
2,5 il ərzində Ermənistan hökuməti müdafiə sferasında, müdafiə siyasətində çoxlu sayda səhvlərə yol verib.
Axar.az xəbər verir ki, bunu Ermənistan müdafiə nazirinin sabiq müavini Artak Zakaryan deyib.
Onun sözlərinə görə, siyasi və diplomatik platformada verilən bəyanatlar düşmənin döyüş əməliyyatlarını yeniləməsi üçün təkan oldu.
O, həmçinin regionda qüvvəllər balansının pozulmasıyla bağlı qeyri-adekvat monitorinqdə ciddi səhvlərə yola verildiyini bildirib.