş hərbi texnikası, HHM vasitələri, artilleriya qurğuları və s. silah sistemləri Bakıda yaradılmış Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Onların hamısı istisnasız olaraq Rusiya hərbi sənayesinin məhsullarıdır. Hərbi ekspertlər Rusiya silahının İsrail və Türkiyənin yeni nəsil silahları qarşısında rəqabətə davamsız olduğunu, bu səbəbdən silah bazarında sürətlə nüfuzunu itirdiyini bildirirlər.

Maraqlıdır, bütün bunlar məlum olduğu halda, Azərbaycan hansı səbəbdən yenə Rusiyadan silah alacaq?

Hərbi ekspert Azad İsazadə “Pressklub.az”a bildirdi ki, hazırda Azərbaycan Ordusunda kifayət qədər Rusiya hərbi texnikası istifadə olunur. O, əlavə edib ki, müharibə vaxtı da bu texnikaların imkanlarından yararlanmışıq. “Bu texnikaların sursatını, ehtiyat hissələri Rusiya hərbi sənayesindən almalıyıq, habelə təmir məsələsi də ora ilə bağlıdır“, – deyə ekspert qeyd etdi.

A.İsazadənin sözlərinə görə, məsələn, artilleriya sistemlərində topun lüləsi həddindən artıq istifadə olunanda dəyişdirilməlidir: “Yaxud, yeni döyüş topları almaq lazımdır. Bundan başqa, döyüş texnikasının sıradan çıxanlarını yeniləmək lazımdır. Ona görə də çatışmayan silah-sursatı, hərbi texnikanı, onların ehtiyat hissələrini Rusiyadan almalıyıq”.

Hərbi ekspert deyir ki, Azərbaycan hazırda bir neçə mənbədən silah alır: “Bu, bizim yalnız bir mənbədən asılı olmadığımızı göstərir. Biz İsrail, Türkiyə, Belarus və Ukrayna ilə silah ticarəti aparırıq. O cümlədən, hələlik Rusiyadan da silahlar alırıq”.

Azad İsazadə təsdiq edir ki, İkinci Qarabağ müharibəsindən sonra Rusiya silahının nüfuzu azalıb:

“Müharibə göstərdi ki, bu silahlar o qədər də effektli deyil. Onu da yaddan çıxarmayaq ki, Rusiya Ermənistana sonuncu nəsil texnikalarını satmayıb. Biz isə pulla bu ölkədən müasir silahlar əldə etmişik, yəqin ki, yaxın illərdə onlardan istifadə etməli olacağıq”.

Hərbi ekspert Ədalət Verdiyev də “Pressklub.az”a bildirdi ki, Azərbaycan Ordusunun demək olar, zirehli texnika parkı və reaktiv atəş sistemlərinin bir çoxu tamamilə Rusiya istehsalıdır:

“Müharibə zamanı istifadə etdiyimiz silah-sursatların yerini doldurmaq üçün Azərbaycanın Rusiyadan yeni hərbi texnika və onların sursatlarını alacağı gözlənilir. Məsələn, “T-72”, “T-90” tankları və onların ehtiyat hissələri, zirehli transportyorlar, “BMP-2” və “BMP-3” və onların sursatları “Qrad”, “Smerç” kimi reaktiv atəş sistemlərinin alınması müqaviləyə daxil ola bilər”.






 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrəvanda anti-Putin HAYqırtılarının arxasında kim durur? - DETALLAR
Bu gün, 15:02
"Oğurluğa gedəndə yox e, vətəni qoruyanda yaralanmışam, NİYƏ SAHİB ÇIXMIRSINIZ?" - Çarəsiz QAZİ
Bu gün, 15:00
ABŞ-Yunanıstan yaxınlaşması: - Bu dəfə hədəfdə kimdir?
Bu gün, 14:54
MDB-nin son toplantısı və mühüm MESAJLAR – Putin nəyə işarə vurdu?
Bu gün, 13:26
Ermənistan tərəfindən ciddi və pozitiv addımlar atılmalıdır - Rəsmi Bakıdan ÇAĞIRIŞ
Bu gün, 13:16
Keçmiş nazir raketlərdən nə qədər “otkat” alıb?
Bu gün, 13:07
"Dedi, ana, POLAD HƏŞİMOV şəhid olub, onun qanın yerdə qoymamalıyam" - VİDEO
Bu gün, 13:03
Tarif Şurası işığın qiymətini QALDIRDI - aşağı qiyməti 1 qəpik, yuxarı isə 2 qəpik bahalaşıb
Bu gün, 13:01
Batumidə bina uçqununda günahlandırılan AZƏRBAYCANLI kimdir və indi o, haradadır?
Bu gün, 12:56
Saakaşvilinin hakimiyyətə gəlişi real görünür - GƏLİŞMƏ
Bu gün, 12:47
1-ci sinif şagirdi koronavirusdan öldü - Bakıda ŞOK HADİSƏ
Bu gün, 12:44
Mingəçevirdə həyətdə çoxlu sayda insan skeletləri tapılıb
Bu gün, 12:43
"Pis sülh, yoxsa yaxşı müharibə": Bizim üçün hansı məqbuldur? - TƏHLİL
Bu gün, 12:41
Stoltenberqin xüsusi nümayəndəsi Tiflisə gəlir
Bu gün, 12:40
HHM bölmələrinin döyüş atışları keçirilir - VİDEO
Bu gün, 12:38
Milli Məclis Zəfər Günü ilə bağlı xüsusi iclas keçirəcək
Bu gün, 12:31
Göyçayda toy təşkilatçısı cərimələnib
Bu gün, 12:30
Livan İkinci Vətəndaş müharibəsi astanasında: - Beyrutda açılan atəş İranı necə silkələyəcək?
Bu gün, 12:28
Kəramət Böyükçölün səhhətində irəliləyiş var - AÇIQLAMA
Bu gün, 12:26
"Vətən müharibəsi zamanı rayonun 16 dinc sakini həlak olub" - Tərtərin icra başçısı
Bu gün, 12:23
ELMİRA SÜLEYMANOVA HƏR RESTORANI BƏYƏNMİRMIŞ... - Sabiq nazirdən sabiq ombudsmanla bağlı maraqlı paylaşım
Bu gün, 12:22
“Müstəlliyimizin bərpasını istəməyənlər az sonra onun maddi bəhrələrinə də yiyələndi...” - Ayaz Mütəllibov
Bu gün, 12:20
Ağstafada dələduzluq edən “falçı” saxlanılıb - FOTO
Bu gün, 12:15
Cənub küləyi əsəcək - Belə deyirlər...
Bu gün, 12:12
"Məktəbin zibillərini stadiona tökürlər..." - GİLEY
Bu gün, 12:10
Yaxın vaxtlarda Talış və Soquvuşana 500-ə yaxın ailə köçürüləcək - MÜJDƏ
Bu gün, 12:09
Arutyunyandan 200 milyonluq fırıldaq – Paşinyan QƏRAR VERƏCƏK
Bu gün, 11:59
Ermənistanla Azərbaycan arasında hansı razılıqlar var? - AÇIQLAMA
Bu gün, 11:56
Füzuli Hava Limanına beynəlxalq status verilib
Bu gün, 11:55
"Budoyanı və qrupunu Cəbrayılda qısa müddətdə məhv etdilər" - Gevorqyan
Bu gün, 11:53
“Müharibə dövründə Tərtərə 21 "Smerç" raketi atılıb” - İcra başçısı
Bu gün, 11:51
Niyə məşhurlar cəmiyyətə normal övlad bəxş edə bilmirlər? - Cinayətkar balalar...
Bu gün, 11:50
Azərbaycan və Ermənistanın XİN rəhbərlərinin görüşünün nəticələri - Kreml nə etmək istəyir?
Bu gün, 11:38
İcra başçısının Vətən müharibəsi barədə kobud səhv edən direktor arvadı İŞDƏN ÇIXARILDI
Bu gün, 11:36
Ermənistanda koronavirusdan gəbərənlərin sayı 5 754-ə çatıb
Bu gün, 11:32
“Saakaşvili azadlığa çıxması üçün ən azı 6 il həbsdə yatmalıdır...”
Bu gün, 11:27
Fəallığı artıran ERMƏNİ TERRORÇULARI: - "Cənablar, biz buna da hazır olmalıyıq"
Bu gün, 11:21
Tovuzda şəhidlərlə bağlı xoşagəlməz ifadələr işlədən şəxs həbs olunub - CƏZASI SƏRT OLMALIDIR!
Bu gün, 11:17
"Erməniləri Qafqaza xristian buferi yaratmaq üçün köçürdülər" - Danielyandan etiraf
Bu gün, 11:16
Deputatdan İrana MESAJ: - “İran nəticə çıxarmalıdır”
Bu gün, 11:12
“Atamın Cıdır düzündə adını yazdığı daşı ziyarətə gedəcəyik...”
Bu gün, 11:09
Hökuməti tənqid edən iranlı jurnalistə hücum olundu
Bu gün, 11:01
Rus Pravoslav Kilsəsi Ermənistan ərazisində yeparxiya qurdu - Yepiskop "İrəvan və Erməni" titulu daşıyacaq
Bu gün, 10:57
Qarabağdan atəş səsləri tək revanşistlərin işi deyil... - Rusiyanın kölgəsi görünür
Bu gün, 10:55
Gürcüstanda daha 5 076 nəfər COVID-19-a yoluxub, 44 nəfər ölüb
Bu gün, 10:54
“Terrorçuların təxribatları onu göstərir ki, sülh prosesi asan olmayacaq” - FAKT BUDUR!
Bu gün, 10:44
Erməni separatçıları əndazəni aşdı - antiterror əməliyyatları şərt oldu
Bu gün, 10:41
Yaponiya-Rusiya münasibətləri: - Gərginlik durmadan artır
Bu gün, 10:38
Qərb Saakaşvilini həbsxanada çürüdəcəkmi? - GƏLİŞMƏ
Bu gün, 10:36
SOCAR Mübariz Mənsimovun Türkiyədəki əmlakına həbs qoydurub - TƏFƏRRÜAT
Bu gün, 10:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru