Bakıda 3 kişi qadına zor tətbiq edib .....                     Şeyxin qudası “at oynadır” .....                     Arabir yağış yağacağı gözlənilir .....                     Rusiya MN-nin paylaşdığı yeni xəritə nəyə işarədir? .....                     ORTA TƏHSİLİN DİREKTOR PROBLEMİ .....                     Həbs edilən nazir "prava"nı pulla satırmış .....                     İki həftəlik komandanın yaratdığı suallar: .....                     "Bu hüquqi konvensiya olmasaydı, korrupsiyaya yol verən şəxslər çox rahat şəkildə .....                     Dərs saatlarının 80 dəqiqəlik olması absurd təklifdir .....                     Nikol Paşinyan protokol şöbəsinin rəisini vəzifəsindən azad edib .....                     Rusiya sülhməramlıların yeni rəhbərini niyə dəyişdi?: .....                     Həmsədrlər Bakıya təzyiq edə bilərmi... .....                     Səyyad Əlizadənin vəziyyətində yaxşılaşma müşahidə edilir .....                     Teatrların açılmasının əleyhinə olan Afaq Bəşirıqızından ilginc açıqlama: .....                     "Şovinist İran-fars ideologiyası Azərbaycan müstəqillik əldə etdikdən sonra... .....                     “Azərbaycanda gündə 7 min qazanırdı, Almaniyada yataqxanada qalır“ .....                     "Onda Ədliyyə Nazirliyi, Məhkəmə-Hüquq Şurası, bütövlükdə məhkəmə hüquq sisteminə nə ehtiyac var?" .....                     Azərbaycanlı "qanuni oğru" saxlanıldı .....                     "Ölkəmiz üçün bundan böyük reklam ola bilməz" .....                     Paşinyanın BMT-də söylədiyi yalanlar .....                     "Anam sağ olanda deyirdi ki, getmə ziyarətə, təhlükəlidir" .....                     Ermənistanda koronavirusdan gəbərənlərin sayı 5 239-a çatıb .....                     Vəfat etməsi xəbəri yayılan şəhid atası: .....                     Ağır xəstəliyə tutulan azərbaycanlı müğənni: .....                     Qarabağdakı Rusiya sülhməramlı kontingentinə yeni komandan TƏYİN EDİLDİ .....                     Rusiya sülhməramlılarından 10 ay sonra böyük və ciddi ADDIM: Xəritəni tamamilə dəyişdilər .....                     Dini təhsil almaq istəyənlər ölkədən kənara üz tutur... .....                     BU NƏDİ BELƏ: Ermənilər Xocalı ərazisində dağ-mədən müəssisəsi tikməyə başladı... .....                     Gürcüstanda COVID-19-a yoluxanların sayı 605 mini keçib .....                     Türkiyənin şübhəli dairələrinin AZƏRBAYCAN BANKÇILIĞI... .....                     Avropa Məhkəməsi evi sökülən vətəndaşlara görə hökuməti cərimələdi .....                     BMT-də çıxış edən yeganə kapitulyator: .....                     Turistlərin ayağı Azərbaycandan niyə kəsilib? .....                     Sumqayıtda iki azyaşlı uşağın oğurlanması iddiası yalandır .....                     İran Azərbaycanla bağlı nələri başa düşməlidir? .....                     Azərbaycanda xəstəxanaya yeni baş həkim TƏYİN EDİLDİ .....                     “Şoyqunun “Ermənistana silah tədarükü başlandı” sözlərinin ünvanı Azərbaycan idi” .....                     Status CƏHƏNNƏMƏ GEDİB: Bəs nazirlər NƏDƏN DANIŞIB? .....                     “Cinsi azlıqlarla bağlı məsələni qaldıranların məqsədi...” .....                     "Ramiz Mehdiyev tənqidçilərini hədələməkdənsə, rəhbəri olduğu Elmlər Akademiyasının işini gücləndirsin" .....                 

İrandan Azərbaycana uzanan narkotrafik - Molla rejimi bizi BELƏ ZƏHƏRLƏYİR
Tarix: 23-07-2021, 11:02 | Çap et
İrandan Azərbaycana uzanan narkotrafik
Narkotik ticarəti dünyanın ən gəlirli sahələrindən biridir. Bu, qədimdə də belə olub, indi də belədir. Buna Çinlə İngiltərə arasında 1839-1842, 1856-1860-cı illərdə baş vermiş Tiryək müharibələri də bariz nümunədir. Yəni narkotik ticarəti iri dünya dövlətləri arasında müharibələrə səbəb olacaq qədər mühümdür və taleyin ixtiyarına buraxıla bilməz. Eləcə də toplumları, xüsusən də toplumun aşağı, idarəçilik strukturlarına girə bilməyəcək, yaxud elitaya çevrilə bilməyəcək təbəqələrini idarə etmək, onları narkotik vasitəsilə “yox etmək”, cəmiyyəti “sosial filtrdən keçirmək”, eləcə də “səssiz-səmirsiz genosid” üçün məharətlə istifadə olunan üsuldur.

Ümumiyyətlə, bu maddənin tətbiqi dövlətin ordunu qorxubilməz, sona qədər döyüşə bilən qüvvəyə çevirmək vasitəsi kimi də icad olunub.

(Əvvəli ötən sayımızda)

Sözsüz ki, “ağ ölüm” ticarətinin hal-hazırda rekord vurmasında “qeyri-islam” ölkəsi, bölgəmizdə narkotik alverinin “xaç atası” İranın rolu “danılmazdır”. İlk öncə ona görə ki, İran narkotik trafikinin üstündə və bizlə sərhəddə yerləşir. Əfqanıstanda vəziyyətin gərginləşməsi, stabilliyin pozulması da onunla sərhəd olan İranın Avropa ölkələrinə, Rusiyaya və Afrikaya narkotik vasitə tədarükündə daha da əl-qol açmasına rəvac verəcək. Bəs, narkotik maddələr İrandan Azərbaycana hansı yollarla daşınır?

Öncə onu qeyd edə bilərik ki, İrandan Azərbaycana gələn 5 marşrut xətti var:

1. İran – Azərbaycan;

2. Dağlıq Qarabağ – İran – Azərbaycan;

3. İran – Azərbaycan – Rusiya – Yaponiya;

4. İran – Azərbaycan – Gürcüstan – Avropa;

5. İran – Azərbaycan – Rusiya – Ukrayna

Sözsüz ki, Azərbaycan ərazisindən daşınan psixoaktiv maddələrin bir hissəsi Azərbaycanda və digər tranzit ölkələrində satılır. Görülən tədbirlərə rəğmən, bu bədnam ticarətin qarşısının alına bilməməsi, effektivliyin olmaması “içəridən sızmalar” barədə şübhələri ağla gətirir.

Yeri gəlmişkən, bu günlərdə hüquq-mühafizə orqanları tərəfindən vətəndaşlara narkomaniyaya qarşı birgə mübarizə aparmaq çağırışları edildi. Bununla elə mənzərə yaranır ki, sanki DİN əməkdaşlarının ölkə içində satışa çıxarılan narkotik istehsalı nöqtələrindən xəbəri yoxdur. Görünür, bu gün sadəcə “kiçik balıqları” ovlamaq məqbul hesab olunur. Hansı ki, bu ov da sadəcə görüntü xarakterlidir. Belə ki, həbs olunan narkotacirlər TV ekranlarına çıxarılıb nümayiş etdirilməklə, sanki, ölkədə narkotik alverinə qarşı mübarizə aparıldığı görüntüsü yaranır. Bu, həm də ilkin istehsal mənbəyini qurutmadan, çökdürmədən, nəticələrlə aparılan mübarizə xəstəliyi yaradan virusun kökünü kəsmədən simptomları aradan qaldırmağa bənzəyir. Çünki iri narkotik şəbəkəsində bu cür alverçilər yalnız simptomlardır. Əlbəttə, belə mübarizə də effektiv olmayacaq…

Digər tərəfdən, DİN ictimaiyyətə ünvanlanmış açıq müraciət edirsə, bu o anlama gəlir ki, ölkə içindəki narkoistehsal məntəqələrini himayə edən “iribuynuzlular”a gücü çatmır. Bu nədən qaynaqlana bilər? Belə anlaşılmırmı ki, həmin “iribuynuzlular”ı dövlət içindən himayə edən İran agentləri mövcuddur. Hansı ki, narkotacirlərin polis tərəfindən həbs olunduqdan sonra prokurorluq orqanları tərəfindən müxtəlif üsullarla azadlığa buraxılması haqda iddialar da bunu deməyə əsas verir. Necə deyərlər, “xain içəridən olanda qapı qıfıl tutmaz”.

Fikrimizcə, burada DTX-nın hərəkətə keçməsi mütləqdir və heç bir “himayəçi dairə”yə qarşı güzəşt olunmamalıdır. Çünki bu gedişlə qısa vaxtdan sonra dövlətimizin axırına çıxmağı hədəfinə qoymuş İran məqsədinə çata bilər.

Burada İranın dünya narkotik bəlasının çiçəklənməsində çox böyük “töhfələri”nə toxunmalıyıq. Marşrutlardan gördüyümüz kimi, 2-ci yol Dağlıq Qarabağdan keçir. Buradan İranın niyə Azərbaycanın Qarabağı işğaldan azad etməsinə qarşı çxdığı bəlli olur. Söhbət ondan gedir ki, Qarabağın İranın narkotrafikinin bir məntəqəsi olması olayı bitirildikdən və Zəngəzur dəhlizinin açılması gündəmə gəldikdən sonra, Tehranın bazarı qismən bağlanır. Molla rejimi bu vəziyyətdən çıxış yolunu isə Azərbaycanın gənc, əli silah tutan əhalisinin narkotik bataqlığına yuvarlanmasında görür.

Əsəgrlərimiz İranla həmsərhəd olan rayonları azad etdiyi zaman Arazın o tayından güneyli soydaşlarımızın ucalan səsləri anti-türk fars-şuubi hakimiyyətinə “tərs şillə” təsiri bağışlayıb. Bu səbəbdən, onu gözləyən parçalanma taleyini qabaqlamaq fikirnə düşüb. Yuxarıda da dediyimiz kimi, İran “mollandiyası”sının Azərbaycan içindəki “həvariləri”nin gəncliyimizə uzanan murdar əlləri güc strukturları, xüsusən də DTX tərəfindən amansızlıqla kəsilməlidir. İran cinayət şəbəkəsinin dövlət içindəki himayədarlarının kimliyi ifşa edilməli, onlar dövlət təhlükəsizliyinə təhdid kimi cəzalandırılmalıdır. Çünki İranın gəncliyimizin qəsdinə durması, onları fiziki genosidə uğratması birbaşa ölkəmizin gələcək perspektivdə güclənməsinin, coğrafi baxımdan böyümə və Güney Azərbaycanla birləşmək ehtimalının qarşısını “beşikdə boğmağa” hesablanıb.

Gələk İran və narkotik məsələsinə. Adını “islam ölkəsi” qoymuş İranda 18-ci və 19-cu əsrin əvvəllərində tiryək əsasən daxili istehlak üçün istehsal olunurdu. Uzaq Şərq bazarının 1800-cü illərin sonlarında genişlənməsi İranda tiryək becərilməsinin artmasına təkan verdi. Nəticədə, tiryək İranın ən böyük ixracatı oldu, daxili istehlak da artdı. Tiryək istifadəsinə nəzarət edən ilk qanun 1911-ci ildə qəbul edildi. On ildən sonra hökumət tiryək istifadəçilərinə “doza” kuponları verdi və tiryək ixracatına rüsumlar qoydu. 1920-ci illərin sonlarına qədər tiryək İranın ümumi ixrac gəlirlərinin dörddə birini təşkil edirdi.

İran cənub-qərbi Asiyada lövbər salmış mürəkkəb transmilli narkotədarük zəncirinin əsas həlqəsidir. “Qızıl Aypara” kimi tanınan istehsal və göndəriş zonası Əfqanıstan, İran və Pakistanın aşılmaz dağ keçidlərini əhatə edir. “Qızıl Aypara”nın mərkəzində dünya heroininin 92 %-nin mənbəyi olan Əfqanıstan durur.

Əfqanıstandan gələn heroin qaçaqmalçılığı üçün əsasən iki yoldan istifadə olunur. Avropanın cənub-şərqindən keçən “Balkan Yolu” Qərbi Avropa üçün əsas tədarük xəttidir. Orta Asiyadan keçən “İpək Yolu” heroini Rusiya, Baltikyanı ölkələr, Polşa, Ukrayna, Çex Respublikası və Avropanın digər bölgələrinə verir. Son illərdə “İpək Yolu” aktivləşsə də, əfqan tiryəklərinin “aslan payı” İran üzərindən Balkan yolu ilə yanaşı, cənub istiqamətində - Fars körfəzinə keçməyə davam edir. BMT narkotik və kriminala nəzarət ofisinin verdiyi məlumatlara görə, Əfqanıstandan gələn heroin və morfinin 60% -i İran üzərindən xarici bazara, əsasən Avropaya doğru hərəkət edir. Narkoşəbəkə Avropa bazarına çıxmaq üçün İrandan keçərək, yalnız iki sərhədi qət etdiyi üçün İran marşrutu cəlbedicidir.

İranın Əfqanıstanla 936 kilometrlik və Pakistanla 909 kilometrlik şərq sərhədləri qaçaqmalçılıqla gətirilən narkopartiyalar üçün geniş giriş nöqtəsidir. Narkopartiyalar 3 əsas tədarük xətti-Şimali (Xorasan), Cənubi (Sistan və Bəluçistan) və Hürmuzqan ilə İrana və ardınca xaricə daşınır. Şimal və cənub xətti ənənəvi Balkan cinahına bağlıdır. Hürmüzqan isə Bəndər-Abbasa yönəlib, Dubayla hava və dəniz rabitəsi ilə Əfqanıstanın narkotik laboratoriyaları məhsulları Avropa ilə Fars körfəzinə çatdırılmaq üçün Bəndər-Abbasa axır. Beləliklə, İranın narkotik tranziti ilə çox uzunmüddətli stajı var və onu “islam ölkəsi”, hətta “islam ümmətinin rəhbəri” kimi görmək ən azı sadəlövhlükdür.
//hurriyyet.az//





 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda 3 kişi qadına zor tətbiq edib
Dünən, 13:01
Şeyxin qudası “at oynadır” - NARAZILIQ!
Dünən, 13:00
Arabir yağış yağacağı gözlənilir - Belə deyirlər...
Dünən, 12:54
Rusiya MN-nin paylaşdığı yeni xəritə nəyə işarədir? - “Delimitasiya zamanı bu ərazilər də Azərbaycana VERİLƏCƏK”
Dünən, 12:40
ORTA TƏHSİLİN DİREKTOR PROBLEMİ – Yenə də tapşırıq, tanışlıq və rüşvət...
Dünən, 12:37
Həbs edilən nazir "prava"nı pulla satırmış - TƏFƏRRÜAT
Dünən, 12:34
İki həftəlik komandanın yaratdığı suallar: - Kosobokov niyə gəlmişdi?
Dünən, 12:29
"Bu hüquqi konvensiya olmasaydı, korrupsiyaya yol verən şəxslər çox rahat şəkildə öz əmlaklarını gizlətməyə yer tapardı"
Dünən, 12:27
Dərs saatlarının 80 dəqiqəlik olması absurd təklifdir - ETİRAZ
Dünən, 12:19
Nikol Paşinyan protokol şöbəsinin rəisini vəzifəsindən azad edib
Dünən, 12:17
Rusiya sülhməramlıların yeni rəhbərini niyə dəyişdi?: - Bakının tələbi yoxsa gizli saziş?
Dünən, 12:15
Həmsədrlər Bakıya təzyiq edə bilərmi... - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:13
Səyyad Əlizadənin vəziyyətində yaxşılaşma müşahidə edilir
Dünən, 12:02
Teatrların açılmasının əleyhinə olan Afaq Bəşirıqızından ilginc açıqlama: - “Hər şeyə Operativ Qərargah cavabdehdir”
Dünən, 11:59
"Şovinist İran-fars ideologiyası Azərbaycan müstəqillik əldə etdikdən sonra... DAHA DA AQRESİVLƏŞİB"
Dünən, 11:51
“Azərbaycanda gündə 7 min qazanırdı, Almaniyada yataqxanada qalır“ - “O naşükür Bakıya gətirilməlidir!“
Dünən, 11:48
"Onda Ədliyyə Nazirliyi, Məhkəmə-Hüquq Şurası, bütövlükdə məhkəmə hüquq sisteminə nə ehtiyac var?" - NARAZILIQ!
Dünən, 11:42
Azərbaycanlı "qanuni oğru" saxlanıldı - Cibgirlik edirmiş
Dünən, 11:39
"Ölkəmiz üçün bundan böyük reklam ola bilməz" - deputat
Dünən, 11:34
Paşinyanın BMT-də söylədiyi yalanlar - TƏHLİL
Dünən, 11:31
"Anam sağ olanda deyirdi ki, getmə ziyarətə, təhlükəlidir"
Dünən, 11:28
Ermənistanda koronavirusdan gəbərənlərin sayı 5 239-a çatıb
Dünən, 11:25
Vəfat etməsi xəbəri yayılan şəhid atası: - "Bizi incitməyin"
Dünən, 11:23
Ağır xəstəliyə tutulan azərbaycanlı müğənni: - "Qızıma görə narahatam"
Dünən, 11:20
Qarabağdakı Rusiya sülhməramlı kontingentinə yeni komandan TƏYİN EDİLDİ - Kosobokov ÇOX QALMADI...
Dünən, 11:18
Rusiya sülhməramlılarından 10 ay sonra böyük və ciddi ADDIM: Xəritəni tamamilə dəyişdilər - FOTOFAKT
Dünən, 11:02
Dini təhsil almaq istəyənlər ölkədən kənara üz tutur... - Təhlükəli tendensiyanın qarşısı necə alına bilər?
Dünən, 10:58
BU NƏDİ BELƏ: Ermənilər Xocalı ərazisində dağ-mədən müəssisəsi tikməyə başladı... - BAXACAĞIQ?
Dünən, 10:47
Gürcüstanda COVID-19-a yoluxanların sayı 605 mini keçib
Dünən, 10:43
Türkiyənin şübhəli dairələrinin AZƏRBAYCAN BANKÇILIĞI... - İTTİHAM
Dünən, 10:42
Avropa Məhkəməsi evi sökülən vətəndaşlara görə hökuməti cərimələdi
Dünən, 10:39
BMT-də çıxış edən yeganə kapitulyator: - Paşinyanın fikirləri narazılıq yaratdı
Dünən, 10:35
Turistlərin ayağı Azərbaycandan niyə kəsilib? - “AZAL“ deyilən bir şirkət var...“
Dünən, 10:31
Sumqayıtda iki azyaşlı uşağın oğurlanması iddiası yalandır - DİN
Dünən, 10:24
İran Azərbaycanla bağlı nələri başa düşməlidir? - TƏHLİL
Dünən, 10:21
Azərbaycanda xəstəxanaya yeni baş həkim TƏYİN EDİLDİ - FOTO
Dünən, 10:18
“Şoyqunun “Ermənistana silah tədarükü başlandı” sözlərinin ünvanı Azərbaycan idi” - GƏLİŞMƏ
Dünən, 10:14
Status CƏHƏNNƏMƏ GEDİB: Bəs nazirlər NƏDƏN DANIŞIB? - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:11
“Cinsi azlıqlarla bağlı məsələni qaldıranların məqsədi...” - Partiya sədri
Dünən, 10:02
"Ramiz Mehdiyev tənqidçilərini hədələməkdənsə, rəhbəri olduğu Elmlər Akademiyasının işini gücləndirsin" - Adil Əliyevdən ÇAĞIRIŞ
Dünən, 10:00
Hacıqabul sakinindən "patı" aşkarlandı
Dünən, 09:58
Qafqazın siyasi arxitekturasını dəyişən möhtəşəm gün - Ordumuzun 44 günə pozduğu planlar...
Dünən, 09:57
ATƏT Azərbaycan və Ermənistan XİN başçılarının görüşünü alqışlayıb - Minsk Qrupu XORTDAYIR AXI...
Dünən, 09:54
Şəhidimizi silahsız çıxardıq ki, ermənilər vahiməyə düşsünlər - Azərbaycanlı kəşfiyyatçı
Dünən, 09:53
Slavyan Universitetində 226 minlik yeyinti iddiası: - 'Dedi ki, pullar rektora çatır...'
Dünən, 09:50
Əməkdar artist koronavirusa yoluxdu
Dünən, 09:47
"Brent" neftinin qiyməti 2018-ci ilin oktyabrından ilk dəfə 78 dolları ötüb
Dünən, 09:45
Laçın dəhlizindən bu müddətdə 65 min maşın və 230 min adam keçdi... - Rusiya MN
Dünən, 09:43
“Bizim Azərbaycanda nə işimiz var” deyən Kılıçdaroğlu Bəşər Əsədlə görüşə gedir - ŞƏRƏFSİZLİK!
Dünən, 09:42
"Teatrların açılması xəbəri ad günümə ən böyük hədiyyə oldu"
Dünən, 09:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru