
Ermənistanın hakim “Mənim addımım” fraksiyası ombudsman Arman Tatoyanın istefasına çalışır.
Azvision.az xəbər verir ki, bu barədə “Joxovurd” yazıb.
“Söhbət ondan gedir ki, Qarabağa dair 10 noyabr tarixli üçtərəfli bəyanatdan sonra, hakimiyyətin səhvlərdən danışan yeganə məmur Totoyandır. Bu isə hakimiyyətin xoşuna gəlmir", - deyə nəşr qeyd edib.
Məlumata görə, hakim fraksiya Ədliyyə nazirliyi ilə birlikdə Tatoyanın könüllü olaraq istefasını təmin etməyə çalışır.