"...bu ölkənin hələ də nə istədiyini müəyyən etmədiyini göstərir" .....                     Xanbabayev həbsə gedir .....                     YAP-ın Mərkəzi Aparatı yaradılıb .....                     Arvadına sataşan kişinin dalınca düşdü, onun atasını gördükdə... .....                     Yeni Azərbaycan Partiyasının Sədr müavinləri seçilib .....                     “Partiyamız YAP-a milli və dövlətçilik maraqları naminə qoşulub” .....                     “Azərbaycanın əsl müstəqillik tarixi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır” .....                     Xəzər İcra Hakimiyyətində korrupsiya həbsi .....                     Gürcüstan konstitusiyasına dəyişikliklər tələb edilir .....                     Azərbaycanda ilk dəfə jest dili lüğətinin veb səhifəsi hazırlanır .....                     Hakim partiyanın yeni strategiyası: Siyasi həmrəylik, inteqrasiya, milli birlik .....                     Neftin qiyməti 69 dollara yaxınlaşır .....                     "Xalqdan qorxmursunuz, Allahdan qorxun, cənab icra başçısı..." .....                     Müharibədən əvvəl oğurluqda təqsirləndirilən qazi .....                     Ermənistanı yenidən savaşdırmaq üçün 3 milyard lazımdır: .....                     Mübariz Mənsimova elektron qolbaq taxılacaq .....                     “Hər dəfə aç-bağla, özümüz də bezmişik...” .....                     Xocalı qatili Köçəryan Ermənistanı yenidən qanlı olaylara sürükləyir .....                     Ağdamın Tağıbəyli kəndindən görüntülər .....                     “Deyir ki, get hara istəyirsən şikayət et” .....                     "Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət idi" .....                     “Reklam xarakterli məlumatların təqdimatı həssaslıq tələb edir” .....                     “Şarl Mişelin Bakıya gəlməməsinin səbəbi odur ki...” .....                     YAP-ın İdarə Heyətindən çıxarılan Əli Həsənovdan .....                     Vilayət Eyvazov DİN-in qadın əməkdaşlarını və hərbi qulluqçularını .....                     Avrasiya İttifaqı İrəvanın təkidi ilə Türkiyəyə qarşı .....                     “Kurtlar Vadisi” ekranlara qayıdır .....                     Temperatur enəcək, güclü külək əsəcək .....                     Dilbər Sultanovanın şəriki Fateh Mustafayev vəzifəsindən qovuldu .....                     Bu icra başçıları YAP-dakı vəzifələrini İTİRDİLƏR .....                     İranda təyyarə qaçırmağa cəhd edilib .....                     Müzəffər Azərbaycan ordusu qarşısında duran vəzifələrin öhdəsindən layiqincə gəlib .....                     "Ulu Öndərin müstəqilliklə bağlı birmənalı, qətiyyətli addımları xalq tərəfindən yüksək qiymətləndirilirdi" .....                     Sədr müavinlərinin seçilməsi məsələsinə İdarə Heyətinin iclasında baxılacaq .....                     Erməni terror təşkilatı da Paşinyanı satdı: .....                     Qanunda “Tarqovu”da quzu gəzdirmək kimi qadağa yoxdu .....                     Azərbaycanda toylara icazə ilə bağlı .....                     Ona qarşı “vnimatelni” olmadılar... .....                     YAP-ın növbədənkənar qurultayı: .....                     DTX-nin rəisi Türkiyədə hərbi qulluqçuların həlak olması ilə bağlı başsağlığı verib .....                 

Münasibətlər o səviyyədədir ki, hərbi bazaya ehtiyac yoxdur - MÜSAHİBƏ
Tarix: 27-01-2021, 13:01 | Çap et
Münasibətlər o səviyyədədir ki, hərbi bazaya ehtiyac yoxdur
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ölkəsinin Bakıdakı 12-ci təmsilçidir. Artıq onun Azərbaycanda diplomatik missiyası başa çatıb və yaxın zamanlarda ölkəsinə dönəcək.

Hörmətli səfirə bizi maraqlandıran xeyli məsələ ilə bağlı müraciət etdik. O, pandemiya dövrü olmasına baxmayaraq, müraciətimizi müsbət cavablandırdı.

Beləliklə, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralın Modern.az-a müsahibəsini təqdim edirik.

Qarabağı azad görməkdən çox xoşbəxtəm...

- Erkan bəy, 1918-ci il və 2020-ci il... Siz 2020-ci il hadisələrinə, Azərbaycanın Zəfər savaşına təkcə şahidlik etmədiniz. Türkiyə sonadək Azərbaycana mənəvi, siyasi dəstək verdi. Qismətinizə bu dönəmdə Azərbaycanda Türkiyənin səfiri olmaq düşdü. Baş verənləri bir də Sizin dilinizdən eşitmək istərdik.

- Əvvəla, onu deyim ki, bütün bunlara görə özümü çox xoşbəxt hiss edirəm. Azərbaycanda bu günə kimi məndən qabaq Türkiyənin 11 səfiri fəaliyyət göstərib. Mən 12-ci səfirəm. Onların içərisində Azərbaycanın torpaqlarının işğaldan azad edildiyinə şahidlik edən mənəm. Ona görə də bu mənim üçün xüsusi hissdir. Belə bir vaxtda Azərbaycanda olmaqdan çox şadam.
Mənim səfir olduğum müddətdə Azərbaycanla Türkiyə arasındakı münasibətlər zirvəyə qalxdı. Burdaykən Türk əsgərinin də qatıldığı üç paradda iştirak etdim. Türkiyə təyyarələrinin Bakı səmasında uçduğunu gördüm. Hər halda, ölkə başçılarımızın ziyarətləri bu qədər sıx olmamışdı. Türkiyə ilə Azərbaycan arasında vizanın ləğv edildiyinə, vizasız qalma müddətinin uzadıldığına şahid olduq. İnşallah, yaxında şəxsiyyət vəsiqəsi ilə gediş-gəlişə də başlanılacaq. Eyni zamanda, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi səfir olduğum müddətdə gerçəkləşdi. Hesab edirəm ki, bu baxımdan məndən əvvəlki Türkiyə səfirinin heç biri belə xoşbəxt olmayıb. Çox sevinirəm.

- Siz səfir təyin edilməzdən əvvəl də diplomat kimi Azərbaycanda olmusunuz. Həmin illərdən bu günə kimi nələr dəyişib? O illərə qayıtsaq, nə kimi fərqləri müşahidə edirsiniz?

- 2005-2009-cu illərdə də Azərbaycanda olmuşam. Çox böyük fərq olduğunu söyləyə bilərəm. O illərlə indiki dövrü qarşılaşdırmaq mümkün deyil. 1997-ci ildə Azərbaycanı ilk dəfə görmüşdüm. 2005-ci ildə fərqli Azərbaycanla qarşılaşdım. 2016-cı ildə gəldiyim Azərbaycan isə əvvəlki Azərbaycan deyildi. Bütün bu illər ərzində Azərbaycan çox dəyişib və gözəlləşib. Siz Bakıda yaşayırsınız və fərqində deyilsiniz. Bakı hər gün dəyişir. Bu pandemiya dönəmində evə qapandığımız zamanlarda çölə çıxdığımızda fərqli dəyişikliyi gördük. Həmçinin, o illərlə müqayisədə Azərbaycan çox zəngin ölkəyə çevrilib.

O foto iki millətin, iki xalqın, iki dövlətin bir-birilə qucaqlaşması idi...

- 70 il Sovet imperiyasının tərkibində qaldıq. Türkiyə ilə sərhədlər bağlı idi. 1990-cı illərdə ilk dəfə azərbaycanlı tələbələr Türkiyəyə təhsil almağa getdilər. Yavaş-yavaş o həsrət bitdi. Zaman-zaman iki qardaş dövlət arasındakı münasibətləri həzm edə bilməyənlər də olub. İki dövlətin münasibətlərini əngəlləyənlərə bunun mümkün ola bilməyəcəyini necə izah edə bilərsiniz?

- Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərə gəldikdə Azərbaycanın inkişafının ən böyük nümunəsini görürsünüz. Türkiyə olaraq Azərbaycanın neft sahəsinə ən böyük yatırımı etmişik. Bu illər ərzində Azərbaycan da Türkiyədə ən böyük xarici yatırımçı olub. STAR layihəsi həyata keçdi. Türkiyə ilə Azərbaycan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz xəttini gerçəkləşdirdi. TANAP-ın ardınca Bakı-Tbilisi-Qars dəmiryol xətti çəkildi. Bütün bunlar dünyada önəmli layihələrdir. Bunlar təkcə Türkiyə ilə Azərbaycanı deyil, Avropanı da maraqlandıran layihələrdir.

İki ölkə bir yerdə gücə qovuşdu. Biri-birimizə elə bağlıyıq ki, bundan sonra bizi ayırmaq mümkün deyil. Səhv etmirəmsə, 2016-cı il olardı. Hörmətli Prezident İlham Əliyev Türkiyəyə getmişdi. Ankarada Türkiyə və Azərbaycan prezidentlərinin qucaqlaşmasını göstərən fotolar vardı. Həmişə o fotoları örnək olaraq göstərirəm. O qucaqlaşma iki millətin, iki xalqın, iki dövlətin bir-birilə qucaqlaşmasıdır. O gün biri-birimizi heç zaman buraxmayacağımızı bütün dünyaya göstərmiş olduq. O qucaqlaşma tarixi qucaqlaşma idi.

- Xarici yatırımlardan danışdınız. Qarabağ işğaldan azad edilib. Gələcəkdə Türkiyə Qarabağa investisiyalar qoymağı düşünürmü?

- Qarabağın işğaldan qurtulması Azərbaycan üçün fürsətlər ortaya qoydu. Bu torpaqlar 30 il idi ki işğala, təxribata məruz qalmışdı. Qarabağda hörmətli Prezidentimizin dediyi kimi, bayraq asılacaq bir bina qalmayıb. Bütün o yerlərin başdan qurulması önəmlidir. Yenidən şəhərlər salınmalıdır. 1 milyondan çox məcburi köçkün qardaş-bacımız var. Onlar evlərinə dönmək istəyirlər. Onların dönməsini təmin etmək lazımdır. Bu, o qədər də asan iş deyil. Əsas çətinliklərdən biri yolun olmamasıdır. İkincisi, bu işləri həyata keçirmək baxımından qarşımızda əngəl var: bütün torpaqlar minalarla doludur. Getdiyiniz zaman yolun sonuna çıxmaq təhlükəlidir. Ərazilərin minalardan təmizlənməsi üçün Türkiyə olaraq Azərbaycana dəstəyimizi verməyə başlamışıq. Əsgərlərimiz o torpaqlarda mina təmizlənməyə cəlb edilib. Gələcəkdə isə kim nəyi bacaracaqsa, ortaya qoyacaq.

Bizi ikili vətəndaşlıq pasportu verməyə hazırıq...

- Yaxın gələcəkdə Türkiyə ilə Azərbaycan arasında ikili vətəndaşlıq gözlənilirmi?

- Bunun üçün Türkiyədə qanuni əngəl yoxdur. Türkiyə ikili vətəndaşlığı tanıyır. Türk vətəndaşları başqa ölkələrdə ikili vətəndaş ola bilir. Avropada 5 milyona yaxın türk var. Yaşadıqları ölkələrin vətəndaşları olmaqla yanaşı, həm də Türkiyə vətəndaşlarıdır. Fəqət Azərbaycan qanunlarına görə ikili vətəndaşlıq mümkün deyil. Gələcəkdə Azərbaycan bu məsələ ilə bağlı nə addım atarsa, biz də uyğun köməyi göstərməyə hazır olacağıq.

- Qarabağ torpaqları işğaldan azad edilib. Bizim üçün maraqlıdır: Qarabağ Türkiyə üçün hansı mənanı kəsb edir?

- Həmişə deyirdik ki, Qarabağ Azərbaycanın problemi olduğu müddətdə Türkiyənin də qəlbinə yaradır. Qarabağ Azərbaycanın istədiyi formada həll edilməzsə, bu yara hər zaman açıq qalacaq və sağalmayacaq. Çünki biz Azərbaycanı öz vətənimizin bir parçası olaraq görürük. Necə ki, Türkiyə sizin üçün bir vətəndir, Azərbaycan da bizim üçün elədir. Biz iki dövlət, bir millətik. Bu, sözdə deyil, əməldə görünür. Ona görə də iki dövlətin sevinci də birdir, kədəri də. O qədər qardaşlarımız məcburi köçkün həyatı yaşayarkən bizim rahat olmağımız mümkün deyildi. Biz 44 günlük müharibədə də, müharibədən əvvəl və sonra da qardaş Azərbaycana dəstək olduq. Çünki Azərbaycan bizim gerçək qardaşımızdır.
Ancaq tək səbəb bu deyil. Bizim dəstək verməmizin bir səbəbi daha var. Azərbaycan haqlı tərəfdir. Ədalət Azərbaycanın haqqının bərpa edilməsini tələb edirdi. Ona görə də Azərbaycan bu müharibəni apara bildi və torpaqlarını geri aldı. Azərbaycan bu müharibəyə başlayarkən müxtəlif yerlərdən səslər eşidilirdi. Həmin səslərin heç biri Azərbaycanın o torpaqların sahibi olmadığını, müharibəni etməyə haqqı çatmadığını söyləyə bilmədi. Azərbaycan öz torpaqlarını geri almaq üçün ədalət və hüquq çərçivəsində bu məsələni həll etdi.

Türkiyə Qarabağda atəşkəsin bir parçası olacaq...

- Amma azərbaycanlıların Qarabağda sülhməramlılarla bağlı gözləntiləri vardı. Sülhməramlılar olacaqsa, Türkiyənin də sülhməramlıları olmalıdır deyirik. Sizcə, niyə Türkiyənin hərbi bazaları Azərbaycanda qurulmamalıdır?

- Türkiyə ilə Azərbaycan arasında çox yaxın hərbi münasibətlər var. Həmçinin, hərb-təhsil iş birliyi anlaşmamız olduğundan bu anlaşma çərçivəsində hər il ortaq təlimlər aparılır. 2019-cu ildə də birgə təlimlərin sayı 20-yə çatdı. 2020-ci ildə də pandemiyaya baxmayaraq, müharibə öncəsi müxtəlif təlimlər gerçəkləşdirildi.

Eyni zamanda, Türkiyə Azərbaycanda hərbi sahədə hər bir işi görə biləcək. Bunun üçün xüsusi hərbi bazaya ehtiyac yoxdur. Münasibətlərimiz çox yaxşı formada inkişaf edib. Lazım olduqda biri-birinə yardım edəcək və dəstək olacaq. Biz bunu Qarabağ savaşı boyunca da yaşadıq. Türkiyə Azərbaycana ehtiyacı olan dəstəyi verdi. Bundan sonra da belə olacaq. Bizim hərbi və siyasi sahədə olan münasibətlərimiz iqtisadi sahədəki münasibətlərimiz kimi son dərəcə yaxındır. Türkiyə və Azərbaycan silahlı qüvvələri arasında çox yaxın iş birliyi mövcuddur. Ona görə də Türkiyə hər zaman Azərbaycanın yanındadır.
Həmçinin, yaxın zamanda Türkiyə ilə Rusiya arasında ortaq mərkəz fəaliyyətə başlayacaq. Türkiyə əsgərləri burada Rusiya əsgərləri ilə birlikdə Azərbaycana və atəşkəsə xidmət göstərəcək. Biz bu atəşkəsin də bir parçası olacağıq.

- Müharibə dövründə xaricdən Azərbaycana basqılar vardı. Eyni hücumlar Türkiyəyə də olurdumu?

- İki dövlət bir millət olduğumuzu qarşımızdakılar bizdən daha yaxşı bilir. Azərbaycana qarşı hücumlar olduğu zaman mütləq “Türkiyənin qısqırtması” kimi ifadələr söylənilirdi. Yəni Türkiyənin Azərbaycanın yanında olduğunu söyləyirdilər. Əlbəttə, bu hücumlar Türkiyəyə də oldu. Bütün bunlara baxmayaraq, hər zaman biri-birimizin yanında olacağıq. Qarşımızdakılar da eyni qruplar, eyni insanlardır. Türkiyəyə qarşı nəsə olduqda bunun bir ucu mütləq Azərbaycana toxunur. Azərbaycana qarşı baş verən basqılarda eyni halı Türkiyə yaşayır. Atatürkün dediyi kimi, sevincimiz də bir, kədərimiz də... Əbədi belə olacaq.

Rusiya ilə münasibətləri daha da yaxınlaşdırmaq istəyirik...

- Cənab səfir, Türkiyənin Azərbaycanda və regiondakı mövqeyini necə dəyərləndirirsiniz? 40-50 il öncə Türkiyənin xarici siyasətini sanki NATO müəyyənləşdirirdi. İndiki xarici siyasət Türkiyəni hara aparır?

- 30-35 il öncə dünyada soyuq müharibə havası vardı. Bu soyuq müharibə dünyanı iki böyük bloka bölmüşdü. Əsas qarşıdurma Şərq və Qərb bloku arasında, NATO ilə Varşava Müqaviləsi Təşkilatı arasında idi. Bu soyuq müharibə Varşava xətti boyunca Sovet dövlətinin dağılması ilə nəticələndi. Yeni dönəmdə Türkiyə dünyada öz yerini qurmağa başladı. Nəhayət, bu günlərə gəlib çıxdıq. NATO üzvü olduğumuz vaxtlarda da Türkiyənin bu gün yaşadığımıza bənzər bir neçə problemləri vardı. Kıprıs məsələsi 1950-ci illərdən bəri davam edən problemdir. Problemin həll edilməsi istiqamətində xeyli işlər görürük. 1974-cü ildə Kıprısda Barış Hərəkatını gerçəkləşdirdik. 1967-ci ildə Kıprıs səmasında Türk təyyarələrini uçurtmaq məcburiyyətində qaldıq. Bütün yaşadıqlarımız bizə ciddi şeylər öyrətdi. Çünki öz mənfəətlərimizi qorumağa qalxdığımız zaman öz müttəfiqlərimizin basqısı ilə üzləşdik. Bunun sonunda Türkiyə müdafiə sənayesini gücləndirdi. 1967-ci ildə Kıprısa əsgər göndərməyə çalışdığımız zaman Türkiyənin əsgərlərini daşıyacaq gəmisi yox idi. 1967-1974-cü illər arasında özümüzün istehsal etdiyimiz gəmilər sayəsində Barış Hərəkatını gerçəkləşdirə bildik. Barış Hərəkatından sonra Amerikanın embarqosu ilə qarşılaşdıq.
Soyuq müharibə dövründə Amerika illərlə müttəfiqi olan Türkiyəyə silah satmadı. O zamanlar filizlərə toxum kimi atılan düşüncələr müdafiə sənayesinin təməlini qoydu. Bu gün Türkiyə bölgədə və dünya arenasında güclü Müdafiə Sənayesi olan ölkələrdən biri kimi qəbul edilir.
Qarabağ müharibəsi sırasında da Türk pilotsuz aparatlarının nə qədər uğurlu olduğunu və müharibənin taleyini necə həll etdiyini açıq formada gördük. Bu gün də Türkiyə bölgədə sözü eşidilən və bu silahları yönləndirmə gücünə sahib ölkədir. Bir ölkənin gücü təkcə hərbi gücdən asılı deyil. Bunun üçün siyasi və iqtisadi gücün olması da önəmlidir. Türkiyə bunların hamısını bir araya toplayıb. Hərbi gücümüzün təməli sülhü qorumağa yönəlib. Biz ədaləti, sülhü qorumağa hədəflənən bir siyasət yürüdürük. Gerçəkləşdirdiyimiz hər bir şey bu siyasətin nəticəsidir.

- Paradoksal vəziyyət ortaya çıxıb: Türkiyə NATO-nun üzvüdür. NATO isə Rusiyaya qarşı bir təşkilat kimi ortadadır. Eyni zamanda, Türkiyə Rusiya ilə dost ölkədir. Bizə maraqlıdır. Türkiyə NATO-ya lazımdır, yoxsa əksinə? Sizcə, Türkiyə NATO-dan çıxacaqmı?

- Soyuq müharibədən sonra, hətta əvvəl Türkiyənin xarici siyasətinin bəlli yolları vardı. Türkiyə özünü müasir mədəniyyətlər səviyyəsində görmək istəyən bir dövlətdir. O səbəbdən də Türkiyənin NATO-ya üzvlüyü ilə bugünkü mövcud şərtlər arasında önəmli bir tutarsızlıq yoxdur. Türkiyə hər zaman, xüsusilə də Osmanlı imperiyası dövründən başlayaraq Avropa siyasətinin bir parçasıdır. Bu gün də eyni formada davam edir. İndi Türkiyə Avropa Birliyinə üzv olmaq istəyən dövlətdir. NATO-da yer almağımız mövzusunda da tərs bir vəziyyət yoxdur. Çünki Qərbin bir parçasıyıq.
Rusiyaya gəlincə, o bizim quzey qonşumuz, eyni zamanda, dünyanın ən böyük dövlətlərindən biridir. Bütün qonşularımızla olduğu kimi, Rusiya ilə hər zaman yaxşı münasibətlər qurmaq fikrindəyik. Bu da normaldır. Çünki bütün ölkələr qonşuları ilə yaxşı münasibətdə olduqca, özünü güvəndə hiss edər. Ona görə də Rusiya ilə münasibətləri daha da genişləndirmək istəyirik.

Türk dövlətlərinin birliyində səbrli olmalıyıq...

- Bu gün Türk dünyasının bir araya gəlməsi üçün müxtəlif platformalar mövcuddur. Amma bu sahədə vəziyyət istədiyimiz kimi deyil. Türk dövlətlərinin birliyinə mane olan qüvvələr varmı?

- 70 illik Sovet imperiyası dövründə Azərbaycanla əlaqəmiz olmadı. Siz nə qədər Sövet imperiyasının tərkibində olsanız da, o vaxtı başqa respublikalarla əlaqələriniz bizimlə indiki əlaqələr səviyyəsində deyildi. Ortada bir neçə məqamlar var. Bunları bir anda həll etmək mümkün deyil. Hər şeyi zamanla, səbrlə həll etmək olar. Məsələn, Bakıda keçirilən sonuncu Türkdilli Dövlətlərin Zirvə görüşünə Özbəkistan prezidenti də qatılmışdı. Başlanmış fəaliyyətlər bizim bir araya gəlməmiz üçün daha önəmli idi. Eyni zamanda, TÜRK PA da bu əlaqələri dəstəkləyən yollardan biridir. TürkSoy, Türk Akademiyası və digər təşkilatlar var. Bunlar öz daxilində əlaqələr quraraq, bizim daha da yaxınlaşmamızı təmin edən qurumlardır. Təbii ki, əlaqələr bir gündə gerçəkləşmir. Bu işlər həm də səbr tələb edir. Bu əlaqələrdən kimlərsə narahat ola bilir. Sadəcə, onu deyə bilərəm ki, bu əlaqələrin daha yaxın olması heç kimi hədəf almır. Türk dövlətləri arasındakı işbirliyinin daha irəli səviyyəyə getməsinə səbəb olar. Bu işbirliyi sadəcə həmin dövlətlər arasında deyil, bölgədə tanınan bütün dövlətlər üçün yararlı olacağına gətirib çıxaracaq. Səbrli və doğru qərarlar vermək lazımdır. Bu gün türk dövlətləri Türk Şurası adı altında toplaşıb. Əminəm ki, gələcəkdə türk dövlətləri olaraq münasibətlərimiz daha da yaxın olacaq.

- Sizin Azərbaycanda diplomatik fəaliyyətiniz başa çatıb. Bakıya gələndə özünüzlə nə gətirmişdiniz, gedərkən nə aparacaqsınız?

- Bakıya gələrkən ağlımda bir şey vardı. Qardaşlıq əlaqələrinin bir qismini heç olmasa ödəyə bilmək... Azərbaycan xalqı üçün yerinə yetirmək, lazım olan işləri həyata keçirmək düşüncəsi vardı. Bu gün xoşbəxtəm, çünki bunları yerinə yetirdiyimi düşünürəm.
Bakıdan gedərkən də sevgi, dostluq və gözəl xatirələr aparacam. Azərbaycan hər zaman qəlbimizdə olacaq. Azərbaycan bizim vətənimiz olaraq içimizdə yaşayacaq.

Dövlət olmasa, bizə sahib çıxacaq kimsə qalmaz, bunu unutmayaq....

- Azərbaycan üçün darıxacağınız nələr olacaq?

- Azərbaycanda o qədər gözəl şeylər gördük ki! Ən gözəli burdakı dostluq əlaqələridir. İnsanların ruhunun gözəlliyi üçün darıxacağıq.

- Cənab səfir, Azərbaycan Prezidentinin sabiq köməkçisi Əli Həsənovla çox yaxın dostluğunuz olduğu mediada ara-sıra yer alır. Doğrudanmı, onunla dost olmusunuz?

- Türkiyə dövlətinin Azərbaycandakı səfiri olaraq ilk işim Türkiyə ilə Azərbaycanın əlaqələrini inkişaf etdirmək, Türkiyə ilə Azərbaycan dövlətinin məmurları arasındakı münasibətləri biri-birinə yaxınlaşdırmaqdan ibarət olub. Azərbaycan dövlətində vəzifə almış hər kəsə böyük hörmətlə, dostluq düşüncəsi ilə yaxınlaşmışam. Azərbaycan xalqının hər bir vətəndaşı bizim qardaşımızdır. Azərbaycan dövlətinin vəzifəliləri bizim muhatablarımız olaraq özləri ilə işbirliyi qurmaq lazım olan insanlardır. Azərbaycanın hansı dövlət məmuru olursa-olsun, mənim ona qarşı xoş niyyətlə, dostluq düşüncələri ilə yaxınlaşıb, münasibətləri genişləndirib körpü qurmaq niyyətindən başqa heç bir seçimim ola bilməz.

- Son olaraq Azərbaycandan getməzdən öncə bizə nələri tövsiyə edərsiniz?

- Doğrusu, bu, həddimə düşməz. Amma səmimi fikirlərimi ifadə edə bilərəm. Əgər deyə biləcəyəmsə...

Qısa olaraq deyim ki, mənə görə, dünyanın harasında yaşayarıqsa yaşayaq, dövlətimiz, vətənimiz, torpağımız və millətimiz hamımızın ən çox borclu olduğumuz şeylərdir. Vətənə, dövlətə, millətə borclu olduğumuzu söyləmək üçün də ilk edəcəyimiz şey onu sevmək və ona hörmətlə yanaşmaqdır. Bunu unutmayaq ki, dövlət varsa, biz də varıq. Dövlət olmazsa, bizə sahib çıxacaq kimsə qalmaz...



 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"...bu ölkənin hələ də nə istədiyini müəyyən etmədiyini göstərir" - XİN
Bu gün, 16:32
Xanbabayev həbsə gedir - İDDİA
Bu gün, 16:30
YAP-ın Mərkəzi Aparatı yaradılıb - Sədr kimdir?
Bu gün, 16:29
Arvadına sataşan kişinin dalınca düşdü, onun atasını gördükdə... - Şok təfərrüat
Bu gün, 16:25
Yeni Azərbaycan Partiyasının Sədr müavinləri seçilib - ADLAR
Bu gün, 16:22
“Partiyamız YAP-a milli və dövlətçilik maraqları naminə qoşulub” - Vüqar Oruc
Bu gün, 16:21
“Azərbaycanın əsl müstəqillik tarixi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır” - Prezident İlham Əliyev
Bu gün, 16:20
Xəzər İcra Hakimiyyətində korrupsiya həbsi – Şöbə müdiri saxlanılıb...
Bu gün, 16:18
Gürcüstan konstitusiyasına dəyişikliklər tələb edilir
Bu gün, 16:10
Azərbaycanda ilk dəfə jest dili lüğətinin veb səhifəsi hazırlanır
Bu gün, 16:09
Hakim partiyanın yeni strategiyası: Siyasi həmrəylik, inteqrasiya, milli birlik - TƏHLİL
Bu gün, 16:08
Neftin qiyməti 69 dollara yaxınlaşır
Bu gün, 16:05
"Xalqdan qorxmursunuz, Allahdan qorxun, cənab icra başçısı..." - İTTİHAM
Bu gün, 16:02
Müharibədən əvvəl oğurluqda təqsirləndirilən qazi AZADLIQDA
Bu gün, 15:58
Ermənistanı yenidən savaşdırmaq üçün 3 milyard lazımdır: - Ona bu pulu verən tapılacaq?
Bu gün, 15:56
Mübariz Mənsimova elektron qolbaq taxılacaq
Bu gün, 15:53
“Hər dəfə aç-bağla, özümüz də bezmişik...” – Millət vəkilindən karantin qadağalarına ETİRAZ
Bu gün, 15:52
Xocalı qatili Köçəryan Ermənistanı yenidən qanlı olaylara sürükləyir - ŞƏRH
Bu gün, 15:50
Ağdamın Tağıbəyli kəndindən görüntülər - VİDEO
Bu gün, 15:49
“Deyir ki, get hara istəyirsən şikayət et” - Vətəndaş baş həkimin əlindən fəryad edir...
Bu gün, 15:48
"Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət idi" - Prezident İlham Əliyev
Bu gün, 15:45
“Reklam xarakterli məlumatların təqdimatı həssaslıq tələb edir” - ekspert
Bu gün, 15:44
“Şarl Mişelin Bakıya gəlməməsinin səbəbi odur ki...” - deputat
Bu gün, 15:43
YAP-ın İdarə Heyətindən çıxarılan Əli Həsənovdan AÇIQLAMA
Bu gün, 15:42
Vilayət Eyvazov DİN-in qadın əməkdaşlarını və hərbi qulluqçularını təbrik etdi
Bu gün, 15:40
Avrasiya İttifaqı İrəvanın təkidi ilə Türkiyəyə qarşı QƏRAR VERDİ
Bu gün, 15:39
“Kurtlar Vadisi” ekranlara qayıdır
Bu gün, 15:37
Temperatur enəcək, güclü külək əsəcək - XƏBƏRDARLIQ
Bu gün, 15:36
Dilbər Sultanovanın şəriki Fateh Mustafayev vəzifəsindən qovuldu - İLGİNC
Bu gün, 15:34
Bu icra başçıları YAP-dakı vəzifələrini İTİRDİLƏR - SİYAHI
Bu gün, 15:30
İranda təyyarə qaçırmağa cəhd edilib
Bu gün, 15:29
Müzəffər Azərbaycan ordusu qarşısında duran vəzifələrin öhdəsindən layiqincə gəlib - İsrafil Kərimovun yazısı
Bu gün, 15:28
"Ulu Öndərin müstəqilliklə bağlı birmənalı, qətiyyətli addımları xalq tərəfindən yüksək qiymətləndirilirdi" - İlham Əliyev
Bu gün, 15:27
Sədr müavinlərinin seçilməsi məsələsinə İdarə Heyətinin iclasında baxılacaq - YAP
Bu gün, 15:26
Erməni terror təşkilatı da Paşinyanı satdı: - Qasparyanla görüş
Bu gün, 15:25
Qanunda “Tarqovu”da quzu gəzdirmək kimi qadağa yoxdu – MÜTƏXƏSSİS DANIŞDI
Bu gün, 15:24
Azərbaycanda toylara icazə ilə bağlı VACİB AÇIQLAMA
Bu gün, 15:22
Ona qarşı “vnimatelni” olmadılar...
Bu gün, 15:20
YAP-ın növbədənkənar qurultayı: - Hakim partiyada nələr dəyişdi?
Bu gün, 15:18
DTX-nin rəisi Türkiyədə hərbi qulluqçuların həlak olması ilə bağlı başsağlığı verib
Bu gün, 15:16
"Biz beynəlxalq aləmdə Azərbaycanı çox böyük nüfuza və hörmətə malik ölkəyə çevirdik" - Prezident İlham Əliyev
Bu gün, 15:15
Ermənistan "Avroviziya-2021" müsabiqəsində iştirak etməyəcək
Bu gün, 15:14
Əli Həsənov YAP-ın qurultayında iştirak etmədi
Bu gün, 13:27
“Baklift-2”nin sabiq rəisinə hökm oxundu
Bu gün, 13:26
Gecə və səhər bəzi yerlərdə duman olacaq - Belə deyirlər...
Bu gün, 13:26
ÜST pandemiyanın bitəcəyi vaxtı açıqlayıb
Bu gün, 13:23
YAP-ın Qadınlar Şurasının sədri dəyişib - Nurlana Əliyevaya etimad göstərilmədi
Bu gün, 13:20
Əli Əhmədov yenidən YAP İdarə heyətinin sədr müavini seçilib
Bu gün, 13:19
Şəhla Hümbətovanın vəkilliyinə xitam verildi - SƏBƏB
Bu gün, 13:18
YAP-ın idarə heyətinin yeni üzvləri - SİYAHI
Bu gün, 13:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru