
DİA.AZ: - “Ceyranların ən çox yayıldığı yer Şirvan Milli Parkıdır”.
DİA.AZ xəbər verir ki, bunu “Ekspert Saatı”nda Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib. O bildirib ki, artıq Acınohur çölünə də ceyranların buraxılışı təşkil edilib: “Yaxın günlərdə 20 baş ceyran Acınohur çölünə buraxılıb. Orada ümumi ceyran sayı 260 başı keçib”.
O qeyd edib ki, populyasiyanı Şirvan Milli Parkından digər ərazilərə ötürməklə ceyranların sayının nisbətən çoxaldılması nəzərdə tutulub.