Əsgərimiz niyə şəhid oldu? .....                     Fransalı deputatlar İmarət qəbiristanlığını və İmarət stadionunu ziyarət ediblər .....                     "Kreml dominantlığını itirib" .....                     XİN cəbhədəki gərginliklə bağlı .....                     Əhali banklardakı əmanətlərini geri çəkib: .....                     "Zamanında bu qrup Azərbaycanın razılığı ilə yaranıb, indi də ondan birtərəfli qaydada imtina olunmalıdır" .....                     “Ermənistan və bəzi xarici şirkətlər təzminat ödəməlidir” .....                     Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müavini vəzifəsindən azad edildi .....                     Vüqar Səfərlinin məhkəmə zalından .....                     Bilgəhdə dənizdə bir nəfər batıb .....                     Balakəndə yol polisi reyd keçirib .....                     “Kəmaləddin Heydərovu toyuma dəvət etmişəm” .....                     “Yol-patrul xidməti haqqında Təlimat”da dəyişiklik edilib .....                     Putin-Paşinyan danışığında Minsk qrupu müəmması: .....                     "Vəziyyəti ağır olan əhalini əzirlər, rüşvət almadığım üçün..." .....                     "Nişanlı olduğu üçün görünüşündən narahat idi" .....                     5 G Azərbaycanda niyə QORXU ilə qarşılanır? .....                     Sərhəddə GƏRGİNLİK: Ermənilər ƏSGƏRİMİZİ ÖLDÜRDÜ... .....                     Füzulidə daha 4 erməni hərbçisinin qalıqları aşkar olunub .....                     Büdcəni talayan məmurlarla mübarizə... .....                     "Ürəyimin odu sönüb, közü isitmir" .....                     “Patı” əməliyyatları... .....                     Zelenski xarici kəşfiyyatı elmlər doktoruna tapşırdı .....                     26 iyulda dollar neçəyə olacaq? .....                     “Molla rejimi bu gün də Xankəndinə silah yollayır” .....                     Xalq artistinin qardaşı qızının ŞOK SƏS YAZISI .....                     “Yekun sülh müqaviləsi gec-tez imzalanacaq” .....                     Əbülfəs Qarayevin həyat yoldaşı DANIŞDI .....                     “Mətbuatda “ələnmə” prosesi gedəcək” .....                     “Kərim Vəliyev Vətən müharibəsində mərdlik göstərdi” .....                     "Ruslar Ermənistanı qoruyur, o isə Fransa və Amerikaya doğru baxır" .....                     Xaçmazda narkotik bitkilər yetişdirən şəxs saxlanılıb .....                     Bakıda Qarabağ Qazisinin BAŞINA AÇILAN MÜSİBƏT .....                     Külli miqdarda dələduzluqda ittiham olunan şəxsə hökm oxundu .....                     Ermənistana sərmayə qoyan İran şirkətləri sırasında azərbaycanlılar da var .....                     “İranın itirilməsi bizim üçün fəlakət ola bilər” .....                     Vətən müharibəsinin iştirakçısı olan yeni Baş Qərargah rəisi... .....                     AZPROMO-nun nizamnaməsi və strukturu təsdiqlənib .....                     "Allah eləsin qapanma olmasın, insanlarımız qaydalara riayət etsinlər" .....                     Fransa Milli Assambleyasının üzvləri Ağdama səfər edib .....                 

MEDİA-nın yönü hayanadır? - AKTUAL
Tarix: 12-06-2021, 13:07 | Çap et
MEDİA-nın yönü hayanadır?
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) fərdi jurnalist müsabiqəsinin keçirilməsi barədə elan verib. Bu müsabiqə əvvəlki müsabiqələrdən bir çox amillərinə görə diqqət çəkib. Medianın İnkişafı Agentliyinin (MEDİA) Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli Trend-ə müsahibəsində agentliyin jurnalistlər üçün elan etdiyi müsabiqənin yeni şərtlərindən və üstünlüklərindən danışıb. N.Məmmədli qeyd edib ki, jurnalistlərin fərdi bilik və bacarıqlarının inkişaf etdirilməsi, potensiallarının üzə çıxarılması MEDİA Agentliyi üçün prioritet təşkil edir. Bunun üçün elə meyarlar və prinsiplər əsasında müsabiqə həyata keçirmək istəyirik ki, jurnalist həmkarlarımızın yaradıcı əməyi layiqincə qiymətləndirilsin, eyni zamanda haqsız rəqabət hallarına, digər subyektiv nüanslara yol verilməsin.

O diqqətə çatdırıb ki, bu vaxta qədərki təcrübəni nəzərdən keçirərək tamamilə yeni mexanizmlər təklif etdik: "Birinci növbədə, jurnalist yaradıcılığını məhdudlaşdıran bütün amillər aradan qaldırıldı. Agentlik hər hansı material hazırlamaq üçün sifariş vermir, əksinə, jurnalistin özünün seçimi əsasında müsabiqə elan olunan günə qədərki son üç ay ərzində işıq üzü görmüş istənilən materialını təqdim etmək sərbəstliyini dəstəkləyir. Jurnalist öz işini yalnız müsabiqə şərtlərinə uyğun qurmur, şərtlər jurnalistin yaradıcı sərbəstliyinə uyğunlaşdırılır. İkincisi, müsabiqənin nominasiyaları praktik jurnalistikadan çıxış edərək müəyyənləşib ki, bu da mediamızın ümumi intellektual mənzərəsini yaratmağa imkan verəcək. Bu vaxta kimi bütün media subyektlərində çalışan həmkarlarımızın hamısının qatılıb faydalana biləcəyi müsabiqə formatı olmayıb. İndi isə qəzet və veb-sayt müxbirindən tutmuş - televiziya operatoruna kimi, bütün əməkdaşların iştirakına nail olmuşuq. Təqdim olunmuş materiallar ekspertlər tərəfindən qiymətləndirildikdən sonra 10 nominasiyanın hər biri üzrə 5 nəfər olmaqla qəzet və onlayn media subyektlərinin 50 əməkdaşı, audioviziual media üçün nəzərdə tutulmuş 5 nominasiyanın hər biri üzrə 4 nəfər olmaqla 20 əməkdaş qalib elan olunacaq".

Qiymətləndirmə meyarlarına gəlincə, N.Məmmədli qeyd edib ki, eyni materialın üç fərqli ekspert tərəfindən fərdi qaydada iyirmi ballıq sistemlə qiymətləndirilməsi aparılacaq və bu zaman qeyd etdiyimiz kimi, müəllif yanaşmasındakı orijinallığa önəm veriləcək. Müsabiqənin şərtləri əlçatandır, lakin bu, jurnalistin məsuliyyətini azaltmır: "Müsabiqəyə material təqdim olunarkən nəzərə alınmalıdır ki, onların hamısı ekspert qiymətləndirilməsindən keçəcək. Bu zaman materialın jurnalistikanın ümumi prinsiplərinə uyğunluğu, üslubi keyfiyyətləri, dilin norma və qaydalarına əməl olunmasına fikir veriləcək. Materialın maarifləndirici əhəmiyyəti də qiymətləndirmə meyarları sırasında vacib amillərdən biridir".

Yeniliklər bağlı media nümayəndələrinin də fikirlərini öyrəndik.

Əməkdar jurnalist Elman Babayev "Şərq"ə açıqlamasında vurğulayıb ki, hazırda MEDİA Agentliyindən gözləntilər olduqca böyükdür. O qeyd edib ki, əvvəl mövcud olan qurumun, KİVDF-nin bazasında yaradılan agentliyin mətbuatın inkişafına hansı töhfə verəcəyi cəmiyyətin diqqət mərkəzindədir:

"Qurum yenidir və onun ümumi fəaliyyətinə indidən dolğun qiymət vermək bir qədər çətindir. MEDİA Agentliyindən əvvəl mövcud olan KİVDF də fərdi jurnalist müsabiqələri keçirirdi. Yəni məsələyə bu kontekstdən yanaşsaq, bu qəbildən olan müsabiqələrin keçirilməsi yenilik deyil. Amma şərtlərdə ciddi müsbət yeniliklər var və həmin yenilikləri təqdir edirəm. Əsas hədəf kimi jurnalistlərin yaradıcı əməyinə layiqli qiymət vermək, subyektiv nüansların qarşısını almaq seçilib. Ən böyük gözlənti də odur ki, müsabiqəyə təqdim olunan yazılara obyektiv qiymət verilsin. Mənim fikrimcə, Agentlikdə mətbuatda illərdir işləmiş, imzası ilə tanınan Natiq Məmmədli, Rüstəm Əbülfətoğlu kimi şəxslərin təmsil olunması hansısa neqativ halların müşahidə edilməsini mümkünsüzləşdirəcək. Hər halda şəxsən mənim buna inamım tamdır. Media Agentliyi ilk müsabiqədə tamamilə yeni mexanizmlərlə çıxış edib. Əvvəlki təcrübə, yəni müsabiqəni keçirən qurumun hər hansı material hazırlamaq üçün sifariş verməsi aradan qalxıb. Jurnalist özünün seçimi əsasında müsabiqəyə yazı təqdim edəcək. Beləliklə, jurnalistin yaradıcı sərbəstliyi təmin olunub".

E.Babayev diqqətə çatdırıb ki, müsabiqəyə bütün media subyektlərində çalışan jurnalistlərin qatılmasına şərait yaradılıb və bu da müsbət addımdır:

"Qeyd edim ki, eyni zamanda, regionlarda çalışan, habelə idman jurnalistlərinin fərdi müsabiqələrdə iştirakına yaşıl işıq yandırılıb. Bundan başqa, müsabiqəyə təqdim olunacaq materialların qiymətləndirmə meyarlarında da dəyişikliklər edilib. Ümumi mənzərə budur ki, müsabiqənin şərtləri daha əlçatan olub. MEDİA Agentliyi paralel olaraq jurnalistin yaradıcı məsuliyyətini azaltmayan mexanizmlər işləyib. Agentlik bu yeniliklərlə həm də jurnalistikanın canlanmasına, müasir oxucunun tələbatına cavab verən mühitin yaranmasına töhfə verməyi hədəfləyib. Qalır gözləmək. Yeni yanaşma ilə elan edilən fərdi müsabiqənin nə dərəcədə effektli olması, hədəflərinə çatmasını zaman göstərəcək".

Moderator.az-ın şef redaktoru Xəyalə Rəis "Şərq"ə qeyd edib ki, bu dəfə elan olunan müsabiqə jurnalistlərimizin fərdi bilik və bacarıqlarının inkişaf etdirilməsi, potensiallarının üzə çıxarılması istiqamətində baş tutacaq. Belə ki, MEDİA Agentliyi üçün bu nüanslar əsas meyardır:

“Şərtlərlə tanış olduqda belə anladım ki, burada haqsız rəqabət hallarına, digər subyektiv nüanslara yol verilməyəcək. Bu dəfə rəhbərliklərin tapşırdıqları və özəl, digər məsələlərdən özlərinə yaxın hiss etdikləri jurnalistlər deyil, daha peşəkar yazı təqdim edən media nümayəndələri qiymətləndiriləcək. Yeni qaydalarda jurnalist yaradıcılığını məhdudlaşdıran bütün amillərin aradan qaldırıldığının şahidi oluruq. Qeyd olunan şərtlər onu göstərir ki, jurnalistin özünün seçimi əsasında müsabiqə elan olunan günə qədərki son üç ay ərzində işıq üzü görmüş istənilən materialını təqdim etmək sərbəstliyini dəstəkləyir. Jurnalist öz işini yalnız müsabiqə şərtlərinə uyğun qurmur, şərtlər jurnalistin yaradıcı sərbəstliyinə uyğunlaşdırılır. Yəni biz artıq yalnız müsabiqədən müsabiqəyə yeni imzalarla tanış olmayacağıq. Digər tərəfdən əvvəllər hər dəfə eyni mövzular təqdim olunurdusa, bu dəfə müsabiqənin nominasiyaları praktik jurnalistikadan çıxış edərək müəyyənləşib ki, bu da mediamızın ümumi intellektual mənzərəsini yaratmağa imkan verəcək. Bu vaxta kimi bütün media subyektlərində çalışan həmkarlarımızın hamısının qatılıb faydalana biləcəyi müsabiqə olacağına ümid edirəm”.
X.Rəis bildirib ki, bu şərtlər rəhbərlikləri seçdiyi insanlar deyil, peşəkarlıq ön plana çəkiləcək: “Eyni zamanda bir nəfər 5 nəfərin adından yazı yazıb təqdim edə bilməyəcək. Çünki agentliyin təqdim etdiyi yeni sistemdə artıq hər kəsin bir profili formalaşacaq və hər kəs yalnız bir yazı ilə müraciət edə biləcək. Bu yeniliklər bir növ agentlikdə jurnalistlərin elektron bazası da formalaşacaq. Bu isə gələcəkdə vahid press kartın və digər problemlərin həllini asanlaşdıracaq”.

"Azxeber.com” saytının baş redaktoru Hacıbəy Heydərli "Şərq"ə açıqlamasında qeyd edib ki, elan olunan yeni müsabiqə şərtləri gələcəkdə Azərbaycanın media mühitində rəqabətin güclənməsinə təkan verəcək:

"İlk olaraq qeyd edim ki, Media İnkişaf Agentliyinin yaradılması Azərbaycanda islahatların yeni mərhələsidir. Bildiyiniz kimi, Azərbaycanda hər sahədə islahatlar gedir və mətbuatımız da bundan geri qala bilməzdi. Məhz Media İnkişaf Agentliyi yaradılması da məhz bu istiqamətdə atılan mühüm addımlardan biri idi, yəni sözün əsl mənasında islahatlara verilən bir dəstəkdir. Təbii ki, agentlikdən yeniliklər gözlənilirdi. Yeni müsabiqə şərtlərində isə bir çox diqqətə çəkən yeniliklər var. Bunlardan biri Azərbaycanda gündəmə təsir edən, dünyanı formalaşdıran internet media subyektlərinin də bu müsabiqədə iştirak edə bilməsidir. Təbii ki, bunu jurnalistlərin stimullaşdırması baxımından çox mühüm addım kimi qiymətləndirmək olar. Son üç ayda yazılan yazıların müsabiqədə ön plana çıxarılması isə fikrimcə, çox mühüm və önəmli amillərdən biridir. Çünki bu artıq həm jurnalistlərin peşəkarlaşmasına, həm də onların gündəlik işlərində yazdıqları yazıya xüsusi diqqət göstərməyinə də təsir edəcək. Yəni hər bir jurnalist bundan sonra yazdığı yazıya xüsusi peşəkarlıqla yanaşacaq. Təbii ki, bu da çox önəmli faktordur. Çünki bu, Azərbaycan media mühitində rəqabətin güclənməsinə və oxuculara keyfiyyətli materialların təqdim olunmasında yardımçı olacaq. Eyni zamanda, göstərilən istiqamətlər onu göstərir ki, artıq Azərbaycan mətbuatında jurnalistlərin peşəkarlıq meyarının artması ön plana çəkiləcək. Bildiyimiz kimi, 44 günlük Vətən müharibəsindən sonra bu gün də informasiya müharibəsi davam edir. Bu günləri Azərbaycan jurnalistlərinin daha çox xarici dil biliyinin artırılması və beynəlxalq mediaya inteqrasiyası çox önəmli amildir. Media İnkişaf Agentliyinin də keçirdiyi layihələr, proyektlər onu göstərir ki, onlar da bu məsələyə çox həssas yanaşırlar".

H.Heydərli vurğulayıb ki, saytların media orqanlarının maddi-texniki bazasının formalaşması istiqamətində də atılan addımlar mühümdür. Çünki bu onun göstəricisidir ki, Azərbaycan mediasına sözün əsl mənasında diqqət göstərilir:

"Bu müsabiqənin daha önəmli cəhəti odur ki, bundan əvvəlki müsabiqələrdə yalnız elan olunan mövzularla bağlı müəyyən mükafatlar elan olunurdu. Həmçinin əvvəlki müsabiqələrdə daha çox sayt, qəzet rəhbərləri ön plana çıxırdısa, bu dəfəki fərdi jurnalist müsabiqəsində müxbirlərin, xüsusən də operatorların əməyi ön plana çıxarılır. Bu isə sözün əsl mənasında bir yenilik kimi qələmə verilə bilər. Bu baxımdan düşünürəm ki, bu şəxslərin də ön plana çıxarılması və onların stimullaşdırılması Media İnkişaf Agentliyinin yeni media istiqamətində atacağı addımların bünövrəsinin göstəricisidir".





 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əsgərimiz niyə şəhid oldu? - AKTUAL ŞƏRH
Dünən, 18:23
Fransalı deputatlar İmarət qəbiristanlığını və İmarət stadionunu ziyarət ediblər
Dünən, 18:21
"Kreml dominantlığını itirib"
Dünən, 18:12
XİN cəbhədəki gərginliklə bağlı MƏLUMAT YAYDI
Dünən, 18:10
Əhali banklardakı əmanətlərini geri çəkib: - Bir aya 200 milyon manat
Dünən, 18:07
"Zamanında bu qrup Azərbaycanın razılığı ilə yaranıb, indi də ondan birtərəfli qaydada imtina olunmalıdır" - Minsk Qrupu ilə NƏ ETMƏLİ?
Dünən, 18:01
“Ermənistan və bəzi xarici şirkətlər təzminat ödəməlidir” - GƏLİŞMƏ
Dünən, 17:58
Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müavini vəzifəsindən azad edildi - SƏRƏNCAM
Dünən, 17:55
Vüqar Səfərlinin məhkəmə zalından EKSKLÜZİV GÖRÜNTÜLƏRİ
Dünən, 17:54
Bilgəhdə dənizdə bir nəfər batıb
Dünən, 17:47
Balakəndə yol polisi reyd keçirib
Dünən, 17:42
“Kəmaləddin Heydərovu toyuma dəvət etmişəm” – Elçibəyin oğlu
Dünən, 17:38
“Yol-patrul xidməti haqqında Təlimat”da dəyişiklik edilib
Dünən, 17:36
Putin-Paşinyan danışığında Minsk qrupu müəmması: - İki rəsmi mənbə niyə fərqli xəbər yaydı?
Dünən, 17:34
"Vəziyyəti ağır olan əhalini əzirlər, rüşvət almadığım üçün..." - Ağsudan Şikayət
Dünən, 17:29
"Nişanlı olduğu üçün görünüşündən narahat idi" - Tibb bacısı 44 günlük müharibənin dəhşətlərindən danışır
Dünən, 17:24
5 G Azərbaycanda niyə QORXU ilə qarşılanır? - AÇIQLAMA
Dünən, 17:20
Sərhəddə GƏRGİNLİK: Ermənilər ƏSGƏRİMİZİ ÖLDÜRDÜ... - NƏ BAŞ VERİR?
Dünən, 17:18
Füzulidə daha 4 erməni hərbçisinin qalıqları aşkar olunub
Dünən, 17:15
Büdcəni talayan məmurlarla mübarizə... - “Gəlir deklorasiyası mütləq reallaşmalıdır”
Dünən, 17:12
"Ürəyimin odu sönüb, közü isitmir" - 80 yaşını qeyd edən Flora Kərimova
Dünən, 17:08
“Patı” əməliyyatları... - Problemin köklü həlli üçün yol göstərildi
Dünən, 17:07
Zelenski xarici kəşfiyyatı elmlər doktoruna tapşırdı
Dünən, 17:06
26 iyulda dollar neçəyə olacaq?
Dünən, 17:04
“Molla rejimi bu gün də Xankəndinə silah yollayır” – Laçın koridorunda yaranan TIXAC
Dünən, 16:58
Xalq artistinin qardaşı qızının ŞOK SƏS YAZISI - VİDEO
Dünən, 16:56
“Yekun sülh müqaviləsi gec-tez imzalanacaq” - Keçmiş spiker
Dünən, 16:48
Əbülfəs Qarayevin həyat yoldaşı DANIŞDI - "Əbülfəs müəllim yaxşı olmağa çalışır..."
Dünən, 16:48
“Mətbuatda “ələnmə” prosesi gedəcək” - AÇIQLAMA
Dünən, 16:46
“Kərim Vəliyev Vətən müharibəsində mərdlik göstərdi” – Hərbi ekspert
Dünən, 16:43
"Ruslar Ermənistanı qoruyur, o isə Fransa və Amerikaya doğru baxır" - Mixeyev
Dünən, 16:42
Xaçmazda narkotik bitkilər yetişdirən şəxs saxlanılıb
Dünən, 16:40
Bakıda Qarabağ Qazisinin BAŞINA AÇILAN MÜSİBƏT - ÖLÜM AYAĞINDADIR...
Dünən, 16:38
Külli miqdarda dələduzluqda ittiham olunan şəxsə hökm oxundu
Dünən, 16:34
Ermənistana sərmayə qoyan İran şirkətləri sırasında azərbaycanlılar da var - SİYAHI
Dünən, 16:28
“İranın itirilməsi bizim üçün fəlakət ola bilər” - Erməni mediası
Dünən, 16:26
Vətən müharibəsinin iştirakçısı olan yeni Baş Qərargah rəisi... - DOSYE
Dünən, 16:24
AZPROMO-nun nizamnaməsi və strukturu təsdiqlənib - FƏRMAN
Dünən, 16:23
"Allah eləsin qapanma olmasın, insanlarımız qaydalara riayət etsinlər"
Dünən, 16:21
Fransa Milli Assambleyasının üzvləri Ağdama səfər edib
Dünən, 16:17
Anar Mahmudov vətəndaşın obyektinə basqın təşkil edib - ELDAR MAHMUDOV “DİRİLİR”
Dünən, 16:16
"Göygöl Beton" MMC-də İŞÇİ HAQQI YEYİLİR... - GİLEY
Dünən, 16:12
Vüqar Səfərlinin məhkəməsi TƏXİRƏ SALINIB
Dünən, 16:10
Yerli turizmin OD TUTAN QİYMƏTLƏRİ... - Vətəndaşlar üçün əlçatanlıq niyə təmin edilmir?
Dünən, 16:09
“Məmurların çoxu o qədər harınlayıb ki, prezident xəbərdarlığının ciddiliyini başa düşmürlər” - İTTİHAM
Dünən, 16:08
“Dağlıq Qarabağ ifadəsini işlədən mərkəzlərə təzyiq etməliyik” - Partiya sədri
Dünən, 16:06
Kərim Vəliyev müdafiə nazirinin birinci müavini - Ordunun Baş Qərargah rəisi təyin edilib - SƏRƏNCAM
Dünən, 16:03
Xankəndinin şəhər statusu ləğv edilə bilər: - Şuşanın tabeliyinə verilməsi mümkündür
Dünən, 16:02
“Peyvənd kabusu”: Həqiqətən öldürür? - Azərbaycanlı həkimlər bir-birini təkzib edir
Dünən, 16:01
“Rus hərbi komandanlığı Azərbaycanın qara kürüsündən yeyib, lal olublar” - Ermənistan KİV
Dünən, 15:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru