Koronavirusa yoluxanlar çoxalır .....                     Murad Arif koronavirusa yoluxdu .....                     “Erməni cinayətlərinin ifşası yaxın gələcək baxımından da önəmlidir” .....                     Sabah dollar neçəyə olacaq? .....                     “Paşinyan Azərbaycandan icazəsiz Qarabağa gedə bilməz” .....                     Kiyev müharibəyə hazırlaşır: Müttəfiqlər dəstək verəcəkmi? .....                     "Hər peşədə Azərbaycan qadınları qabaqcıl olublar" .....                     "Separatçılar hara gəldi atəş açır və bununla demək istəyirlər ki..." .....                     "Bu 3 işi görməsək, Zəngəzur əldən çıxacaq" .....                     Bəşşar Əsəd koronavirusa yoluxub .....                     Astaralı ikiqat qəhrəman Rəfiqə nənə: .....                     "Hazırkı sülhməramlı missiyanın varlığı beynəlxalq hüquqa və milli qanunvericiliyimizə uyğun deyil" .....                     Rusiyanın iştahına baxın: İki müstəqil ölkənin ərazisindən keçməklə... .....                     Azərbaycanın qadın nazir müavinləri kimdir? .....                     Qarabağda erməni zabitlərin həbsinə .....                     “Erməni qadınlarının övladlarını öldürdün, bu gün isə onları təbrik edirsən. Heç utanırsan?” .....                     Gəncədə 28 yaşlı qadın dəm qazından zəhərlənib .....                     Bakıda bir qrup fəal aksiya keçirməyə cəhd göstərib .....                     "Bu məsələdə uduzan ABŞ olacaq" .....                     "Faiq Ağayev deyir ki, yeganə müğənniyəm konsertdən pul qazanıram" .....                     Həbs edilən qadın müəllim və aptek sahibinin işi .....                     Niyə bizim qadın nazirlərimiz olmasın?! .....                     Məşhur siyasətçi Anna Akopyanı öpdü, qalmaqal yarandı .....                     Gənc qız sevgilisini yataqda doğradı .....                     “Nə qədər tez ərə getsə, bir o qədər yaxşıdır” .....                     "Kasıb-kusub acından ölür, a kişi, bunlar nə fikirləşir?" .....                     "SAHİL BABAYEV, səndən iş İSTƏYİRƏM" .....                     "Qadınlar insanlığın davamı üçün əvəzolunmazdır" .....                     BMT-də Azərbaycanın maraqlarına cavab verən bəyannamə .....                     İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanılıb .....                     “Aparıcı olmadığıma görə bu mənim üçün bir əyləncə idi...” .....                     Zəngilan rayonunun Qaragöz kəndindən görüntülər .....                     "İnsanların yaşadığı ərazilərdə aktivləşmə qeydə alınmayıb" .....                     Miras borc: Krediti kim ödəməlidir? .....                     İtkin düşən hərbçilərin bugünkü axtarışı ləğv edildi .....                     "Az adam bilir ki, 2011-ci ildə Azərbaycanda mənim başıma pul qoyulmuşdu" .....                     Bakıda gecə 3-5 dərəcə isti, gündüz 7-9 dərəcə isti olacaq .....                     Nazirlikdən sürüşmə ilə bağlı açıqlama .....                     Seysmoloji Xidmət Mərkəzinin əməkdaşı vəfat edib .....                     Səbail rayon icra hakimiyyətinin başçısı Badamdarda sürüşmə olan əraziyə gəlib .....                 

Allahşükür Paşazadə daha bir beynəlxalq qurumun rəhbərliyində təmsil olunacaq
Tarix: 27-01-2021, 16:51 | Çap et
Allahşükür Paşazadə daha bir beynəlxalq qurumun rəhbərliyində təmsil olunacaq
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə İnsan Qardaşlığı Ali Komitəsinin Baş katibi Məhəmməd Əbdül Salamla video formatda görüş keçirib.

QMİ-nin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, görüşün təşəbbüskarı olan Baş katib Şeyxülislam həzrətləri ilə bilavasitə tanış olmaq, daimi əlaqənin bünövrəsini qurmaq, habelə İnsan Qardaşlığı Ali Komitəsi ilə Qafqaz Müsəlmanları İdarəsi arasında əməkdaşlığın mümkün aspektləri barədə söhbət açmaq niyyətini bildirib.

Görüş zamanı Məhəmməd Əbdül Salam Şeyxülislam A.Paşazadənin dinlər və sivilizasiyalar arası əməkdaşlıq sahəsində dərin təcrübə və əlaqələri, dünya miqyasında nüfuz və etimadı barədə geniş məlumata malik olduğunu bildirib və rəhbərlik etdiyi qurumun Azərbaycanla fəaliyyət qurmaq istəyini açıqlayıb.

Məhəmməd Əbdül Salam məlumat verib ki, Roma Papası Fransisk və Əl-Əzhərin Şeyxi Əhməd Əl-Tayyib arasında imzalanan İnsan Qardaşlığı Sənədi əsasında yaradılmış İnsan Qardaşlığı Ali Komitəsinə dünyada tanınan dini lider, alim və mədəniyyət xadimləri daxildir.

Ali Komitə üzvlərinin miqyasını genişləndirmək istəyində olduqlarını bildirən Baş katib qurumlarının may ayında baş tutacaq növbəti iclasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin namizədliyinin müzakirə və təsdiq olunması barədə niyyətlərini açıqlayıb. O vurğulayıb ki, Ali Komitə İnsan Qardaşlığı Sənədində göstərilən məqsədləri daimi əsaslarla fəaliyyət göstərərək yerinə yetirmək üçün yaradılıb və məramı dinlər və mədəniyyətlər arasında qarşılıqlı hörmət və birgə dinc yaşayış dəyərlərini təşviq, təbliğ etməkdir.

İnsan Qardaşlığı Ali Komitəsinin Baş katibi salamlayan QMİ sədri xüsusi vurğulayıb ki, Azərbaycan İnsan Qardaşlığı Ali Komitəsinin ideyalarını özündə yaşadan, tolerant, multikultural ənənələr ölkəsidir. O bildirib ki, Azərbaycan dövləti ölkə prezidenti və Birinci vitse-prezident səviyyəsində dəstəklənən təşəbbüslər, qlobal əhəmiyyətli səylər sayəsində dinlərarası dialoq və əməkdaşlıq sahəsinə böyük töhfələr verir, dünyada insan həmrəyliyinə real dəstək verən layihə və təşəbbüslərdə fəal iştirak edir. Dini mərkəz – Qafqaz Müsəlmanları İdarəsi olaraq bu müstəvidə çoxşaxəli fəaliyyət göstərir və QMİ nəzdində bu məramla 2017-ci ildə Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzi təsis olunub.

Mərkəzin Himayədarlar və Məşvərət Şuralarında xeyli sayda dünyaca tanınmış şəxsiyyətlər – dini lider və ictimai xadimlərin yer aldığını bildirən Şeyxülislam A.Paşazadə Vatikan, habelə Əl-Əzhər yetkililərinin bu sırada olmalarından məmnun olduğunu qeyd edib.

QMİ sədri Abu-Dabidə İnsan Qardaşlığı Sənədinin imzalanması mərasimində şəxsən iştirak etdiyini fəxarətlə xatırladaraq, bu sənəddən irəli gələn fəaliyyətlərdə, orada əksini tapan ideyaların təbliği və təşviqində iştirak etməyin böyük önəm daşıdığını bildirib.

Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrə böyük əhəmiyyət verdiyini vurğulayan Şeyxülislam A. Paşazadə Dubay əmiri Şeyx Zahidlə olan görüşlərini məmnunluqla xatırladıb. QMİ sədri pandemiya dövrü bitəndən sonra Əl-Əzhər Şeyxi Əhməd Əl-Tayyib və Baş Katib cənab Salamı Azərbaycanda görməkdən şərəf duyacağını bildirdi. Bu dəyərli şəxsiyyətlərin Azərbaycanın erməni işğalından azad edilmiş Qarabağ torpaqlarını ziyarət etmələrinin vacibliyinə diqqəti çəkən Şeyxülislam A.Paşazadə Azərbaycanın apardığı Vətən müharibəsi dövründə Əl-Əzhərə ünvanlandığı məktublarda bu haqlı, ədalətli mücadilə barədə, habelə işğalda olan ərazilərimizdə törədilmiş etməni vandallığının miqyas və detallarına dair ətraflı məlumat verdiyini xatırlatdı və Azərbaycana dəstək nümayişinə, qazandığımız tarixi Zəfər münasibətilə təbriklərə görə təşəkkürünü ifadə edib.

Katib QMİ sədrinin dünya miqyasında insan qardaşlığına xidmət edən uzun müddətli, dəyərli fəaliyyətinə görə dərin minnətdarlığını bildirdi. O, BMT-nin İnsan Qardaşlığı Sənədinin imzalanması ilə əlaqədar təsis etdiyi 4 fevral – Beynəlxalq İnsan həmrəyliyi günü keçiriləcək videokonfransda iştirak və müraciət etməsini QMİ sədrindən xahiş etdi. Şeyxülislam A. Paşazadə xahişi müsbət qarşıladı və İnsan Qardaşlığı Ali Komitəsi ilə Qafqaz Müsəlmanları İdarəsi arasında gələcək əməkdaşlığın daha yüksək səviyyədə inkişafı üçün səy göstərəcəyini deyib.



 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Koronavirusa yoluxanlar çoxalır - qapanma ilə bağlı VACİB AÇIQLAMA
Dünən, 17:16
Murad Arif koronavirusa yoluxdu
Dünən, 17:06
“Erməni cinayətlərinin ifşası yaxın gələcək baxımından da önəmlidir” - Arif Əliyev
Dünən, 17:05
Sabah dollar neçəyə olacaq?
Dünən, 17:00
“Paşinyan Azərbaycandan icazəsiz Qarabağa gedə bilməz” - Sarkisyan
Dünən, 16:57
Kiyev müharibəyə hazırlaşır: Müttəfiqlər dəstək verəcəkmi? - TƏHLİL
Dünən, 16:46
"Hər peşədə Azərbaycan qadınları qabaqcıl olublar" - deputat
Dünən, 16:44
"Separatçılar hara gəldi atəş açır və bununla demək istəyirlər ki..." - AÇIQLAMA
Dünən, 16:29
"Bu 3 işi görməsək, Zəngəzur əldən çıxacaq" - Vardan Oskanyan
Dünən, 16:28
Bəşşar Əsəd koronavirusa yoluxub
Dünən, 16:17
Astaralı ikiqat qəhrəman Rəfiqə nənə: - "Bala, mənim bir işim olub..."
Dünən, 16:15
"Hazırkı sülhməramlı missiyanın varlığı beynəlxalq hüquqa və milli qanunvericiliyimizə uyğun deyil" - ETİRAZ
Dünən, 16:12
Rusiyanın iştahına baxın: İki müstəqil ölkənin ərazisindən keçməklə... - GƏLİŞMƏ
Dünən, 16:10
Azərbaycanın qadın nazir müavinləri kimdir? – DOSYE + FOTOLAR
Dünən, 16:08
Qarabağda erməni zabitlərin həbsinə BAŞLANILDI
Dünən, 16:02
“Erməni qadınlarının övladlarını öldürdün, bu gün isə onları təbrik edirsən. Heç utanırsan?”
Dünən, 15:57
Gəncədə 28 yaşlı qadın dəm qazından zəhərlənib
Dünən, 15:53
Bakıda bir qrup fəal aksiya keçirməyə cəhd göstərib
Dünən, 15:52
"Bu məsələdə uduzan ABŞ olacaq"
Dünən, 15:09
"Faiq Ağayev deyir ki, yeganə müğənniyəm konsertdən pul qazanıram"
Dünən, 15:08
Həbs edilən qadın müəllim və aptek sahibinin işi - Moyka və kafedə tramadol satırmış TƏFƏRRÜAT
Dünən, 15:04
Niyə bizim qadın nazirlərimiz olmasın?! - Novella Cəfəroğlu
Dünən, 14:51
Məşhur siyasətçi Anna Akopyanı öpdü, qalmaqal yarandı - VİDEO
Dünən, 14:49
Gənc qız sevgilisini yataqda doğradı - AZƏRBAYCANDA QANLI CİNAYƏT
Dünən, 14:46
“Nə qədər tez ərə getsə, bir o qədər yaxşıdır” - AKTUAL
Dünən, 14:44
"Kasıb-kusub acından ölür, a kişi, bunlar nə fikirləşir?" - SAMUXDAN ŞİKAYƏT
Dünən, 14:39
"SAHİL BABAYEV, səndən iş İSTƏYİRƏM" - NARAZILIQ!
Dünən, 14:36
"Qadınlar insanlığın davamı üçün əvəzolunmazdır"
Dünən, 14:34
BMT-də Azərbaycanın maraqlarına cavab verən bəyannamə qəbul olunub
Dünən, 14:32
İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanılıb
Dünən, 12:52
“Aparıcı olmadığıma görə bu mənim üçün bir əyləncə idi...” - Fatimənin də verilişi bağlandı...
Dünən, 12:51
Zəngilan rayonunun Qaragöz kəndindən görüntülər - VİDEO
Dünən, 12:46
"İnsanların yaşadığı ərazilərdə aktivləşmə qeydə alınmayıb" - İcra başçısı
Dünən, 12:45
Miras borc: Krediti kim ödəməlidir? - “Ölən şəxsin əmlakı varsa…”
Dünən, 12:37
İtkin düşən hərbçilərin bugünkü axtarışı ləğv edildi
Dünən, 12:32
"Az adam bilir ki, 2011-ci ildə Azərbaycanda mənim başıma pul qoyulmuşdu" - Saqatelyan
Dünən, 12:24
Bakıda gecə 3-5 dərəcə isti, gündüz 7-9 dərəcə isti olacaq - Belə deyirlər...
Dünən, 12:14
Nazirlikdən sürüşmə ilə bağlı açıqlama
Dünən, 12:13
Seysmoloji Xidmət Mərkəzinin əməkdaşı vəfat edib
Dünən, 12:08
Səbail rayon icra hakimiyyətinin başçısı Badamdarda sürüşmə olan əraziyə gəlib - FOTO
Dünən, 12:06
“Azərbaycanda maksimum 6 güclü siyasi partiya olmalıdır” - deputat
Dünən, 12:04
Şair Elbəyi Cəlaloğlu vəfat edib
Dünən, 12:01
Zəngilanda postlar qurulub, təhlükəsizlik tədbirləri gücləndirilib
Dünən, 11:57
YAP rəhbərliyindən uzaqlaşdırılan şəxslərin TAM SİYAHISI
Dünən, 11:56
Kamran Əliyev Azərbaycan xanımlarını təbrik edib
Dünən, 11:52
Müharibədən sonra Qarabağa qayıdış - “La Vanguardia”
Dünən, 11:50
Biz onun anasını ağlatdığı Bakıda sürünürük, o isə İlusuda kef edir - Replika
Dünən, 11:32
“Brent” markalı neftin qiyməti 71 dolları keçib
Dünən, 11:30
8 mart Azərbaycanda hədsiz mürəkkəbləşdirilib - deputat yazır
Dünən, 11:29
“Yoluxmaların artması gözlənilən idi” - Baş həkim
Dünən, 11:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru