Bakıda 3 kişi qadına zor tətbiq edib .....                     Şeyxin qudası “at oynadır” .....                     Arabir yağış yağacağı gözlənilir .....                     Rusiya MN-nin paylaşdığı yeni xəritə nəyə işarədir? .....                     ORTA TƏHSİLİN DİREKTOR PROBLEMİ .....                     Həbs edilən nazir "prava"nı pulla satırmış .....                     İki həftəlik komandanın yaratdığı suallar: .....                     "Bu hüquqi konvensiya olmasaydı, korrupsiyaya yol verən şəxslər çox rahat şəkildə .....                     Dərs saatlarının 80 dəqiqəlik olması absurd təklifdir .....                     Nikol Paşinyan protokol şöbəsinin rəisini vəzifəsindən azad edib .....                     Rusiya sülhməramlıların yeni rəhbərini niyə dəyişdi?: .....                     Həmsədrlər Bakıya təzyiq edə bilərmi... .....                     Səyyad Əlizadənin vəziyyətində yaxşılaşma müşahidə edilir .....                     Teatrların açılmasının əleyhinə olan Afaq Bəşirıqızından ilginc açıqlama: .....                     "Şovinist İran-fars ideologiyası Azərbaycan müstəqillik əldə etdikdən sonra... .....                     “Azərbaycanda gündə 7 min qazanırdı, Almaniyada yataqxanada qalır“ .....                     "Onda Ədliyyə Nazirliyi, Məhkəmə-Hüquq Şurası, bütövlükdə məhkəmə hüquq sisteminə nə ehtiyac var?" .....                     Azərbaycanlı "qanuni oğru" saxlanıldı .....                     "Ölkəmiz üçün bundan böyük reklam ola bilməz" .....                     Paşinyanın BMT-də söylədiyi yalanlar .....                     "Anam sağ olanda deyirdi ki, getmə ziyarətə, təhlükəlidir" .....                     Ermənistanda koronavirusdan gəbərənlərin sayı 5 239-a çatıb .....                     Vəfat etməsi xəbəri yayılan şəhid atası: .....                     Ağır xəstəliyə tutulan azərbaycanlı müğənni: .....                     Qarabağdakı Rusiya sülhməramlı kontingentinə yeni komandan TƏYİN EDİLDİ .....                     Rusiya sülhməramlılarından 10 ay sonra böyük və ciddi ADDIM: Xəritəni tamamilə dəyişdilər .....                     Dini təhsil almaq istəyənlər ölkədən kənara üz tutur... .....                     BU NƏDİ BELƏ: Ermənilər Xocalı ərazisində dağ-mədən müəssisəsi tikməyə başladı... .....                     Gürcüstanda COVID-19-a yoluxanların sayı 605 mini keçib .....                     Türkiyənin şübhəli dairələrinin AZƏRBAYCAN BANKÇILIĞI... .....                     Avropa Məhkəməsi evi sökülən vətəndaşlara görə hökuməti cərimələdi .....                     BMT-də çıxış edən yeganə kapitulyator: .....                     Turistlərin ayağı Azərbaycandan niyə kəsilib? .....                     Sumqayıtda iki azyaşlı uşağın oğurlanması iddiası yalandır .....                     İran Azərbaycanla bağlı nələri başa düşməlidir? .....                     Azərbaycanda xəstəxanaya yeni baş həkim TƏYİN EDİLDİ .....                     “Şoyqunun “Ermənistana silah tədarükü başlandı” sözlərinin ünvanı Azərbaycan idi” .....                     Status CƏHƏNNƏMƏ GEDİB: Bəs nazirlər NƏDƏN DANIŞIB? .....                     “Cinsi azlıqlarla bağlı məsələni qaldıranların məqsədi...” .....                     "Ramiz Mehdiyev tənqidçilərini hədələməkdənsə, rəhbəri olduğu Elmlər Akademiyasının işini gücləndirsin" .....                 

Şəhid ailələri Hərbi Prokurorluğun qarşısında: "Bizi aldadıblar" - ETİRAZ
Tarix: 26-07-2021, 17:23 | Çap et
Şəhid ailələri Hərbi Prokurorluğun qarşısında: "Bizi aldadıblar"
Bu gün 44 günlük Vətən müharibəsində Murov istiqamətində şəhid olmuş və itkin düşmüş şəxslərin ailələri Azərbaycan Respublikasının Hərbi Prokurorluğun qarşısında aksiya keçirib.

Yenicag.az xəbər verir ki, hadisə yerinə polis cəlb edilib, daha sonra etiraz edən şəxsləri Hərbi Prokurorluqda məsul şəxs qəbul edib.

Prokurorluqdakı görüşdən sonra şəhid ailələri problemləri ilə bağlı açıqlamalar veriblər.

Şəhid mayor Rahib Babayevin həyat yoldaşı Aygün Babayeva onların hərbi hissə və Müdafiə Nazirliyi tərəfindən aldadıldığını deyib:

“Yoldaşım 20 ilə yaxın vətənə qüsursuz xidmət edib. Yoldaşımın Murovdağ Kəlbəcər istiqamətində Canavar postunun alınmasında şəxsi şücaəti olub. Bu araşdırmalarda da öz əksini tapıb.

Biz gözləyirdik ki, 26 iyunda İlkin, Vüsal və Rahibin adı gedib, onlara medal veriləcək. Ancaq məlum oldu ki, hərbi hissə bizi aldadıb. Yoldaşımın xidmət etdiyi N saylı hərbi hissədən deyirdilər ki, yoldaşınıza Vətən Müharibəsi qəhrəmanı adını göndərmişik. İndi isə açıq şəkildə deyirlər ki, göndərməmişik, sizə yalan danışmışıq. Nizami Məmmədov, Taleh Şamilov bizə yalan danışıblar”.

Mayor Rzayev İlkinin qardaşı bildirir ki, o, N saylı hərbi hissənin döyüş hazırlığının rəisi olub. Şəhidin qarşdaşının sözlərinə görə, onları 9 ay ərzində aldadıblar:

“Mayor Nizami Məmmədov, polkovnik Taleh Şamilov bizi aldatdılar ki, İlkin Rzayevin, Vüsal Vəliyevin , Rahib Babayevin adı Vətən müharibəsi qəhrəmanı adına təqdim olunub. Təmkinlə, səbrlə gözlədik. Daha sonra məlum oldu ki, onların adları siyahıdan silinib. Qardaşım 20 il cəbhədə xidmət edib. Atam qazi idi, əmim qazidir. Vətən üçün bundan artıq nə etməliyik? Biz belə başa düşürük ki, bizim səsimizi prezident İlham Əliyevə çatdırmırlar”.

Murovdağ istiqamətindəki korpus komandiri general-mayor Xəqani Cəbrayılovun döyüşlər başlayandan bir neçə gün sonra vəzifəsindən azad olundu. Daha sonra həmin korpusa Azər Əliyev, Nizam Osmanov və Ənvər Əfəndiyev rəhbərlik etdi. Şikayətçilər bildirir ki, komandirlərin səriştəsizliyi orada döyüşən əsgər və zabitlərə qarşı ögey münasibət yaradıb. Şəhid mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu bildirir ki, korpus komandirlərinin səriştəsizliyinin cəzasını canını fəda edən şəxslər çəkib, indi də ailələri çəkməkdədir:

“Qardaşım həmlə taborunun komandiri olub. Ən çətin yüksəkliklərin azaz edilməsində iştirak ediblər. Qəhrəmanlıq göstəriblər. Bunu həmin hərbi hissənin komandiri də deyib. Lazım olsa səs yazısı ilə bunu sübut edə bilərik. Bizdə olan məlumata görə, İlkin, Rahib və Vüsalın Vətən müharibəsi qəhrəmanı adına göndərilən təqdimatını şəxsən yaxın günlərdə Quru Qoşunları komandanı təyin edilən Ənvər Əfəndiyev dayandırıb. Əgər orada uğursuzluq olubsa, niyə görə həmin vaxt korpus komandiri olan Azər Əliyev yüksək vəzifəyə – Əməliyyat Baş İdarəsinin rəisi təyin edilirdi?

Bizə özləri etiraf ediblər ki, orden və medalların üstündən Ənvər Əfəndiyev xətt çəkib.

Bizim şəhidlərin dəyəri bilinmir. Murov, Kəlbəcər istiqamətində döyüşənlərə qarşı ögey münasibət var. Bizim ailələrimizə də laqeydlik var. Bizi bir çox idarədə qəbul etmirlər. Mətbuat gələndən sonra bizi qəbul edirlər. Şəxsi heyət baş idarəsində bir general bizə dedi ki, Həzi Aslanov 70 il sonra orden alıb, niyə tələsirsiniz? Bizi ələ salırlar. Niyə görə Abdulla Qurbani, Vaqif Dərgahlı, Günay xanıma medal verilir, halbuki həmin şəxslər döyüşdə olmayıb, ancaq bizim son damla qanına qədər döyüşən qardaşlarımıza medal vermirlər?

Qardaşımın nəşini Şuşadan gətirdilər. Dedilər, qardaşın 9 noyabrda Şuşada şəhid olub. Digərlərinin nəşini Murovdan gətiriblər. Qardaşlarımızın nəşi 2 aydan çox vəhşi heyvanların qarşısında qalıb. Azər Əliyev, Ənvər Əfəndiyev onların nəşini ortada qoymamalı idi. Bu gün həmin şəxslər mükafatlandırıldılar. Ənvər Əfəndiyev, Azər Əliyev yüksək vəzifədə qalacaqlarsa, qapımızı döyüb bizdən əsgər istəməsinlər. Qardaşlarımızı güdaza verənlərə əsgər əmanət edə bilmərəm.

Müdafiə naziri Zakir Həsənovdan soruşuram, niyə görə, barəsində cinayət məcəlləsinin 342.2 maddəsi ilə cinayət işi açılmış Azər Əliyevi yüksək posta təqdim edib?

Murov hadisələrinə görə cinayət işi açılıb. Azər Əliyevlə Xəqani Cəbrayılovun adları həmin cinayət işində keçir. Ancaq bu gün həmin şəxslər yüksək posta təqdim olunur. Həmin vaxt döyüş meydanından yaralıları qoyub qaçıblar. O döyüşlərdən sağ çıxanların ifadələri var. Hərbi Prokurorluğa sorğu göndərib bunlarla tanış ola bilərlər. 9 aydır cinayət işi açılıb, ancaq heç bir nəticə yoxdur. Sadəcə olaraq bizim başımızı aldadırlar”.

Həsənov Elnur Paşa oğlu şəhid mayor Həsənov Elşadın qardaşıdır. O bildirir ki, onlar cəzalandırılmalıdır:

“Bizi aldadıblar. Qardaşımgil ac-susuz döyüşüb. İndi etiraf edirlər ki, o vaxt şəhid ailələri ilə yumuşaq davranmağı tapşırmışdılar. İndi bizi insan yerinə qoymurlar. Şahidlərin danışdıqları var. İndi hara müraciət edirik, bizə cavabları belə olur: “Özünüz orada olub, görmüsünüz?” Bu, şəhid ailələrinin hissləri ilə oynamaqdır”.

Şəhid atası Şirəliyev İmran deyir ki, biz şəhid ailələrinə qarşı ancaq laqeydlik görürük:

“Əlimizə bir vəsiqə veriblər. Vallah-billah o vəsiqəyə baxanda adama gülürlər. Yalandan çxıb şəhid ailələrinə dəyər verdiklərini deyirlər, ancaq heç bir dəyər görmürük”.

Şəhid ailələri daha sonra Müdafiə Nazirliyinə gedib, nazir Zakir Həsənovla görüş tələb edəcəklər…

Səxavət Məmməd

www.yenicag.az





 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda 3 kişi qadına zor tətbiq edib
Dünən, 13:01
Şeyxin qudası “at oynadır” - NARAZILIQ!
Dünən, 13:00
Arabir yağış yağacağı gözlənilir - Belə deyirlər...
Dünən, 12:54
Rusiya MN-nin paylaşdığı yeni xəritə nəyə işarədir? - “Delimitasiya zamanı bu ərazilər də Azərbaycana VERİLƏCƏK”
Dünən, 12:40
ORTA TƏHSİLİN DİREKTOR PROBLEMİ – Yenə də tapşırıq, tanışlıq və rüşvət...
Dünən, 12:37
Həbs edilən nazir "prava"nı pulla satırmış - TƏFƏRRÜAT
Dünən, 12:34
İki həftəlik komandanın yaratdığı suallar: - Kosobokov niyə gəlmişdi?
Dünən, 12:29
"Bu hüquqi konvensiya olmasaydı, korrupsiyaya yol verən şəxslər çox rahat şəkildə öz əmlaklarını gizlətməyə yer tapardı"
Dünən, 12:27
Dərs saatlarının 80 dəqiqəlik olması absurd təklifdir - ETİRAZ
Dünən, 12:19
Nikol Paşinyan protokol şöbəsinin rəisini vəzifəsindən azad edib
Dünən, 12:17
Rusiya sülhməramlıların yeni rəhbərini niyə dəyişdi?: - Bakının tələbi yoxsa gizli saziş?
Dünən, 12:15
Həmsədrlər Bakıya təzyiq edə bilərmi... - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:13
Səyyad Əlizadənin vəziyyətində yaxşılaşma müşahidə edilir
Dünən, 12:02
Teatrların açılmasının əleyhinə olan Afaq Bəşirıqızından ilginc açıqlama: - “Hər şeyə Operativ Qərargah cavabdehdir”
Dünən, 11:59
"Şovinist İran-fars ideologiyası Azərbaycan müstəqillik əldə etdikdən sonra... DAHA DA AQRESİVLƏŞİB"
Dünən, 11:51
“Azərbaycanda gündə 7 min qazanırdı, Almaniyada yataqxanada qalır“ - “O naşükür Bakıya gətirilməlidir!“
Dünən, 11:48
"Onda Ədliyyə Nazirliyi, Məhkəmə-Hüquq Şurası, bütövlükdə məhkəmə hüquq sisteminə nə ehtiyac var?" - NARAZILIQ!
Dünən, 11:42
Azərbaycanlı "qanuni oğru" saxlanıldı - Cibgirlik edirmiş
Dünən, 11:39
"Ölkəmiz üçün bundan böyük reklam ola bilməz" - deputat
Dünən, 11:34
Paşinyanın BMT-də söylədiyi yalanlar - TƏHLİL
Dünən, 11:31
"Anam sağ olanda deyirdi ki, getmə ziyarətə, təhlükəlidir"
Dünən, 11:28
Ermənistanda koronavirusdan gəbərənlərin sayı 5 239-a çatıb
Dünən, 11:25
Vəfat etməsi xəbəri yayılan şəhid atası: - "Bizi incitməyin"
Dünən, 11:23
Ağır xəstəliyə tutulan azərbaycanlı müğənni: - "Qızıma görə narahatam"
Dünən, 11:20
Qarabağdakı Rusiya sülhməramlı kontingentinə yeni komandan TƏYİN EDİLDİ - Kosobokov ÇOX QALMADI...
Dünən, 11:18
Rusiya sülhməramlılarından 10 ay sonra böyük və ciddi ADDIM: Xəritəni tamamilə dəyişdilər - FOTOFAKT
Dünən, 11:02
Dini təhsil almaq istəyənlər ölkədən kənara üz tutur... - Təhlükəli tendensiyanın qarşısı necə alına bilər?
Dünən, 10:58
BU NƏDİ BELƏ: Ermənilər Xocalı ərazisində dağ-mədən müəssisəsi tikməyə başladı... - BAXACAĞIQ?
Dünən, 10:47
Gürcüstanda COVID-19-a yoluxanların sayı 605 mini keçib
Dünən, 10:43
Türkiyənin şübhəli dairələrinin AZƏRBAYCAN BANKÇILIĞI... - İTTİHAM
Dünən, 10:42
Avropa Məhkəməsi evi sökülən vətəndaşlara görə hökuməti cərimələdi
Dünən, 10:39
BMT-də çıxış edən yeganə kapitulyator: - Paşinyanın fikirləri narazılıq yaratdı
Dünən, 10:35
Turistlərin ayağı Azərbaycandan niyə kəsilib? - “AZAL“ deyilən bir şirkət var...“
Dünən, 10:31
Sumqayıtda iki azyaşlı uşağın oğurlanması iddiası yalandır - DİN
Dünən, 10:24
İran Azərbaycanla bağlı nələri başa düşməlidir? - TƏHLİL
Dünən, 10:21
Azərbaycanda xəstəxanaya yeni baş həkim TƏYİN EDİLDİ - FOTO
Dünən, 10:18
“Şoyqunun “Ermənistana silah tədarükü başlandı” sözlərinin ünvanı Azərbaycan idi” - GƏLİŞMƏ
Dünən, 10:14
Status CƏHƏNNƏMƏ GEDİB: Bəs nazirlər NƏDƏN DANIŞIB? - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:11
“Cinsi azlıqlarla bağlı məsələni qaldıranların məqsədi...” - Partiya sədri
Dünən, 10:02
"Ramiz Mehdiyev tənqidçilərini hədələməkdənsə, rəhbəri olduğu Elmlər Akademiyasının işini gücləndirsin" - Adil Əliyevdən ÇAĞIRIŞ
Dünən, 10:00
Hacıqabul sakinindən "patı" aşkarlandı
Dünən, 09:58
Qafqazın siyasi arxitekturasını dəyişən möhtəşəm gün - Ordumuzun 44 günə pozduğu planlar...
Dünən, 09:57
ATƏT Azərbaycan və Ermənistan XİN başçılarının görüşünü alqışlayıb - Minsk Qrupu XORTDAYIR AXI...
Dünən, 09:54
Şəhidimizi silahsız çıxardıq ki, ermənilər vahiməyə düşsünlər - Azərbaycanlı kəşfiyyatçı
Dünən, 09:53
Slavyan Universitetində 226 minlik yeyinti iddiası: - 'Dedi ki, pullar rektora çatır...'
Dünən, 09:50
Əməkdar artist koronavirusa yoluxdu
Dünən, 09:47
"Brent" neftinin qiyməti 2018-ci ilin oktyabrından ilk dəfə 78 dolları ötüb
Dünən, 09:45
Laçın dəhlizindən bu müddətdə 65 min maşın və 230 min adam keçdi... - Rusiya MN
Dünən, 09:43
“Bizim Azərbaycanda nə işimiz var” deyən Kılıçdaroğlu Bəşər Əsədlə görüşə gedir - ŞƏRƏFSİZLİK!
Dünən, 09:42
"Teatrların açılması xəbəri ad günümə ən böyük hədiyyə oldu"
Dünən, 09:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru